Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1246/2022 20.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X7 qızının, İddiaçı və onun vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4132/2021 saylı, 06 dekabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi barədə cavabdehin imtinasının qanunsuz hesab edilməsi və 01.09.1978-ci il tarixdən 30.01.1979-cu il tarixədək Kürdəmir mal-qara kökəltmə sovxozunun bazasında fəhlə işləməklə qazandığı 4 ay 20 gün iş stajının, 01 fevral 1979-cu il tarixdən 01.08.1979-cu il tarixədək Kürdəmir RİC-də satıcı şagirdi kimi işləməklə qazandığı 5 ay iş stajının, 18 yanvar 1980-cı il tarixdən 10 oktyabr 1980-cı il tarixədək Kürdəmir RİC-də müvəqqəti mağaza müdiri və satıcı işləməklə qazandığı 8 ay 22 gün iş stajının, 28 oktyabr 1980-cı il tarixdən 22 noyabr 1982ci il tarixədək Sovet Sosialist Respublikaları X3 həqiqi hərbi xidmətdə olduğu 2 il 20 gün müddətində iş stajının, 05 dekabr 1982-ci il tarixdən 30 yanvar 1983-cü il tarixədək Kürdəmir şəhər Şirvan qışlaqlarını su ilə təminatı sistemi istismar idarəsi QSTSİİ 1-ci dərəcəli fəhlə kimi işləməklə qazandığı 1 ay 25 gün müddətində iş stajının, 21 sentyabr 1983-cü il tarixdən 01 iyul 2000-ci il tarixədək ‘‘Dəqiq Mexanizmlər Təmiri” zavodunda və "xxxx" müəssisəsində zərgər-quraşdırıcı vəzifəsində əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməklə qazandığı 16 il 9 ay 10 gün müddətində iş stajının, 01 iyul 2000-ci il tarixdən 01 mart 2011ci il tarixədək "xxxx" Firmasında zərgər-quraşdırıcı vəzifəsində əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməklə qazandığı 10 il 8 ay müddətində iş stajının, 01 mart 2011-ci il tarixdən 29 yanvar 2016-cı il tarixədək fiziki şəxs X4 məxsus zərgərlik sexində zərgərquraşdırıcı vəzifəsində əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməklə qazandığı 4 il 10 ay 28 müddətində iş stajının hesablanmaqla ona 05.08.2018-ci il tarixdən “Güzəştli şərtlərlə” yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdeh həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1961-ci il tarixdə Kürdəmir şəhərində anadan olmuş, orada böyüyüb, boya-başa çatmış, orta məktəbi Kürdəmir şəhəri 13 nömrəli orta məktəbdə oxumuşdur. Orta məktəbi bitirdikdən sonra əmək fəaliyyətinə başlamışdır. 10 sentyabr 1978-ci il tarixli əmək kitabçası ilə müəyyən edilir ki, o, 01.09.1978-ci il tarixli 155 №-li əmrlə Kürdəmir mal-qara kökəltmə sovxozunun bazasına fəhlə kimi işə qəbul edilmiş, həmin sovxozda 30 yanvar 1979-cu il tarixədək fəhlə işləmişdir. 30.01.1979-cu il tarixli 37 №li əmrlə öz ərizəsilə tutduğu işdən azad edilmişdir. 01 fevral 1979-cu il tarixli 33 №-li sərəncamla Kürdəmir RİC-nə satıcı üzrə şagird qəbul edilmiş, şagirdlik müddəti qurtardığı üçün 01.08.1979-cıı il tarixli 218 N-li sərəncamla işdən azad edilmişdir. 18 yanvar 1980-cı il tarixli 27 №-li sərəncamla Kürdəmir RİC-nə müvəqqəti mağaza müdiri təyin edilmişdir (məzuniyyət yerinə). 14 fevral 1980-ci il tarixli 61 nömrəli sərəncamla Kürdəmir RİC-də ərzaq mağasında satıcı kimi işə qəbul edilmişdir. 10 oktyabr 1980-cı il tarixədək işləmişdir. 10 oktyabr 1980-cı il tarixli 27 nömrəli sərəncamla hərbi xidmətə çağırılması ilə əlaqədar olaraq işlədiyi satıcı vəzifəsindən azad edilmişdir. 28 oktyabr 1980-cı il tarixdə Azərbaycan SSR Kürdəmir rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə göndərilmişdir. 28 oktyabr 1980-cı il tarixdən 22 noyabr 1982-ci il tarixədək N saylı hərbi hissədə atıcı kimi həqiqi hərbi xidmətdə olmuşdur. 22 noyabr 1982ci il tarixli 242 nömrəli əmrlə həqiqi hərbi xidməti bitirib hərbidən tərxis olunmuş və evə qayıtmışdır. 05 dekabr 1982-ci il tarixli 81 nömrəli əmrlə Kürdəmir şəhər Şirvan qışlaqlarını su ilə təminatı sistemi istismar idarəsi QSTSİİ 1-ci dərəcli fəhlə kimi işə qəbul edilmişdir. 30 yanvar 1982-ci il tarixədək orada işləmişdir. 30 yanvar 1983-cü il tarixli 12 saylı əmrlə öz ərizəsinə əsasən işdən azad edilmişdir. 21 sentyabr 1983-cü il tarixli 128 saylı əmrlə “Dəqiq Mexanizmlər Təmiri” zavodunda 1 saylı emalatxanaya zərgər ustasının şagirdi kimi işə qəbul edilmişdir. 30.03.1984-cü il tarixli 57k saylı əmrlə 29 mart 1983-cü il tarixdən etibarən ixtisaslaşma komissiyasının protokoluna uyğun olaraq zərgər emalatxanasında 1ci dərəcəli zərgər dərəcəsi verilmişdir. 16 may 1984-cü il tarixli 84 saylı əmrlə 3-cü dərəcəli zərgər-quraşdırıcı dərəcəsi verilmişdir. 25 noyabr 1986-cı il tarixli 240 nömrəli əmrlə 1 saylı zərgər emalatxanası zərgərlik sexi adlandırılmışdır. 18 dekabr 1986-cı tarixli 219k saylı əmrlə 4cü dərəcəli zərgər-quraşdırıcı dərəcəsi verilmişdir. 17.11.1987-ci tarixli 185 saylı əmrlə vahid tarif və ixtisas kitabçasına uyğun olaraq 4-cü dərəcəli zərgər qolbaqçı dərəcəsi verilmişdir. 06 fevral 1989-cu il tarixli 4 saylı əmrlə 01 fevral 1989-cıı tarixdən “Dəqiq Mexanizmlər Təmiri" zavodu yenidən qurularaq Əhaliyə Məişət Xidməti Nazirliyinin tərkibində “Zərgər müəssisəsi yaradılmışdır, o, 4-cü dərəcəli zərgər-qolbaqçı kimi köçürmə ilə 3 saylı sahəyə qəbul edilib işləmişdir. 12 iyul 2000-ci il tarixli 02 nömrəli əmrlə “Zərgər“ ASC-nin ləğvi ilə əlaqədar 01 iyul 2000-ci il tarixdən etibarən işdən azad edilmişdir. 01 iyul 2000-ci il tarixli 08 nömrəli əmrlə "xxxx" Firmasına 1 saylı emalatxanaya zərgər-quraşdırıcı vəzifəsinə işə təyin edilmişdir. 01 mart 2011-ci il tarixədək həmin firmada zərgərquraşdırıcı vəzifəsində işləmişdir. 01 mart 2011-ci il tarixli əmrlə öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. 01 mart 2011-ci il tarixli 027 nömrəli əmrlə fiziki şəxs X4 məxsus zərgərlik sexində zərgər-quraşdırıcı vəzifəsinə işə qəbul edilmişdir. 20 yanvar 2016-cı il tarixədək həmin sexdə zərgər-quraşdırıcı vəzifəsində işləmişdir. 20 yanvar 2016-cı il tarixli 15 nömrəli əmrlə öz xahişi ilə işdən azad edilmişdir. 01.02.1080-ci ildən “Dəqiq mexanizmlər Təmiri zavodu yenidən qurularaq “Zərgər" müəssisəsi yaradılmışdır. “Zərgər" müəssisəsi 06.02.1980-ci ildən 01.05.1997-ci il tarixədək Əhaliyə Məişət Xidməti Nazirliyinin, 01.05.2007-ci ildən isə ASC adlandırılaraq, Dövlət Əmlak Komitəsinin nəzdində olmuşdur. "xxxx" ASC isə "xxxx" müəssisəsinin hüquqi varisidir. 01.07.2000-ci il tarixdən fəaliyyət göstərmişdir. Bununla yanaşı Azərbaycan Respublikası “Zərgərlər" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 04 dekabr 2020-ci il tarixli, 57 saylı güzəşt arayışdan da müəyyən edilir ki, “İddiaçı əmək kitabçasına və arxiv sənədlərinə əsasən 21.09.1983-01.02.1989cu illlərdə “Dəqiq Mexanizmlər Təmiri” zavodunda 4-cü dərəcəli quraşdırıcı zərgər-sepçi peşəsində işləmişdir. 01.02.1080-cıı ildən “Dəqiq Mexanizmlər Təmiri” zavodu yenidən qurularaq Əhaliyə Məişət Xidməti Nazirliyinin tərkibində "xxxx" müəssisəsi yaradılmışdır. İddiaçı 01.02.1980-01.07.2000-ci illərdə "xxxx" müəssisəsində 4-cü dərəcəli zərgər-quraşdırıcı peşəsində işləmişdir. Bu müəssisələrdə onun zərərli əmək stajı əmək kitabçası üzrə 16 il 0 ay 10 gündür. “Zərgər" müəssisəsi “Dəqiq Mexanizmlər Təmiri” zavodunun, "xxxx" ASC isə “Zərgər" müəssisəsinin hüquqi varisidir. "xxxx" ASC 01.07.2000-ci il tarixdən hazırkı vaxtadək fəaliyyət göstərir. İddiaçı işlədiyi müddətdə fərdi qaydada əl ilə zərgərlik məmulatları və onların hissələrini bədii səviyyədə hazırlamış, qiymətli metaldan qiymətli və ya yarım qiymətli daşlara xüsusi mürəkkəb formalı zərgərlik məmulatlarının quraşdırılması ilə məşğul olmuşdur. İş əsnasında o, zərgərlik məmulatlarının qaynar üsulla qaynağ işləri aparmışdır. Məmulatı qaynaq edən zaman: Asbest, bor turşusu, xlor turşusıu (HCL), eləcə də qaynaq işini aparmaq üçün benzindən istifadə etmiş, açıq alovla işləmişdir. Zərgərlik məmulatlarda emal üçün pəncərə düzəltmiş, məmulatı daş bərkitmə dərəcəsinə qədər tam hazır vəziyyətə salmışdır. Sonuncu mərhələdə əlvan metallardan toplanmış ovuntuları əridib, istehsal üçün külçə hazırlamışdır. Fəhlələr üçün vahid tarif dərəcələri üçün iş və peşələrin sorğu kitabı 1087-ci ilin sorağ kitabında (Moskva nəşriyyatı) göstərilir: - zərgər peşəsinə aşağıdakılar aiddir: zərgər-quraşdırıcı. zərgər-şəbəkəçi. zərgər-sepçi, zərgər-nəqqaş. zərgər-bərkidici. Odur ki, həmin həmin peşədə işləyən şəxsin əmək şəraitinə görə güzəştlə, yaşa görə əmək təqaüdünə çıxmaq hüququ vardır. Onun işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarına müvafıq olaraq, həmin qərarın 11.9-cu bölməsinin “Qaynar üsulla metalın üzlənməsi” zərgər və bədii məmulatları siyahısında zərərli sahə kimi nəzərə alınaraq 2150700а-19553 rəqəmlə kodlaşdırılmışdır. Bu səbəbdən quraşdırıcı zərgər-sepçi peşəsində işləmiş İddiaçı əmək stajı pensiya qanunun tələblərinə uyğun olduğu halda əmək şəraitinə görə güzəştlə yaşa görə təqaüdə çıxmaq hüququna malikdir. Sadalananlardan göründüyü kimi əmək kitabçasından və arxiv sənədlərindən müəyyən edilir ki, onun ümumi iş stajı 36 il 1 ay 3 gün təşkil edir. Ümumi iş stajının 32 il 4 ay 8 günü əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməklə əldə etdiyi iş stajıdır. Lakin bütün bunlara baxmayaraq cavabdeh iş stajını müəyyən edən əmək kitabçası olmasına baxmayaraq ona güzəştli şərtlərlə əmək pensiyası təyin etməkdən əsassız olaraq yayınmış, imtina etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 21.09.1983-01.02.1989-cu illərdə “Dəqiq Mexanizmlər Təmiri” zavodunda 4-cü dərəcəli quraşdırıcı zərgər-sepçi peşəsində işləməklə, 01.02.1989-01.07.2000-ci illərdə "xxxx" müəssisəsində 4-cü dərəcəli quraşdırıcı-zərgər peşəsində işləməklə bu müəssisələrdə zərərli işlərdə 16 il 9 ay 10 gün işləməklə qazandığı iş stajları hesablanmaqla ona 05.08.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və həmin tarixdən, yəni 05.08.2018-ci il tarixdən bütün dövrlər hesablanmaqla təyin edilmiş pensiyanın ona ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 06 dekabr 2021-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddia ərizəsinə dair yazılı etiraz təqdim edərək, bildirmişdir ki, cavabdeh “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1, 9.8 və 1.0.8-ci maddələrinə istinad edərək göstərmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 10 sentyabr 1978-ci il tarixli əmək kitabçasında 21.09.1983- 01.02.1989-cu il tarixləri arasındakı dövr ərzində “Dəqiq Mexanizmlər Təmiri” zavodunda quraşdırıcı zərgər-sepçi, 01.02.1989-01.07.2000-ci il tarixləri arasındakı dövr ərzində quraşdırıcı zərgər peşələrində işlədiyi qeyd olunmuşdur. İddiaçının əmək stajının dəqiqləşdirilməsi ilə bağlı Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən yerində baxış keçirilərkən iddiaçının güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələrdə işləməyini təsdiq edən hər hansı sənəd aşkar edilməmişdir. Bu fakt "xxxx" ASC tərəfindən 25.11.2020-ci il tarixli aktla təsdiq edilmişdir. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 45599,96 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 23226,34 manat təşkil edir. Həmçinin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı şərtinin vacibliyi Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5359/2020 saylı, 02.12.2020-ci il tarixli qərarında da qeyd olunmuşdur. Həmin qərara əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər ediməsi barədə” 10 mart 2017-ci il tarixli, 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmiş və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir. Həmin Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minmişdir. Göründüyü kimi, 01.07.2017-ci il tarixədək güzəştli şərtlərlə pensiyanın təyin edilməsi üçün yalnız iki şərt (yaş və staj) nəzərdə tutulsa da, yuxarıda qeyd edilən dəyişikliklər qüvvəyə mindikdən sonra (01.07.2017-ci il) “pensiya kapitalı” kimi adlanan yeni şərt əlavə edilmişdir. 01.07.2017-ci il tarixdən sonra şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün üç şərt (yaş, staj və pensiya kapitalı) mövcud olmalıdır”. Beləliklə məhkəmə sözügedən qərarda qeyd etmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qanunvericiliyə uyğun olaraq hesablanmış kapitalından az təşkil etdiyindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə dair iddia tələbi əsassızdır və təmin edilməməlidir”. Nəticə etibarilə 01.07.2017ci il tarixindən sonra şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün üç şərt vacibdir: 1) qanunla müəyyən edilmiş yaş həddinə çatması; 2) ümumi və xüsusi iş stajının olması; 3) fərdi hesabın sığorta hissəsindən qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli icmal məktubuna əsasən məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-omadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirilər. Nəticə etibarilə nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, hər bir halda iddiaçının qanunla tələb olunan ümumi və xüsusi iş stajına malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir. Həmçinin sözügedən icmal məktubunda qeyd edilmişdir ki, ümumi və xüsusi iş stajını təsdiq edən sənədlər mötəbər olmalı, ehtiyac yarandıqda bununla bağlı zəruri məhkəmə araşdırması aparılmalıdır. Bu mənada iddiaçı tərəfindən təqdim edilmiş ümumi və xüsusi iş stajını təsdiq edən sənədlərin (əmək kitabçası, arxiv arayışı, iş yerindən arayış, məhkəmə aktı və s.) əsli və ya lazımi qaydada təsdiqlənmiş surəti, o cümlədən Azərbaycan dilində tərtib edilməyibsə, həmin sənədin notarial qaydada təsdiq edilmiş tərcüməsi iş materiallarına əlavə edilməlidir. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin 03.12.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4132/2021 saylı, 06 dekabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 57 yaşı tamam olduğu 05 avqust 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və 05 avqust 2018-ci il tarixdən bütün dövrlər hesablanmaqla təyin edilmiş pensiyanın ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 10 sentyabr 1978-ci il tarixli əmək kitabçasında 21.09.1983-01.02.1989-cu il tarixləri arasındakı dövr ərzində “Dəqiq Mexanizmlər Təmiri” zavodunda quraşdırıcı zərgər-sepçi, 01.02.1989-01.07.2000-cİ il tarixləri arasındakı dövr ərzində quraşdırıcı zərgər peşələrində işlədiyi qeyd olunmuşdur. Əmək stajının dəqiqləşdirilməsi ilə bağlı Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən yerində baxış keçirilərkən onun güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələrdə işləməsini təsdiq edən hər hansı sənəd aşkar edilməmişdir. Bu fakt "xxxx" ASC tərəfindən 25.11.2020-ci il tarixli aktla təsdiq edilmişdir. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 45599,96 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 23226,34 manat təşkil edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan: - AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 05 avqust 1961-ci il tarixdə Kürdəmir şəhərində anadan olmuşdur. - İddiaçı məxsus 10 sentyabr 1979-cu il tarixli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən və tərcümə olunmuş əlavəsindən görünür ki, İddiaçı 01.09.1978ci il tarixdən 30.01.1979-cu il tarixədək Kürdəmir malqara kökəltmə sovxozunda bazada fəhlə, 01.02.1979-cu il tarixdən 01.08.1979-cü il tarixədək Kürdəmir RİC-nə satıcı üzrə şagird, 18.01.1980-ci il tarixdən Kürdəmir RİC-nə müvəqqəti mağaza müdiri, 14.02.1980-ci il tarixdən 10.10.1980-ci il tarixədək Kürdəmir RİC-nə ərzaq mağazasında satıcı işləmişdir. 05.12.1982-ci il tarixdən 30.01.1983-cü il tarixədək Kürdəmir şəhər Şirvan qışlaqlarını su ilə təminatı sistemi istismar İdarəsi QSTSİİ-də 1-ci dərəcəli fəhlə işləmişdir. 21.09.1983-cü il tarixdən “Dəqiq mexanizmləri təmiri” zavodunun 1 saylı emalatxanaya zərgər ustasının şagirdi kimi işə qəbul edilmiş, 29.03.1984-cü il tarixdə İxtisaslaşma komissiyasının protokola uyğun olaraq zərgər emalatxanasına zərgərin 1-ci dərəcəsi verilmiş, 16.05.1984cü il tarixdə zərgər-quraşdırıcısının 3-cü dərəcəsi verilmişdir. 01.12.1986-cı il tarixdə 1 saylı zərgərlik emalatxanası zərgərlik sexi adlandırılmışdır. 17.12.1986-cı il tarixdə zərgərquraşdırıcısının 4-cü dərəcəsi verilmişdir. 17.11.1987-ci il tarixdə zərgər qolbaqçının 4-cü dərəcəsi verilmişdir. 01.02.1989-cu il tarixdə Azərbaycan SSR Zərgər müəssisəsinə 4-cü dərəcəli zərgər-qolbaqçı kimi köçürmə yolu ilə 3 saylı sahəyə qəbul edilmiş, 01.07.2000-ci il tarixdə "xxxx" ASC-nin ləğvi ilə əlaqədar işdən azad edilmişdir. 01.07.2000-ci ildən 01.03.2011-ci il tarixədək "xxxx" firması 1 saylı emalatxanada zərgər-quraşdırıcı vəzifəsində, 01.03.2011-ci il tarixdən 29.01.2016-cı il tarixədək fiziki şəxs X4 məxsus zərgərlik sexində zərgər-quraşdırıcı vəzifəsində işləmişdir. - İddiaçı məxsus НЗ № ******* saylı hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 28 oktyabr 1980-ci il tarixdən 22 noyabr 1982-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. - "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 57 saylı, 04.12.2020-ci il tarixli güzəştli arayışdan görünür ki, İddiaçı ona görə ki, O, həqiqətən əmək kitabçasına və arxiv sənədlərinə əsasən 21.09.1983- 01.02.1989-ci illərdə “Dəqiq Mexanizmlər Təmiri” zavodunda 4-cü dərəcəli quraşdırıcı zərgər-sepçi peşəsində işləmişdir. 01.02.1989-cu ildən “Dəqiq Mexanizmlər Təmiri” zavodu yenidən qurularaq Əhaliyə Məişət Xidməti Nazirliyinin tərkibində "xxxx" müəssisəsi yaradılmışdır. İddiaçı 01.02.1989-01.07.2000-ci illərdə "xxxx" müəssisəsində 4-cü dərəcəli quraşdırıcı-zərgər peşəsində işləmişdir. Bu müəssisələrdə onun zərərli əmək stajı əmək kitabçası üzrə 16 il 9 ay 10 gündür. "xxxx" müəssisəsi Dəqiq Mexanizmlər Təmiri zavodunun, "xxxx" ASC isə "xxxx" müəssisəsinin hüquqi varisidir. "xxxx" ASC 01.07.2000-ci il tarixdən hazırki vaxtadək fəaliyyət göstərilir. İddiaçı işlədiyi müddətdə fərdi qaydada əl ilə zərgərlik məmulatları və onların hissələrini bədii səviyyədə hazırlamış, qiymətli metaldan qiymətli və ya yarım qiymətli daşlara xüsusi mürəkkəb formalı zərgərlik məmulatlarının quraşdırılması ilə məşğul olmuşdur. İş əsnasında o, zərgərlik məmulatlarının qaynar üsulla qaynağ işləri aparmışdır. Məmulatı qaynaq edən zaman asbest, bor turşusu, xlor turşusu (HCL) eləcədə qaynaq işini aparmaq üçün benzindən istifadə etmişdir, açıq alovla işləmişdir. Zərgərlik məmulatlarda emal üçün pəncərə düzəltmiş, məmulatı daş bərkitmə dərəcəsinə qədər tam hazır vəziyyətə salmışdır. Sonuncu mərhələdə əlvan metallardan toplanmış ovuntuları əridib, istehsal üçün külçə hazırlamışdır. Məlumat üçün bildirilmişdir ki, fəhlələr üçün vahid tarif dərəcələri üçün iş və peşələrin sorğu kitabı 1987-ci ilin sorğu kitabında (Moskva nəşriyyatı) göstərilir: — zərgər peşəsinə aşağıdakılar aiddir: -zərgər-quraşdırıcı; zərgərşəbəkəçi; -zərgər- sepçi; -zərgər-nəqqaş; -zərgər-bərkidici. Odur ki, həmin peşədə işləyən şəxsin əmək şəraitinə görə güzəştlə yaşa görə əmək təqaüdünə çıxmaq hüququ vardır. Onun işlədiyi peşə Azerbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarına müvafiq olaraq həmin qərarın 11.9-cu bölməsinin “Qaynar üsulla metalın üzlənməsi” zərgər və bədii məmulatları siyahısında zərərli sahə kimi nəzərə alınaraq 2150700a-19553 rəqəmlə kodlaşdırılmışdır. Bu səbəbdən quraşdırıcı zərgərsepçi peşəsində işləmiş İddiaçı əmək stajı pensiya qanunun tələblərinə uyğun olduğu halda əmək şəraitinə görə güzəştli yaşa görə təqaüdə çıxmaq hüququna malikdir. - Cavabdeh tərəfindən verilmiş 11 dekabr 2020-ci il tarixli, **********2 saylı güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubdan görünür ki, iddiaçının ərizəsinə baxılmış və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1, 9.8 və 1.0.8-ci maddələrinə istinad olunaraq bildirilmişdir ki, təqdim olunmuş 10 sentyabr 1978-ci il tarixli əmək kitabçasında 21.09.1983-01.02.1989-cu il tarixləri arasındakı dövr ərzində “Dəqiq Mexanizmlər Təmiri” zavodunda quraşdırıcı zərgər-sepçi, 01.02.1989- 01.07.2000-ci il tarixləri arasındakı dövr ərzində quraşdırıcı zərgər peşələrində işlədiyi qeyd olunmuşdur. Əmək stajınının dəqiqləşdirilməsi ilə bağlı Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən yerində baxış keçirilərkən onun güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələrdə işləməyini təsdiq edən hər hansı sənəd aşkar edilməmişdir. Bu fakt "xxxx" ASC tərəfindən 25.11.2020-ci il tarixli aktla təsdiq edilmişdir. Bundan başqa fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 45599,96 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 23226,34 manat təşkil edir. Qeyd olunanlara əsasən əmək kitabçasına və ondakı məlumatların həqiqiliyinə əsaslı şübhələr olduğundan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, “iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 25 ildən artıq ümumi əmək stajı olduğuna və onun 12 il 06 aydan artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısı üzrə nəzərdə tutulan sahədə işlədiyinə görə ona 57 yaşı tamam olduğu 05 avqust 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməklə, 05 avqust 2018-ci il tarixdən bütün dövrlər hesablanmaqla təyin edilmiş pensiyanın ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab etmiş və öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13- cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin «e» bəndinə əsasən qanunda nəzərdə tutulmuş başqa şərtlərə əməl eməklə ictimai faydalı əməklə məşğul olan ali məktəblərdə və orta ixtisas peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ordinatorları, doktorantların əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun 67-ci maddəsinin İİİ hissəsinin «ğ» bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır:
1. İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması;
2. İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 06 ay güzəştli iş stajının mövcud olması. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin olunması üçün 01.01.2006-cı il tarixədək qanunvericiliklə nəzərdə tutulmuş ümumi və güzəştli iş stajı mövcudur. Məhkəmə kollegiyası cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən iddiaçının 21.09.1983-cü il tarixdən 01.02.1989-cu il tarixədək “Dəqiq Mexanizmlər Təmiri” zavodunda quraşdırıcı zərgər-sepçi və 01.02.1989-cu il tarixdən 01.07.2000-ci il tarixədək olan dövr üzrə "xxxx" müəssisəsində quraşdırıcı-zərgər peşəsində işlədiyi iş stajı ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 31 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmişdir “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Göründüyü kimi 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı X9 əmək kitabçası və əmək kitabçası olmadığı halda isə əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən mübahisələndirilən müvafiq dövrlər iddiaçının əmək kitabçasında öz əksini tapdığından və həmin qeydlərin əsassız olmasına dair hər hansı sübutlar mövcud olmadığından cavabdehin imtinası əassız olmuşdur. Məhkəmə kollegiyası cavabdeh tərəfindən əmək kitabçasındakı məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmasına əsas olmuş 25 noyabr 2020-ci il tarixli aktla bağlı qeyd edir ki, aktdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Sığorta kapitalı əsasından hesablanan pensiya şöbəsinin baş mütəxəssisi Hüsü Atamov, böyük mütəxəssisi Eyvaz Əhmədov və "xxxx" ASC-nin kadrlar üzrə böyük müvəkkili Əkrəm Mirzəyevin iştirakı ilə həmin müəssisə tərəfindən X6 adına verilmiş arayışda iş stajına və işin xarakterinə dair yazılmış faktları araşdırmaq məqsədilə, sığorta stajına daxil edilən ümumi stajın, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən xüsusi iş stajını yerində əsaslı sənədlərlə qarşılıqlı araşdırılaraq müəyyən edilmişdir ki, "xxxx" ASC tərəfindən İddiaçı adına verilmiş arayışda qeyd edilənlərə dair müəssisədə heç bir əsaslı sənəd saxlanılmamışdır. Yalnız həmin müəssisə tərəfindən adına açılmış T-2 şəxsi hesabda 01.02.1989-cu ildən işə daxil olması və 1994-cü ilədək növbəti məzuniyyətdə olmasına dair qeydlər göstərilmişdir. İşləməsinə və zərərli əmək şəraitinə dair heç bir məlumat qeyd edilməmişdir. Aktın doğruluğu iştirakçılar tərəfindən imzaları ilə təsdiq edilmişdir. Həmin aktda yazılan məlumatların araşdırılması məqsədi ilə məhkəmə tərəfindən müəssisəyə sorğu göndərilmişdir və Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 28 saylı, 09.09.2021-ci il tarixli məktub əsasında iddiaçının “Dəqiq Mexanizmlər Təmiri” zavodundan "xxxx" müəssisəsinə işə daxil olması, işdən çıxması barədə olan əmrlər və forma T-2 şəxsi vərəqəsinin surəti məhkəməyə təqdim olunmuşdur. Məktubda göstərilmişdir ki, işçinin illər üzrə hansı müddətə əmək məzuniyyətində olması barədə qeydlər, əmrin nömrələri və tarixləri göstərilməklə şəxsi vərəqədə təsdiqlənmişdir. Zərgər müəssisəsinin özəlləşdirilməsi ilə əlaqədar olaraq məzuniyyət əmrlərinin arxiv sənədləri saxlanılmamışdır. Həmin məktuba əlavə edilmiş İddiaçı məxsus forma T-2 saylı, 257 saylı şəxsi vərəqədən görünür ki, iddiaçı 10.07.1989-cu il tarixdən 31.07.1989-cu il tarixədək, 30.12.1991-ci il tarixdən 20.01.1992-ci il tarixədək, 04.01.1994-cü il tarixdən 14.02.1994cü il tarixədək, 01.06.1996-cı il tarixdən 19.07.1996-cı il tarixədək əmək məzuniyyətində olmuşdur. Həmin məktuba əlavə edilmiş 2 saylı, 12.07.2000-ci il tarixli əmrin surətindən görünür ki, 01.07.2000-ci ildən "xxxx" ASC-nin ləğvi və həmin cəmiyyət bazasında iki yeni təşkilatın "xxxx" qapalı tipli səhmdar cəmiyyətin və şəxsi mülkiyyətə məxsus "xxxx" müəssisəsinin 10.07.2000-ci ildən fəaliyyətə başlaması ilə əlaqədar "xxxx" ASC-nin işçiləri 01.07.2000-ci ildən işdən azad edilmişdir. Əmrdə adı qeyd olunmuş işçilərin siyahısının 40-cı bəndində X5 adı qeyd olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 21.09.1983-01.02.1989-cu illərdə “Dəqiq Mexanizmlər Təmiri” zavodunda 4-cü dərəcəli quraşdırıcı zərgər-sepçi peşəsində, 01.02.1989-01.07.2000-ci illərdə "xxxx" müəssisəsində 4-cü dərəcəli quraşdırıcı-zərgər peşəsində 16 ildən çox müddətdə işləməsi əmək kitabçası və iş materiallarında olan digər sənədlərlə də öz təsdiqini tapdığından, cavabdeh tərəfindən həmin dövrün sosial sığorta stajına hesablanmasından imtina edilməsi əsassız olmuşdur “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1. şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. İşlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyibişləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. Belə ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 57 saylı, 04.12.2020ci il tarixli güzəştli arayış əsasında müəyyən edilmişdir ki, iddiaçının 21.09.198301.02.1989-ci illərdə “Dəqiq Mexanizmlər Təmiri” zavodunda 4-cü dərəcəli quraşdırıcı zərgər-sepçi peşəsində işlədiyi, 01.02.1989-01.07.2000-ci illərdə "xxxx" müəssisəsində 4-cü dərəcəli quraşdırıcı zərgər peşəsində işlədiyi peşələr güzəştli iş stajına aid olmaqla, onun həmin dövr üzrə xüsusi iş stajı 16 il 9 ay 10 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nın XİV Metal emalı adlı bölməsinin (kod ********) “Qaynar üsulla metalın üzlənməsi” (Kod ********) yarımbölməsinin zərgər və bədii məmulatları qaralayanlar (Kod 2150700a— 19553) peşəsinə uyğundur və həmin peşələr üzrə iddiaçının güzəştli iş stajı 01.01.2006-cı il tarixədək 16 il 9 ay 10 gün təşkil edir. Göründüyü kimi iddiaçının 57 yaşının tamam olana kimi 25 ildən artıq ümumi əmək stajının və 12 il 06 aydan artıq güzəştli iş stajının olması iş materiallarına əlavə edilmiş əmək kitabçası və güzəştli arayış ilə təsdiq edilmiş, cavabdeh inzibati orqanının imtinasının əsasları mövcud qanunvericilik normalarına zidd, əsassız və qanunsuz olmuşdur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlili olan iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsinə münasibətdə qeyd edir ki, hazırki halda iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajına malik olduğundan, ona həmin Qanunun 9.8-ci bəndinə müvafiq olaraq yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə pensiya təyin olunduğundan, cavabdehin iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyi əsası ilə ona pensiya təyin edilməsindən imtina etməsi qanunun tələblərinə ziddir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçının iş stajı ona məxsus əmək kitabçasında öz əksini tapmışdır və göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Bundan başqa nəzərə alınmalıdır ki, əmək qanunvericiliyinin yuxarıda sadalanan normaları mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara əmək pensiyası hesablanarkən onun işlədiyi və əmək kitabçasında öz əksini tapmış hər hansı işin müddətini də nəzərdə tutur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı onu da qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM 14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4132/2021 saylı, 06 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.