Məhkəmə qərarları › İş №2-1(103)-1256/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1256/2023

11.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1256/2023 11.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X11 Aktiv oğlunun sədrliyi və məruzəsilə, X10 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri Cavabdeh3nə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Maliyyə Nazirliyi və “X7 LTD”-nin Azərbaycan Respublikasındakı filialı) «kompensasiya verilməsi» tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 782/2021 nömrəli, 14 sentyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdehlər Bakı şəhəri İcra Hakimiyyətinə, Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə, Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə və Bakı şəhəri Cavabdeh3nə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Maliyyə Nazirliyi və “X7 LTD”-nin Azərbaycan Respublikasındakı filialı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanda yerləşən 848,38 kv.m sahəsi olan evin sökülməsi ilə əlaqədar hər kvadrat metr üçün 1000 manat hesablanmaqla, cəmi 848380 manat kompensasiya məbləğinin tutularaq ödənilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-782/2021 saylı, 14 sentyabr 2021-ci il tarixli qərardadı ilə iddia tələbi cavabdehlər Bakı şəhəri İcra Hakimiyyətinə, Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə və Bakı şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə münasibətdə mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-782/2021 saylı, 14 sentyabr 2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisad Məhkəməsinin xx.xx.1997-ci il tarixli qətnaməsi ilə "xxxx" Kooperativi tərəfindən Sabunçu qəsəbəsi, əvvəlki 26 Bakı Komissarı 8a ünvanda yerləşən 848,38 kv.m sahənin dəyəri olan 51600 manat tam ödənilərək alqı-satqı qaydasında əldə edilməsi qeyd olunan sahənin alqı-satqısının həmin dövrdə qüvvədə olmuş «Müəssisələr haqqında» Qanunun 10-cu maddəsinin 4-cü bəndinə müvafiq olduğu müəyyən edilmişdir. “Brumaresku Rumınyaya qarşı” 28 oktyabr 1999-cu il tarixli qərarda göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə həll olunan yekun qərar şübhə doğurmamalıdır. Həmin məhkəmənin başqa bir qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik, “res yudicata” prinsipinə hörməti (yəni bir dəfə həll edilmiş işə təkrar baxılmasının yolverilməzliyi) nəzərdə tutur. Eyni zamanda bir məsələyə ikili yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Göstərilənlərə əsasən qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti sürətdə müəyyənləşdirdiyindən və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva etdiyindən, qanuni qüvvədə olan Azərbaycan Respublikası İqtisad Məhkəməsinin xx.xx.1997-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş "xxxx" Kooperativi tərəfindən Sabunçu qəsəbəsi, əvvəlki 26 Bakı Komissarı 8a ünvanda yerləşən 848,38 kv.m sahənin dəyəri olanı 51600 manat tam ödənilərək alqı-satqı qaydasında əldə edilməsi qeyd olunan sahənin alqı-satqısının həmin dövrdə qüvvədə olmuş «Müəssisələr haqqında» Qanunun 10-cu maddəsinin 4-cü bəndinə müvafiq olmasına dair göstərilən faktlara və hüquq münasibətlərinə qarşı başqa proses olan hazırkı işdə yenidən mübahisə edilə bilməz. Göründüyü kimi, iddiaçı tərəfindən 51600 manat dəyəri ödənilməklə alqı-satqı qaydasında əldə edilmiş və bu alqı-satqının qanuniliyini məhkəmənin qanuni qüvvədə olan qətnaməsi ilə müəyyən edilmiş ünvan 2 ünvanda yerləşən bina artıq sökülmüşdür. Odur ki, hazırki iddia tələbinin əsasını göstərilən sahəyə görə ödənilmiş pul vəsaiti təşkil edir ki, bu da hazırda mövcud olan qiymətlə hesablanmalıdır. Həmin sahə üzrə isə 30 kv.m sahədən artıq sahəli mənzillərin sahiblərinə hər kv.m üçün 1000 manat müəyyən edilmişdir. Odur ki, iddiaçı tərəfindən tələb edilən 848,38 kv.m sahəsi olan binanın sökülməsi ilə əlaqədar hər kv.m üçün 1000 manat hesablanmaqla, cəmi 848.380 manat kompensasiya məbləğinin cavabdehdən tutulmasına dair iddia tələbi əsaslıdır. Lakin məhkəmə tərəfindən tələbin faktiki və hüquqi əsası düzgün müəyyən edilməmiş, nəticədə əsassız olaraq iddianın təmin edilməməsinə dair nəticəyə gəlinmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarı əsassızdır. Göstərilənlərə əsasən qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-837/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-782/2021 saylı, 14 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1723/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-837/2022 nömrəli, 18 may 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Təkrar apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, **********441200 nömrəli “Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən Çıxarış”-dan görünür ki, İddiaçı MMC xx.xx.1993-cü il tarixddə 5036 nömrə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış "xxxx" Xüsusi İstehsalat Kommersiya Kompaniyasının çevrilməsi nəticəsində yenidən təşkil edilmişdir və onun hüquqi varisidir. İş materiallarında olan Bakı şəhəri Cavabdeh3 tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 1/1571;1/1535 nömrəli məktubda qeyd olunur: Müraciətinizdə ünvan 14 saylı ünvanda qeyri-yaşayış obyektinizin olduğunu, həmin ərazidə yerləşən qəzalı binaların söküldüyünü bildirərək, Sizə də kompensasiya ödənilməsini xahiş etmisiniz. Bildiririk ki, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən qəzalı vəziyyətdə olan yaşayış binalarından vətəndaşların köçürülməsi nəzərdə tutulmuşdur. Sizin qeyd etdiyiniz qeyri-yaşayış obyektinin sökülməsi barədə Cavabdeh3ndə heç bir məlumat yoxdur. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən İddiaçı MMC-yə ünvanlanmış Y-07 nömrəli, xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 435 s nömrəli sərəncamı ilə Əmlak Məsələləri Dövlət Komitəsinin registrindən çıxarışa əsasən Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan, Bakı şəhəri, ünvan 14 ünvanında yerləşən qeyd edilən daşınmaz əmlak yaşayış binası kimi balansa qəbul edilmiş və orada qeyriyaşayış sahəsi mövcud olmamışdır. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil- Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 711 nömrəli, xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 435 s nömrəli sərəncamı ilə Əmlak Məsələləri Dövlət Komitəsinin registrindən çıxarışa əsasən Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan, Bakı şəhəri, ünvan 14 ünvanında yerləşən qeyd edilən daşınmaz əmlak yaşayış binası kimi balansa qəbul edilmiş və orada qeyriyaşayış sahəsi mövcud olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 907/3-61 nömrəli, xx.xx.1997-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı “Balaxanıneft” Neft Qazçıxarma İdarəsi cavabdeh "xxxx" Kooperativinə ("xxxx" Xüsusi İstesal Kommersiya Şirkətinə) qarşı iddia ərizəsi ilə müraciət edərək, alqı-satqı müqaviləsinin ləğv edilməsi və binadan çıxarılma barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin qətnaməyə əsasən Bakı şəhəri, Sabunçu qəsəbəsi, ünvan 21, 8 a nömrəli ünvanda yerləşən binanın alqı-satqısına dair tələb üzrə icraata xitam verilmiş, "xxxx" Xüsusi İstehsal Kommersiya Şirkətinin Bakı şəhəri, Sabunçu qəsəbəsi, ünvan 21, 8 a nömrəli binadan çıxarılmasına dair iddiaçının tələbi rədd edilmişdir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Sabunçu rayonu, Sabunçu qəsəbəsi ərazisində yerləşən «26 Bakı Komissarı» küçəsi Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 422 nömrəli Sərəncamı ilə «2 Aprel» küçəsi kimi adlandırılmışdır. İş materiallarında olan Sabunçu rayonu, Sabunçu qəsəbəsi, ünvan 7 ünvanında yerləşən 11 mənzilli, 2 mərtəbəli yaşayış binasının texniki vəziyyəti barədə xx.xx.2015-ci il tarixli aktın surətindən görünür ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyi “Azərdövlətlayihə” Dövlət Baş Layihə X3 aparıcı mühəndisləri X8 və X6, Sabunçu rayonu 3 saylı xüsusi təyinatlı MKİS-nin rəisi X2 iştirakı ilə Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin 25/08148 nömrəli, xx.xx.2015-ci il tarixli tapşırığına əsasən Sabunçu rayonunun, Sabunçu qəsəbəsi, 26 Bakı Komissarları 8 a ünvanında yerləşən 11 mənzilli, 2 mərtəbəli yaşayış binasına vizual texniki baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, qeyd edilən yaşayış binası təqribən 1908-ci ildə tikilmişdir. Tikilinin planda “İ”formasında olub, ölçülən 38.0 × 36.0 × 12.0 metrdir. Zirzəmisizdir. Kürsünün hündürlüyü 0.5 metr olan ikimərtəbəli, 11 mənzilli yaşayış binasıdır. Evin bünövrəsinin basdırılma dərinliyi və materialını təyin etmək mümkün olmamışdır. Yükdaşıyan divarların qalınlığı 0.70 metr olan əhəng daşından olan hörgüdür. Mərtəbə örtükləri bəzi hissələrdə ağac konstruksiyalı olub, çiləkən üzrə suvanmış, bəzi hissələrdə ağac tirlər qoymaqla alt hissədən taxta materialı ilə üzlənmişdir. Döşəmələr, qapı və pəncərələr ağac konstruksiyalardan olub, taxta məmulatdandır. Çardaqlı olan ağac dam konstruksiyasının örtüyünün materialı dalğavari asbest şiferdəndir. Tikili düz relyefdə inşa edilmişdir. Tikili uzun müddət təmirsiz istismar edildiyindən köhnəlmiş və fiziki aşınmaya məruz qalmışdır. Baxış zamanı məlum olmuşdur ki, binanın sakinləri öz yaşayış şəraitlərini yaxşılaşdırmaq məqsədi ilə binanın perimetri boyu əlavə artırmalar tikmiş, təyinatından asılı olaraq müxtəlif ölçülü bir mərtəbəli tikililər inşa etmişlər. Nəticədə qeyri-qanuni əlavə artırmalar aparılan sahələr təmirli qənaətbəxş olmaqla istifadə olunur. Lakin bu artırmalarla əlaqəli olan əsas bina isə tam fiziki köhnəlmiş, divar və arakəsmələrin suvaqlarında ciddi aşınmalar yaranmışdır. Binanın xarici divarında və pəncərə üstü qıfılbənd olan sahədə çatlar və aralanmalar qeyd olunmuşdur. Dam örtüyü istismara yararsız olduğundan damdan sızan atmosfer çöküntülərinin təsirindən mərtəbə arası örtüklər tam yararsız hala düşmüşdür. Eyni zamanda əsas binanın döşəmələrində, qapı və pəncərələrində yararsız hallar müşahidə olunmuşdur. Hazırki mövcud şəraitdə binanın su, kanalizasiya sistemlərində, kommunikasiya xətlərində, elektrik naqil xətlərində xeyli qüsurlar vardır və yararsız vəziyyətdədir. Qeyd olunan çatışmazlıqların yaranma səbəblərinin təbii fəlakətlə əlaqəsi yoxdur. 100 ildən artıqdır ki, 11 mənzil, 2 mərtəbəli yaşayış binası fiziki və mənəvi cəhətdən tam köhnəlmiş, vaxtaşırı əsaslı təmir işləri aparılmamış, ciddi aşınmalar yaranmış və nəticədə texniki cəhətdən yolverilməz vəziyyətə düşmüşdür. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil- Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd olunur: Əvvəllər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Kommunal Xidmətlər Departamentinin balansında olan yaşayış binaları, yataqxanalar və qeyri-yaşayış sahələri, o cümlədən Sabunçu rayonu, Sabunçu qəsəbəsi (əvvəlki adı) 26 ünvan 9 ünvanında yerləşən bina, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 435 saylı sərəncamı, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 029 saylı sərəncamı və Bakı şəhəri MKTD-nin xx.xx.2012-ci il tarixli, 19 saylı sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyətinin mənzil fonduna daxil edilməklə 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına 148 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xidməti dairəsinə verilmişdir. Balansa verilərkən qeyd olunan ünvanda təhvil-təslim aktında olduğu kimi heç bir müəssisə (qeyri-yaşayış sahəsi) balansa verilməmişdir. Qeyd olunan ünvan 13 mənzil və 13 ailədən (40 nəfər olmaqla) ibarətdir. 13 mənzildən 3-ü xüsusi mülkiyyətdədir, 1 mənzilə isə məhkəmə qərarı mövcuddur. Bundan başqa balanslarında olan qeyri-yaşayış sahələri ilə Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli, 80 saylı Qərarına əsasən istismar haqqına görə müqavilə bağlanır. Lakin müəssisə ilə tərəflərindən heç bir müqavilə bağlanılmamışdır. Əlavə olaraq, qəzalı vəziyyətdə olan binalar sökülərkən, həmin ünvanda yaşayan sakinlərə, kompensasiyanın verilməsi müvafiq Rayon İcra Hakimiyyətinin əmri (sərəncamı) əsasında yaradılmış komissiya tərəfindən baxılır və qiymətləndirilir. İş materiallarında olan Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamenti və Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti arasında bağlanmış 2012-ci il tarixli təhvil-təslim aktına 1 nömrəli Əlavə olan “Yaşayış binalarının, yataqxanaların və qeyri-yaşayış sahələrinin texniki göstəriciləri barədə” Siyahıdan görünür ki, 26 Bakı Komissarı küçəsi, 8 a ünvanında yerləşən yaşayış binası, 1908-ci il tarixli tikili olub, dövlət mülkiyyətində olmuş, mənzillərin ümumi sahəsi 468.0 kv.m göstərilmişdir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamenti tərəfindən iddiaçıya ünvanlanmış 731 nömrəli, xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 435 s nömrəli sərəncamı ilə Əmlak Məsələləri Dövlət Komitəsinin reyestrindən çıxarışa əsasən Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan, Bakı şəhəri, ünvan 14 ünvanında yerləşən qeyd edilən daşınmaz əmlak yaşayış binası kimi balansa qəbul edilmiş və orada qeyriyaşayış sahəsi mövcud olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Sosial İnkişaf İdarəsi, Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan daşınmaz dövlət əmlakı haqında registrdən çıxarışdan görünür ki, həmin çıxarışda ünvan 11 ünvanında yerləşən (1908-ci il) yaşayış binası 1724-cü sırada olan qeyd edilmişdir. Registr nömrəsi 1913. İş materiallarında olan Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən məhkəməyə ünvanlanmış 259 nömrəli, xx.xx.2021-ci il tarixli məktub və ona əlavə edilmiş bina haqqında ümumi məlumatlardan görünür ki, ünvan 12 ünvanında yerləşən daşınmaz əmlak 13 mənzil və 13 ailədən (40 nəfər olmaqla) ibarətdir. 13 mənzildən 3-ü xüsusi mülkiyyətdədir, 1 mənzilə dair isə məhkəmə qərarı mövcuddur. Binanın tikilmə tarixi 1908, konstruksiya və dam örtüyü daş-qır, 2 girişli, 2 mərtəbəli, mənzil sayı 13, yaşayış sahəsi 460.52 kv.m, ümumi sahəsi 872.07 kv.m göstərilmişdir. Yaşayış binasında 13 ailə, 40 nəfər yaşamışdır. İş materiallarında olan “Azneft” İB tərəfindən məhkəməyə ünvanlanmış 30 aprel 2021-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, ünvan 14 ünvanında yerləşən bina SOCAR-ın Sosial İnkişaf İdarəsinin balansında olub. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən məhkəməyə ünvanlanmış 324 nömrəli, xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 435 s nömrəli sərəncamı ilə Əmlak Məsələləri Dövlət Komitəsinin registrindən çıxarışa əsasən Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan, Bakı şəhəri, ünvan 14 ünvanında yerləşən (ümumi sahəsi 468.0 kv.m olan) yaşayış binası 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilmiş və həmin ünvanda qeyri-yaşayış sahəsi mövcud olmamışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun mütəxəssislərinin xx.xx.2018-ci il tarixli rəyinə əsasən, ünvan 14 ünvanında yerləşən yaşayış binasının texniki vəziyyəti qəzalı olduğundan istismarının dayandırılması və orada yaşayan sakinlərin təhlükəsizliyinin təmin etmək məqsədilə onların təxirəsalınmadan təxliyəsi üçün tədbirlərin görülməsi zəruri hesab edilmişdir. Sabunçu qəsəbəsi, 2 Aprel küçəsi, 8 A ünvanında qəzalı vəziyyətdə olan binada yaşayan ailələrin hər birinə birdəfəlik maddi yardım (kompensasiya) ödənilməklə köçürülmə işləri Cavabdeh3 tərəfindən yaradılmış köçürmə komissiyasında müvafiq araşdırma aparılmaqla həyata keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nə uyğun olaraq ünvan reyestrinin aparılmasının həyata keçirilməsi, daşınmaz əmlak obyektlərinə ünvan verilməsinin təmin edilməsi Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifələrinə aid edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 422 nömrəli sərəncamı əsasında Bakı şəhəri, Sabunçu rayonunda “26 Bakı Komissarı” küçəsinin adı dəyişdirilməklə “2 Aprel” küçəsi adlandırılmışdır. Bakı şəhəri Sabunçu rayonu ərazisində ünvan 21 xx.xx.1995-ci il tarixədək mövcud olmuşdur. İş materiallarında olan Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, əvvələr Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Kommunal Xidmətlər Departamentinin balansında olan yaşayış binalar, yataqxanalar və qeyri-yaşayış sahələri, o cümlədən Sabunçu rayonu, Sabunçu qəsəbəsi, (əvvəlki adı) 26 ünvan 16 ünvanında yerləşən bina, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 435 saylı sərəncamı, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 029 saylı sərəncamı və Bakı Şəhəri MKTD-nin xx.xx.2012-ci il tarixli, 19 saylı sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyətinin mənzil fonduna daxil edilməklə 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına 148 saylı Mənzil-Kommunal İstismar Sahəsinin Xidməti Dairəsinə verilmişdir. Balansa verilərkən qeyd olunan ünvanda təhvil-təslim aktında olduğu kimi heç bir müəssisə (qeyri-yaşayış sahəsi) balansa verilməmişdir. Qeyd olunan ünvanda 13 mənzil və 13 ailədən (40 nəfər olmaqla) ibarətdir. 13 mənzildən 3-ü xüsusi mülkiyyətdədir, 1 mənzildə isə məhkəmə qərarı mövcuddur. Bundan başqa balansımızda olan qeyri-yaşayış sahələri ilə Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli 80 saylı qərarına əsasən istismar haqqına görə müqavilə bağlanır. Lakin adı çəkilən müəssisə ilə tərəfimizdən heç bir müqavilə bağlanılmamışdır. Qəzalı vəziyyətdə olan binalar sökülərkən, həmin ünvanda yaşayan sakinlərə, kompensasiyanın verilməsi müvafiq Rayon İcra Hakimiyyətinin əmri (sərəncamı) əsasında yaradılmış komissiya tərəfindən baxılır və qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ünvan 2 ünvanda yerləşən 848,38 kv.m sahəsi olan evin sökülməsi ilə əlaqədar ona kompensasiya məbləğinin ödənilməsini tələb edir. Lakin iş materiallarında olan Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 907/3- 61 nömrəli, xx.xx.1997-ci il tarixli qətnaməsindən görünür ki, "xxxx" Kooperativinin icarəyə götürdüyü Sabunçu qəsəbəsi, ünvan 21, 8a ünvanda yerləşən 848,38 kv.m qeyri-yaşayış binasıdır. İddia ərizəsindən də görünür ki, qeyd olunan sahə Kooperativin istehsalatkommersiya sahəsi olmuşdur. Lakin iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçının kompensasiya tələb etdiyi Sabunçu rayonu, Sabunçu qəsəbəsi (əvvəlki adı) 26 ünvan 9 ünvanında yerləşən bina Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Kommunal Xidmətlər Departamentinin balansında olan yaşayış binası olmuşdur, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 435 saylı sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyətinin mənzil fonduna daxil edilməklə 3 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyinin balansına 148 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xidməti dairəsinə verilmişdir və balansa verilərkən qeyd olunan ünvanda heç bir müəssisə (qeyri-yaşayış sahəsi) balansa verilməmişdir, qeyri-yaşayış sahəsi mövcud olmamışdır. Qeyd olunan yaşayış binası 13 mənzil və 40 nəfər olmaqla 13 ailədən ibarətdir, 13 mənzildən 3-ü xüsusi mülkiyyətdədir, 1 mənzilə dair isə məhkəmə qərarı mövcuddur. Bina 2 girişli, 2 mərtəbəli, mənzil sayı 13-dür. Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamenti və Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti arasında bağlanmış 2012-ci il tarixli təhvil-təslim aktına 1 nömrəli Əlavə olan “Yaşayış binalarının, yataqxanaların və qeyri-yaşayış sahələrinin texniki göstəriciləri barədə” Siyahıdan görünür ki, 26 ünvan 17 ünvanında yerləşən bina yaşayış binasıdır və mənzillərin ümumi sahəsi 468.0 kv.m təşkil edir. Həmçinin qeyd olunmalıdır ki, iddiaçı iddia tələbində 848,38 kv.m sahə üçün kompensasiya tələb edir. Lakin iş materiallarından görünür ki, qeyd olunan yaşayış binası 13 mənzildən ibarətdir, yaşayış sahəsi 460.52 kv.m, ümumi sahəsi 872.07 kv.m təşkil edir. Eyni zamanda həmin mənzillərdən 3-ü xüsusi mülkiyyətdədir. Bundan başqa, iddiaçı “Balaxanıneft” Neft-Qaz Çıxarma İdarəsi və Bakı şəhəri MKTD-nin 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 148 saylı Mənzil Kommunal Təsərrüfatı İdarəsinin həmin ünvanda bir neçə məcburi köçkün ailəsinin yerləşdirilməsi üçün ondan icazə istəməsi və onun da buna icazə verməsini bildirsə də, bununla əlaqədar sübutları da məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1723/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarında qeyd olunur ki, iddiaçının hazırkı tələbi irəli sürməyə subyektiv hüququnun mövcudluğu, habelə həmin tələbində haqlı olub-olmaması yalnız iddiaçının iddia etdiyi və həmin əmlakın əldə olunmasına dair ilkin sənədlərdə, eləcə də iqtisad məhkəməsinin qətnaməsində qeyd olunan ünvanın dəqiqləşdirilməsindən, bunun üzərindən həmin ünvanın cavabdehin istinad etdiyi 2 Aprel küçəsinə aidiyətinin olubolmamasının (küçələrin adlarının dəyişdirilib-dəyişdirilməməsinin və hansı küçə adının hansı ada dəyişdirilməsinin) aydınlaşdırılmasından sonra müəyyən oluna bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərişlərinə uyğun olaraq müvafiq məhkəmə sorğuları verilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 422 nömrəli sərəncamı əsasında Bakı şəhəri, Sabunçu rayonunda “26 Bakı Komissarı” küçəsinin adı dəyişdirilməklə “2 Aprel” küçəsi adlandırılmışdır. Bakı şəhəri Sabunçu rayonu ərazisində ünvan 21 xx.xx.1995-ci il tarixədək mövcud olmuşdur. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının kompensasiya tələb etdiyi ünvan ünvan 19qtisad Məhkəməsinin 907/3-61 nömrəli, xx.xx.1997-ci il tarixli qətnaməsindən görünür ki, mübahisə predmeti Sabunçu qəsəbəsi, ünvan 21, 8a ünvanda yerləşən qeyri-yaşayış binasıdır. Həmin məhkəmə işində olan sənədlərə əsasən iddia ərizəsi məhkəməyə xx.xx.1997-ci ildə verilmişdir, iddia ərizəsində və iddia tələbində məhz Sabunçu qəsəbəsi, ünvan 21, 8a ünvanda yerləşən qeyri-yaşayış binası qeyd olunmuşdur. Lakin məhkəmə sorğusuna əsasən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 422 nömrəli sərəncamı əsasında Bakı şəhəri, Sabunçu rayonunda “26 Bakı Komissarı” küçəsinin adı dəyişdirilməklə “2 Aprel” küçəsi adlandırılmışdır. Göründüyü kimi, iddiaçının kompensasiya tələb etdiyi 2 Aprel küçəsi, 8A ünvanı əvvəllər 26 Bakı Komissarı 8A ünvanı olmuşdur. İddiaçının ona məxsus olduğunu iddia etdiyi ünvan isə ünvan 21, 8a-dır. Məhz 1997-ci ildə məhkəmə mübahisəsi ünvan 21, 8a ilə bağlı olmuşdur. 1997-ci ildə isə ünvan 21nin adının 26 Bakı Komissarı küçəsinə dəyişdirilməsi qeyri-mümkündür. Cavabdeh3 tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinə etirazda qeyd olunmuşdur ki, 26 Bakı Komissarı küçəsi 8A heç zaman ünvan 21, 8a adlanmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan yaşayış binasının sökülməsinə görə iddiaçı tərəfindən kompensasiya tələb edilməsi əsassızdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-782/2021 nömrəli, 14 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar