Məhkəmə qərarları › İş №2-1(103)-1249/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1249/2020

09.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1249/2020 09.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), X6 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X17 katibliyi, İddiaçı, cavabdeh-Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət X11 1 saylı Bakı Ərazi şöbəsinin nümayəndəsi X7, apellyasiya şikayəti vermiş-Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət X19 Məhkəmə Mübahisələri ilə İş İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət X11 1 saylı Bakı Ərazi şöbəsinə qarşı əvvəlki 3 il üçün müavinətin hesablanaraq ödənilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-660/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarından Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət X19 Məhkəmə Mübahisələri ilə İş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət X11 Yasamal Rayon şöbəsinə qarşı xx.xx.2015-ci ildən xx.xx.2018-ci ilədək, yəni «Müharibə veteranı» vəsiqəsini aldığı vaxtdan əvvəlki 3 il üçün veteranlar üçün nəzərdə tutulmuş aylıq sosial müavinətin hesablanıb birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-660/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək İddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət X11 1 saylı Bakı Ərazi şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin qərarının surəti cavabdeh Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət X11 1 saylı Bakı Ərazi şöbəsi tərəfindən xx xxxxx 2020-ci tarixdə poçt vasitəsilə əldə olunmuş, qərardan cavabdeh tərəfindən şikayət verilməmişdir. Məhkəmənin qeyd olunan qərarından Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət X19 Məhkəmə Mübahisələri ilə İş İdarəsi apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə verərək həmin qərarın ləğv edilməsini xahiş etmiş, həmin şikayət Bakı İnzibati Məhkəməsinə xx xxx 2020-ci il tarixdə daxil olmuşdur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət X19 Məhkəmə Mübahisələri ilə İş İdarəsinin apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması üçün məhkəmə iclası təyin etmiş və icraatın iştirakçılarının dinlənilmə hüququnun təmin edilməsi üçün tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmişdir. Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət X15 göndərilmiş məhkəmə bildirişində məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsində təsbit olunmuş məhkəmənin yardım etmək vəzifəsini yerinə yetirərək buraxılmış müddətin bərpası barədə ərizənin təqdim edilməsini təklif etmişdir. Məhkəmə kollegiyasının iclasında kollegiya Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsində təsbit olunmuş məhkəmənin yardım etmək vəzifəsini yerinə yetirərək apellyasiya şikayəti vermiş idarənin nümayəndəsinə cavabdeh orqanı təmsil etdiyini və apellyasiya şikayətini imzalamaq səlahiyyəti olduğunu təsdiq edən etibarnaməni məhkəməyə təqdim etməsini təklif etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət X19 Məhkəmə Mübahisələri ilə İş İdarəsinin nümayəndəsi X5 belə bir etibarnaməsinin olmadığını bildirdi, apellyasiya şikayətinin mümkün sayılmasını və icraata qəbul edilməsini xahiş etdi və izahatında göstərdi ki, onların idarələri yeni yaranmış və Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət X11 bütün məhkəmə mübahisələri onların icraatına verilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçıapellyasiya şikayətinin mümkün sayılmamasını və apellyasiya icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabeh Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət X11 1 saylı Bakı Ərazi şöbəsinin nümayəndəsi X12 izahat verərək onlar tərəfindən apellyasiya şikayəti verilmədiyini, lakin Məhkəmə Mübahisələri ilə İş İdarəsinin apellyasiya şikayətinin mümkün sayılaraq icraata qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti mümkün sayılmamalı və həmin qərara dair apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.1-ci maddəsinə əsasən, inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş materiallarından görünür ki, iş üzrə İddiaçı, cavabdeh isə Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət X11 1 saylı Bakı Ərazi şöbəsidir, birinci instansiya məhkəməsinin qərarı ilə də məhz cavabdeh Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət X11 1 saylı Bakı Ərazi şöbəsinin üzərinə öhdəlik qoyulmuşdur. Lakin iş üzrə nə iddiaçı, nə də cavabdeh məhkəmə qərarını mübahisələndirməmişdir. Məhkəmənin qərarı iş üzrə tərəf olmayan, həmçinin üçüncü şəxs qismində iş üzrə icraata cəlb olunmamış Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət X19 Məhkəmə Mübahisələri ilə İş İdarəsi tərəfindən mübahisələndirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət X19 Məhkəmə Mübahisələri ilə İş İdarəsi hazırkı məhkəmə qərarından apellyasiya şikayəti vermək hüququna malik olmadığından apellyasiyanın mümkünlüyü üçün prosessual əsaslar mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.2-87.4-cü maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət X19 Məhkəmə Mübahisələri ilə İş İdarəsi hazırkı məhkəmə qərarından apellyasiya şikayəti vermək hüququna malik olmadığından həmin orqanın qərardan verdiyi apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-660/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarından Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət X19 Məhkəmə Mübahisələri ilə İş İdarəsi tərəfindən verilmiş şikayət üzrə apellyasiya mümkün sayılmasın və apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh., Yusif Səfərov küç. 14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Hakimlər: Düzdür: Sədrlik edən: H.Ü.Həmidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar