Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1247/2023 28.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hərbi qulluqçu kimi əlilliyə görə təyin edilmiş pensiya fərqinin əvvəlki dövrlər üzrə yenidən hesablanaraq ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6764/2022 saylı, 18 oktyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət üçün pensiya fərqinin (xx.xx.2021-ci ilədək Dövlət Sosial Müdafiə Fondunun müvafiq rayon şöbəsindən 2-ci dərəcə əlilliyə görə aldığı əmək pensiyası ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsindən xx.xx.2021-ci il tarixdən hərbi qulluqçu kimi 2-ci dərəcə əlilliyə görə aldığı pensiya arasındakı fərqin) hesablanaraq fərq məbləğinin tam şəkildə birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1993-cü il tarixdən xx.xx.1994cü il tarixədək N saylı hərbi hissədə xidmət etdiyini, 1996-cı il tarixdən İİ qrup müddətsiz müharibə əlili olduğunu göstərmişdir. Həmçinin qeyd etmişdir ki, 1996-cı il tarixdən 2021-ci il tarixədək əmək pensiyası almış, Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ona 2021-ci il tarixdən etibarən 2-ci dərəcə əlilliyə görə hərbi qulluqçu kimi pensiya ödənilir. Əlavə olaraq, xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət üçün pensiya fərqi ona ödənilməli olduğu halda, xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə fərq məbləği ödənilsə də, cavabdeh tərəfindən digər dövrlərə görə ödənişin edilməsindən imtina olunduğunu qeyd etmişdir. İddiaçı daha əvvəl xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə fərq məbləğinin ona ödənilməsi xahişi ilə cavabdehə müraciət etmişdir. Cavabdeh ona ünvanladığı xx.xx.2022ci il tarixli **********9 nömrəli cavab məktubunda Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş 12 noyabr 2021-ci il tarixli MN-16031 nömrəli məlumat vərəqəsinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 20.16.1-ci maddəsinin tələblərinə uyğun olaraq “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ dərəcəli əlilliyə görə təminat xərcliyinin (591,00 manat) 80 faizi-472,80 manat məbləğində əmək pensiyası təyin edildiyini, eyni zamanda keçmiş üç il müddət üçün pensiyanın yenidən hesablandığını qeyd etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Bu səbəbdən iddiaçı narazı qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etirazda bildirilmişdir ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi asagıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə görə, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uygun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İstinad olunan Qanunun 37.7-ci maddəsinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən sərt nəzərə alınmaqla ödənilir. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinin tətbiqinə dair xx.xx.2020-ci il tarixli Qərardadına əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. İddiaçı R.Ə.Əliyevə məxsus şəxsiyyət vəsiqəsindən məlum olur ki, o, xx.xx.1968-ci il tarixdə doğulmuşdur. İş üzrə icraat materiallarına əlavə edilmiş X4 Sistemindən çıxarışa əsasən iddiaçı R.Ə.Əliyevə xx.xx.1998-ci il tarixdən İİ qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli 312 nömrəli qərarında R. Əliyevin 1993-cü il tarixdə hərbi xidmətə çağırıldığı, travma-diaqnozu “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qeyd olunmuşdur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 12 noyabr 2021-ci il tarixli MN-16031 nömrəli məlumat vərəqəsi iddiaçıya pensiya təyin olunması üçün cavabdeh orqana təqdim edilmişdir. Həmin məlumat vərəqəsinə əsasən iddiaçı R.Əlivevə xx.xx.2021-ci il tarixli **********1 nömrəli “Əmək pensiyasının təyin edilməsi haqqında” Qərara əsasən “Əmək pensiyaları” haqqında Azərbaycan Respublikası Qanunun 20.16.1-ci maddəsinin tələblərinə uyğun olaraq “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ dərəcəli əlilliyə görə təminat xərcliyinin (591,00 manat) 80 faizi-472.80 manat məbləğində əmək pensiyası təyin edilmişdir. İddiaçı təyin edilmiş əmək pensiyası keçmiş üç il müddət üçün yenidən hesablanmışdır. İddiaçı əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 7731,36 manat fərq məbləğinin 429,52 manat hissəsi 2021-ci ilin dekabr və 2022-ci ilin yanvar aylarında ödənilmiş, qalan 7301,84 manat hissəsi isə cari ilin fevral və mart aylarında hissə-hissə (hər ay 3650,92 manat) əmək pensiyasının (472,80 manat) üzərinə əlavə edilməklə (472,80+3650,92=4123,72 manat) müvafiq kart hesabına köçürülmüşdür. Həmçinin, 1 yanvar 2022-ci il tarixindən hesablanmaqla iddiaçıya “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi-47,28 manat maddi yardım ödənilir. İstinad olunmuş qanunvericilik aktlarının qarşılıqlı təhlili və işin faktiki hallan nəzərə alınaraq qeyd olunmalıdır ki, İddiaçı hərbi qulluqçu kimi əlilliyə görə təyin edilmiş pensiya keçmiş üç il müddət üçün yenidən hesablanmış, lakin digər dövlərin ödənilməsi qanunvericiliklə nəzərdə tutulmadığı üçün cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6764/2022 saylı, 18 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakim M.Qarayeva) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının pensiya hüququ xx.xx.1998-ci il tarixdə yarandığından, hazırkı mübahisə cavabdehin şikayətdə iddia etdiyi kimi “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələbləri əsasında deyil, iddiaçının pensiya hüququnun yarandığı zaman qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun müddəaları əsasında həll edilməlidir. Həmin Qanunun 49-cu maddəsinə görə, pensiya təyin edən orqanların təqsiri üzündən pensiyaçının vaxtında almadığı pensiya məbləğləri keçmiş müddət üçün heç bir məhdudiyyət qoyulmadan ödənilir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 7731,36 manat fərq məbləğinin 429,52 manat hissəsi 2021-ci ilin dekabr və 2022-ci ilin yanvar aylarında ödənilmiş, qalan 7301,84 manat hissəsi isə cari ilin fevral və mart aylarında hissə-hissə (hər ay 3650,92 manat) əmək pensiyasının (472,80 manat) üzərinə əlavə edilməklə (472,80+3650,92=4123,72 manat) müvafiq kart hesabına köçürülmüşdür. Həmçinin, 1 yanvar 2022-ci il tarixindən hesablanmaqla iddiaçıya “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi-47,28 manat maddi yardım ödənilir. İstinad olunmuş qanunvericilik aktlarının qarşılıqlı təhlili və işin faktiki halları nəzərə alınaraq qeyd olunmalıdır ki, iddiaçıya hərbi qulluqçu kimi əlilliyə görə təyin edilmiş pensiya keçmiş üç il müddət üçün yenidən hesablanmış, lakin digər dövlərin ödənilməsi qanunvericiliklə nəzərdə tutulmadığı üçün cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunmasını, qərarın ləğv edilib, iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraza uyğun izahat verərək, şikayətin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq izahatı zamanı Sədrlik edənin sualına cavab olaraq bildirdi ki, hərbi qulluqçu kimi şəhadətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına ilk dəfə müraciəti 2021-ci il tarixində olmuş, müvafiq inzibati orqanın qərarından sonra Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 12 noyabr 2021-ci il tarixli məlumat vərəqəsinə əsasən hazırki inzibati orqan tərəfindən onun əlilliyə görə pensiyası hərbi qulluqçu kimi yenidən hesablanmış və 2021-ci ildən əvvəlki 3 il üzrə ödənişlər arasındakı fərq məbləği də hesablanmışdır. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalatının tətbiqində səhvə yol verildiyindən qərar ləğv edilib, iddia rədd edilməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassızdır. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 38. Sosial təminat hüququ İ.Hər kəsin sosial təminat hüququ vardır. ... İİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında" Qanun: Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Maddə 32.1-2. Bu Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla bu Qanunun 32.1-1ci maddəsinə uyğun ödənilir. Maddə 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir (xx.xx.2017-ci ilə qədər olan redaksiya). Maddə 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir (xx.xx.2017-ci ildən qüvvəyə minmiş redaksiya). Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı sübutları nəzərdən keçirir: İş üzrə icraat materiallarına əlavə edilmiş X4 Sistemindən çıxarışa əsasən İddiaçı xx.xx.1998-ci il tarixdən İİ qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli 312 nömrəli qərarında İddiaçı 1993-cü il tarixdə hərbi xidmətə çağırıldığı, travma-diaqnozu “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qeyd olunmuşdur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 12 noyabr 2021-ci il tarixli MN- 16031 nömrəli məlumat vərəqəsi iddiaçıya pensiya təyin olunması üçün cavabdeh orqana təqdim edilmişdir. Həmin məlumat vərəqəsinə əsasən İddiaçı xx.xx.2021-ci il tarixli **********1 nömrəli “Əmək pensiyasının təyin edilməsi haqqında” Qərara əsasən “Əmək pensiyaları” haqqında Azərbaycan Respublikası Qanunun 20.16.1-ci maddəsinin tələblərinə uyğun olaraq “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ dərəcəli əlilliyə görə təminat xərcliyinin (591,00 manat) 80 faizi-472.80 manat məbləğində əmək pensiyası təyin edilmişdir. İddiaçı təyin edilmiş əmək pensiyası keçmiş üç il müddət üçün yenidən hesablanmışdır. İşin faktiki hallarından da göründüyü kimi İddiaçı əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 7731,36 manat fərq məbləğinin 429,52 manat hissəsi 2021-ci ilin dekabr və 2022-ci ilin yanvar aylarında ödənilmiş, qalan 7301,84 manat hissəsi isə cari ilin fevral və mart aylarında hissə-hissə (hər ay 3650,92 manat) əmək pensiyasının (472,80 manat) üzərinə əlavə edilməklə (472,80+3650,92=4123,72 manat) müvafiq kart hesabına köçürülmüşdür. Həmçinin, işdən görünür ki, 1 yanvar 2022-ci il tarixindən hesablanmaqla iddiaçıya “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi-47,28 manat maddi yardım ödənilir. Apellyasiya şikayətinin dəlilinə münasibət: Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iddianın qanuni əsası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-2- ci maddəsi təşkil edir. Belə ki, həmin normaya əsasən bu Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla bu Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir. Buna baxmayaraq, iddiaçının iddia tələbində, həmçinin, birinci instansiya məhkəməsinin qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, hazırki mübahisə “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun müddəaları əsasında həll edilməlidir. Belə ki, həmin Qanunun 49-cu maddəsinə görə, pensiya təyin edən orqanların təqsiri üzündən pensiyaçının vaxtında almadığı pensiya məbləğləri keçmiş müddət üçün heç bir məhdudiyyət qoyulmadan ödənilir. Məhkəmə kollegiyası mövqeyi ilə bağlı diqqətə çatdırır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarında qeyd edilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair “Konstitusiya Məhkəməsinin Plenumu onu da göstərməyi vacib hesab edir ki, müvafiq iddialar üzrə işlərə baxan məhkəmələr tərəfindən o da nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi əmək pensiyasının təyin edilməsi halını tənzimləyir. Həmin maddəyə 30 noyabr 2018-ci il tarixində yeni məzmunlu 32.1-2-ci maddə əlavə edilmişdir ki, həmin norma ilə əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədar məsələlər tənzimlənmişdir. Yeni müəyyən edilmiş normaya əsasən, qeyd edilən Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla həmin Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir.” Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli qərarında göstərilir ki, N.Hüseynbəyovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair “Burada xüsusilə qeyd olunmalıdır ki, Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsindəki “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 1 iyul 2017-ci il tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi üçün müvafiq inzibati orqana məhz həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə tətbiq olunur və bununla da, məntiqi olaraq pensiyanın yenidən hesablanmasını deyil, ilk dəfə hesablanması hallarını ehtiva edir. Həmin Qanuna 30 noyabr 2018-ci il tarixində yeni məzmunda əlavə edilmiş 32.1- 2-ci maddə isə inzibati orqana 2019-cu il yanvarın 1-dən sonra müraciət etmiş pensiyaçıların əmək pensiyasının yenidən hesablanması hallarını tənzimləyir. Qeyd edilən Konstitusiya Məhkəməsinin qərarındakı hüquqi mövqeyə əsasən 2019-cu il yanvarın 1-dən sonra müraciət etmiş pensiyaçıların əmək pensiyasının yenidən hesablanması “Əmək pensiyaları haqqında” Qanuna 30 noyabr 2018-ci il tarixdə yeni məzmunda əlavə edilmiş 32.1-2-ci maddəsinin tələbləri çərçivəsində həyata keçirilir. Göründüyü kimi, hazırki mübahisənin həlli məqsədilə iddiaçının hərbi qulluqçu kimi pensiyasının yenidən hesablanması ilə bağlı ilkin müraciət tarixləri nəzərdən keçirilməlidir. İddia tələbini təmin edən birinci instansiya məhkəməsi iddiaçının 2019-cu il yanvarın 1dən sonra, yəni ilk dəfə 2021-ci ildə inzibati orqana müaciət etməsini nəzərə almamışdır. Apellyasiya icraatı zamanı işin obyektiv araşdırılması məqsədilə xx.xx.1968-ci il təvəllüdlü İddiaçı məlumat vərəqinin verilməsinə dair ilkin müraciətinin hansı tarixdə olması ilə bağlı məlumatın təqdim edilməsi üçün AR Müdafiə Nazirliyinə sorğu ünvanlanmış, AR Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-25-19/2-9/2023 nömrəli məktubuna əlavə edilərək İddiaçı müvafiq sənədlərinin təsdiq olunmuş kserosurətləri məhkəməyə göndərilmişdir. Həmin sənədlərə əlavə edilmiş, İddiaçı Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin Sosial Təminat və Pensiya Təyinatı şöbəsinin rəisinə ünvanladığı ərizədən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə müraciət edərək pensiyasının müddətdən artıq hərbi qulluqçu kimi hesablanması ilə əlaqədar şəxsi işinin AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon Şöbəsinə sorğu göndərilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Göründüyü kimi, iddiaçının qeyd edilən müraciətindən sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli 312 nömrəli qərarına əsasən iddiaçı şəhadətləndirilmiş və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 12 noyabr 2021-ci il tarixli MN- 16031 nömrəli məlumat vərəqəsi iddiaçıya pensiya təyin olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilmişdir. Beləliklə, apellyasiya məhkəməsinin hüquqi mövqeyinə görə iddiaçı 2019-cu il yanvarın 1-dən sonra (ilk dəfə 2021-ci ildə) müvafiq inzibati orqana müraciət etdiyindən, apellyasiya baxışı zamanı da əvvəllər müraciətinin olmadığını bildirdiyindən və onun 01 yanvar 2019-cu il tarixədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəbi belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını əks etdirən hal kimi qiymətləndirilməsi üçün əsaslar müəyyən edilmədiyindən iddiaçıya münasibətdə pensiya fərqinin hesablanaraq ödənilməsi “Əmək pensiyaları haqqında” Qanuna 30 noyabr 2018-ci il tarixdə yeni məzmunda əlavə edilmiş 32.1-2-ci maddəsinin tələbləri çərçivəsində həyata keçirilməlidir. Məhkəmə kollegiyası həmçinin iddiaçı tərəfindən təqdim edilmiş oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarlarına əsasən onu da nəzərə çatdırır ki, həmin məhkəmə qərarlarından da aydın olduğu kimi, müvafiq olaraq iddiaçıların hər bir iş üzrə ilkin müraciət tarixləri müəyyən edilmiş və həmin işlər üzrə yenidən hesablama ilə bağlı ilkin müraciətlər 01 yanvar 2019-cu ildən əvvələ aid olmuşdur. Odur ki, istinad olunmuş qanunvericilik aktlarının qarşılıqlı təhlili və işin faktiki halları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli qərarındakı hüquqi mövqeyi nəzərə alınaraq qeyd olunmalıdır ki, İddiaçı hərbi qulluqçu kimi əlilliyə görə təyin edilmiş pensiyası keçmiş üç il müddət üçün yenidən hesablanmış, lakin digər dövlərin ödənilməsi qanunvericiliklə nəzərdə tutulmadığı üçün cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı faktiki cəhətdən əsassız, maddi hüquq normalarının tətbiqi baxımından qanunsuzdur, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunmaqla, qərarın ləğvinə əsas verir. Bununla əlaqədar olaraq, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia rədd olunmalıdır (İPM-87.6). Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6764/2022 saylı, 18 oktyabr 2022-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hərbi qulluqçu kimi əlilliyə görə təyin edilmiş pensiya fərqinin əvvəlki dövrlər üzrə yenidən hesablanaraq ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1247/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1247/2023
28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver