Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1250/2024 29.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçınun və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının 15 yanvar 2019-cu il tarixdən hesablanaraq ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9984/2023 saylı, 19 sentyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək yaşa görə əmək pensiyasının xx.xx.2019-cu il tarixdən hesablanıb ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Lakin bu barədə ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etsə də, 13 aprel 2023-cü ildə № 3-17-1/2-M- 8052 saylı məktubla müraciətin təmin edilməsindən imtina edilmişdir. İddiaçı xx.xx.1955-ci ildə Qazaxıstan SSR-in Cambul vilayətində doğulmuş, 1973-cü ildən 1995-ci ilədək Qazaxıstan Respublikasında, 1995-ci ildən 2005- ci ilədək Bakı Nəqliyyat Təmir Tikinti Beton ASC-də mexanik vəzifəsində işləmiş, uzun müddətli əmək stajını nəzərə alaraq xx.xx.2019-cu ildə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Lakin pensiya üçün müraciət edəndə şifahi olaraq bildirilmişdir ki, onun yaşa görə əmək pensiyası almaq hüququ xx.xx.2020-ci ildən yaranır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-1755/2022 saylı qərarına əsasən iddia təmin edilərək iddiaçıya xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvələ edilmişdir. Lakin sonradan məlum olmuşdur ki, yaşa görə əmək pensiyası almaq hüququ xx.xx.2020-ci ildən yox 64 yaşı tamam olduğu, məhz xx.xx.2019-cu ildən yaranır. Buna görə ərizə ilə cavabdehə müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı olan iddiası əsassızdır. Belə ki, iddiaçı xx.xx.2021-ci il tarixdə ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə baxılaraq əlavə olunmuş sənədlərə əsasən onun sosial sığorta stajının qanunla tələb olunan müddətdən (25 il) az olması bildirilərək ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Bundan narazı qalan İddiaçı ona “hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-1755/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(103)- 1618/2022 nömrəli qərarı ilə, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(102)-1977/2022 nömrəli qərarı ilə, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(103)- 1618/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Daha sonra Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən Bakı inzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)- 1755/2022 nömrəli qərarı icra edilərək iddiaçıya xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Hazırda İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdeh inzibati orqana müraciət edərək ona hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17-1/2-M-80523/2023 nömrəli məktubda ona Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-1755/2022 nömrəli qərarına əsasən xx.xx.2020-ci il tarixdən 200 manat məbləğində yaşa görə əmək pensiyasının təyin edildiyi bildirilmişdir. Göründüyü kimi hazırkı iddia ərizəsində qeyd olunan “xx.xx.2019-cu il tarixdən yasa görə əmək pensiyasının təyin edilməsi” tələbinə münasibətdə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur və is üzrə qəbul edilmiş qərarlarda iddiaçının yaşa görə əmək pensiyası hüququnun yarandığı tarixə konkret hüquqi qiymət verilmiş, onun hüququnun yarandığı tarix xx.xx.2020-ci il kimi müəyyən edilmişdir. Buna görə hazırkı hüquqi mübahisənin yenidən inzibati məhkəmə icraatı çərçivəsində araşdırılması mümkün deyildir. Belə ki, iddia tələbi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburi olduğundan inzibati məhkəmə icraatı çərçivəsində həmin qərar ilə müəyyən edilmiş hallara yenidən baxıla bilməz. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9984/2023 saylı, 19 sentyabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı 15 yanvar 2019-cu il tarixdən yaşa görə əmək pensiyasının hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh iddiaya yazılı etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə baxılaraq aşağıdakı məzmunda cavab verilmişdir: “”Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək pensiya yaş həddi kişilər üçün 64 yaş 6 ay müəyyən edilib. Qanunun 6-1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının minimum məbləği xx.xx.2019-cu il tarixindən 200,00 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. Bildiririk ki, Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filial tərəfindən Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-1755/2022 saylı Qərarına əsasən sizə xx.xx.2020-ci il tarixindən 200 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə əsasən yaşa görə əmək pensiyanızın məbləği xx.xx.2021-ci il tarixindən 222,80 manat çatdırılmışdır. Qanunun 6-1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının minimum məbləği xx.xx.2022-ci il tarixindən 240,00 manat məbləğində müəyyən olunur. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyanızın məbləği xx.xx.2022-ci il tarixindən 240,00 manat müəyyən edilmiş, eyni zamanda Qanunun 29.1-ci maddəsinə əsasən 248,16 manata çatdırılmışdır. “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Sərəncamının 1.2-ci bəndinə əsasən xx.xx.2022-ci il tarixinədək pensiya təyin edilmiş əmək pensiyaçılarına (qulluq stajına görə əlavələr alan əmək pensiyaçıları istisna olmaqla) 2022-ci il üzrə 200 (iki yüz) manat məbləğində maddi yardımın bərabər hissələrlə rübdə bir dəfə olmaqla ödənilməsi nəzərdə tutulmuşdur. Qanuna xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyanızın məbləği xx.xx.2023- cü il tarixindən 264,82 manat müəyyən edilmiş və Qanunun 29.1 -ci maddəsinə uyğun olaraq 303,75 manata çatdırılmışdır. Məlumat üçün bildiririk ki, xx.xx.2022-ci il tarixinədək ödənilmiş sosial müavinət nəzərə alınmaqla keçmiş dövr üzrə (xx.xx.2020-ci il tarixindən) hesablanmış fərq məbləği və 2022ci il üzrə 200 (iki yüz) manat məbləğində maddi yardım pensiyanızın üzərinə əlavə edilməklə sizə ödənilməkdədir.” - 2 saylı “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş, AZE seriyalı, ******** №li şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə Qazaxıstanın Cambul vilayətində doğulmuşdur. Azərbaycan Respublikasının vətəndaşıdır. - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1755/2022 saylı 09 fevral 2022-ci il tarixli qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsilə Bakı İnzibati məhkəməsinə müraciət edərək ona yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmiş, iddia təmin edilərək iddiaçı-xx.xx.1955-cı il təvəllüdlü İddiaçı xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(103)-1618/2022 nömrəli qərarından görünür ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1755/2022 saylı 09 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsi xx.xx.2022-ci il tarixli 2-1(102)- 1977/2022 nömrəli qərarı ilə gəlinmiş nəticə ilə razılaşmışdır. - Cavabdeh tərəfindən təqdim edilmiş iddiaçıya məxsus pensiya işinə əlavə edilmiş 18 iyul 2022-ci il tarixli məktubdan görünür ki, iddiaçı 3 saylı DOST Mərkəzinə müraciət edərək ona hüququnun yarandığı 15 yanvar 2019-cu il tarixdən yarandığını nəzərə alaraq həmin tarixdən pensiya təyin edilməsini xahiş etmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının “ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli 3-17-1/1- M-74909/2023 nömrəli qərarından görünür ki, İddiaçı hüququn yaranması tarixi ilə bağlı yenidən hesablanma aparılmış və xx.xx.2020-ci il tarixdən təyin edilmiş yaşa görə əmək pensiyası xx.xx.2023-cü il tarixdən yenidən hesablanaraq əmək pensiyasının məbləği 303,74 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1- dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçı xx.xx.1955-ci il təvəllüdlü olmaqla, pensiyaçıdır, pensiya orqanı tərəfindən 65 yaşdan pensiya təyin olunan şəxsdir. Hazırki iddia tələbi üzrə isə iddiaçı ona hüququnun yarandığı vaxtdan, 15 yanvar 2019-cu il tarixdən, 64 yaşından yaşa görə əmək pensiyasının hesablanaraq ödənilməsini tələb edir. Bununla bağlı müraciəti cavabdeh qurum tərəfindən müvafiq məhkəmə qərarına istinad olunmaqla təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)- 1755/2022 nömrəli qərarına əsasən iddiaçıya xx.xx.2020-ci il tarixdən 200 manat məbləğində yaşa görə əmək pensiyasının təyin edildiyi əsas gətirilmişdir. İddiaçı ona pensiya hüququnun 64 yaşının tamam olduğu 15 yanvar 2019-cu il tarixdən təyin edilməsini xahiş edir və cavabdehin imtinasından narazıdır və beləliklə hazırkı ilə iddia ilə cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə kollegiyası qeyd edir ki, qanuni qüvvəsini almış Bakı inzibati Məhkəməsinin 2- 1(112)-1755/2022 saylı 09 fevral 2022-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixə qədər 25 ildən artıq (xx.xx.1973-cü ildən “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən xx.xx.1992-ci ilədək olan və "xxxx" ASC-nin Dövlət Statistika Komitəsinin dövlət reyestrində qeydiyyata alındığı 1996-cı il tarixindən xx.xx.2005-ci il tarixinədək olan dövrlər nəzərə alınmaqla) stajı mövcuddur. Beləliklə, iddiaçının qanunla tələb edilən iş stajının olması işin mübahisəsiz halıdır. Hazırkı işin mübahisəli halı ondan ibarətdir ki, iddiaçının ona təyin edilmiş əmək pensiyasının hüququ yarandığı tarixdən, yəni 15 yanvar 2019-cu il tarixdən təyin edilməsidir. Cavabdeh iddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyasının iddiaçının hüququnun yarandığı 15 yanvar 2019-cu il tarixdən deyil, 15 yanvar 2020-ci il tarixdən təyin edilməsini mövcud məhkəmə qərarına istinad etməklə əsaslandırmağa çalışır. Bununla bağlı qeyd edilməlidir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublkası Qanunun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası” 5.2-ci bəndinə əsasən, 1 iyul 2018 - 30 iyun 2019-cu illər arasındakı dövr üzrə kişilərin yaşa görə əmək pensiyası təyin edilməsi üçün yaş həddi 64 yaş müəyyən edilmişdir. İddiaçı xx.xx.1955-ci il təvəllüdlü olduğundan onun 64 yaşı xx.xx.2019-cu il tarixdə tamam olmuş, beləliklə də, yaşa görə pensiya hüququ həmin tarixdən yaranmışdır Məhkəmə kollegiyası hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublkası Qanunun 31.1-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 5.2-ci bəndinə istinadən əmək pensiyası hüququnun 64 yaşdan təyin edilməsini tələb etməkdə haqlı olmuşdur. Belə olan halda məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdeh mövcud məhkəmə qərarına istinad etməklə iddiaçının sosial təminat hüququnun məhdudlaşdırılması ilə nəticələnə bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9984/2023 saylı, 19 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9984/2023 saylı, 19 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1250/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1250/2024
29.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver