Məhkəmə qərarları › İş №2-1(103)-126/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-126/2023

16.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-126/2023 16.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X17 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil2, İddiaçı12 nümayəndəsi X13 Cavabdehin nümayəndəsi X5, Üçüncü şəxs X9 və onun nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İddiaçılar İddiaçı1 və digərlərinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-610/2022 saylı, 08 fevral 2022-ci il tarixli qərarından iddiaçıların nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 Mirzə oğlu, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14 Əlövsət oğlu, İddiaçı17, İddiaçı16, İddiaçı15 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 600 kv.m torpaq sahəsində olan dörd mərtəbəli tikiliyə (ü/s 2256,31 kv.m) "X2 Mərkəzi" MMC tərəfindən verilmiş YP 004 saylı, xx.xx.2020-ci il tarixli satış protokoluna əsasən, Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, yeni yaşayış massivi, 1- ci döngədə yerləşən iki mərtəbəli, 10 saylı fərdi yaşayış evinə (ü/s 442 kv.m) "X2 Mərkəzi" MMC tərəfindən verilmiş YP 005 saylı, xx.xx.2020-ci il tarixli satış protokoluna əsasən və Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, yeni yaşayış massivi, 1-ci döngədə yerləşən iki mərtəbəli, 10 saylı fərdi yaşayış evinə (ü/s 448 kv.m) "X2 Mərkəzi" MMC tərəfindən verilmiş YP 006 saylı, xx.xx.2020-ci il tarixli satış protokoluna əsasən müvafiq çıxarışların verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 600 kv.m torpaq sahəsində olan dörd mərtəbəli tikiliyə (ü/s 2256,31 kv.m) “X2 Mərkəzi” MMC tərəfindən verilmiş YP 004 saylı, xx.xx.2020-ci il tarixli satış protokoluna əsasən, Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, yeni yaşayış massivi, 1-ci döngədə yerləşən iki mərtəbəli, 10 saylı fərdi yaşayış evinə (ü/s 442 kv.m) “X2 Mərkəzi” MMC tərəfindən verilmiş YP 005 saylı, xx.xx.2020-ci il tarixli satış protokoluna əsasən və Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, yeni yaşayış massivi, 1-ci döngədə yerləşən iki mərtəbəli, 10 saylı fərdi yaşayış evinə (ü/s 448 kv.m) “X2 Mərkəzi” MMC tərəfindən verilmiş YP 006 saylı, xx.xx.2020-ci il tarixli satış protokoluna əsasən İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 Mirzə oğlunun, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14 Əlövsət oğlunun, İddiaçı17, İddiaçı16 və İddiaçı15 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6261/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclu X7 tələbkar İddiaçı9 xeyrinə 67400 (altmış yeddi min dörd yüz) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul tutulmuşdur. Həmçinin, Nərimanov Rayon Məhkəməsinin 2(005)-6561/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclu X7 67250 (altmış yeddi min iki yüz əlli) ABŞ dolları məbləğində pul vəsaiti ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə, həmçinin 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tələbkar İddiaçı10 xeyrinə tutulmuşdur. Bundan əlavə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-6262/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclu X7 cəmi 55031 (əlli beş min otuz bir) manat məbləğində pul vəsaiti tutularaq tələbkar İddiaçı11 ödənilməli idi. Həmçinin, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 95/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən borclu X7 tələbkar İddiaçı13 xeyrinə 44800 (qırx dörd min səkkiz yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul tutulmalı idi. Həmçinin, Nəsimi Rayon Məhkəməsinin 2(006)- 310/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən X7 İddiaçı15 xeyrinə 73000 (yetmiş üç min) ABŞ dolları məbləğində pul milli manat məzənnəsinə uyğun olaraq tutulmalı idi. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə zərərçəkmiş şəxslər, mülki iddiaçılar İddiaçı7 349.000 ABŞ dolları, İddiaçı3 10.000 ABŞ dolları, İddiaçı5 63.000 manat, X3 53.900 ABŞ dolları, İddiaçı17 10.000 manat və İddiaçı2 106.0 manat məbləğində iş üzrə təqsirləndirilən şəxs X14 qarşı irəli sürdükləri iddia tələbləri tam təmin edilərək, həmin məbləğlərdə vəsaitləri Hümbət Məmmədovdan onların xeyrinə tutulmasına, zərəçəkmiş şəxs İddiaçı8 isə təqsirləndirilən şəxs X14 qarşı irəli sürdüyü iddia tələbi qismən təmin edilərək, 70.000 ABŞ dolları məbləğində maddi ziyan vurulduğunun müəyyən edilməsi və ona görə də İddiaçı8 iddia tələbi qismən təmin edilərək 56.182 manat məbləğində vəsait Hümbət Məmmədovdan onun xeyrinə tutulmasına, İddiaçı6 202.000 ABŞ dolları, İddiaçı4 140.000 manat və İddiaçı16 57.840 manat məbləğində təqsirləndirilən şəxs X14 qarşı hissədəki irəli sürdükləri iddia tələbləri tam təmin edilərək, həmin məbləğlərdə vəsaitlər Hümbət Məmmədovdan onların xeyrinə tutulmasına, İddiaçı1 56.656,8 manat məbləğində, İddiaçı12 102.000 manat məbləğində olmaqla təqsirləndirilən şəxs X14 qarşı olan hissədə irəli sürdükləri iddia tələbi qismən təmin edilərək, həmin məbləğlərdə vəsait Hümbət Məmmədovdan onun xeyrinə tutulmasına, iş üzrə zərərçəkmiş şəxslər vurulmuş maddi ziyanın ödənilməsinin təmin edilməsi üçün tutma təqsirləndirilən şəxs Hümbət Məmmədovun arvadı X6 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsində yerləşən 10 saylı evin və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsində yerləşən 2 saylı evin dəyərindən, həmçinin Bakı şəhəri, Biləcəri Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 369 saylı qərarı ilə X6 adına rəsmiləşdirilmiş Biləcəri qəsəbəsi, 1 X33 massivi, 1-ci döngədə yerləşən 600 kv.m torpaq sahəsinin üzərində olan tikilinin, Bakı şəhəri Biləcəri Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 722 saylı qərarı ilə X6 adına rəsmiləşdirilmiş Biləcəri qəsəbəsi, 1 X33 massivi, 1-ci döngədə yerləşən 600 kv.m torpaq sahəsinin üzərində, həmçinin orada olan bağ-bostan sahəsi kimi ona verilmiş 200 kv.m torpaq sahəsinin üzərində olan tikililərin və Bakı şəhəri Biləcəri Bələdiyyəsinin xx.xx.2008ci il tarixli, 377 saylı qərarı ilə X6 adına rəsmiləşdirilmiş Biləcəri Bələdiyyəsinin ərazisində yerləşən 300 kv.m torpaq sahəsinin üzərində olan tikililərin üzərinə yönəldilməlidir. Tələbin yönəldildiyi Ramazanova (Məmmədova) Manana Camal qızının adına rəsmiləşdirilmiş borclu X14 məxsus Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, yeni yaşayış massivi, 1ci döngədə yerləşən 600 kv.m torpaq sahəsində olan dörd mərtəbəli tikili (ü/s 2256,31 kv.m) "X2 Mərkəzi" MMC tərəfindən verilmiş YP 004 saylı, xx.xx.2020-ci il tarixli satış protokolu ilə 801.900 manat məbləğinə, Ramazanova (Məmmədova) Manana Camal qızının adına rəsmiləşdirilmiş borclu X14 məxsus Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, yeni yaşayış massivi, 1-ci döngədə yerləşən iki mərtəbəli, 10 saylı fərdi yaşayış evi (ü/s 442 kv.m) "X2 Mərkəzi" MMC tərəfindən verilmiş YP 005 saylı, xx.xx.2020-ci il tarixli satış protokolu ilə 322.218 manat məbləğində, Ramazanova (Məmmədova) Manana Camal qızının adına rəsmiləşdirilmiş borclu X14 məxsus Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, yeni yaşayış massivi, 1-ci döngədə yerləşən iki mərtəbəli, 10 saylı fərdi yaşayış evi (ü/s 448 kv.m) "X2 Mərkəzi" MMC tərəfindən verilmiş YP 006 saylı, xx.xx.2020-ci il tarixli satış protokolu ilə 326.592 manat məbləğində borca əvəz olaraq tələbkarlar tərəfindən alınmışdır. xx.xx.2020-ci il tarixli satış protokollarına əsasən müvafiq əmlakların Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydə alınaraq müvafiq çıxarışların verilməsi üçün xx.xx.2020-ci il tarixdə Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi müraciət olunmuşdur. Lakin təəssüflər olsun ki, müvafiq qurum tərəfindən xx.xx.2020-ci il tarixli **********48 saylı imtina məktubu verilmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh iddia tələbinə etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 600 kv.m torpaq sahəsində olan dörd mərtəbəli tikiliyə (ü/s 2256,31 kv.m) “X2 Mərkəzi” MMC tərəfindən verilmiş YP004 saylı, xx.xx.2020-ci il tarixli satış protokoluna əsasən, Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, yeni yaşayış massivi, 1-ci döngədə yerləşən iki mərtəbəli, 10 saylı fərdi yaşayış evi (ü/s 442 kv.m) “X2 Mərkəzi” MMC tərəfindən verilmiş YP005 saylı, xx.xx.2020-ci il tarixli satış protokoluna əsasən və Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, yeni yaşayış massivi, 1-ci döngədə yerləşən iki mərtəbəli, 10 saylı fərdi yaşayış evinə (ü/s 448 kv.m) “X2 Mərkəzi” MMC tərəfindən verilmiş YP006 saylı, xx.xx.2020-ci il tarixli satış protokoluna əsasən müvafiq çıxarışların verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. Qeyd olunan daşınmaz əmlaklar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. İddia tələbində qeyd olunan daşınmaz əmlakların ilkin olaraq dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər təqdim olunmamışdır. Eyni zamanda, qeydiyyata alınmamış əmlaklara qoyulmuş məhdudiyyətlər bazasında həmin ünvanda yerləşən daşınmaz əmlakların üzərinə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 5(001)-38/2011 saylı, xx.xx.2011-ci il tarixli 5(001)-41/2011, 5(001)-42/2011, 5(001)-43/2011, 5(001)- 44/2011, 5(001)-45/2011 saylı qərarları ilə həbs qoyulmuşdur. Qeyd olunanlarla bağlı İdarə tərəfindən X18 **********48 qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli, **********03 qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli, **********00 qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli məktublar ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.2-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarından biri hesab olunur, lakin İdarəyə təqdim olunan sənəd açıq hərracın nəticələrinə dair yekun protokol deyil, satış protokoludur. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-610/2022 saylı, 08 fevral 2022-ci il tarixli qərarı ilə (hakim P.Hüseynov) iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan iddiaçıların nümayəndəsi və vəkili apellyasiya şikayəti verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 aprel 2023-cü il tarixli, 2- 1(103)-126/2023 saylı qərardadı ilə X9 üçüncü şəxs qismində işə cəlb edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixli satış protokollarına əsasən müvafiq əmlakların Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınaraq müvafiq çıxarışların verilməsi üçün xx.xx.2020-ci il tarixdə Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə rəsmi müraciət məktubuna qurumun cavabı məhkəmə prosesində tam araşdırılmamışdır. Belə ki, cavab məktubunda ilkin hüquqmüəyyənedici sənədlərin xidmətə təqdim edilməməsi göstərilsə də, tərəflərindən ilkin hüquqmüəyyənedici sənəd qismində hərracın yekun protokolları təqdim olunmuş, məhkəmə prosesi dövründə isə torpaq sahəsi və əmlakların hərracdan öncəsi ilkin sənədləri tam araşdırılmış və qanunvericilik baxımından tələblərin təmin olunması üçün çox sayda əsaslar yaranmışdır. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün sübutlar təqdim edilmiş, lakin onlara hüquqi qiymət verilməmiş, faktiki hallar aydınlaşdırılmamışdır. İş materiallarında olan cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X18 ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********48 saylı məktubda qeyd edilir: Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 10 saylı fərdi yaşayış evinin özəlləşdirilməsi ilə bağlı ********** daxil olma nömrəli, xx.xx.2020-ci il tarixli məktubunuza baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, qeyd olunan daşınmaz əmlak və ona dair hüquqlar dövlət qeydiyyatına alınmamışdır. Aparılan araşdırma zamanı daşınmaz əmlak üzərinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 5(001)-38/2011 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə həbs qoyulması barədə məlumat aşkar edilmişdir. Əlavə olaraq bildiririk ki, yoxlama-ölçü işlərinin aparılması üçün mütəxəssislərə şərait yaradılmamışdır. Bakı İnzibati Məhkəməsinin bu istinada əsaslanması düzgün deyil. Belə ki, cavabdeh quruma və məhkəməyə təqdim olunmuş protokollar məhz elə yekun protokollar sayılır. Protokol ilə tanış olan zaman onun elə məhz yekun protokol olması görünür. Qanunvericiliyin tələbinə istinadən hərrac yalnız yekunlaşdığı halda alqı-satqı müqaviləsi bağlana bilər. Odur ki, məhkəmə hərracın protokolunun adının hərfi mənasını deyil, onun prosessual əhəmiyyətinə hüquqi qiymət verməli idi. Əmlakların üzərinə həbs qoyulması iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, əmlak üzərinə həbs qoyulması icra mərhələsində olmuş və tələbkar qismində onlar çıxış etmişlər. Proses zamanı bu fakta ümumiyyətlə toxunulmamış, əmlakların üzərində həbsin götürülməsi məhkəmə tərəfindən tələb olunmamışdır. "X2 Mərkəzi" MMC-nin YP №004 nömrəli xx.xx.2020-ci il tarixli satış protokolundan və həmin tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-77/2013 saylı xx.xx.2014-cü il tarixli icra vərəqəsi əsasında, Binəqədi rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli xx/xx- 80439/15-7 saylı sifariş məktubu əsasında «X2 Mərkəzi» MMC-nin təşkil etdiyi hərracda sifarişçi (satıcı) Binəqədi rayon İcra və probasiya şöbəsi tərəfindən Ramazanova (Məmmədova) Manana Camal qızının adına rəsmiləşdirilmiş, borclu X14 məxsus əmlak - Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 600 kv.m torpaq sahəsində olan 4 mərtəbəli tikili (ü/s 2256,31 kv.m) alıcılar İddiaçı7, İddiaçı3 Nizamı oğlu, İddiaçı5, İddiaçı14 Əlövsət oğlu, İddiaçı17, İddiaçı2, İddiaçı8, İddiaçı6, İddiaçı4, İddiaçı16, X19, İddiaçı12, İddiaçı15, İddiaçı9, İddiaçı13, İddiaçı11, İddiaçı10 satılmışdır. Əmlakın ilkin satış qiyməti: 1.100.000 (bir milyon yüz min) manat, əmlakın hərracda satılmış son qiyməti: 801.900 (səkkiz yüz bir min doqquz yüz) manat qeyd edilmişdir. Bundan sonra satıcı və alıcılar arasında xx.xx.2020-ci il tarixdə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Həmçinin, "X2 Mərkəzi" MMC-nin YP №005 nömrəli xx.xx.2020-ci il tarixli satış protokolundan və həmin tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin K10D-77/2013 saylı xx.xx.2014-cü il tarixli icra vərəqəsi əsasında, Binəqədi rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli xx/xx- 80439/15-7 saylı sifariş məktubu əsasında «X2 Mərkəzi» MMC-nin təşkil etdiyi hərracda sifarişçi (satıcı) Binəqədi rayon İcra və probasiya şöbəsi tərəfindən Ramazanova (Məmmədova) Manana Camal qızının adına rəsmiləşdirilmiş, borclu X14 məxsus əmlak - Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 2 mərtəbəli, 10 saylı fərdi yaşayış evi (ü/s 442 kv.m) alıcılar İddiaçı7, İddiaçı3, İddiaçı5, İddiaçı14 Əlövsət oğlu, İddiaçı17, İddiaçı2, İddiaçı8, İddiaçı6, İddiaçı4, İddiaçı16, X19, İddiaçı12, İddiaçı15, İddiaçı9, İddiaçı13, İddiaçı11, İddiaçı10 satılmışdır. Əmlakın ilkin satış qiyməti: 442.000 (dörd yüz qırx iki min) manat, əmlakın hərracda satılmış son qiyməti: 322.218 (üç yüz iyirmi iki min iki yüz on səkkiz) manat qeyd edilmişdir. Bundan sonra satıcı və alıcılar arasında xx.xx.2020-ci il tarixdə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Həmçinin, "X2 Mərkəzi" MMC-nin YP №006 nömrəli xx.xx.2020-ci il tarixli satış protokolundan və həmin tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 77/2013 saylı xx.xx.2014-cü il tarixli icra vərəqəsi əsasında, Binəqədi rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli xx/xx-80439/15-7 saylı sifariş məktubu əsasında «X2 Mərkəzi» MMC-nin təşkil etdiyi hərracda sifarişçi (satıcı) Binəqədi rayon İcra və probasiya şöbəsi tərəfindən Ramazanova (Məmmədova) Manana Camal qızının adına rəsmiləşdirilmiş, borclu X14 məxsus əmlak - Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 2 mərtəbəli, 10 saylı fərdi yaşayış evi (ü/s 448 kv.m) alıcılar İddiaçı7, İddiaçı3, İddiaçı5, İddiaçı14 Əlövsət oğlu, İddiaçı17, İddiaçı2, İddiaçı8, İddiaçı6, İddiaçı4, İddiaçı16, X19, İddiaçı12, İddiaçı15, İddiaçı9, İddiaçı13, İddiaçı11, İddiaçı10 satılmışdır. Əmlakın ilkin satış qiyməti: 448.000 (dörd yüz qırx səkkiz min) manat, əmlakın hərracda satılmış son qiyməti 326.592 (üç yüz iyirmi altı min beş yüz doxsan iki) manat qeyd edilmişdir. Bundan sonra, satıcı və alıcılar arasında xx.xx.2020-ci il tarixdə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Göstərilənlər kimi, hər bir əmlakla bağlı hərrac təşkilatı tərəfindən aparılan hərrac yekunlaşmış, müvafiq alqı-satqı müqavilələri bağlanmışdır. Qanunvericiliyin də tələbinə əsasən bu halda əmlak cavabdeh tərəfindən mütləq şəkildə qeydə alınmalı idi. Müraciət məktubunda əmlakların qeydiyyata alınması üçün əsas verən yekun protokollar təqdim olunsa da, cavabdeh protokolları heçə sayaraq ilkin hüquqmüəyyənedici sənədlərin təqdim olunmadığını bildirmişdir. Lakin ilkin hüquqmüəyyənedici sənədlərin nədən ibarət olmasını məhkəmə prosesində əsaslandıra bilməmişdir. Əmlakların ilkin hüquqmüəyyənedici sənədləri bələdiyyənin vermiş olduğu qərarlar hesab olunsa bu halda da hər şey tam qanunidir. Yəni müvafiq əmlak qanunvericiliyin tələbinə əsasən əldə olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə mimiş hökmü ilə əvvəlki sahibindən icra qaydasında hərracla iddiaçılara satılmışdır. Bakı İnzibati Məhkəməsinin mövqeyindən sanki belə başa düşmək olar ki, "...Bələdiyyə, onun mülkiyyətində olduğunu irəli sürdüyü torpaq sahəsi ilə bağlı əmlak hüquqlarının başqasına keçməsi barədə hüquqi akt qəbul edirsə, əvvəlcə sözügedən torpaq sahəsinin ona məxsus olması haqqında mülkiyyət sənədinə malik olmalıdır. Lakin uzun illərin məhkəmə təcrübəsi ilə müəyyən və təsdiq olunur ki, Bakı şəhərinin ərazisində fəaliyyət göstərən bələdiyyələrin heç birində belə bir sənəd mövcud deyil". Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı12 nümayəndəsi X21 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etirazını bildirərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs M.Ramazanova və onun nümayəndəsi və vəkili apellyasiya şikayətinə etirazını bildirərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdilər. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. İş materiallarında olan cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X18 ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********48 saylı məktubda qeyd edilir: Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 10 saylı fərdi yaşayış evinin özəlləşdirilməsi ilə bağlı ********** daxil olma nömrəli, xx.xx.2020-ci il tarixli məktubunuza baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, qeyd olunan daşınmaz əmlak və ona dair hüquqlar dövlət qeydiyyatına alınmamışdır. Aparılan araşdırma zamanı daşınmaz əmlak üzərinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 5(001)-38/2011 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə həbs qoyulması barədə məlumat aşkar edilmişdir. Əlavə olaraq bildiririk ki, yoxlama-ölçü işlərinin aparılması üçün mütəxəssislərə şərait yaradılmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.5-ci maddəsinə əsasən bu qanunun 14.3-cü maddəsində nəzərdə tutulmuş müddət ərzində daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanmasına qadağan qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnaməsinin 3.0.24-ci bəndinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılması həyata keçirilməli, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsi təmin edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İş materiallarında olan cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X18 ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********48 saylı məktubda qeyd edilir: Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1-ci döngə 10 saylı ünvanda yerləşən fərdi yaşayış evinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** daxil olma nömrəli xx.xx.2020-ci il tarixli ərizənizə baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1-ci döngə 10 saylı ünvanda yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Əlavə olaraq bildiririk ki, qeyd olunan fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda qeyd olunan hüquqmüəyyənedici sənəd təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir. İş materiallarında olan cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X18 ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********00 saylı məktubda qeyd edilir: Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 4 mərtəbəli tikiliyə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** daxil olma nömrəli, xx.xx.2020-ci il tarixli ərizənizə baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 4 mərtəbəli tikili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Əlavə olaraq bildiririk ki, qeyd olunan daşınmaz əmlaka dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir. Həmçinin bildiririk ki, qeyd olunan daşınmaz əmlakın üzərinə həbs qoyulması barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 5(001)-38/2011 saylı, xx.xx.2011-ci il tarixli qərarı daxil olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir. İş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-77/2013 saylı, 01 iyul 2013-cü il tarixli hökmü ilə zərərçəkmiş şəxslər, mülki iddiaçılar: İddiaçı7 349.000 ABŞ dolları, İddiaçı3 10.0000 ABŞ dolları, İddiaçı5 63.000 manat, X3 53.900 ABŞ dolları, İddiaçı17 10.000 manat və İddiaçı2 106.000 manat məbləğində iş üzrə təqsirləndirilən şəxs X14 qarşı irəli sürdükləri iddia tələbləri tam təmin edilərək, həmin məbləğlərdə vəsaitləri Hümbət Məmmədovdan onların xeyrinə tutulmasına, zərəçəkmiş şəxs İddiaçı8 isə təqsirləndirilən şəxs X14 qarşı irəli sürdüyü iddia tələbi qismən təmin edilərək, 70.000 ABŞ dolları məbləğində maddi ziyan vurulduğunun müəyyən edilməsi və ona görə də İddiaçı8 iddia tələbi qismən təmin edilərək 56.182 manat məbləğində vəsait Hümbət Məmmədovdan onun xeyrinə tutulmasına, İddiaçı6 202.000 ABŞ dolları, İddiaçı4 140.000 manat və İddiaçı16 57.840 manat məbləğində təqsirləndirilən şəxs X14 qarşı hissədəki irəli sürdükləri iddia tələbləri tam təmin edilərək, həmin məbləğlərdə vəsaitlər Hümbət Məmmədovdan onların xeyrinə tutulmasına, İddiaçı1 56.656,8 manat məbləğində, İddiaçı12 102.000 manat məbləğində olmaqla təqsirləndirilən şəxs X14 qarşı olan hissədə irəli sürdükləri iddia tələbi qismən təmin edilərək, həmin məbləğlərdə vəsait Hümbət Məmmədovdan tutulmasına, iş üzrə zərəçəkmiş şəxslər vurulmuş maddi ziyanın ödənilməsinin təmin edilməsi üçün tutma təqsirləndirilən şəxs Hümbət Məmmədovun arvadı X6 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 may küçəsində yerləşən 10 saylı evin və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 may küçəsində yerləşən 2 saylı evin dəyərindən, həmçinin Bakı şəhəri, Biləcəri Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 369 saylı qərarı ilə X6 adına rəsmiləşdirilmiş Biləcəri qəsəbəsi, 1 X33 massivi, 1-ci döngədə yerləşən 600 m2 torpaq sahəsinin üzərində olan tikilinin, Bakı şəhəri Biləcəri Bələdiyyəsinin xx.xx.2004-ci il tarixli, 722 saylı qərarı ilə X6 adına rəsmiləşdirilmiş Biləcəri qəsəbəsi, 1 X33 Massivi, 1-ci döngədə yerləşən 600 m2 torpaq sahəsinin üzərində, həmçinin orada olan bağ-bostan sahəsi kimi ona verilmiş 200 m2 torpaq sahəsinin üzərində olan tikililərin və Bakı şəhəri Biləcəri Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 377 saylı qərarı ilə X6 adına rəsmiləşdirilmiş Biləcəri Bələdiyyəsinin ərazisində yerləşən 300 m2 torpaq sahəsinin üzərində olan tikililərin dəyərindən birgə nikah dövründə əldə olunmuş ümumi əmlak kimi təqsirləndirilən şəxs Hümbət Məmmədova düşən payın üzərinə yönəldilməlidir. İş materiallarında olan “X2 Mərkəzi” MMC-nin YP №004 nömrəli xx.xx.2020-ci il tarixli satış protokolundan və həmin tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-77/2013 saylı, xx.xx.2014-cü il tarixli icra vərəqəsi əsasında, Binəqədi rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli xx/xx-80439/15-7 saylı sifariş məktubu əsasında «X2 Mərkəzi» MMC-nin təşkil etdiyi hərracda sifarişçi (satıcı) Binəqədi rayon İcra və probasiya şöbəsi tərəfindən Ramazanova (Məmmədova) Manana Camal qızının adına rəsmiləşdirilmiş, borclu X14 məxsus əmlak - Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 600 kv.m torpaq sahəsində olan 4 mərtəbəli tikili (ü/s 2256,31 kv.m) alıcılar İddiaçı7 Əlihüşeyn oğlu, İddiaçı3, İddiaçı5, İddiaçı14 Əlövsət oğlu, İddiaçı17, İddiaçı2, İddiaçı8, İddiaçı6, İddiaçı4, İddiaçı16, X19, İddiaçı12, İddiaçı15, İddiaçı9, İddiaçı13, İddiaçı11, İddiaçı10 satılmışdır. Əmlakın ilkin satış qiyməti: 1.100.000 (bir milyon yüz min) manat, əmlakın hərracda satılmış son qiyməti: 801.900 (səkkiz yüz bir min doqquz yüz) manat qeyd edilmişdir. Bundan sonra satıcı və alıcılar arasında xx.xx.2020-ci il tarixdə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. İş materiallarında olan “X2 Mərkəzi” MMC-nin YP №005 nömrəli xx.xx.2020-ci il tarixli satış protokolundan və həmin tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-77/2013 saylı xx.xx.2014-cü il tarixli icra vərəqəsi əsasında, Binəqədi rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli xx/xx-80439/15-7 saylı sifariş məktubu əsasında «X2 Mərkəzi» MMC-nin təşkil etdiyi hərracda sifarişçi (satıcı) Binəqədi rayon İcra və probasiya şöbəsi tərəfindən Ramazanova (Məmmədova) Manana Camal qızının adına rəsmiləşdirilmiş, borclu X14 məxsus əmlak - Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 2 mərtəbəli, 10 saylı fərdi yaşayış evi (ü/s 442 kv.m) alıcılar İddiaçı7, İddiaçı3, İddiaçı5, İddiaçı14 Əlövsət oğlu, İddiaçı17, İddiaçı2, İddiaçı8, İddiaçı6, İddiaçı4, İddiaçı16, X19, İddiaçı12, İddiaçı15, İddiaçı9, İddiaçı13, İddiaçı11, İddiaçı10 satılmışdır. Əmlakın ilkin satış qiyməti: 442.000 (dörd yüz qırx iki min) manat, əmlakın hərracda satılmış son qiyməti: 322.218 (üç yüz iyirmi iki min iki yüz on səkkiz) manat qeyd edilmişdir. Bundan sonra satıcı və alıcılar arasında xx.xx.2020-ci il tarixdə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. İş materiallarında olan “X2 Mərkəzi” MMC-nin YP № 006 nömrəli xx.xx.2020-ci il tarixli satış protokolundan və həmin tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-77/2013 saylı xx.xx.2014-cü il tarixli icra vərəqəsi əsasında, Binəqədi rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli xx/xx-80439/15-7 saylı sifariş məktubu əsasında «X2 Mərkəzi» MMC-nin təşkil etdiyi hərracda sifarişçi (satıcı) Binəqədi rayon İcra və probasiya şöbəsi tərəfindən Ramazanova (Məmmədova) Manana Camal qızının adına rəsmiləşdirilmiş, borclu X14 məxsus əmlak - Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 2 mərtəbəli, 10 saylı fərdi yaşayış evi (ü/s 448 kv.m) alıcılar İddiaçı7 Əlihüşeyn oğlu, İddiaçı3, İddiaçı5, İddiaçı14 Əlövsət oğlu, İddiaçı17, İddiaçı2, İddiaçı8, İddiaçı6, İddiaçı4, İddiaçı16, X19, İddiaçı12, İddiaçı15, İddiaçı9, İddiaçı13, İddiaçı11, İddiaçı10 satılmışdır. Əmlakın ilkin satış qiyməti: 448.000 (dörd yüz qırx səkkiz min) manat, əmlakın hərracda satılmış son qiyməti: 326.592 (üç yüz iyirmi altı min beş yüz doxsan iki) manat qeyd edilmişdir. Bundan sonra satıcı və alıcılar arasında xx.xx.2020-ci il tarixdə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş iddiaçı X4 cavabdehlər Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsinə və “X2 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər İddiaçı8, İddiaçı15, X10, İddiaçı14 Əlövsət oğlu, İddiaçı6, İddiaçı12, İddiaçı7, İddiaçı5, İddiaçı17, İddiaçı2 Ziyadxan oğlu, İddiaçı4, İddiaçı16, X19, İddiaçı9, İddiaçı13 Firidun oğlu, İddiaçı11, İddiaçı10) qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi, satış protokolunun, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2486/2022 nömrəli iş üzrə 17 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5755/2022 nömrəli mülki iş üzrə 16 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunmaması qət edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-462/2023 saylı, 24 yanvar 2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 sentyabr 2022-ci il tarixli, 2(103)-5755/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 600 kv.m torpaq sahəsinin üzərində yerləşən 2256.31 kv.m tikilinin, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1-ci döngədə yerləşən ü/s 442 kv.m olan 10 saylı fərdi yaşayış evinin və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1-ci döngədə yerləşən ü/s 448 kv.m olan 10 saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Biləcəri Bələdiyyəsi tərəfindən xx.xx.2021-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 550 saylı, 04 avqust 2006-cı il tarixli qərarının təsdiq edilmiş surətindən görünür ki, Biləcəri Bələdiyyəsi hüdudları daxilində 600.0 kv.m torpaq sahəsinin əlavə olunmuş cizgi əsasında fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə ünvan 5 ünvanında yaşayan vətəndaş X11 ayrılması qərara alınmışdır. Həmin məktuba əlavə edilmiş Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 369 saylı 11 iyul 2008-ci il tarixli qərarının təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri Biləcəri bələdiyyəsinin 550 saylı, xx.xx.2006-cı il tarixli qərarı ilə ünvan 5 ünvanda yaşayan vətəndaş X8 adına Biləcəri bələdiyyəsi hüdudları daxilində fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə ayrılmış əlavə olunmuş cizgi əsasında 600,0 kv.metr torpaq sahəsinin vətəndaş X8 adından notarial qaydada qarşılıqlı razılaşmaya əsasən fərdi yaşayış evinin tikintisi üçün ünvan 6 ünvanda yaşayan vətəndaş X6 adına sənədləşdirilməsi qərara alınmışdır. Həmin məktuba əlavə edilmiş Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 284 saylı, 14 may 2003-cü il tarixli qərarının təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi yaşayış məntəqəsi hüdudları daxilində cizgi əsasında 300,0 kv.m torpaq sahəsinin fərdi yaşayış evi tikmək məqsədilə X1 qərara alınmışdır. Həmin məktuba əlavə edilmiş Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 377 saylı, 11 iyul 2008-ci il tarixli qərarının təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 284 saylı, xx.xx.2003-ci.i il tarixli qərarı ilə Bakı şəhər sakini X15 adına Biləcəri Bələdiyyəsi hüdudları daxilində fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə ayrılmış əlavə olunmuş cizgi əsasında 300,0 kv.metr torpaq sahəsinin vətəndaş X15 adından notarial qaydada qarşılıqlı razılaşmaya əsasən fərdi yaşayış evinin tikintisi üçün ünvan 6 ünvanda yaşayan vətəndaş X6 adına sənədləşdirilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Bakı şəhəri Binəqədi rayon Biləcəri Bələdiyyəsinin 722 saylı, xx.xx.2004-cü il tarixli qərarının təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhər Binəqədi rayon Biləcəri Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 271 saylı qərarına əsasən Bakı şəhər sakini X12 adına alqı-satqı yolu ilə Biləcəri qəsəbəsi yaşayış məntəqəsi hüdudları daxilində fərdi yaşayış evinin tikintisi məqsədilə cizgi əsasında ayrılmış 600,0 kv.metr torpaq sahəsinin notarial qaydada qarşılıqlı razılaşma yolu ilə X12 adından Biləcəri bələdiyyə üzvləri ümumi yığıncağının xx.xx.2004-cü il tarixli, 117 saylı protokolunun qərarı ilə X4 adına sənədləşdirilməsi və hasarın içərisində istifadə etdiyi 200.0 kv.m torpaq sahəsinin bağ-bostan sahəsi kimi onun istifadəsinə verilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını və işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən apelyator tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Beləliklə, iş materiallarından müəyyən edilir ki, “X2 Mərkəzi” MMC-nin 30 sentyabr 2020-ci il tarixli, YP004, YP005, YP006 nömrəli satış protokollarından və hərracın yekunları üzrə əmlakların alqı-satqısı barədə müqavilələrə əsasən Ramazanova (Məmmədova) Manana Camal qızının adına rəsmiləşdirilmiş, borclu X14 məxsus Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 600 kv.m torpaq sahəsində olan 4 mərtəbəli tikili (ü/s 2256,31 kv.m); Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 2 mərtəbəli, 10 saylı fərdi yaşayış evi (ü/s 442 kv.m) və Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 2 mərtəbəli, 10 saylı fərdi yaşayış evi (ü/s 448 kv.m) cinayət işi üzrə zərərçəkmiş 17 nəfər şəxs (hazırki iş üzrə iddiaçılar) - İddiaçı7, İddiaçı3, İddiaçı5, İddiaçı14 Əlövsət oğlu, İddiaçı17, İddiaçı2, İddiaçı8, İddiaçı6, İddiaçı4, İddiaçı16, X19, İddiaçı12, İddiaçı15, İddiaçı9, İddiaçı13, İddiaçı11, İddiaçı10 tərəfindən alınmışdır. Hazırkı iş üzrə X9 cavabdehlər Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsi və “X2 Mərkəzi” MMC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab olunması” barədə iddia qaldırılsa da, hər üç instansiya məhkəməsi tərəfindən X4 iddiası rədd edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi haqqında nəticəyə gələrkən nəzərə almamışdır ki, iddiaçılar çıxarışın verilməsini tələb etdikləri əmlakı qanunvericilikdə nəzərdə tutulmuş qaydada keçirilmiş açıq hərrac vasitəsilə almışlar (hərracın nəticələrinə dair yekun protokol və bağlanmış alqı-satqı müqavilələri əsasında), bu da “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Qeyd olunan hərracın nəticələri üçüncü şəxs M.Ramazanova tərəfindən məhkəmə qaydasında mübahisələndirilsə də, sonuncunun iddia tələbi təmin edilməmişdir. Yəni keçirilmiş hərrac qanuni hesab olunmuş və onun nəticələri hal-hazırda da qüvvəsini saxlayır. Bunun isə hazırki iş üzrə preyudisial əhəmiyyəti vardır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar və sübutların müqayisəli tədqiqatı əsasında düzgün olaraq həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipi pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-610/2022 saylı, 08 fevral 2022-ci il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçıların nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-610/2022 saylı, 08 fevral 2022-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 600 kv.m torpaq sahəsində olan dörd mərtəbəli tikiliyə (ü/s 2256,31 kv.m) “X2 Mərkəzi” MMC tərəfindən verilmiş YP 004 saylı, xx.xx.2020-ci il tarixli satış protokoluna əsasən, Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, yeni yaşayış massivi, 1-ci döngədə yerləşən iki mərtəbəli, 10 saylı fərdi yaşayış evinə (ü/s 442 kv.m) “X2 Mərkəzi” MMC tərəfindən verilmiş YP 005 saylı, xx.xx.2020-ci il tarixli satış protokoluna əsasən və Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, yeni yaşayış massivi, 1-ci döngədə yerləşən iki mərtəbəli, 10 saylı fərdi yaşayış evinə (ü/s 448 kv.m) “X2 Mərkəzi” MMC tərəfindən verilmiş YP 006 saylı, xx.xx.2020-ci il tarixli satış protokoluna əsasən İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 Mirzə oğlunun, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14 Əlövsət oğlunun, İddiaçı17, İddiaçı16 və İddiaçı15 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar