Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1252/2021 27.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X7 Hüseynin sədrliyi və məruzəsi ilə, Afaq Bayram qızı Nuriyeva və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçı, vəkili X2 və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üzrə ödənilməmiş məbləğin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2-1(112)-4418/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üzrə ödənilməmiş məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona (iddiaçıya) 50 yaşdan, yəni 2 dekabr 2012-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və məhkəmə qərarı qüvvəyə minənədək yığılan pensiya ödənişini orta aylıq əmək haqqı ilə hesablanaraq birdəfəlik qaydada ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəf məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə təqdim etmiş və iddianın «iddiaçıya 51 yaş 6 aydan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yığılan pensiya ödənişini orta aylıq əmək haqqı ilə hesablanaraq birdəfəlik qaydada ödənilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qismən, yəni «iddiaçıya 51 yaş yarımdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yığılan pensiya ödənişinin müraciət olunduğu vaxtdan son üç illik dövr üzrə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul etmiş, iddianın dəyişdirilməsinin qalan hissədə qəbulundan imtina etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2 dekabr 1962-ci il tarixdə doğulmuşdur, güzəştli şərtlərlə pensiya təyinatı ilə əlaqədar DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə rəsmən müraciət etmişdir. Müraciətdə qanunvericiliyə əsasən onun sığorta iş staji və sağlamlıq üçün təhlükəli olan zərərli işdə çalışmağı ilə əlaqədər güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi xahiş olunmuşdur. DSMF Xüsusi Şətlərlə Təyinat İdarəsi 19 mart 2020-ci il tarixli məktubla məsələnin həllindən imtina etmişdir. Həmin məktubda göstərilmişdir ki, təqdim edilən sənədlərə əsasən 1 yanvar 2006-cı il tarixinədək ümümi iş stajı 25 ildən az təşkil etdiyindən, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyil. DSMF Xüsusi Şətlərlə Təyinat İdarəsinə onun ümümi iş stajını və zərərli işdəki stajını təsdiq edən və güzəştli şərtlərlə yaşa gorə pensiya hüququnun olduğunu sübut edən sənədlər təqdim olunmuşdur. Belə ki, işlədiyi "xxxx" QSC-nin X11 Donanmasının 24 yanvar 2020-ci il tarixli arxiv arayişında onun tutuduğu vəzifələr, çalışdığı peşə və gün göstərilən tarixlərdən onun ümümi və zərərli işdə çalışdığı iş stajı göstərilmişdir. Həmin arayışda qeyd olunub ki, onun 1 yanvar 2006-cı il tarixədək 21 il, 11 ay 26 gün güzəştli şərtlərlə əmək stajı vardır, iş stajından əlavə olaraq iş stajı kimi hesablanan 2 il 18 gün hərbi xidmətdə olmuş və 2 il, 10 ay 16 gün işlədiyi peşə üzrə təhsil almiş, ümümilikdə 26 il 11 ay ümümi iş stajı vardır. 1 oktyabr 1956-cı il tarixdə qanuni qüvvəyə minmiş və 23 sentyabr 1992-ci il tarixədək qüvvədə olmuş «Dövlət Təminatı haqqında» SSRİ qanununun 1-ci maddəsinin “V” bəndinə görə ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar əmək pensiyası almaq hüququna malikdir. Həmin Qanunun 109-cu maddəsinin “İ” yanmbəndində qeyd olunur ki, ali, orta ixtisas, texniki peşə məktəblərin bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli «Vətəndaşların pensiya təminatı haqqında» Qanununun 67-ci maddəsinin “g” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Həmin arayışa və əmək kitabçasına əsasən onun (iddiaçının) 1 yanvar 2006-cı il tarixədək onun AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarın ilə təsdiq edilmiş 1 nömrəli Siyahıda qeyd olunan “XXİİİ. Ümumi peşələr” bölməsində "12100000—19905” və “12100000—19906” kodla göstərilən peşələrə uyğun olaraq ağır və zərərli işdə işlədiyinə görə “elektrik qaynaqçı” kimi 21 il, 11 ay, 26 gün iş stajı vardır. Yuxarıda qeyd olunan sənədlər DSMF Xüsusi Şətlərlə Təyinat İdarəsinə təqdim etdilsə də, öz imtina məktubunda əsassız olaraq «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “b” bəndinə istinad edərək və AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahinı əsas tutaraq qeyd olunur ki, onun 1 yanvar 2006-cı tarixədək 25 il ümümi iş stajı toplanmır. Görünür ki, DSMF Xüsusi Şətlərlə Təyinat İdarəsinin əmədaşları ümumiyyətlə onun sənədlərinmə baxmamışdır. «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanunun 13-cü maddəsinin “a” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin AR Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli Siyahısı üzrə kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa güzəştli şərtlərlə pensiya təyin olunmalıdır. Bundan əlavə olaraq, AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarında onun çalışdığı vəzifə 1 nömrəli siyahıda “XXİİİ. Ümumi peşələr” bəndində “12100000 – 19905” və “12100000 – 19906” nömrə ilə qeyd olunmuşdur və çalışdığı peşə vəzifəsinə uyğun olaraq 50 yaşına çatdığı halda azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışdığına görə pensiya təyin olunmalıdır. Bir daha qeyd olunmalıdır ki, onun 26 il 11 ay ümümi iş stajı vardır, həmin stajın 21 il, 11 ay, 26 günü “elektrik qaynaqçı” olaraq çalışmışdır. «Əmək pensiyaları haqqında» AR Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunanlara əsasən ona 2 dekabr 2012- ci il tarixdən, 50 yaşından güzəştli şərtlərlə pensiya təyin olunmalıdır. DSMF qurumunun qəbul etdiyi qərar əsasız və qanunsuzdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazında göstərilmişdir ki, «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanunu İddiaçı münasibətdə tətbiq edilə bilməz. Belə ki, «Əmək pensiyaları haqqında» AR Qanununun 9.8-ci maddəsinə görə bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Göründüyü kimi, «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun iddiaçıya şamil edilməsi üçün onun 1 yanvar 2006-ci il tarixinədək (yəni «Əmək pensiyaları haqqında» AR Qanunu qüvvəyə minənədək) güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır: 1 - iddiaçının qanunla tələb edilən pensiya yaşma çatması, 2 iddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması, 3 - iddiaçının işlədiyi peşənin AR Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş siyahıda göstərilməsi. Hazırki iş üzrə 2 və 3-cü şərtlərə əməl edilməmişdir. «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “a” bəndinə görə istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin AR Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə əmək şəraiti zərərli və ağır olan digər islərdə çalışan kişilər 52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmir işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Ümumiyyətlə, iddiaçının işləmiş olduğu peşələrin güzəştli olub-olmaması ilə bağlı "xxxx" QSC X11 Donanması tərəfindən 12 noyabr 2019-cu il tarixli və 24 yanvar 2020-ci il tarixli iki arxiv aravısı təqdim edilmişdir. Bu arxiv arayışları arasında ziddiyyətli məqamlar ondan ibarətdir ki, onlarda AR Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahı Nazirlər Kabinetinin müvafiq qərarının fərqli bölmələrinə istinad edilmişdir. Lakin hər iki arxiv arayışından da görünür ki, iddiaçının işləmiş olduğu peşələr AR Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahıda mövcud deyildir. İddiaçının güzəştli staj illəri 10 ildən azdır. Belə olan halda, ona münasibətdə «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanunu tətbiq edilə bilməz. Göründüyü kimi, «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun qüvvədə olduğu dövrdə iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malik olmamışdır. Başqa sözlə, tələb edilən güzəştli iş stajı olan 10 ili tamamlamamışdır. Bu mənada, «Əmək pensiyaları haqqında» AR Qanununun 9.8-ci maddəsinə əsasən «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun müddəalarının iddiaçıya münasibətdə tətbiqi mümkün deyildir. AR Ali Məhkəməsinin X1 işi üzrə qəbul etdiyi 30 aprel 2019-cu il tarixli 2-1(102)-283/2019 saylı qərarından çıxarış: “Apellyasiya instansiya məhkəməsi qərarında belə hesab edir ki, əgər AR Nazirlər Kabinetinin yuxarıda qeyd edilən qərarı ilə təsdiq edilmiş siyahının bir hissəsində peşənin zərərli olması hər hansı yerdə bir dəfə də olsa müəyyən edilmişsə, onda həmin peşə iş şəraiti nəzərə alınmadan həmişə zərərli hesab edilməli və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsas olmalıdır. Məhkəmə hesab edir ki, bu yanlış fikirdir. Siyahıda göstərilən eyni peşənin sahibi quruda və ya dənizdə, yerin altında və ya üstündə, habelə, qısamüddətli və ya uzunmüddətli və sair fərqli işlərdə çalışarsa, həmin şəraitdən asılı olaraq onun işi zərərli və zərərsiz hesab oluna bilər ”. Göründüyü kimi, AR Ali Məhkəməsinin bu cür işlərlə bağlı mövqeyi ondan ibarətdir ki. hər hansı peşə adlarını Siyahı ilə müəyyən edilmiş peşə adlarına özbaşına şəkildə uyğunlaşdırmaq olmaz. Və ya uyğunlaşdırma üçün peşələrin xarakterinin əsas gətirilməsi kifayət deyildir. Yalnız İddiaçının əmək kitabçasında qeyd edilmiş konkret peşə adının Siyahıda açıq şəkildə göstərilməsi güzəştli şərtlərlə pensiya hüququnun əldə edilməsi üçün əsas ola bilər. Bu səbəbdən də, qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur. Bakı İnzibati Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2-1(112)-4418/2020 saylı qərarı ilə iddia təmin edilərək, İddiaçı 51 yaş yarım tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və keçmiş 3 illik müddət üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı, vəkili X5 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. İşin faktiki hallarından görünür ki, iddiaçı 2 dekabr 1962-ci il tarixdə doğulmuş, 1978 – 1981-ci illərdə Bakı şəhəri 5 nömrəli orta texniki peşə məktəbində təhsil almış, 1981-ci ilin oktyabr ayından 1983-cü ilin noyabr ayınadək hərbi xidmətdə olmuşdur. Azərbaycan Xəzər Dəniz Cəmiçiliyi” QSC X11 Donanmasının 30 sentyabr 2020-ci il tarixli məktubu ilə hazırkı İddiaçı təqdim olunmuş arayışda qeyd olunmuşdur ki, xx xxxxxx 1962-ci il tarixdə doğulmuş İddiaçı həqiqətən hərbi xidməti bitirdikdən sonra (hərbi xidmət müddəti: 30 oktyabr 1981-ci il tarixdən 17 noyabr 1983-cü il tarixədək, hərbi bilet NZ № 4497255) 6 yanvar 1984-cü il tarixdə Abşeron Rayon Dəniz X6 adası Üzən Gəmi Təmiri Emalatxanasına (ÜGTE) 3-cü dərəcəli əllə qaynaqedən elektrik qaynaqçısı peşəsinə (5 yanvar 1984-cü il tarixli 05/şh nömrəli əmr) işə qəbul edilmişdir. 25 oktyabr 1984-cü il tarixdə ÜGTE-yə 4-cü dərəcəli əllə qaynaqedən elektrik qaynaqçısı peşəsinə (25 oktyabr 1985-ci il tarixli 353/şh nömrəli əmr) keçirilmişdir. O, 9 iyul 1987-ci il tarixdə Çilov adası ÜGTE-də 5-ci dərəcəli əllə qaynaqedən elektrik qaynaqçısı (8 iyul 1987-ci il tarixli 163/şh nömrəli əmr), 1 aprel 1989-cu il tarixdə Çilov adası ÜGTE-də 5-ci dərəcəli əllə qaynaqedən elektrik qaynaqçısı (2 aprel 1989-cu il tarixli 34/şh nömrəli əmr), 22 avqust 2005-ci ildə ÜGTE-də 5-ci dərəcəli gəmi gövdə təmirçisi peşəsində (22 avqust 2005-ci il tarixli 184/şh nömrəli əmr), 19 yanvar 2006-cı il tarixdə ÜGTE-də 5-ci dərəcəli elektrik qaynaqçısı (17 yanvar 2006-cı il tarixli 12/şh nömrəli əmr), 3 fevral 2014-cü ildə Çilov adası ÜGTE-də 5-ci dərəcəli elektrik qaz qaynaqçısı peşəsində (31 yanvar 2014-cü il tarixli 208/şh nömrəli əmr) çalışmışdır. 16 may 2014-cü il tarixdə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisar edilməsi) 16 may 2014-cü il tarixli 91-k nömrəli əmrlə əmək müqaviləsinə xitam verilmişdir. Yuxarıda qeyd olunan elektrik qaynaqçısı peşəsi AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı»nın (AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə Siyahı qüvvədən düşmüşdür) 23-cü “Ümumi peşələr” bölməsinə əsasən (kod: 12100000 – 19906: rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan əl ilə qaynaq elektrik qaynaqçıları) əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələr siyahısına daxildir. İddiaçı elektrik qaz qaynaqçısı peşəsi üzrə 3 fevral 2014-cü il tarixdən 16 may 2014-ci il tarixədək fəaliyyət göstərdiyi və bu tarixlərdə AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahıları» qüvvədən düşdüyündən, həmin peşə AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 11-ci “Metal emalı” bölməsinin 11.5-ci bəndinin “a” yarımbəndinə əsasən (məmulatları qızdırmaqla elektrik qaynaq işlərini yerinə yetirən əllə qaynaqedənlər elektrik qaynaqçıları (elektrik qaz qaynaqçıları) əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələrə aid edilir. Əsas: kadr əmrləri, şəxsi iş, ştat cədvəli. Azərbaycan Respublikası Prezidentinin 7 mart 2007-ci il tarixli 539 nömrəli Fərmanına əsasən ’’Xəzərdənizneftdonanma” İdarəsi 7 mart 2007-ci il tarixdən X11 Donanması adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2013-cü il tarixli 6 nömrəli və 10 yanvar 2014-cü il tarixli 213 nömrəli Sərəncamlarına əsasən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin və X11 Donanmasının yenidən təşkili yolu ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC yaradılmışdır. «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqust ayının 1dək hər il 6 ay artırılır. Həmin Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: “v” hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti, “ğ” ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. İş materiallarında olan hərbi biletin, diplomun və əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətlərindən göründüyü kimi 01 yanvar 2006-cı ilədək iddiaçının hərbi xidmət və təhsil dövrü də nəzərə alınmaqla, 20 ildən artıq ümumi iş stajı mövcud olmuşdur Eyni zamanda, qeyd edilməlidir ki, cavabdeh tərəfindən ümumi iş stajı mübahisələndirilməmişdir. İddiaçının 20 ildən artıq ümumi iş stajının olması işin mübahisələndirilməyən halıdır. Məhkəmə kollegiyası güzəştli iş stajına münasibətdə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Qərarı ilə “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” təsdiq edilmiş və müəyyən edilmişdir ki, «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. "xxxx" QSC X11 Donanmasının 30.09.2020-ci il tarixli məktubu ilə hazırkı İddiaçı təqdim olunmuş arayışda aşağıdakılar qeyd olunmuşdur: - xx xxxxxx 1962-ci il tarixdə doğulmuş İddiaçı həqiqətən hərbi xidməti bitirdikdən sonra (hərbi xidmət müddəti: 30 oktyabr 1981-ci il tarixdən 17 noyabr 1983-cü il tarixədək, hərbi bilet NZ № 4497255) 6 yanvar 1984-cü il tarixdə Abşeron Rayon Dəniz X6 adası Üzən Gəmi Təmiri Emalatxanasına (ÜGTE) 3-cü dərəcəli əllə qaynaqedən elektrik qaynaqçısı peşəsinə (5 yanvar 1984-cü il tarixli 05/şh nömrəli əmr) işə qəbul edilmişdir. 25 oktyabr 1984-cü il tarixdə ÜGTE-yə 4-cü dərəcəli əllə qaynaqedən elektrik qaynaqçısı peşəsinə (25 oktyabr 1985-ci il tarixli 353/şh nömrəli əmr) keçirilmişdir. O, 9 iyul 1987-ci il tarixdə Çilov adası ÜGTE-də 5-ci dərəcəli əllə qaynaqedən elektrik qaynaqçısi (8 iyul 1987-ci il tarixli 163/şh nömrəli əmr), 1 aprel 1989-cu il tarixdə Çilov adası ÜGTE-də 5-ci dərəcəli əllə qaynaqedən elektrik qaynaqçısı (2 aprel 1989-cu il tarixli 34/şh nömrəli əmr), 22 avqust 2005-ci ildə ÜGTE-də 5-ci dərəcəli gəmi gövdə təmirçisi peşəsində (22 avqust 2005-ci il tarixli 184/şh nömrəli əmr), 19 yanvar 2006-cı il tarixdə ÜGTE-də 5-ci dərəcəli elektrik qaynaqçısı (17 yanvar 2006-cı il tarixli 12/şh nömrəli əmr), 3 fevral 2014-cü ildə Çilov adası ÜGTE-də 5-ci dərəcəli elektrik qaz qaynaqçısı peşəsində (31 yanvar 2014-cü il tarixli 208/şh nömrəli əmr) çalışmışdır. 16 may 2014-cü il tarixdə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisar edilməsi) 16 may 2014-cü il tarixli 91-k nömrəli əmrlə əmək müqaviləsinə xitam verilmişdir. Yuxarıda qeyd olunan elektrik qaynaqçısı peşəsi AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı»nın (AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə Siyahı qüvvədən düşmüşdür) 23-cü “Ümumi peşələr” bölməsinə əsasən (kod: 12100000 – 19906: rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan əl ilə qaynaq elektrik qaynaqçıları) əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələr siyahısına daxildir. İddiaçı elektrik qaz qaynaqçısı peşəsi üzrə 3 fevral 2014-cü il tarixdən 16 may 2014-ci il tarixədək fəaliyyət göstərdiyi və bu tarixlərdə AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahıları» qüvvədən düşdüyündən, həmin peşə AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 11-ci “Metal emalı” bölməsinin 11.5-ci bəndinin “a” yarımbəndinə əsasən (məmulatları qızdırmaqla elektrik qaynaq işlərini yerinə yetirən əllə qaynaqedənlər elektrik qaynaqçıları (elektrik qaz qaynaqçıları) əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələrə aid edilir. Əsas: kadr əmrləri, şəxsi iş, ştat cədvəli. Azərbaycan Respublikası Prezidentinin 7 mart 2007-ci il tarixli 539 nömrəli Fərmanına əsasən ’’Xəzərdənizneftdonanma” İdarəsi 7 mart 2007-ci il tarixdən X11 Donanması adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2013-cü il tarixli 6 nömrəli və 10 yanvar 2014-cü il tarixli 213 nömrəli Sərəncamlarına əsasən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin və X11 Donanmasının yenidən təşkili yolu ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC yaradılmışdır. Göründüyü kimi, hazırkı İddiaçı 1 yanvar 2006-cı il tarixədək 10 ildən çox işlədiyi “əl ilə qaynaq edən elektrik qaynaqçısı” peşəsi AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıda 12100000 – 19906 kodu ilə nəzərdə tutulmuşdur (rezervuarların, bakların, sisternlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan). İddiaçının 01.08.2000-ci ilədək 10 il xüsusi, 20 il ümumi stajı olduğunda 1997-ci ilin avqust ayından 2000-ci ilin avqust ayınadək üç il üzrə, hər il 6 ay artmaqla (üç ilə görə 1,5 yaş artmaqla) 51 yaş 6 ayın tamam olduğu tarixə 02 iyun 2014-cü ildə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Birinci instansiya məhkəməsi iddianın ikinci hissəsinə-hazırkı dövrədək yaranmış fərq məbləğinin ödənilməsi tələbinə münasibətdə qeyd etmişdir ki, İddiaçı əmək pensiyası təyin olunarkən ödənilməmiş məbləğinin ödənilməsi üzrə ona münasibətdə «Əmək pensiyaları haqqında» AR Qanununun 32.1-1, 37.7-ci maddələrinin tələbləri tətbiq olunmalıdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiyası məhkəməsi qərarında iddianı təmin edərək keçmiş 3 illik müddət üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsini qeyd etmiş, lakin pensiya məbləğinin hansı tarixdən hesablanmasını müəyyən etməmişdir. Halbuki, Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd edilməlidir ki, iddiaçının pensiya hüququna malik olduğu müəyyən edilərək, ödənilməmiş pensiya məbləğinin ödənilməsi ilə bağlı iddia tələbi təmin edilərsə, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 08 oktyabr 2020-ci il tarixli qərardadında ifadə olunmuş hüquqi mövqe nəzərə alınmalıdır. Həmin qərardada əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının həmin qərardadında ifadə olunmuş mövqeyə görə, keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir Yuxarıda da qeyd edildiyi kimi iddiaçının güzəştli şərtlərlə pensiya hüququ 2017-ci il 01 iyul tarixədək - 2014-cü il tarixdən yarandığından, əmək pensiyasının təyin edilməsi üçün isə inzibati orqana 28.02.2020-ci il tarixində müraciət etdiyindən istinad olunan qanunvericiliyin tələbinə görə iddiaçı həmin tarixdən keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləği müraciət edilən tarixdən əvvəlki üç il üçün hesablanaraq ödənilməlidir. Odur ki, iddiaçının pensiyası onun müraciət etdiyi (28.02.2020-ci il) vaxtdan 3 il əvvəlki tarixdən, yəni 28.02.2017-ci il tarixdən hesablanıb ödənilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, İddiaçı 51 yaş yarım tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli və müraciət etdiyi 28.02.2020-ci il tarixdən əvvəlki üç il üçün ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialınına həvalə edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2-1(112)-4418/2020 saylı qərarı dəyişdirilsin. İddiaçı 51 yaş yarım tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilsin və müraciət etdiyi 28.02.2020-ci il tarixdən əvvəlki üç il üçün ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialınına həvalə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Afaq Nuriyeva
Məhkəmə qərarları › İş №2-1(103)-1252/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1252/2021
27.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver