Məhkəmə qərarları › İş №2-1(103)-1250/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1250/2025

06.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1250/2025 06.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2022-ci il tarixdən - 57 yaşdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X7 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı X2, cavabdehin nümayəndəsi X8 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1766/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin mübahisələndirilməyən halları

1. “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kollecinin xx.xx.2022-ci il tarixli, 570 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, bu arayış verilir İddiaçı ondan ötrü ki, o həqiqətən 1980-ci ildə keçmiş Bakı Politexnik Texnikumunun gündüz (əyani) şöbəsinin “Topoqrafiya” ixtisasına daxil olmuşdur və xx.xx.1984-cü il 116-c saylı əmrə əsasən keçmiş Bakı Politexnik Texnikumunun gündüz (əyani) şöbəsinin “Topoqrafiya” ixtisasını bitirmiş, Dövlət İxtisas Komissiyasının qərarı ilə ona “texnik-topoqraf” ixtisas dərəcəsi və ЖT 017859 nömrəli diplom verilmişdir.

2. İddiaçıya məxsus 47886715 nömrəli hərbi biletin təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.1984-cü ildən xx.xx.1986-cı ilədək müddətli həqiqi hərbi xidmət keçmişdir (02 il 1 ay, 26 gün).

3. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-14-28/2-M-7-33/2023 saylı arxiv arayışında qeyd edilmişdir ki, verilir İddiaçı ondan ötrü ki, o, həqiqətən xx.xx.1983-cü il tarixdən SSRİ Nazirlər Soveti yanında Geodeziya və Kartoqrafiya Baş İdarəsinin 16 saylı müəssisəsinin 322 saylı birləşmiş kompleks ekspedisiyasının 4 saylı partiyasına 3-cü dərəcəli ölçən qəbul edilmişdir. Həmçinin həmin arayışda göstərilənlərə əsasən iddiaçı: xx.xx.1983-cü il tarixdən işdən azad edilmişdir (Əmr № 91-K, xx.xx.1983-cü il); xx.xx.1986-cı il tarixdən SSRİ Nazirlər Soveti yanında Geodeziya və Kartoqrafiya Baş İdarəsinin 16 saylı müəssisəsinin Bakı Geodeziya İdarəsinə çöl işlərinə texniktopoqraf vəzifəsinə qəbul edilmişdir (Əmr № 62-K, xx.xx.1986-cı il) (Əmr № 26-K, xx.xx.1986cı il) SSRİ Nazirlər Soveti yanında Geodeziya və Kartoqrafiya Baş İdarəsinin xx.xx.1986-cı il tarixli, 59 nömrəli əmrinə əsasən xx.xx.1987-ci il tarixdən SSRİ Nazirlər Soveti yanında Geodeziya və Kartoqrafiya Baş İdarəsinin 16 nömrəli müəssisəsi yenidən təşkil olunaraq SSRİ Nazirlər Soveti yanında Geodeziya və Kartoqrafiya Baş İdarəsinin “Azərbaycanaerogeodeziya” Azərbaycan Aerogeodeziya İstehsalat Birliyinə çevrilmişdir; “Azərbaycanaerogeodeziya” İstehsalat Birliyinin xx.xx.1991-ci il tarixli, 310 nömrəli əmrinə əsasən 01.01,1992-ci il tarixdən 322 saylı birləşmiş kompleks ekspedisiyanın, birliyin struktur bölmələri və Bakı Geodeziya İdarəsinin əsasında Bakı Aerogeodeziya Müəssisəsi yaradılmışdır; “Azərbaycanaerogeodeziya” İstehsalat Birliyinin xx.xx.1991ci il tarixli, 311 nömrəli əmrinə əsasən xx.xx.1992-ci il tarixindən 321 saylı birləşmiş kompleks ekspedisiyasının və 323 saylı ekspedisiyanın nəzdnində X4 yaradılmışdır; Azərbaycan Respublikası Prezidentinin xx.xx.1991-ci il tarixli, 525 nömrəli Fərmanına əsasən 01.01,1992-ci il tarixdən “Azərbaycanaerogeodeziya" İstehsalat Birliyi Azərbaycan Respublikası Dövlət Geodeziya və Xəritəçəkmə Komitəsinə çevrilmişdir; xx.xx.1996-cı il tarixdən işdən azad edilmişdir (Əmr № 11-K, xx.xx.1996-cı il) (Əmr №01-K,xx.xx.1996-cı il); Dövlət Geodeziya və Xəritəçəkmə Komitəsinin xx.xx.1996-cı il tarixli, 11 nömrəli əmrinə əsasən xx.xx.1996-cı il tarixdən Bakı Aerogeodeziya Müəssisəsinin və X1 nəzdnində Dövlət Geodeziya və Xəritəçəkmə Komitəsinin "xxxx" İstehsalat Birliyi yaradılmışdır; Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli, 460 nömrəli Fərmanına əsasən Dövlət Torpaq Komitəsi və Dövlət Geodeziya və Xəritəçəkmə Komitəsi ləğv olunaraq onların bazasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi yaradılmışdır; Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xx.xx.2001-ci il tarixli, 78 saylı əmrinə əsasən "xxxx" İstehsalat Birliyinin adı dəyişdirilərək X5 adlandırılmışdır; Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 453 nömrəli Fərmanı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmiş xx.xx.2015-ci il tarixli, 594 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyi yaradılmış və X5 Agentliyin tabeliyinə verilmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2019-cu il tarixli, 29 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan X5 və Bakı Kartoqrafiya Fabriki birləşmə yolu ilə yenidən təşkil edilərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır; Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2022-ci il tarixli, 1670 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Nazirliyin tabeliyində publik hüquqi şəxs statuslu Geodeziya və Kartoqrafiya Agentliyinə çevrilmə yolu ilə yenidən təşkil edilmişdir.

4. Arxiv arayışına əlavə edilmiş iddiaçının 1983-2003-cü illər ərzində işlədiyi çöl günlərinin əks olunduğu cədvələ əsasən iddiaçı: 1987-ci il üzrə noyabr ayında 14 gün, dekabr ayında 26 gün olmaqla cəmi 40 gün; 1992-ci il üzrə oktyabr ayında 3 gün, dekabr ayında 11 gün olmaqla cəmi 14 gün; 1993-cü il üzrə cəmi 212 gün; 1994-cü il üzrə cəmi 118 gün; 1995-ci il üzrə cəmi 245 gün olmaqla ümumilikdə 629 gün çöl işlərində işləmişdir.

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kdastrı və Reyestri” publik hüquqi şəxsi “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən iddaçının ərizəsi əsasında xx.xx.2022-ci il tarixli, **********53 saylı məktub ilə təqdim ediilmiş arayışda qeyd edilmişdir ki, verilir İddiaçı Şıxməmməd oğluna ondan ötrü ki, o həqqətən 1996-2008-ci llərdə ləğv edilmiş Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutunda işləmişdir. Həmin arayışa əsasən iddiaçı: xx.xx.1996-cı il tarixli, 66/k saylı əmrə əsasən xx.xx.1996-cı il tarixdən Geomatika şöbəsinə mühəndis vəzifəsinə qəbul edilmiş; xx.xx.2001-ci il tarixli, 12/İ nömrəli Əmrə əsasən Geomatika şöbəsinin ləğvi ilə əlaqədar olaraq Məmmədəliyev X9 və İctimai ehtiyaclar üçün torpaq sahələrinin ayrılması və topoqrafik planalma şöbəsinə vəzifəsi və əmək haqqı saxlanılmaqla keçirilmiş; xx.xx.2008-ci il tarixli, 01/k saylı əmrə əsasən xx.xx.2008-ci il tarixdən Torpaqayırma və topoplanalma şöbəsinin mühəndisin əmək müqaviləsi (öz təşəbbüsü ilə) ləğv edilmişdir.

6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kdastrı və Reyestri” publik hüquqi şəxsi “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 3-21-3-60/2-M-00xx-xx/2023 saylı məktubu ilə təqdim edilmiş arayışa əsasən İddiaçı Şıxməmməd oğlu həqiqətən 1996-2007-ci il tarixlərində ləğv edilmiş Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitunda mühəndis (topoqraf) vəzifəsində işləmiş və İddiaçı çöl ezamiyyətləri barədə məlumat cədvəl ilə təqdim edilmişdir. Həmin cədvəllərə əsasən iddiaçının işləmiş olduğu faktiki günlər: xx.xx.1996-cı il tarixdən xx.xx.1996-cı il tarixədək cəmi 191 gün; xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixədək cəmi 257 gün; xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək cəmi 191 gün; xx.xx.1991-ci il tarixdən xx.xx.1999-cu il tarixədək cəmi 269 gün; xx.xx.2000-ci il tarixdən xx.xx.2000-ci il tarixədək cəmi 225 gün; xx.xx.2001-ci il tarixdən xx.xx.2001-ci il tarixədək cəmi 172 gün; xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək cəmi 147 gün; xx.xx.2003-cü il tarixdən xx.xx.2003-cü il tarixədək cəmi 155 gün; xx.xx.2004-cü il tarixdən xx.xx.2004-cü il tarixədək cəmi 193 gün; xx.xx.2005-ci il tarixdən xx.xx.2005-ci il tarixədək cəmi 193 gün; xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək cəmi 184 gün; xx.xx.2007-ci il tarixdən xx.xx.2007-ci il tarixədək cəmi 183 gün olmaqla çöl işləri üzrə ümumilikdə 2360 gün təşkil edir.

7. ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçının əmək stajı aşağıdakı kimidir: xx.xx.1983-cü il tarixli, 41-k nömrəli əmrə əsasən xx.xx.1983-cü il tarixdə İstehsalat təcrübəsi keçdiyi müddətdə 3-cü dərəcəli ölçən vəzifəsinə qəbul edilmiş; xx.xx.1983cü il tarixli, 91-k nömrəli əmrə əsasən xx.xx.1983-cü il tarixdə İstehsalat təcrübəsinin müddətinin bitməsi ilə əlaqədar azad edilmiş; xx.xx.1980-ci ildən xx.xx.1984-cü ilə qədər olan müddətdə Politexnik İnstitutda təhsil almış; xx.xx.1984-cü ildən xx.xx.1986cı ilə qədər olan müddətdə Sover Ordusu sıralarında hərbi xidmətdə olmuş; xx.xx.1986-cı il tarixli, 62-k saylı əmrə əsasən xx.xx.1986-cı ildə Gənc mütəxəssislərin şəxsi bölgüsü qaydasında Bakı geodeziya kontorasına çöl işləri üzrə texnik-topoqrafçı vəzifəsinə qəbul edilmiş; xx.xx.1988-ci il tarixli, 45-k saylı əmrə əsasən xx.xx.1988-ci ildə əmək haqqının yeni ödəniş qaydalarına keçidi ilə əlaqədar və attestasiya komissiyasının qərarı ilə 2-ci dərəcəli texnik vəzifəsinə keçirilmiş; xx.xx.1991-ci il tarixli, 310 saylı əmrə əsasən “Azərbaycangeodeziya” SC-də birliyin struktur alt bölmələri və BTK əsasında xx.xx.1992-ci ildə Bakı Aqrogeodeziya Müəssisəsi yaradılmış; xx.xx.1993-cü il tarixli, 146 saylı əmrə əsasən xx.xx.1993-cü ildən 7-ci dərəcəli texnik-topoqraf (Bakı AQM) sayılmış; xx.xx.1994-cü il tarixli, 29-k əmrə əsasən xx.xx.1994-cü il ildən kvalifikasiya komissiyasının qərarı ilə 8-ci dərəcəli texnik-topoqraf vəzifəsinə (BAQP) keçirilmiş; xx.xx.1996-cı il tarixli, 14-k nömrəli əmrə əsasən xx.xx.1996-cı ildən kvalifikasiya komissiyasının qərarı ilə 10-cu dərəcəli mühəndis vəzifəsinə (BAQP) keçirilmiş; xx.xx.1996-cı il tarixli, 11-k saylı əmrə əsasən xx.xx.1996-cı ildən AR Əmək Məcəlləsinin 37-ci maddəsinə əsaəsn öz xahişi ilə azad edilmiş; xx.xx.1996-cı il tarixli, 66-k saylı əmrə əsasən xx.xx.1996-cı il tarixdən Geomexanika şöbəsinə üçüncü dərəcəli mühəndis vəzifəsinə qəbul edilmiş; xx.xx.2001-ci il tarixli, 12/i əmrə əsasən xx.xx.2001-ci ildən dövlət və ictimai ehtiyaclar üçün torpaq sahələrinin ayrılması və topoqrafik planalma şöbəsinə keçirilmiş; xx.xx.2008-ci il tarixli, 01/k nömrəli əmrə əsasən xx.xx.2008-ci il tarixdə AR Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (öz təşəbbüsü ilə) əmək müqaviləsi ləğv edilmiş; xx.xx.2008-ci il tarixli, A710/08-001 nömrəli əmrə əsasən xx.xx.2008-ci il tarixdən AİMROR LTD şirkətinin Azərbaycan Respublikasındakı filialına Topoqraf işinə təyin edilmiş; xx.xx.2016-cı il tarixdən, 53-k saylı əmrə əsasən xx.xx.2016-cı ildə "xxxx" QSC X13 sahəsinin Geologiya və mədən işləri bölməsinin baş topoqraf vəzifəsinə işə qəbul edilmiş; xx.xx.2017-ci il tarixli, 379-k saylı əmrə əsaəsn xx.xx.2017-ci il tarixdə xx.xx.2017- ci il tarixli ştat cədvəlinə əsasən X13 sahəsinin, Geologiya və dağ-mədən işləri bölməsinə baş topoqraf vəzifəsinə keçirilmiş; xx.xx.2010-cu il tarixli, AVRO/10-025 əmrə əsasən xx.xx.2010-cu il tarixdən böyük topoqraf vəzifəsinə keçirilmiş; xx.xx.2016-cı il tarixli, AVRO/10-025 əmrə əsasən xx.xx.2016-cı il tarixdən Azərbacay Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən (işçinin öz təşəbbüsü ilə) tutduğu vəzifəsindən azad edilmişdir.

8. “Azər Gold” qapalı səhmdar cəmiyyətinin xx.xx.2022-ci il tarixli, AG-XO-1815/2022 saylı arayışında qeyd edilmişdir ki, verilir X3 ondan ötrü ki, o, həqqətən xx.xx.2016-cı il tarixindən "xxxx" QSC-də X13 sahəsinin Geologiya və dağ mədən işləri bölməsinin baş topoqrafı vəzifəsində çalışır. Eyni zamanda arayışda X13 sahəsi əmək şəraiti ağır və zərərli olan iş yeri olduğu bildirilmişdir.

9. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-14-28/2-104/2023 saylı arayışına iddiaçının 1986-1992-ci illər üzrə vəzifə maaşının hesablanması üçün nəzərə alınan əmək haqqı, mükafatlar, əlavə ödəmələr daxil olmaqla aylar üzrə məbləğlərin məlumatı cədvəl olaraq əlavə edilmiş və həmin cədvələ əsasən onun 1986-cı ilin yanvar ayından 1992-ci ilin dekabr ayınadək işlədiyi müəyyən edilmişdir.

10. İş materiallarına əlavə edilmiş Bakı Geodeziya Kontorunun xx.xx.1986-cı il tarixli, 16 nömrəli əmri ilə iddiaçının xx.xx.1986-cı il tarixdən çöl işləri üzrə 4 nömrəli çöl partiyasına göndərilərək texnik-topoqraf vəzifəsinə qəbul edildiyi müəyyən edilmişdir.

11. Bakı Geodeziya Kontorunun xx.xx.1986-cı il tarixli, 16 nömrəli əmrində İddiaçı Şıxməmməd oğlunun xx.xx.1986-cı il tarixdən 4 nömrəli partiyadan 5 nömrəli partiyaya keçirildiyi qeyd edilmişdir.

12. Bakı Geodeziya Kontoru “Azərbaycanaerogeodeziya”nın XX.11.1987-ci il tarixli, 61- k nömrəli əmrində Maştağa PQT obyektində işlərin həyata keçirilməsi ilə əlaqədar olaraq xx.xx.1987-ci il tarixdən 2 və 5 nömrəli çöl partiyalarının şəxsi heyətinin çöl təminatının həyata keçirilməsi qərara alınmış və şəxsi heyətin siyahısında İddiaçı Şıxməmməd oğlunun adı qeyd edilmişdir.

13. Bakı Geodeziya Kontoru “Azərbaycanaerogeodeziya”nın xx.xx.1990-cı il tarixli, 47- k nömrəli əmrində xx.xx.1990-cı il tarixli, 40-K saylı əmrə əlavə olaraq 2 saylı partiyanın adları qeyd olunan üzvlərinə çöl təminatına görə nəzərdə tutulan ödənişlərin həyata keçirilməsi qərara alınmış və həmin siyahı da iddiaçının adı qeyd edilmişdir.

14. Azərbaycan Respublikası Geodeziya və Kartoqrafiya Dövlət Komitəsinin xx.xx.1992ci il tarixli, 3-k saylı əmri ilə 3-k nömrəli, xx.xx.1992-ci il tarixli sərəncamı əsasında qeyd olunan struktur bölmələr Bakı AGP-nin tərkibinə daxil edilmiş və həmin struktur bölmələrdə iddiaçının adı 4 nömrəli çöl partiyasının üzvlərinin adları qeyd olunan siyahıda göstərilmişdir.

15. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya Agentliyinin xx.xx.2024-cü il tarixli, 3-14-28/2-053/2024 saylı arayışına əsasən İddiaçı həqiqətən xx.xx.1986-cı il tarixdən xx.xx.1992-ci il tarixədək Bakı Geodeziya kontorunda çol işlərində texnik topoqraf vəzifəsində çalışmışdır.

16. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya Agentliyinin təqdim etdiyi xx.xx.2024-cü il tarixli, 3-14-28/2-079/2024 məktubda vətəndaşa təqdim edilən işlədiyi vəzifələr üzrə arayış əmək kitabçasına, çöl işlərinə görə arayış isə əmək haqqının hesablanması cədvəllərində qeyd edilən müvafiq çöl günləri Ödənişlərinə əsasən tərtib edilmiş, İddiaçı təqdim edilən vəzifələr üzrə arayışdan da göründüyü kimi onun müəssisədə işlədiyi vəzifələrin çöl işləri şəraitinə aid olmasına baxmayaraq, 1986-1992-ci illər üzrə əmək haqqının hesablanması cədvəllərində çöl günləri ödənişləri aşkarlanmamışdır.

17. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-17-1/2-M-144016/2023 nömrəli imtina məktubunda qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğunuz vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Mərkəzi Filiala təqdim edilmiş sənədlərdə qeyd olunan məlumatlara əsasən 1 yanvar 2006-cı il tarixinədək onun güzəştli iş stajı 12 il 6 aydan az (xx.xx.1983-xx.xx.1996-cı il tarixləri arasındakı dövr üzrə 3 il 7 ay 9 gün (çöl stajı)) təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

a) Birinci instansiya məhkəməsində icraat

18. İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci və “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsini rəhbər tutaraq iddiaçının pensiya hüququnun xx.xx.2022-ci il tarixdən, 57 yaşından təyin edilməsi vəzifəsinin cavabdhein üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

19. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1965-ci ildə Quba rayonunda anadan olmuş, xx.xx.1980-xx.xx.1983-cü ildə Bakı Politexnik Texnikumunu əyani şəkildə bitirmiş və topoqraf ixtisası üzrə mütəxəssis kimi XT 017850 №-li diplom almışdır. xx.xx.1983-cü ildə geodeziya və kartoqrafıya baş idarəsinin 322№-li ekspedisiya dəstəsində istehsalat təcrübəsi keçmişdir. xx.xx.1984-cü ildən xx.xx.1986-cı ilədək H3478671№-li hərbi biletdən də göründüyü kimi Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. xx.xx.1986-cı ildən yenidən işlədiyi geoloji kəşfiyyat idarəsinə texnik topoqrof kimi işə bərpa olunmaqla xx.xx.2016-cı ilədək eyni sahədə işləmiş. xx.xx.2016-cı ildən "xxxx" QSC-də həmin vəzifə üzrə əmək əmək fəaliyyətini davam etdirmişdir. xx.xx.2006-cı ilədək Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd edildiyi kimi iş ştajını təsdiq edən əsas sənəd olan əmək kitabçası və “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 67-ci maddəsində deyildiyi kimi əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı ümumi iş stajına daxil edilən dövrlər; hərbi xidmət və təhsil müddətləri ilə birlikdə ümumi iş stajı 25 ildən çoxdur ki, bu müddətin 12 il 6 aydan çoxu Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12№-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən siyahısında" yerüstü geologiya kəşfiyyat işləri sahəsində ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat axtarış, topoqrafıya, geodeziya, geofizika, hidroqrafıya, meşə quruluşu və axtarış işlərində çalışan işçilərə aid 1.3-cü bölməsində nəzərdə tutulmuş işlərdə 1984-2006-cı ilədək 12 il 6 aydan çox güzəştli iş stajı olduğundan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə müvafiq pensiya hüququnun yarandığından sənədlərini cavabdeh orqana təqdim etsə də cavabdeh heç bir normativ sənədə əsaslanmadan onun güzəştli iş stajının tələb olunan 12 il 6 aydan az olduğunu səbəb göstərərək xx.xx.2023-cü il tarixli 3-17-1/2144016/2023 saylı rəsmi cavabla pensiya təyinatından imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır.

20. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, , iddiaçı xx.xx.1965-ci il təvəllüdlü İddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1996-ci tarixədək Geodeziya və kartoqrafiya baş idarəsində çöl işlərində texnik topoqraf kimi işlədiyini iddia edir. İddiaçı Şıxməmməd oğlu cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək, ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin filial tərəfindən bildirilmişdir ki, təqdim edilən sənədlərdə qeyd olunan məlumatlara əsasən, İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bundan sonra, İddiaçı Şıxməmməd oğlu məhkəməyə təqdim etdiyi iddia ərizəsində qeyd etdiyi dövrlərin sosial sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. D.Şıxməmmədov tərəfindən təqdim edilən sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, güzəştli iş stajı 12 il 6 aydan az ((xx.xx.1983- xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində (3 il 7 ay 9 gün) çöl işlərində işlədiyi dövr)) təşkil edir. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi üçün tələb olunan güzəştli sosial sığorta stajı tamamlanmadığına görə, ona yaşa görə pensiyanın təyin edilməsi mümkün olmamışdır.

21. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1766/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı hüququnun yarandığı 57 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına üzərinə qoyulması barədə qərar qəbul edilmişdir.

22. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ b) Apellyasiya şikayətinin dəlilləri

23. Apellyasiya şikayəti iddiaya etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya Agentliyi tərəfindən verilmiş arayışda İddiaçı Şıxməmməd oğlunun işlədiyi çöl iş günləri qeyd edilmişdir. 1986-1992-ci illər üzrə çöl günləri aşkarlanmamışdır. İddiaçının işlədiyi gün aşkarlanmadığından həmin vəzifədə işləməsi istisna edilir. Beləliklə, həmin dövrlərin çöl iş günləri qismində staja daxil edilməsi mümkün deyildir. Məhkəmə yalnız əmək kitabçasını mötəbər sayaraq əsassız qərar qəbul etmişdir. Halbuki, əmək kitabçasındakı məlumatlar müvadfiq sənədlər ilə təsdiqləndikdə etibarlı hesab edilir.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatları

25. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını, cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

26. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

27. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 9.1.-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8-ci maddəsinə əsasən Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.

28. «Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə sosial sığorta stajı: “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən hesablanır.

29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

30. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

31. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

32.Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən) 33.İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 26-29-ui bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. 34.Belə ki, hazırkı işin hallarından görünür ki, İddiaçı Şıxməmməd oğlu cavabdeh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək ona 57 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. 35.Cavabdeh orqan isə müraciəti təmin etməkdən imtina etmiş və bildirmişdir ki, iddiaçının zərərli əmək şəraitində işlədiyini iddia etdiyi dövr 12 il 6 aydan az təşkil etdiyindən güzəştli iş stajı olmadığı üçün ona 57 yaşdan pensiya təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün deyildir.

36. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasına əsasən, onun ümumi iş staajının 25 ildən artıq olduğu sübut olunur.

37. Cavabdeh orqan tərəfindən konkret mübahisələndirilən hal isə iddiaçının güzəştli iş stajı ilə bağlıdır.

38. Bununla bağlı işin apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya Agentliyinə sorğu verilmişdir.

39. xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubunun məzmunu Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-14-28/2-M-7-33/2023 saylı arxiv arayışı ilə eynilik təşkil edir.

40. Həmçinin işdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-14- 28/2-M-7-33/2023 saylı arxiv arayışından görünür ki, iddiaçının işlədiyi texnik-topoqraf peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 1.3-cü yarımbəndinə uyğundur. (Siyahıda: 1.3. Geologiya kəşfiyyat işləri (yerüstü): ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya-geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilər)

41. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya Agentliyi xx.xx.2024-cü il tarixli 3-14-28/2-079/2024 nömrəli arayışında İddiaçı müəssisədə işlədiyi vəzifələrin çöl işləri şəraitinə aid olmasını təsdiq etmişdir.

42. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 320 saylı Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısın”da Dağ- Mədən Bölməsində 2010100b-20591 və 2010100b-20601 şifrə ilə göstərilmiş peşələr 2010100b—20591 geoloqlar, sahə geoloqları; 2010100b—20601 geofiziklərdir. 43.Həmçinin iddiaçının məhkəməyə təqdim etdiyi həm əmək kitabçası, həm də iş yerindən arxiv arayışından göründüyü kimi, iddiaçı 1986, 1996-2007-ci illərdə Bakı Geodeziya İdarəsində (2015-ci ilə qədər DTXK-nin yanında X6 adlandırılmışdır) çöl işlərinə texnik-topoqraf işləyib və həmin peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 1.3-cü yarımbəndinə (ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya-geodeziya, geofizika, hidroqrafiya. meşə quruluşu və axtarış işlərində çalışan işçilər) əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrə aid olmaqla pensiya almaq hüququnu bildirmişdir. Lakin bununla belə iddiaçının 1996-2007-ci illərdə cəmi 2360 çöl iş günü olduğu qeyd edilir.

44. Burada məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, adıçəkilən qərarda sözügedən məsələ ilə bağlı "saat” anlayışının tətbiq edilməsi ümumiyyətlə nəzərdə tutulmamışdır. 45.Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda 1.3-cü yarımbəndinə uyğundur. Bu səbəbdən normativ sənədlə iddiaçıya əvvəllər verilməmiş hüquqlar verildiyindən (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 320 saylı Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısın”da həmin peşələr nəzərdə tutulmamışdır) "fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hallar”ın dairəsinə aid olur. İddiaçının 1986-2007-ci illərdə cəmi 2360 çöl iş günü olmasına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, qanunverici güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısını təsdiq etməklə kifayətlənmiş və işçinin həmin fəaliyyət sahəsi üzrə (konkret halda dağ-mədən işləri) məşğul şəxs kimi çalışdığı ümumi dövrü nəzərə alır. Həmin dövr də xx.xx.1986xx.xx.1996 olan dövrü əhatə etməklə 09 il 11 ay 24 gün təşkil edir. İddiaçının 1996-2007cı ilə kimi də 2360 gün çöl işlərində işləməsi nəzərə alınmaqla həmin müddət 20 ildən artıq olur.

46. Belə olan halda iddiaçıya güzəştli şərtlərlə pensiya təyinatı zamanı "Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinin müddəaları tətbiq edilməli və güzəştli şərtlərlə pensiya təyinatı zamanı pensiya təyin edilən tarixə yalnız iki meyarın mövcudluğu nəzərə alınmalıdır: staj (25 il iş stajı, bu müddətin azı 12 il 6 ayını əmək şəraiti zərərli və ağır olan işlər) və yaş (57 yaş).

47. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı xx.xx.1965-cı il təvəllüdlü olmaqla və 57 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malikdir.

48. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, iddiaçının 1986-cı ildən 2007-ci ilə kimi işlədiyi müəssisədə çöl işlərinə texnik-topoqraf peşəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən peşələrə aid edilməlidir. Bu səbəbdən, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. 49.İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 50.Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1766/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. 51.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1766/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar