Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1248/2020 10.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X8 Xüsusi X2rşı «pensiyasının yenidən hesablanması» tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadə və Ülvi Arif oğlu Mayılovdan ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X8 Xüsusi X2rşı «Azərbaycan Respublikası Nazirlər Kabinetinin 123 saylı xx.xx.2008-ci il tarixli Qərarının ona xx.xx.2008-ci il tarixdən şamil edilməsi və pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-220/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə xx xxxxxxxx 2020ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi yanında Dövlət X8 Xüsusi X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2008-ci il tarixli 123 saylı Qərarının qəbul olunduğu gündən, yəni xx.xx.2008-ci il tarixdən ona şamil edilməsi və pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində nəzarətçi qismində xidmət etmiş və xx.xx.2000-ci ildən pensiya alır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 123 saylı xx xxx 2008-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası»nın 2.5-ci bəndinə əsasən Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə ədliyyə, digər hüquq mühafizə və hərbi orqanlarında qulluq (xidmət) illərinin güzəştli şərtlərlə hesablanması göstərilən hallarda ədliyyə orqanlarında qulluq illərinə görə əlavələrin ödənilməsi üçün qulluq illərinin hesablanmasında nəzərə alınır. Qərara uyğun olaraq qulluq illərinin güzəştli şərtlərlə hesablanması nəticəsində qulluq illərinin sayı artdığına görə, bu qulluq illərinə görə ödəniş faizi də artmış olur və ödəniş faizinin təyin edilməsi, həmin qərarın 3-cü bölməsində əlavə haqqın da hesablanması və verilməsi qaydasına uyğun olaraq qulluq illərinin sayına görə aparılır. Qulluq illərinin güzəştli şərtlərlə hesablanmasından asılı olaraq qulluq illərinə görə ödəniş faizi yüksəlmiş olur və nəticədə isə, təminat xərcliyində artım baş verir ki, belə halda «Əmək pensiyaları haqqında» Qanunun 29.3-cü maddəsinə əsasən pensiyalar yenidən hesablanmalıdır. Nazirlər Kabinetinin 123 saylı xx xxx 2008-ci il tarixli qərarının ona şamil edilərək, pensiyanın hesablanmasının həmin qərara uyğun şəkildə aparılması məqsədilə cavabdeh orqana müraciət etmiş, lakin bununla bağlı imtina cavabı verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-220/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2008-ci il tarixli 123 saylı Qərarının qəbul olunduğu gündən, yəni xx.xx.2008-ci il tarixdən İddiaçı şamil edilməsi və pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X8 X6 İdarəsi apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 123 saylı 2008-ci il 29 may tarixli Qərarı ilə təsdiq edilmiş «Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası»nın 1-ci bəndinə əsasən bu Qaydanın ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi məsələlərini tənzimlədiyini və Ədliyyə Nazirliyində xidmət keçən hərbi qulluqçuların ədliyyə orqanlarının işçiləri hesab olunmadığını nəzərə alaraq Qaydanın iddiaçıya şamil edilməsi qanunvericiliyin tələblərinə ziddir. «Ədliyyə orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanununun 25.4-cü maddəsində ədliyyə orqanlarının işçilərinə bu orqanlarda qulluq stajına görə Azərbaycan Respublikası daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə ödənilən haqqın məbləğlərinə və hesablanması qaydasına uyğun olaraq əlavə haqq verilməsi göstərilmişdir. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikası Konstitusiya Qanununun 2.6-cı maddəsinə əsasən fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyət təşkil etdikdə Qanun tətbiq edilir. Tərəflərin izahatları Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onuntəmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında bildirmişdi ki, 2000ci ildə yaşa görə pensiyaya çıxan zaman həm də işdən çıxmış, bundan sonra Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 123 saylı Qərarı qəbul olunsa da, ona şamil edilməmiş və əlavə haqlar ona ödənilməmişdir. Bununla bağlı həmin əlavə haqların alınması hüququ olduğu üçün həmin Qərarın ona da şamil edilməsini və pensiyasının yenidən hesablanmasını istəyir. Bununla bağlı birinci instansiya məhkəməsi iddiasının təmin olunması barədə düzgün qərar qəbul etdiyi üçün həmin qərarın dəyişdirilmədən saxlanılmasını, apellyasiya şikayətinin isə təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı iddiaçı məhkəmə kollegiyasının Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən göstərdiyi hüquqi yardımla bağlı bildirmişdir ki, iddia ərizəsində Nazirlər Kabinetinin 123 saylı xx.xx.2008-ci il tarixli Qərarının ona tətbiq edilməsi və pensiyasının yenidən hesablanmasını tələb edərkən, həmin hesablanmanın xx.xx.2008-ci il tarixdən aparılmasını tələb etmişdir, bununla bağlı iddiaçı müvaiq ərizə təqdim etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası mübahisələndirilən qərarın qanuniliyini tam yoxlayır. İş materiallarından görünür ki, İddiaçı xx.xx.1961-ci ildə Bakı şəhərində doğulmuşdur. İT-İ ******* saylı xx.xx.19718-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.2000-ci ilə qədər ədliyyə polisi vəzifəsində xidmət etmiş və həmin tarixdən pensiyaya çıxmışdır. Bundan sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 123 saylı xx.xx.2008-ci il tarixli qərarı qəbul olunduğu üçün həmin Qərarın müddəalarının ona şamil edilməməsinə istinad edərək iddiaçı müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun tələbinin təmin olunmasından imtina etmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X9 X6 İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış, iddiaçının pensiya məbləğinin artırılması barədə ərizəsi ilə bağlı **********3 saylı xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, «Ədliyyə orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən ədliyyə orqanlarının işçilərinin xüsusi rütbələri müvafiq icra hakimiyyəti orqanları və prokurorluq işçilərinə verilən xüsusi rütbələrinə, penitensiar və tibb xidmətlərinin sıravi və rəis heyətinin xüsusi rütbələri Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının hərbi rütbələrinə bərabər tutulurlar, həmin Qanunun 33-cü maddəsinə əsasən penitensiar xidmətin işçiləri xüsusi rütbəsi olan əməkdaşlara, mülki işçilərə və hərbi qulluqçulara bölünür. Penitensiar xidmətin xüsusi rütbəsi olan əməkdaşları və mülki işçiləri ədliyyə orqanlarının işçiləridir. Həmin qanunun 35.2-ci maddəsinə əsasən penitensiar xidmətdə hərbi qulluqçuların, o cümlədən müddətli həqiqi hərbi xidmət keçənlərin xidmət keçmə qaydaları «Hərbi xidmət haqqında», «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası qanunları, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamə, «Azərbaycan Respublikası Silahlı X1» və digər normativ hüquqi aktlarla tənzimlənir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 123 saylı xx.xx.2008-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası»nın 1-ci bəndində yalnız ədliyyə orqanları işçilərinin (xüsusi rütbəsi olan əməkdaşların və mülki işçilərin) qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi tənzimləndiyindən sözügedən Qaydanın əmək pensiyasının hesablanması zamanı tətbiq edilməsi tərəflərindən mümkün hesab olunmur. Cavabdeh inzibati orqanın həmin imtina məktubu ilə razılaşmayaraq hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddiaçının iddiasının təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respulikası Qanununun 1.0.3 maddəsinə əsasən hərbi qulluqçular – Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 499 saylı 2006-cı il 22 dekabr tarixli Fərmanının 2.3-cü maddəsinə əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsində göstərilən müvafiq icra hakimiyyəti orqanlarına Azərbaycan Respublikası Ədliyyə Nazirliyi də aid edilmişdir. Həmçinin Fərmanın 2.4-cü maddəsinə əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsində "müvafiq icra hakimiyyəti orqanları" dedikdə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi nəzərdə tutulur. Hazırki işdə iddiaçı ədliyyə polisi vəzifəsində qulluqda olmaqla təqaüdə çıxmış və hazırda pensiyaçıdır. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun preambulası ilə müəyyən edilir ki, bu Qanun Azərbaycan Respublikasının ədliyyə orqanlarında, idarələrində və təşkilatlarında, penitensiar xidmətdə qulluq keçmə qaydalarını və şərtlərini, bu orqanların işçilərinin hüquqi vəziyyətinin əsaslarını müəyyən edir. Həmin Qanunun 1.1-ci maddəsinə əsasən ədliyyə orqanlarında qulluq Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan ədliyyə orqanlarının qanunvericilikdə nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən və xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının mərkəzi aparatları, müvafiq icra hakimiyyəti orqanının strukturuna daxil olan penitensiar xidmət, yerli, regional qurumları, tədris, elm və məhkəmə ekspertizası idarələri, tibb xidməti, mətbuat orqanları və digər təyinatlı qurumların işçilərinə şamil edilir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Əsasnaməsi ilə müəyyən edilir ki, həmin orqan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin baş idarə səlahiyyətli müstəqil struktur qurumudur. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunun 33.1-ci maddəsinə əsasən Penitensiar xidmətin işçiləri xüsusi rütbəsi olan əməkdaşlara, mülki işçilərə və hərbi qulluqçulara bölünür. Xüsusi rütbəsi olan əməkdaşlar (bundan sonra - “əməkdaşlar”) sıravi heyətdən, kiçik, orta, böyük və ali rəis heyətindən ibarətdir. Mülki işçilər dövlət qulluqçularından və dövlət qulluqçusu olmayan işçilərdən ibarətdirlər. Həmin Qanunun 33.2-ci maddəsinə görə Penitensiar Xidmətin əməkdaşları və mülki işçiləri ədliyyə orqanlarının işçiləridir. Həmin Qanunun 33.4-cü maddəsinə görə hərbi qulluqçular penitensiar müəssisələrin mühafizəsi və pentensiar müəssisələrdə saxlanılan şəxslərin müşaiyəti üçün təşkil edilmiş pensitensiar xidmətin xüsusi bölmələrində xidmət keçirlər. Göründüyü kimi, qanunvericilik Penitensiar Xidmətin xüsusi rütbəsi olan əməkdaşlarını ədliyyə orqanlarının işçiləri hesab etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı Penitensiar xidmətin hərbi qulluqçusu deyil, xüsusi rütbəsi olan əməkdaşı olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2008-ci il tarixli 123 saylı qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanlarının işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın 2.1-ci maddəsinə əsasən ədliyyə orqanları işçilərinin əlavə haqq almaq hüququ verən qulluq illərinə onların ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutan vəzifələrdə işlədiyi müddət (2.1.1), ədliyyə orqanlarında əvvəllər tətbiq edilən rütbə dərəcəsi olan vəzifədə işlədiyi müddət (2.1.2), ədliyyə orqanlarında xüsusi rütbə (rütbə dərəcəsi) tətbiq olunmayan dövrdə uyğun vəzifədə işlədiyi müddət (2.1.3), ədliyyə orqanlarında stajorluq və sınaq müddəti (2.1.4), ədliyyə orqanlarında qulluq edərkən vəzifəsinin və əmək haqqının saxlanması şərtilə işçinin qulluqdan ayrıldığı müddət (2.1.5), məzuniyyət dövrləri (2.1.6), ədliyyə orqanları işçilərinin sərəncamda olduqları və ya vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıldıqları müddət (2.1.7), peşə fəaliyyəti ilə bağlı ədliyyə orqanının müvafiq göndərişinə əsasən Azərbaycan Respublikasının və xarici dövlətlərin tədris müəssisələrində təhsil aldıqları müddət (2.1.8) və ədliyyə orqanları işçilərinin ilkin hazırlıq, ixtisasartırma və yenidən hazırlıq kurslarına cəlb edildikləri müddət (2.1.9) daxildir. Belə olan halda məhkəmə kollegiyası hazırkı halda iddiaçının ədliyyə orqanının xüsusi rütbə üzrə təqaüdə çıxmış pensiyaçı olmasını nəzərə alaraq qeyd edir ki, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 25.1-ci maddəsinə əsasən ədliyyə orqanları işçilərinin əmək haqqı vəzifə maaşından, xüsusi rütbələrə, qulluq illərinə, elmi dərəcəyə görə əlavələrdən və qanunvericilikdə nəzərdə tutulan digər ödənişlərdən ibarət olduğundan, həmin Qanunun 23.8-ci maddəsinə əsasən yaş həddinə çatanadək ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrdə azı 25 il qulluq etmiş işçilərin xidmət illərinə görə pensiya hüququna malik olduqlarından, həmin Qanunun 23.10-cu maddəsi və onun müvafiq hissələri isə ədliyyə orqanlarında azı 5 il qulluq keçmiş şəxslərin pensiya məbləğlərini müəyyən etdiyindən və həmin Qanunun 23.11-ci maddəsinin tələbinə görə pensiya təyin olunarkən əsas götürülən əmək haqqı, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla hesablandığından Nazirlər Kabinetinin xx xxx 2008-ci il tarixli 123 saylı qərarının iddiaçıya şamil edilməsi qanunauyğun hesab edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası- bu qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığorta olunan şəxslərin onlara əmək pensiyası təmin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığorta olunan şəxslərin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir. Kollegiya göstərilən normaların, eyni zamanda pensiyaya dair qanunvericiliyin digər normalarının təhlilindən belə qənaətə gəlir ki, ədliyyə orqanlarında qulluq keçmiş şəxslərə təyin edilən pensiya onlara vaxtilə aldıqları əməkhaqqı əvəzinə verilən sosial təminat vasitəsi-kompensasiya olmaqla, hazırda ədliyyə orqanlarında çalışan işçilərin əmək haqqına olan hər hansı artım, o cümlədən əlavə haqlar, həmin orqanlardan təqaüdə çıxmış pensiyaçıların pensiya məbləğinə də müvafiq qaydada hesablanmalıdır. Bu mənada Kollegiya hesab edir ki, iddiaçı xüsusi rütbə nəzərdə tutan vəzifədə çalışmış olduğundan “Ədliyyə orqanlarının işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2008-ci il tarixli 123 saylı qərarı ona da şamil edilməlidir. Bununla bağlı məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi “Ədliyyə Nazirliyində xidmət keçən hərbi qulluqçular ədliyyə orqanlarının işçiləri hesab olunmadığına görə Qaydanın iddiaçıya şamil edilməsinin qanunvericiliyin tələblərinə zidd olması” barədə dəlilini əsassız hesab edir. Məhkəmə kollegiyası cavabdehin “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunun 25.4-cü və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya qanununun 2.6-cı maddəsinə əsasən fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə Qanunun tətbiq edilməsi” barədə dəlilinə münasibətdə qeyd edir ki, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 25.4-cü maddəsi ilə göndəriş edilən “Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydası” xx xxxx 2004-cü ildə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 98 nömrəli qərarı ilə, “Ədliyyə orqanlarının işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası” isə xx xxx 2008-ci ildə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 123 nömrəli qərarı ilə təsdiq edilmişdir. Beləliklə, hər iki normativ hüquqi akt hüquqi qüvvəsi baxımından bərabərdir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 123 saylı xx.xx.2008-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanlarının işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası” “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununa uyğun hazırlanmış və əsasən ikinci məsələni tənzimləmişdir: a) ədliyyə orqanlarının xüsusi rütbə daşıyan işçilərinin qulluq illərinin hesablanmasını; b) bununla əlaqədar onlara əlavə haqqın verilməsini. Birinci məsələ üzrə həmin Qaydalar- ədliyyə orqanları işçilərinin əlavə haqq almaq hüququ verən qulluq illərinə daha hansı dövrlərdə işlədiyi və ya təhsil aldığı müddətin daxil edildiyini, ikinci məsələ üzrə isə əlavə haqqın hesablanması və verilməsi qaydasını. Göründüyü kimi, adı çəkilən Qaydalar “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunla ziddiyyət təşkil etməməklə, əksinə həmin Qanuna uyğun hazırlanmış və ədliyyə orqanlarının xüsusi rütbə daşıyan işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi məsələlərini tənzimləmişdir. İddiaçının “Nazirlər Kabinetinin 123 saylı xx.xx.2008-ci il tarixli Qərarının qəbul olunduğun gündən, yəni xx.xx.2008-ci il tarixdən pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə tələbinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi həmin tələbi də təmin etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, apellyasiya baxışı zamanı iddiaçının pensiya işi tələb olunmuş və həmin pensiya işi nəzərdən keçirilərkən müəyyən olunmuşdu ki, iddiaçı 2000ci ildən qulluq illərinə görə təqaüdə çıxdıqdan sonra ona nəinki Nazirlər Kabinetinin 123 saylı xx.xx.2008-ci il tarixli Qərarı ilə təsdiq edilmiş müddəalar şamil edilməmiş, hətta bundan sonra iddiaçının pensiyası yenidən hesablanmamışdır. Bu halları təkzib edə biləcək hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. Beləliklə, hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə yuxarıda göstərilənlərlə bağlı birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinəəsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-220/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X8 X6 İdarəsinin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-220/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Ülvi Mayılov
Məhkəmə qərarları › İş №2-1(103)-1248/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1248/2020
10.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver