Məhkəmə qərarları › İş №2-1(103)-1261/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1261/2023

24.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1261/2023 24.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tağızadə Mirzə Nəsib oğlunun sədrliyi (məruzəçi) ilə, Əkbərov Kamran Hüseyn oğlu və X4 ibarət tərkibdə, X13 qızının katibliyi, İddiaçının prosessual hüquqi varisi X6, Üçüncü şəxs X7 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (3-cü şəxs: X9) “qərarın və alqısatqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1337/2022 saylı iş üzrə 19 aprel 2022-ci il tarixli qərardadından iddiaçının prosessual hüquq varisi X6 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (X9 3-cü şəxs) “qərarın və alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1337/2022 saylı iş üzrə 19 aprel 2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2041/2022 saylı, 8 iyun 2022-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 19 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək həmin qərardadın ləğv olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-1598/2022 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2041/2022 nömrəli, 8 iyun 2022-ci il tarixli qərardadı ləğv edilərək, iş yenidən baxılması üçün geri qaytarılmışdır. Təkrar apelyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının prosessual hüquq varisi birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi, işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etdi. Təkrar apelyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən üçüncü şəxs birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, Kollegiya Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq və kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq aşağıdakı nəticəyə gəlir. AR İPM-in 12.1-ci maddəsinə əsasən , məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin qeyrimümkün sayılması nəticəsinə gəlinərkən işin hallarına hərtərəfli yanaşılmamış, qeyd edilən məqsədlərə cavab verən həcmdə araşdırılma aparılmamışdır. Belə ki, işdən aydın olur ki, X12 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İddiaçı onun vərəsəsi olmuş və X8 adına olduğu iddia edilən Bakı şəhəri, Səbail rayonu, 12 ünvanında yerləşən 300 kv.m torpaq sahəsinin miras kimi qəbul edilməsi prosedurunun yekunlaşması üçün sözügedən torpaq sahəsinə dair İddiaçı çıxarış verilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən xahiş edilmişdir. İşin hallarından görünür ki, sözügedən torpaq sahəsinin yerləşdiyi ünvanda 0.04 ha torpaq sahəsi üçüncü şəxsin xüsusi mülkiyyətində olduğundan, Səbail rayonu, 12 ünvanında yerləşən 300 kv.m torpaq sahəsi üzərində İddiaçı hüquqlarının qeydə alınması mümkün olmamışdır. Odur ki, İddiaçı üçüncü şəxsə çıxarış verilməsinə əsas olmuş hüquqi sənədlərin ləğvi ilə bağlı hazırkı iddianı qaldırmış, lakin birinci instansiya məhkəməsində icraat zamanı vəfat etmişdir. Göründüyü kimi, İddiaçı atası X8 vəfatı ilə əlaqədar sonuncuya məxsus olduğu iddia edilən Səbail rayonu, 12 ünvanında yerləşən 300 kv.m torpaq sahəsinin miras kimi qəbulu üçün prosedura başlasa da, öz adına rəsmiləşdirə bilmədən (torpaq sahəsi ilə bağlı mübahisə yarandığından), yəni mirası qəbul etmədən vəfat etmişdir. Belə olan halda, Mülki Məcəllənin 1252-ci maddəsinə əsasən, sözügedən mirasdan (hazırkı halda Səbail rayonu, 12 ünvanında yerləşən 300 kv.m torpaq sahəsindən) pay almaq hüququ İddiaçı vərəsələrinə keçmişdir. İşə baxan birinci instansiya məhkəməsi X3 X10 münasibətdə vərəsəlik məsələsinə qiymət vermiş, bu zaman Mülki Məcəllənin 1159.1 və 1159.2-ci maddələrinə istinad etmiş, başqa sözlə, X3 X8 yeganə vərəsəsi olduğunu müəyyən etməyin mümkün olmamasına istinadən iddianı mümkün saymamışlar. Halbuki, yuxarıda qeyd edildiyi kimi, Mülki Məcəllənin 1252-ci maddəsinə əsasən, İddiaçı mirasdan pay almaq hüququ irsi transmissiya qaydasında X2. Belə olan halda isə, X1 hüququnun olmaması ilə bağlı məhkəmənin mövqeyi əsassız və Mülki Məcəllənin 1252-ci maddəsinə zidd olmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırkı iş üzrə iddia tələbi üçüncü şəxs A.İsmayılovun adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən verilmiş və X14 kitabında 11 dekabr 2013-cü il tarixdə qeydiyyata alınmış AN- 520795 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü”nün verilməsinə əsas olmuş Bakı şəhəri, Səbail rayon bələdiyyəsi tərəfindən qəbul edilmiş qərarın və alqı-satqı müqaviləsinin ləğv edilməsinə yönəlmişdir. İşə təkrar baxan birinci instansiya məhkəməsi İPM-nin 2 və 13-cü maddələrinin tələblərini rəhbər tutmaqla, iddia tələbinin alqı-satqı müqaviləsinin ləğv edilməsi ilə bağlı hissəsinin mümkünlüyünü müzakirə etməli və iddia tələbinin dəqiqləşdirilməsində müvafiq yardım göstərməlidir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın mümkünlüyü ilə bağlı məsələyə düzgün qiymət verməmişdir. Odur ki, apelyasiya şikayəti təmin edilməli, məhkəmənin qərardadı ləğv edilməklə iş lazımi növbəti prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə qaytarılmalıdır. AR İPM-nin 82-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 87.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 19 aprel 2022-ci il tarixli qərardadı ləğv edilməli və inzibati iş mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 82, 87 və 89-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apelyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1337/2022 saylı iş üzrə 19 aprel 2022-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (3-cü şəxs: X9) “qərarın və alqısatqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair inzibati iş mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Kamran Əkbərov Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar