Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1250/2021 05.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X11 oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X7, Cavabdehin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı keçmiş müddət üzrə ödənilməmiş əmək pensiyasının ödənilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 12.11.2020-ci il tarixli, 2-1(112)- 4283/2020 saylı qərarından cavabdehin nümayəndəsi Ü.Musayeva tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 19.11.2020-ci il tarixli, 2-1(112)-588/2020 saylı qərarı ilə iddia tələbi qismən təmin edilərək, iddiaçıya ödənilmiş sosial müavinətin məbləği çıxılmaqla ailə başçısını itirməyə görə əmək pensiyasının 1 noyabr 2016-cı il tarixdən 1 noyabr 2019-cu il tarixədək olan dövr üzrə məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır (hakim R.Kərimli). Həmin qərardan narazı qalan cavabdehin nümayəndəsi Ü.Musayeva tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyasının 09.03.2021-ci il tarixli qərardadı ilə cavabdeh DSMF-nun Xüsusi Şərtlərlə Təyinat İdarəsi - cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ailə başçısını itirməyə görə 01.11.2019-cu il tarixində təyin edilmiş əmək pensiyasının 01.11.2016-cı il tarixdən 01.11.2019-cu il tarixinədək verilməyən hissəsinin hesablanaraq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı ərizə verərək, cavabdeh tərəfindən iddiaçıya ailə başçısını itirməyə görə təyin edilmiş əməmk pensiyasının 2015-ci ilin aprelindən 2019-cu ilin noyabr ayının 1-dək tətbiq edilməsi və 2015-ci ilin aprelin 2019-cu il 01 noyabr tarixinədək ödənilməmiş əmək pensiyasının ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı (İddiaçı) DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət edərək ona 1 noyabr 2019-cu il tarixiən ailə başçısını itirməyə görə təyin edilmiş əmək pensiyasının 1 noyabr 2016-cı il tarixdən 2019-cu il 01 noyabr tarixinə kimi verilməyən hissəsinin ödənilməsini xahiş etmişdir. DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 12 fevral 2020-ci il tarixdə müvafiq cavab məktubu onu qane etmədiyindən, məhkəməyə müraciət edir. İddiaçının П qrup əlilliyi (sağlamhq imkanları məhdudluğu) 1985-ci ildən, yəni uşaqlıqdan müəyyən olunduğundan, ona ailə başçısı itirməyə görə 1 noyabr 2019-cu il tarixdən atası X9 əmək pensiyasının 80% mənləğində əmək pensiyası tətbiq edilmişdir. İddiaçının anası X2 ailə başçısı itirməyə görə atası X9 əmək pensiyasının 80% məbləğində pensiyasım vəfat etdiyi tarixə 2015-ci il mart ayının 28-dək almışdır. İddiaçı DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən ailə başçısı itirməyə görə 1 noyabr 2019-cu il tarixdə təyin edilmiş, əmək pensiyasım almaq hüququ 29 mart 2015-ci il tarixdən (anasının ölümündən sonra) yaranmışdır. O (iddiaçı), bir vətəndaş kimi itirdiyi gəlir kompensasiyasını almaq hüququna malikdir. İş üzrə Bakı İnzibati Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatı: Cavabdehin nümayəndəsi X13 apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, 01 noyabr 2019-cu il tarixində Mərkəzi Filial tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.13-cü maddəsinə əsasən iddiaçıya ailə başçısını itirməyə görə mərhum atası X10 almalı olduğu əmək pensiyasının (1694,55 manat) 80 faizi-1355,64 manat məbləğində əmək pensiyası təyin edilmişdir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. “Sosial müavinətlər haqqında” AR Qanununun 1.0.1-ci maddəsinə görə sosial müavinətlər - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardim göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 1,0.2,-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, “Əmək pensiyaları haqqında AR Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla),yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudliğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladlarıdır. Belə ki, Mərkəzi Filialın sorğusuna əsasən Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinin 28 oktyabr 2019-cu il tarixli **********1 nömrəli məktubunda ona İİ qrup əlilliyə görə sosial müavinətin 31 oktyabr 2019-cu il tarixinədək ödənildiyi qeyd edilmişdir. nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X12 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. «Əmək pensiyaları haqqında» AR Qanununun 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 20.13-cü maddəsinə əsasən bu qanunun 20.1.8-ci və 20.1.10-cu maddələrində nəzərdə tutulmuş şəxslərə vəfat etmiş dövlət qulluqçusunun (bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulan şəxsin) qulluq stajına görə almalı olduğu və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə ödənilir. İş materiallarında olan DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin ərizəçi İddiaçı ünvanlanmış 12 fevral 2020-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: - 9 oktyabr 2019-cu il tarixdə İdarəyə ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün müraciət etmisiniz. İdarənin sorğusuna əsasən DSMF Abşeron rayon şöbəsinin 28 oktyabr 2019-cu il tarixli **********1 nömrəli məktubunda Sizə İİ qrup əlilliyə görə sosial müavinətin 31 oktyabr 2019-cu il tarixədək ödənildiyi qeyd edilmişdir. Bununla əlaqədar olaraq, 1 noyabr 2019-cu il tarixdə İdarə tərəfindən «Əmək pensiyaları haqqında» AR Qanununun 20.13-cü maddəsinə əsasən Sizə mərhum atanız X9 almalı olduğu əmək pensiyasının (1.894,55 manat) 80 faizi 1.355,64 manat məbləğində əmək pensiyası təyin edilmişdir. eyni zamanda nəzərə alınmalıdır ki, əmək pensiyası ilə sosial müavinətlər arasındakı fərq məbləğinin ödənilməsi qanunvericilikdə nəzərdə tutulmadığından, ərizədə qeyd olunan keçmiş dövr üzrə fərq məbləğinin ödənilməsi mümkün hesab edilmir. İş materiallarından görünür ki, X3 31 mart 2015-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir və onun ölümü haqqında Göyçay rayon qeydiyyat şöbəsi tərəfindən 31 mart 2015-ci il tarixdə AZ-İ seriyalı 741800 nömrəli şəhadətnamə verilmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-123/2017 saylı iş üzrə 11 yanvar 2017-ci il tarixli qərarı ilə AR ƏƏSM Nazirliyinin 1 saylı Tibbi Sosial Ekspert Komissiyasının imtinası qanunsuz sayılmış və X4 1985-ci ildən, yəni uşaqlıqdan 2-ci qrup əliliyin müəyyən edilməsi və qanunamüvafiq hərəkətlərin aparılması öhdəliyi AR ƏƏSM Nazirliyinin 1 saylı Tibbi Sosial Ekspert Komissiyasının üzərinə qoyulmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-259/2019 saylı iş üzrə 24 aprel 2019cu il tarixli qərardadı ilə AR ƏƏSM Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-123/2017 saylı 11 yanvar 2017-ci il tarixli qərarından verdiyi apellyasiya şikayəti mümkün sayılmamış və apellyasiya şikayətinin qəbulundan imtina edilmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 14 yanvar 2019-cu il tarixli qərardadı ilə AR ƏƏSM Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 2-1(85)- 123/2017 saylı 11 yanvar 2017-ci il tarixli qərarına qarşı yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəsi rədd edilmişdir. «Əmək pensiyaları haqqında» AR Qanununun 14.1-ci maddəsinə görə vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: vəfat etmiş və ya həlak olmuş şəxslərin 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. «Sosial müavinətlər haqqında» AR Qanununun 1.0.1-ci maddəsinə görə sosial müavinətlər – bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, «Əmək pensiyaları haqqında» AR Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladlarıdır. Həmin Qanunun 4.0.1-ci maddəsinə əsasən bu Qanunla aşağıdakı aylıq müavinətlər təyin edilir: - (4.0.1.4. sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət; - (4.0.1.5) ailə başçısını itirməyə görə müavinət; Həmin Qanunun 5.2-ci maddəsinə əsasən bu Qanunun 4.0.1.4-cü və 4.0.1.5-ci maddələrində nəzərdə tutulan müavinətlərdən hər ikisini almaq hüququ olan uşaqlara hər iki növ aylıq müavinət təyin edilir. Həmin Qanunun 5.3-cü maddəsinə əsasən bu Qanunun 5.2-ci maddəsi həmin maddədə göstərilən müavinətlərin 2020-ci il yanvarın 1-dən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına və ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan («Əmək pensiyaları haqqında» AR Qanununun 14.4-cü maddəsində göstərilən hal istisna olmaqla) sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara münasibətdə tətbiq edilmir. «İnzibati icraat haqqında» AR Qanununun 15.2-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, 1975-ci il təvəllüdlü hazırkı İddiaçı atası X9 vəfatı ilə əlaqədar 2019-cu ilin noyabr ayından ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilmiş və həmin pensiya təyinatının aparılmasından əvvəlki dövrdə ona «Sosial müavinətlər haqqında» AR Qanununun 4-cü maddəsinə uyğun olaraq aylıq sosial müavinət verilmişdir. X1 31 mart 2015-ci il tarixdə vəfat etmiş və o, həmin tarixədək mərhum X9 arvadı kimi ailə başçısını itirməyə görə əmək pensiyası almışdır. İddiaçının uşaqlıqdan (1985-ci ildən) əlil olması qanuni qüvvəyə minmiş müvafiq məhkəmə qərarı ilə müəyyən edilmişdir. O, ailə başçısını itirməyə görə əmək pensiyasının anasının vəfatından sonra vaxtdan özünə həmin pensiya təyin olunanadək dövr üzrə ödənilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, əmək pensiyası ilə sosial müavinətlər arasındakı fərq məbləğinin ödənilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Biurinci instansiya məhkəmə qeyd etmişdir ki, mövcud qanunvericilik əmək pensiyası hüququ olan şəxsə ödənilmiş sosial müavinətin məbləği nəzərə alınmaqla pensiyanın hüquq yarandığı vaxtdan təyin olunması (son üç il üzrə ödəmə aparılmaqla) qadağa qoymur, qoyulan məhdudiyyət isə, əmək pensiyası almaq hüququ olan şəxsə müvafiq olaraq sosial müavinətin təyin olunmasınadır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Odur ki, birinci instansiya məhkəməsi cavabdeh inzibati orqanın imtinasını qanuni hesab etmir. Lakin birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı hazırkı tələbi qismən əsaslıdır və bunu belə əsaslandırmışdır ki, hazırkı İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının 2015 – 2019-cu illər üzrə ödənilməmiş məbləğini tələb etsə də, bu məsələyə münasibətdə «Əmək pensiyaları haqqında» AR Qanununun 32.1-1, 37.7-ci maddələrinin (həmin maddələrin 1 iyul 2017-ci il tarixdən qüvvədə olan) tələbləri tətbiq edilməlidir. Yəni, iddiaçı ödənilməmiş pensiya məbləğinin 2016-cı ilin noyabr ayından 2019-cu ilin noyabr ayınadək olan dövrə aid hissəsini tələb edə bilər ki, həmin məbləğ də ona «Əmək pensiyaları haqqında» AR Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun ödənilməli və bu ödəmədən ona verilmiş sosial müavinət məbləği çıxıılmalıdır. Qeyd edilmişdir ki, İPM-in 98-1-ci maddəsinə əsasən Ali Məhkəmənin məhkəmə tərkibi işə kasasiya qaydasında baxarkən Ali Məhkəmənin digər məhkəmə tərkibinin əvvəllər qəbul etdiyi qərarda müəyyən edilmiş hüquqi mövqedən fərqli yanaşmanın tətbiq edilməsini zəruri hesab etdikdə və ya Ali Məhkəmənin məhkəmə tərkibi apellyasiya instansiyası məhkəməsinin Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına zidd olan qərarında fərqli yanaşmanın tətbiqi zərurətinin əsaslandırılması ilə razılaşdıqda, həmin mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə Ali Məhkəmənin inzibati kollegiyasına daxil olan bütün hakimlərdən ibarət tərkibdə baxılır (maddə 98-1.1). Ali Məhkəmənin inzibati kollegiyası bütün hakimlərdən ibarət tərkibdə mübahisəli hüquqi məsələyə baxaraq ona dair hüquqi mövqeyini qəbul etdiyi qərardadda təsbit edir (maddə 98-1.3). Ali Məhkəmənin işə baxan məhkəmə tərkibi, habelə eyni xarakterli məsələlərə baxarkən bütün digər məhkəmə tərkibləri bu Məcəllənin 98-1.3-cü maddəsində nəzərdə tutulmuş qərardadda müəyyən edilmiş hüquqi mövqeni rəhbər tutmalıdırlar (maddə 981.4). Ali Məhkəmənin məhkəmə tərkibi eyni xarakterli məsələlərə baxarkən, bu Məcəllənin 98- 1.3-cü maddəsində nəzərdə tutulmuş qərardadda müəyyən edilmiş hüquqi mövqedən fərqli qərar qəbul olunmasını zəruri hesab edirsə, məsələyə bu Məcəllənin 98-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılır (maddə 98-1.5). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “«Əmək pensiyaları haqqında» AR Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 8 oktyabr 2020-ci il tarixli qərardadında qərara alınmışdır ki, «Əmək pensiyaları haqqında» AR Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarında gəldiyi nəticə ilə razılaşır, cavabdehin nümayəndəsinin apelyasiya şikayətində göstərilən dəlilləri qəbul etmir və hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdehin nümayəndəsi Ü.Musayeva tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 12.11.2020-ci il tarixli, 2-1(112)-4283/2020 qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Cahangir Yusifov Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-1250/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1250/2021
05.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver