Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-125/2021 02.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X17 Hüseynin sədrliyi və məruzəsi ilə, Anar Vəzir oğlu Tanrıverdiyev və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “qərarın ləğv edilməsi və ünvanlı sosial yardımın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 21 may 2020-ci il tarixli, 2-1(112)-851/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona hər ay təqdim edilən ünvanlı sosial yardımın dayandırılması haqqında qərarın ləğv edilməsi, ona hər ay ödənilməli olan 300 manat məbləğində ünvanlı sosial yardımın verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı dörd il sosial yardım almış, 5-ci ilə gəldikdə isə bildirmişlər ki, internet vasitəsi ilə “VEMTASLA” sənədlər qəbul edilir. O da bütün sənədləri yığıb 2016-cı ilin aprel ayından müraciət etməyə başlamışdır. Üç dəfə müraciəti qəbul edilməmişdir. Nəticədə o, bununla bağlı nazirliyə müraciət etmiş, müraciəti 03.08.2016-cı il tarixdə qəbul edilmiş, ona mesaj vasitəsilə avqust ayının 24-ü bildiriş gəlmiş və həmin bildirişdə göstərilmişdir ki, ona iki il müddətinə ayda 148.47 (yüz qırx səkkiz manat, 47 qəpik) manat məbləğində ünvanlı sosial yardım təyin edilmişdir. O, bundan sonra dekabr ayına 5 ay müddətində 148.47 (yüz qırx səkkiz manat, 47 qəpik) manat məbləğində olan yardımı almışdır. Hətta yeni illə əlaqədar olaraq ona ərzaq yardımı da verilmişdir. 2017-ci ilin yanvar-fevral ayında ona təyin olunan həmin sosial yardım verilməmişdir. O, bununla bağlı Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdir. Orada Ömər adlı nümayəndə ona bildirmişdir ki, onun pulları veriləcəkdir, narahat olmasın. Bundan sonra mart ayında da verilməmişdir. Lakin, ona yenə bayramla əlaqədar olaraq ərzaq yardımı edilmişdir. Aprel ayında yenə o, müraciət etmiş, ona yenə Ömər bildirmişdir ki, ona ödənilən ünvanlı sosial yardımdan imtina edilmişdir. Səbəbini soruşduqda isə bildirmişlər ki, onun 0.22 ha pay torpağı var. Lakin, buna baxmayaraq, o, 2-ci qrup əmək qabiliyyətsiz əlil olduğu üçün həmin torpaqdan istifadə edə bilmədiyini bildirmişdir. Həm də həmin torpaq mülkiyyət olaraq nənəsinə məxsusdur. O isə 5 ay müddətində bu yardımı nəyə görə kəsmədiklərini və bununla bağlı nəyə görə yanvar ayında rəsmi imtina cavabı verilmədiyini bildirmişdir. Onlar isə bununla bağlı heç bir cavab verə bilməmişlər. Ona bildirmişlər ki, o, yenidən VEMTAS ilə müraciət etsin və həmin torpağın rəsmi olaraq orda qeyd etsin və ona yenidən sosial yardım təyin edilsin. Ancaq buna baxmayaraq ona bildirmişlər ki, 5 ay müddətində almadığı sosial yardım hesablanmayacaq, yalnız müraciət etdiyi gündən hesablanacaq. O, isə buna qəti şəkildə etiraz etmiş və razılaşmamışdır. Bundan başqa hər ailənin minimum gəliri 115 manat olduğu halda onun ailəsinin 460 manat gəliri olmalıdır, ancaq buna baxmayaraq, o, 55 manat pensiya alır, yoldaşı 3-cü qrup gözdən əlil 47 manat pensiya alır. Ailəsinin gəliri ümumi 102 manatdır. Bununla onun ailəsi real olaraq dolana bilməz, maddi cəhətdən çətinlik çəkirlər. Buna görə də ona minimum olaraq 300 manat sosial yardım təyin edilməli idi. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5090/2017 saylı, 26 sentyabr 2017-ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon Şöbəsi əsl cavabdehlə əvəz edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5090/2017 saylı, 29 noyabr 2017ci il tarixli qərardadına əsasən iddia tələbi mümkün sayılmamışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-484/2018 saylı, 01 fevral 2018-ci il tarixli qərardadına əsasən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-5090/2017 saylı, 29 noyabr 2017-ci il tarixli qərardadı ləğv edilərək, iş müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2322/2018 saylı, 27 aprel 2018-ci il tarixli qərarına əsasən iddia təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2322/2018 saylı, 27 aprel 2018-ci il tarixli qərarına əsasən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2322/2018 saylı, 27 aprel 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-234/2019 saylı, 30 aprel 2019cu il tarixli qərarına əsasən İddiaçı kassasiya şikayəti təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 sentyabr 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin 2-1(103)-1683/2019 saylı, 03 oktyabr 2019-cu il tarixli qərardadına əsasən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-2322/2018 saylı, 27 aprel 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 21 may 2020-ci il tarixli, 2-1(112)-851/2020 saylı qərarı ilə iddia tələbinin təmin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon Şöbəsi tərəfindən İddiaçı 03.08.2016-сi il tarixdə ünvanlı sosial yardımın təyin olunmasının dayandırılması barədə qərarın ləğv edilməsi və İddiaçı hər ay ödənilməli olan 300 (üç yüz) manat məbləğində ünvanlı sosial yardımın ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkəmə qərarında qeyd olunan “Torpağa mülkiyyət hüququna dair” J-769, Kod 80903018 nömrəli dövlət aktının surətindən məlum olur ki, Salyan rayonu Aqrar İstehsalat Komissiyasının 30 iyul 1998-ci il tarixli 09 saylı qərarı ilə İddiaçı və onun ailə üzvlərinə kənd təsərrüfatı məhsulları istehsalı ücün cizgidə göstərilən sərhəd daxilində 1.02 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün torpaq sahəsinin ayrılması göstərilmişdir. Bu hal “Ünvanlı Dövlət Sosial Yardımı” haqqında qanunun 10.1 və 10.2-ci maddələrinə ziddir. Belə ki, həmin qanunun 10.1-ci maddəsində qeyd olunur ki, sosial yardımın məbləğinin dəyişdirilməsinə və ya verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar baş verdikdə sosial yardım verilməsi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenindən baxılır. Həmin qanunun 10.2-ci maddəsində göstərilmişdir ki, qanunun 10.1-ci maddəsində nəzərdə tutulan hallardan biri baş verdikdə sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanına 7 gün müddətində məlumat verməlidir. Sosial yardımın təyin olunmamasına, məbləğin azaldılmasına və ya verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar barədə məlumat verilmədiyi halda, həmin ailə 1 il müddətində sosial yardım almaq hüququnu itirir. Beləliklə, yuxarıda qeyd olunan Qanunun istinad etdiyi normalarından məhkəmə qərarının qanuna zidd olması məlum olur. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 37 nömrəli qərarı ilə təsdiq edilmiş "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 3.4.1-ci naddəsindən məlum olur ki, VEMTAS tərəfindən xüsusi proqram təminatı vasitəsilə vətəndaş barədə “Elektron hökümət” portalında olan məlumatların “ərizə-bəyannamə”də əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Və həmin məlumatlarda uyğunsuzluq aşkar edilmədiyi halda VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır. Həmin qaydaların 3.7.1-ci maddəsində göstərilir ki, “Ərizə-bəyənnamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda sosial yardımın təyin olunması dayandırılır. Belə ki, İddiaçı “VEMTAS”-la müraciət zamanı ona məxsus torpaq sahəsinin olması faktını gizlədərək, bu barədə Ərizə-bəyannamədə heç bir məlumat əks etdirməmiş və bu səbəbdən də “VEMTAS” tərəfindən avtomatlaşdırılmış qaydada ona ünvanlı sosial yardımın verilməsindən imtina edilmişdir. Bununla yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 4.7-ci maddəsində göstərilmişdir ki, Sosial yardım almaq hüququna baxılması zamanı sosial yardımın təyin olunmamasına, məbləğinin dəyişdirilməsinə və ya verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) məlumat verilmədiyi və yaxud tam və ya düzgün olmayan məlumat verildiyi aşkar olunduqda, sosial yardımın verilməsi həmin gündən dayandırılır. Bu səbəbdən İddiaçı müraciətindən imtina edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01.03.2021-ci il tarixli, 2- 1(103)-125/2021 saylı qərardadı ilə cavabdehin vəsatətinə əsasən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əvəz edilmişdir. Məhkəmə iclasında həmçinin, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvanlı sosial yardımın dayandırılması barədə qərarın ləğv edilməsi və 01.01.2017-ci il tarixdən 01.08.2018-ci il tarixə qədər 19 ay olmaqla hər ay 300 manat, cəmi 5700 manat ödənilməmiş sosial yardımın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia qismən təmin edilməlidir. İş materialları ilə müəyyən olunur ki, İddiaçı ikinci qrup uşaqlıqdan müddətsiz əlillik təyin edilmişdir. İddiaçı ilə X6 arasında 22 fevral 2000-ci il tarixdə Salyan rayon VVAQ şöbəsində nikah bağlanmışdır. X2 üçüncü qrup ümumi görmə ilə əlaqədar müddətsiz əlillik təyin edilmişdir. İddiaçı 27 iyun 2001-ci il təvəllüdlü X10 və 24 may 2004-cü il təvəllüdlü X15 adlı iki övladı vardır. “Torpağa mülkiyyət hüququna dair” J – 769, Kod 80903018 nömrəli dövlət aktının surətindən görünür ki, Salyan rayonu Aqrar İslahat Komissiyasının 30 iyul 1998-ci il tarixli 09 saylı qərarı ilə X7 və onun ailə üzvləri X9, İddiaçı, X4 və Ağayev Böyükağa Əliağa oğluna kənd təsərrüfatı məhsullarının istehsalı üçün cizgidə göstərilən sərhəd daxilində 1.02 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün torpaq sahəsi ayrılmışdır. “Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair” 3de172e8781f4746a42af003db22d751 nömrəli bildirişə əsasən İddiaçı 03.08.2016-cı il tarixli, **********93201 nömrəli müraciətinə görə sosial yardımın təyin olunmasından ailənin mülkiyyətində olan torpaq sahəsi barədə məlumatın təqdim edilməməsi səbəbindən imtina edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 16.08.2017-ci il tarixli, 14/4209 saylı məktubun surətindən görünür ki, İddiaçı müraciətinə cavab olaraq bildirilmişdir ki, ailəsini təmsil edən şəxs qismində X13 və X19 (VEMTASa) 03.08.2016-cı il tarixli müraciəti əsasında ailəsinə 01.08.2016-cı il tarixdən 01.08.2018-ci il tarixədək VEMTAS tərəfindən avtomatlaşdırılmış qaydada aylıq 148.47 manat məbləğində ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. Lakin daxil etdiyi məlumatların yoxlanması nəticəsində ailənin mülkiyyətində olan torpaq sahəsi barədə məlumatın təqdim edilmədiyi aşkarlanmışdır. Bu səbəbdən də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli, 37 nömrəli qərarı ilə təsdiq edilmiş ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na əsasən ailəsinə ünvanlı dövlət sosial yardımın təyin olunmasından VEMTAS tərəfindən avtomatlaşdırılmış qaydada imtina edilmişdir. Kollegiya hesab edir ki, iddiaçıya ünvanlı sosial yardımın təyin edilməsindən cavabdehin imtinası əsaslı olmamışdır. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1-ci maddəsinə əsasən, sosial yardım aztəminatlı ailələrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. Həmin Qanunun 6.2 və 6.3-cü maddələrinə görə sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 15 (on beş) iş günü müddətində məlumat (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar istisna olmaqla) verməlidir. Həmin Qanunun 10.3-cü maddəsinə görə bu Qanunun 10.2-ci maddəsində göstərilən halda, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təqaüdlərin, sosial müavinətlərin məbləğinin, əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması, əmək pensiyalarının indeksləşdirilməsi və seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar istisna olmaqla) əsasında sosial yardımın dayandırılmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar aşkarlandıqda, sosial yardımın ödənişi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 312 saylı, 16 noyabr 2005-ci il tarixli Fərmanının 2.3-cü bəndinə əsasən “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 6.1, 10.2 və 10.3-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 3.1-ci bəndinə əsasən sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. Həmin Qaydaların 3.4.2-ci bəndinə əsasən məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır. Həmin Qaydalarının 3.7.7-ci maddəsinə əsasən ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda ünvanlı sosial yardımın təyin edilməsindən imtina edilir. Hazırki iş materiallarında olan sənədlər əsasında iddiaçının ailəsinin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlakın olduğu müəyyən edilməmişdir. “xxxx” MTK tərəfindən verilmiş 30 iyul 2017-ci il tarixli, 07/02 saylı arayışda İddiaçı ünvan 2 ünvanında qeydiyyatsız yaşadığı, 11 dekar 2020-ci il tarixli arayışda isə İddiaçı qardaşı X3 məxsus Cavadxan küçəsi, ev 24, mənzil 72 ünvanında yerləşən mənzildə qeydiyyatsız yaşadığı qeyd olunmuşdur. İddiaçının özünün qeydiyyatsız “xxxx” MTK-da yerləşən mənzildə yaşadığı müəyyən edilsə də, həmin mənzilə dair hər hansı hüquqmüəyyənedici sənədin (çıxarış və s.) olması iş materialları ilə müəyyən edilmir. Həmçinin “Torpağa mülkiyyət hüququna dair” J – 769, Kod 80903018 nömrəli dövlət aktına əsasən iddiaçının paylı mülkiyyətində torpaq sahəsinin olması müəyyən edilmişdir. Həmin torpaq sahəsi Salyan rayonu Aqrar İslahat Komissiyasının 30 iyul 1998-ci il tarixli 09 saylı qərarı ilə iddiaçının nənəsi X7 və onun ailə üzvlərinə ayrılmışdır və həmin ailə üzvlərinin siyahısında iddiaçının da adı qeyd olunmuşdur. Torpaq sahəsi paylı mülkiyyətdə olmaqla, kənd təsərrüfatı məhsullarının istehsalı üçün ayrılmışdır və Salyan rayonunda yerləşir. Apellyasiya baxışı zamanı təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən ünvanlanmış 08.01.2021-ci il tarixli məktubdan görünür ki, JN – 769, nömrəli dövlət aktına əsasən İddiaçı adına və JN – 358 dövlət aktına və JN – 289A Şəhadətnaməyə əsasən X1 adına paylı torpaq sahələrinin olması göstərilmişdir. Yuxarıda qeyd olunan “Torpağa mülkiyyət hüququna dair” J – 769, Kod 80903018 nömrəli dövlət aktında isə mübahisəli torpağın iddiaçının əvvəlki ailəsinin (nənəsinin, qardaşının, qardaşı oğlunun və sair şəxslərin) birgə mülkiyyətində olması görünür. Məhkəmə hesab edir ki, göstərilən əmlaklar eyni təyinatlı olmamaqla, mənzilin ümumiyyətlə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə iddiaçının adına qeydiyyata alınması müəyyən edilməmiş, 11 dekar 2020-ci il tarixli “xxxx” MTK tərəfindən verilmiş arayışa əsasən İddiaçı qardaşı X3 məxsus Cavadxan küçəsi, ev 24, mənzil 72 ünvanında yerləşən mənzildə qeydiyyatsız yaşadığı müəyyən edilmişdir. Fərz etsək ki, həmin mənzil iddiaçının mülkiyyətindədir, yenə də cavabdehin imtinası əsaslı sayıla bilməz. Belə ki, iddiaçının həmin mənzili Bakı şəhərində yerləşir, torpaq sahəsi isə Salyan rayonunda üstəlik həmin daşınmaz əmlaklar fərqli təyinatlıdır. Göründüyü kimi qaydalara əsasən ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda ünvanlı sosial yardımın təyin edilməsindən imtina edilməsi üçün əsasdır. Hazırki iş materialları ilə qeyd olunan hallar öz təsdiqini tapmadığından cavabdehin imtinası əsassız olmuş və iddiaçı ona ünvanlı sosial yardımın verilməsinin dayandırılması barədə qərarın ləğv edilməsini tələb etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiası hesab edir ki, 01.01.2017-ci il tarixdən 01.08.2018-ci il tarixə qədər 19 ay üçün ödənilməmiş sosial yardımın verilməsi barədə tələbi də əsaslıdır. Ödənilməli sosial yardımın məbləğinə gəldikdə isə kollegiya qeyd edir ki, sosial yardımın məbləği hər ay üçün 148,47 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq olunmuş “Ünvanlı döviət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na əsasən ünvanlı dövlət sosial yardımı ilə əlaqədar müraciətlər ailəni təmsil edən şəxs tərəfindən (notarius tərəfindən təsdiq edilmiş təmsilçilik barədə ərizəyə əsasən) elektron qaydada (İnternet vasitəsilə) həyata keçirilir. Sosial yardımın veriiməsi üçün qeydiyyata alınmış müraciətlər Qaydaların 3.1-ci bəndinə uyğun olaraq X13 və X24 (VEMTAS) tərəfindən araşdırılır və müvafiq qərar qəbul edilir. Həmin Qaydaların 4.2-ci maddəsinə əsasən sosial yardım almaq hüququna baxılması zamanı sosial yardımın təyin olunmamasına, məbləğinin dəyişdirilməsinə və ya verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) məlumat verilmədiyi və yaxud tam və ya düzgün olmayan məlumat verildiyi aşkar olunduqda, sosial yardımın verilməsi həmin gündən dayandırılır və «Ünvanlı dövlət sosial yardımı haqqında» Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə uyğun olaraq həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir. İddiaçı 2016-cı ilin avqust ayında “VEMTAS” vasitəsi ilə ona ünvanlı sosial yardımın təyin edilməsi üçün cavabdehə ərizə ilə müraciət etmişdir. Ona və ailəsinə 01.08.2016-cı il tarixdən “VEMTAS” tərəfindən avtomatlaşdırılmış qaydada aylıq 148.47 manat məbləğində ünvanlı sosial yardım təyin edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş **********932 saylı elektron ərizədən görünür ki, iddiaçıya 01.08.2016-cı il tarixdən 01.01.2017-ci il tarixinədək hər 148,47 manat məbləğində ünvanlı sosial yardım ödənilmişdir. İddiaçıya 01.08.2016-cı il tarixdən 01.01.2017-ci il tarixinədək hər 148,47 manat məbləğində sosial yardım ödənilsə də, 01.01.2017-ci il tarixdən əsassız olaraq ünvanlı sosial yardımın ödənilməsi dayandırılmışdır. Kollegiya qeyd edir ki, ödənilməli sosial yardımın məbləğinin hər ay üçün 300 manat hesablanmalı olması barədə iddiaçı tərəfindən sübutlar təqdim edilmədiyindən, sosial yardımın təyin edilməsi, məbləğin müəyyənləşdirilməsi avtomatik olaraq X13 və X24 (VEMTAS) tərəfindən həyata keçirildiyindən, 01.08.2016-cı il tarixdən iddiaçıya “VEMTAS” tərəfindən avtomatlaşdırılmış qaydada aylıq 148.47 manat məbləğində ünvanlı sosial yardım təyin edildiyindən, ödənilməli olan dövr üzrə (01.01.2017-ci il tarixdən 01.08.2018ci il tarixə qədər) sosial yardımın məbləği hər ay üçün 148.47 manat müəyyən edilməlidir. Ünvanlı sosial yardımın ödənilməsinin dayandırılmasının əsassız olduğu müəyyən edildiyindən 01.01.2017-ci il tarixdən 01.08.2018-ci il tarixə qədər ödənilməmiş ünvanlı sosial yardım iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 21 may 2020-ci il tarixli, 2-1(112)-851/2020 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, İddiaçı 03.08.2016-сi il tarixdə ünvanlı sosial yardımın təyin olunmasının dayandırılması barədə qərar ləğv edilməli və İddiaçı 01.01.2017-ci il tarixdən 01.08.2018-ci il tarixə qədər ödənilməmiş 19 ay üçün hər ay 148,47 (bir yüz qırx səkkiz manat qırx yeddi qəpik) manat olmaqla, cəmi 2820,93 (iki min səkkiz yüz iyirmi manat doxsan üç qəpik) manat məbləğində ünvanlı sosial yardımın ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməlidir. Nəticə hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 21 may 2020-ci il tarixli, 2-1(112)-851/2020 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia qismən təmin edilsin. İddiaçı 03.08.2016-сi il tarixdə ünvanlı sosial yardımın təyin olunmasının dayandırılması barədə qərar ləğv edilsin və İddiaçı 01.01.2017-ci il tarixdən 01.08.2018-ci il tarixə qədər ödənilməmiş 19 ay üçün hər ay 148,47 (bir yüz qırx səkkiz manat qırx yeddi qəpik) manat olmaqla, cəmi 2820,93 (iki min səkkiz yüz iyirmi manat doxsan üç qəpik) manat məbləğində ünvanlı sosial yardımın ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Anar Tanrıverdiyev Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-1(103)-125/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-125/2021
02.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver