Məhkəmə qərarları › İş №2-1(103)-1261/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1261/2024

04.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1261/2024 04.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X7 Səmədovun sədrliyi və məruzəsi ilə, X9 və X5 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-N2556/2023 saylı, N9 oktyabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra MN) qarşı iddia ərizəsilə məhkəməyə müraciət edərək, MN tərəfindən ona veteran vəsiqəsinin verilməsindən imtina etməsinin qanunsuz hesab edilməsi və MN-nin üzərinə ona veteran vəsiqəsinin verilməsinə dair öhdəlik qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüşmüşdür. Belə ki, xx.xx.N992-ci ildə Suraxanı rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə göndərilmiş və xx.xx.N992-ci ildən xx.xx.N992-ci ilə qədər Tərtər rayonunda gedən döyüşlərdə iştirak etmişdir. Daha sonra MN-nin əmri ilə ordudan tərxis olunmuş və bu barədə hərbi komissarlıq tərəfindən arayış verilmişdir. O, həmin döyüşlərdə iştirak etdiyinə görə MN-ə müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmişdir. Müdafiə Nazirliyi tərəfindən göndərilən xx.xx.20N7-ci il tarixli məktubda qeyd olunur ki, “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya"nın xx.xx.20N7-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Eyni zamanda, Müdafiə Nazirliyi Mərkəzi Arxivi tərəfindən göndərilən xx.xx.20N7-ci il tarixli məktubda qeyd olunur ki, 703(730) nömrəli hərbi hissə komandirinin mart-iyul N992-ci il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında onun xidməti barədə məlumat aşkar olunmamışdır. Göründüyü kimi MN onun döyüşlərdə iştirakını təsdiqləyən sənədlər olmasına baxmayaraq, ona veteranlıq vəsiqəsinin verilməsindən əsassız olaraq imtina etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-N(82)-26N9/20N8 saylı, 23 oktyabr 20N8-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsi MN-ə həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-N(N03)-NN9/20N9 nömrəli, 05 mart 20N9-cu il tarixli qərardadı ilə cavabdeh MN-nin apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-N(82)-26N9/20N8 saylı, 23 oktyabr 20N8-ci il tarixli qərarı ləğv edilmiş, İddiaçı MN-ə qarşı “Veteran vəsiqəsi və adının verilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-N(N02)-232/2022 nömrəli, 05 aprel 2022-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 mart 20N9-cu il tarixli, 2-N(N03)- NN9/20N9 nömrəli qərardadı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-N(N03)-2275/2022 nömrəli, 22 sentyabr 2022-ci il tarixli qərardadı ilə cavabdeh MN-nin apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-N(82)-26N9/20N8 saylı, 23 oktyabr 20N8-ci il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-N(82)-26N9/20N8 saylı, 23 oktyabr 20N8-ci il tarixli qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-N(N02)-83/2023 nömrəli, N2 yanvar 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-N(N03)-2275/2022 nömrəli, 22 sentyabr 2022-ci il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 2-N(N03)-N630/2023 saylı inzibati iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-N(82)-26N9/20N8 saylı, 23 oktyabr 20N8-ci il tarixli qərarının ləğv edilməsi və inzibati işin sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə 2-N(NN2)- N2556/2023 saylı inzibati iş üzrə əsl olmayan cavabdeh MN-nin əsl cavabdeh SHXÇÜDX ilə əvəz edilməsi qərara alınmışdır. Cavabdehin iddiaya qarşı verilən etirazında göstərilmişdir ki, “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, veteran adlan və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarh, Yuxan Əskıpara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Göstərilən qanunvericilik aktının tələblərinə əsasən, SHXÇÜDX tərəfindən şəxsin müharibə veteranı hesab edilməsi üçün yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılarla birgə döyüşlərdə iştirakı sübut edən sənədlər təqdim edilməlidir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, xx.xx.N992-ci il tarixdə Suraxanı rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə göndərilmiş, xx.xx.N992-ci il tarixdən xx.xx.N992-ci il tarixədək Tərtər rayonunda gedən döyüşlərdə iştirak etmiş, sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əmri ilə ordudan tərxis olunmuş və bu barədə hərbi komissarlıq tərəfindən arayış verilmişdir. Məhkəmə işinə əlavə edilmiş SHXÇÜDX Suraxanı rayon idarəsinin xx.xx.20N8-ci il tarixli, N247 nömrəli məktubuna əsasən, N967-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.N994-cü il tarixdə Suraxanı hərbi komissarlığı tərəfindən səfərbərliklə əlaqədar hərbi xidmətə çağırılmışdır. İddiaçı Nadır oğlu səfərbərliklə əlaqədar hərbi xidmətə çağırılması həmin vaxt qüvvədə olan “Hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənirdi. Həmin Qanunun N-ci maddəsinə əsasən, bu Qanun Azərbaycan Respublikası Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmət və ehtiyatda xidmət keçilməsinin qaydasını müəyyən edir. Həmin Qanunun 2-ci maddəsinə əsasən, hərbi xidmət həqiqi hərbi xidmətdən və ehtiyatda xidmətdən ibarətdir. Həqiqi hərbi xidmət Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə dövlət xidmətinin xüsusi növüdür. Ehtiyatda xidmət toplanışlar keçməkdən və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarətdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti və Azərbaycan Respublikasının Strateji X6 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Yuxanda sadalanandan görünür ki, iddiaçı səfərbərliklə əlaqədar hərbi xidmətə çağırılıb və hərbi qulluqçu olmuşdur. Belə olan halda bu iş üzrə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin cavabdeh olması mümkünsüzdür. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yalnız döyüş əməliyyatlarında yerli özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə (döyüşlərdə iştirakı sübut edən sənədlər mövcud olduğu halda) “Müharibə veteranı” adı və vəsiqəsi verir. Həmçinin, SHXÇÜDX-də “Suraxanı könüllülər batalyonu” adlanan özünümüdafiə batalyonun (dəstəsinin) siyahısı daxil olmamış və mövcud deyil. Habelə, Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrin yarandığı gündən döyüş bölgələrində olan hərbi hissələrin siyahısı qovluğunda “Suraxanı könüllülər” adlanan batalyon mövcud olmamışdır. Bundan əlavə, İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə əlaqədar müraciəti olmamış və inzibati icraat aparılmamışdır. Qeyd olunanlara əsasən məhkəmədən İddiaçı iddia tələbinin mümkün sayılmaması xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-N2556/2023 saylı, N9 oktyabr 2023-cü il tarixli qərarı ilə (hakim N.Abıyev) İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun tərtib olunmuş və əlavə olaraq qeyd edilmişdir ki, “Müharibə veteranı” haqqında qanunvericiliyə görə şəxs hərbi hissəni özbaşına tərk etməmişdirsə və ya dövlət əleyhinə hər hansı bir cinayətlərə yol verməmişdirsə, onun qanuni əsaslarla özünümüdafiə dəstəsindən buraxıİmaması qənaətinə gəlinməsi ədalətsizlik və qanunsuzluqdur. Çünki belə bir halda özünümüdafiə dəstəsinin hər hansı bir sənədləşdirməni aparmaması onun "Müharibə veteranı" vəsiqəsini almaqdan məhrum edilməsinə səbəb ola bilməz. İnzibati işdə olan sənədlərdən göründüyü kimi iddiaçı barəsində hərbi prokurorluq tərəfindən hər hansı cinayət işi başlanılmamışdır. Qanunvericiliyə görə bir qayda olaraq şəxslərə SHXÇÜDX tərəfindən Müharibə veteranı hesab edilməsi üçün yerli icra hakimiyyət orqanlarının təsdiq etdikləri siyahılarla birgə döyüşlərdə iştirakı sübut edən sənədlər təqdim edilməlidir. Əgər yerli icra hakimiyyət orqanları tərəfindən vaxtı ilə belə bir siyahı tərtib olunmamışdırsa, o halda iddiaçıya Müharibə vereranı vəsiqəsinin verilməsindən imtina olunması birmənalı olaraq iddiaçının özünümüdafiə dəstəsində iştirak etməməsi qənaətinə gəlinməsi ədalətli deyildir. Tərəflərin iştirakı: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən tərəflərin iştirakları olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarında olan: - H3 seriyalı ******* №-li hərbi biletdə (surəti) olan qeydlərə əsasən İddiaçı xx.xx.N992-ci ildən xx.xx.N992-ci ilə qədər “Suraxanı” könüllülər batalyonun tərkibində döyüşlərdə iştirak etmişdir. - Suraxanı Batalyonun komandiri, polis kapitanı F.C.Quliyevin imzasını təsdiq edən Tərtər rayon komendantı polis podpolkovniki Ə.Əliyev tərəfindən imzalanmış 38N93 nömrəli arayışa əsasən, İddiaçı xx.xx.N992-ci ildən xx.xx.N992-ci ilə qədər “Suraxanı” könüllülər batalyonun tərkibində Tərtər rayonunun erməni quldurlarına qarşı müdafiəsindəki döyüşlərdə fəal iştirak etmiş və göstərilən ezamiyyət müddətində rayonun əhalisinə hərtərəfli köməklik göstərmişdir. - SHXÇÜDX Suraxanı rayon idarəsi tərəfindən məhkəmə sorğusuna cavab olaraq məhkəməyə ünvanlanmış xx.xx.20N8-ci il tarixli, N247 saylı məktub ilə (məktub Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarə rəisinin müavini - Səfərbərlik Hazırlığı və Səfərbərlik şöbəsinin rəisi polkovnik-leytenant Vüsal Həsənov tərəfindən imzalanmışdır) bildirilmişdir ki, N967-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.N994-cü il tarixdə SHXÇDX-nin Suraxanı rayon idarəsi tərəfindən səfərbərliknən hərbi xidmətə çağırılmışdır. - SHXÇÜDX-nin Suraxanı rayon idarəsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.20N9-cu il tarixli, 50 nömrəli cavab məktubuna əlavə edilmiş uçot kartasının və N9 iyul 2004-cü il tarixli, 26/2-2096 nömrəli arxiv arayışından (arayış Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin rəisi - kapitan M.Qurbanov tərəfindən imzalanmışdır) müəyyən olunur ki, N saylı hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında və komandirin nizami hissə üzrə əmrlərində İddiaçı mart N992 - iyul N992-ci il tarixdə xidmətdə olması barədə heç bir məlumat yoxdur. - MN tərəfindən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli sorğusuna cavab olaraq ünvanlanmış N4 iyul 2022-ci il tarixli, 4/2-4536 saylı cavab məktubunda qeyd olunmuşdur ki, N №-li hərbi hissə komandirinin mart-iyul N992-ci il, N №-li hərbi hissə komandirinin aprel-iyul N993-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. N №-li hərbi hissə komandirinin mart N992-ci il tarixli nizami hissə üzrə əmrləri və “Suraxanı konüllülər” batalyon komandirinin nizami hissə üzrə əmrləri Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivə daxil olmamışdır. Azərbaycan Respublikası Müdafiə nazirinin mart-dekabr N992-ci il tarixli nizami hissə üzrə əmrlərində "Suraxanı könüllülər" batalyonunun sonradan hərbi hissə kimi fəaliyyət göstərməsi barədə məlumat aşkar edilməmişdir. - SHXÇÜDX-nin Suraxanı rayon İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, N43N saylı sorğuya cavab məktubuna əsasən, MN-nin Mərkəzi Arxivindən xx.xx.2004-cü il tarixdə daxil olmuş xx.xx.2004-cü il tarixli sorğuya əsasən, İddiaçı mart N992-ci il tarixdən iyul N992-ci il tarixədək xidmətdə olması barədə heç bir məlumat olmadığı bildirilir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Baş Heyət İdarəsi tərəfindən verilmiş xx.xx.20N7-ci il tarixli, N/S-5585 saylı məktuba əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizəyə cavab olaraq bildirilmişdir ki, İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya”nın xx.xx.20N7-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Mart-iyul N992-ci il tarixdə iddiaçının xidməti barədə məlumat olmadığından İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məqsədəuyğun hesab edilməmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən verilmiş xx.xx.20N7-ci il tarixli, 9/2-8797 saylı məktuba əsasən 703(730) nömrəli hərbi hissə komandirinin mart-iyul N992-ci il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. - İddiaçının hazırkı tələblə cavabdeh inzibati orqana etdiyi müraciətə cavab olaraq, SHXÇÜDX tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, iş üzrə məhkəmə icraatının yekun qərarı nəzərə alınmaqla İddiaçı müvafiq statusun verilibverilməməsi məsələsinə baxalacaqdır. İşin hazırkı apellyasiya icraatı zamanı məhkəmə sorğularına cavab olaraq daxil olmuş: - xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən vətəndaş X3 “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi tələbi ilə bağlı Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyaya müraciəti əsasında toplanmış inzibati icraat materiallarının surəti məhkəməyə göndərilmişdir. İnzibati icraat materiallarına əlavə edilmiş məktubdan görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya daxil olmuş xx.xx.2024-cü il tarixli 3-25- 4/2- N485/2024 nömrəli məktuba cavab olaraq bildirilir ki, vətəndaş XN xx.xx.2022-ci il tarixdə müraciət etmiş, sənədlərinə xx.xx.2022-ci il tarixli iclasda baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən qoşmada göstərilən məzmunda cavab verilmişdir. Həmçinin, vətəndaş X4 ünvanlanmış məktubdan görünür ki, “Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxıl olmuş ərizənizə cavab olaraq bildirilir ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya'’nın xx.xx.2022-ci il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Arxivin xx.xx.2022-cı il tarixli 4/2-884 nömrəli arayışına əsasən 703 nömrəli hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barəsində məlumat olmadığına görə ona "Müharibə Veteranı” adının və vəsıqəsınin verilməsindən imtina olunmuşdur”. - Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “İddiaçı iddiasına əsasən icraatınızda olan inzibati işlə bağlı ünvanladığınız sorğuya cavab olaraq bildiririk ki, Tərtər rayonu ərazisində gedən döyüşlərdə rayonun müdafiəsi üçün könüllü özünümüdafiə dəstələrində iştirak etmiş sakinlər barədə Suraxanı Rayon İcra Hakimiyyətində məlumat olmadığından sorğunuzu cavablandırmaq imkanlarımız xaricindədir.” Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin üçüncü hissəsinə müvafiq olaraq ehtiyatda xidmət – toplanışlar keçmək və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarət olan xidməti fəaliyyətdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin birinci hissəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə digər kateqoriya şəxslərlə yanaşı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin: N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti, Azərbaycan Respublikasının Strateji X6 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. N-ci hissəsinin üçüncü bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. N-ci hissəsinin dördüncü bəndinə əsasən bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti və Azərbaycan Respublikasının Strateji X6 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli 396 №li Fərmanında göstərilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin (bənd N.3). Müəyyən edilsin ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində, 7-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir (bənd 2.N.). Həmin Qanunun 7-ci maddəsinin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini aşağıdakı orqanlar öz səlahiyyətləri daxilində həyata keçirirlər-müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar-Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (bənd 2.2). İş materiallarından görünür ki, iddiaçı hərbi komissarlıq tərəfindən səfərbərliklə əlaqədar hərbi xidmətə çağırılmışdır. Həmçinin, “Suraxanı konüllülər” batalyon komandirinin nizami hissə üzrə əmrləri Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivə daxil olmamışdır. Azərbaycan Respublikası Müdafiə nazirinin mart-dekabr N992-ci il tarixli nizami hissə üzrə əmrlərində "Suraxanı könüllülər" batalyonunun sonradan hərbi hissə kimi fəaliyyət göstərməsi barədə məlumat aşkar edilməmişdir. Eyni zamanda, SHXÇÜDX-yə “Suraxanı könüllülər batalyonu” adlanan özünümüdafiə batalyonun (dəstəsinin) siyahısı daxil olmamış və Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrin yarandığı gündən döyüş bölgələrində olan hərbi hissələrin siyahısı qovluğunda “Suraxanı könüllülər” adlanan batalyon mövcud olmamışdır. Göründüyü kimi iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə müvafiq olaraq iddiaçının döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin tərkibində iştirak edib-etməməsi müəyyən edilərkən, onun qeyd olunan Əsasnamədə nəzərdə tutulmuş yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda) üzrə döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və ya birləşmələrinin tərkibində iştirak etməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İPM-nin N4.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.N-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Apellyasiya şikayətinin dəlillərinə məcmu halda qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Bununla bağlı cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya Qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-N2556/2023 saylı, N9 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən N (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Elvin Əliyev Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar