Məhkəmə qərarları › İş №2-1(103)-1257/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1257/2024

06.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1257/2024 06.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “doğum haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X11 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X3 ibarət tərkibdə, X10-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “doğum haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 14034/2023 saylı 23 oktyabr 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 06 mart 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2007-ci il təvəllüdlü X1 doğum akt qeydləri və onun əsasında verilmiş doğum haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi” barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X6 ilə 06 may 2006-cı il tarixdə Rusiya Federasiyasına köçmüş və orada yaşamağa başlamış, 19 may 2006-cı il tarixdə Rusiyada nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2007-ci il təvəllüdlü X5 doğulmuşdur. Onların doğumu Rusiya Federasiyasında qeydə alınaraq doğum haqında şəhadətnamə verilmişdir. Əri 14 dekabr 2017-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Siyəzən rayon VVADQ şöbəsi tərəfindən verilmiş şəhadətnamələri tapmışdır. Ona məlum olmayan səbəblərdən övladlarının doğumları eyni zamanda Azərbaycan Respublikasında da qeydə alınaraq müvafiq doğum haqqında şəhadətnamələr verilmişdir. Bununla bağlı Bakı şəhəri Cavabdehnə müraciət etmişdir. Bakı şəhəri Cavabdeh xx.xx.02023-cü il tarixli 3-16-5/7-13-1530/23 nömrəli və Siyəzən rayon qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 3-16-5/8-10- 152/2023 nömrəli məktubuna əsasən Rusiyada qeydə alınan akt qeydlərinin surəti əldə edilə bilmədiyi üçün ərizənin icrasının mümkün olmadığı bildirilmişdir. Siyəzən rayon VVADQ şöbəsi tərəfindən verilən doğum haqqında şəhadətnamələr etibarsızdır və ləğv edilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14034/2023 saylı 23 oktyabr 2023-cü il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qərardadın ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, məhkəmə iclasında iştirak etmədiyi halda, məhkəmə saxtakarlığa yol verərək, mübahisələndirilən qərardadda onun iştirakını qeyd etmiş, həmçinin, qərardadda onun adından izahat yazmış və guya ona cavabdehin əsl cavabdehlə əvəz edilməsini təklif etsə də, o, cavabdeh qismində Siyəzən rayon qeydiyyat şöbəsinin göstərilməsinə və işin aidiyyəti üzrə göndərilməsinə etiraz etdiyini qeyd etmişdir. Bununla da məhkəmə öz qərardadının qanuni olduğunu əsaslandırmağa çalışmışdır. O, məhkəmə iclasına 15 dəqiqə gecikmiş və məhkəmə iclas zalında hakim özü ona bildirmişdir ki, işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul etmişdir. Qərardadı rəsmi qaydada əldə etdikdən sonra isə ona məlum olmuşdur ki, iddia mümkün sayılmamışdır. Bununla da məhkəmə növbəti qanun pozuntusuna yol vermişdir. Tərəflərin izahatları İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş ərizədə iddiaya etiraz edilmədiyi və işin həllinin məhkəmənin mülahizəsinə buraxıldığı bildirilmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Bakı şəhəri Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Hazırki işdən görünür ki, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı tələbi “Siyəzən rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2007-ci il təvəllüdlü X1 doğum akt qeydləri və onun əsasında verilmiş doğum haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi” barədədir. İş üzrə birinci instansiya məhkəməsi iddianın qeyri-mümkün sayılması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması ilə bağlı düzgün nəticəyə gəlmişdir. İş materiallarından müəyyən olunur ki, İİ-MÖ seriyalı 807020 saylı xx.xx.2006-cı il tarixli nikah haqqında şəhadətnaməyə əsasən Azərbaycan Respublikası vətəndaşı İddiaçı və Rusiya Federasiyası vətəndaşı X7 nikaha daxil olmuşlar. Onların birgə nikahından iki övladı dünyaya gəlmişdir. İİİ-MÖ seriyalı 587328 saylı xx.xx.2006-cı il tarixli doğum haqqında şəhadətnaməyə əsasən X4 xx.xx.2006-cı il tarixdə, İİİ-MÖ seriyalı 776694 saylı xx.xx.2007-ci il tarixli doğum haqqında şəhadətnaməyə əsasən isə X5 xx.xx.2007-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində doğulmuşlar. AZ-İ seriyalı 072301 saylı xx.xx.2007-ci il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, X2 atası X6, anası İddiaçıdır (qeyd edilən yer – Bakı şəhəri Siyəzən rayonu VVADQ şöbəsi). Eyni zamanda iş üzrə müəyyən olunur ki, iddiaçının hər iki övladı ilə bağlı Azərbaycan Respublikasında da doğum haqqında şəhadətnamələr verilmişdir. Belə ki, AZ-İ seriyalı 849697 saylı xx.xx.2007-ci il tarixli doğum haqqında şəhadətnaməyə əsasən X8 xx.xx.2006-cı il tarixdə, AZ-İİ seriyalı 011338 saylı xx.xx.2008-ci il tarixli doğum haqqında şəhadətnaməyə əsasən isə X9 xx.xx.2007-ci il tarixdə Azərbaycan Respublikasının Siyəzən rayonunda doğulmuşdur. Həmçinin müəyyən olunur ki, iddiaçının həyat yoldaşı ilə nikahları Azərbaycan Respublikasında da qeydə alınmışdır. Belə ki, AZ-İ seriyalı 292699 saylı xx.xx.2006-cı il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı və X6 nikaha daxil olmuşlar (qeyd edilən yer – Bakı şəhəri Binəqədi rayonu VVADQ şöbəsi). Hazırda iddiaçının tələbi hər iki övladının adına X12 tərəfindən verilmiş doğum haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi ilə bağlıdır. Lakin hazırki işdə cavabdeh inzibati orqan qismində Bakı şəhəri Cavabdeh qoyulmuşdur. Halbuki bir daha qeyd olunur ki, mübahisələndirilən doğum haqqında şəhadətnamələr üzrə doğum akt qeydləri Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən aparılmışdır. İşin apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkilinə hüquqi yardım göstərilərək bildirilmişdir ki, hər iki mübahisələndirilən doğum haqqında şəhadətnamə hazırki iş üzrə cavabdeh inzibati orqan tərəfindən verilmədiyi üçün həmin orqanın cavabdeh qismində göstərilməsi iddianın uğursuz olması ilə nəticələnə bilər. Yəni iddia düzgün cavabdehin seçilməməsi səbəbindən qeyri-mümkün ola bilər. Bu hüquqi yardımla razılaşan iddiaçının nümayəndəsi və vəkili müvafiq inzibati orqana qarşı eyni iddianın qaldırılması ilə bağlı müraciət edəcəyini bildirmişdir. Bu səbəbdən məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilinə apellyasiya icraatında cavabdehin əsl cavabdehlə əvəz edilməsi ilə bağlı hüquqi yardım göstərib, iddianın bu məzmunda dəqiqləşdirilməsi bağlı ərizə verilməsinə zərurət görməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Məcəllənin qeyd olunan norması, prosessual qanunvericiliyin iddianın verilməsi ilə bağlı müəyyən etdiyi tələblər baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırılmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Həmçinin qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının iddiasının düzgün cavabdehə qarşı verilməsinin əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Qeyd edilənlərə əsasən kollegiya belə qənaətə gəlir ki, iddiaçının qaldırdığı məsələ cavabdeh Bakı şəhəri Cavabdehnə yönəlmişdir ki, sonuncu da hazırkı iddiaya cavab verməli olan orqan deyil. İddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, həmin dəlillər formal xarakter daşımaqla yanaşı, qərardadın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması üçün əsas vermir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14034/2023 saylı 23 oktyabr 2023-cü il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. İddiaçıya izah olunur ki, mübahisələndirdiyi doğum haqqında şəhadətnamələrin qanuniliyini iddia etdiyi halda düzgün cavabdehə- yəni həmin doğum haqqında şəhadətnamələri vermiş orqana qarşı müvafiq iddia ilə inzibati məhkəmə icraatı qaydasında aidiyyəti inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14034/2023 saylı 23 oktyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar