Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-125/2020 17.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); X3 və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə; Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, Cavabdehin nümayəndəsi və vəkili X6 iştirakı ilə, İddiaçı (xx.xx.1960-cı il tarixdə Zəngilan rayonunun Üdgün kəndində anadan olmuş, həmin ünvanda qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı əmək pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(81)- 3667/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X11 İdarəsinə (sonradan - İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilə qədər Bakı şəhəri 18 №-li X12 təhsil aldığı dövrü və xx.xx.1978-ci ildən xx.xx.1980-ci ilə qədər sovet ordu sıralarında hərbi xidmətdə olduğu dövrü ümumi iş stajına, xx.xx.1980-ci ildən xx.xx.2005- ci ilə qədər «xxxx» ASC-nin Zəngilan rayonu 64 №-li TSMD-də əl ilə elektrik qaynaqçısı vəzifəsində işlədiyi dövrü isə həm ümumi həm də güzəştli iş stajına daxil edilməklə 57 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X11 İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1960-cı ildə Zəngilan rayonunda doğulmuşdur. O, xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilə qədər Bakı şəhəri 18 №-li X12 təhsil almış, xx.xx.1978-ci ildən xx.xx.1980-ci ilə qədər sovet ordu sıralarında hərbi xidmətdə olmuş, xx.xx.1980-ci ildən xx.xx.2005-ci ilə qədər «xxxx» ASC-nin Zəngilan rayonu 64 №-li TSMD-də əl ilə elektrik qaynaqçısı vəzifəsində işləmişdir. Həmin işlər zərərli iş şəraitində aparılan işlərə aiddir. O, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı Qərarına əsasən yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən 2 saylı siyahı üzrə 25 il ümumi, 12 il 6 ay zərərli iş stajını tamamlamışdır. Pensiya yaşı tamam olduğundan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün DSMF-nin X11 İdarəsinə müraciət etmişdir. Lakin, İdarə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. Hesab edir ki, ona pensiya 57 yaşı tamam olan tarixdən güzəştli şərtlərlə təyin edilməli idi. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(81)- 3667/2019 nömrəli qərarı ilə (hakim T.Əsədova) iddia təmin edilmiş, İddiaçı xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilə qədər Bakı şəhəri 18 №-li X12 təhsil aldığı dövrü və xx.xx.1978-ci ildən xx.xx.1980-ci ilə qədər sovet ordu sıralarında hərbi xidmətdə olduğu dövrü ümumi iş stajına, xx.xx.1980-ci ildən xx.xx.2005-ci ilə qədər «xxxx» ASC-nin Zəngilan rayonu 64 №li TSMD-də əl ilə elektrik qaynaqçısı vəzifəsində işlədiyi dövrü isə həm ümumi həm də güzəştli iş stajına daxil edilməklə 57 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. xx.xx.2019-cu il tarixdə cavabdeh apellyasiya şikayəti verərək 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(81)-3667/2019 saylı qərarını ləğv edərək, iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının məhkəməyə təqdim etdiyi üzərində “əmək kitabçası” yazılan bu sənəd iddiaçının əmək kitabçasının əsli ola bilməz, çünki onda əks olunan bütün məlumatlar, hətta 1980-ci ilə aid iddiaçının əmək stajına dair məlumatların latın qrafikalı əlifba ilə daxil edilmişdir. Halbuki, həmin tarixdə Azərbaycan Respublikasında tətbiq olunan əlifba kiril qrafikalı əlifba olmuşdur və buna görə də, sənədləşmə işləri latın qrafikalı əlifba ilə aparıla bilməzdi. Demək ki, bu sənəd əmək kitabçasının əsli deyildir. Qeyd edilən sənədin üzərində doldurulma tarixi kimi 2005-ci il göstərildiyi üçün bu sənədin əmək kitabçasının dublikatı olduğunu fərz etsək belə, o halda da əmək kitabçasının dublikatına dair qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun şəkildə doldurulmamış və tələblərə əməl edilməklə tərtib edilməmişdir. AR NK-nın 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş işçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydalarının əmək kitabçasının dublikatının doldurulması ilə bağlı 7-ci maddəsində göstərilir ki, əmək kitabçası itdikdə və ya yararsız hala düşdükdə işçiyə verilən yeni əmək kitabçasının işçi haqqında məlumat səhifəsinin yuxarı sağ tərəfində iri hərflərlə “Dublikat” sözü yazılır. İddiaçının məhkəməyə təqdim etdiyi yeni əmək kitabçasında isə “dublikat" sözü qeyd olunmamışdır. Buna görə də bu sənəd, qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib edilmədiyinə görə məhkəmədə sübut qismində istifadə oluna bilməz. Başqa sözlə, qeyd edilən yazılı sənəd işin mahiyyəti üzrə ədalətli həlli üçün vacib olan faktları təsdiq edəcək mötəbər sübut deyildir və həqiqiliyi şübhə doğurur. Məhkəmə xx.xx.1980-ci ildən xx.xx.2005-ci ilə qədər “xxxx” ASC-nin Zəngilan rayonu 64 nömrəli TSMD-də əl ilə elektrik qaynaqçısı vəzifəsində işlədiyi dövrü isə həm ümumi həmdə güzəştli iş stajına daxil etmişdir. Zəngilan rayonu xx xxxxxxx 1993cü ildə erməni silahlı qüvvələri tərəfindən işğal olunmuş, nəticədə qeyd edilən rayonun əhalisi məcburi köçkün olmuş, orada fəaliyyətdə olan idarə və müəssisələr erməni işğalçıları tərəfindən dağıdılmışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Eyni zamanda, əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X2 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İddiaçı məhkəmə kollegiyası iclasının keçirilmə vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. İddiaçının şəxsiyyət vəsiqəsinə əsasən Zəngilan rayonunun Üdgün kəndində qeydiyyatda olduğundan, məhkəmə tərəfindən məhkəmə bildirişləri iddiaçının iddia ərizəsində qeyd etdiyi Bakı ş., Hövsan qəs. ,O.Şabanov küç., ünvanına göndərilmiş və zərf “ünvan tam deyil” qeydi ilə geri qayıtmışdır. İddiaçı işin birinci instansiya icraatı zamanı başqa ünvan qeyd etməmiş və əlaqə nömrəsi göstərməmişdir. Bu səbəbdən elektron məhkəmə sistemində iddiaçının adına olan ***-***-**-** və ***-***-**- ** əlaqə nömrələrinə SMS xəbərdarlığı göndərilmiş, lakin SMS xəbərdarlığı “çatdırılmamışdır”. Eyni zamanda, iş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Bakı şəhəri Suraxanı rayonu sektoru tərəfindən iddiaçıya verilmiş arayışda iddiaçının Suraxanı rayonu Hövsan qəsəbəsi, O.Şabanov küçəsi fərdi evdə müvəqqəti məskunlaşdığı qeyd edildiyindən, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Bakı şəhəri Suraxanı rayonu sektor müdiri Əkbər Qənbərli ilə əlaqə yaradılmış, Sektor tərəfindən iddiaçının rayon ərazisində qeydiyyatsız yaşadığı bildirilmiş, iddiaçıya dair ev telefonu və ***-***-**-** əlaqə nömrəsi verilmiş, həmin əlaqə nömrəsinə SMS xəbərdarlığı göndərilmiş, lakin SMS xəbərdarlığı “çatdırılmamışdır”. Həmin ev telefonu, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** əlaqə nömrələri ilə dəfələrlə əlaqə yaradılmış, telefona cavab verən olmamışdır. Azərbaycan Respublikası İPM-nin 46.1.2-ci maddəsinə əsasən iddia ərizəsində iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları göstərilməlidir. Eyni zamanda Azərbaycan Respublikası MPM-nin 146-cı maddəsinə əsasən Məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. İddiaçı tərəfindən iddia ərizəsində natamam ünvan göstərildiyindən və məhkəmə tərəfindən bütün mümkün prosessual tədbirlər görüldüyündən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: -İddiaçı xx.xx.1960-cı ildə Zəngilan rayonunda doğulmuşdur (AZE ******** №-li Şəxsiyyət Vəsiqəsi). -İbişov X7 rayonundan məcburi köçkündür və Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində fərdi evdə müvəqqəti olaraq məskunlaşmışdır (AR Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Bakı şəhər Suraxanı rayonu Sektorunun 1218 №-li xx.xx.2019-cu il tarixli Arayışı). -İddiaçı xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilə qədər 18 №-li Bakı şəhər X12 elektrik qaynaqçısı ixtisası üzrə təhsil almışdır (2390 №-li, xx.xx.1978-ci il tarixli Attestat). -İddiaçı xx.xx.1978-ci ildən xx.xx.1980-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur (NZ ******* №-li Hərbi Bilet). -İddiaçı xx.xx.1980-ci ildən xx.xx.2005-ci ilə qədər Zəngilan rayonu 64 №-li TSMD-də (indiki «xxxx» ASC-nin Zəngilan filialında) əli ilə qaynaqçı vəzifəsində işləmişdir (əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surəti). -İddiaçı xx.xx.1980-ci ildən xx.xx.2005-ci ilə qədər Zəngilan rayonu 64 №-li TSMD-də (indiki «xxxx» ASC-nin Zəngilan filialında) əli ilə qaynaqçı vəzifəsində işləməsinə dair işlədiyi müəssisə tərəfindən arayış tərtib olunmuşdur (06 №-li xx.xx.2019-cu il tarixli Arayış). -İddiaçı ərizə ilə xx.xx.2019-cu il tarixdə İdarəyə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. İdarə tərəfindən iddiaçıya onun müraciətinin təmin olunmaması barədə məktub ünvanlanmışdır (xx.xx.2019-cu il tarixli **********1 №-li məktub). İmtinaya səbəb kimi iddiaçının əmək kitabçasının Əmək Məcəlləsinin 87-ci maddənin tələblərinə uyğun olaraq doldurulmaması və güzəştli şərtlərlə pensiya təminatı hüququ verən sığorta stajının digər hər hansı mötəbər sənədlərlə də təsdiqini tapmadığı qeyd olunmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, əmək kitabçası xx.xx.2005-ci il tarixdə doldurulmuş, əmək kitabçası sahibinin imzası və əmək kitabçası verən məsul şəxsin imzası icra edilmiş, müəssisənin möhürü ilə əmək kitabçası təsdiq olunmuşdur. Əmək kitabçasında «DUBLİKAT» sözünün qeyd olunmaması işçinin deyil, işəgötürənin məsuliyyəti olduğundan, işçinin heç bir günahı olmamışdır. Hazırkı qanunvericiliklə təhsil müddəti iş stajı hesab olunmasa da, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyə əsasən onun təhsil aldığı müddət iş stajına daxil edilməlidir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. xx.xx.2017-ci il tarixdə qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. İşin faktiki hallarından görünür ki, iddiaçı ona xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilə qədər Bakı şəhəri 18 №-li X12 təhsil aldığı dövrü və xx.xx.1978-ci ildən xx.xx.1980-ci ilə qədər sovet ordu sıralarında hərbi xidmətdə olduğu dövrü ümumi iş stajına, xx.xx.1980-ci ildən xx.xx.2005-ci ilə qədər «xxxx» ASC-nin Zəngilan rayonu 64 №-li TSMD-də əl ilə elektrik qaynaqçısı vəzifəsində işlədiyi dövrü isə həm ümumi həm də güzəştli iş stajına daxil edilməklə 57 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X11 İdarəsinin üzərinə qoyulmasını istəyir. İddiaçı bununla əlaqədar cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” 186 nömrəli Qərarına əsasən, iş haqqında məlumatların daxil edilməsi, əmək kitabçalarının uçotu, doldurulmuş və ya doldurulmamış əmək kitabçalarının, əlavə içliklərin uçotu işə götürən şəxsin imzası olmaqla, möhürlənməlidir. “Əmək pensiyaları haqqında “ Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən edilməsi, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi qərar qəbul edərkən, işin faktiki hallarını xidməti vəzifəsinə uyğun olaraq, tam araşdırmamış, iddiaçı tərəfindən təqdim edilən əmək kitabçasını əsas götürərək, qanunsuz və əsassız qərar qəbul etmişdir. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, 104886 nömrəli əmək kitabçasının tədqiqi zamanı işçinin əmək stajı barədə məlumatların kitabçaya dəqiq daxil edilməməsinin və sadəcə olaraq güzəştli pensiya hüququ verdiyi iddia edilən əmək fəaliyyəti müddətinin səthi doldurulması, güzəştli şərtlərlə əmək pensiyası hüququ əldə etmək üçün əmək kitabçasına səhv məlumatların qəsdən daxil edildiyi qənaətinə gəlməyə əsas verir. Həmçinin əmək kitabçasının 1-ci səhifəsində “əmək kitabçasının doldurulduğu tarix” hissəsində də dəyişikliklər edildiyi, (“xx.xx.2005” ya “xx.xx.2005”) tarixlərin qaralandığını görmək mümkündür. Qeyd olunan hal əmək kitabçasının həqiqiliyinə şübhə yaradır. Eyni zamanda iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasının ilk səhifəsinin tərtibatında kitabçanın nömrəsi 104886 göstərilsə də, növbəti səhifələrdə ******* göstərilmişdir.Həmçinin, iddiaçının öz ərizəsi ilə qaynaqçı işindən azad edilməsi barədə 92 №-li, xx.xx.2005-ci il tarixli əmrin qeydinə müəssisənin möhürü vurularaq, imza edilsə də, imzanın kimə məxsus olması (ad, soyad, ata adı göstərilməmiş) və imza edən şəxsin vəzifəsi qeyd edilməmişdir. Əmək kitabçasının 40-cı səhifəsində - “Basım yılı 1999, X17/Türkiye, Sifarişçi: “xxxx” MMC, VÖEN – **********, TS İSO 7411/2.4.1998” qeyd edilmişdir. “xxxx” MMC- VÖEN- **********; Hüquqi ünvanı – AZ2501, ünvan 3 Qanuni təmsilçisi – X10; dövlət qeydiyyatına alındığı tarix - xx.xx.2009-cu il. İşin apellyasiya icraatı zamanı Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının sorğusuna cavab olaraq Azərbaycan Respublikası «xxxx» ASC-nin xx.xx.2020-ci il tarixli, 07/56 saylı, cavab məktubunda İddiaçı «xxxx» ASC-nin Zəngilan “xxxx” filialının işçisi olduğu, İddiaçı barəsində «xxxx» ASC-nin arxivində hər-hansı bir məlumat olmadığı qeyd edilmiş və ona görə də Cəmiyyətin Zəngilan “xxxx” filialının rəisi tərəfindən tərtib edilmiş arayış məhkəməyə göndərilmişdir. (Sədr N.Ömərov) «xxxx» ASC-nin Zəngilan filialının xx xxxxxx 2020-ci il tarixli, 01 nömrəli məktubunda qeyd olunmuşdur ki, X9 xx.xx.1980-ci il tarixdən xx.xx.2005-ci il tarixinə qədər “xxxx” ASCnin Zəngilan rayonunun 64 nömrəli TSMD-də (hazırkı xxxx Zəngilan filialında) əl ilə elektrik qaynaqçısı vəzifəsində işləmişdir. “xxxx” ASC-nin Zəngilan filialı işğaldan sonra fəaliyyətsiz olmasına baxmayaraq “xxxx” ASC-nin struktur vahidi kimi saxlanmışdır. İşğala qədər filialda çalışan işçilər işdən çıxmaq barədə ərizələrini təqdim edənədək əmək haqqı ödənilmədən filialın işçisi statusunda saxlanmışdır. X5 işğala qədərki dövrdə aldığı əmək haqqı cədvəlləri və əmək kitabçasının əsli işğal zonasında qaldığından bu sənədləri təqdim etmək mümkün deyildir. İşğaldan sonra isə filialın təsərrüfat hesablı müəssisə olduğundan və fəaliyyət göstərmədiyindən ona əmək haqqı hesablanmamışdır. (Zəngilan ATF-nin rəisi Ə.Fərəcov) Məhkəmə kollegiyası qeyd edir ki, işdə olan “xxxx” ASC-nin Zəngilan Filialı tərəfindən verilmiş birinci instansiya məhkəməsində iş materiallarına əlavə edilmiş 06 saylı xx xxxx 2019-cu il tarixli arayışı mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, yuxarıda qeyd olunan işğal nəticəsində iddiaçının həmin arayışda qeyd edilən kimi fasiləsiz olaraq həmin müəssisədə işləməsi inandırıcı deyil. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş 2390 saylı attestatın surətindən İddiaçı “3-cü dərəcəli “elektrosvarşik” ” ixtisasının “2-ci dərəcəli” kimi düzəliş edilməsi açıq şəkildə görünür. İş materiallarında olan NZ seriyalı, ******* nömrəli Bakı şəhəri Nəsimi rayon hərbi komissarlığı tərəfindən xx.xx.1978-ci il tarixdə verilmiş hərbi biletin təsdiq edilmiş surətinə əsasən, iddiaçı xx.xx.1978-ci il tarixdə hərbi xidmətə çağırılmış, xx.xx.1978-ci il tarixdə hərbi hissəyə daxil olmuşdur. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş 2390 saylı attestatın surətindən isə İddiaçı xx.xx.1978-ci il tarixdə “elektrosvarşik” sənəti üzrə tam kursu bitirmiş və xx.xx.1978-ci il tarixdə attestat verilmişdir. Əlavə olaraq, məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə tərəfindən xxxx” ASC Zəngilan xxxx filialına ünvanlanmış sorğuda xx.xx.1980-ci il tarixli , 86 №-li və xx.xx.2005ci il tarixli, 92 №-li əmrlərin İddiaçı münasibətdə təsdiq edilmiş surətlərini, eyni zamanda 64 nömrəli TSMD-nin hansı tarixdə yaradılması, əvvəlki adı, ləğv olunması və ya başqa qurumun tərkibinə birləşdirilməsi, hüquqi varisinin olub-olmaması barədə məlumatların məhkəməyə göndərilməsi xahiş edilmişdir. «xxxx» ASC-nin Zəngilan filialının xx xxxxxx 2020-ci il tarixli, 01 nömrəli məktubunda X5 xx.xx.1980-ci il tarixdən xx.xx.2005-ci il tarixinə qədər “xxxx” ASC-nin Zəngilan rayonunun 64 nömrəli TSMD-də (hazırkı xxxx Zəngilan filialında) əl ilə elektrik qaynaqçısı vəzifəsində işlədiyi qeyd olunsa da, cavab məktubunun yazılmasına və iddiaçının işləməsinə əsas olan sənədlərin surətləri məhkəməyə təqdim edilməmişdir. Yuxarıda qeyd edilənlərə və iş materiallarında olan hazırkı sənədlərlə iddiaçının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş kişilər 57 yaşından azı 25 il ümumi sığorta stajına və 12 il 6 ay xüsusi əmək stajının olması müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Ona görə də qeyd edilənlərə əsasən məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayətinin dəlili əsaslı olduğundan təmin olunmalı, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(81)-3667/2019 saylı qərarı ləğv edilməli, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X11 İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(81)- 3667/2019 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı “xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilə qədər Bakı şəhəri 18 №-li X12 təhsil aldığı dövrü və xx.xx.1978-ci ildən xx.xx.1980-ci ilə qədər sovet ordu sıralarında hərbi xidmətdə olduğu dövrü ümumi iş stajına, xx.xx.1980-ci ildən xx.xx.2005- ci ilə qədər «xxxx» ASC-nin Zəngilan rayonu 64 №-li TSMD-də əl ilə elektrik qaynaqçısı vəzifəsində işlədiyi dövrü isə həm ümumi həm də güzəştli iş stajına daxil edilməklə 57 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-125/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-125/2020
17.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver