Məhkəmə qərarları › İş №2-1(103)-1261/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1261/2020

06.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1261/2020 06.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mayılov Ülvi Arif oğlu (sədrlik edən), Tağızadə Mirzə Nəsib oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X5 1 saylı Bakı ərazi şöbəsinə (bundan sonra mətndə - DSMF 1s. Bakı ƏŞ) qarşı «1991-ci il tarixindən xx.xx.2018-ci ilə tarixinədək ödənilməmiş veteranlıq pulunun ödənilməsi»tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-834/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, məhəllə-540 ünvanda), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh DSMF 1s. Bakı ƏŞ-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «1991-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək ödənilməmiş veteranlıq pulunun ödənilməsi» barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 1990-cı illərdə erməni millətçi dəstələrinin X6 Vilayətinə silahlı hücumları zamanı Vətənin müdafiəsi uğrunda, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün qorunması üçün döyüş əməliyyatında iştirak etmişdir. Bununla əlaqədar xx.xx.2018-ci il tarixdən Qarabağ Müharibəsi veteranıdır. Lakin, xidmətinin uzun illər keçməsinə baxmayaraq, bəzi naməlum səbəblərdən və ya hüquqi savadının olmamasından bu statusu olmamışdır Göstərilən tarixdən 31.01 2018-ci il tarixə qədər iddiaçıya ödəniləcək veteranlıq pulu ödənilməmişdir. Buna görə də iddiaçı məhkəməyə müraciət edərək, 1991-ci il tarixindən xx.xx.2018-ci ilə tarixinədək ödənilməmiş veteranlıq pulunun ödənilməsi xahiş etmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh tərəfindən iddiaya verilmiş etirazını onunla əsaslandırmışdır ki, xx.xx.2006-cı il tarixdən qüvvədə olan «Sosial müavinətlər haqqında» AR Qanununun 9.1 və 9.1.5-ci maddələrinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə aylıq müavinətlərin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən onu almaq hüququ yaranan gündən təyin edilməsi təsbit edilmişdir. Eləcə də, AR Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 311 nömrəli qərarı ilə təsdiq edilmiş «Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması» Qaydalarının 1.3-cü bəndinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq onu almaq hüququ yaranan gündən təyin edilir. «Veteranlar haqqında» AR Qanununun 7-ci maddəsinə və AR Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli,216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 4-cü bəndinə əsasən, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Göründüyü kimi müharibə veteranları üçün əvvəllər kommunal və digər xidmətlərin haqqının ödənilməsi üçün nəzərdə tutulan güzəştlər sonradan aylıq müavinətlərlə əvəz olunmuşdur. Qanunvericiliklə həmin güzəştlərin (yəni müavinətlərin) veteran vəsiqəsi təqdim olunduqda həyata keçirilməsi qaydası təsbit edilmişdir. Deməli, məhz bu vəsiqənin verildiyi tarix həmin müavinətləri almaq hüququnun yaranma anı kimi hesab edilməlidir. Bu əsaslarla cavabdeh iddiaçının ona 1991-ci il tarixdən xx.xx.20118-ci il tarixədək ödənilməmiş veteranlıq pulunun ödənilməsi barədə iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-834/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə iddianın qismən təmin edilməsi, İddiaçı xx xxxxxx 2015-cı il tarixdən xx xxxxxx 2018-ci il tarixədək olan müddət üçün müharibə veteranları üçün nəzərdə tutulan sosial müavinətin (müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət) hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh DSMF 1s. Bakı ƏŞ-nəhəvalə edilməsi, iddianın 1991-ci il tarixdən xx xxxxxx 2015-cı il tarixədək olan müddət üçün müharibə veteranları üçün nəzərdə tutulan sosial müavinətin hesablanaraq ödənilməsivəzifəsinin cavabdehə həvalə edilməsi hissəsində iddia tələbinin rədd edilməsiqərara alınmışdır. İn materiallarından görünür ki, birinci instansiya məhkəməsinin həmin qərarından iddiaçı tərəfindən apellyasiya şikayəti verilməmişdir. Qərardan narazı qalan iş üzrə cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti məzmunca iddiaya qarşı verilmiş «Etiraz»a uyğun olmaqla onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunvericiliyin tələblərinə uyğun gəlməyən vəziyyətdə, maddi hüquq normalarının pozulması ilə çıxarılmış, işdəki faktiki hallar aydınlaşdırılmamış və sübutlara düzgün hüquqi qiymət verilməmişdir. İşə apellyasiya instansiyası məhkəməsində baxılarkən məhkəmə kollegiyasının iclasında iştirak etmiş iş üzrə cavabdehin nümayəndəsi N.K.Hüseynzadə apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətinin əsaslı olduğundan təmin edilməsini, 1-ci instansiya məhkəməsinin qərarının qərarının ləğv edilməsini və iddianın təmin olunmaması barədə qərar çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iş üzrə İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini, 1-ci instansiya məhkəməsinin qərarının qərarının qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi, həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini, tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlilləri üzrə işin hallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, hazırki iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-834/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki,iddiaçı tərəfindən məhkəməyə iddia tələbini təsdiq edən sübut qismində şəxsiyyət vəsiqəsinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli, 059869 saylı müharibə vetaranı vəsiqəsinin surətləri təqdim edilmişdir. İş materiallarından həmçinin müəyyən olunur ki, cavabdeh tərəfindən məhkəməyə İddiaçı aid «müavinət işi» təqdim edilmiş və bərinci instnsiya məhəkməsi tərəfindən aparılmış araşdırma zamanı iş materiallarından müəyyən edilmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, ona xx xxxxxx 2018-ci il tarixdə AR Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən müharibə vetaranı vəsiqəsi verilmişdir. «Veteran işi»ndən görünür ki, xx xxxxxx 2018-ci il tarixdən ona sosial müavinət təyin edilmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübhisə ilə əlaqədar aşağıdakı hüquq normalarına istinad etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Vətəndaşların sosial təminat hüquqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq hüquqi aktlarda da öz əksini tapmışdır. Belə ki, «İnsan hüquqları haqqında» Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq hər bir insanın, cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. «İqtisadi, sosial və mədəni hüquqlar haqqında» Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququ vardır. «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin 3-cü abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. «Sosial müavinətlər haqqında»Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinin 4.0.1.6-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət ödənilir. Həmin Qanununun 9.1-ci maddəsinə görə isə: «Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir:.. 9.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək... Yuxarıda qeyd olunan iİşin faktiki hallarına əsasən iddiaçı müharibə veteranıdır və cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş «müavinət işi»ndən müəyyən olunur ki, iddiaçı ona soisal müavinətin təyin edilməsi üçün 2018-ci ilin fevral ayında səlahiyyətli inzibati orqana müraciət etmişdir. Müavinət təyinatı üzrə X3 Mərkəzinin 112 nömrəli xx.xx.2018-ci il tarixli qərarı ilə iddiaçıya xx xxxxxx 2018-ci il tarixdən sosial müavinət təyin edilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası mübahisə ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi qənaəti ilə razılaşır ki, iddiaçının cavabdehə sosial müavinətin təyin edilməsi üçün müraciət etdiyi 2018-ci ilin fevral ayından əvvəlki 3 il üçün təyin edilməsini tələb etdiyi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət almaq hüququ mövcuddur və ona görə də iddia tələbi qismən təmin edilərək iddiaçıya xx xxxxxx 2015-cı il tarixdən xx xxxxxx 2018-ci il tarixədək olan müddət üçün müharibə veteranları üçün nəzərdə tutulan sosial müavinətin (müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət) hesablanaraq ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməli, iddia tələbi qalan (1991-ci ildən xx xxxxxx 2015-ci il tarixədək) hissədə rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, 1-ci instansiya məhkəməsi hazırki mübahisə ilə əlaqədar düzgün olaraq bu nəticəyə gəlmişdir ki, iddia iddia tələbi qismən əsaslı olduğundan xx xxxxxx 2015-cı il tarixdən xx xxxxxx 2018-ci il tarixədək olan müddət üçün müharibə veteranları üçün nəzərdə tutulan sosial müavinətin ödənilməsi hissədə təmin edilməli, iddia tələbi qalan (1991-ci ildən xx xxxxxx 2015-ci il tarixədək) hissədə isə rədd edilməlidir. Beləliklə, məhkəmə kollegiyası 1-ci instansiya məhkəməsinin qərarını qanuni və əsaslı sayaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qərarın ləğvi üçün əsas verə bilməz. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X5 1 saylı Bakı ərazi şöbəsitərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-834/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Ülvi Mayılov Hakimlər Mirzə Tağızadə Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar