Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1250/2022 29.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinə qarşı “yanğın təhlükəsizliyi haqqında aktın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4708/2021 saylı, 17 dekabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu, 139 saylı sahədə inşa edilmiş 2 mərtəbəli, zirzəmili, mansardlı qeyri-yaşayış binasına yanğın təhlükəsizliyi haqqında aktın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4708/2021 saylı, 17 dekabr 2021-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinə qarşı “yanğın təhlükəsizliyi haqqında aktın verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir . Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bir sıra prosessual hərəkətlər edildikdən sonra sonuncu məhkəmə iclası xx.xx.2022-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X2 izahatında bildirdi ki, cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu, sahə 139-da inşa olunmuş zirzəmili (avtodayanacaq), üçmərtəbəli ofis binasına dair “Yanğın təhlükəsizliyinə cavab verməsi haqqında akt” tərtib edilərək təqdim edilmişdir. Odur ki, iddiaçının tələbi cavabdeh inzibati orqan tərəfindən təmin edildiyindən iş üzrə mübahisə aradan qalxmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin YTNƏŞ-0231 nömrəli xx.xx.2022-ci il tarixli Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu, sahə 139-da inşa olunmuş zirzəmili (avtodayanacaq), üçmərtəbəli ofis binasının yanğın təhlükəsizliyinə cavab verməsi haqqında aktının məzmunundan görünür ki, tikintisi başa çatmış obyektə dair təqdim edilmiş sənədlər araşdırılmış və yerində yanğın-texniki müayinə keçirilərək müəyyən edilmişdir ki, obyekt Azərbaycan Respublikasında qüvvədə olan 2.6-1 “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarının, 2.08.02-89 “İctimai bina və qurğular” Tikinti Norma və Qaydalarının, 2.7-1 “Avtomobil dayanacaqları” Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarının, 2.11-1 “Su Təchizatı. Xarici şəbəkə və qurğular” Tikinti Norma və Qaydalarının, 2.04.09-84 “Bina və qurğuların yanğın avtomatikası” Tikinti Norma və Qaydalarının, 2.02.01-97 “Bina və qurğuların yanğın təhlükəsizliyi” Dövlətlərarası Tikinti Normalarının və “Elektrik qurğularının quraşdırılması Qaydaları”nın yanğına qarşı yönəldilmiş tələblərinə əməl edilməklə inşa edilmişdir. Beləliklə, Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbiobyektə “yanğın təhlükəsizliyi haqqında aktın verilməsi” tələbi cavabdeh tərəfindən təmin olunduğundan, bununla da hazırki iş üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili hazırki halda mübahisənin mövcud olmadığından icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67ci maddəsini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinə qarşı “yanğın təhlükəsizliyi haqqında aktın verilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Mirzə Tağızadə Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-1250/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1250/2022
29.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver