Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1250/2023 02.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-795/2022 nömrəli 11 oktyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2020-ci ilin dekabr ayına qədər ödənilən pensiya məbləğinin (864,05 manat) bərpa olunması, pensiya məbləği bərpa olunana qədər ona əksik ödənilmiş məbləğin ödənilməsi və geri ödənilməsi tələb olunan 6705,58 manat pensiya məbləğinin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2020-ci ilin dekabr ayınadək ona ödənilən pensiya məbləğinin (854,14 manat) bərpa edilməsi, pensiya məbləği bərpa edilənədək ona əksik ödənilmiş 2512,09 manat pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, xx.xx.2021-ci il tarixli, **********4 nömrəli qərarın ləğv edilməsi, cavabdehdən maddi ziyana görə 3250 manat, mənəvi ziyana görə 5000 manat pulun onun xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşdirilmiş ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Aygün Abdullayeva) 2-1(112)-795/2022 nömrəli 11 oktyabr 2022-ci il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” xx.xx.2021-ci il tarixli, **********4 nömrəli qərarı ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-795/2022 nömrəli 11 oktyabr 2022-ci il tarixli qərarının iddianın təmin olunmayan hissəsində ləğv edilərək, iddia tələbinin həmin hissədə də təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2020-ci ilin yanvar-fevral-mart aylarında cavabdehə çoxsaylı müraciətlərində pensiyanın 2020-ci il dekabr ayında olan həcmdə (864.05) bərpa edilməsi, artıq ödənilməsi iddia edilən pensiya işində olan 1 saylı Bakı İzibati İqtisadi Məhkəməsinin 4 aprel 2012-ci il tarixli 2inz(81)-54/2012 nömrəli qərarı və iddiaçının 1993-cu il oktyabrın 14-də Xızı rayon Məşğulluq Mərkəzinin direktoru təyin edilməsi barədə arxiv arayışının mövcud olması idi. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial isə belə bir sənədlərin işdə olmadığını qətiyyətlə bildirirdi. Belə olan təqdirdə həm qeyd edilən məhkəmə qərarını (2inz(81)-54/2012), həm də qeyd edilən arxiv arayışını cavabdehə təqdim etdi. Onlar isə buna heç məhəl qoymadan iddiaçının haqlı tələblərinə əhəmiyyət belə vermədilər. Yazılan ərizələrə cavab vermədilər. Odur ki, iddiaçı 19 mart 2020-ci il tarixdə iddia ərizəsi ilə yenidən məhkəməyə müraciət etdi. Onlar tərəfindən gizlədilən məhkəmə qərarını da əlavə etdi. Bütün məhkəmə iclaslarında hər dəfə bu sənədləri xatırlatsa da, məhkəmə onun dediyinə məhəl qoymadı. Nəhayət, onun israrlı tələblərindən sonra, yəni təxminən 9 ay sonra iddiaçıya ünvanlamış 08 dekabr 2021-ci il tarixdə **********7 saylı məktubda cavabdeh bildirdi ki, guya «Arxiv sənədlərinin araşdırılması zamanı Sizə dair 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin 4 aprel 2012-ci il tarixli 2inz(81)-54/2012 nömrəli qərarı aşkar edilərək həmin qərara əsasən əmək pensiyası bir daha yenidən hesablanmışdır. Nəticədə 3 avqust 2009-cu il tarixdən vaxtı ilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşınız 261,15 manat olduğunu və xx.xx.2009xx.xx.2013-cü il tarixlər arasındakı dövr ərzində ümumilikdə 18083,94 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda 17465,71 manat ödənilmişdir. Buna görə də, həmin dövr üzrə iddiaçıya 618.23 manat əskik pul vəsaiti ödənilmişdir. Cavabdeh bu iş üzrə 2021-ci ilin aprel ayında məhkəməyə təqdim etdiyi etiraz ərizəsində həmin dövr üçün guya iddiaçıya 802.21 manat artıq ödənildiyini qeyd etmişdir». Halbuki bu hesablama xx.xx.2012-ci il tarixli 2inz(81)-54/2012 nömrəli məhkəmə qərarında verilmişdir. Bu qərar işdə ola-ola onlar bunu üzə çıxarmaq istəmirdilər. Məhkəmə cavabdehdən bunu nəyə görəsə tələb etmirdi. İddiaçının israrlı tələbləri və məhkəmə sənədlərində qeyd edilən məhkəmə qərarının olduğunu bildikdən sonra ona ünvanlanmış (xx.xx.2021) məktubda guya arxiv sənədləri araşdırılarkən qeyd edilən məhkəmə qərarı (2inz(xx-xx/2012) tapılmışdır. Axı necə ola bilər ki, 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 4 aprel 2012-ci il tarixli 2inz(81)-54/2012 nömrəli qərarı 11 il sonra, yəni 2021-ci ilin dekabr ayında cavabdeh tərəfindən özü də arxiv sənədləri guya araşdırılarkən aşkar edilibdir? Bütün yazılı müraciətlərində bu barədə cavabdehə məlumat vermişdir. Fərz edilsə ki, həqiqətən qeyd edilən məhkəmə qərarı sonradan arxiv sənədləri araşdırılarkən tapıldı, bəs hesablamalarda olan dəyişikliklər necə baş verdi? Necə oldu ki, iddiaçıdan qanunsuz olaraq geri ödənilməsini israrla tələb edilən hətta 2021-ci ilin iyun və avqust aylarında "Əmək pensiyaları haqqında" Qanunun 39.1-ci maddəsinə zidd olaraq icra sənədləri barədə qərar qəbul edib Yasamal rayon icra və propasiya şöbəsinə göndərilən qanunsuz sənədlərdə 6705.58 manat vəsait 4037.00 manat azaldı? Əvvəlki hesablamalar hansı normativlərə əsasən aparılmışdı? Bununla da cavabdeh öz-özünü ifşa etməklə bərabər iddiaçıya qarşı törətdiyi əməllərin qeyri-qanuni, normativ hüquqi aktlara zidd olduğunu etiraf etmiş olur. Bütün bunlar tərəfindən aşkarlandığını bilən cavabdeh pensiyanın aylıq məbləğini azaltmaq üçün başqa bir saxtalığa əl atır. Belə ki, cavabdeh əvvəla yuxarıda qeyd edildiyi kimi etiraz ərizəsində və iddiaçıya ünvanlanan bütün məktublarında iddiaçının 25 il 10 ay 5 gün dövlət qulluqçusu stajı olduğunu təsdiqləyirdi. 8 dekabr 2021-ci il tarixli məktubunda, yəni 1 il sonra iddiaçının dövlət qulluqçusu stajını 6 il 3 ay azaldaraq 19 il 7 ay 9 gün təşkil etdiyini bildirir, azalmanı isə belə əsaslandırır ki, Ermənistan SSR-də (Qərbi Azərbaycanda) işlədiyi Rayon İcraiyyə Komitəsinin təşkilat təbliğatı və daimi komissiyalar şöbəsinin müdiri vəzifəsi dövlət qulluğuna daxil edilmir. Cavabdehin bu arqumentinin qanunsuz və məntiqsiz olduğunu məhkəmənin diqqətinə çatdırsa da bu halın sırf hüquq məsələ olmasına baxmayaraq, məhkəmə yekun qərarda bir kəlmə belə qeyd etməyibdir. Halbuki yazılı və şifahi olaraq bildirmişdir ki, qanunlarla bu hal tənzimlənibdir və mənbələri göstərmişdir. İddiaçının pensiyasının yenidən hesablanması zamanı cavabdehin bu arqumentinin əhəmiyyətli yeri olduğunu nəzərə alaraq, bu istinadın tamamilə qanunsuz və məntiqsiz olduğunu məhkəmənin diqqətinə təqdim etsə də nəticəsi olmadı. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin 2002-ci il 28 yanvar tarixli, 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası»nın 9-cu bəndinə görə dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra va məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda), habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. Bundan əlavə nəzərə alınsa ki, "Əmək pensiyaları haqqında" Qanunun 23.1-ci maddəsinə görə 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Onda iddiaçının əmək kitabçasında yazılmış keçmiş SSRİ dövründə, yəni 1982-1988-ci illərdə Ermənistan SSRdə işlədiyi dövr iddiaçının iş və dövlət qulluğu stajına daxil edilməlidir. Məhkəmə iclaslarında bu barədə fikirləri yazılı və şifahi surətdə məhkəməyə təqdim edilsə də, qərarda iş üçün əhəmiyyətli olan bu hissəyə də hakim münasibət bildirməmişdir. Cavabdehin xx.xx.2013-xx.xx.2018-ci il tarixləri arasındakı dövr üzrə pensiyanın hesablanmasına gəldikdə isə, iddiaçı olaraq iddia ərizəsində və əlavələrdə istinad etdiyi hər bir rəqəmin hesablanma metodikasını və mənbəyini göstərsə də, cavabdeh tərəfindən eyni qaydada hərəkət edilmir, təqdim edilmiş sənədlərdə göstərilmiş rəqəmlərin mənbəyi və hesablanma metodikası göstərilmir. Pensiyanın əvvəlki məbləğinin (yəni aylıq 864,05 manat) bərpa olunmasına hakimin etdiyi istinadlar tamamilə qanuna ziddir. Belə ki, qərarda qeyd edilən guya 2018-ci ilin sentyabr avında DSMF Yasamal rayon şöbəsi tərəfindən artım faizi 50% əvəzinə 100% götürülməsi tam böhtandır, həqiqəti əks etdirmir. Əgər belə olsaydı, gərək iddiaçının pensiyası o dövrdə (545-100 faizi) 1090 manat olmalı idi. Belə bir vəsait isə ona verilməyibdir. Qərarda qeyd edilən 2018-ci ilin sentyabr ayında dövlət qulluqçularının pensiyalarının artımı baş verməmişdir. Başqa uydurmalar kimi bu tarix də uydurma tarixdir. Qanuna uyğun olmayan bir istinaddır. Sonra qərarda bildirilir ki, cavabdeh tərəfindən təqdim edilmiş iddiaçıya məxsus pensiya işinə baxış keçirilən zaman, eləcə də məhkəmə iclasında mütəxəssis qismində iştirak etmiş DSMF-nm Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın (yəni cavabdehin və ya maraqlı tərəfin) Pensiya Təyinatı Departamentinin Əmək haqqı əsasında hesablanması pensiya təyinatı şöbəsinin baş mütəxəssisi X3 də guya izahatından müəyyən etmişdir ki, pensiyanın əvvəlki məbləğini bərpa etməyi məhkəmə məqsədəuyğun hesab etmir. İddiaçının 25 il 10 ay 7 gün dövlət qulluğu stajı 6 il 3 ay azadıldığı, yəni 19 il 3 ay olanda 746,0 manat aylıq pensiya hesablanması hansı normativlə hesablanıbdır? Ümumiyyətlə isə iddiaçının pensiya işinə baxış keçirilməsi halı olmamışdır. Əgər olubsa, iddiaçı bu baxışda iştirak etməmişdir. Həmçinin xx.xx.2018-xx.xx.2019-cu və xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arası cavabdehin qanunvericiliyə zidd və normativlərlə uzlaşmayan, özündən quraşdırdığı qondarma hesablama metodu ilə razlaşmadığı üçün vəsatətlə məhkəmə xx.xx.2022-ci il tarixdə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməsi barədə qərardad qəbul etdi. Qərardadda cavabdehin də mütəxəssisləri cəlb edilməklə məhkəmə mühasibatlıq eksperizası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edildi. İddiaçı olaraq bütün səylərinə baxmayaraq, 6 ay 15 gün ərzində cavabdeh nə tələb edilən sənədləri, nə də mütəxəssisi ekspertizanın aparılmasına göndərmədi. Nəhayət, cavabdehin məhkəmə qərardadının tələblərini yerinə yetirməməsi səbəbindən mühasibatlıq ekspertiza işini əngəllədi. Ekspertiza cavabdeh tərəfindən sənədlərin və mütəxəssisin vaxtında təyin edilməməsi səbəbindən baş tutmadı. Yəni öz saxta hesablamalarının ekspert tərəfindən ifşa olunacağından ehtiyat edən cavabdeh, mühasibatlıq ekspertizasının işini pozdu. Məhkəmə buna görə cavabdehə heç bir irad bildirmədi və indiki, haqqında apellyasiya şikayəti verilən əsassız, qanunazidd, iş üçün mühüm əhəmiyyət kəsb edən bir sıra məsələlər araşdırmadan ədalətsiz qərar qəbul etdi. İddiaçı 16 may 2022-ci ildə ekspertizanın sürətləndirilməsi barədə yazılı ərizə ilə hakimə müraciət etdi. Bu ərizəyə də hakim əhəmiyyət vermədi və heç bir tədbir görmədi. Belə olan halda cavabdehin sənədləri ekspertizaya təqdini etməsindən yayınması və ekspertizanın keçirilməsinə mane olması qanunvericiliyə əsasən məhkəmə tərəfindən cavabdeh orqanının əleyhinə şərh olunmalı idi. Belə ki, cavabdehin 2021-ci il aprel tarixli etirazında (sonrakı bütün məktublarında) iddiaçının dövlət qulluqçusu kimi 25 il 10 ay 5 gün stajının olduğunu və həmin stajla aylıq pensiya məbləğinin 743.70 manat təşkil etdiyini bildirir. Məhkəmə iclaslarının keçirildiyi 9 ay ərzində iddiaçının stajı cavabdeh tərəfindən bir dəfə də olsun mübahisələndirməyibdir. Məhkəmə iclaslarında iddiaçı məhkəmə çıxışları ilə cavabdehin qeyri-qanuni, normativlərə uyğun olmayan, qondarma hesablamalarını ifşa etdikdən sonra heç bir əsası olmayan bəhanələrlə 8 dekabr 2021-ci il tarixdə dövlət qulluqçusu kimi onun stajının guya 25 il 10 5 gün deyil, 19 il 7 ay 9 gün olduğunu, aylıq pensiya məbləğinin isə 743.70 manat deyil, 746.00 manat təşkil etdiyini cavabdeh israrla bildirir. Yəni dövlət qulluqçusu kimi iddiaçının stajı 6 il 3 ay azalmasına baxmayaraq, aylıq pensiya məbləğini 2.30 manat artmışdır. Yəni pensiyanın aylıq məbləği əslində azalmaq əvəzinə artmışdır. Belə bir hal necə baş verə bilər? Axı dövlət qulluğu stajı 6 il 3 ay azalanda onun pensiyası cavabdehin hesablaması ilə təxminən 19 faiz azalmalı idi, əksinə dövlət qulluğu 6 il 3 ay azalsa da aylıq pensiya məbləği 743.70 manatdan 746.00 manata yüksəlmişdi. Yəni, 2.3 manat artmışdı. Belə bir halın normativlərə və qanunvericiliyə zidd olmasını məhkəməyə bildirsə də, məhkəmə heç bir məntiqə sığmayan cavabdehin əməlini əsaslı qəbul edərək qərarda aylıq pensiya məbləğinin bərpa edilməsinin mümkün olmadığını hesab etmişdir. Cavabdeh sonradan pensiyanın aylıq məbləğini azaltmaq üçün qanunların tələblərini necə təhrif etməyə cəhd edərək çox uğursuz əməllərə əl atır. Dövlət qulluğu stajının 6 il 3 aya qədər azaltması ilə kifayətlənməyərək, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş "2017-ci il iyulun 1dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası"nın tələblərini pozur. Halbuki, dövlət qulluqçusu pensiyaçılarının pensiyalarında illik indeksləşmə aparılmır. Belə bir indeksləşmə yalnız 2023-cü ilin yanvar-fevral ayında aparılması barədə qərar qəbul edilməsi gözlənilir. Qeyd edilən qanun isə artımlar zamanı yalnız qulluq stajına əlavəyə aid edilə bilər. Cavabdeh isə bunu həm ixtisas dərəcəsinə görə əlavəyə, həm də mükafatlar və müvinətlərin bir aya düşən hissəsinə tətbiq edir. Aylıq pensiya məbləğinin azaltmağı qarşısına məqsəd qoyan cavabdeh hər cür qanunazidd hərəkətlərə yol verir. Axı qeyd edilən Qaydalar yalnız qulluq stajına görə əlavəyə aid edilməyi tələb edir. Bundan əlavə həmin Fərman 25 iyun 2018-ci ildə dərc edilibdir. Cavabdeh isə xx.xx.2018-ci il tarixdə pensiyaların yenidən hesablanması zamanı Fərmanın tələblərini tətbiq edibdir. Yəni cavabdeh hələ fərman dərc edilməmiş (4 ay əvvəl) onun tələblərini pensiyanın artırılması zamanı, yəni xx.xx.2018-ci ildən tətbiq etmişdir. Əslində iddiaçı pensiyanı qanunvericiliyin tələb etdiyi məbləğdə almışdır. Cavabdeh isə bütün bu uydurmaları xx.xx.2021-ci il tarixli məktubunda yalnız ona görə edir ki, pensiyanın aylıq məbləği bərpa edilməsin. Cavabdehin bu əsassız uydurmalarını hakim əsas kimi qəbul edərək pensiyanın aylıq məbləğini (864.05 manat) bərpa etməmək barədə qanunazidd qərar qəbul etdi. Pensiya yenidən hesablanarkən cavabdeh qanunun tələbinə də riayət etməmişdir. Bu barədə məhkəmə iclaslarında iddiaçının çoxsaylı şifahi və yazılı müraciətlərinə də hakim münasibət bildirməmişdir. Halbuki, qeyd edilən hal sırf hüquqi məsələdir. Bütün bunların nəticəsində də cavabdeh iddiaçıya xeyli miqadarda zərər vurulmuşdur. Hakim isə bunu da mötəbər sübut hesab etmir. Mötəbər sübutun necə olmasını da hakim izah etmir və ya etmək istəmir. Bundan əlavə, məhkəmə gedişində, eyni zamanda iddia ərizəsində hakim Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndinin tələblərini dəfələrlə xatırlatsa da, heç bir nəticə əldə edə bilməmişdir. Necə ola bilər ki, 2009-cu ildə təyin edilmiş pensiyaya hər dəfə artımlar olan da, əlavələr 80 faizlə, 11 il sonra isə bu artım 63 faizə endirilsin. İddiaçının pensiyasının qanunsuz olaraq dayandırılması, sonradan isə heç bir normativlərə uyğun gəlməyən hesablamalarla pensiyanın aylıq məbləğini 120,35 manat azaltmaları, qanunazidd olaraq guya “artıq” ödəmə kimi iddiaçıdan hər vəchlə ödənilməsi tələb edilən 6705.58 manat vəsaitin məhkəmə qərarı və iddiaçının razılığı olmadan Yasamal rayon İcra və Propasiya şöbəsinə göndərilməsi iddiaçının hüquqlarının pozulması ilə bərabər, ona çox böyük mənəvi sarsıntılar və uzun müddətli izdırablar verməklə, əsəblərini pozmuş, şüuruna mənfi təsir göstərməklə psixoloji reaksiyalara səbəb olmuşdur. Belə ki, işdə olan kardioloqun rəyi və X1 ağır mənəvi psixoloji sarsıntılardan əlavə iddiaçı hər ay əsəb və ürək həkimlərinə çoxsaylı müraciətlər etmişdir. 2022-ci ilin may ayının 23-dən çox böyük mənəvi sarsıntı keçirdi. 7 gün amblator müalicə nəticə vermədiyindən xx.xx.2022- xx.xx.2022-ci il tarixlərində Respublika Diaqnostika Mərkəzində “Digər trazitor serebral işemik həmlələr və onunla bağlı sindromlar”, Esensial (birincili) hipertenziya diaqnozu ilə müalicə alsa da xəstəliyin əlamətləri hələ də qalmaqdadır. Bundan sonra, yəni 31 oktyabrdan 15 noyabr 2022-ci il tarixdə Müharibə veteranları xəstəxanasının nervoloji şöbəsində müalicə olunmuşdur. 2-15 dekabr 2022-ci il tarixdə “EGE Hospital" sağlamlıq mərkəzində, 7-9 dekabrda isə Şəhər Kordiologiya Xəstəxanasında müayinə və müalicə olunmuşdur. Hələ bunlar həkimlərə müraciət etdiyi sənədlərin bir hissəsidir. Bu halları nəzərə almayan məhkəmə mənəvi və maddi zərərin ödənilməsini təmin etməyib və əsassız olaraq qərarda qeyd edilmişdir ki, guya maddi və mənəvi ziyanın dəyməsinə dair mötəbər sübutlar təqdim edilməmişdir. Məhkəmə qeyd olunan halları nəzərə almamış, mühasibatlıq ekspertizası təyin olunması və onun baş tutmamasının səbəbi barədə qərarda bir kəlmə belə qeyd edilməmişdir, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş və nəticədə qanunsuz və əsassız qərar qəbul etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-795/2022 nömrəli 11 oktyabr 2022-ci il tarixli qərarı ilə iddia tələbi cavabdehin “artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” xx.xx.2021-ci il tarixli, **********4 nömrəli qərarının ləğv edilməsi hissəsində təmin edilmiş, iddia qalan hissədə - pensiya məbləğinin bərpa edilməsi, pensiya məbləği bərpa edilənədək ona əksik ödənilmiş pensiya məbləğinin ödənilməsi, maddi və mənəvi ziyanın ödənilməsi hissələrində isə təmin edilməmişdir. Hazırda iddiaçı apellyasiya şikayəti verərək qərarının iddianın təmin olunmayan hissəsində ləğv edilərək, iddia tələbinin həmin hissədə də təmin olunmasını xahiş edir. Baxılan iş üzrə hazırda apellyasiya baxışının predmetini iddiaçının apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin qərarının qanuniliyinin yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AZE seriyalı, ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1945-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-54/2012 saylı, 04 aprel 2012-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı iddia tələbi qismən təmin edilərək, İddiaçı 2009-cu il 03 avqust tarixdə təyin olunmuş pensiyanın yenidən hesablanması, pensiya təyin edilən zaman orta aylıq vəzifə maaşının, dövlət məvacibinə dövlət qulluqçusunun qulluq stajına görə əlavənin və mükafatların düzgün tətbiq edilməməsi nəticəsində keçən dövr ərzində 1750,72 manat məbləğində dəymiş ziyanın, hesablanmış aylıq pensiyanın 6 misli miqdarında birdəfəlik müavinətin fərqi 328,26 manatın alınaraq ona verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial X5 rayon Şöbəsinə həvalə edilmiş, iddia mənəvi ziyanın ödənilməsi hissəsində rədd edilmişdir. İş materiallarında olan cavabdehin “artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” xx.xx.2021-ci il tarixli, **********4 nömrəli qərarının surətindən görünür ki, xx.xx.1945-ci il tarixində anadan olmuş, ünvan 1 ünvanında yaşayan (qeydiyyatda olan) borclu İddiaçı xx.xx.2009- xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ona 6705.58 manat artıq ödənilmiş əmək pensiyası məbləği tələb edilərək 10 gün müddətində Binəqədi rayon, Ziya Bünyadov 43 ünvanında yerləşən tələbkar Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi qərara alınmışdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 08 dekabr 2021-ci il tarixli, **********7 nömrəli “Əmək peniyasının yenidən hesablanması haqqında” məktubun surətindən görünür ki, İddiaçı Dövlət Sosial X5 rayon Şöbəsi tərəfindən 1 may 2007-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilib. Arxiv sənədlərinin araşdırılması zamanı adıçəkilən şəxsə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 4 aprel 2012-ci il tarixli, 2inz(81)-54/2012 nömrəli qərarı aşkar edilərək həmin qərara əsasən onun əmək pensiyası bir daha yenidən hesablanmışdır. Nəticədə 3 avqust 2009-cu il tarixində İddiaçı vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 261.15 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 78.35 manat, ixtisas dərəcəsinə görə əlavəsi 30.00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 65.75 manat olmaqla orta aylıq əmək haqqısı 435.25 manat təşkil etdiyi müəyyən edilmişdir. Bununla əlaqədar İddiaçı əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3cü maddəsinə əsasən 19 il 7 ay 9 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (435.25 manat) 80 faizi – 348.20 manat məbləğində müəyyən edilməli idi. Qeyd olunan aylıq qanunauyğun pensiya məbləğinə görə adıçəkilən şəxsə xx.xx.2009xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 18083.94 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, 17465.71 manat ödənilmişdir. Buna görə də, həmin dövr üzrə ona 618.23 manat əskik pul vəsaiti ödənilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 dekabr 2013-cü il tarixindən İddiaçı vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 372.75 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 111.83 manat, ixtisas dərəcəsinə görə əlavəsi 55.00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 93.75 manat olmaqla orta aylıq əmək haqqısı 633.33 manat təşkil etmişdir. Bununla əlaqədar İddiaçı əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 19 il 7 ay 9 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (633.33 manat) 80 faizi – 506.66 manat məbləğində müəyyən edilməli idi. Qeyd olunan aylıq qanunauyğun pensiya məbləğinə görə adıçəkilən şəxsə xx.xx.2013xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 25839.66 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, 27220.12 manat ödənilmişdir. Buna görə də, həmin dövr üzrə ona 1380.46 manat pul vəsaiti ödənilib. “Əmək pensiyaları haqqında” Qanunun 26.3-cü maddəsinə əsasən 2017-ci ill iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il tarixli 25 iyun 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.3-cü bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əmək haqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə orta aylıq əmək haqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar İddiaçı 19 il 7 ay 9 gün qulluq stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 63.75 faiz təşkil edir. Dövlət quluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən İddiaçı vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 409.25 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 122.78 manat, ixtisas dərəcəsinə görə əlavəsi 55.00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 102.92 manat olmaqla orta aylıq əmək haqqısı 689.95 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda bəhs olunan 2018ci il 25 iyul tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci tarixinədək İddiaçı vaxtilə qulluq keçdiyi vəzifələr üzrə orta aylıq əmək haqqısı (633.33 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqısının (689.95 manat) arasındakı fərq məbləğinin (56.62 manat) 63.75 faizi – 36.10 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyasının (506.66 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 542.76 manat məbləğində müəyyən edilməli idi. Qeyd olunan aylıq qanunauyğun pensiya məbləğinə görə adıçəkilən şəxsə xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində ümumilikdə 9769.68 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, 9810.00 manat ödənilmişdir. Buna görə də, həmin dövr üzrə ona 40.32 manat artıq pul vəsaiti ödənilmişdir. “Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən İddiaçı vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 614.75 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 184.43 manat, ixtisas dərəcəsinə görə əlavəsi 55.00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 154.58 manat olmaqla orta aylıq əmək haqqısı 1008.76 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək İddiaçı vaxtilə qulluq keçdiyi vəzifələr üzrə orta aylıq əmək haqqısı (689.95 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqısının (1008.76 manat) arasındakı fərq məbləğinin (318.81 manat) 63.75 faizi – 203.24 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyasının (542.76 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 746.00 manat müəyyən edilməli idi. Qeyd olunan aylıq qanunauyğun pensiya məbləğinə görə adıçəkilən şəxsə xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 19396.00 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, 21261.80 manat ödənilib. Buna görə də, həmin dövr üzrə ona 1865.80 manat artıq pul vəsaiti ödənilib. Qeyd olunanlara əsasən İddiaçı xx.xx.2009xx.xx.2013-cü il tarixləri arsındakı dövr ərzində 618.23 manat əksik, xx.xx.2013xx.xx.2021-ci il tarixləri arsındakı dövr ərzində 3286.58 manat artıq pul vəsaiti ödənilib. Nəticədə ümumilikdə 2668.35 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilib. Həmin artıq ödənilmiş 2668.35 manat vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə adıçəkilən şəxsin əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığının qısa müddətdə Mərkəzi Filiala təqdim edilməsi xahiş olunmuş, əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi, Mərkəzi Filial tərəfindən cari ilin noyabr ayından etibarən əmək pensiyasının 746.00 manat müəyyən edilməklə müvafiq kart hesabına köçürülməsi bildirilmişdir. İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli əmək pensiyasının hesablanması haqqında məktubunda bildirilmişdir ki, İddiaçı Dövlət Sosial X5 rayon şöbəsi tərəfindən 1 may 2007-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilib. Arxiv sənədlərinin araşdırılması zamanı adıçəkilən şəxsə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 4 aprel 2012-ci il tarixli 2inz(81)-54/2012 nömrəli qərarı aşkar edilərək həmin qərara əsasən onun əmək pensiyası 2021-ci ilin noyabr ayında yenidən hesablanıb. Nəticədə 3 avqust 2009-cu il tarixində İddiaçı vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 261,15 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 78,35 manat, ixtisas dərəcəsinə görə əlavəsi 30,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 65,75 manat olmaqla orta aylıq əmək haqqısı 435,25 manat təşkil etdiyi müəyyən edilmişdir. Bununla əlaqədar İddiaçı əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 19 il 7 ay 9 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (435,25 manat) 80 faizi- 348,20 manat məbləğində müəyyən edilməli idi. Qeyd olunan aylıq qanunauğyun pensiya məbləğinə görə adıçəkilən şəxsə xx.xx.2009-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 18083,94 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, 17465,71 manat ödənilmişdir. Buna görə də həmin dövr üzrə ona 618,23 manat əskik pul vəsaiti ödənilib. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 dekabr 2013-cü il tarixindən İddiaçı vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 372,75 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 111,83 manat, ixtisas dərəcəsinə görə əlavəsi 55,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 93,75 manat olmaqla orta aylıq əmək haqqısı 633,33 manat təşkil etmişdir. Bununla əlaqədar İddiaçı əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 19 il 7 ay 9 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (633,33 manat) 80 faizi-506,66 manat məbləğində müəyyən edilməli idi. Qeyd olunan aylıq qanunauyğun pensiya məbləğinə görə adıçəkilən şəxsə xx.xx.2013-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 25839,66 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, 27220,12 manat ödənilmişdir. Buna görə də həmin dövr üzrə ona 1380,46 manat artıq pul vəsaiti ödənilib. “Əmək pensiyaları haqqında" Qanunun 26.3-cü maddəsinə əsasən 2017ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il tarixli 25 iyun 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası"nın 2.3-cü bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əmək haqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə orta aylıq əmək haqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar İddiaçı 19 il 7 ay 9 gün qulluq stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 63,75 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən İddiaçı vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 409,25 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 122,78 manat, ixtisas dərəcəsinə görə əlavəsi 55,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 102,92 manat olmaqla orta aylıq əmək haqqısı 689,95 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək İddiaçı vaxtilə qulluq keçdiyi vəzifələr üzrə orta aylıq əmək haqqısı (633,33 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqısının (689,95 manat) arasındakı fərq məbləğinin (56,62 manat) 63,75 faizi- 36,10 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyasının (506,66 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 542,76 manat məbləğində müəyyən edilməli idi. Qeyd olunan aylıq qanunauğyun pensiya məbləğinə görə adıçəkilən şəxsə xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində ümumilikdə 9769,68 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, 9810,00 manat ödənilmişdir. Buna görə də həmin dövr üzrə ona 40,32 manat artıq pul vəsaiti ödənilib. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən İddiaçı vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 614,75 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 184,43 manat, ixtisas dərəcəsinə görə əlavəsi 55,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 154,58 manat olmaqla orta aylıq əmək haqqısı 1008,76 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək İddiaçı vaxtilə qulluq keçdiyi vəzifələr üzrə orta aylıq əmək haqqısı (689,95 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqısının (1008,76 manat) arasındakı fərq məbləğinin (318,81 manat) 63,75 faizi-203,24 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyasının (542,76 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 746,00 manat müəyyən edilməli idi. Qeyd olunan aylıq qanunauğyun pensiya məbləğinə görə adıçəkilən şəxsə xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 19396,00 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, 21261,80 manat ödənilib. Buna görə də həmin dövr üzrə ona 1865,80 manat artıq pul vəsaiti ödənilib. Qeyd olunanlara əsasən İddiaçı xx.xx.2009-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində 618,23 manat əskik, xx.xx.2013-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində 3286,58 manat artıq pul vəsaiti ödənilib. Nəticədə ümumilikdə 2668,35 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilib. Həmin artıq ödənilmiş 2668,35 manat vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə adıçəkilən şəxsin əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığını qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi xahiş olunub. Eyni zamanda 1 yanvar 2022-ci il tarixindən hesablanmaqla ona “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi-74,60 manat maddi yardım ödənilir. İş materiallarında olan cavabdeh tərəfindən təqdim edilmiş iddiaçıya məxsus pensiya işinin surətindən müəyyən edilmişdir ki, iddiaçıya 38 il 3 ay 0 gün ümumi, 19 il 7 ay 9 gün dövlət qulluğu stajına görə dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmiş, dövlət qulluğu məvacibi xx.xx.1993-xx.xx.1998-ci illər arasındakı dövr əsas götürülməklə hesablanmışdır. İddiaçıya pensiya hesablanması zamanı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 aprel 2012-ci il tarixli, 2inz(81)-54/2012 saylı qərarında göstərilmiş məhkəmənin hüquqi mövqeyi nəzərə alınmış, iddiaçıya ixtisas dərəcəsinə görə əlavə, qulluq stajına görə əlavə, mükafatlar nəzərə alınmış, iddiaçının əmək pensiyasının məbləği 746.00 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli 9-3/2-711/2023 nömrəli məktubda qeyd olunur: Sizin İddiaçı 1982-1987-ci illərdə Ermənistan SSR Sığorta baş idarəsinin Amasiya rayonu üzrə dövlət sığorta müfəttişliyində iş müddətinin dövlət qulluğunda qulluq stajına daxil edilib-edilməməsi məsələsinə münasibət bildirilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinə ünvanladığınız məktuba baxılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 9-cu hissəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda), habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1-ci və 2-ci bəndlərinə əsasən aparılmışdır. İddiaçı 1982- 1987-ci illərdə Ermənistan SSR Sığorta Baş İdarəsinin Amasya rayonu üzrə dövlət sığorta müfəttişliyində iş müddətilə bağlı bildiririk ki, qeyd edilən Siyahıda Ermənistan SSR-nin nazirlik, dövlət komitələri, baş idarə və idarələri, o cümlədən həmin orqanlarda mövcud olmuş vəzifələr nəzərdə tutulmamışdır. Bununla belə adıçəkilən Siyahının 1.15-ci bəndində (1991-ci il oktyabrın 18-dək olan dövr) Azərbaycan SSR nazirliklərinin aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. Bildiririk ki, Azərbaycan SSR maliyyə naziri tərəfindən 20 mart 1980-ci ildə təsdiqlənmiş Azərbaycan SSR Maliyyə Nazirliyinin mərkəzi aparatının 1980-ci il üçün ştat cədvəlində, 26 fevral 1982-ci ildə təsdiqlənmiş Nazirliyin mərkəzi aparatının 1982-ci il üçün ştat cədvəlində və 29 mart 1983-cü ildə təsdiqlənmiş Nazirliyin mərkəzi aparatının 1983-cü il üçün ştat cədvəlində Azərbaycan SSR Dövlət Sığorta İdarəsi nəzərdə tutulmamışdır. “Azərbaycan SSR Maliyyə Nazirliyinin təşkilati strukturu və fəaliyyətinin yenidən təşkili haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 19 sentyabr 1988-ci il tarixli 325 nömrəli Qərarına Əlavədə həmin Nazirliyin mərkəzi aparatının strukturu müəyyən edilmişdir. Həmin struktura əsasən Azərbaycan SSR Dövlət Sığorta İdarəsi Nazirliyin mərkəzi aparatının strukturunda deyil, yanında fəaliyyət göstərən idarə olmuşdur. Qeyd edilən Siyahının 1.15ci bəndində yalnız Azərbaycan SSR nazirliklərinin aparatında mövcud olan vəzifələrin dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparıldığı, Azərbaycan SSR Dövlət Sığorta İdarəsi və onun yerli bölmələri Maliyyə Nazirliyinin mərkəzi aparatının strukturunda nəzərdə tutulmadığı üçün sözügedən İdarədə iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır. “Əmək pensiyaları haqqında” Qanunun 20.11.3-cü maddəsinə əsasən dövlət qulluğu vəzifəsində 10 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir (xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş 10 mart 2017-ci il tarixli 543- VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə ƏPQ-nun 20.11.3-cü maddəsi ləğv edilmişdir). “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixdən qüvvədə olan redaksiyasına əsasən: - 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; - 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı Dövlət Sosial X5 rayon Şöbəsi tərəfindən 1 may 2007-ci il tarixindən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya əmək pensiyası 25 il 10 ay 5 gün dövlət qulluğu stajına uyğun olaraq hesablanmışdır. Daha sonra isə iddiaçının Ermənistan SSR-də iş müddəti dövlət qulluğu stajına daxil edilmədiyi üçün iddiaçının əmək pensiyası yenidən hesablanarkən dövlət qulluğu stajı 19 il 7 ay 9 gün nəzərə alınmışdır. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən məhkəmə sorğusuna əsasən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli 9-3/2-711/2023 nömrəli məktubdan da görünür ki, Ermənistan SSR Sığorta Baş İdarəsinin Amasya rayonu üzrə dövlət sığorta müfəttişliyində tutduğu vəzifənin uyğunlaşdırılması aparılmış və həmin iş müddətinin dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmalı olmaması qeyd edilmişdir. Bu səbəbdən də iddia tələbi pensiya məbləğinin bərpa edilməsi, pensiya məbləği bərpa edilənədək əksik ödənilmiş pensiya məbləğinin ödənilməsi hissələrində əsassızdır və birinci instansiya məhkəməsi iddia tələbini həmin hissələrdə təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsi barədə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında göstərilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 saylı Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdehin hərəkətləri və ya hərəkətsizliyi nəticəsində ona maddi və mənəvi zərərin vurulduğunu bildirsə də, cavabdehin hərəkətləri və ya hərəkətsizliyi nəticəsində ona maddi və mənəvi zərərin vurulmasını təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilmədi. Göründüyü kimi, hazırki iş üzrə cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçıya zərər dəyməsi sübuta yetirilmir. İddiaçı tərəfindən cavabdehin hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz olması və bu hərəkətlərinin (hərəkətsizliyinin) nəticəsində ona maddi və mənəvi zərərin dəyməsi barədə səbəbli əlaqəni sübut edəcək hər hansı dəlil məhkəməyə təqdim edilməmiş və bu hal məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Ona görə də iddia tələbi cavabdehdən maddi və mənəvi ziyana görə pulun iddiaçının xeyrinə tutulması hissəsində də əsassızdır və birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə də təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Birinci instansiya məhkəməsi iddianı mübahisələndirilən hissədə təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-795/2022 nömrəli 11 oktyabr 2022-ci il tarixli qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1250/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1250/2023
02.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver