Məhkəmə qərarları › İş №2-1(103)-1260/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1260/2024

14.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1260/2024 14.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlu və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı qarşı “əmək pensiyanın yenidən hesablanması və s” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13373/2023 saylı, 13 oktyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 11 mart 2022ci il tarixli qərarının ləğv edilməsi, iddiaçıya əmək pensiyası təyin edildikdən sonra 06 il və daha çox işlədiyi dövr üzrə yığılmış sığorta kapitalı əsasında “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1ci maddəsinə uyğun olaraq, qulluq stajına görə əlavələrin məbləği azaldılmamaqla əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. (Dəqiqləşdirilmiş) Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13373/2023 saylı, 13 oktyabr 2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçı barəsində qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2022-ci il tarixli, **********7 nömrəli qərar ləğv edilmiş və İddiaçı əmək pensiyası təyin edildikdən sonra 06 il və daha çox işlədiyi dövr üzrə yığılmış sığorta kapitalı əsasında “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq, qulluq stajına görə əlavələrin məbləği azaldılmamaqla əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi ərizə təqdim edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Ərizədə qeyd edilmişdir ki, iş cavabdeh inzibati orqan tərəfindən məhkəmədənkənar qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən tərəflər iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, təqdim olunan ərizə və 3-17-1/3-7- 3044/2024 nömrəli qərarı iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğu və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığı üçün iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin («İPM») 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-in 67 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qəraraaldı: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyanın yenidən hesablanması və s” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar