Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1244/2025 18.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialının cavabdeh Bakı şəhəri Biləcəri Bələdiyyəsinə (üçüncü şəxs X4 cəlb edilməklə) qarşı iş üzrə (Açar sözlər: qərarın etibarsızlığının tanınması; apellyasiya şikayətinin mümkün sayılmaması) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızından və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məmmədli Aytac Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1 və üçüncü şəxsin nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialının cavabdeh Bakı şəhəri Biləcəri Bələdiyyəsinə qarşı (üçüncü şəxs X4 cəlb edilməklə) “qərarın etibarsızlığının tanınması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-13279/2024 saylı qərardadından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialı cavabdeh Biləcəri bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin X2 istifadəsinə torpaq sahəsinin ayrılması haqqında 416/a saylı, 08 avqust 2005-ci il tarixli qərarının qanunsuzluğunun tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-13279/2024 saylı qərardadı ilə iddia mümkün sayılmamamışdır. Qərardaddan narazı qalan üçüncü şəxs X4 apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi, idda tələbinin, iddianın qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulan iddia müddətinə dair mümkünlük şərti ödənilmədiyindən qeyri-mümkün hesab edilməsi barədə qərardad qəbul edilməsi xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi R.Məmmədov apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, üçüncü şəxs X2 Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-13279/2024 saylı qərardadından verdiyi apellyasiya şikayəti mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. - 81.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdir. İş materiallarında göründüyü kimi mübahisələndirilən qərardadla üçüncü şəxsin üzərinə hər hansı öhdəlik qoyulmamışdır, bu halda birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərardad üçüncü şəxsin qanunla qorunan maraqlarına toxunmur, habelə üçüncü şəxsin tələbinin təmin olunmama halı mövcud deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialının cavabdeh Bakı şəhəri Biləcəri Bələdiyyəsinə qarşı (üçüncü şəxs X4 cəlb edilməklə) “qərarın etibarsızlığının tanınması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-13279/2024 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Odur ki, həmin qərardad mahiyyəti üzrə işi həll edən məhkəmə aktı hesab olunmadığından, həmin qərardadda müəyyən edilmiş hallar üçüncü şəxs X3 münasibətdə preyudisial xarakter daşımır (qüvvəyə malik deyil). Beləliklə, Məhkəmə kollegiyası qeyd olunan halları nəzərə alaraq hesab edir ki, üçüncü şəxs X4 tərəfindən verilmiş apellyasiya mümkün sayılmamalıdır. Beləliklə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 83, 85, 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs X2 Bakı İnzibati Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, 2-1(112)- 13279/2024 saylı qərardadından verdiyi apellyasiya mümkün sayılmasın. Apellyasiya şikayətinin qəbul olunmasından imtina edilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-1244/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1244/2025
18.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver