Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1252/2020 11.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Nuriyeva Afaq Bayram qızı, hakimlər Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X22 oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X7, İddiaçının nümayəndəsi və vəkili XN4, Cavabdehin nümayəndəsi X9 iştirakları ilə, X2 cavabdeh Azərbaycan Respublikası Cavabdehnə və üçüncü şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı şəhid statusunun verilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-N(NN2)-603/2020 saylı qərarından cavebdehin nümayəndəsi T.Həsənov tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-N(NN2)-603/2020 saylı qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçının mərhum əri XN0 “şəhid” statusu verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır (hakim E.Əliyev). Həmin qərardan cavebdehin nümayəndəsi T.Həsənov tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: X3 cavabdeh Azərbaycan Respublikası Cavabdehnə və üçüncü şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı XN0 «şəhid» stasunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.20N9-cu il tarixli hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 3cü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçının həyat yoldaşı XN xx.xx.N4-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeçiliyində olan N №-li hərbi hissədə xidməti vəzifəsini yerinə yetirərkən avtomobil qəzası nəticəsində həlak olmuşdur. İmişli rayon VVAQ şöbəsi tərəfindən verilmiş Ölüm haqqında şəhadətnamədə həyat yoldaşının xx xxx N4-cü il tarixdə həlak olması faktı təsdiqini tapır. Lakin şəhadətnamədə ölüm yeri səhvən İmişli rayonu, ölümün səbəbi isə qara ciyərin cırılması, böyrəyin küt travması göstərilir. İddiaçı cavabdeh təşkilata ərizə göndərərək həyat yoldaşına şəhid statusunun verilməsini xahiş etmişdir. Təşkilat xx.xx.20N9-cu il tarixdə ona məktub ünvanlamış və bildirmişdir ki, Müdafiə Nazirliyi Təşkilat-Səfərbərlik İdarəsi tərəfindən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş hərbi qulluqçular barədə göndərilən siyahıda X4 adı qeyd edilmişdir. Onun təkrar müraciətini cavabdeh təşkilat xx.xx.20N9-cu il tarixdə cavablandırmış və bildirmişdir ki, mərhum XN xidməti vəzifə borcunu yerinə yetirərkən xx xxx N4-cü il tarixdə İmişli rayonunda həlak olmuşdur.Həyat yoldaşının xidməti vəzifəsini yerinə yetirərkən həlak olması faktı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti İmişli rayon Şöbəsinin xx.xx.20N9-cu il tarixli məktubunda da təsdiqini tapır. İddiaçının Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ünvanladığı ərizəyə xx.xx.20N9-cu il tarixdə cavab verilmiş və qeyd edilmişdir ki, xidmətin mövcud-uçot sənədlərində və Müdafiə Nazirliyinin Təşkilat Səfərbərlik İdarəsindən Xidmətin aparatına təqdim edilmiş «N7-ci il avqustun 2dək həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla itkin düşmüş zabit və gizirlərin (miçmanların) siahısı»nda X4 xidməti vəzifəsini yerinə yetirərkən avtomobil qəzası nəticəsində həlak olması faktı mövcuddur. Müxtəlif səbəblərdən ölmüş hərbi qulluqçuların adının xx.xx.20N8-ci il tarixli fərmanla nəzərdə tutulmuş birdəfəlik ödəmənin verilməsinə dair ümumi siyahıya əlavə edilməsi mümkün deyildir. İddiaçının ərizələrinə verilmiş olan cavablardan məlum olur ki, döyüş bölgəsində xidmət keçərkən xidməti vəzifəsinə yerinə yetirən vaxt həlak olmuş həyat yoldaşı XN0 «şəhid» statusu verilmədiyindən Azərbaycan Respublikası Prezidentinin xx.xx.20N8-ci il tarixli N №-li Fərmanı ilə müəyyən edilmiş birdəfəlik ödəmə alınması mümkün olmamışdır. Sonuncu olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinə müraciət etmiş, aldığı xx.xx.20N9-cu il tarixli cavabda mərhum həyat yoldaşının həlak olduğu tarixə qədər xidmət etdiyi hərbi hissə komandirinin əmrləri ilə ezamiyyətə göndərilməsi, sonuncu olaraq xx.xx.N4-cü il tarixdə xidməti borcunu yerinə yetirərkən avtomobil qəzası nəticəsində həlak olduğuna görə hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin tərkibindən və bütün növ təminatlardan çıxarılması təsdini tapır. İş üzrə birinci instansiya məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: Cavabdehin nümayəndəsi XN8 apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, məhkəmə xidməti borcunu yerinə yetirərkən xx xxx N4-cü ildə avtomobil qəzasında həlak olmuş N №-li hərbi hissənin sosial siyasi işlər aparatının gənclər arasında iş üzrə təlimatçısı leytenant XN6 şəhid olması qənaətinə gəlmiş və ona “şəhid” statusu verilməsi vəzifəsini cavabdehin üzərinə qoymuşdur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun N-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. XN zabit olmuş, N №-li hərbi hissə komandirinin N №-li əmri ilə xx xxx N4-cü il tarixdən şəxsi heyətin tərkibindən çıxarılmışdır. Əmrdə F.Ə.Abbasovun xx xxx N4-cü ildə avtomobil qəzası nəticəsində həlak olması, hərbi xidnməti borcunu yerinə yetirərkən həlak olması, əmrin verilməsinin əsası kimi ölüm haqqında şəhadətnamə göstərilir. İİİ-ЖГ № 466673 ölüm haqqındakı XN N/V-N4-cü il tarixdə öldüyü, ölümün səbəbinin qara ciyərin cırılması, böyrəyin küt travması, ölümün yerinin İmişli olması göstərilib. Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxx N4-cü il tarixli 05N8 №-li əmri ilə “Hərbi xidmət haağqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq xidməti borcunu yerinə yetirərkən həlak olmuş F.Ə.Abbasov şəxsi heyətin siyahısından çıxarılmışdır. xx xxx N4-cü il tarixdən atəşkəs elan olunmuş, N №-li hərbi hissə döyüş əməliyyatları aparmamışdır. N №-li hərbi hissə komandirinin N №-li xx xxx N4-cü il tarix əmrindən görünür ki, hərbi hissə həmin vaxt Giləzi qəsəbəsində yerləşmişdir. Mərhum F.Ə.Abbasovun ünvanı İmişli rayonu, Əzizbəyov küçəsi ev 45 olmuş və o, həlak olduqdan sonra İmişli qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə qərarında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.20N9-cu il tarixli 9N2-N444 nömrəli arayışına istinad edir. Həmin arayışda F.Ə.Abbasovun müxtəlif vaxtlarda N №-li hərbi hissə komandirinin müvafiq əmrlərilə döyüş əməliyyatları bölgəsinə ezamiyyətə göndərilməsi ilə bağlı məlumatlar vardır. Lakin elə həmin arayışda da qeyd olunur ki, N №-li hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixdən xx.xx.N4-cü il tarixədək olan nizami hissə üzrə əmrlərində leytenant XN6 ezamiyyətə, 7 məzuniyyətə və hospitala göndərilməsi barədə məlumat aşkar olunmamışdır. Məhkəmə leytenant XN6 atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissədə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların - yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmasını müəyyən etməmişdir. Məhkəmə hətta, xx xxx N4-cü ildə Giləzi qəsəbəsində yerləşən hərbi hissənin döyüş şəraitində olmamasını da nəzərə almamışdır. Xidməti vəzifələrin yerinə yetirilməsi zamanı həlak olma o şərtlərlə şəhid adının verilməsinə əsas ola bilər ki, şəxsin xidmət etdiyi hərbi hissə atəşkəs dövründə döyüş şəraitində olsun, həmin şəxs döyüş tapşırığını və ya döyüş təminatı ilə bağlı tapşırığı yerinə yetirsin. Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi XN7 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X2N apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, çıxışında bildirmişdir ki, iddiaçının həyat yoldaşı öz iş yoldaşı ilə birlikdə Qobustanda ölüb və onun iş yoldaşına şəhid statusu verilib. Ölüm yeri ilə bağlı sorğu verilib, lakin sorğuya cavab gəlməyib. Nümayəndə və vəkil apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməsi nəticəsinə gəlir. Belə ki, iş materiallarından görünür ki, notarial qaydada təsdiq edilmiş V-ЖГ seriyalı ******* nömrəli Nikahın bağlanması haqqında Şəhadətnaməyə əsasən İddiaçı XN ilə rəsmi nikah bağlamışlar. İş materiallarından görünür ki, notarial qaydada təsdiq edilmiş İİİ-ЖГ seriyalı 466673 nömrəli Ölüm haqqında Şəhadətnamənin surətinə əsasən XN xx.xx.N4-cü il tarixdə “Qara ciyərin cırılması, böyrəyin küt travması” səbəbi ilə ölmüşdür. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.20N9-cu il tarixli 9N2- N444 nömrəli Arayışından görünür ki, N №-li hərbi hissə komandirinin xx xxxx N2-ci il tarixli N №-li əmrində (əsas: §-N, səh-2, sıra-N7, əmrdə atasının adı yazılmamışdır) həqiqi həərbi xidmət keçmək üçün gəlmiş Fəxrəddin Abbasovun hərbi hissənin siyahısına, bütün növ təminatlara salınaraq gənc əsgərlərin işləri üzrə təlimatçı vəzifəsinə təyin olunması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx xxxxxxxx N3-cü il tarixli 87 №-li əmrində (əsas: §-N, səh-27, sıra-2, əmrdə atasının adı fərqli xətlə, fərqli rəngli diyirçəkli qələmlə sonradan yazılmışdır, hərbi rütbəsi “baş leytenant” yazılmışdır) baş leytenant X8 Ağcabədi-Füzuli döyüş əməliyyatları bölgəsinə ezamiyyətə göndərilərək qazan təminatından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx xxxxxxxx N3-cü il tarixli N00 Ne-li əmrilə (əsas: §-2, səh-37, sıra-4, əmrdə hərbi rütbəsi “leytenant" yazılmışdır) leytenant X8 Ağcabədidən, döyüş əməliyyatları bölgəsindən, ezamiyyətdən qayıtmış hesab edilərək qazan təminatına qoyulmuşdur. N №-li hərbi hissə komandirinin xx xxxxxx N4-cü il tarixli 3 №-li əmrilə (əsas: §-2, səh-3, sıra-2, əmrdə hərbi rütbəsi “leytenant” yazılmışdır) leytenant X5-Ağcabədi döyüş zonasına ezamiyyətə göndərilmişdir. N №-li hərbi hissə komandirinin xx xxxxxx N4-cü il tarixli N №-li əmrilə (əsas: §-N, səh-26, sıra-N97, əmrdə hərbi rütbəsi “ baş leytenant” yazılmışdır) baş leytenant X5-Füzuli rayonları, döyüş əməliyyatları bölgəsindən, ezamiyyətdən qayıtmış hesab edilmişdir. N №-li hərbi hissə komandirinin xx xxxxxx N4-cü il tarixli 32 №-li əmrilə (əsas: §-8, səh-45, sıra-6) leytenant XN0 fevral N4-cü ildə ərzaq payı əvəzinə pul konpensasiyası ödənilmişdir. N №-li hərbi hissə komandirinin xx xxxx N4- cü il tarixli 58 №-li əmrilə (əsas: §-6, səh-25, sıra-9) leytenant XN0 mart ayının ərzaq payı əvəzinə pul konpensasiyası ödənilmişdir. N №-li hərbi hissə komandirinin xx xxxxx N4-cü il tarixli 84 №-li əmrilə (əsas: §-2, sıra-8) leytenant XN0 aprel ayının ərzaq payı əvəzinə pul kompensasiyası ödənilmişdir. Həqiqi hərbi xidmətdə olan. xx.xx.N963-cü il təvəllüdlü, gənc əsgərlərin işləri üzrə təlimatçı vəzifəsində xidmət edən, leytenant XN hərbi xidməti borcunu yerinə yetirərkən xx xxx N4-cü il tarixində avtomobil qəzası nəticəsində həlak olduğuna görə N №-li hərbi hissə komandirinin xx xxx N4-cü il tarixli N №-li əmrilə (əsas: §-N, sıra-2, ölüm haqqında şəhadətnamə) şəxsi heyətin tərkibindən və bütün növ təminatlardan çıxarılmışdır. xx.xx.N4-cü il tarixində imişli şəhər qəbirstanlığında dəfn olunmuşdur. Qeyd edilmişdir ki, N №-li hərbi hissə komandirinin 0N 03.N4-cü il tarixdən xx.xx.N4-cü il tarixədək olan nizami hissə üzrə əmrlərində leytenant X8 ezamiyyətə, məzuniyyətə və hospitala göndərilməsi barədə məlumat aşkar olunmamışdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən xx.xx.20N9-cu il tarixli 9/2-2N №-li və xx.xx.20N9-cu il tarixli 9/2-4388 №-li məktublarla XN barəsində Hüquq idarəsinə cavab göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin xx.xx.20N9-cu il tarixli N62 nömrəli Arayışda bildirilmişdir ki, iddiaçının əri, mərhum N963-cü il təvəllüdlü XN xx.xx.N2-ci il tarixdən xx.xx.N4-cü il tarixədək N nömrəli hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir və xx.xx.N4cü il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuşdur. Əsas: ehtiyatda olan zabitlərin şəxsi işlərinin qeydiyyatı kitabı səh.85,s/sN465.” İş materiallarından görünür ki, İddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmişdir və imtina məktubunda göstərmişdir ki, mərhum həyat yoldaşı XN xidməti vəzifə borcunu yerinə yetirərkən xx xxx N4-cü il tarixdə avtomobil qəzası nəticəsində İmişli rayonunda həlak olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx N4-cü il tarixli N0 nömrəli Qərarı ilə təsdiq olunmuş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2009- cu ii tarixli N07 nömrəli Qərarına əsasən dəyişikliklər və əlavələrlə) N.2.6-cı bəndinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Mərhum həyat yoldaşınız X8 ölüm şəraitinin müəyyən etmək üçün tərəfimizdən müvafiq araşdırma aparılmış və müxtəlif Dövlət orqanlarına sorğular verilərək cavablar alınmışdır. Buna baxmayaraq, həmin sənədlər F.Ə.Abbasovun ölüm şəraitini müəyyənləşdirmək üçün kifayət deyildir. X4 ölüm faktının onun döyüş tapşırığını və ya döyüş təminatı ilə bağlı tapşırıqları yerinə yetirməsi ilə əlaqədar baş verməsini müəyyən etmək mümkün olmadığından, ona “Şəhid” statusunun verilməsi ilə bağlı qərar qəbul etmək mümkün deyildir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N4-cü il N yanvar tarixli N0 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın N-ci bəndinə əsasən şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Həmin Qaydaların N.2.6-cı bəndinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Həmin Qaydaların 4.N-ci bəndinə əsasən şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının N4-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin N6 saylı əlavəsinin N.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “«Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun N-ci maddəsinə dair” xx xxxxxx 2008-ci il tarixli qərarına görə, Silahlı Qüvvələri formalaşdıran hərbi qulluqçuların hərbi vəzifələri «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının xx xxxxxx NN-ci il tarixli Qanununda əksini tapmışdır. Həmin Qanunun 4-cü maddəsinin 2-ci bəndinə əsasən, o cümlədən hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda döyüş əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Qanunun N-ci maddəsində verilmiş şəhid adının anlayışına görə şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Göründüyü kimi, «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Qanunun N-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. Birinci instansiya məhkəməsi həmçinin Konstitusiya Məhkəməsinin Plenumunun qərarına istinad edərək qeyd etmişdir ki, həmin qərarla kimlərin şəhid hesab edilməsi anlayışının əhatə dairəsini genişləndirərək, yalnız döyüşdə həlak olan hərbi qulluqçuların deyil, həm də atəşkəs şəraitində, döyüş tapşırığının yerinə yetirilməsi ilə əlaqədar öz xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuş hərbi qulluqçuların da şəhid hesab edilməsini təsdiq etmişdir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun qərarında qeyd edilənlərə əsasən Könül Süleyman qızı Vəliyevə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı şəhid statusunun verilməsinə dair xüsusi iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı göstərmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərkibində olan Gədəbəy rayonunda yerləşən hərbi hissədə hərbi xidmətini yerinə yetirən əri X20 xx xxxxxx 2006-cı ildə, hərbi hissənin düşmənlə üzbəüz olan postu ilə kəsilmiş rabitə əlaqəsinin bərpasına dair komandirdən verilmiş göstərişi icra edərkən qəflətən dağdan qopan qar uçqunu altında qalıb həlak olmuşdur. Birinci instansiya məhkəməsinin qənaətinə görə eyniliklə, iddiaçının əri xx.xx.N4-cü il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuşdur. Belə ki, həm Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Arxiv arayışında, həm də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon Şöbəsinin Arayışında qeyd edilir ki, XN xx.xx.N4-cü il tarixində xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuşdur. İddiaçının ərinin xx.xx.N4-cü il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən həlak olması işin mübahisələndirilməyən halıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda adı çəkilən qanunvericiliyi düzgün tətbiq etsə də, tətbiq etdiyi qanunları səhv təfsir etmişdir. Belə ki, yuxarıda adı çəkilən qanunvericiliyinin tələblərinə görə xidməti vəzifələrini yerinə yetirilməsi zamanı həlak olma o şərtlərlə şəhid adının verilməsinə əsas ola bilər ki, şəxsin xidmət etdiyi hərbi hissə atəşkəs dövründə döyüş şəraitində olsun, həmin şəxs döyüş tapşırığını və ya döyüş təminatı ilə bağlı tapşırığı yerinə yetirsin. İşin araşdırılmış halları ilə müəyyən edilir ki, XN zabit olmuş, xx.xx.N4-cü il tarixdən atəşkəs elan olunmuş, N №-li hərbi hissə döyüş əməliyyatları aparmamışdır. N №-li hərbi hissə komandirinin N №-li xx.xx.N4-cü il tarixli əmrindən görünür ki, hərbi hissə həmin vaxt Giləzi qəsəbəsində yerləşmişdir. N №-li hərbi hissə komandirinin N №-li əmri ilə xx.xx.N4cü il tarixdən şəxsi heyətin tərkibindən çıxarılmışdır. Əmrdə F.Ə.Abbasovun xx.xx.N4-cü ildə avtomobil qəzası nəticəsində həlak olması, hərbi xidməti borcunu yerinə yetirərkən həlak olması, əmrin verilməsinin əsası kimi ölüm haqqında şəhadətnamə göstərilmişdir. XN xx.xx.N4-cü il tarixdə öldüyü, ölümün səbəbinin qara ciyərin cırılması, böyrəyin küt travması, ölümün yerinin İmişli olması göstərilib. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx xxxx N4-cü il tarixli 05N8 №-li əmri ilə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq xidməti borcunu yerinə yetirərkən həlak olmuş F.Ə.Abbasov şəxsi heyətin siyahısından çıxarılmışdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.20N9-cu il tarixli 9N2-N444 nömrəli arayışında F.Ə.Abbasovun müxtəlif vaxtlarda N №-li hərbi hissə komandirinin müvafiq əmrlərilə döyüş əməliyyatları bölgəsinə ezamiyyətə göndərilməsi ilə bağlı məlumatlarla yanaşı göstərilmişdir ki, N №-li hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixdən xx.xx.N4-cü il tarixədək olan nizami hissə üzrə əmrlərində leytenant XN6 ezamiyyətə, məzuniyyətə və hospitala göndərilməsi barədə məlumat aşkar olunmamışdır. Beləlilklə, leytenant XN6 atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissədə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların - yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmasını müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavebdehin nümayəndəsi T.Həsənovun apellyasiya şikayətində göstərilən birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olmasına istinad olunan dəlilləri ilə razılaşır və yekunda belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-N(NN2)-603/2020 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94, 99-cu maddələrini rəhbər tutaraq qərara aldı: Cavebdehin nümayəndəsi T.Həsənov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-N(NN2)-603/2020 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. X2 cavabdeh Azərbaycan Respublikası Cavabdehnə və üçüncü şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı şəhid statusunun verilməsi barədə iddia tələbi təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (AZ N025, Bakı şəhəri, Yusif Səfərov küçəsi N4, NN93-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-1252/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1252/2020
11.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver