Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1258/2023 04.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X13 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X10, X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2-1(112)-4062/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.2021-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun 1976-1992ci illər üzrə iqtisadçı-müfəttiş olaraq işlədiyi müddətin dövlət qulluğunda işlədiyi müddət olaraq nəzərə alınmaqla qulluq stajına görə ona 30% əlavənin hesablanması, çalışdığı vəzifəsinə uyğun olaraq vəzifə maaşının üç mislində mükafat, bir vəzifə maaşı həcmində müavinətin verilməsi nəzərə alınmaqla pensiyasının yenidən hesablanması və 01 noyabr 2017-ci il tarixdən, yəni ona pensiya təyin edildiyi tarixdən hazırkı vaxtadək olan fərqin pensiyasının üzərinə hesablanıb birdəfəlik ona ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, onun 1976-1992 illər üzrə iqtisadçı-müfəttiş olaraq işlədiyi müddətin dövlət qulluğunda işlədiyi müddət olaraq nəzərə alınmaqla, qulluq stajına görə ona 30% əlavənin hesablanması, çalışdığı vəzifəyə uyğun olaraq vəzifə maaşının üç mislində mükafat, bir vəzifə maaşı həcmində müavinətin verilməsi nəzərə alınmaqla pensiyasının yenidən hesablanması və 01 noyabr 2017-ci il tarixdən, yəni ona pensiya təyin edildiyi tarixdən hazırkı vaxtadək olan fərqin pensiyasının üzərinə hesablanıb ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1972-1976-cı illərdə Binə donuzkökəltmə sovxozunda, 1976-cı ildə Azərbaycan SSRİ Sənaye Tikinti Nazirliyinin Dəmir-Beton trestinin 9 saylı Dəmir-Beton boruları zavodunda, 1976-1992-ci illərdə “Cənubxəzərbalıqçılıq” idarəsində, 1992-1994-cü illərdə “Azərbalıq” Dövlət Konsernində, 2005-2018-ci illərdə "xxxx" MMC-də müxtəlif vəzifələrdə çalışmışdır. 1976-1992-ci illərdə “Cənubxəzərbalıqçılıq" idarəsində iqtisadçı-müfəttiş vəzifəsində çalışmışdır. Ona 01 noyabr 2017-ci il tarixdən yaşa görə pensiya təyin olunub və pensiya məbləği 276,62 (iki yüz yetmiş altı manat, altmış iki qəpik) manat müəyyən edilmişdir. O, ona verilən pensiya məbləği ilə razılaşmadığı üçün cavabdeh DSMF-nin Bakı Şəhəri Xətai rayon şöbəsinə müraciət edərək pensiya məbləğinin yenidən hesablanmasını tələb etmişdir. Tələbinin əsası kimi 1976-1992-ci illərdə “Cənubxəzərbalıqçılıq” idarəsində çalışdığı iqtisadçımüfəttiş vəzifəsinin dövlət qulluğuna aid olduğunu və ona həmin vəzifədə işlədiyi müddətin dövlət qulluğunda qulluq stajı kimi hesablanmalı olduğunu göstərmişdir və buna dair sübutlarını təqdim etmişdir. Ona verilən 02 iyul 2020-ci il tarixli, **********0 №-li cavab məktubu ilə tələbindən imtina edilib və imtinaya səbəb kimi göstərilmişdir ki, müraciətilə əlaqədar apardıqları araşdırma əsasında müəyyən olunmuşdur ki, Azərbaycan SSR Nazirlər Sovetinin 02 iyul 1977-ci il tarixli, 222 №-li Qərarı ilə Azərbaycan SSR Nazirlər Sovetinin Azərbaycan Balıq Təsərrüfatı İdarəsi yaradılmışdır. Həmin qərarın 2 №-li əlavəsində Balıq Təsərrüfatı İdarəsinin aparatında X21 idarəsi mövcud olmamışdır. Bu səbəbdən də həmin qurumda çalışdığı vəzifələr qanunvericiliyin tələbləri baxımından dövlət qulluğu hesab edilmir. SSRİ Balıq Təsərrüfatı Nazirliyinin “Baş Balıqçılıq İdarəsi”nin 22 iyun 1984-cü il tarixli, 45/P №-li əmri ilə təsdiq edilmiş “SSRİ Balıq Təsərrüfatı Nazirliyinin Balıq ehtiyatlarının mühafizəsi və artırılması və balıqçılığın tənzimlənməsi üzrə “X18 İdarəsi haqqında Nümunəvi Əsasnamə”nin 3-cü hissəsinə əsasən “Hövzə İdarəsi” SSRİ Balıq Nazirliyinin Baş balıqçılıq İdarəsinin smetası əsasında saxlanılmış, SSRİ Dövlət Bankında büdcə və büdcədənkənar hesablara və SSRİ Tikinti Bankının müəssisələrində açıq hesaba malik olmuşdur. Həmin “Nümunəvi Əsasnamə”nin 8-ci hissəsinə əsasən “Hövzə İdarəsi” SSRİ və müvafiq respublikaların qanunvericiliyinin, SSRİ Balıq Təsərrüfatı Nazirliyinin və Balıqçılıq İdarəsinin balıq ehtiyatlarının mühafizəsi və artırılması, balıqçılığın tənzimlənməsi, həmçinin balıq təsərrüfatı hovuzlarının vəziyyətinə və onların çirklənməsi və digər balıq ehtiyatları, su bitkilərinin və heyvanlarının zərərli təsirlərdən qorunması ilə əlaqədar tədbirlərin həyata keçirilməsinə nəzarət etmişdir. Yuxarıda adı çəkilən Siyahının 1.16-cı bəndində ittifaqrespublika tabeliyində olan büdcədən maliyyələşdirilən dövlət idarəetmə orqanlarının (baş idarələrin, idarələrin) aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifatı Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. Onun iqtisadçı-müfəttiş vəzifəsini icra etdiyi “Cənubxəzərbalıqçılıq” İdarəsi də məhz ittifaqrespublika tabeliyində olan büdcədən maliyyələşdirilən dövlət idarəetmə orqanı statusunda fəaliyyət göstərib. Bundan başqa, “X19 Nazirliyi Balıqçılıq üzrə Federal Ağentlik”-dən verilən arayışda da bildirilir ki, Cənub-Xəzər hövzə idarəsinin təşkilatlarının maliyyələşdirilməsi büdcədən ayırmalar hesabına həyata keçirilib. Balıq ehtiyatlarının mühafizəsi, artırılması və balıqçılığın tənzimlənməsi üzrə Baş idarənin SSRİ Dövlət bankında cari hesabı olub və mərkəzi aparatın saxlanılması həmin hesabdan maliyyələşdirilib. Yuxarıda qeyd etdiyi faktlar və sənədlər onun “Cənubxəzərbalıqçılıq” İdarəsində iqtisadçı-müfəttiş olaraq işlədiyi 1976-1992-ci illərə görə müddətin, dövlət qulluğunda qulluq stajı kimi hesablanmalı olduğuna əsasdır. Ona münasibətdə Qanuna görə pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci ilin oktyabr ayının 18-nə kimi dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısına əsasən vəzifəsinə uyğunlaşdırılmalıdır. Həmin Qanuna əsasən pensiya alanın arzusuna əsasən dövlət məvacibi onun müraciət etdiyi gündən əvvəlki qulluğunun 24 ayı və ya ardıcıl gələn 60 ayı ərzində aldığı dövlət məvacibindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla hesablanır. Bakı İnzibati Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2-1(112)-4062/2021 nömrəli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilmiş, İddiaçı 1976-1992 illər üzrə iqtisadçımüfəttiş işlədiyi müddətin dövlət qulluğunda işlədiyi müddət olaraq nəzərə alınmaqla, qulluq stajına görə ona 30% əlavənin hesablanması, çalışdığı vəzifəyə uyğun olaraq vəzifə maaşının üç mislində mükafat, bir vəzifə maaşı həcmində müavinətin verilməsi nəzərə alınmaqla pensiyasının yenidən hesablanması və 01 noyabr 2017-ci il tarixdən, hazırkı vaxtadək olan fərqin pensiyasının üzərinə hesablanıb ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarının ləğv edilib, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan SSRİ Nazirlər Sovetinin 2 iyul 1977-ci il tarixli 222 nömrəli Qərarı ilə Azərbaycan SSRİ Nazirlər Sovetinin Azərbaycan Balıq Təsərrüfatı İdarəsi yaradılmışdır. Həmin Qərarın 2 nömrəli əlavəsində Balıq Təsərrüfatı İdarəsinin aparatında X21 İdarəsi mövcud olmamışdır. Bu səbəbdən də vaxtilə həmin qurumda çalışanlar qanunvericiliyin tələbləri baxımından dövlət qulluğu hesab edilmir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanına əsasən təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı hər hansı dövlət qulluğu vəzifəsinə aid olmadığından, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Syahısının 1.16-cı bəndində ittifaq-respublika tabeliyində olan büdcədən maliyyələşdirilən dövlət idarəetmə orqanlarının yalnız (baş idarələrin, idarələrin) aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. Əlavə olaraq, İddiaçı DSMF-nun Xətai rayon Xidmət Nümayəndəliyi tərəfindən xx.xx.2017-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-284/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə (hakimlər: E.E.Nağıyeva /sədrlik edən və məruzəçi/, H.Ü.Həmidov və C.A.Yusifov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2-1(112)-4062/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1986/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 may 2022-ci il tarixli, 2-1(103)-284/2022 nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi, cavabdehin kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının aparıcı mütəxəssisi X17 verdiyi izahatında göstərmişdir ki, 15 il 04 ay dövlət qulluğu stajına görə “Əmək pensiyaları haqqında” Qanunda qeyd olunmuşdur ki, ya qulluqda olmanın son 24 ayı, ya da qulluq dövründə olan ardıcıl gələn 60 ay ərzində olan dövlət məvacibindən əmək pensiyası hesablanması aparılır. Şəxs eyni vəzifədə çalışdığına görə vətəndaşın son 24 aya görə pensiyasının hesablanması onun mənafeyinə uyğundur. Çünki işlədiyi müddət ərzində daha yüksək vəzifə tutduğu dövr olmayıb. Son 24 ayda əldə olunan əmək haqqıya uyğun pensiya hesablandıqda isə vətəndaş ancaq 4 ay əmək haqqına 30% əlavə əmək haqqı almışdır. Ondan qabaqkı 5 ildə 20%, daha əvvəl isə 10% və 5% əlavə almışdır. Bu dövlət qulluğu haqqında qanunvericiliyin normalarına əsaslanır. “Əmək pensiyaları haqqında” Qanunda müəyyən olunmuşdur ki, 24 ay prinsipi əsas götürüldükdə, son 24 ay ərzində əldə olunan əmək haqqının orta miqdarı müəyyən edilir. Bu hesabla (20 ay 20% və son 4 ay 30% əlavə nəzərə alınmaqla) 21,67% qulluq stajına görə əlavə haqq müəyyən edilir. Həmçinin, qanunvericiliyin tələblərinə görə mükafatlar ancaq təqdim edilmiş əmək haqqı arayışına əsasən hesablana bilər. Şəxs həmin dövrlərə aid əmək haqqı arayışları təqdim edə bilməyəcək. Bu halda mükafatların hesablanması mümkün olmayacaqdır. İş materiallarında 1987-ci ilin dekabr ayında vətəndaşın 100 rubl mükafat alması qeyd olunub. Həmin vaxt şəxsin vəzifə maaşının nə qədər olmasını bilmədiyindən, mükafatın məbləğinin əmək haqqının neçə faizini təşkil etdiyini müəyyən etmək mümkün deyildir. Bunun üçün əmək haqqı barədə arayışa ehtiyac vardır. Həmçinin, köhnə əmək kitabçalarında ayrıca bölmə vardır ki, burada şəxsə verilən mükafatlar barədə məlumatlar əks olunurdu. Bu, sadəcə qeyd əhəmiyyətlidir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, Ali Məhkəmənin qərarında əksini tapmış müvafiq göstərişləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Xətai RPŞ tərəfindən xx.xx.2005-ci ildə verilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1953-cü ildə Beyləqan rayonunda doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. - iddiaçıya məxsus 20 yanvar 1972-ci il tarixli əmək kitabçasındakı (surəti) qeydlərdən müəyyən olunur ki, iddiaçı-1953-cü il təvəllüdlü İddiaçı xx.xx.1976-cı ildən xx.xx.1992-ci ilədək “Cənubxəzərbalıqçılıq”da iqtisadçı-müfəttiş (mühasib) vəzifəsində işləmişdir. - Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin İddiaçı ünvanladığı xx.xx.2019-cu il tarixli 04/xx-xx/1829 saylı məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında və 1991-ci il oktyabrın 18-dən “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu” qüvvəyə minənədək Azərbaycan Respublikası dövlət orqanlarında mövcud olmuş dövlət qulluğu vəzifələrinin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. 1976-1992-ci illərdə Cənub Xəzər balıq ehtiyatlarının mühafizəsi və artırılması və balıqçılığın tənzimlənməsi İdarəsində (Cənubxəzərbalıqçılıq) işlədiyi müddətə dair bildirilmişdir ki, SSRİ Balıq Təsərrüfatı Nazirliyinin “Baş Balıqçılıq idarəsi”nin 22 iyun 1984-cü il tarixli 45/P nömrəli əmri ilə təsdiq edilmiş “SSRİ Balıq Təsərrüfatı Nazirliyinin Balıq ehtiyatlarının mühafizəsi və artırılması və balıqçılığın tənzimlənməsi üzrə “BaşX18 İdarəsi haqqında Nümunəvi Əsasnaməsi”nin 3-cü hissəsinə əsasən “Hövzə İdarəsi” SSRİ Balıq Təsərrüfatı Nazirliyinin Baş balıqçılıq idarəsinin smetası əsasında saxlanılmış, SSRİ Dövlət Bankında büdcə və büdcədənkənar hesablara və SSRİ Tikinti Bankının müəssisələrində açıq hesaba malik olmuşdur. Həmin “Nümunəvi Əsasnamə”nin 8-ci hissəsinə əsasən “Hövzə İdarəsi” SSRİ və müttəfiq respublikaların qanunvericiliyinin, SSRİ Balıq Təssərrüfatı Nazirliyinin və Başbalıqçılıq idarəsinin balıq ehtiyatlarının mühafizəsi və artırılması, balıqçılığın tənzimlənməsi, həmçinin balıq təsərrüfatı hovuzlarının çirkləndirilməsinə qarşı mübarizə məsələləri üzrə əmr və təlimatların icrasına və “Hövzə İdarəsi”nin tabeçiliyində olan balıq təsərrüfatı hovuzlarının vəziyyətinə və onların çirklənməsi və digər balıq ehtiyatları, su bitkilərinin və heyvanlarının zərərli təsirlərdən qorunması ilə əlaqədar tədbirlərin həyata keçirilməsinə nəzarət etmişdir. Yuxarıda adı çəkilən Siyahının 1.16-cı bəndində ittifaqrespublika tabeliyində olan büdcədən maliyyələşdirilən dövlət idarəetmə orqanlarının (baş idarələrin, idarələrin) aparatında mövcud olmuş vəzifələrin “inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. Qeyd edilənlərə əsasən “Cənubxəzərbalıqçılıq” İdarəsi ittifaq-respublika tabeliyində olan büdcədən maliyyələşdirilən dövlət idarəetmə orqanı (baş idarə, idarə) statusunda fəaliyyət göstərmişsə, həmin İdarədə işlədiyi müddət dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alına bilər. - DSMF Bakı şəhəri Xətai rayon Xidmət Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli **********8 saylı məktubdan müəyyən olunur ki, İddiaçı 011173 saylı iş üzrə yaşa görə ömürlük 276,62 (iki yüz yetmiş altı manat 62 qəpik) manat məbəğində əmək pensiyası alır. Pensiya xx.xx.2017-ci il tarixdən təyin olunmuşdur. - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin xx.xx.2021-ci il tarixli 18/221 saylı məktubunda qeyd olunmuşdur ki, “Cənubxəzərbalıqçılıq” İdarəsinin ittifaq-respublika tabeliyində olan büdcədən maliyyələşdirilən dövlət idarəetmə orqanı statusunda fəaliyyət göstərib-göstərmədiyi barədə məlumatın Bakı İnzibati Məhkəməsinə təqdim edilməsi ilə bağlı sorğu Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji informasiya və arxiv fondunda araşdırılmışdır. Bu barədə arxiv sənədindən çıxarışı təqdim edərək, bildirirlər ki, qoşmada qeyd olunmuş Nazirliyin Su hövzələrində X4 və Mühafizəsi Departamenti “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X5 Xidməti olaraq fəaliyyət göstərir. - Qeyd olunan məktuba əlavə olunmuş X26 Ehtiyatlarının Artırılması, Bərpası, Mühafizəsi və Balıq OvununTənzimlənməsi idarəsi (“Cənubi Xəzərbalıqartırma idarəsi”) barədə Arxiv arayışından müəyyən olunur ki, sabiq SSRİ Balıqçılıq Təsərrüfatı Nazirliyinin Baş İdarəsinin tabeçiliyində olan “X15” idarəsi (X26 ehtiyatlarının artırılması, bərpası, mühafizəsi və balıq ovunun tənzimlənməsi idarəsi) Azərbaycan Respublikasında 1991-ci ilədək fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin arxivində saxlanılan sənədlərə əsasən (1941-1990-cı illəri əhatə edir) təsdiqlənir ki, (“X15” idarəsi) keçmiş Azərbaycan SSR-də fəaliyyət göstərmişdir (əlavə - 1).“Cənubi Xəzərbalıqartırma idarəsi”nin tabeliyində olan 9 balıqartırma zavod və təsərrüfatları, 10 balıq mühafizə müfəttişlikləri vasitəsilə Azərbaycanda balıq ehtiyatlarının artırılması, bərpası, mühafizəsi və balıq X22 fəaliyyətləri ilə məşğul olan dövlət idarəetmə orqanı olmuşdur. “İdarə” dövlət büdcəsindən maliyyələşdirilmiş və SSRİ Dövlət Bankının Azərbaycan SSR söbəsində ******* saylı büdcə hesabı olmuşdur. “İdarə” ünvan 2 ünvanında yerləşmişdir. 1983-cü ilin 18 mart tarixində sabiq SSRİ Balıqçılıq Təsərrüfatı Nazirliyinin Baş idarəsi tərəfindən təsdiq edilmiş idarəetmə aparatı üzrə ştat cədvəlinə əsasən 9 balıqartırma zavod və təsərrüfatları, 10 rayon balıq mühafizə müfəttişlikləri üzrə 68 idarəetmə vahidi nəzərdə tutulmuşdur (SSRİ dağıldıqdan sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1991-ci il 31 dekabr tarixli 447 nömrəli qərarına əsasən sözügedən idarənin bazasında onun funksiyalarını həyata keçirən “Azərbalıqartırma” Dövlət Konserni yaradılmışdır (əlavə-3). Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 04 iyul tarixli 40 nömrəli Fərmanına əsasən “Azərbalıqsənaye” İstehsalat Birliyi, “Azərbalıq”, “Azərbalıqartırma”, “Azərbalıqsənayesatış” konsernləri və “Xəzər” X3 əsasında Azərbaycan Respublikasının “Azərbalıq” X9 Konserni yaradılmışdır (əlavə-4). “Azərbaycan Respublikasının “Azərbalıq” X9 Konsernin nizamnaməsi və tərkibinə daxil olan müəssisələrin siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 24 avqust tarixli qərarı ilə təsdiq edilmişdir (əlavə-5). “Azərbalıq”X9 Konsernin idarə heyətinin 1994-cü il 23 mart tarixli 07 saylı qərarı ilə “Azərbalıq” X9 konserninin X11, Qorunması və X22-“Balıqartıma” idarəsinin nizamnaməsi” təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 1994-cü il 04 may tarixli qərarı ilə qeydə alınmışdır. “Balıqartırma” idarəsi X11, qorunması və X22ni idarə etmiş və öz fəaliyyətini dövlət büdcəsindən maliyyələşdirmə prinsipi əsasında həyata keçirilmişdir (əlavə-6). Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 20 mart tarixli 669 nömrəli Sərəncamı ilə “Balıqartırma” idarəsi istisna olmaqla “Azərbalıq” X9 Konserninin tabeliyində olan müəssisə və təşkilatlar özəlləşdirməyə açıq elan edilmişdir (əlavə-7). Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 sentyabr tarixli Sərəncamına əsasən “Azərbalıq” X9 Konserni ləğv olunmuş, ləğv olunan “Azərbalıq” X9 Konserninin səlahiyyətləri və onun tabeliyində olan müəssisə və təşkilatlar (Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 669 nömrəli sərəncamının 1-ci bəndində göstərilən müəssisə və təşkilatlar istisna olunmaqla) yəni əvvəllər “Balıqartırma” idarəsi adlandırılan Su hövzələrində X4 və Mühafizəsi Departamenti və X2 institutu Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verilmişdir (əlavə-8). Hal-hazırda “X15” idarəsinin funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində X4 və Mühafizəsi Departamenti “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına və 2004-cü il 21 iyul tarixli 151s nömrəli sərəncamına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 27 iyul tarixli 108 nömrəli Qərarının 2-ci bəndi ilə 2001-ci ilin 18 sentyabr tarixindən dövlət orqanlarının təsnifatına daxil edilmişdir (əlavə-9). - DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinin xx.xx.2020-ci il tarixli ********** saylı məktubunda qeyd olunmuşdur ki, ərizəyə əlavə olunmuş sənədlərdə qeyd olunan məlumatlara müvafiq hüquqi rəyin verilməsi ilə bağlı tərəflərindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna sorğu verilmişdir. Sorğuya cavab olaraq bildirilmişdir ki, Azərbaycan SSR Nazirlər Sovetinin 2 iyul 1977-ci il tarixli 222 nömrəli Qərarı ilə Azərbaycan SSR Nazirlər Sovetinin Azərbaycan Balıq Təsərrüfatı İdarəsi yaradılmışdır. Həmin Qərarın 2 nömrəli əlavəsində Balıq Təsərrüfatı İdarəsinin aparatında X21 İdarəsi mövcud olmamışdır. Bu səbəbdən də həmin qurumda çalışdığı vəzifələr qanunvericiliyin tələbləri baxımından dövlət qulluğu hesab edilmir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanına əsasən təsdiq olunmuş “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı hər hansı dövlət qulluğu vəzifəsinə aid olmadığından, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin “İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1.16-cı bəndində ittifaq-respublikası tabeliyində olan büdcədən maliyyələşdirilən dövlət idarəetmə orqanlarının (baş idarələrin, idarələrin) aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. - DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2020-ci il tarixli **********2 saylı məktubunda qeyd olunmuşdur ki, Azərbaycan SSR Nazirlər Sovetinin 2 iyul 1977-ci il tarixli 222 nömrəli Qərarı ilə Azərbaycan SSR Nazirlər Sovetinin Azərbaycan Balıq Təsərrüfatı İdarəsi yaradılmışdır. Həmin Qərarın 2 nömrəli əlavəsində Balıq Təsərrüfatı İdarəsinin aparatında X21 İdarəsi mövcud olmamışdır. Bu səbəbdən də vaxtilə həmin qurumda çalışdığı vəzifələr qanunvericiliyin tələbləri baxımından dövlət qulluğu hesab edilmir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanına əsasən təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı hər hansı dövlət qulluğu vəzifəsinə aid olmadığından, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısının 1.16-cı bəndində ittifaq-respublika tabeliyində olan büdcədən maliyyələşdirilən dövlət idarəetmə orqanlarının yalnız (baş idarələrin, idarələrin) aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. İddia tələbindən görünür ki, iddiaçı onun 1976-1992 illər üzrə iqtisadçı-müfəttiş olaraq işlədiyi müddətin dövlət qulluğunda işlədiyi müddət olaraq nəzərə alınmaqla, qulluq stajına görə ona 30% əlavənin hesablanması, çalışdığı vəzifəyə uyğun olaraq vəzifə maaşının üç mislində mükafat, bir vəzifə maaşı həcmində müavinətin verilməsi nəzərə alınmaqla pensiyasının yenidən hesablanması və 01 noyabr 2017-ci il tarixdən, yəni ona pensiya təyin edildiyi tarixdən hazırkı vaxtadək olan fərqin pensiyasının üzərinə hesablanıb ödənilməsi vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İşin apellyasiya baxışı zamanı iddiaçı məhkəmə kollegiyasına ərizə təqdim edərək pensiya təyinatı ilə əlaqədar son 24 ayın hesablanmasını xahiş etmiş, həmin ərizə məhkəmə kollegiyası tərəfindən qəbul edilmişdir. Beləliklə iddiaçının iddia tələbi:
1. 1976-1992 illər üzrə iqtisadçı-müfəttiş işlədiyi müddətin dövlət qulluğunda işlədiyi müddət olaraq nəzərə alınmaqla, qulluq stajına görə ona 30% həcmində əlavənin hesablanmasından;
2. Çalışdığı vəzifəyə uyğun olaraq vəzifə maaşının üç mislində mükafatın verilməsi nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasından;
3. Bir vəzifə maaşı həcmində müavinətin verilməsinin nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasından ibarətdir. Məhkəmə kollegiyası ilk öncə iddia tələbinin pensiyanın “çalışdığı vəzifəyə uyğun olaraq vəzifə maaşının üç mislində mükafatın” nəzərə alınaraq hesablanmasına aid hissədə qeyd edir ki, iddia tələbinin həmin hissəsi cavabdeh inzibati orqan tərəfindən təmin edildiyindən və bununla da tərəflər arasında həmin hissədə mübahisə artıq mövcud olmadığından Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 2-1(103)-1258/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə xitam verilmişdir. İddia tələbinin İddiaçı 1976-1992 illər üzrə dövlət qulluğunda işlədiyi müddətin və qulluq stajına görə ona 30 % əlavənin hesablanması (dövlət qulluğunun son 24 ayı nəzərə alınmaqla) və xx.xx.2017-ci il tarixdən hazırkı vaxtadək olan fərq məbləğinin ödənilməsi hissəsi ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə görə dövlət qulluqçularının pensiya təminatı üçün əsas və onun qaydası bu maddənin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikasının müvafiq Qanunu ilə müəyyən edilir. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğunda xidmət illərindən və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət pensiyası verilməsi üçün lazım olan xidmət illərinin minimum həddi 15 ildir. Müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğunda xidmət illərinin minimum həddinə və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçusuna qanunvericilik, müvafiq icra və məhkəmə hakimiyyəti orqanlarının müəyyən etdiyi miqdarda ömürlük müavinət təyin edilir. Dövlət qulluqçusunun pensiyasının və müavinətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır. Həmin Qanunun 22.1-ci maddəsinə əsasən dövlət məvacibi dövlət qulluqçusuna pul ilə ödənilən haqdır. Dövlət məvacibinin məbləği səlahiyyət həcmindən, məsuliyyət dərəcəsindən, tələb olunan peşəkarlıq səviyyəsindən, vəzifədə qulluq stajından asılıdır. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir. Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2002-ci il tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 1-ci bəndində göstərilmişdir ki, bu Qayda “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 22.7-ci maddəsinə əsasən hazırlanmışdır və dövlət orqanlarında dövlət qulluqçularına dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın ödənilməsi şərtlərini müəyyən edir. Qaydaların 4-cü bəndində göstərilmişdir ki, Dövlət qulluqçusuna daimi dövlət qulluğuna qəbul edildiyi vaxtdan başlayaraq dövlət qulluğunda qulluq stajına görə qulluq stajının müddətindən asılı olaraq aşağıdakı qaydada hər ay əlavə haqq ödənilir: 15 ildən yuxarı 30 faiz məbləğində. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) təyin edilir. Qanunvericiliyin qeyd olunan tələblərini nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya qulluq stajına görə 30% əlavə nəzərə alınmaqla pensiyasının yenidən hesablanması cavabdehə həvalə olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hazırki iş üzrə olan xx.xx.2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə ona verilən pul ödənişidir. Belə yanaşma dövlətin sosial təminat siyasətinin və pensiya qanunvericiliyinin məqsədlərindən irəli gəlir. Bu mənada pensiya alan şəxslərə münasibətdə pensiya təyin edilərkən və ya pensiya yenidən hesablanarkən onların işlədikləri dövrdə almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əlavələrin nəzərə alınması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, dövlət məvacibinin və ya onlara edilən əlavələrin nəzərə alınması sosial təminat sisteminin məqsədlərinə və “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.2-ci maddələrinin tələblərinə uyğun deyildir. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən, iddia tələbinin “qulluq stajına görə ona 30% əlavənin, çalışdığı vəzifəyə uyğun olaraq vəzifə maaşının üç mislində mükafatın və bir vəzifə maaşı həcmində müavinətin pensiyasının yenidən hesablanması zamanı nəzərə alınması” hissəsi üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır. Apellyasiya instansiya məhkəməsi işin araşdırılması üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olduğu halda, bunu etməmiş, iddiaçının pensiyasının yenidən hesablanması ilə bağlı iddia tələbini araşdırarkən nəzərə alınan və ya iddiaçının tələbinə görə nəzərə alınmalı olan qulluq dövrünün (dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı) hədlərini dəqiq müəyyən etməmiş, nəticə etibarı ilə, qulluq stajına görə əlavənin, mükafatların və müavinətin məbləği ilə bağlı əsassız nəticəyə gəlmişdir” (Qərarın 44, 45, 46 və 47-ci bəndləri). Həmin Qərarda öz əksini tapmış göstərişlərdən görünür ki, işə təkrar baxan məhkəmə iddiaçının dövlət qulluğuna görə əmək pensiyasının yenidən hesablanması zamanı nəzərə alınmalı olan qulluq dövrünün (dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı) hədlərini dəqiq müəyyən etməli, bundan sonra iddiaçının həmin hədlərdə aldığı qulluq stajına görə əlavə, mükafat və müavinətlərlə bağlı tam və hərtərəfli araşdırma aparmalı və nəticədən asılı olaraq ədalətli qərar qəbul etməlidir (Qərarın 51-ci bəndi). Yuxarıda qeyd olunanlara əsasən işə baxan məhkəmə kollegiyası tərəfindən iddiaçıdan onun dövlət qulluğuna görə əmək pensiyasının yenidən hesablanması zamanı nəzərə alınmalı olan dövlət qulluğunun son 24 ayı ilə bağlı ərizəsini alaraq işin materiallarına əlavə etmişdir. Bundan başqa, məhkəmə kollegiyası iddia tələbinin pensiyanın “Bir vəzifə maaşı həcmində müavinətin verilməsi nəzərə alınmaqla” hesablanmasına aid hissədə qeyd edir ki, həmin hissədə iddia tələbi təmin edilməməldir. Belə ki, məhkəmə kollegiyası iş materiallarını araşdiraraq, həmçinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının aparıcı mütəxəssisi X14 və iddiaçını dinləyərək belə nəticəyə gəlmişdir ki, işlədiyi dövrdə iddiaçının bir vəzifə maaşı həcmində müavinət alması öz təsdiqini tapmamışdır. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən, iddia tələbinin İddiaçı 1976-1992 illər üzrə iqtisadçı-müfəttiş işlədiyi müddətin dövlət qulluğunda işlədiyi müddət olaraq və bir vəzifə maaşı həcmində müavinətin verilməsi nəzərə alınmaqla pensiyanın yenidən hesablanması və xx.xx.2017-ci ildən fərqin hesablanaraq ödənilməsi hissəsində ləğv edilərək, həmin hissədə iddia rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı İddiaçı 1976-1992 illər üzrə dövlət qulluğunda işlədiyi müddətin və qulluq stajına görə ona 30 % əlavənin hesablanması (dövlət qulluğunun son 24 ayı nəzərə alınmaqla) və xx.xx.2017-ci il tarixdən hazırkı vaxtadək olan fərq məbləğinin ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2-1(112)-4062/2021 nömrəli qərarı qismən, iddia tələbinin İddiaçı 1976-1992 illər üzrə iqtisadçı-müfəttiş işlədiyi müddətin dövlət qulluğunda işlədiyi müddət olaraq və bir vəzifə maaşı həcmində müavinətin verilməsi nəzərə alınmaqla pensiyanın yenidən hesablanması və xx.xx.2017-ci ildən fərqin hesablanaraq ödənilməsi hissəsində ləğv edilsin və həmin hissədə iddia rədd edilsin. Bakı İnzibati Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2-1(112)-4062/2021 nömrəli qərarı İddiaçı 1976-1992 illər üzrə dövlət qulluğunda işlədiyi müddətin və qulluq stajına görə ona 30 % əlavənin hesablanması (dövlət qulluğunun son 24 ayı nəzərə alınmaqla) və xx.xx.2017-ci il tarixdən hazırkı vaxtadək olan fərq məbləğinin ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə