Məhkəmə qərarları › İş №2-1(103)-1248/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1248/2021

19.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1248/2021 19.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə qarşı “üçüncü şəxslərin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X18 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Namiq Şamil oğlu Cəfərovdan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, X14-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi (oğlu) X1, iddiaçının vəkili X2, 3-cü şəxs X8 nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə qarşı “X9, X8 və X10 ona məxsus ünvan 1 ünvanında yerləşən evdən qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-7391/2020 saylı 27 noyabr 2020-ci il tarixli qərarından 3-cü şəxs X19 tərəfindən verilmiş apellyasiya şikayətinə 19 may 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 3əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: ünvan 1 ünvanında yerləşən ev İddiaçı məxsusdur və həmin ev 2 avqust 2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Məmmədov X23 tərəfindən iddiaçıya bağışlanmışdır. AN-İ ******* saylı 22 may 2013-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, sözügedən daşınmaz əmlak Məmmədov X23 tərəfindən X11 34496 manat müqabilində alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı 12.08.2016-cı il tarixli çıxarışa əsasən ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı 12.10.2020-ci il tarixli arayışından görünür ki, X20, X19 və X21 ünvan 5 ünvanında qeydiyyatdadır. İddiaçı X9, X8 və X10 ona məxsus mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Suraxanı rayon Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 096-26061-1220saylı 25.10.2020-ci il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, vətəndaşların qeydiyyatdan çıxarılması X17 səlahiyyətlərinə aid olmadığından və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələbinə zidd olduğundan müraciətin həlli mümkün deyildir. Odur ki, iddiaçıya aidiyyəti üzrə məhkəməyə mürcaiət etməsi tövsiyyə edilmişdir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “X9, X8 və X10 ona məxsus ünvan 1 ünvanında yerləşən evdən qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddianın əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, sözügedən ev ona oğlu tərəfindən bağışlanılarkən evdə qeydiyyatda olan kimsə yox idi. Lakin sonradan məlum olmuşdur ki, iddiaçıya məxsus evdə X20, X19 və X21 hansısa yolla qeydiyyata düşmüşlər. 3-cü şəxslərin qeydiyyatı formal xarakter daşımaqla onun mülkiyyətçi kimi hüquqlarını pozur. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7391/2020 saylı 27 noyabr 2020-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan 3-cü şəxs X19 apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarı qanunsuz və əsassızdır, qərar maddi və prpsessual hüquq normalarının pozulması ilə çıxarılmışdır və bu səbəbdən də ləğv edilməlidir. O, şəxsi vəsaiti hesabına ünvan 1 ünvanında fərdi yaşayış evi tikməklə yaşayır. Evin tikilməsi üçün qaynının həyat yoldaşı Rəna Əhmədova tərəfindən Suraxanı rayon İcra Hakimiyyətinə mənzil şəraitinin yaxşılaşdırılması üçün əlavə yaşayış evinin tikintisinə icazə verilməsi ilə bağlı müraciət olunmuş və Suraxanı rayon İcra Hakimiyyətinin 66 saylı 02.02.2005-ci il tarixli sərəncamı ilə Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, ev 88 saylı ünvanda əlavə tikintinin tikilməsinə icazə verilmişdir. Sərəncam alındıqdan sonra ev tikərək bu günə kimi həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. 2007-ci ildə həmin ünvana qeydiyyata düşmək üçün Suraxanı rayon Qeydiyyat və Şəxsiyyət vəsiqəsi İdaəsinə müraciət etmiş, lakin qeydiyyata alınmasından imtina olunmuşdur. Həmin imtina ərizəsindən məhkəməyə müraciət etmiş və Suraxanı rayon Məhkəməsinin 12.04.2007-ci il tarixli qətnaməsi ilə onun ailə üzvləri ilə birlikdə həmin ünvanda yerləşən mənzilə yaşayış hüquqları tanınmaqla pasport qeydiyyatına qeydiyyata alınmaları qət edilmişdir. Həmin zamandan hazıradək həmin mənzildə özü, qızı və oğlu pasport qeydiyyatındadırlar. Lakin Asan xidmətdə şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi zamanı məlum olmuşdur ki, o və övladları Bakı İnzibati Məhkəməsinin 27.11.2020-ci il tarixli qərarı ilə öz mənzilindən qeydiyyatdan çıxarılmışdır. Məhkəmə heç bir araşdıma aparmadan onu və uşaqlarını 14 ildir qeydiyyatda olduqları ünvandan çıxarmışdır. İstənilən idarə və təşkilatdan ona ünvanlanmış bütün məktubları yaşadığı ərazi üzrə 1042 saylı poçtdan maneəsiz alır. Məhkəmənin iclası barədə ona heç bir bildiriş göndərilməmişdir. Tərəflərin izahatları: 3-cü şəxs X8 nümayəndəsi və vəkili X12 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, Vüsalə Alıyevanın 2007-ci ildə həmin ünvana qeydiyyata düşdüyünü, qətnamə ilə hüquqlarının tanındığını, uşağının şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi zamanı həmin ünvandan qeydiyyatdan çıxarılmasından məlumatı olduğunu bildirmişdir. Bununla bağlı 3-cü şəxsin nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi (oğlu) X4, iddiaçının vəkili X6 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, 2013-cü ildə ev alararkən qeydiyyatda heç kimin olmadığını, ancaq hazırda evin alqı-satqısı zamanı 3-cü şəxslərin həmin ünvana qeydiyyatda olmalarının müəyyən edildiyini bildirmişlər. Bununla bağlı iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Apellyasiya baxışı zamanı cavabdeh Suraxanı rayon Polis İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin 14.04.2021-ci il tarixdə məhkəməyə müraciət edərək işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını bildirmişdir. Digər 3-cü şəxslər həmin tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında iştirakını təmin etməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə cavabdehin nümayəndəsinin və digər 3-cü şəxslərin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Suraxanı rayon Polis İdarəsinin nümayəndəsinin və digər 3-cü şəxslər X9 və X10 iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki iş üzrə apellyasiya şikayətinin X19 tərəfindən verildiyini nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə qərarının qanuniliyi və əsaslılığı iddianın Vüsalə Alıyevaya qarşı təmin olunmuş hissəsində yoxlanılır. Belə ki, digər üçüncü şəxslər məhkəmə qərarını mübahisələndirməmişlər. İş materiallarından görünür ki, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə qarşı tələbi “ona məxsus ünvan 1 ünvanında yerləşən evdə qeydiyyatda olan X9, X8 və X10 ona məxsus evdən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının iddiasının təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Vüsalə Alıyevaya münasibətdə iddianın təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İş materiallarından görünür ki, ünvan 8 ünvanda yerləşən 56.2 kv.m. sahədən ibarət olan fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir və onun mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı12.08.2016-cı il tarixli çıxarışa əsasən qeydə alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından görünür ki, X20, X19 və X21 ünvan 5 ünvanında qeydiyyatdadır. Apellyasiya baxışı zamanı müəyyən olundu ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 12 aprel 2007-ci il tarixli qətnaməsi ilə X8 Suraxanı rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi İdarəsinə qarşı mənzilə yaşayış hüququnun tanınması tələbinə dair iddiasının təmin edilərək, onun ailə üzvləri ilə birlikdə ünvan 9 ünvana yaşayış hüququnun tanınması və pasport qeydiyyatına alınması qət edilmişdir. Apellyasiya şikayətinə əlavə olunmuş sənədlərdən, o cümlədən Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının 66 saylı 02 fevral 2005-ci il tarixli sərəncamından görünür ki, əlavə yaşayış evinin tikilməsinə icazə verilməsi barədə X5 müraciəti nəzərə alınaraq, ünvan 10 ünvanda X7 məxsus olan hissədə İcra Hakimiyyətinin Tikinti Təsərrüfat şöbəsi ilə razılaşdırılmış layihə əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Göründüyü kimi, iddiaçının onun mülkiyyətində olan evdən qeydiyyatdan çıxarılmasını tələb etdiyi şəxslərdən Vüsalə Alıyeva (apelyant) həmin ünvanda, lakin başqa fərdi yaşayış evində məhkəmə qətnaməsinə əsasən pasport qeydiyyatına alındığını göstərsə də, iş materialları ilə müvafiq icra hakimiyyəti orqanının tikintisinə icazə verdiyi fərdi yaşayış evinin ünvanının Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, 88 olmaqla yanaşı, tamamilə başqa şəxsin (Rəna Əhmədovanın) adına olduğu, həmin evə dair hüquqmüəyyənedici sənədlərin mövcud olmadığı, məhkəmə qətnaməsi ilə Vüsalə Alıyevanın ailə üzvləri ilə hüququnun tanındığı və pasport qeydiyyatına alındığı evin ünvanının qətnamənin məzmununda qeyd olunduğu kimi, onun sözlərinə və Əmircan qəsəbə nümayəndəliyinin verdiyi arayışa əsasən Bakı şəhəri, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi ev 88 B kimi göstərildiyi müəyyən olunur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanununun müddəalarının təhlilindən göründüyü kimi, qanun hazırki iş üzrə faktiki hallar əsasında üçüncü şəxsin iddiaçının evindən qeydiyyatdan çıxarılmasını tənzimləmir. Qanunda eyni zamanda bu vəziyyətdə qeydiyyatdan çıxarılmanı qadağan edən norma da yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» 24.09.2020-ci il tarixli Qərarında məhz bu məsələləri araşdırmış və qərara almışdır ki:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin bu qərarının hazırki işə tətbiqi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, üçüncü şəxsin iddiaçı Arif Mirzəyev tərəfindən alınmış mübahisəli evdə iddiaçının razılıq ərizəsi əsasında qeydiyyata alınması müəyyən olunmur. Buna gərə də məhkəmə hazırki iddianın həllində Konstitusiya Məhkəməsinin qərarının 3-cü bəndindən hərəkət etməlidir. Konstitusiya Məhkəməsi eyni zamanda bununla bağlı da hüquqi mövqeyini bildirərək göstərmişdir ki, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması hallarında qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna əsasən üçüncü şəxsin mübahisəli evdə qeydiyyatı üçün zəruri olan şərt (daimi və ya daha çox həmin evdə yaşaması) mövcud deyildir. Şəxsin bir ünvanda qeydiyyatda olub başqa yerdə faktiki olaraq yaşaması, qanunun yuxarıda göstərilən məqsədlərinin həyata keçirilməsini nəinki təmin etmir, əksinə mümkünsüz edir. Qeydiyyat haqqında qanunun məqsədləri və müəyyən etdiyi şərtlər baxımından üçüncü şəxslərin iddiaçının evində qeydiyyatda qalması üçün qanuni əsaslar yoxdur. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudları (hədləri) müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi). 43. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük 9 palatanın 22 iyun 2004-cü il tarixli Qərarı, §147- 148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük palatanın 29 mart 2006-cı il tarixli Qərarı, § 93). 45. Baxılan iş üzrə üçüncü şəxslərin iddiaçının evində qeydiyyatda qalmasını şərtləndirən cəmiyyətin üstün maraqları mövcud deyil. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı qanuni və əsaslı olan məhkəmə qərarının ləğv edilməsi üçün əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın Vüsalə Alıyevaya münasibətdə təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğundan qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, 3-cü şəsxin apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7391/2020 saylı 27 noyabr 2020-ci il tarixli qərarı mübahisələndirilən- apelyanta münasibətdə iddianın təmin olunduğu hissədə dəyişdirilmədən saxlanılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

3-cü şəxs X19 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7391/2020 saylı 27 noyabr 2020-ci il tarixli qərarı mübahisələndirilən- X13 münasibətdə iddianın təmin olunduğu hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Namiq Cəfərov Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar