Məhkəmə qərarları › İş №2-1(103)-1244/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1244/2024

23.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1244/2024 23.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «əmlaka dair texniki pasportda və reyestrdən çıxarışda düzəliş edilməsi» tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-405/2023 saylı, 28 sentyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırkı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «əmlaka dair texniki pasportda və reyestrdən çıxarışda düzəliş edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz- (81)/2013 saylı 5 fevral 2013-cü il tarixli qərarı ilə hazırı İddiaçı iddiası təmin edilmiş və Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3097-ci məhəllə ünvanında yerləşən 1978-ci ildə inşa edilən 4.814,49 kv.m sahəsi olan «Armatur sexi» üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 17 iyul 2013-cü il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı, Ali Məhkəmənin 26 sentyabr 2013-cü il tarixli qərarı ilə isə Bakı Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi 28 oktyabr 2013-cü il tarixli 2inz(81)-144/2013 saylı məktubla Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət edərək məhkəmənin qanuni qüvvəyə minmiş 5 fevral 2013-cü il tarixli qərarının icra olunmasını və bu barədə məhkəməyə rəsmi məlumat verilməsini xahiş etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi həmin qərarı 2018-ci ildə icra edərək Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3097-ci məhəllə ünvanında yerləşən 1978-ci ildə inşa edilmiş «Armatur sexi» üzərində iddiaçının mülkiyyət hüquqlarını dövlət reyestrində qeydə almış, həmin «Armatur sexi»nin ünvanını ünvan 2arış vermişdir. Həmin Çıxarışda sexin sahəsi 4.814,5 kv.m kimi göstərilmişdir. Həmin sexə dair reyestrdən çıxarış və texniki pasport tərtib edilərkən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən bir sıra səhvlərə yol verilmişdir. Belə ki, əvvəla, sexin texniki pasportu düzgün tərtib edilməmiş, armatur sexinin bir hissəsi ölçülməmiş, texniki pasporta daxil edilməmiş, sexin ölçülməyən və nəzərə alınmayan hissəsinin əvəzinə sexlə əhatə olunmayan açıq sahə texniki pasporta daxil edilmişdir. Nəticədə sexin texniki pasporta daxil edilməyən hissəsi əsassız mübahisələrə, qonşuluqda yerləşən SEİBnin 3 saylı Evtikmə Kombinatının haqsız tələb və iddialarına səbəb olmuşdur. Belə ki, Kombinat qanunla müəyyən olunan qaydada iddiaçıya təhvil verilən, onun mülkiyyəti olan sexin bir hissəsini onun özünə icarəyə vermək təklifini irəli sürür. Halbuki, sex iddiaçının həm mülkiyyətində, həm də sahibliyindədir. Bunun səbəbi isə, sexin tekniki pasportunun eskiz əsasında düzgün tərtib edilməməsi, eskiz məlumatlarının təhrif edilməsi, texniki pasport tərtib edilərkən ölçü işlərinin düzgün aparılmamasıdır. Armatur sexinin uzunluq və en ölçüləri ilkin texniki sənəd olan eskizdə dəqiq göstərilmiş, əmlakın mülkiyyətçiyə təhvil verilməsi haqqında 24 noyabr 2005-ci il tarixli aktda sexin bütün texniki göstəriciləri dəqiq təsvir edilmişdir. Bundan əlavə, «Armatur sexi»nin ümumi sahəsi müəyyən edilib reyestr məlumatlarına daxil edilərkən reyestr aparan orqan tərəfindən yenə də ciddi səhvə yol verilmiş, sexin ümumi sahəsi, sexin ilkin texniki sənədi olan eskizdə göstərilən əraziyə giriş-çıxış üçün nəzərdə tutulan yol texniki pasporta və çıxarışa əlavə edilməmiş, əmlakın mülkiyyətçiyə təhvil verilməsi haqqında 24 noyabr 2005-ci il tarixli aktda göstərilənlər nəzərə alınmamışdır. Həmin aktda açıq şəkildə qeyd olunmuşdur ki, armatur sexi kompleksi və korpusun axır hissəsində yerləşən eni 6 m, uzunluğu 24 metr olan iki qapısından istifadə olunması nəzərə alınmaqla həmin sahə ilə birlikdə armatur sexinin sahəsi 4.944 kv.m-dir. Buradan da göründüyü kimi, armatur sexinin ümumi sahəsi 4.944 kv.m-dir və sexə giriş-çıxış üçün nəzərdə tutulan yol da sexin ümumi sahəsinə aiddir. Lakin eni 6 metr, uzunluğu 24 metr olan həmin yol sexin texniki pasportunda nəzərdə tutulmadığından və ümumi sahəyə daxil edilmədiyindən armatur sexinin qonşuluğunda yerləşən SEİB-nin 3 saylı Evtikmə Kombinatının rəhbərliyi əsassız olaraq sexə girişçıxışa mane olur, həmin yolun armatur sexi üçün nəzərdə tutulmadığını bildirir və yalnız Kombinata aid olduğunu iddia edir. Halbuki qeyd edilən aktı imza edib möhürlə təsdiq edən təşkilatlardan biri Kombinatdır. Belə ki, sexə giriş-çıxış yoluna məhdudiyyət qoymaq istəyən Kombinat rəhbərliyi özü imza edərək təsdiq etmişdir ki, eni 6 m, uzunluğu 24 metr olan iki qapısından istifadə olunması nəzərə alınmaqla həmin sahə ilə birlikdə armatur sexinin sahəsi 4.944 m-dir. Giriş-çıxış yolunun sexə aid olduğu halda onun texniki pasportunda nəzərə alınmaması və ümumi sahəyə daxil edilməməsi nəticə etibarilə mülkiyyətçinin hüquqlarının pozulmasına, mülkiyyətində olan əmlakdan sərbəst şəkildə istifadə etməsinə süni əngəllər yaratmışdır. Odur ki, qeydiyyat zamanı yol verilən bu səhvlər aradan qaldırılmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. İddiaçı yuxarıda qeyd olunan halları əks etdirən ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək yaranmış uyğunsuzluğun aradan qaldırılması, giriş-çıxış yolunun, sexin ölçülməyən hissələrinin ölçülərək texniki pasporta daxil edilməsini xahiş etmişdir. Lakin cavabdeh təşkilat məsələnin həllini təmin etməmiş, əksinə 5 avqust 2021-ci il tarixli məktubla müraciətə cavab verərək bildirmişdir ki, qeyri-yaşayış sahəsinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün İdarənin mütəxəssislərinə şərait yaradılmadığından ərizənin icrası mümkün olmamışdır. Cavabdeh tərəfin imtina məktubu əsassızdır. Çünki cavabdeh təşkilatın heç bir mütəxəssisi əraziyə baxış keçirmək üçün gəlməmişdir. Göstərilənlərə və İPM-in 2, 34- cü və digər maddələrinə əsaslanaraq, məhkəmədən iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsi 283 ünvanında yerləşən qeyri- yaşayış sahəsinin (armatur sexi) dövlət qeydiyyatı zamanı yol verilən texniki səhvləri aradan qaldıraraq armatur sexi kompleksi və korpusun axır hissəsində yerləşən eni 6 m, uzunluğu 24 metr olan giriş-çıxış yolunun armatur sexinin texniki pasportuna və reyestrdən çıxarışa əlavə edilməsi, armatur sexinin tikililərinin təkrar ölçülərək texniki pasporta daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş olunur. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, İddiaçı onun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsi 283 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (armatur sexi) dövlət qeydiyyatı zamanı yol verilən texniki səhvləri aradan qaldıraraq armatur sexi kompleksi və korpusun axır hissəsində yerləşən eni 6 m, uzunluğu 24 m olan giriş-çıxış yolunun armatur sexinin texniki pasportuna və çıxarışa əlavə edilməsi, armatur sexinin tikililərinin təkrar ölçülərək texniki pasporta daxil edilməsi tələbinə dair iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə 30 iyun 2021ci il tarixdə İdarəyə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, qeyriyaşayış sahəsinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün İdarənin mütəxəssislərinə şərait yaradılmadığından ərizənin icrası İdarə tərəfindən mümkün olmamışdır. Bu barədə iddiaçıya 5 avqust 2021-ci il tarixli məktub ünvanlanmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 11-ci maddəsinə əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-405/2023 saylı, 28 sentyabr 2023-cü il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsi 283 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (armatur sexi) dövlət qeydiyyatı zamanı yol verilən texniki səhvləri aradan qaldıraraq armatur sexi kompleksinin faktiki göstəricilərinə uyğun texniki pasportun tərtib edilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuş və iddia qalan hissədə – “giriş-çıxış yolunun texniki pasporta və reyestrdən çıxarışa əlavə edilməsi” hissəsində rədd edilmişdir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın qismən- iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-405/2023 saylı, 28 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırkı iş üzrə müəyyən edilir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3097-ci məhəllə ünvanında (hazırda ünvan 3leksinə hazırkı İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi hazırkı cavabdehə (inzibati orqanın bazasında hazırkı cavabdeh yaradılmışdır) həvalə olnmuşdur. Qərarın icrası üzrə iddiaçının müvafiq əmlaka hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınmaqla ona reyestrdən çıxarış verilmiş, həmçinin daşınmaz əmlak barəsində texniki pasport tərtib olunmuşdur. İddiaçı texniki pasportda göstərilənlərlə razılaşmır və əmlakın bütün göstəriciləri, o cümlədən onun axır hissəsində eni 6 m, uzunluğu 24 m olan giriş-çıxış yolu da əks olunmaqla texniki pasportda dəyişiklik olunmasını tələb edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 8.0-cı maddəsin əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.2) qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: (10.2.1) hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; (10.2.2) torpaq sahəsinin planı və ölçüsü; (10.2.3) torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; (10.2.4) dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları» təsdiq edilmişdir. Qaydaların 4-cü bəndinə görə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 gün müddətində icra edilir. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Məhkəmə kollegiyası qeyd edir ki, işin birinci instansiya icraatı zamanı məhkəmənin 9 iyun 2022-ci il tarixli qərardadı ilə iş üzrə ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməyə ünvanlanmış 14 oktyabr 2022-ci il tarixli məktubu ilə Mərkəzinin ekspertinin həmin tarixli 10/4598 nömrəli ekspert rəyində aşağıdakılar göstərilmişdir: -Bakı şəhəri, Binəqədi rayonu, Dərməgül qəsəbəsi, 3097-ci məhəllə ünvanında (hazırda ünvan 5exi”nin sahə sərhədləri müəyyən edilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsi, 283 ünvanında yerləşən İddiaçı məxsus “Armatur sexi”nə dair tərtib olunmuş texniki pasportun həmin “Armatur sexi”nn faktiki vəziyyətinə uyğun tərtib edilmədiyi müəyyən olunmuşdur. “Armatur sexi”nin faktiki vəziyyətini əks etdirən sxem rəyin tədqiqat hissəsində göstərilmişdir; -Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3097-ci məhəllə ünvanında (hazırda ünvan 5exi” kompleksi və korpusun axır hissəsində eni 6 m, uzunluğu 24 m olan giriş-çıxış yolunun 24 noyabr 2005-ci il tarixli əmlakın mülkiyyətçiyə təhvil verilməsi haqqında aktda qeyd olunan 4.944 kv.m sahənin daxilində yerləşdiyi müəyyən edilir. Lakin həmin sahənin məhkəmə qərarı üzrə qeyd olunmuş 4.814,49 kv.m sahənin hüdudları daxilində yerləşib- yerləşməməsinin müəyyən edilməsi mümkün olmamışdır. Məhkəmə kollegiyası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 14 oktyabr 2022-ci il tarixli 10/4598 nömrəli ekspertiza rəyi ilə razılaşmamaqla bağlı hər hansı xüsusat müəyyən etməmişdir. Odur ki, ekspert rəyi mötəbər sübut qismində qəbul edilir. Rəy qoyulan məsələlər üzrə tam əhatəli və əsaslandırılmış qiymətləndirilir. Məhkəmə kollegiyası diqqətə çəkir ki, iddiaçının iddiasında əmlakın texniki pasportunda və reyestrdə qeydiyyata iki məsələ ilə bağlı dəyişiklik olunmasını tələb edir: - əmlakın axır hissəsində yerləşən eni 6 m, uzunluğu 24 metr olan giriş-çıxış yolunun armatur sexinin texniki pasportuna və reyestrdən çıxarışa əlavə edilməsi; - armatur sexinin tikililərinin təkrar ölçülərək texniki pasporta daxil edilməsi Məhkəmə kollegiyası qeyd edir ki, işin birinci instansiya icraatı zamanı “əmlakın axır hissəsində yerləşən eni 6 m, uzunluğu 24 metr olan giriş-çıxış yolunun armatur sexinin texniki pasportuna və reyestrdən çıxarışa əlavə edilməsi” iddia tələbi təmin edilməmiş və iddiaçı tərəfindən göstərilən hal mübahisələndirilməmişdir. Əmlak kompleksinin daxilindəki göstəricilərə gəldikdə isə, ekspetiza rəyi ilə də iddiaçıya məxsus (üzərində onun mülkiyyət hüququ qeydiyyat alınmış) əmlak kompleksi barədə tərtib olunmuş texniki pasportun əmlakın faktiki vəziyyətini əks etdirmədiyi təsdiqini tapır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini qismən təmin etmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-405/2023 saylı, 28 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-405/2023 saylı, 28 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar