Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1246/2021 02.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X18 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçının nümayəndəsi X7 və cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiаçı İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “10.06.2020-ci il tarixli, **********137123 saylı vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 11 dekabr 2020-ci il tarixli, 2-1(112)-5323/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş 10.06.2020-ci il tarixli, **********137123 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsinə dair” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı MMC üzrə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə 2016 - 2018 vergi dövrləri üzrə növbəti səyyar vergi yoxlamasının təyin edilməsi barədə idarə tərəfindən 20.07.2018-ci il tarixli, **********161646, **********161646 №-li səyyar vergi yoxlamasının keçirilməsi haqqında Qərar qəbul edilmişdir. Vergi nəzarəti üzrə 06.08.2018-ci il tarixdən 18.09.2018ci il tarixə qədər yoxlamanın aparılmasına dair məlumat idarə tərəfindən 20.07.2018-ci il tarixdə KY181257710 nömrə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxil edilmişdir. İdarə tərəfindən növbəti səyyar vergi yoxlamasının keçirilməsi haqqında 20.07.2018-ci ıl tarixli **********203400 №-li bildiriş tərtib olunmuş və həmin bildiriş iddiaçıya göndərilmişdir. Yoxlamanın nəticələri idarənin 20.04.2020-ci il tarixli **********161646 №-li səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Qeyd olunan akta əsasən yoxlama zamanı 2016-cı il üzrə mənfəət vergisinin 124.902,69 manat, ƏDV-nin 296,72 manat, 2017-ci il üzrə mənfəət vergisinin 102.919,94 manat, ƏDV-nin 191.219,43 manat, 2018-ci il üzrə ƏDV-nin 14.263,76 manat azaldılması aşkar edilmiş və ümumilikdə 433.602,54 məbləğdə vergidən yayınmağa görə 242.752,71 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir. Akt əsasında idarə tərəfindən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 10.06.2020-ci il tarixli **********137123 №-li Qərar qəbul edilmişdir. Həmin Qərarla İddiaçı MMC yuxarıda qeyd olunan vergi pozuntularına əsasən vergi məsuliyyətinə cəlb edilmiş və ona 433.602,54 manat əlavə vergi hesablanılmasına görə 242.752,71 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi orqanı tərəfindən keçirilmiş yoxlama zamanı aşkar edilmiş azalmalar əsassızdır. Mənfəət vergisinin azaldılması ilə bağlı aşağıdakılar qeyd olunmalıdır: ilk növbədə nəzərə alınmalıdır ki, iddiaçı, vergi yoxlamasının aparıldığı dövrdə kabellərin topdan satışı fəaliyyəti ilə məşğul olmuşdur. Vergi orqanı mənfəət vergisinin azaldılması qənaətinə gələn zaman 2 halı əsas götürmüşdür: 1. müəssisə tərəfindən ağac materiallarının satın alınması, həmin materialların katuşka və paddon sifarişinin verilməsi üçün digər hüquqi şəxslərə təmin edilməsi və beləliklə həmin əməliyyatların gəlirdən çıxılan xərclərə aid edilməsi; 2. müəssisə tərəfindən əldə edilmiş 5 ədəd nəqliyyat vasitələrindən 4-nün əsassız olaraq amortizasiya xərclərinin gəlirdən çıxılan xərclərə aid edilməsi. Birinci hal ilə bağlı qeyd olunmuşdur ki, ilkin olaraq “katuşka” və “paddon” anlayışlarını aydınlaşdırmaq lazımdır. Belə ki, hər iki əşyanın təyinatı tara, qab və qoruyucu funksiyasını yerinə yetirməklə əşyaların daşınması və paketlənməsidir. Həmin əşyaların hazırlanmasında ağac materiallarından istifadə edilir. İddiaçı da öz növbəsində topdan satışını həyata keçirdiyi kabellərin zədələnmədən və təhlükəsiz şəkildə saxlanılması üçün katuşka və paddondan istifadə edir. Həmin malların sifariş verilməsi üçün isə ilk növbədə "xxxx" MMCdən ağac materialları almışdır. Həmin alınmış ağac materialları katuşka və paddonun hazırlanması üçün "xxxx" MMC və "xxxx" MMC-yə təhvil verilmiş və sonradan həmin hüquqi şəxslərdən adıçəkilən mallar alınmışdır. Göründüyü kimi, əldə edilmiş əmtəələr bilavasitə gəlirin əldə edilməsi zamanı çəkilən xərclərə aid edilməlidir. Çünki, kabellərin satışı zamanı onların saxlanılması və daşınması üçün bilavasitə istifadə olunan əşyalar təbii olaraq gəlirin əldə olunmasında xərclərdən çıxılmalıdır. Gəlirin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. Səyyar vergi yoxlaması zamanı da müəyyən edilmişdir ki, müəssisə hesablama metodu ilə öz uçotunu aparmışdır. Lakin, vergi orqanı qanunvericiliyə zidd olaraq satış üçün nəzərdə tutulmuş malların tərkib hissəsi olan əmtəələrin alınmasını xərc bölməsində nəzərə almamışdır. Vergi orqanının ikinci hal üzrə mövqeyinə gəldikdə isə qeyd olunmalıdır ki, bəli həqiqətən də müəssisə tərəfindən 5 ədəd nəqliyyat vasitəsi satın alınmışdır. Həmin nəqliyyat vasitəsinin yalnız 1-i müəssisənin rəhbərinin istifadəsinə verilmiş, digər nəqliyyat vasitələri isə tam maddi məsuliyyət müqavilələri ilə müəssisənin işçilərinin istifadəsinə verilmiş və həmin işçilər tərəfindən adıçəkilən nəqliyyat vasitələri istismar edilmişdir. Eyni zamanda, bütün nəqliyyat vasitələrinin cari təmir xərcləri və saxlanması üçün bütün xərclər müəssisə tərəfindən ödənilmiş və buna dair sənədlər iş materiallarına əlavə edilmişdir. Əsas vəsaitlərin (vəsaitin) əvvəlki ilin sonuna qalıq dəyərinə (həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) bu Məcəllənin 143-cü maddəsinə uyğun olaraq cari ildə daxil olmuş əsas vəsaitlərin (vəsaitin) dəyəri, habelə cari ildə bu Məcəllənin 115-ci maddəsinə əsasən müəyyən edilən təmir xərclərinin məhdudlaşdırmadan artıq olan hissəsi əlavə edilir, vergi ilində təqdim edilmiş, ləğv edilmiş və ya qalıq dəyəri 500 manatdan və ya ilkin dəyərin 5 faizindən az olduqda əsas vəsaitlərin qalıq dəyəri çıxılır. Əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) amortizasiya hesablanması məqsədləri üçün əsas vəsaitlərin (vəsaitin) vergi ilinin sonuna qalıq dəyərinə əlavə olunmur. Amortizasiya olunmayan, köhnəlmə (amortizasiya) hesablanmayan əsas vəsaitlərin təmirinə çəkilmiş xərclər gəlirdən çıxılmır və onların balans dəyərini artırır. Göründüyü kimi, vergi orqanının mənfəət vergisinin azaldılması ilə bağlı ikinci mövqeyi də əsassız olmuşdur. Aparılmış yoxlama zamanı ƏDVnin azaldılması ilə bağlı aşağıdakılar qeyd olunmalıdır. ƏDV-nin azaldılması ilə bağlı vergi orqanının mövqeyi bunlar olmuşdur: 1. vergi ödəyicisi tərəfindən əldə edilmiş 5 ədəd nəqliyyat vasitəsinin onun sahibkarlıq fəaliyyəti ilə əlaqəsi olmamasına baxmayaraq ƏDV əvəzləşdirilməsində istifadə olunması: 2. vergi orqanı tərəfindən alınmış ağac materiallarının onun sahibkarlıq fəaliyyəti ilə əlaqəsi olmamasına baxmayaraq ƏDV əvəzləşdirilməsində istifadə olunması. Mənfəət vergisi üzrə istinad olunan faktiki hallar ƏDV üzrə də eynilik təşkil edir. Belə ki, istər ağac materiallarının, istərsə də nəqliyyat vasitələrinin bilavasitə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün əldə edilməsi işin mübahisələndirilməyən halı olmalıdır. Məntiqi olaraq həmin mallar sahibkarlıq fəaliyyəti ilə əlaqədar əldə edildiyi üçün ƏDV əvəzləşdirilməsində istifadə olunmuşdur. Lakin vergi orqanı mənfəət vergisi üzrə olduğu kimi, ƏDV barəsində də əsassız bir mövqedən çıxış etmişdir. Bundan başqa iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, səyyar vergi yoxlama aktı 12.09.2019-ci il tarixdə tərtib edilmiş, ona görə də 10 gün müddətin axımı 23.09.2019-cü il tarixdə bitmişdir. Ona görə də mübahisəli inzibati akt 23.09.2019-cü il tarixə kimi qəbul edilməli olduğu halda 251 gün gecikdirməklə 10.06.2020-ci il tarixdə qəbul edilmişdir. Cavabdeh tərəfindən yol verilən bu hal Məcəllənin 49.1-ci maddəsinin tələbinin pozulmasına yönəlmişdir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 20.07.2018-ci il tarixli **********157290 nömrəli Qərarı ilə İddiaçı MMC-də (VÖEN **********) 01.09.2016-cı il tarixdən 31.05.2018ci il tarixədək olan dövr üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama 06.08.2018-ci il tarixdə başlanılmış, 16.04.2020-ci il tarixdə başa çatdırılaraq, 20.04.2020ci il tarixli **********161646 nömrəli “Səyyar vergi yoxlaması aktı” ilə rəsmiləşdirilmiş və VÖMCQ çıxarılaraq ümumilkdə büdcəyə çatası 545005,24 manat vəsait hesablanmışdır. Səyyar vergi yoxlamasının gedişatında aşağıdakılar müəyyən edilmişdir: Yoxlanılan dövr ərzində vergi ödəyicisi faktiki olaraq kabellərin topdan satış fəaliyyəti ilə məşğul olmuşdur. Səyyar vergi yoxlaması zamanı “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” 16.08.2018-ci il tarixli **********160276 saylı Tələbnaməyə əsasən vergilərin hesablanması üçün zəruri olan sənədlər tələb olundu, lakin vergi ödəyicisi heç bir səbəb göstərmədən yoxlanılan dövr üzrə Tələbnamədə göstərilən sənədləri qismən təqdim etdiyi üçün Vergi Məcəlləsinin 42.2 maddəsinə əsasən “Sənədlərin təqdim olunmasından imtina barədə” 08.11.2019-cu il tarixli Akt tərtib olundu. Vergi Məcəlləsinin 43-cü maddəsinə əsasən Departamentin 12.04.2019-cu il tarixli **********180732 saylı “Sənədlərin və nümumə kimi əşyaların götürülməsi haqqında” Qərar çıxarılmış, lakin vergi ödəyicisi heç bir səbəb göstərmədən yoxlanılan dövr üzrə qərarda göstərilən sənədləri yoxlamaya qismən təqdim etdiyi üçün Vergi Məcəlləsinin 43.10-cu maddəsinə əsasən “Sənədlərin təqdim olunmasından imtina barədə” 12.04.2019-cu il tarixli Akt və Vergi Məcəlləsinin 43.8-ci maddəsinə əsasən “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” 12.04.2019-cu il tarixli tərtib edilmiş Protokol əsasında yoxlanılan dövr üzrə qərarda göstərilən sənədlər götürülmüşdür. Vergi Məcəlləsinin 41.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasını keçirən zaman vergi orqanının vəzifəli şəxsinin yoxlamanın dolğun və obyektiv keçirilməsi üçün halların ayırd edilməsi məqsədi ilə vergi yoxlaması keçirilən vergi ödəyicisinin ərazilərinin, habelə sənədlərin və əşyaların həmin orqanın əsaslandırılmış qərarı əsasında baxışını keçirmək hüququ vardır. Baş idarənin 18.03.2019-cu il tarixli **********179117 nömrəli “Səyyar vergi yoxlaması keçirilməsi zamanı vergi ödəyicisinin ərazisinin, binalarının, baxışının keçirilməsi haqqında” Qərar ilə müəssisənin AZ1054, ünvan 2 və AZ1025, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanda yerləşən ərazisinə, binalarına, habelə sənədlərinə və əşyalarına baxış keçirilmişdir. Baxışın keçirilməsi zamanı etibarnamə əsasında nümayəndə X14 və müşahidəçilər iştirak etdilər. İddiaçı MMC-yə məxsus AZ1025, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanda yerləşən icarəyə götürülmüş ofisində müəssisəyə məxsus sənədlər, AZ1054, ünvan 2 ünvanda yerləşən anbarda müxtəlif mallar müxtəlif ölçülü kabellər müəyyən edildi. “Vergi ödəyicisinin ərazisinə, binalarına, habelə sənədlərinə və əşyalarına baxışın keçirilməsi barədə” 19.03.2019-cu il tarixli Protokol tərtib edilmişdir. Mənfəət vergisi üzrə: Müəssisə yoxlanılan dövrdə mənfəət vergisi ödəyicisi olmuşdur. Yoxlama zamanı müəssisə tərəfindən təqdim olunmuş sənədlərə (mühasibat sənədlərinə, müqavilələrə, vergi hesab fakturalara, elektron qaimə fakturalara, təhvil-təslim aktlara, ƏDVDH çıxarışlara, ödəniş sənədlərinə, bank hesablarından çıxarışlara və sair sənədlərə) əsasən müəyyən edilmişdir ki, cəmiyyət tərəfindən Vergi Məcəlləsinin 108 və 130-cu maddələrinin tələbləri pozulmuşdur. Yoxlamaya qismən təqdim edilmiş sənədlərə əsasən Vergi Məcəlləsinin 108-ci və 130-cu maddalərinin tələblərinə müvafiq olaraq mənfəət vergisi yenidən hesablandı. Yoxlama ilə 2016-2017-ci illər üzrə mənfəət vergisi bəyannaməsi əhatə edilmişdir. Təqdim edilmiş mənfəət vergisi bəyannaməsində müəssisə tərəfindən gəlir və xərclərin hesablama metodu ilə əks etdirilməsi göstərilmişdir. Yoxlanılan dövr ərzində vergi orqanına təqdim olunmuş 2016-2017-ci illərin “Mənfəət vergisi” bəyannaməsinin düzgünlüyü yoxlanıldı və yoxlamanın nəticəsi kimi verginin hesabatda göstərilən məbləği verginin hesabatında göstərilməli olan məbləği ilə müqayisə edilərkən Vergi Məcəlləsinin 108 və 130-cu maddələrinin tələblərinin pozulması səbəbindən 2016- 2017-ci illər üzrə 227.822,63 manat məbləğində mənfəət vergisinin azaldılması müəyyən edildi. Müəssisə tərəfindən vergi orqanına təqdim edilmiş 2016-cı ilin mənfəət vergisi bəyannaməsi üzrə gəlir və xərcləri aşağıdakı kimi olmuşdur: Müəssisə tərəfindən 2016-cı il üzrə təqdim etdiyi “Mənfəət vergisi” bəyannaməsində ümumi gəliri 3525670.51 manat, gəlirin əldə edilməsi ilə bağlı xərclər 2922540.51 manat, mənfəət vergisi bəyannaməsi üzrə vergitutma məqsədləri üçün mənfəət 603130.00 manat olmaqla 20% dərəcə ilə 120626.00 vergi məbləği hesablanmışdır. Vergi Məcəlləsinin 130.2-ci maddəsinə əsasən vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Həmin Məcəllənin 16.1.3-cü maddəsi ilə qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərin (xərclərinin) və vergitutma obyektlərinin uçotunun aparılması, 16.1.6-cı maddəsi ilə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatların və sənədlərin təqdim edilməsi vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir. Səyyar vergi yoxlaması ilə vergi orqanına təqdim edilmiş 2016- ci il üzrə mənfəət vergisi bəyannaməsinin düzgünlüyü araşdırılmışdır. Belə ki, vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatlarına, bank əməliyyatları barədə məlumatlara və yoxlamaya təqdim edilmiş ilkin sənədlərə əsasən müəyyən edilmişdir ki, cəmiyyət tərəfindən Mənfəət vergisi bəyannaməsinin gəlirlər bölməsinin “Malların təqdim edilməsindən gəlirləri” adlı 200.1-ci sətrindəki gəlirləri 24110.80 manat (3649349.39 - 3625238,59) artıq göstərilməsi və gəlirin əldə edilməsi ilə bağlı xərclər bölməsinin “Digər xərcləri” adlı 232-ci sətrində 648.624.26 manat xərclərdən 236626,67 manat məbləği bu gəlirin əldə edilməsi ilə bağlı olmadığı, 411997.59 manat məbləğdə digər xərclərin isə təstiqedici sənədlərin olmadığı müəyyən olunmuşdur. Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Yoxlama zamanı uçot-baza məlumatlarına əsasən müəyyən edilmişdir ki, cəmiyyət 28.12.2016-cı il tarixli "xxxx" MMC-dən (VÖEN:**********) dəyəri 236626,67 manat (ƏDV-siz) olan ağac materialları almışdır. Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq vergi orqanlarının hüquqlarına aid edilmişdir. Cəmiyyətin direktoru X15 yoxlamaya təqdim etdiyi izahatında əldə edilmiş ağac materiallarının kabel satışı zamanı paddon və katuşkalardan istifadə edilməsi zərurəti yarandığı üçün alındığı bildirilmişdir. Eyni zamanda əldə edilmiş ağac materialları cəmiyyət tərəfindən təmin edilərək "xxxx" MMC-dən (VÖEN: **********) katuşka və "xxxx" MMC-dən (VÖEN: **********) paddon sifariş edilmişdir. Nəticədə əldə edilmiş Vergi Məcəlləsinin 108-ci maddəsinin tələblərinə əsasən əldə edilmiş ağac materialları gəlirin əldə edilməsi ilə bağlı olmadığı üçün bəyannamə üzrə artıq göstərilmiş 236626,67 manat xərc yoxlama ilə azaldılmışdır. Nəticədə 2016-cı il üzrə vergiyə cəlb olunan mənfəət məbləği 1227643,46 (3501559,71- 2273916,25) manat müəyyən edildi və büdcəyə əlavə olaraq 124902,69 (1227643,46 x20%=245528,69- 120626.00) manat mənfəət vergisi hesablandı və Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50 faiz həcmində, yəni 62451,35 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunur. Müəssisə tərəfindən vergi orqanına təqdim edilmiş 2017-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə gəlir və xərcləri aşağıdakı kimi olmuşdur: Müəssisə tərəfindən 2017-ci il üzrə təqdim etdiyi “Mənfəət vergisi” bəyannaməsində ümumi gəliri 7441065.90 manat, gəlirin əldə edilməsi ilə bağlı xərclər 6171845.41 manat, mənfəət vergisi bəyannaməsi üzrə vergitutma məqsədləri üçün mənfəəti 1269220.49 manat olmaqla 20% dərəcə ilə 253844.10 vergi məbləği hesablanmışdır. Vergi Məcəlləsinin 130.2-ci maddəsinə əsasən vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Həmin Məcəllənin 16.1.3-cü maddəsi ilə qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərin (xərclərinin) və vergitutma obyektlərinin uçotunun aparılması, 16.1.6-cı maddəsi ilə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatların və sənədlərin təqdim edilməsi vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir. Səyyar vergi yoxlaması ilə vergi orqanına təqdim edilmiş 2017ci il üzrə mənfəət vergisi bəyannaməsinin düzgünlüyü araşdırılmışdır. Belə ki, vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatlarına, bank əməliyyatları barədə məlumatlara və yoxlamaya təqdim edilmiş ilkin sənədlərə əsasən müəyyən edilmişdir ki, cəmiyyət tərəfindən Mənfəət vergisi bəyannaməsinin gəlirin əldə edilməsi ilə bağlı xərclər bölməsinin “Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstəriməsi) ilə bağlı sair xərclər” adlı 221.15-ci sətrində sair xərclərin 388000.00 manat (1691120.00- 1303120.00) və “Nəqliyyat vasitələri üzrə hesablanmış amortizasiya” adlı 227.3-cü sətrində 103701.27 manat (155559.92-51858.65) artıq göstərilməsi aşkar edilmişdir. Həmin xəclərin bu gəlirin əldə edilməsi ilə bağlı olmadığı müəyyən olunmuşdur. Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Yoxlama zamanı uçot-baza məlumatlarına əsasən müəyyən edilmişdir ki, cəmiyyət 30.01.2017-ci il tarixli "xxxx" MMCdən (VÖEN: **********) dəyəri 388000.00 manat (ƏDV-siz) olan ağac materialları almışdır. Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq vergi orqanlarının hüquqlarına aid edilmişdir. Cəmiyyətin direktoru X15 yoxlamaya təqdim etdiyi izahatında əldə edilmiş ağac materiallarının kabel satışı zamanı paddon və katuşkalardan istifadə edilməsi zərurəti yarandığı üçün alındığı bildirilmişdir. Eyni zamanda əldə edilmiş ağac materialları cəmiyyət tərəfindən təmin edilərək "xxxx" MMC-dən (VÖEN: **********) katuşka və "xxxx" MMC-dən (VÖEN: **********) paddon sifariş edilmişdir. Nəticədə əldə edilmiş Vergi Məcəlləsinin 108-ci maddəsinin tələblərinə əsasən əldə edilmiş ağac materialları gəlirin əldə edilməsi ilə bağlı olmadığı üçün bəyannamə üzrə artıq göstərilmiş 388000.00 manat xərc yoxlama ilə azaldılmışdır. Bundan əlavə yoxlama zamanı uçot-baza məlumatlarına əsasən müəyyən edilmişdir ki, cəmiyyətin balansında 5 nəqliyyat vasitəsi (minik avtomobili) olmuşdur. Belə ki, həmin nəqliyyat vasitələri “X27” MMC-dən (VÖEN: **********) **-AA-*** dövlət qeydiyyat nişanlı VOLKSWAGEN PASSAT Minik Avtomobili və **-AH-*** dövlət qeydiyyat nişanlı VOLKSWAGEN PASSAT R-LİNE minik avtomobili, "xxxx" MMCdən (VÖEN: **********) **-AZ-*** dövlət qeydiyyatlı nişanlı MERCEDES BENZ GLS 500 minik avtomobili, "xxxx" MMM-dən (VÖEN **********) **-AA-*** dövlət qeydiyyatı nişanlı MERCEDES E250 minik avtomobili və "xxxx" MMC-dən (VÖEN: **********) **-AE-*** dövlət qeydiyyat nişanlı VOLVO XC-90 minik avtomobili əldə etmişdir. Bəyannamə məlumatlarına əsasən müəyyən edildi ki, cəmiyyət 5 minik avtomobilinə amortizasiya ayırmaları hesablamış və amortizasiya üzrə xərc maddəsində həmin ayırmaları əks etdirmişdir. Yoxlama ilə amortizasiya ayırmalarının düzgünlüyü vəziyyəti araşdırılmış və müəyyən edilmişdir ki, cəmiyyət özünəməxsus 4 nəqliyyat vasitəsini istismara verməmişdir. Belə ki, nəqliyyat vasitələrinin istismar olunması barədə təsdiqedici sənədlər (yol vərəqəsi, yanacaq silgisi və.s.) yoxlamaya təqdim olunmamışdır. Vergi Məcəlləsinin 114.2.10-cu maddəsinə əsasən istsimara verilməmiş anbarda olan əsas vəsaitlər amortizasiya olunmur. Vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim edilmiş “Nəqliyyat vasitəsinin istifadə hüqunun verilməsi haqqında” Etibarnaməyə əsasən **-AZ-*** dövlət qeydiyyatlı nişanlı MERCEDES BENZ GLS 500 minik avtomobilinin cəmiyyətin direktoru X12 verildiyi müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq, digər 4 nəqliyyat vasitəsinin köhnəlməyə məruz qalması barədə təsdiqedici məlumatlar olmaması ilə əlaqədar olaraq cari il üzrə həmin nəqliyyat vasitələrinə amortizasiya ayırmaları yoxlama ilə hesablanmamışdır. Yalnız cəmiyyətin direktorunun etibarnamə üzrə istifadəsinə verilmiş ümumi dəyəri 207434,60 manat (ƏDV-siz) olan nəqliyyat vasitəsinə yoxlama ilə amortizasiya ayırması hesablanmışdır. Vergi Məcəlləsinin 114.3.3-cü maddəsinə əsasən nəqliyyat vasitələrinə 25 faizədək illik amortizasiya norması müəyyən edilmişdir. Nəticədə amortizasiya ayırmaları üzrə xərcin 103701.27(155559.92-51858.65 (207434,60*25%)) artıq göstərilməsi aşkar edilmişdir. Nəticədə 2017-ci il üzrə vergiyə cəlb olunan mənfəət məbləği 1783820.19 manat müəyyən edildi və büdcəyə əlavə olaraq 102919.94 (1783820.19x20%=356764.04- 253844.10) manat mənfəət vergisi hesablandı və Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50 faiz həcmində, yəni 51459.97 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunur. Əlavə dəyər vergisi üzrə: Yoxlanılan dövrdə müəssisə tərəfindən təqdim olunmuş əlavə dəyər vergisi bəyannamələrinin düzgünlüyü yoxlanıldı və müəyyən olundu ki: Müəssisə ƏDV məqsədləri üçün qeydiyyat haqqında ərizəni vergi orqanına təqdim etmiş və 31.10.2012-ci il tarixli **********8 saylı ƏDV ödəyicisinin qeydiyyat bildirişini almışdır. Bildiriş 31.10.2012-ci il tarixdən qüvvəyə minmişdir. Yoxlama ilə ƏDV üzrə 01.09.2016-cı il tarixdən 31.05.2018-ci il tarixə qədər olan dövr əhatə olundu. Vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatları, yoxlamaya təqdim edilmiş ilkin mühasibat sənədləri, bank əməliyyatları və vergi ödəyicisinin ƏDVDH-dan çıxarışa əsasən müəyyən edilmişdir ki, cəmiyyət tərəfindən Vergi Məcəlləsinin 159.1-ci, 166.1-ci, 175.1-ci və 175.2-ci maddələrinin tələbləri pozulmuşdur. Cəmiyyət tərəfindən ƏDV-nin azaldılması səbəbi malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi ilə bağlı vergi tutulan əməliyyatın vaxtının düzgün müəyyən olunmaması ilə bağlıdır (01.09.2016-cı il tarixdən 31.07.2018-cı il tarixədək olan dövr üzrə ƏDV-nin hesablanmasının müqayisəli cədvəli akta əlavə olunur). Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Beləliklə, yoxlama zamanı Vergi Məcəlləsinin 159.1-ci, 166.1-ci, 175.1-ci və 175.2-ci maddələrinin tələblərinə uyğun olaraq büdcəyə əlavə olaraq 205779,91 manat (296,72+191219,43+14263,76) məbləğində əlavə dəyər vergisi hesablandı və Vergi Məcəlləsinin 58.1. maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldıldığına görə ayrıayrı aylar üzrə azaldılmış və ya yayındırılmış 257682,77 manat vergi məbləğinin 50 faizi miqdarında 128841,39 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi təklif olundu. (Cəmi hesablama: 334621,3 manat (205779,92+128841,39) Cəmiyyət tərəfindən Əlavə dəyər vergisinin azaldılmasının səbəbləri aşağıda qeyd olunanlarla bağlıdır: 2016-cı il üzrə: Cəmiyyət tərəfindən 2016-cı il üzrə vergi orqanına təqdim edilmiş ƏDV bəyannamələrinin düzgünlüyü vəziyyəti hazırkı yoxlama ilə araşdırılmışdır. Yoxlama ilə müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən 2016-cı ilin sentyabr, oktyabr, noyabr və dekabr ayları üzrə 149126,25 manat ƏDV məbləği ((2524540,57*18%)-305291,05) hesablanmışdır. Bəyannamə məlumatlarına əsasən 2016-cı ilin sentyabr, oktyabr, noyabr və dekabr ayları üzrə 2524540,57 manat (ƏDV-siz) dövriyyə məbləği göstərildiyi, habelə 305291.05 manat ƏDV məbləğinin əvəzləşdirilməyə verildiyi müəyyən edilmişdir. Yoxlama ilə vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatları, yoxlamaya təqdim edilmiş ilkin mühasibat sənədləri, bank əməliyyatları və vergi ödəyicisinin ƏDVDH-dan çıxarışa əsasən vergi tutulan əməliyyatın vaxtı dəqiqləşdirilmişdir. Yoxlama ilə müəyyən edilmişdir ki, cəmiyyət tərəfindən ƏDV-yə cəlb olunan dövriyyə 1528,50 manat (2526069,07-2524540,57) az göstərilmişdir. Əvəzləşdirilməyə verilmiş ƏDV məbləğinin düzgünlüyü vəziyyəti araşdırılarkən müəyyən edilmişdir ki, cəmiyyət 21,60 manat (355260,01-355238,41) ƏDV məbləğini artıq əvəzləşdirmişdir. Belə ki, "xxxx" MMC-dən (VÖEN: **********) 2016-cı ilin noyabr ayı ərzində əldə edilmiş ƏDV məbləği 21,60 manat olan 3 E-VHF-ya münasibətdə Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən ödəmələr maddənin tələblərinə uyğun həyata keçirilmədiyi üçün əvəzləşdirilmədən çıxarılmışdır. Nəticədə 2016-cı il üzrə cəmiyyət tərəfindən 296.72 manat ((2524540,57*18%)- 305291,05)- ((2526069,07*18%)-305269,45) ƏDV məbləğinin əlavə hesablanması müəyyən edilmişdir. 2017-ci il üzrə: Cəmiyyət tərəfindən 2017-ci il üzrə vergi orqanına təqdim edilmiş ƏDV bəyannamələrinin düzgünlüyü vəziyyəti hazırkı yoxlama ilə araşdırılmışdır. Yoxlama ilə müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən 2017-ci il üzrə 271488,96 manat ƏDV məbləği ((7440457,15*18%)-1067793,33) hesablanmışdır. Bəyannamə məlumatlarına əsasən 2017-ci il üzrə 7440457,15 manat (ƏDV-siz) dövriyyə məbləği göstərildiyi, habelə 1067793,33 manat ƏDV məbləğinin əvəzləşdirilməyə verildiyi müəyyən edilmişdir. Yoxlama ilə vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatları, yoxlamaya təqdim edilmiş ilkin mühasibat sənədləri, bank əməliyyatları və vergi ödəyicisinin ƏDVDH-dan çıxarışa əsasən vergi tutulan əməliyyatın vaxtı dəqiqləşdirilmişdir. Yoxlama ilə müəyyən edilmişdir ki, cəmiyyət tərəfindən ƏDV-yə cəlb olunan dövriyyə 22898,43 manat (7463355,58-7440457,15) az göstərilmişdir. Əvəzləşdirilməyə verilmiş ƏDV məbləğinin düzgünlüyü vəziyyəti araşdırılarkən müəyyən edilmişdir ki, cəmiyyət 187097,71 manat (1067793,33-880695,62) (112432,80+74664,91) ƏDV məbləğini artıq əvəzləşdirmişdir. Belə ki, cəmiyyət "xxxx" MMC-dən (VÖEN: **********) 28.12.2016-cı il tarixli HM serivalı 772438 nömrəli və 30.01.2017-ci il tarixli HM seriyalı 970262 nömrəli evhf-larına əsasən ağac materialları (əsas məbləğ: 624626,67 manat, ƏDV məbləği: 112432,80 manat) əldə etmişdir ki, əldə olunmuş ağac materialları bilavasitə vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı olmamışdır. Uçot-baza məlumatlarına əsasən cəmiyyətin balansında 5 nəqliyyat vasitəsi (minik avtomobili) olmuşdur. Müəyyən edilmişdir ki, “X27” MMC-dən (VÖEN:**********) **-AA-*** dövlət qeydiyyat nişanlı VOLKSWAGEN PASSAT minik avtomobili və **-AH-*** dövlət qeydiyyat nişanlı VOLKSWAGEN PASSAT R-LİNE minik avtomobili, "xxxx" MMC-dən (VÖEN: **********) **-AZ-*** dövlət qeydiyyatlı nişanlı MERCEDES BENZ GLS 500 minik avtomobili, "xxxx" MMM-dən (VÖEN **********) **-AA-*** dövlət qeydiyyatı nişanlı MERCEDES E250 minik avtomobili və "xxxx" MMC-dən (VÖEN: **********) **-AE-*** dövlət qeydiyyat nişanlı VOLVO XC-90 minik avtomobili əldə olunmuşdur. Nəqliyyat vasitələrinin istismar olunması barədə təsdiqedici sənədlər (yol vərəqəsi, yanacaq silgisi və.s.) yoxlamaya təqdim olunmamışdır. Vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim edilmiş “Nəqliyyat vasitəsinin istifadə hüqunun verilməsi haqqında” etibarnaməyə əsasən **-AZ-*** dövlət qeydiyyat nişanlı MERCEDES BENZ GLS 500 minik avtomobilinin cəmiyyətin direktoru X12 verildiyi müəyyən edilmişdir. Odur ki, digər 4 nəqliyyat vasitəsi üzrə cəmiyyət əsas məbləği 414805,09 manat ƏDV məbləği 74664,91 manat ödəniş həyata keçirməsinə baxmayaraq göstərilən nəqliyyat vasitələri vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bilavasitə bağlı olmamışdır. Vergi Məcəlləsinin 175.2-ci maddəsinə əsasən digər hissəsi isə başqa məqsədlər üçün vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturaları üzrə onun tərəfindən ödənilmiş ƏDV-nin məbləği sahibkarlıq fəaliyyəti üçün istifadə olunan malların (işlərin, xidmətlərin) xüsusi çəkisinə görə müəyyənləşdirilən ƏDV-nin məbləği qədər əvəzləşdirilir. Maddənin tələbindən göründüyü kimi sahibkarlıq məqsədləri üçün istifadə olunmayan mallara görə ƏDV-nin əvəzləşdirilməsinə yol verilmir. Nəticədə 2017-ci il üzrə yoxlama ilə 191219,43 manat ((7463355,58*18%)-880695,62)-(7440457,15*18%)- 1067793,33)) ƏDV-si əlavə hesablanmışdır. 2018-ci il üzrə: Cəmiyyət tərəfindən 2018-ci il üzrə vergi orqanına təqdim edilmiş ƏDV bəyannamələrinin düzgünlüyü vəziyyəti hazırkı yoxlama ilə araşdırılmışdır. Yoxlama ilə müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən 2018-ci ilin yanvar, fevral, mart, aprel və may ayları üzrə 91478,74 manat ƏDV məbləği ((754860,65*18%)-44396,18) hesablanmışdır. Bəyannamə məlumatlarına əsasən 2018-ci ilin yanvar, fevral, mart, aprel və may ayları üzrə 754860,65 manat (ƏDV-siz) dövriyyə göstərildiyi, habelə 44396,18 manat ƏDV məbləğinin əvəzləşdirilməyə verildiyi müəyyən edilmişdir. Yoxlama ilə vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatları, yoxlamaya təqdim edilmiş ilkin mühasibat sənədləri, bank əməliyyatları və vergi ödəyicisinin ƏDVDH-dan çıxarışa əsasən vergi tutulan əməliyyatın vaxtı dəqiqləşdirilmişdir. Yoxlama ilə müəyyən edilmişdir ki, cəmiyyət tərəfindən ƏDV-yə cəlb olunan dövriyyə 5,84 manat (754866,49-754860,65) az göstərilmişdir. Əvəzləşdirilməyə verilmiş ƏDV məbləğinin düzgünlüyü vəziyyəti araşdırılarkən müəyyən edilmişdir ki, cəmiyyət 14262,71 manat ƏDV məbləğini artıq əvəzləşdirmişdir. Belə ki, “X27” MMC-dən (VÖEN: **********) 09.03.2018-ci il tarixdə əldə edilmiş HR seriyalı 892035 nömrəli e-vhfna əsasən əsas məbləği 79237,29 manat ƏDV məbləği 14262,71 manat olan avtonəqliyyat vasitəsinin ödənişinin həyata keçməsinə baxmayaraq göstərilən nəqliyyat vasitəsi vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bilavasitə bağlı olmamışdır. Vergi Məcəlləsinin 175.2-ci maddəsinə əsasən digər hissəsi isə başqa məqsədlər üçün vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturaları üzrə onun tərəfindən ödənilmiş ƏDVnin məbləği sahibkarlıq fəaliyyəti üçün istifadə olunan malların (işlərin, xidmətlərin) xüsusi çəkisinə görə müəyyənləşdirilən ƏDV-nin məbləği qədər əvəzləşdirilir. Maddənin tələbindən göründüyü kimi sahibkarlıq məqsədləri üçün istifadə olunmayan mallara görə ƏDV-nin əvəzləşdirilməsinə yol verilmir. Nəticədə 2018-ci il üzrə yoxlama ilə 14263,76 manat ((5,84*18%)+14262,71) ƏDV-si əlavə hesablanmışdır. Vergi Məcəlləsinin 70.3-cü maddəsinə görə vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5323/2020 saylı, 11.12.2020-ci il tarixli qərarı ilə İddiaçı MMC-nin iddiasının qismən təmin edilməsi, cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 10.06.2020-ci il tarixli, **********137123 №-li saylı qərarının qismən, 2016-cı il üzrə 82.450,72 manat mənfəət vergisi istisna olmaqla, qalan hissədə - mənfəət vergisi, əlavə dəyər vergisi və onlara tətbiq edilən maliyyə sanksiyası hissəsində ləğv edilməsi, qalan hissədə iddianın təmin edilməməsi, ekspertiza xərcinin 72,50 (yetmiş iki manat 50 qəpik) manatının İddiaçı MMC-dən, 72,50 (yetmiş iki manat 50 qəpik) manatının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən tutularaq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın qismən, iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə qərarında qeyd edir ki, iddiaçı "xxxx" MMC-dən ağac materialları almış, aldığı materiallardan paddon və katuşka tədarük edilməsi üçün "xxxx" MMC və "xxxx" MMC ilə dülgər işlərinin görülməsinə dair xidmət müqaviləsi bağlamışdır. Belə olan halda qeyd edilən xərclərin gəlirin əldə edilməsi ilə bağlı xərclərə aid edilməməsi əsassızdır. Qeyd edilən dəlil ilə bağlı bildiririk ki, yoxlama zamanı uçot-baza məlumatlarına əsasən müəyyən edilmişdir ki, Cəmiyyət 28.12.2016-cı il tarixli "xxxx" MMC-dən (VÖEN: **********) dəyəri 236626,67 manat (ƏDV-siz) olan ağac materialları almışdır. Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq vergi orqanlarının hüquqlarına aid edilmişdir. Cəmiyyətin direktoru X15 yoxlamaya təqdim etdiyi izahatında əldə edilmiş ağac materiallarının kabel satışı zamanı paddon və katuşkalardan istifadə edilməsi zərurəti yarandığı üçün alındığı bildirilmişdir. Eyni zamanda əldə edilmiş ağac materialları cəmiyyət tərəfindən təmin ediləcək "xxxx" MMC-dən (VÖEN: **********) katuşka və "xxxx" MMC-dən (VÖEN: **********) paddon sifariş edilmişdir. Nəticədə Vergi Məcəlləsinin 108-ci maddəsinin tələblərinə əsasən əldə edilmiş ağac materialları gəlirin əldə edilməsi ilə bağı olmadığı üçün bəyannamə üzrə artıq göstərilmiş 236626,67 manat xərc yoxlama ilə azaldılmışdır. Məhkəmə qərarında qeyd etmişdir ki, iddiaçı "xxxx" MMC-dən aldığı ağac materiallarını paddon və katuşkaların kabel dolanması üçün "xxxx" MMC-yə göndərmişdir. Məhkəmə qeyd edilən mövqeyini iş materiallarında olan təhvil-təslim aktları ilə əsaslandırmışdır. Halbuki "xxxx" MMC-dən alınmış paddon və katuşkaların istehsalı üçün məhz "xxxx" MMC-dən alınmış ağac materiallarının istifadə olunmasını təsdiq edən hər hansı sübut iş materiallarında mövcüd deyil. Məhkəmə Ekspertiza Mərkəzinin 24.11.2020ci il tarixli 9/3363-10/2262 saylı ekspert rəyində qeyd edilir ki, “kabel və naqillər ağac materialından hazırlanmış barabanlarda qablaşdırılaraq daşına bilər. Barabanların hazırlanması üçün müvafiq ağac materiallarından istifadə olunmalıdır”. Məhkəmə qərarında ekspertin yuxarıda qeyd edilən mövqeyinə istinad edərək bildirir ki, iddiaçının aldığı ağac materiallarının paddon və katuşkaların istehsalı üçün istifadə olunmağı sübuta yetirilmişdir. Bununla bağlı qeyd edirik ki, ekspert rəyində qeyd olunub ki, “kabel və naqillər ağac materialından hazırlanmış barabanlarda qablaşdırılaraq daşına bilər. Barabanların hazırlanması üçün müvafiq ağac materiallarından istifadə olunmalıdır” qeydi iddiaçının "xxxx" MMC-dən sifariş etdiyi paddon və katuşkaların məhz "xxxx" MMC-dən aldığı ağac materialları ilə hazırlanmasını sübuta yetirmir. Göründüyü kimi məhkəmə ekspert rəyini təhrif edərək düzgün olmayan nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi qərarında minik avtomobillərini müəssisənin əsas vəsaitləri kimi qəbul edərək, həmin avtomobillərin müəssisənin təsərrüfat fəaliyyəti zamanı istifadə edilməsi ilə bağlı iddiaçının dəlilləri ilə razılaşmışdır. Belə ki, məhkəmə qərarında qeyd etdiyi dəlilin əsası kimi göstərir ki, minik avtomobillərindən “Volkswagen Passat R-Line” markalı, 99AH012 nömrəli nəqliyyat vasitəsi müəssisədə operator vəzifəsində çalışan X8 istifadəsinə verilmişdir. Məhkəmənin qeyd edilən dəlili ilə bağlı bildirilir ki, sözügedən minik avtomobillərinin müəssisənin təsərrüfat fəaliyyəti zamanı istifadə edilməsi fikri tamamilə absurdur. Belə ki, Əmək Məcəlləsinin 57.2-ci maddəsinə əsasən əmək funksiyasının həcmi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş Vahid X2 əsasən və ya işəgötürən tərəfindən müəyyən edilərək əmək müqavilələrində təfsilatı ilə göstərilir. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 15.11.2005-ci il tarixli 24-2 nömrəli qərarı ilə təsdiq edilmiş “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X3”na əsasən operator vəzifəsi müəssisədə texniki icraçılara aid edilməklə, müəssisənin istehsalında hər hansı bir əmək funksiyaları daşımır. Həmçinin birinci instansiya məhkəməsi vergi orqanı tərəfindən səyyar vergi yoxlamasını qanunvericiliklə müəyyən edilmiş müddətləri pozaraq aparıldığını qeyd etmişdir. Vergi orqanı tərəfindən müddətin dayandırılmasına dair bütün hərəkətlər qanunvericiliyin tələblərinə uyğun olaraq qərar qəbul edilməklə həyata keçirilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, səyyar vergi yoxlaması ona görə dayandırılmışdı ki, vergi ödəyicisinin ərizəsi daxil olmuşdu. Səyyar vergi yoxlamasının dayandırılması müddət axımını dayandırır. 6-7 dəfə ərizə daxil olub, onlar da dayandırıblar. Vergi ödəyicisinin fəaliyyəti kabellərlə bağlıdır. Paddon, katuşkaların məhz həmin ağaclardan istifadə edilərək hazırlanması müəyyən edilmir. Operator vəzifəsi texniki bir vəzifədir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, bu qədər müddətin uzadılması elə qanun pozuntusudur. Dayandırma və müddətin uzadılması ilə bağlı qərarlar reyestrə daxil edilməmişdir. Taxta materiallarına gəldikdə isə iddiaçı fiber-optik kabel istehsalı ilə bağlıdır. Barabanlar kabelin sağlam şəkildə alıcılara çatdırılması üçündür. Poddon, katuşkalar bu səbəbdən xərclərdən çıxılmalıdır. Nəqliyyata gəldikdə isə tam maddi məsuliyyət və cari təmirlə bağlı xərc sənədləri var. Dayandırma ilə bağlı verilən ərizələrin məqsədi o olub ki, vergi orqanının əməkdaşları tərəfindən tələb qoyulub ki, müddəti ötürürlər. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: - Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüquqi Şəxslərinin Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, İddiaçı MMC 31 oktyabr 2012-ci il tarixdə ünvan 3 ünvanında qeydiyyata alınmış və ona ********** saylı VÖEN verilmişdir. - Növbəti səyyar vergi yoxlamasının keçirilməsi haqqında **********203400 nömrəli bildirişi ilə Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 20.07.2018-ci il tarixli, **********157290 №-li qərarı əsasında İddiaçı MMC üzrə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıda göstərilən vergi dövrləri əhatə edilməklə 06.08.2018 tarixdən 30 iş günü müddətində növbəti səyyat vergi yoxlamasının keçirilməsi nəzərdə tutulmuşdur. - İş materiallarında olan 20 aprel 2020-ci il tarixli, **********16646 saylı Səyyar vergi yoxlaması haqqında aktın surətindən görünür ki, İddiaçı MMC-nin fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş 01.09.2016-cı il tarixdən 31.05.2018-ci il tarixədək olan dövr əhatə olunmaqla yoxlama keçirilmişdir. Həmin aktın yoxlamanın nəticələri üzrə təklifdən görünür ki, Vergi Məcəlləsinin 108 və 130-cu maddələrinin tələblərinə uyğun olaraq mənfəət vergisi üzrə büdcəyə çatası vergi məbləğinin 227.822,63 manat azaldılması müəyyən edilmiş və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldıldığına görə azaldılmış və ya yayındırılmış mənfəətdən vergi məbləğinin 50 faizi miqdarında 113.911,32 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi; Vergi Məcəlləsinin 159.1-ci, 166.1-ci, 175.1-ci və 175.2-ci maddələrinin tələblərinə uyğun olaraq büdcəyə əlavə olaraq 205.779,91 manat (296,72+191.219,43+14.263,76) məbləğində əlavə dəyər vergisi və Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldıldığına görə ayrı-ayrı aylar üzrə azaldılmış və ya yayındırılmış 257.682,77 manat vergi məbləğinin 50 % miqdarında 128.841,39 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi təklif olunmuşdur. - Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 10 iyun 2020-ci il tarixli, **********137123 saylı qərarın surətindən görünür ki, İddiaçı MMC-yə 433.375,54 manat məbləğində vergi borcu hesablanmış və 111.629,7 manat maliyyə sanksiyası tətbiq edilmişdir. - Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimlərin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə **********722700 nömrəli tələbnaməyə əsasən, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü və 49-cu maddələrini əsas tutaraq səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələr üzrə çıxarılmış “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” 10.06.2020-ci il tarixli, **********137123 saylı qərar əsasında İddiaçı MMC-yə 433.375,54 manat məbləğində vergi borcu və 111.629,70 manat məbləğində maliyyə sanksiyası, ümumilikdə 545.005,24 manat məbləğində vergi borcunun dövlət büdcəsinə ödənilməsi tələb olunmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası və məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 9/3363-10/2262 nömrəli, 24 noyabr 2020-ci il tarixli ekspert rəyinin nəticə hissəsindən görünür ki, məhkəmə tərəfindən ekspertlər qarşısında qoyulmuş suallara aşağıdaki kimi cavab verilmişdir: Birinci və ikinci suallar üzrə: Yoxlamanın əhatə etdiyi dövrdə İddiaçı MMC tərəfindən aparılmış əməliyyatlara (2016-cı il üzrə) 82.450,72 manat məbləğində mənfəət vergisinin az hesablanması və 46.604,51 manat məbləğində ƏDV-nin artıq hesablanması müəyyən edilmişdir. Üçüncü və dördüncü suallar üzrə: Tədarük olunmuş ağac materialları və daha sonra əldə edilmiş paddon və katuşqalar və İddiaçı MMC-nin mülkiyyətində olan “Volkswagen Passat-Line” minik markalı, 99AH012 dövlət nömrə qeydiyyatlı; “Volvo XC 90” minik markalı, 99AA043 dövlət qeydiyyat nişanlı; “Volkswagen Passat” minik markalı, 90AA112 dövlət nömrə qeydiyyat nişanlı; “BMW 740 U” minik markalı, İOYY012 dövlət nömrə qeydiyyat nişanlı avtonəqliyyat vasitələrinin amortizasiya xərcləri Vergi Məcəlləsinin 108-ci maddəsinin tələblərinə uyğun olaraq mənfəət vergisinin hesablanması üçün gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər kimi gəlirdən çıxılır. Beşinci və altıncı suallar üzrə: DÜST 5151-79 tələblərinə görə, kabel və naqillər ağac materialından hazırlanmış barabanlarda qablaşdırılaraq daşına bilər. DÜST 5151-79-nın 2.2 bəndinin tələblərinə görə, barabanların hazırlanması üçün müvafiq ağac materiallarından istifadə olunmalıdır. Yeddinci və səkkizinci suallar üzrə: İddiaçı MMC-nin mülkiyyətində olan “Volkswagen Passat-Line” minik markalı, 99AH012 dövlət nömrə qeydiyyatlı; “Volvo XC 90” minik markalı, 99AA043 dövlət qeydiyyat nişanlı; “Volkswagen Passat” minik markalı, 90AA112 dövlət nömrə qeydiyyat nişanlı; “BMW 740 U” minik markalı, İOYY012 dövlət nömrə qeydiyyat nişanlı avtonəqliyyat vasitələri istifadə olunduğu müəyyən edilir, eyni zamanda tədarük olunmuş ağac materialları və daha sonra əldə edilmiş paddon və katuşqalar hazırlandığı müəyyən edilir. Lakin, İddiaçı MMC-nin mülkiyyətində olan “Volkswagen Passat-Line” minik markalı, 99AH012 dövlət nömrə qeydiyyatlı; “Volvo XC 90” minik markalı, 99AA043 dövlət qeydiyyat nişanlı; “Volkswagen Passat” minik markalı, 90AA112 dövlət nömrə qeydiyyat nişanlı; “BMW 740 U” minik markalı, İOYY012 dövlət nömrə qeydiyyat nişanlı avtonəqliyyat vasitələri və İddiaçı MMC tərəfindən tədarük olunmuş ağac materialları və daha sonra əldə edilmiş paddon, katuşqaların və kabellərin satışı sahibkarlıq fəaliyyətinə aid olub-olmaması məsələsi tikinti-texniki ekspertinin səlahiyyətinə aid deyildir. Məhkəmə sorğusu əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X26 İdarəsi tərəfindən verilmiş 14 sentyabr 2020-ci il tarixli, 83341-1220 saylı cavab məktubundan görünür ki, “Volvo XC-90” minik markalı, 90AZ035 dövlət nömrə qeydiyyatlı (əvvəlki 10AE888); “Volkswagen Multivan” minik markalı, 10PP012 dövlət nömrə qeydiyyatlı; “X21 4” minik markalı, 99AS030 dövlət nömrə qeydiyyatlı; “Mercedes Benz S350 D” minik markalı, 10AG121 dövlət nömrə qeydiyyatlı; “Lexus NX 200” minik markalı, 99AH913 dövlət nömrə qeydiyyatlı və “Volkswagen Passat” minik markalı, 90AA112 dövlət nömrə qeydiyyat nişanlı avtonəqliyyat vasitələri İddiaçı MMC-nin mülkiyyətindədir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin mübahisələndirilən qərarı əsasında iddiaçıya iki növ vergi – ƏDV və mənfəət vergisi üzrə əlavə vergi məbləğləri hesablanıb maliyyə sanskiyaları tətbiq etmişdir. İşin müəyyən olunan hallarından göründüyü kimi bu hissələrdə tərəflər arasında yaranmış mübahisənin səbəbləri – yoxlanılan dövr üzrə iddiaçının apardığı əməliyyatlara dair vergitutma anı barədəki fikir ayrılığı, həmçinin iddiaçının satın aldığı ağac materiallar və daha sonra tədarük olunmuş paddon və katuşqalar ilə bağlı xərclərin, habelə mülkiyyətində olan 4 ədəd avtonəqliyyat vasitəsi üzrə amortizasiya məbləğlərinin gəlirdən çıxılmalara aid edilib-edilməməli olmasıdır. Hesablanmış mənfəət vergisinin əsaslı olub-olmamasını müəyyən etmək məqsədi ilə ilk növbədə yoxlanılan dövr üzrə iddiaçının gəlir və xərclərinə dair məsələyə aydınlıq gətirilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.8-ci maddəsinə əsasən, mal - hər hansı maddi və ya qeyri-maddi əmlak (aktiv), o cümlədən elektrik və istilik enerjisi, qaz və su. Əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün qeyri-maddi aktivlər, pul vəsaiti və torpaq mal sayılmır. Həmin Məcəllənin 13.2.12-ci maddəsinə əsasən gəlir - malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə dövriyyələr vergiyə cəlb olunan gəlir hesab edilmir. Satışdankənar gəlirlər - digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəkilində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor və deponent borc məbləğləri. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyrikommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. Həmin Məcəllənin 104.1-ci və 104.2-ci maddələrinə görə, rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə fəaliyyət göstərən qeyri-rezident müəssisəsi bu fəaliyyətdən əldə etdiyi mənfəətindən, yəni daimi nümayəndəliyi ilə bağlı Azərbaycan mənbəyindən əldə etdiyi ümumi gəlirinin bu Məcəlləyə uyğun olaraq həmin gəlirin əldə edilməsinə çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğindən vergi ödəyir. Həmin Məcəllənin 108-ci maddəsinə əsasən, bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən əməliyyatlarla yanaşı, vergidən azad olunan, yaxud mənfəət (gəlir) vergisinə cəlb edilməyən əməliyyatlar aparıldıqda, habelə qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar aparıldıqda, həmin əməliyyatlar üzrə gəlirlərin və xərclərin uçotu ayrılıqda aparılmalıdır. Vergi ödəyicisi tərəfindən vergiyə cəlb olunan və vergidən azad olunan, yaxud mənfəət (gəlir) vergisinə cəlb edilməyən, habelə qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar üzrə çəkilən, lakin bölüşdürülməsi mümkün olmayan xərclərin gəlirdən çıxılan məbləği vergiyə cəlb edilən gəlirlərin vergi ödəyicisinin ümumi gəlirlərində xüsusi çəkisi əsasında müəyyən edilir. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinə çəkilmiş məsrəflər gəlirdən çıxılan xərclərə aid edilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının 30 yanvar 2017-ci il tarixli, Q-01 №li Qərarı ilə təsdiq edilmiş “X1 Standartlarına əsasən X4 Qaydaları”nın 2.1.6-cı və 2.1.7-ci maddələrinin tələblərinə görə, gəlir - mülkiyyətçilərin kapital qoyuluşu ilə əlaqəli olmayan, lakin kapitalda artım ilə nəticələnən və hesabat dövrü ərzində aktivlərin daxil olması və ya artması, və ya öhdəliklərin azalması şəklində iqtisadi səmərənin artımıdır; xərc–mülkiyyətçilər аrаsında kapitalın bölüşdürülməsi ilə əlaqəli оlmаyаn, lakin kapitalın аzаlmаsı ilə nəticələnən, hesabat dövrü ərzində aktivlərin kənara ахını və yа аzаlmаsı, habelə öhdəliklərin artması hesabına baş verən iqtisadi səmərənin аzаlmаsıdır. Sahibkarların müəssisə fəaliyyətində əsas məqsədi gəlir (mənfəət) əldə etməkdir. Gəlirlər mahiyyət etibarilə aktivlərin artmasına və öhdəliklərin azalmasına birbaşa təsir edir. Bu zaman kapitalın artımı baş verir və bu artımın mülkiyyətçilərin paylarına heç bir təsiri yoxdur. Müəssisənin əsas gəlir mənbəsi məhsul və xidmət satışından gəlirlərdir. Lakin bununla yanaşı valyuta mübadiləsi, icarə, və s. bunun kimi sahələr də gəlir mənbəsi hesab edilir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinin əldə etdiyi mənfəət iki elementin törəməsidir, gəlir çıxılsın xərclər. Milli Mühasibat Standartının Anlayış Sistemində nəzərdə tutulduğu kimi gəlir, xərc və mənfəət anlayışları daha geniş məna ifadə edirlər. Başqa sözlə desək, gəlir, bir müəssisənin fəaliyyəti nəticəsində aldığı, məsələn məhsul və ya xidmətin satdığı, lakin dolayı yolla da əldə edilə bilən ümumi pul məbləği, mənfəət və ya xalis mənfəət isə bütün xərclər çıxıldıqdan sonra qalan pul məbləğidir. Zəruri olan hal isə odur ki, gəlirdən yalnız gəlirin əldə edilməsi ilə bağlı olan xərclər (gəlirdən çıxılmayan xərclər istisna olmaqla VM-nin 109-cu maddə) çıxıldıqdan sonra mənfəət əldə edilir. Cavabdeh tərəfindən tərtib olunmuş səyyar vergi yoxlaması aktından və məhkəmə iclasında təqdim olunmuş etiraz ərizəsinin məzmunundan məlum olur ki, İddiaçı MMC-nin 01.08.2016-cı il tarixdən 31.05.2018-ci ilə qədər yoxlama dövrü üzrə mənfəət vergisinin azaldılması qənaətinə gələn cavabdeh 2 halı əsas götürmüşdür: İddiaçı MMC tərəfindən satın alınmış ağac materiallarının gəlirin əldə edilməsi ilə bağlı olmamasına baxmayaraq, gəlirdən çıxılan xərclərə aid edilməsi; İddiaçı MMC-nin mülkiyyətində olan 5 ədəd nəqliyyat vasitələrindən 4-nün əsassız olaraq amortizasiya xərclərinin gəlirdən çıxılan xərclərə aid edilməsi. İlk öncə İddiaçı MMC tərəfindən satın alınmış ağac materiallarının və həmin materialların istifadəsi nəticəsində tədarük olunmuş katuşka və paddonların onun fərdi sahibkarlıq fəaliyyəti ilə əlaqəli olmasına, həmçinin, bununla bağlı xərclərin gəlirdən çıxılmalı olmasına dair münasibət bildirilməlidir. Cavabdeh tərəfindən tərtib olunmuş səyyar vergi yoxlaması aktından görünür ki, yoxlama zamanı 2016-cı ilin yekununa görə cəmiyyət tərəfindən vergi orqanına təqdim olunmuş mənfəət vergisinin bəyannaməsinin gəlirlər bölməsinin “Malların təqdim edilməsindən gəlirləri” adlı 200.1-ci sətrindəki gəlirləri 24.110,80 manat artıq göstərilməsi və gəlirin əldə edilməsi ilə bağlı xərclər bölməsinin “Digər xərcləri” adlı 232-ci sətrində 648.624,26 manat xərclərdən 236.626,67 manat məbləği (ağac materiallarının alınması) bu gəlirin əldə edilməsi ilə bağlı olmadığı, 411.997,59 manat məbləğində digər xərclərin isə sənədlərdə öz təsdiqini tapmadığı üçün həmin xərclər yoxlama ilə qəbul edilməmiş; 2017-ci ilin yekununa görə isə təqdim olunmuş mənfəət vergisinin bəyannaməsinin gəlirin əldə edilməsi ilə bağlı xərclər bölməsinin “Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” adlı 221.15-ci sətrində sair xərclərin 388.000 manat (ağac materiallarının alınması) məbləğində xərc yoxlama ilə azaldılmışdır. İş materiallarında olan 05 dekabr 2016-cı il tarixli, 01/2016-cı il tarixli alqı-satqı müqaviləsinin 1.1-ci və 1.2-ci maddələrindən görünür ki, İddiaçı MMC (Alıcı) və "xxxx" MMC (Satıcı) arasında alqı-satqı münasibətləri mövcud olmuş, həmin münasibətlər zəminində satıcı ağac materiallarını satmağı, alıcı isə aldığı ağac materiallarının dəyərini ödəməyi öhdəsinə götürmüşdür. HM seriyalı, 772438 nömrəli, 28.12.2016-cı il tarixli və HM seriyalı, 970262 nömrəli, 30.01.2017-ci il tarixli elektron vergi hesab-fakturalarından, onlara əlavə edilmiş köçürmənin aparılması haqqında bildirişlərdən və qaimə-fakturaların surətlərindən görünür ki, tərəflər arasında bağlanmış müqavilə münasibətləri nəticəsində, İddiaçı MMC tərəfindən ağac materiallarının dəyəri ödənilməklə, həmin materiallar təhvil alınmışdır. İş materiallarında olan 01 sentyabr 2017-ci il tarixli xidmət müqaviləsinin 1.1-ci və 1.2.1-ci madddələrindən görünür ki, İddiaçı MMC (Sifarışçi) və "xxxx" MMC (İcraçı) arasında müqavilə münasibətləri mövcud olmuş, həmin münasibətlər zəminində icraçı dülgər işlərinin görülməsini, sifarişçi isə görülmüş işlərin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Görülmüş işlərin təhvil-təslimi ilə bağlı 15 sentyabr və 14 noyabr 2017-ci il tarixli aktlarından görünür ki, 01.09.2017-ci il tarixli xidmət müqaviləsinə əsasən icraçı ona sifarişçi tərəfindən verilən taxta materiallarını istifadə edərək kabel dolamaq üçün katuşka düzəldib və sifarişçi tərəfindən qəbul olunub. Sifarişçi icraçıdan ümumilikdə 280 ədəd katuşka təhvil alıb. Akt hər iki müəssisənin möhürü və imzası ilə təsdiq olunmuşdur. İş materiallarında olan 05 sentyabr 2017-ci il tarixli xidmət müqaviləsinin 1.1-ci və 1.2.1-ci madddələrindən görünür ki, İddiaçı MMC (Sifarışçi) və "xxxx" MMC (İcraçı) arasında müqavilə münasibətləri mövcud olmuş, həmin münasibətlər zəminində icraçı dülgər işlərinin görülməsini, sifarişçi isə görülmüş işlərin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Görülmüş işlərin təhvil-təslimi ilə bağlı 18 sentyabr 2017-ci il tarixli aktdan görünür ki, 05.09.2017-ci il tarixli xidmət müqaviləsinə əsasən icraçı ona sifarişçi tərəfindən verilən taxta materiallarını istifadə edərək paddon düzəldib və sifarişçi tərəfindən qəbul olunub. Sifarişçi icraçıdan ümumilikdə 2040 ədəd paddon təhvil alıb. Akt hər iki müəssisənin möhürü və imzası ilə təsdiq olunmuşdur. Göründüyü kimi, İddiaçı MMC mövcud olmuş müqavilər əsasında, malın və xidmətin dəyərini ödəyərək, "xxxx" MMC-dən ağac materialları almış, aldığı materiallardan paddon və katuşka (baraban) tədarük edilməsi üçün "xxxx" MMC və "xxxx" MMC ilə dülgər işlərinin görülməsinə dair xidmət müqaviləsi bağlamışdır. Tədarük olunmuş paddon və katuşkaların kabel dolanması üçün istifadə olunması “görülmüş işlərin təhvil-təslimi aktında” öz əksini tapmışdır. Birinci instansiya məhkəməsi inzibati orqan tərəfindən qəbul edilən qərar əsasında səyyar vergi yoxlaması ilə əhatə olunan dövr üçün tətbiq olunmuş vergilərin düzgün hesablanıb-hesablanmamasının, həmçinin iddiaçının mülkiyyətində olan nəqliyyat vasitələrinin amortizasiya xərclərini, o cümlədən, tədarük olunmuş ağac materialların və əldə edilmiş paddon və katuşqaların gəlirdən çıxılan xərc kimi nəzərə alınıb-alınmaması ilə bağlı ekspertiza təyin etmiş və AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24.11.2020-ci il tarixli, 9/3363-10/2262 saylı məhkəmə ekspertizasının rəyini almışdır. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə istinadən və Mülki Prosessual Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1); Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır (103.2). Mülki Prosessual Məcəllənin 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. Həmin Qanunun 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin normalarına görə, ekspert rəyi mülki iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcbur olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununun qiymətləndirmək hüququnun olması başa düşülür. Ekspert rəyinin qiymətləndirilməsi ilə əlaqədar ayrı-ayrı məsələlərə aydınlıq gətirilməsi, müəyyən detalların dəqiqləşdirilməsi zərurəti yarandıqda ekspert məhkəmə iclasına dəvət olunaraq dindirilməlidir. Rəy natamam olduğu halda, tədqiqatın tam aparılmadığı aşkar olduqda, həmin natamamlıq ekspertin dindirilməsi yolu ilə aradan qaldırıla bilməz və əlavə ekspertiza təyin edilməlidir. Məhkəmədə ekspert rəyi digər sübutlarlarla müqayisə edilməklə yoxlanılmalıdır. Ekspert rəyi ilə digər sübutlar arasında uyğunsuzluq olduqda bunun səbəbi aydınlaşdırılmalıdır. Məhkəmə öz qətnaməsində və ya başqa aktında ekspert rəyinə verdiyi qiyməti əsaslandırmalıdır. Bu zaman məhkəmənin ekspert rəyini (və ya onu ayrı-ayrı müddəalarını) hansı səbəbdən düzgün hesab etmədiyi, yaxud rəylə tam və ya qismən razılaşdığı inandırıcı surətdə şərh edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24.11.2020-ci il tarixli, 9/3363-10/2262 saylı ekspert rəyindən görünür ki, “Elektrik kabel və naqillər üçün ağac (taxta) barabanlar. Texniki şərtlər. (Dövlətlərarası standard 1,2,3) DÜST 5151-79” tələblərinə görə, kabel və naqillər ağac materialından hazırlanmış barabanlarda qablaşdırılaraq daşına bilər. Barabanların hazırlanması üçün müvafiq ağac materiallarından istifadə olunmalıdır. Beləliklə, İddiaçı MMC-nin "xxxx" MMC-dən almış olduğu ağac materialları təyinatı tara, qab və qoruyucu funksiyanı yerinə yetirən paddon və katuşkaların (baraban) tədarük olunması və iddiaçının fəaliyyəti üzrə kabel satışının həyata keçirilməsi üçün istifadə olunması həm ekspert rəyi, həmçinin də, iş materiallarına əlavə olunmuş sənədləri ilə (alqı-satqı, xidmət müqavilələri, təhvil-təslim aktı) sübuta yetirilmişdir. Hətta, məhkəmə icraatı zamanı təqdim olunmuş malların təhvil-qəbul aktlarında, İddiaçı MMC tərəfindən kabellərin ağac materiallarından hazırlanmış baraban ilə birlikdə təqdim olunması öz əksini tapmışdır. Məhkəmə cavabdehin “amortizasiya xərclərinin gəlirdən çıxılan xərclərə aid edilməməli” olmasına dair dəlilinə münasibət bildirir. Cavabdeh tərəfindən tərtib olunmuş səyyar vergi yoxlaması aktından görünür ki, yoxlama zamanı İddiaçı MMC-nin balansında 5 nəqliyyat vasitəsinin (minik avtomobili) olması, həmin nəqliyyat vasitələri “X27” MMC-dən (VÖEN: **********) **-AA-*** dövlət qeydiyyat nişanlı Volkswagen Passat minik avtomobili və **-AH-*** dövlət qeydiyyat nişanlı Volkswagen Passat R-Line minik avtomobili; "xxxx" MMC-dən (VÖEN: **********) **-AZ-*** dövlət qeydiyyatlı nişanlı Mercedes Benz GLS 500 minik avtomobili, "xxxx" MMM-dən (VÖEN **********) **-AA-*** dövlət qeydiyyatı nişanlı Mercedes E250 minik avtomobili və "xxxx" MMC-dən (VÖEN: **********) **-AE-*** dövlət qeydiyyat nişanlı Volvo Xc-90 minik avtomobilinin olması müəyyən olunmuşdur. Bəyannamə məlumatlarına əsasən, cəmiyyət 5 minik avtomobilinə amortizasiya ayırmaları hesablamış və amortizasiya üzrə xərc maddəsində həmin ayırmaları əks etdirmişdir. Yoxlama ilə amortizasiya ayırmalarının düzgünlüyü vəziyyəti araşdırılmış və müəyyən edilmişdir ki, cəmiyyət özünəməxsus 4 nəqliyyat vasitəsini istismara verməmişdir. Belə ki, nəqliyyat vasitələrinin istismar olunması barədə təsdiqedici sənədlər (yol vərəqəsi, yanacaq silgisi və.s.) yoxlamaya təqdim olunmamışdır. Vergi Məcəlləsinin 114.2.10-cu maddəsinə əsasən istsimara verilməmiş anbarda olan əsas vəsaitlər amortizasiya olunmur. Vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim edilmiş “Nəqliyyat vasitəsinin istifadə hüqunun verilməsi haqqında” Etibarnaməyə əsasən **-AZ-*** dövlət qeydiyyatlı nişanlı MERCEDES BENZ GLS 500 minik avtomobilinin cəmiyyətin direktoru X12 verildiyi müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq, digər 4 nəqliyyat vasitəsinin köhnəlməyə məruz qalması barədə təsdiqedici məlumatlar olmaması ilə əlaqədar olaraq cari il üzrə həmin nəqliyyat vasitələrinə amortizasiya ayırmaları yoxlama ilə hesablanmamışdır. Yalnız cəmiyyətin direktorunun etibarnamə üzrə istifadəsinə verilmiş ümumi dəyəri 207434,60 manat (ƏDV-siz) olan nəqliyyat vasitəsinə yoxlama ilə amortizasiya ayırması hesablanmışdır. Vergi Məcəlləsinin 114.3.3-cü maddəsinə əsasən nəqliyyat vasitələrinə 25 faizədək illik amortizasiya norması müəyyən edilmişdir. Nəticədə amortizasiya ayırmaları üzrə xərcin 103701.27(155559.92- 51858.65 (207434,60*25%)) artıq göstərilməsi aşkar edilmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan **-AA-*** dövlət qeydiyyat nişanlı Volkswagen Passat minik markalı və **-AH-*** dövlət qeydiyyat nişanlı Volkswagen Passat R-Line minik markalı; **-AA-*** dövlət qeydiyyatı nişanlı Mercedes E250 minik markalı və **-AE-*** dövlət qeydiyyat nişanlı Volvo Xc-90 minik markalı avtonəqliyyat vasitələrinin istismar olunması barədə təsdiqedici sənədin olmaması səbəbi ilə 103.701,27 manat məbləğində amortizasiya ayırmalarını xərcdən azaltmışdır. Cavabdeh onu da vurğulayır ki, həmin nəqliyyat vasitələrinin istifadəsi iddiaçının sahibkarlıq fəaliyyəti ilə bağlı olmamışdır. Avtonəqliyyat vasitələri ilə bağlı ilk öncə qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi tərəfindən verilmiş sorğu əsasında həmçinin, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, **-AA-*** dövlət qeydiyyat nişanlı “Mersedes E 250” markalı minik avtonəqliyyat vasitəsi İddiaçı MMC tərəfindən "xxxx" MMM-dən əldə edilməmiş, ümumiyyətlə İddiaçı MMC-nin mülkiyyətində olmamışdır. Buna baxmayaraq, cavabdeh həmin avtonəqliyyat vasitəsini İddiaçı MMC-nin mülkiyyətində olması və anbarında saxlanılması kimi qiymətləndirmiş, lakin bununla bağlı mötəbər sübut təqdim edə bilməmişdir. İddiaçının mülkiyyətində olan qeyd edilən nəqliyyat vasitələrinin istifadəsinin iddiaçının sahibkarlıq fəaliyyəti ilə bağlı olması halının aydınlaşdırılmısı məqsədi ilə vergi qanunvericiliyində “əsas vəsaitlər” və “amortizasiya” ifadələrinə nəzər yetirilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.17-ci maddəsinə əsasən, istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlər əsas vəsaitlər hesab olunur. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 20 oktyabr 1995-ci il tarixli əmri ilə təsdiq olunmuş və 1996-cı ilin yanvarın 1-dən qüvvədə olan “Müəssisələrin mühasibat uçotunun Hesablar Planı və onun tətbiqinə dair Təlimatı”nın 01 №-li “Əsas vəsaitlər” bölməsinə əsasən, dəmiryol, su, avtomobil nəqliyyatı vasitələri (elektrovozlar, teplovozlar, paravozlar, motovozlar, motodrezinlər, vaqonlar, platformalar, sesternlər, teploxodlar, paraxodlar, dizel-elektroxodları, yedəklər, barjalar, barkalar, qayıqlar, xidmətedici və köməkçi gəmilər, xilasedici gəmilər, üzən körpülər, yelkənli gəmilər, yük və minik avtomobilləri, qoşqular, öz yükünü boşaldan avtomobillər, avtrsesternlər, avtobuslar, traktorlar və bu kimi başqa nəqliyyat vasitələri) əsas vəsaitlər hesab olunur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 109.1-ci maddəsinə əsasən, əsas vəsaitlərin alınmasına və qurulmasına çəkilən xərclərin və bu Məcəllənin 143-cü maddəsinə uyğun olaraq kapital xarakterli digər xərclərin gəlirdən çıxılmasına yol verilmir. Həmin Məcəllənin 114.1-ci maddəsinə əsasən, bu Məcəllənin 99-cu maddəsində müəyyən edilmiş sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətində istifadə edilən əsas vəsaitlər üzrə amortizasiya ayırmaları bu maddənin müddəalarına uyğun olaraq gəlirdən çıxılır. Həmin Məcəllənin 114.2.6-cı və 114.2.10-cu maddələrinə əsasən, tam amortizasiya olunmuş əsas vəsaitlər, onlar istismara yararlı olduğu hallarda və istismara verilməmiş anbarda olan əsas vəsaitlər amortizasiya olunmur. Həmin Məcəllənin 114.3.3-cü maddəsinə əsasən, nəqliyyat vasitələrinin illik amortizasiya norması 25% təşkil edir. Şərh olunan qanunvericiliyin normalarına görə, əsas vəsaitlər dedikdə, istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, amortizasiya edilməli olan maddi aktivlər hesab olunur. Müəssisənin təsərrüfat fəaliyyəti zamanı müəssisənin istifadə etdiyi bütün nəqliyyat vasitələri (amortizasiya edilməli və 500 manatdan yuxarı) əsas vəsaitlərə aid edilir. Əsas vəsaitlər istehsal prosesinin əsas elementlərindən biri olduğu üçün onların dəyəri məhsul istehsalına çəkilən xərclərin tərkibinə daxil edilməlidir. Bu əsas vəsaitlərə köhnəlmə (amortizasiya) hesablamaqla həyata keçirilir. Amortizasiya dedikdə, aktivlərin faydalı xidmət müddəti ərzində dəyərinin müntəzəm surətdə azalması başa düşülür. Aktivin ilkin dəyərindən və ya bu dəyəri əvəz edən digər məbləğdən son qalıq (likvidasiya) dəyərinin çıxılmasından sonra, əldə olunan dəyər amortizasiya olunan dəyərdir. Amortizasiya olunmayan aktivlərin siyahısı vergi qanunvericiliyində geniş olaraq təsvir edilmişdir. Əgər, əsas vəsaitlər anbarda saxlanılaraq istimar verilməmişdirsə və ya istismara yararlı olduğu hallarda, həmin vəsaitlərə amortizasiya norması tətbiq edilmir. İş materiallarında olan: - 08.01.2018-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilənin və onun əsasında verilmiş etibarnamənin təsdiq olunmuş surətindən görünür ki, “Volkswagen Passat R-Line markalı, 99AH012 nömrəli nəqliyyat vasitəsi istifadəsi və saxlanılması məqsədi ilə operator vəzifəsində işləyən X9 (Sürücülük vəsiqəsi: AD 087644) 08.01.2018ci il tarixdən 31.12.2018-ci il tarixədək istifadəsinə verilmişdir. - “X27” tərəfindən tərtib olunmuş № 00014333-1, № 00014608-1, № 00020739-1, № 00024052-1, № 00010773-1, № 00016691-1, № 00001664-1, № 00004059-1, № 00007321-1 nömrəli təmir kartlarının təsdiq olunmuş surətlərindən görünür ki, İddiaçı MMC-nin sifarişi əsasında “Volkswagen Passat R-Line markalı, 99AH012 nömrəli nəqliyyat vasitəsinə müvafiq təmir xidmətləri (mühərrik yağının dəyişdirilməsi, razval balans, detalın dəyişdirilməsi və s.) göstərilmişdir. - Tam maddi məsuliyyət haqqında müqavilənin və onun əsasında verilmiş etibarnamənin təsdiq olunmuş surətindən görünür ki, “Volvo XC 90” markalı, 99AA043 (10AE888) nömrəli nəqliyyat vasitəsi istifadəsi və saxlanılması məqsədi ilə ofis meneceri vəzifəsində işləyən X10 (Sürücülük vəsiqəsi: AD 098385) 26.10.2017-ci il tarixdən 31.12.2019-cu il tarixədək istifadəsinə verilmişdir. - "xxxx" Texniki Xidmət tərəfindən tərtib olunmuş aktın təsdiq olunmuş surətindən görünür ki, İddiaçı MMC-yə məxsus olan Volvo XC 90 markalı, YV1LFA2BCH1173805 ban nömrəli avtomobilə 16.03.2018-ci, 11.07.2018-ci, 01.11.2018-ci, 25.02.2019-cu, 18.06.2019-cu, 23.11.2019-cu il tarixlərdə təmir xidmətləri (mühərrik yağının dəyişdirilməsi, elektron diaqnostika, hava filtrinin dəyişdirilməsi və s.) göstərilmişdir. - Tam maddi məsuliyyət haqqında müqavilənin və onun əsasında verilmiş etibarnamənin təsdiq olunmuş surətindən görünür ki, “Volkswagen Passat” markalı, 90AA112 nömrəli nəqliyyat vasitəsi istifadəsi və saxlanılması məqsədi ilə anbardar vəzifəsində işləyən X6 (Sürücülük vəsiqəsi:AC 026628) 02.02.2017-ci il tarixdən 02.02.2019-cu il tarixədək istifadəsinə verilmişdir. - “X27” tərəfindən tərtib olunmuş № 00017335-1, № 00022724-1, № 00000250-1, № 00004608-1, № 00004934-1, № 00009416-1, № 00014446-1, № 00015581-1, № 00000452-2, № **********, № 00005151-1, № 00011716-1, № 00017365-1, № 00000061-1 nömrəli təmir kartlarının təsdiq olunmuş surətlərindən görünür ki, İddiaçı MMC-nin sifarişi əsasında “Volkswagen Passat” minik markalı, 90AA112 nömrəli nəqliyyat vasitəsinə müvafiq təmir xidmətləri (mühərrik yağının dəyişdirilməsi, polirovka, rəng işləri və s.) göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24.11.2020-ci il tarixli, 9/3363-10/2262 saylı ekspert rəyində, avtonəqliyyat vasitələrinin istifadə olunduğu göstərilmişdir. Ekspert rəyini iş materiallarında olan sənədlər ilə birgə təhlil etdikdə aydın olur ki, İddiaçı MMC-nin 5 ədəd nəqliyyat vasitəsindən 4-nün istismara verilməməsi və həmin nəqliyyat vasitələrinin istifadəsinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar olmaması ilə bağlı cavabdehin mülahizələri əsassızdır. Belə ki, 1 nəqliyyat vasitəsi - “Mersedes E 250” markalı minik avtonəqliyyat vasitəsi ümumiyyətlə İddiaçı MMC-nin mülkiyyətində olmamışdır. Digər üç avtonəqliyyat vasitələrinə (“Volkswagen Passat R-Line markalı, Volvo XC 90 markalı və “Volkswagen Passat” minik markalı avtonəqliyyat vasitələri) münasibətdə isə qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 200.1-ci maddəsinin tələbləri əsasında bağlanmış “tam maddi məsuliyyət haqqında” müqavilələr, həmin avtonəqliyyat vasitələrinin İddiaçı MMC-nin işçilərinin istifadəsinə verilməsini təsdiq edir. Avtonəqliyyat vasitələrinə göstərilmiş təmir xidmətləri və onun əsasında tərtib olunmuş aktlar isə, nəqliyyat vasitələrinin istismar olunmasını göstərir. İş materiallarında olan müqavilələr, etibarnamələr və təmir ilə bağlı aktlar mötəbər dəlil kimi qiymətləndirərək belə nəticəyə gəlmək olar ki, sözügedən avtonəqliyyat vasitələri iddiaçının əsas vəsaiti olduğundan, hesablanmış amortizasiya ayırmaları gəlirdən əldə edilən xərclərə aid edilməlidir. Cavabdeh avtonəqliyyat vasitəsinin istismar olunmasını təsdiq edən sənəd kimi yol vərəqəsinin təqdim olunmasını tələb edir. Halbuki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 04 aprel 2016-cı il tarixli, Q-09 Qərarı ilə təsdiq olunmuş “Ciddi hesabat blanklarının forma və rekvizitlərinin təsdiq edilməsi haqqında” Qərarının 60 nömrəli Əlavəsinə görə, yol vərəqi və yol vərəqinin talonu yalnız yük avtonəqliyyatı zamanı verilir. Bu hal onun göstərir ki, avtonəqliyyat vasitələrinin təmiri ilə bağlı tərtib olunmuş aktlar, etibarnamə və müqavilələr, nəqliyyat vasitəsinin istismar olmasını təsdiqləyən əsaslı sübutlardı. 2016-2017-ci illər üzrə İddiaçı MMC-nin mənfəət vergisi üzrə azalmalarının olubolmamasına gəldikdə isə, ekspert rəyi və iş materiallarında olan ilkin uçot sənədləri (ödəniş tapşırığları) əsas götürülməlidir. Belə ki, İddiaçı MMC-nin 2016-cı il üzrə gəliri 3.525.670,51 manat, xərci 2.510.286,92 manat, balans mənfəəti isə 1.015.83,59 manat (gəlir çıxılsın xərc) təşkil etmişdir. İddiaçının 2016-cı ilin yekununa görə 1.015.383,59 manat məbləğində vergiyə cəlb olunan mənfəəti müəyyən edildiyindən, həmin mənfəətdən 20% dərəcəsi ilə 203.076,72 manat məbləğində mənfəət vergisi hesablanır. Vergi ödəyicisi tərəfindən bəyan edilmiş 120.626 manat məbləğində mənfəət vergisi nəzərə alınmaqla, son nəticədə 2016-cı il üzrə müəssisənin dövlət büdcəsinə ödənilməli olan mənfəət vergisinin 82.450,72 manat (203.076,72 - 120.626) məbləğində az hesablanması müəyyən edilir. 2017-ci ilin mənfəət vergisinə münasibətdə isə bildirilir ki, İddiaçı MMC-nin həmin dövr üzrə mənfəət vergisinin azalması müşahidə edilməmişdir. Belə ki, iddiaçının 2017-ci il üzrə gəliri 7.441.065,90 manat, xərci, 6.171.845,41 manat, balans mənfəəti isə 1.269.220,49 manat (gəlir çıxılsın xərc) təşkil etmişdir. İddiaçının 2017-cı ilin yekununa görə 1.269.220,49 manat məbləğində vergiyə cəlb olunan mənfəəti müəyyən edildiyindən, həmin mənfəətdən 20% dərəcəsi ilə 253.844,10 manat məbləğində mənfəət vergisi hesablanmış və həmin vergi məbləği iddiaçı tərəfindən ödənilmişdir. Mənfəət vergisi üzrə aparılmış araşdırmanı ümumiləşdirərək belə nəticəyə gəlmək olar ki, alınmış ağac materialları, həmin materiallardan tədarük olunmuş paddon və katuşkalar (baraban), həmçinin mülkiyyətdə olan və səyyar vergi yoxlaması aktında adı çəkilən 3 ədəd avtonəqliyyat vasitələri İddiaçı MMC tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar istifadə olunduğundan, həmin malların dəyəri və amortizasiya ayırmaları gəlirdən əldə olunmuş xərcdən çıxılmalıdır. Beləliklə, mənfəət vergisi ilə bağlı cavabdeh tərəfindən tərtib olunmuş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” 10.06.2020-ci il tarixli, **********137123 №-li qərarının yalnız 2016-cı il üzrə 82.450,72 manat hissəsi əsaslı olmuşdur. Yoxlama dövrü ərzində 2016-2018-ci illər üzrə İddiaçı MMC-nin ƏDV vergisini azaltması ilə bağlı cavabdehin mülahizələrinə münasibətdə aşağıdakılar qeyd edilməlidir. Səyyar vergi yoxlaması aktında qeyd olunmuşdur ki, müəssisə tərəfindən 2016-cı il üzrə ƏDV-yə cəlb olunan dövriyyə 1.528,50 manat az göstərilmiş və 21,60 manat ƏDV məbləği artıq əvəzləşdirilmişdir. Belə ki, "xxxx" MMC-dən 2016-cı ilin noyabr ayı ərzində əldə edilmiş ƏDV məbləği 21,60 manat olan 03 E-VHF-ya münasibətdə Vergi Məcəlləsinin 175.1-ci maddəsi əsas götürülərək əvəzləşdirilmədən çıxarılmışdır. Nəticədə 2016-cı il üzrə cəmiyyət tərəfindən 296,72 manat ƏDV məbləğinin əlavə hesablanması müəyyən edilmişdir. Həmçinin yoxlama aktında 2017-ci il üzrə müəssisə tərəfindən ƏDV-yə cəlb olunan dövriyyə 22.898,43 manat az göstərilmiş və 187.097,71 manat ƏDV məbləğinin artıq əvəzləşdirilməsi öz əksini tapdığı göstərilmişdir. Buna səbəb kimi səyyar vergi yoxlaması aktında İddiaçı MMC tərəfindən "xxxx" MMC-dən 28.12.2016-cı il tarixli HM seriyalı 772438 nömrəli və 30.01.2017-ci il tarixli HM seriyalı 970262 nömrəli e-vhflarına əsasən ağac materialları əldə edilməsi və əldə olunmuş ağac materialları bilavasitə vergi ödəyicinin sahibkarlıq fəaliyyəti ilə bağlı olmaması göstərilmişdir. Bundan başqa, səyyar vergi yoxlaması zamanı “X27” MMC-dən (VÖEN:**********) **- AA-*** dövlət qeydiyyat nişanlı Volkswagen Passat minik avtomobili və **-AH-*** dövlət qeydiyyat nişanlı Volkswagen Passat R-Line minik avtomobili; "xxxx" MMC-dən (VÖEN: **********) **-AZ-*** dövlət qeydiyyatlı nişanlı Mercedes Benz GLS 500 minik avtomobili, "xxxx" MMM-dən (VÖEN **********) **-AA-*** dövlət qeydiyyatı nişanlı Mercedes E250 minik avtomobili və "xxxx" MMC-dən (VÖEN: **********) **-AE-*** dövlət qeydiyyat nişanlı Volvo XC-90 minik avtomobilinin istismar olunması barədə təsdiqedici sənədlərin təqdim edilməməsi səbəbindən, həmin nəqliyyat vasitələrinin alışı zamanı ödənilən ƏDV məbləğləri əvəzləşdirən məbləğ kimi qəbul edilməmişdir. Əlavə dəyər vergisinin anlayışı, vergi ödəyicilərinin hüquqi statusu, vergitutma obyekti, vergi ödəməkdən azad edilmə, büdcəyə ödəmələr müəyyən edilərkən və ya əvəzləşdirilərkən ƏDV və digər məsələlər Vergi Məcəlləsinin Xİ Fəslində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 153-cü maddəsinə əsasən əlavə dəyər vergisi (bundan sonra ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Maddənin mətnindən və mahiyyətindən göründüyü kimi, hesabat dövrü ərzində ödənilməli olan ƏDV-nin məbləğinin hesablanması üçün aşağıdakı göstəricilər müəyyən edilməlidir: - vergi tutulan dövriyyədən hesablanan verginin məbləği; - elektron vergi hesab-fakturala və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği. Hesabat dövrü ərzində bu iki göstərici arasındaki fərq ödənilməli ƏDV-nin məbləğidir. Başqa sözlə desək, büdcəyə ödəniləcək ƏDV hesablamaq üçün vergi tutulan dövriyyədən hesablanan ƏDV məbləğindən əvəzləşdirilməli olan ƏDV-nin məbləğini çıxmaq lazımdır. Məcəllənin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Göründüyü kimi, malların təqdim edilməsi, işlərin və xidmətlərin göstərilməsi əlavə dəyər vergisinin vergi tutma obyekti kimi çıxış edir. Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Göründüyü kimi, həmin maddədə iki növ ödəmələr nəzərdə tutulmuşdur: - elektron vergi hesab-fakturaları üzrə nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödəmələr; - ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlar ödənilən vergi. İlkin olaraq 2016-cı il üzrə dövrə münasibətdə qeyd olunmalıdır ki, cavabdeh 2016-cı il noyabr ayı ərzində əldə edilmiş ƏDV məbləğinin Vergi Məcəlləsinin 175.1-ci maddəsi əsasında ödəmənin düzgün həyata keçirilmədiyinə istinad edərək, həmin məbləği əvəzləşdirmədən çıxarmışdır. Halbuki, cavabdeh ödəmənin düzgün həyata keçirilməməsinin nə ilə bağlı olduğunu əsaslandırmamış, bununla bağlı məhkəmə iclaslarında münasibət bildirməmiş və hər hansı bir mötəbər sübut təqdim etməmişdir. İş materiallarında olan 2016 noyabr üzrə kart hesabatı və ekspert rəyi ƏDV-nin əvəzləşdirilməsinə əsas verməyən hər hansı bir halın mövcud olmadığını göstərir. Cavabdeh inzibati orqan səyyar vergi yoxlaması keçirdiyi zaman 2017-2018-ci dövrlər üzrə ƏDV-yə cəlb olunan məbləğin az göstərilməsinə, ƏDV məbləğlərinin artıq əvəzləşdirilməsi və nəqliyyat vasitələrinin alışı zamanı ƏDV məbləğlərinin əvəzləşdirilməli məbləğ olmadığına istinad etmişdir. Vergi Məcəlləsinin 175.2-ci maddəsinə əsasən, bir hissəsi vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti, digər hissəsi isə başqa məqsədlər üçün, o cümlədən ƏDV tutulmayan əməliyyatlar üçün nəzərdə tutulan vergiyə cəlb edilən əməliyyatlara görə nağdsız qaydada ƏDV-nin depozit hesabı vasitəsilə ödənilmiş (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) və malların idxalı üçün vergi ödəyicisinə verilmiş elektron qaimə-fakturaları üzrə onun tərəfindən ödənilmiş ƏDV-nin məbləği sahibkarlıq fəaliyyəti üçün istifadə olunan malların (işlərin, xidmətlərin) xüsusi çəkisinə görə müəyyənləşdirilən ƏDV-nin məbləği qədər əvəzləşdirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 sentyabr 2015-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.1-ci və 176.4cü maddələrinin mənasına görə təqdim edilmiş malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ƏDV-siz dəyəri yalnız nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) tam olaraq ödənildikdə, ƏDVnin məbləği isə ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarla ödənildikdə vergi ödəyicisinə verilmiş elektron vergi hesab fakturası üzrə ödənilmiş vergi məbləği əvəzləşdirilən ƏDV məbləği sayılır. Mənfəət ilə bağlı hissədə də göstərildiyi kimi, İddiaçı MMC tərəfindən alınmış ağac materialları, həmin materiallardan tədarük olunmuş paddon və katuşkalar (baraban), həmçinin mülkiyyətdə olan avtonəqliyyat vasitələri məhz cəmiyyətin sahibkarlıq fəaliyyəti ilə əlaqədar istifadə olunduğundan və dəyəri gəlir əldə edilən xərcə aid olunduğundan, həmin mallara görə ƏDV-nin əvəzləşdirilməsi qanunamüvafiqdir. Bundan başqa ekspert rəyindən görünür ki, İddiaçı MMC-nin 01.08.2016-cı il tarixdən 31.05.2018-ci il tarixədək olan dövr üzrə ƏDV tutulan dövriyyəsi 11.819.028 manat, həmin dövriyyənin ƏDV-si 2.127.425,04 manat, əvəzləşdirilən ƏDV 1.603.135 manat, büdcəyə çatası ƏDV 524.290,04 manat təşkil etmişdir. Kameral qaydada hesablanmış 570.894,55 manat məbləğində ƏDV nəzərə alınmaqla, son nəticədə İddiaçı MMC üzrə 01.08.2016-cı il tarixdən 31.05.2018-ci il tarixədək olan dövrə aparılmış əməliyyatlara görə 46.604,51 manat (570.894,55-524.290,04) məbləğində ƏDV-nin dövlət büdcəsinə artıq hesablanması müəyyən olunur. Beləliklə, ƏDV vergisi ilə bağlı hissədə də “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” 10.06.2020-ci il tarixli, **********137123 №-li qərarı qanunaziddir. Bundan başqa, mübahisələndirilən inzibati aktın qəbulu zamanı aşağıdakı icraat qüsurlarına yol verilmişdir. Azərbaycan Respublikasınını Vergi Məcəlləsinin 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Həmçinin Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının “Vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədi ilə bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 07.09.2016-cı il tarixli **********011400 saylı Qərarı (X17 Reyestrinin qeydiyyat nömrəsi **********1400) ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nın “Müddətlərin müəyyən edilməsi” adlı 8.5.4-cü bəndində qeyd edilmişdir ki, günlərlə hesablanan müddət müddətin sonuncu gününün başa çatması ilə bir vaxtda qurtarır. Göstərilən qayda isə Mülki Məcəllənin 369.6-cı maddəsinin tələbindən irəli gəlir. Həmin Qaydaların müddəalarına əsasən müddət uzadıldıqda yeni müddət bitmiş müddətin sonundan, yəni növbəti gündən hesablanır (8.9-cu bənd.). Ayın birinci günü ayın başlanğıcı, on beşinci günü ayın ortası, sonuncu günü isə ayın axırı sayılır (8.10-cu bənd). Qaydaların 8.11-ci bəndində Vergi Məcəlləsinin 38.2-ci maddəsinə uyğun olaraq qeyd edilmişdir ki, səyyar vergi yoxlamasının 30 gündən artıq davam edə bilməz. Vergi Məcəlləsinin 38.4-cü maddəsinə görə isə, səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Bununla da, Vergi Məcəlləsinin 38.2-ci maddəsinin 2-ci abzasının 2-ci cümləsində göstərilən “30 gün” ifadəsi ilə həmin Məcəllənin 38.4-cü maddəsinin qarşılıqlı təhlili nəticəsində müəyyən olunur ki, səyyar vergi yoxlaması 30 təqvim günü daxilində vergi ödəyicisinin iş vaxtını əhatə edən iş günləri ərzində həyata keçirilməlidir. Göstərilən qayda Vergi Məcəlləsinin müddətlərlə bağlı digər normalarını təhlil etdikdə də öz təsdiqini tapır. Belə ki, Məcəllənin 33.10-cu, 34.7.2-ci, 36.3-cü, 37.2-ci, 37.4-cü, 42.1-ci, 42.14-cü, 50-1.3-cü, 70.2-1.2-ci, 70.2-1.3-cü, 72.7-ci, 76.2-ci, 77-ci, 83.4-cü, 157.2-ci, 221.4-cü və 221.8.5-ci maddələrində müəyyən olunan müddətlər konkret iş günləri ilə göstərilmişdir. Buradan isə belə müəyyən olunur ki, qanunverici Məcəllənin 38.2-ci maddəsi də daxil olmaqla qalan bütün müddətləri təqvim günləri ilə tənzimləmişdir. İş materiallarına əsasən Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 20.07.2018-ci il tarixli **********157290 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarına əsasən növbəti səyyar vergi yoxlaması təyin edilmiş və bu barədə 20.07.2018-ci il tarixli **********203400 saylı “Növbəti səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Bildiriş təqdim etmişdir. Həmin qərarda (bildirişdə) yoxlamanın müddəti 30 iş günü müəyyən edilmişdir ki, bununla da Vergi Məcəlləsinin və “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nın müddəaları pozulmuşdur. Sözügedən 20.07.2018ci il tarixli **********157290 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərar isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydiyyata alınmış və yoxlamanın başlama tarixi 06.08.2018-ci il tarixi, yoxlamanın sona çatma tarixi isə 18.09.2018-ci il göstərilmişdir. Yoxlama 06.08.2018-ci il tarixdə başlamışdır (səyyar vergi yoxlaması aktının 1.1-ci bəndi). Yoxlamanın qanunvericiliklə müəyyən edilmiş 30 günlük müddəti 04.09.2018-ci ildə başa çatmışdır. Lakin yoxlama 06.08.2018-ci il tarixdən 18.09.2018-ci il tarixədək qeyri-qanuni olaraq, ümumilikdə 44 gün müddətində davam etdirilmişdir. Çünki yuxarıda da qeyd edildiyi kimi səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Bundan sonra vergi orqanının qərarlarına əsasən yoxlama müddəti 17.09.2018-12.10.2018, 27.11.2018-26.12.2018, 26.12.2018-25.01.2019, 25.01.2019- 25.02.2019, 12.04.2019-26.04.2019, 26.04.2019-22.05.2019, 22.05.2019-21.06.2019, 24.06.2019-24.07.2019, 24.07.2019-23.08.2019, 23.08.2019-09.09.2019 dövrlərə görə dayandırılmışdır. Bundan sonra, “Səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında” qərarlar qəbul edilmişdir. Beləliklə faktiki olaraq səyyar vergi yoxlaması olmaqla ümumilikdə 90 gün (153 günə) müddətindən çox aparılmışdır ki, bu da Vergi Məcəlləsinin 38.2-ci maddəsinə ziddir. Eyni zamanda, səyyar vergi yoxlaması müddətinin artırılması yalnız müstəsna hallarda həyata keçirildiyindən, belə müstəsna halın zəruriliyini özündə əks etdirən sübut iş materiallarında mövcud deyil. Bundan başqa Məhkəmə bir məsələni də vurğulamağı zəruri hesab edir ki, **********161646 saylı səyyar vergi yoxlaması aktı 20.04.2020-ci il tarixdə tərtib edilmişdir. Məcəllənin 39.4-cu maddəsinə əsasən vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilir və ya göndərilir. Göstərilənlərə əsasən, səyyar vergi yoxlaması aktı 27.04.2020-ci il tarixinə kimi göndərilməlidir. Ona görə də keçirilmiş səyyar vergi yoxlaması nəticəsinin rəsmiləşdirilməsi haqqında **********125300 saylı məktub 31.05.2020-ci il tarixdə deyil 27.04.2020-ci il tarixdə göndərilməli idi. Vergi Məcəlləsinin 49.1-ci maddəsində nəzərdə tutulmuş 10 gün müddətin axımı 28.04.2020-ci ildə başlayıb və 07.05.2020-ci il tarixdə bitməli olduğu halda edilmiş vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə **********137123 saylı qərarı 34 gün gecikdirməklə 10.06.2020-ci il tarixdə qəbul edilmişdir. Bundan başqa, KY181257710 saylı dövlət Reyestrinin təhlili göstərir ki, vergi orqanının 21.02.2019-cu il tarixli ilə **********6177059 saylı, 18.10.2019-cu il tarixli, **********191775 saylı və 26.02.2020-ci il tarixli **********97663 qərarların dövlət Reyestrinə daxil edilməmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan həm səyyar vergi yoxlamasının keçirilməsində, həmçinin də keçirilmiş yoxlamanın nəticələrini rəsmiləşdirən aktda və onun əsasında qəbul edilmiş qərarda mahiyyətindən savayi, prosessual pozuntulara belə yol vermişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Əsasnamənin 3.4.16-cı maddəsinə əsasən, yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının atı göstərilməklə); Reyestrə daxil edilən məlumatlardır. Əlavə vergi yoxlaması vergi orqanı tərəfindən əlavə yoxlama tədbiri olduğu üçün dövlət Reyestrinə daxil edilməlidir. Vergi Məcəlləsinin 53.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir. Beləliklə, səyyar vergi yoxlaması aktında və onun əsasında qəbul edilmiş vergi məsuliyyətinə cəlb olunma haqqında qərarda prosessual pozuntulara yol verildiyindən, həmin qərar iddiaçı üçün əlavə vergi məsuliyyətinə səbəb olmamalıdır. Bu səbəbdən, iddiaçıya tətbiq olunan maliyyə sanksiyaları da əsassız hesab olunmalıdır. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi səyyar vergi yoxlamasının keçirilməsində, həmçinin də keçirilmiş yoxlamanın nəticələrini rəsmiləşdirən aktda və onun əsasında qəbul edilmiş qərarda prosessual pozuntulara yol vermiş, lakin məhkəmə ekspertizası zamanı İddiaçı MMC-nin 2016-cı il dövrü üzrə dövlət büdcəsinə ödənilməyən 82.450,72 manat mənfəət vergisi və artıq ödənilmiş 46.604,51 manat məbləğində ƏDV-si olduğundan, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” 10.06.2020-ci il tarixli, **********137123 №-li qərarı qismən - 2016-cı il üzrə dövlət büdcəsinə ödənilməli olan 82.450,72 manat vergi borcunun tutulması hissəsi istisna olmaqla ləğv edilməli, yoxlama dövrü 01.09.2016-ci ildən başlandığından və vergi orqanı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” qərarında son olaraq 2016-cı il üzrə mənfəət vergisinə maliyyə sanksiyası tətbiq etmədiyindən, 2016-cı il üzrə azaldılmış 82.450,72 manat vergi borcuna maliyyə sanksiyası tətbiq edilməməlidir. İPM-nin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçının iddia tələbi qismən əsaslı olduğundan, birinci instansiya məhkəməsi vergi orqanının mübahisələndirilən qərarını ƏDV hissəsində tam və mənfəət vergisi hissəsində qismən ləğv etməkdə əsaslı nəticəyə gəlmişdir. İPM-nin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikasının İPM-nin 111.1-ci maddəsinə əsasən proses iştirakçısının tələbinin qismən təmin edildiyi hallarda prosessual xərclər üzrə qarşılıqlı hesablaşma aparılır və ya xərclər proses iştirakçıları arasında müvafiq nisbətdə bölüşdürülür. Xərclər üzrə qarşılıqlı hesablaşmanın aparıldığı hallarda, hər tərəf məhkəmə xərclərinin yarısını ödəyir, zəruri xərclər isə tərəflərin öz hesabına ödənilir. İş materiallarında olan 9/3363-10/2262 nömrəli 24.11.2020-ci il tarixli ekspertiza xərclərinə dair bildirişə əsasən aparılmış tədqiqatın dəyəri 145 manat təşkil etmişdir. İddia tələbi qismən təmin edildiyindən birinci instansiya məhkəməsi tərəfindən ekspertiza xərcinin 72,50 manatının iddiaçının üzərinə, 72,50 manatının isə cavabdeh orqanın üzərinə qoyulması əsaslı olmuşdur. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Bakı İnzibati Məhkəməsinin 11 dekabr 2020-ci il tarixli, 2- 1(112)-5323/2020 saylı qərarı qanuni və əsaslı olduğundan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 11 dekabr 2020-ci il tarixli, 2-1(112)-5323/2020 saylı qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Afaq Nuriyeva
Məhkəmə qərarları › İş №2-1(103)-1246/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1246/2021
02.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver