Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1256/2020 17.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Cavabdehnəqarşı “cavabdehin 02.04.2019-cu il tarixli qərarının ləğv edilməsi” tələbinə dair şikayət ərizəsi üzrə QƏRARDAD (İş № 2-1(103)-1256/2020) Bakı şəhəri 17 iyun 2020-ci il GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, x4 və x5 ibarət tərkibdə, x3-Yusiflinin katibliyi ilə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi x1 iştirakı ilə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Cavabdehnə qarşı “cavabdehin 02.04.2019-cu il tarixli qərarının ləğv edilməsi” barədə şikayətinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3458/2020 saylı 16 mart 2020-ci il tarixli qərardadından Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsitərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi Cavabdeh 02.04.2019-cu il tarixli qərarının ləğv edilməsi barədə şikayət ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3458/2020 saylı 16 mart 2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsiapellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti birinci instansiya məhkəməsinə təqdim olunmuş şikayətin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, Cavabdeh qərar qəbul edərkən qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq və faktiki olaraq məhkəmə qərarı olmadan mülkiyyət hüququndan məhrum etməyə yönələn qərar qəbul etmişdir. Lakin qeyd olunan hallar əsassız olaraq birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış və qanunsuz olaraq İdarənin icra məmurunun qərarından verdiyi şikayətin mümkün sayılmaması barədə əsassız qərardad qəbul edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol verilmiş, habelə prosessual hüquq normaları kobud surətdə pozulmuş və müvafiq qərardad birinci instansiya məhkəməsi tərəfindən düzgün əsaslandırılmamışdır. Bu səbəbdən də, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3458/2020 nömrəli 16 mart 2020-ci il tarixli qərardadı ləğv edilməli, şikayət mümkün hesab edilərək Cavabdeh 02.04.2019-cu il tarixli qərarı ləğv edilməlidir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi x2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı Cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. İşdə iştirak edən şəxs hazırki işə həmin qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək Cavabdeh 02.04.2019cu il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinin tələblərinə uyğun olaraq 2-1(112)-3458 saylı 19 fevral 2020-ci il tarixli məktubla Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə hüquqi yardım göstərilərək, verdiyi şikayətin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 46-ci maddəsinin tələblərinə cavab vermədiyi bildirilmiş və bu məqsədlə qanunvericiliyin tələblərinə riayət edilməklə iddia ərizəsinin verilməsi üçün 10.03.2020-ci il tarixədək müddət təyin edilmişdir. x8 Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi qeyd olunan məktubda göstərilən çatışmazlığın aradan qaldırılmasını təmin etməmişdir. Buna görə də birinci instansiya məhkəməsi şikayətin mümkün sayılmaması barədə qərardad çıxarmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında baxılan iddia növlərindən biri də şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv edilməsinə və ya dəyişdirilməsinə) dair iddiadır (mübahisələndirmə haqqında iddia). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “iddia ərizəsi İPM-nin 46-cı maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir, həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı, iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, ata adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları, iddiaçının (ərizəçinin) tələbi- imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. İş materiallarından müəyyən olunur ki, işə birinci instansiya qaydasında baxan məhkəmə tərəfindən məhkəməyə müraciət edən İdarəyə şikayətinin yuxarıda göstərilən Qanunun tələblərinə uyğunlaşdırmaq üçün müddət təyin edilsə də, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən həmin çatışmazlıq aradan qaldırılmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi şikayətlərə baxılmasının İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmamasına istinad edərək şikayəti mümkün hesab etməməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3458/2020 saylı 16 mart 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3458/2020 saylı 16 mart 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Ülvi Mayılov
Məhkəmə qərarları › İş №2-1(103)-1256/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1256/2020
17.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver