Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1261/2021 31.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “boşalan mənzil fondundan yaşayış sahəsi ilə təmin edilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Namiq Şamil oğlu Cəfərovdan və Elşən Cələddin oğlu Kazımovdan ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndələri X1, Nümayəndə və iddiaçının vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “boşalan mənzil fondundan yaşayış sahəsi ilə təmin edilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2327/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxx 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Bakıxanov qəsəbəsində boşalan mənzil fondundan və ya Pilot lahiyə üzrə iki nəfər birinci qrup əlil üçün Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi, ev 21, 2-ci mərtəbə; əvvəllər Tatyana adlı vətəndaşın yaşadığı və xx.xx.2018-ci il tarixdə Sabunçu rayon Prokurorluğu və Cavabdeh tərəfindən möhürlənmiş Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 2/6, 2-ci mərtəbə, mənzil 1; Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Əli Kərim küçəsi ilə Mehmandarov küçələri ilə kəsişməsində yerləşən 34 nömrəli ev, 3-cü mərtəbə və digər Bakıxanov qəsəbəsində boşalan mənzil fondundan və ya Pilot lahiyə üzrə mənzilin verilməsinin həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2327/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı X4 apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2327/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslanıdırlmışdır ki, qərardad qanunvericiliyin normaları pozularaq çıxarılmışdır və buna görə də ləğv edilməlidir. Məhkəmələrin gəldiyi nəticələr: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1416/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə apellyasiya şikayətinin təmin edilməməsi və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2327/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-76/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1416/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Tərəflərin izahatları İşin təkrar apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri X3, Nümayəndə və iddiaçının vəkili X6 iddia ərizəsini və apellyasiya şikayətini müdafiə eədərək və onların məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişlər. Apellyasiya baxışı zamanı cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə cavabdeh Bakı şəhəri Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki işdən müəyyən olunur ki, iddiaçı cavabdeh icra hakimiyyətində güzəştli mənzil növbəsindədir və icra hakimiyyətində boşalan mənzil fondundan yaşayış sahəsi ilə təmin edilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə mübahisə ilə bağlı əvvəllər eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı artıq mövcud olduğundan İPM-nin 78-ci maddəsinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquq varisləri üçün məcburi olduğundan iddiaçının eyni iddiasına yenidən baxıla bilməz və həmin iddia bu səbəbdən mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, əvvəla hazırki işdə iddianın predmeti boşalan mənzil fondundan yaşayış sahəsi ilə təmin edilmə barədədir. Lakin iş üzrə birinci instansiya məhkəməsinin istinad etdiyi məhkəmə qərarından görünür ki, həmin işdə iddianın predmeti xx.xx.1988-ci il tarixdən növbədənkənar əsaslarla mənzil növbəsinə götürülmə və tam şəraitli mənzilin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə olmuşdur. Göründüyü kimi, hazırkı işdə olan iddia tələbi ilə əvvəlki işdə olmuş iddia tələbi fərqli olmuşdur. Buna görə də hazırki vəziyyətdə iddianın mümkün sayılmaması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır. Qeyd olunan hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-76/2021 saylı xx.xx.2021-ci il tarixli qərarında da öz əksini tapmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsinə müvafiq olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Belə olan halda qeyd olunmalıdır ki, hazırki iş üzrə iddiaçının Cavabdehnə qarşı tələbinin “boşalan mənzil fondundan yaşayış sahəsi ilə təmin edilməsinin cavabdehə həvalə edilməsi” ilə bağlı olması halı birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış, bununla da sonadək zəruri araşdırma aparılmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bu baxımdan məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq belə hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilməli və iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2327/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Namiq Cəfərov Elşən Kazımov
Məhkəmə qərarları › İş №2-1(103)-1261/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1261/2021
31.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver