Məhkəmə qərarları › İş №2-1(103)-1251/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1251/2025

29.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-1251/2025 29.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X5 və Fərid İlham oğlu Mədətlidən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə (hazırkı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə) qarşı (üçüncü şəxslər Bakı şəhəri Sabunçu rayon İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs, üçüncü şəxs2 və üçüncü şəxs1) “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ###### 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən 1050 kv.m torpaq mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi və özəlləşdirilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu rayonu İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs *** nömrəli ##.##.2005-ci il tarixli qərarına əsasən Bilgəh qəsəbəsi ərazisində Hacı Mail küçəsində yerləşən 1050 kv.m torpaq sahəsi ünvan 1 ünvanında yaşayan İddiaçı mülkiyyətinə verilmiş, torpağın satın alınmasına dair müvafiq qaydada akt tərtib olunmuş və torpağın dəyəri onun tərəfindən bələdiyyənin xüsusi hesabına keçirilmişdir. İddiaçı ayrılmış torpaq sahəsinin eskiz sxemi ##.##.2005-ci il tarixli *** saylı Sabunçu rayonu İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs qərarı ilə təsdiq edilmişdir. İddiaçı qeyd olunan sənədlərə istinad edərək cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan tərəfindən iddia tələbinin təmin olunmasından imtina edilmişdir. Hazırda iddia ərizəsi ilə məhkəməyə müraciət edilərək iddia tələbinin təmin olunaraq Bakı şəhəri Sabunçu rayonu İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs *** nömrəli ##.##.2005-ci il tarixli qərarına əsasən ona ayrılmış Bilgəh qəsəbəsi ərazisində Hacı Mail küçəsində yerləşən 1050 kv.m torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın, texniki pasportun verilməsi və özəlləşdirilməsi haqqında qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş etiraz onunla əsaslandırılmışdır ki, təqdim edilmiş torpaqların alqı-satqısına dair akt Azərbaycan Respublikası Prezidentinin 1997-ci il tarixli, *** nömrəli fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Bundan əlavə sahəyə ayrı-ayrılıqda digər şəxslər tərəfindən (Ələkbərzadə Şəfiqə İsgəndər qızı, üçüncü şəxs2, X18, üçüncü şəxs1) müxtəlif sənədlərlə müraciətlər olmuşdur. Eyni zamanda elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi Nardaran bağ massivinin ərazisidir, bələdiyyə ərazisi olması barədə bazada məlumat aşkar edilməmişdir, dövlət mülkiyyəti torpağıdır. O cümlədən təqdim olunan yerləşmə cizgisində dəqiq istinad və məsafələr olmadığından sənədin göstərilən sahəyə aid olub-olmadığını müəyyənləşdirmək mümkün olmamışdır. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il ## ###### tarixli, *** nömrəli fərmanı ilə təsdiq edilmiş və ## #### 2014-cü ilədək qüvvədə olmuş “Torpaqların alqı-satqısı” qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmənin ##.##.2024 və ##.##.2024-cü il tarixli qərardadları ilə iş üzrə Bakı şəhəri Sabunçu rayon İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs, üçüncü şəxs2 və üçüncü şəxs1 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdirlər. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ###### 2024-cü il tarixli qərarı ilə (hakim L.Musayeva) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırılmışdır ki, iddiaçı Bilgəh qəsəbəsində 1050 kv.m. torpaq sahəsinin ona Sabunçu rayon İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ##.##.2005-ci il tarixli *** saylı qərarı əsasında ayrıldığını iddia etsə də, Dövlət Arxivinin Bakı Filialında və İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs arxivində sözügedən qərarın mövcud olmadığı müəyyən edilmişdir. Həmçinin məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, torpaq sahəsi bağ massivinin ərazisidir. Belə ki, cavabdeh orqan tərəfindən təqdim edilən iddiaçının iddia etdiyi torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələrinə çıxarışların verilməsinə əsas olan sənədlərdən bəlli olur ki, dövlət mülkiyyəti torpağıdır və Nardaran bağ massivinin ərazisidir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun olaraq onunla əsaslandırılmışdır ki, torpağın Nardaran ərazisinə aid olmasının mübahisəyə heç bir aiddiyyəti yoxdur. Məhkəmənin “Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddia tələbinin təmin edilməməsini xahiş etdi.” barədə mövqeyi həqiqətə uyun deyildir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs üçüncü şəxs1 iddia tələbinin təmin edilməməsini xahiş etməmişdir. İddia edilən torpaq sahələri üst-üstə düşmür.“Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən ##.##.2024-cü il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, torpaq sahəsinin faktiki sahəsi 0.105 ha torpaq sahəsinin sərhədləri mişar daşı ilə hasarlanıb. 3 mərtəbəli f/yaşayış evi və həyət tikilisi mövcuddur. Göstərilən torpaq sahəsinin koordinat cədvəli əlavə edilir Torpaq sahəsinin yerləşməsinə aidiyyəti üzrə baxılması məqsədəuyğundur. Kadastr: sahə Nardaran qəsəbəsinin ərazisidir. Faktiki sahə 1050.0 kv.m təşkiledir. Sahəyə 1730188175 nömrə ilə Ələkbərzadə Şəfiqə İsgəndər qızı, 1730178168 nömrə ilə üçüncü şəxs2, 1117051190 nömrə ilə X18, 1117051185 nömrə ilə üçüncü şəxs1 tərəfindən müxtəlif sənədlərlə müraciətlər olmuşdur. Sahə mübahisəli ola bilər. Nardaran bağ massivinin ərazisidir. Qonşu sahələr bağ sahələri ilə qeydiyyatdan keçmişdir.” Göründüyü kimi qonşu sahələrin hamısına çıxarış verilmişdir, belə olan halda qanun qarşısında bərabərlik prinsipi pozulmuşdur. Məhkəmənin mübahisəli ərazini dövlət təyinatlı hesab etməsi qanunauyğun deyildir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxs Bakı şəhəri Sabunçu rayon İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs nümayəndəsinin iştirakını təmin etməmiş, digər 3-cü şəxslər məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdirlər. İddiaçının nümayəndəsi və vəkili elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq iddiaçı İddiaçı, üçüncü şəxs Bakı şəhəri Sabunçu rayon İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs nümayəndəsinin, üçüncü şəxslər üçüncü şəxs2 və üçüncü şəxs1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən üçüncü şəxs üçüncü şəxs1 apelyasiya şikayətinin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmiş, əlavə olaraq izahatında qeyd etmişdir ki, iddiaçı ilə qonşudur, onun torpaq sahəsinə heç bir müraciəti, iddiası yoxdur, birinci instansiya məhkəməsi icraatı zamanı da bunları qeyd etsə də, izahatı düzgün rəsmiləşdirilməmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının pozuntusu ilə qəbul edildiyindən ləğv edilməli, iddia təmin edilməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı subyektiv hüquqa malikdir. Hazırkı iş üzrə iddiaçı cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən imtina verildikdən sonra məhkəmədə iddia qaldırmışdır. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ####### 2010cu il tarixli Qərarında göstərilir ki, «Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir». Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 86-cı maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış, bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri alqısatqı obyekti ola bilər. Bələdiyyə mülkiyyətindəki torpaqların alqı-satqısı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı, şəhərsalma sənədləri əsasında planlaşdırılır və qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələr tərəfindən həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalar, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Həmçinin “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Əsasnamənin 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu təsərrüfat planı, yaşayış məntəqəsinın baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıqplanlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Mövcud yaşayış məhəllərində tikintisi mümkün olan ayrı-ayrı binaların yerləşdirilməsi üçün sahənin seçilməsi də bu bənddə göstərilmiş qaydada həyata keçirilir. Həmin Əsasnamənin 17-ci bəndinə əsasən bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafıq icra hakimiyyəti orqanına göndərir. Həmin Əsasnamənin 18-ci bəndinə əsasən müvafıq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. Həmin Əsasnamənin 19-cu bəndinə görə ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planını (cizgisini) sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin ##.##.2002-ci il tarixli *** nömrəli Fərmanının 2-ci bəndi ilə müəyyən edilmişdir ki, Əsasnamənin 7-ci və 24-cü bəndlərində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri, 17, 18, 19, 21, 22-ci bəndlərində və 26-cı bəndinin ikinci cümləsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət və Xəritəçəkmə Komitəsinin (“DTXK”) yerli qurumları həyata keçirirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas verən sənədlər sırasında qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar da nəzərdə tutulmuşdur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İşin faktiki hallarından görünür ki, Sabunçu Rayon İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ##.##.2005-ci il tarixli *** saylı qərarına əsasən, Bilgəh qəsəbəsi ərazisində Hacı Mail küçəsində yerləşən 1050 kv.m torpaq sahəsi ünvan 2 ünvanda yaşayan İddiaçı ayrılmış, torpağın satın alınmasına dair müvafiq qaydada akt tərtib olunmuş, torpaq sahəsinin sxemi tərtib edilmiş, torpaq sahəsinin dəyəri bələdiyyə büdcəsinə köçürülmüşdür. İddiaçı qeyd olunan hüquqmüəyyənedici sənədə istinad edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Hacı Mail küçəsində yerləşən ümumi sahəsi 1050 kv.m olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh inzibati orqan imtinasında, habelə birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsi bağlı gəldiyi nəticədə o hallara istinad etmişdir ki: - Torpaq sahəsinin alqı-satqısına dair akt Azərbaycan Respublikası Prezidentinin 1997-ci il tarixli, *** nömrəli fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. - Sahəyə ayrı-ayrılıqda digər şəxslər tərəfindən (Ələkbərzadə Şəfiqə İsgəndər qızı, üçüncü şəxs2, X18, üçüncü şəxs1) müxtəlif sənədlərlə müraciətlər olmuşdur. - Elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi Nardaran bağ massivinin ərazisidir, bələdiyyə ərazisi olması barədə bazada məlumat aşkar edilməmişdir, dövlət mülkiyyəti torpağıdır. - Təqdim olunan yerləşmə cizgisində dəqiq istinad və məsafələr olmadığından sənədin göstərilən sahəyə aid olub-olmadığını müəyyənləşdirmək mümkün olmamışdır. - Bilgəh qəsəbəsində 1050 kv.m. torpaq sahəsinin ona Sabunçu rayon İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ##.##.2005-ci il tarixli *** saylı qərarı əsasında ayrıldığını iddia etsə də, Dövlət Arxivinin Bakı Filialında və İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs arxivində sözügedən qərarın mövcud olmadığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı, cavabdeh inzibati orqanın imtinasını və birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsi ilə bağlı gəldiyi nəticəni əsassız hesab edir. Bununla bağlı kollegiya iş materiallarına əlavə edilmiş sənədləri nəzərdən keçirir: - İddiaçının müraciətinə cavabdehin ##.##.2024-cü il tarixli imtina məktubunda qeyd edilmişdir ki, torpaq sahəsinə dair Azərbaycan Respublikası Prezidentinin 1997-ci il ## ###### tarixli, *** nömrəli fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaqların alqı-satqısına dair akt təsdiq edilməmişdir. - Sabunçu Rayon İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ##.##.2005-ci il tarixli *** saylı qərarına əsasən, Bilgəh qəsəbəsi ərazisində Hacı Mail küçəsində yerləşən 1050 kv.m torpaq sahəsi Torpaq Məcəlləsinin 59-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq əvəzi ödənilməklə (alqı-satqı yolu ilə) ünvan 2 ünvanda yaşayan İddiaçı mülkiyyətinə verilməsi qərara alınmışdır. - Torpaqların alqı-satqısına dair akta əsasən, Bakı şəhəri Sabunçu rayon İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs öz ərazisində 1050 kv.m torpaq sahəsinin satılması barədə 2005-ci il ## ##### tarixli *** saylı qərar qəbul edilmiş və İddiaçı tərəfindən Sabunçu rayon İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs bank xəzinəsinə haqq ödənilmişdir. – - Bakı şəhəri Sabunçu rayon İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ##.##.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Bilgəh bələdiyyənin 2000- 2008-ci illərə aid sənədlərin arxiv İdarəsinin ##.##.2009-cü il tarixli akta əsasən oxunması mümkün olmadığına görə məhv edilmişdir. - Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən ##.##.2024-cü il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, torpaq sahəsinin faktiki sahəsi 0.105 ha torpaq sahəsinin sərhədləri mişar daşı ilə hasarlanıb. 3 mərtəbəli f/yaşayış evi və həyət tikilisi mövcuddur. Göstərilən torpaq sahəsinin koordinat cədvəli əlavə edilir Torpaq sahəsinin yerləşməsinə aidiyyəti üzrə baxılması məqsədəuyğundur. Kadastr: sahə Nardaran qəsəbəsinin ərazisidir. Faktiki sahə 1050.0 kv.m təşkil edir. Sahəyə 1730188175 nömrə ilə Ələkbərzadə Şəfiqə İsgəndər qızı, 1730178168 nömrə ilə üçüncü şəxs2, 1117051190 nömrə ilə X18, 1117051185 nömrə ilə üçüncü şəxs1 tərəfindən müxtəlif sənədlərlə müraciətlər olmuşdur. Sahə mübahisəli ola bilər. Nardaran bağ massivinin ərazisidir. Qonşu sahələr bağ sahələri ilə qeydiyyatdan keçmişdir. - Cavabdehin məhkəməyə ünvanlandığı ##.##.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Nardaran qəsəbəsinin ərazisidir. Eyni zamanda sözügedən sahəyə 1730188175 nömrəsi ilə Ələkbərzadə Şəfiqə İsgəndər qızı, 1730178168 nömrəsi ilə üçüncü şəxs2, 1117051190 nömrəsi ilə X18 və 1117051185 nömrəsi ilə üçüncü şəxs1 tərəfindən müxtəlif sənədlərlə müraciətlər olmuşdur. - Dövlət Arxivinin Bakı filialının məhkəməyə ünvanlandığı ##.##.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri Sabunçu rayonu İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs arxiv sənədləri, o cümlədən ##.##.2005-ci il tarixli *** saylı qərarı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Cavabdehin imtina və etirazının birinci dəlilinə münasibətdə kollegiya qeyd edir ki, Sabunçu Rayon İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ##.##.2005-ci il tarixli *** saylı qərarına əsasən, Bilgəh qəsəbəsi ərazisində Hacı Mail küçəsində yerləşən 1050 kv.m torpaq sahəsi ünvan 2 ünvanda yaşayan İddiaçı mülkiyyətinə verilmişdir. Bununla əlaqədar torpaqların alqı-satqısına dair akt tərtib olunmuş, 14280000 (on dörd milyon iki yüz səksən min) manat bələdiyyənin büdcəsinə köçürülmüşdür. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması, Komitə tərəfindən alqı-satqı aktının təsdiq edilməsi bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin Komitə tərəfindən alqısatqı aktının təsdiq edilməməsi maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2021-ci il tarixli qərarında göstərilmişdi ki, inzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il ## ###### tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il ## ###### tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir”. Məhkəmə kollegiyası torpaq sahəsinin ayrılması ilə bağlı həyata keçirilən inzibati icraatın gedişində alqı-satqı aktının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməsi məsələsinə münasibətdə həmçinin qeyd etməyi zəruri hesab edir ki, torpaq sahəsinin mülki qanunvericiliklə nəzərdə tutulmuş məqsədlər üçün maraqlı subyektlərə ayrılması ilə bağlı icra hakimiyyəti orqanlarının və bələdiyyələrin fəaliyyəti publik-hüquqi fəaliyyət sayılır və sahəvi xüsusi qanunvericilik normları ilə yanaşı, həm də “İnzibati icraat haqqında” Qanunla nəzərdə tutulmuş ümumi prosedur qaydalara və prinsiplərə uyğun olaraq həyata keçirilməlidir. Həmin Qanunun tələblərinə görə, torpaq sahəsinin qeyd edilən məqsədlər üçün ayrılması ilə bağlı maraqlı şəxsin səlahiyyətli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə (inzibati orqana) müraciəti əsasında müvafiq inzibati icraat həyata keçirilməli və icraatın yekununda torpaq sahəsinin ayrılması və ya ayrılmasından imtina barədə inzibati akt - qərar qəbul olunmalıdır. İnzibati icraatda obyektiv araşdırma prinsipi hakimdir və həmin prinsipin tələbinə görə icraat zamanı və icraat çərçivəsində torpaq sahəsinin ayrılması ilə bağlı halların tam və hərtərəfli araşdırılması inzibati orqanın xidməti vəzifəsidir. Başqa sözlə, icraat zamanı tələb olunan, o cümlədən qanunvericiliklə nəzərdə tutulmuş müəyyən işlərin görülməsi, müvafiq sorğuların göndərilməsi və rəylərin alınması, razılaşdırmaların həyata keçirilməsi, habelə plan – ölçünün hazırlanması torpaq sahəsinin ayrılması ilə bağlı inzibati icraatın tərkib hissəsi kimi nəzərdən keçirilməli və icraat nəticəsində obyektiv qanunauyğun qərarın qəbulu məqsədlərinə xidmət edən tədbirlər kimi dəyərləndirilməlidir. İctimai maraqlara xidmət edən həmin tədbirlərin görülməsi torpağı ayırmaq səlahiyyətinə malik olan inzibati orqanın xidməti vəzifəsinə və məsuliyyət sferasına aid edilməlidir. Maraqlı şəxsə münasibətdə isə icraat gedişində həyata keçirilmiş həmin tədbirlər deyil, yalnız inzibati icraatın nəticəsində qəbul edilmiş qərar müstəqil xarici hüquqi təsirə malikdir və şəxs üçün hüquqi nəticələr yaradır. İnzibati icraat çərçivəsində qərarın (inzibati aktın) qəbul edilməsinədək tələb olunan razılaşmaların həyata keçirilməməsi, rəylərin alınmaması və s. bu kimi hərəkətlər xarici hüquqi təsir effektinə malik olmadığından inzibati akt hesab olunmurlar və öz təbiətləri etibarilə inzibati icraat nəticəsində qərarın (konkret halda torpağın ayrılması barədə) qəbulunda iştirak xarakteri daşıyırlar. Xarici hüquqi təsir əlaməti belə qərarların inzibati akt kateqoriyasına aid edilməsində həlledici əhəmiyyət daşıyır. Bunun səbəbi onunla bağlıdır ki, inzibati orqanların daxili idarəçiliklə bağlı fəaliyyət sahəsini dövlət-vətəndaş münasibətlərinin yarandığı əsas hüquqlar sahəsindən fərqləndirmək üçün məhz həmin əlamətdən istifadə olunur. Bu baxımdan, inzibati icraatın gedişində qanunvericiliklə nəzərdə tutulmuş müəyyən razılaşdırmalar aparılmadan inzibati orqan tərəfindən torpağın ayrılması barədə qərarın qəbul edilməsi məsuliyyətini və riskini də məhz həmin inzibati orqan daşıyır. Torpaq ayrılması ilə bağlı qərar qəbul edilənədək qanunvericiliyin tələblərinə riayət edilib-edilmədiyinin yoxlanılması və ümumən bu fəaliyyətin həyata keçirilməsi üzərində qanunçuluğa nəzarət inzibati orqanların təşkilati sistemi daxilində mövcud olan nəzarət xarakterli hüquqi mexanizmlər vasitəsilə təmin edilməlidir. “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsinə əsasən inzibati aktın etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyildirsə, inzibati orqan tərəfindən geri çağırılmadığı və ya qanunla müəyyən edilmiş qaydada ləğv edilmədiyi hallarda, maraqlı şəxsə ünvanlanmış həmin qərar formal-hüquqi baxımdan qanunsuz olmasına rəğmən etibarlı sayılmalı və qeydiyyat üçün hüquqi əsas kimi qəbul edilməlidir. Belə yanaşma publik-hüquqi fəaliyyətin həyata keçirilməsi ilə bağlı səlahiyyətlər bölgüsü, etimad hüququnun qorunması və hüquqi təhlükəsizlik prinsiplərinin tələblərinə riayət olunmasına əsaslanır. Hüquqi dövlətdə publik idarəçilik sahəsində nəzərə alınmalı olan prinsiplərdən biri də şəxsin inzibati orqanın fəaliyyətinə - qərar və ya hərəkətlərinə olan etimadın qorunması prinsipidir. İnzibati icraatla bağlı qanunvericilikdə təsbit edilmiş şərtlər daxilində “contra leqem” etimadın qorunması imkanı tanınmalıdır. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, onun qəbul etdiyi inzibati aktı (və ya etdiyi hərəkəti) qanunauyğun və düzgün hesab etmək, onun məzmununa uyğun davranmaq və ona “apriori” etimad göstərmək haqqına malik olmalıdır. Şəxsin mövcud hüquqi vəziyyətə etimad göstərməsi və ona uyğun davranması həmin şəxs üçün neqativ nəticələrə səbəb olmamalıdır. Əksinə, inzibati orqanın qərar və hərəkətləri hüquqi təhlükəsizliyin və sabitliyin təmin olunmasına xidmət etməlidir. Bunun əsasında inzibati orqanın öz fəaliyyətində Konstitusiyaya və qanuna bağlılığı prinsipi dayanır. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, iddiaçıya torpaq sahəsinin ayrılması barədə Sabunçu rayon İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs qərarı qüvvədədir, torpaq sahəsinin ayrıldığı və iddiaçının istifadəsində olduğu müddətdə həmin qərar hər hansı subyekt tərəfindən mübahisələndirilməmiş, həmçinin cavabdeh tərəfindən bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Başqa sözlə, həmin qərar qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. Cavabdehin imtinasının digər dəlillərinə münasibətdə qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi bu yöndə araşdırma aparmamış, ekspertiza keçirilməmiş, mütəxəssis rəyi alınmamışdir. Apellyasiya araşdırması zamanı məhkəmə kollegiyasının qənaətinə görə, mübahisənin ədalətli həlli baxımından işin xüsusatlarına düzgün qiymət verilməsi istiqamətində işin tam, hərtərəfli və obyektiv araşdırılması, həmçinin mübahisəli torpaq sahəsinin sxematik xəritəyə əsasən yerləşmə mövqeyi, koordinatları (sahə sərhədləri), ölçüsü və təyinatının (dövlət və ya bələdiyyə torpağı olub-olmaması), torpaq sahəsinin naturada yeri müəyyən edildikdən sonra başqa şəxslərə məxsus torpaq sahəsi ilə üstüstə düşüb-düşməməsinin müəyyən edilməsi məqsədilə iş üzrə Bakı Apellyasiya Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert qarşısında Bakı şəhəri Sabunçu Rayon İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ##.##.2005-ci il tarixli *** saylı qərarına əsasən, əvəzi ödənilməklə (alqı-satqı yolu ilə) İddiaçı mülkiyyətinə verilmiş Bilgəh qəsəbəsi ərazisində Hacı Mail küçəsində yerləşən 1050 kv.m torpaq sahəsinin koordinatlarının (sahə sərhədlərinin), ölçüsünün, təyinatının, kateqoriyasının, mülkiyyət növünün (dövlət və ya bələdiyyə torpağı olub-olmaması) müəyyən edilməsi, həmin torpaq sahəsinin naturada yeri müəyyən edildikdən sonra başqa şəxslərə məxsus torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi və müəyyən olunacaq yerin başqa şəxsin adına qeydiyyatdan keçib-keçməməsi, torpaq sahəsinin Bakı şəhəri Sabunçu rayon İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ayrılmış torpaqların daxilində yerləşibyerləşməməsi, torpaq sahəsi ayrılan zamanı və (və ya) indi bələdiyyənin inzibati ərazi vahidi daxilində yerləşib-yerləşməməsi, torpaq sahəsinin ətrafında xüsusi mülkiyyət hüququ üzrə başqa şəxslərin adına qeydiyyatdan keçmiş torpaq sahələrinin mövcud olubolmaması, başqa şəxslərin adına qeydiyyatdan keçmiş torpaq sahələrinin bələdiyyə qərarları əsasında qeydiyyatdan keçib-keçməməsi, torpaq sahəsinin Nardaran bağ massivinin ərazisinə aid olub-olmamasının müəyyən edilməsi barədə suallar qoyulmuşdur. Bununla əlaqədar Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən ekspertiza keçirilmiş, müvafiq ekspert rəyi məhkəməyə təqdim olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinin ## ### 2025-ci il tarixli mütəxəssis rəyi əsasında verilmiş ## ###### 2025-ci il tarixli, **/**** nömrəli ekspert rəyində aşağıdakılar müəyyən edilmişdir: Qərardadın birinci-beşinci sualları üzrə Bildiririk ki, göstərilən torpaq sahəsi sənəd üzrə və faktiki olaraq hasardaxili 0.105 ha təşkil edir. Torpaq sahəsi üzərində üçmərtəbəli yaşayış evi və köməkçi tikili mövcuddur. Göstərilən torpaq sahəsinin koordinatlarını əks etdirən sxem rəyə əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən 0.105 ha sahə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla Dövlət mülkiyyəti torpağıdır. Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Son sərhəd məlumatına əsasən Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisidir. Nardaran bağ massivi ərazisinə aiddir (qonşu sahələr bağ sahələri kimi qeydiyyata alınıb). Sözügedən torpaq sahəsinin bazaya əsasən üst-üstə düşmə halı yoxdur. Lakin sahəyə ayrı-ayrılıqda digər şəxslər tərəfindən (Ələkbərzadə Şəfiqə İsgəndər qızı, üçüncü şəxs2, X18, üçüncü şəxs1) müxtəlif sənədlərlə müraciətlər olmuşdur. İstinad və məsafələr olmadığından sənədin göstərilən sahəyə aid olub-olmadığını müəyyənləşdirmək mümkün olmamışdır. Beləliklə, müəyyən edilmişdir ki, iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinin ## ### 2025-ci il tarixli mütəxəssis rəyi əsasında verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2025-ci il tarixli, **/**** nömrəli ekspert rəyi ilə iddiaçı İddiaçı iddia etdiyi Bakı şəhəri Sabunçu Rayon İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ##.##.2005-ci il tarixli *** saylı qərarına əsasən, əvəzi ödənilməklə (alqı-satqı yolu ilə) İddiaçı mülkiyyətinə verilmiş Bilgəh qəsəbəsi ərazisində Hacı Mail küçəsində yerləşən 1050 kv.m torpaq sahəsi Bakı şəhəri Sabunçu rayon İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ayrılmış torpaqların daxilində yerləşibyerləşməməsi, torpaq sahəsi ayrılan zamanı və (və ya) indi bələdiyyənin inzibati ərazi vahidi daxilində yerləşib-yerləşməməsi barədə suallara ətraflı cavab verilməmişdir. Odur ki, mübahisənin ədalətli həlli baxımından işin xüsusatlarına düzgün qiymət verilməsi istiqamətində qeyd edilən ziddiyyətli məqamın aradan qaldırılması məqsədilə ilə iddiaçı İddiaçı iddia etdiyi Bakı şəhəri Sabunçu Rayon İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ##.##.2005-ci il tarixli *** saylı qərarına əsasən, əvəzi ödənilməklə (alqı-satqı yolu ilə) İddiaçı mülkiyyətinə verilmiş Bilgəh qəsəbəsi ərazisində Hacı Mail küçəsində yerləşən 1050 kv.m torpaq sahəsi Bakı şəhəri Sabunçu rayon İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ayrılmış torpaqların daxilində yerləşibyerləşməməsi, torpaq sahəsi ayrılan zamanı və (və ya) indi bələdiyyənin inzibati ərazi vahidi daxilində yerləşib-yerləşməməsinin müəyyən edilməsi məqsədilə Bakı Apellyasiya Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərardadı ilə iş üzrə əlavə ekspertiza təyin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən *-**-**-**/*-****/**** nömrəli ## ##### 2026-cı il tarixli məktubla məhkəməyə təqdim olunmuş **/**** nömrəli ## ##### 2026-cı il tarixli ekspert rəyində qeyd olunmuşdur ki: Azərbaycan Respublikasının Torpaq Məcəlləsini, “Bələdiyyənin Statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsinin 3-cü və 4-cü bəndini, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının ##.##.1999cu il tarixli qanununda qeyd olunanları, “Torpaq islahatı haqqında” qanununun 6-cı və 7ci maddəsində qeyd olunanları, eləcə də “Bələdiyyələrin torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq tələblərini Bakı şəhəri, Sabunçu rayonu, İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs tərəfindən tərtib olunmuş torpaq sahələrinin eskiz cizgisini nəzərə alaraq, iddiaçı İddiaçı faktiki istifadəsində olan Bilgəh qəsəbəsi ərazisində Hacı Mail küçəsində yerləşən 1050 kv.metr torpaq sahəsi, ayrılan zamanı və hal-hazırda Bakı şəhər, Sabunçu rayonu, İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ərazisinin hüdudları daxilində yerləşməklə, İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs mülkiyyətində olduğu müəyyən edilmişdir. Göründüyü kimi eyni İdarə tərəfindən verilmiş hər iki ekspert rəylərində ziddiyyətli məqamlar mövcuddur. Qeyd edilən ziddiyyətlərin aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə məktub ünvanlanaraq hər iki ekspert rəyini - **/**** nömrəli ## ###### 2025-ci il tarixli və **/**** nömrəli ## ##### 2026-cı il tarixli ekspert rəylərini tərtib etmiş ekspert X16 məhkəmə iclasında iştirakının təmin edilməsi xahiş olunmuşdur. Apellyasiya baxışı zamanı videokonfrans (görüntülü zəng) vasitəsilə iclasa qoşulmuş ekspert Teymur Məmmədov ifadəsində bildirmişdir ki, ilk dəfə Bakı Apellyasiya Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərardadı ilə ekspert qarşısında qoyulmuş sualları cavablandırarkən tərəfindən mübahisəli torpaq sahəsinə baxış keçirilməmiş, buna görə də **/**** nömrəli ## ###### 2025-ci il tarixli ekspert rəyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş ## ### 2025-ci il tarixli mütəxəssis rəyi əsasında tərtib olunmuşdur. Lakin Bakı Apellyasiya Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2025ci il tarixli qərardadı ilə iş üzrə təyin edilmiş əlavə ekspertiza zamanı onun tərəfindən əraziyə baxış keçirilmiş, ölçmə işləri aparılmış və həmin mübahisəli torpaq sahəsinin Bilgəh qəsəbəsi ərazisi hüdudları daxilində yerləşdiyi, bələdiyyə mülkiyyəti torpaqlarına aid edildiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası rəyin sübuti əhəmiyyəti ilə bağlı qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə istinadən və Mülki Prosessual Məcəllənin 103cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1); Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır (103.2). Mülki Prosessual Məcəllənin 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. Həmin Qanunun 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin normalarına görə, ekspert rəyi mülki (inzibati) iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcburi olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununun qiymətləndirmək hüququnun olması başa düşülür. Ekspert rəyinin qiymətləndirilməsi ilə əlaqədar ayrı-ayrı məsələlərə aydınlıq gətirilməsi, müəyyən detalların dəqiqləşdirilməsi zərurəti yarandıqda ekspert məhkəmə iclasına dəvət olunaraq dindirilməlidir. Rəy natamam olduğu halda, tədqiqatın tam aparılmadığı aşkar olduqda, həmin natamamlıq ekspertin dindirilməsi yolu ilə aradan qaldırıla bilməz və əlavə ekspertiza təyin edilməlidir. Məhkəmədə ekspert rəyi digər sübutlarlarla müqayisə edilməklə yoxlanılmalıdır. Ekspert rəyi ilə digər sübutlar arasında uyğunsuzluq olduqda bunun səbəbi aydınlaşdırılmalıdır. Məhkəmə öz qətnaməsində və ya başqa aktında ekspert rəyinə verdiyi qiyməti əsaslandırmalıdır. Bu zaman məhkəmənin ekspert rəyini (və ya onu ayrı-ayrı müddəalarını) hansı səbəbdən düzgün hesab etmədiyi, yaxud rəylə tam və ya qismən razılaşdığı inandırıcı surətdə şərh edilməlidir. Məhkəmə kollegiyası **/**** nömrəli ## ##### 2026-cı il tarixli ekspert rəyini məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavab verilməklə tərtib edildiyindən, digər sübutlarla dəstəkləndiyindən iş üzrə mötəbər sübut qismində qiymətləndirir. Cavabdehin “sahəyə ayrı-ayrılıqda başqa şəxslər tərəfindən müraciətlər olması” dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışı zamanı məhkəmə iclas zalına dəvət olunmuş üçüncü şəxs1 izahatında bildirmişdir ki, iddiaçı ilə qonşudur, onun torpaq sahəsinə heç bir iddiası yoxdur, birinci instansiya məhkəməsi icraatı zamanı da dediklərini qeyd etsə də, izahatı düzgün rəsmiləşdirilməmişdir. Göründüyü kimi, mübahisəli torpaq sahəsinin qonşuluğunda olan üçüncü şəxslər tərəfindən iddiaçıya qarşı hər hansı bir iddia yoxdur. Hətta müvafiq olaraq müraciətlərin olması halı isə imtinaya əsas verə bilməz. Birinci instansiya məhkəməsinin Sabunçu rayon İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ##.##.2005-ci il tarixli *** saylı qərarının Dövlət Arxivinin Bakı Filialında və İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs arxivində mövcud olmadığından iddia tələbinin rədd edilməsi barədə gəldiyi qənaətinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş Sabunçu rayonu İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ## ##### 2024cü il tarixli məktubundan aydın olur ki, İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs 2000-2008-ci illərə aid sənədlərin Arxiv İdarəsinin ## ###### 2009-cu il tarixli akta əsasən oxunması mümkün olmadığına görə məhv edilmişdir. ## ###### 2009-cu il tarixli saxlanması mümkün olmayan sənədlərin məhv edilməsi haqqında aktdan görünür ki, güclü yağışların yağması nəticəsində sənədlərin saxlandığı otağı su basmış və Bələdiyyəyə aid müəyyən tipli sənədlər islanmış, yararsız vəziyyətə düşmüşdür. Əsas kimi ## ###### 2008-ci il tarixli Sabunçu rayonu Bilgəh qəsəbəsi üzrə Nümayəndəliyi ilə birgə tərtib edilmiş su basma aktı göstərilmişdir. Göründüyü kimi, inzibati aktın əsli və ona dair digər sənədlər iddiaçı tərəfindən təqdim edilir (qərarın, aktın, yerləşmə sxeminin notarial təsdiq edilmiş surəti iş materiallarına əlavə edilmişdir). Arxivdə həmin aktın bu və ya digər səbəbdən saxlanılmaması iddiaçının məsuliyyət sferasına aid edilə bilməz. Həmçinin, qanunvericilikdə sözügedən hüqumüəyyənedici sənədin arxiv nüsxəsi ilə birlikdə təqdim edilməsinə dair tələb də mövcud deyildir. Bundan əlavə iş materiallarına əlavə olunmuş * saylı Bakı İnzibati-İtiqsadi Məhkəməsinin *-*(**)-***/**** nömrəli ## ###### 2019-cu il tarixli qərarın məzmunundan aydın olur ki, Məlik-X2 eyni hüquqmüəyyənedici sənədlər əsasında cavabdeh inzibati orqana müraciət etmiş, ancaq müraciəti təmin olunmadığı üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş və iddia tələbi təmin olunmuşdur. Beləliklə ekspert rəyindən, həmçinin iş materiallarına əlavə edilmiş sənədlərdən məlum olur ki, cavabdehin göstərilən sahənin dövlət mülkiyyəti torpağı olması, sahənin bələdiyyə ərazisi olması barədə məlumatın aşkar edilməməsi barədə dəlilləri əsassızdır. Məhkəmə kollegiyası qeyd edir ki, bərabərlik meyarı yalnız formal eyniliyi deyil, eyni hallara münasibətdə eyni hüquqi nəticənin tətbiqini tələb edir. Əgər fərqli nəticə müəyyən edilirsə, bu fərqin obyektiv və əsaslı səbəblərlə izah olunması vacibdir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən qəbul edilmiş qərarlarda (o cümlədən, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının X7 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsinə qarşı ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli, X3 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Abşeron Ərazi İdarəsinə qarşı ##.##.2023-cü il tarixli, *-*(***)-***/**** nömrəli, X17 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Sumqayıt Ərazi İdarəsinə qarşı ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli, X8 Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Sumqayıt Ərazi İdarəsinə qarşı ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli, X4 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin * saylı Bakı Ərazi İdarəsinə qarşı ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli və X1 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə qarşı ##.##.2022-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarlarda) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçının üzərində hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi səlahiyyətli orqanın – bələdiyyənin qərarı əsasında ayrılmışdır. Həmin bələdiyyə qərarı mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan həmin inzibati akt hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. İnzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. İddiaçı hazırda da qüvvədə olan və ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərək həmin sənədin məzmununa uyğun davranmışdır. Bununla da iddiaçının inzibati orqanın inzibati praktikasına etimadı yaranmışdır. Son olaraq məhkəmə kollegiyası belə bir nəticəyə gəlir ki, qeyd edilən torpaq sahəsi kateqoriyasına görə yaşayış məntəqələri torpaqlarında yerləşməklə dövlətin müstəsna mülkiyyətində saxlanılan torpaqlara aid edilməsi iş üzrə araşdırmalar zamanı müəyyən edilmədi. Odur ki, həmin torpaq sahəsi “Torpaq islahatı haqqında” Qanunun tələbinə uyğun olaraq bələdiyyə mülkiyyətinə verilmişdir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq inzibati məhkəmə icraatının iştirakçılarına aid edilir. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişə əsasən aparılmış tədqiqatın dəyəri ümumilikdə 350 (50+300) manat təşkil etmişdir. İddia tələbi təmin edildiyindən məhkəmə kollegiyası hesab edir ki, aparılmış tədqiqatın dəyəri qismində 350 manat cavabdehin üzərinə qoyulmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ###### 2024-cü il tarixli qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ##.##.2005-ci il tarixli *** saylı qərarına əsasən, əvəzi ödənilməklə (alqı-satqı yolu ilə) İddiaçı mülkiyyətinə verilmiş Bilgəh qəsəbəsi ərazisində Hacı Mail küçəsində yerləşən 1050 kv.m torpaq sahəsinə iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olaraq 350 (üç yüz əlli) manat cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsindən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: 1700326621 Hesab AZ34CTRE00000000000002088501) köçürülsün. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar