Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1254/2023 09.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçı X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Dövlət Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsinə qarşı aylıq ödəncin ödənilməsi tələbinə dair iddiaçı üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12725/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Dövlət Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti özəlləşdiyi vaxtdan 3-cü qrup əlil kimi aldığı zərərə görə aylıq ödəncin 2002-ci ildən orta aylıq əmək haqqına uyğun olaraq hesablanıb hazırki günə kimi ödətdirilməsi öhdəçiliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddianın əsaslarına görə 26 yanvar 1988-ci il tarixdə keçmiş Qaradağ Tikinti Materialları Kombinatında istehsal sahəsində işlədiyi zaman idarənin təqsiri nəticəsində bədbəxt hadisə baş vermiş, iddiaçı ağır xəsarət almış, həkim komisiyasının rəyinə görə 60 faiz iş qabiliyyətini itirmiş, 3-cü qrup əmək əlillik dərəcəsi müəyyən edilmiş və müəsissə özəlləşənə kimi ona hər ay əmək haqqının (orta əmək haqqının) 60%-ni zərərə görə ödənc kimi verilmişdir. Müəsissə özəlləşdirildikdən sonra 2002-ci ildən başlayaraq ödəncin ödənilməsi müəsissə rəhbərliyi tərəfindən əmək qanunvericiliyində göstərilən qanun və qaydaları kobud pozularaq minumum əmək haqqına uyğun zərərə görə hesablanmışdır. Bu barədə onun dövlət orqanlarına müraciət etmiş, müraciəti araşdılması üçün əmək müfəttişliyinə göndərilsə də heç bir tədbir görülməmişdir. Müəssisə direktoruna ünvanlanmış yazılı ərizələrinə şifahi qaydada bildirmişdir ki, yuxarı orqan Holdinq Şirkətlər qrupunun rəhbəri İsmayıl müəllim icazə verərsə, ödəniləcək, icazə verməzsə, özbaşına ödəyə bilməz. Onun cavabdeh Müfəttişliyə yönəldilmiş ardıcıl olaraq 21 aprel 2022-ci ilə qədər davamlı müraciətlərinə hər dəfə standart cavablar göndərilmiş, məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. O da gedib X4nə açıqlama verərək bildirmişdir ki, müəsissədən ona aid olan maliyyə sənədlərini müəsisədən alıb ona ünvanlamalıdırlar ki, o da prosedura uyğun məhkəmədə öz hüquqlarını bərpa edə bilsin. Nəhayət ki, ona ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********2 saylı cavab məktubla bildirilmişdir ki, müəssisənin direktoru Abbasov Əkrəm haqqında protokol tərtib edilərək inzibati icraata başlamışlar. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12725/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilərək iddiası ilə bağlı müraciətinin icraata götürülərək hüquqlarımın bərpa olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «Bakı İnzibati Məhkəməsində iddia ərizəsi əsasında hakim tərəfindən məhkəmə iclasının ilk baxışı keçirilmiş, lakin sonrakı gedişatlar üçün heç bir hazırlıq görülmədən qərardad çıxarılmışdır.Eyni zamanda,onun vəkilimin yaşadığı ünvan inzibati məhkəmədən uzaq olduğuna görə məhkəmənin başlanmasının təyin olunan vaxtına vaxtında çatmadığına görə müdafiəsiz qalmışdır. Hakim ona bildirdi ki, bu şikayətə Qaradağ rayon ərazi üzrə rayon məhkəməsi baxmalıdır. O, tələb etdi ki, bu söylədiyini qərarında qeyd eləsin, lakin hakim imtina edərək bunu qeyd edə bilmədiyini bildirdi. Məhkəmə iclası qısa müddət (10-15 dəqiqə) ərzində bitmişdir. Azərbaycan Respublikası Konstitusiyasından məlumdur ki, insan və vətəndaşlarının hüquq və azadlıqlarının təmin olunması,günbəgün sosial vəziyyətinin yaxşılaşması dövlətin ali məqsədidir.Lakin çox təəsüflər olsun ki, onun iddiası ilə bağlı həm sosial vəziyyəti qənaətbəxş deyil, həm də 22 il tapdalanmış hüquqları ilə bağlı əzab əziyyətdədir. Belə ki 22 il ali orqanlara, məhkəmələrə pozulmuş hüquqları ilə bağlı müraciət etsə də, hələ də əmək hüquqları tapdalanmış vəziyyətdə qalmışdır. İzahatında bildirdiyi kimi, Qaradağ ASC tərəfindən ona qarşı bilərəkdən qərəzli mövqe ona mənfi təsir göstərir ki, bu da insan sağlamlığı üçün təhlükə yaradan səbəbdir. elə gəlir ki, məhkəmə qaydalarına görə məhkəmə iclasları bir neçə dəfə keçirilməli idi. İddia ilə bağlı tam araşdırma aparılmalı idi və qətnamə qəbul olunmalı idi. Belə ki, sağlamlığını əməyə qurban verib 60% əmək qabiliyyətini və fiziki gücünü itirərək 3-cü qrup əmək əlili olmuş və bu fakt uzun illərdir ona əzab verir. Hal- hazırda 68 yaşın içindədir və 10 nəfərdən ibarət ailəsi vardır». Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələbləini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qyvvədə saxlanılmalıdır. Belə ki, İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mənası onu ehtiva edir ki, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddianın mümkünlüyü şərtləriri yerinə yetirildiyi halda, yolveriləndir. Yəni, iddia, inzibati məhkəmə icraatı qaydasında baxılan iddia növünə uyğun olaraq, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddəti çərçivəsində cavabdehliyi qanunvericiliklə müəyyən edilən inzibati orqana qarşı qaldırılmalı və formal olaraq (subutlar da əlavə olunmaqla) əsaslandırılmalıdır ki, mümkün iddia kimi icraata qəbul edilə bilsin. Əks təqdirdə, Məcəllənin 35.3-cü maddəsinə müvafiq olaraq iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Konkret halda isə iddianın mümkünlük şərtləri yerinə yetirilmir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. İnziati icraat haqqunda hüquq normalarının qeyd olunan tələblərini nəzərə alan məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddiaçınin hazırkı tələbinin yönəldiyi cavabdeh - inzibati orqan olsa da konkret halda, iddiaçının ona qarşı yönəlmiş tələbi (yəni, iddianın predmeti) onun səlahiyyət dairəsinə aid məsələni özündə əks etdirmir. Belə ki, iddiaçı tələbində "xxxx" (hazırkı "xxxx") ASC özəlləşdiyi vaxtdan, ona 3-cü qrup əlil kimi aldığı zərərə görə aylıq ödəncin 2002-ci ildən orta aylıq əmək haqqına uyğun olaraq hesablanıb hazırki günə kimi ödətdirilməsi öhdəçiliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş edir. Göründüyü kimi, iddiaçı inzibati məhkəmə icraatı qaydasında, 1988-ci ildə əmək xəsarəti alaraq əmək qabilliyyətini itirdiyi və 3-cü qrup əlil olduğu müssəisinin, yəni, "xxxx" sement zavodunun, sonradan, Qaradağ ("xxxx") ASC kimi özəlləşdirildiyi vaxtdan (2002-ci ildən), orta aylıq əmək haqqına uyğun ödəncin hesablanıb ASC tərəfindən ödənilməsinin təmin olunmasının cavabde həvalə edilməsini tələb edir. Lakin qanunvericiliklə cavabdehin inzibati orqan kimi belə bir səlahiyyəti (vəzifəsi) müəyyən olunmamışdır. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti haqqında Əsasnaməyə əsasən: 1.1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti (bundan sonra – Xidmət) mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və fiziki şəxslər (bundan sonra – işəgötürənlər) tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə (bundan sonra - əmək qanunvericiliyi) amal olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. 3.1.Bu əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin öz səlahiyyətləri daxilində əmək qanunvericiliyinə əməl olunması sahəsində, o cümlədən işçilərlə əmək münasibətlərinin əmək müqaviləsi (kontraktı) əsasında tənzimlənməsi, əmək müqaviləsinin (kontraktının) bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə mərkəzləşdirilmiş elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi, əməyin ödənilməsi, məzuniyyət və istirahət hüququnun təmin edilməsi, əməyin mühafizəsi, texniki təhlükəsizlik, əmək şəraiti, əmək xəsarəti ilə əlaqədar ödənclərin ödənilməsi, işçilərin və iş yerlərinin attestasiyası, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası, iş prosesində əmək və əməyin mühafizəsi tələblərinə (iş davamiyyəti, əməyin təhlükəsizliyi, əməyin gigiyenası, qadınların, əlilliyi olan şəxslərin, yaşı 18-dən az olan şəxslərin əməyindən istifadə olunması və s.) riayət edilməsi üzrə dövlət nəzarətini həyata keçirmək vəzifələri vardır. Göründüyü kimi, Əsasnamə ilə cavabdeh orqanın əmək şəraiti, əmək xəsarəti ilə əlaqədar ödənclərin ödənilməsi ilə bağlı məsələlərdə yalınz dövlət nəzarətini həyata keçirmək kimi səlahiyyəti müəyyən olunmuşdur ki, həmin səlahiyyətindən irəli gələn vəzifələrini də məhz, artıq yerinə yetirmişdir. Belə ki, iş materiallarından görünür ki, Əsasnamədən irəli gələn vəzifəsinə uyğun olaraq, cavabdeh tərəfindən iddiaçının müraciəti əsasında inzibati xəta haqqında iş üzrə icraat başlanaraq İddiaçı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 3 №-li qərarının tələbləri pozularaq aldığı xəsarətə görə "xxxx" (Holcim») ASC tərəfindən ödəncin ödənilmədiyi müəyyən edilərək ASC-nin direktoru X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərədə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə tənbehi tətbiq edilmiş, bundan əlavə, iddiaçının müraciətləri araşdırılaraq cavablandırılmışdır. 2002-ci ildən"xxxx" (Holcim») ASC tərəfindən hesablanıb iddiaçıya ödənilməli olan ödənc məbləğinə gəldikdə isə cavabdeh idarənin belə bir öhdəliyi ASC-yə həvalə etmək səlahiyyəti yoxdur. Bu səlahiyyəti, yəni sözügedən ödəncin hesablanıb ödənilməsini ASCdən tələb etmək səlahiyyətini yalnız iddiaçı özü, mülki məhkəmə icraatı qaydasında həyata keçirə bilər. Başqa sözlə,iddiaçının hazırkı tələbinə inzibati məhkəmə icraatı qapydasında baxıla bilməz. Çünki, İPM-in 1.1-ci maddəsi nəzərdə tutur ki, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsi isə müəyyən ediir ki, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2-ci maddəsində isə inzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların adları sadlanmışdır. Prosessual qanunvericiliyin qeyd olunan tələbləri baxımından iddiaçının cavabdehə qarşı hazırkı iddiatələbinin başqa (mülki) aidiyyət qaydasındəhəllinin müəyyən olunduğu halda, İPM-in 35.1-ci maddəsində nəzərdə tutulan əsaslandırıliış iddia kimi qiymətləndirilməsi istisna edilir. Başqa sözlə,iddia mümkünsüz iddiadır. Birinci instansiya məhkəməsinin qərardadından da görünür ki, işin faktiki halları, inzibati və prosessual hüquq normalarının tələbləri baxımından, məhkəmə tərəfindən düzgün hüquqi qiymətləndirmə aparılmış və inzibati məhkəmə icraatının mümkünsüzlüyünə aydınlıq gətirilmişdir. İddiaçının apeddyasiya şikayətinin dəlillərindən də göründüyü kimi, məhkəmənin, İPM-in 13-cü maddəsinin tələbinə müvafiq olaraq ona münasib iddianın qaldırılması izah olunsa da, cavabdehə qarşı hazırkı tələbinə baxılmasında israrlı olmuşdur. Beləliklə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin, məhkəmə tərəfindən iddia tələbinə mahiyyəti üzrə baxılmalı olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati- Məhkəməsinin 2-1(112)-12725/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və İPM-in 80, 83, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12725/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) müddətində Bakı Apellyasiya Məhkəməsivasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1254/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1254/2023
09.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver