Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1261/2025 27.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi X6nə qarşı “qərarın ləğv edilməsi və aldığı hərbi travmaya görə əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədovdan (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X3 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı iştrakı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8833/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları
1. TSEK müayinələrinin nəticələrindən görünür ki, iddiaçıya xx.xx.2014-cü il tarixdə 1 il müddətinə, xx.xx.2015-ci il tarixdə 1 il müddətinə, xx.xx.2016-cı il tarixdə 5 il müddətinə, “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik” səbəbi ilə İİ dərəcə əlillik təyin olunmuş, xx.xx.2021-ci il tarixdə əlavə müalicəyə ehtiyac olması əsası ilə əlilliyin təyinindən imtina edilmiş, xx.xx.2022-ci il tarixdə 1 il müddətinə “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik” səbəbi ilə İİ dərəcə əlillik təyin olunmuş,xx.xx.2023-cü il tarixdə diaqnoz əlillik əlaməti təyin etmir səbəbi ilə əlilliyin təyinindən imtina edilmişdir.
2. Agentliyin Tibbi-Sosial Eksperrt Komissiyasının xx.xx.2024-cü il tarixli, № 3-17-4/3- 3- 1593/2024 №-li Qərarında göstərilmişdir ki;
3. Bakı şəhər sakini xx.xx.1991-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir.
4. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2009-cu il tarixli 327 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Sağtərəfli yüngül hemiparezlə təzahür olunan keçirilmiş qapalı kəllə-beyin travmasının (02.09.09), baş beynin ağır dərəcəli əzilməsinin nəticəsi, mərkəzi sinir sisteminin funksiyasının mülayim dərəcədə pozulması ilə” diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirilmişdir.
5. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı ümumi xarakterli ağrılardan şikayətlənmişdir. Müayinə otağına daxil olduğu andan aşağı ətraflarında tremor müşahidə edilmişdir. Verilən suallardan yayınaraq, şikayətlərini, aldığı müalicələri, xəstəliyi haqqında məlumatları bildirməkdən imtina etmişdir. Simulyativ davranışlara yol verərək sağ ətraflarında hərəki məhdudluq, ifadəli parez göstərməyə çalışmış, ətraflı müayinəyə imkan verməmişdir. Lakin təqdim edilmiş Baş beyin MRT nəticəsi bu klinik əlamətlərlə uyğunsuz olmuşdur. Nevroloji müayinə zamanı iflic, parez, atrofiya müəyyən edilməmişdir.
6. Psixi statusunda əyani müayinə zamanı simulyativ davranış nümayiş etdirmiş, bələdliyi bütöv istiqamətlərdə saxlanılmış, zahirən geyimi səliqəli, ünsiyyətə həvəssiz daxil olmuşdur.
7. 2 saylı X1 xx.xx.2023-xx.xx.2023-cü il tarixli 8497/23 nömrəli Çıxarışında diaqnoz “Baş beyinin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində kəskin şəxsiyyət pozuntuları, koqnitiv funksiyaların enməsi ilə. İQ-70. MMSE24” kimi qeyd olunmuş, klinik olaraq öz təsdiqini tapmamışdır.
8. Azərbaycan Respublikası Neyrocərrahiyyə Xəstəxanasının xx.xx.2023-cü il tarixli Baş beyin MRT müayinəsinin nəticəsi “Alın paylarda kortikal sulkus giruslarda subaraxnoidal sahələrin bir qədər genişlənməsi qeyd edilir. Hər iki beyin yarımkürəsinin subkortikal tək-tək kiçik ölçülü gliotik ocaqlar qeyd edilir” kimi qeyd edilmişdir.
9. X5 xx.xx.2023-xx.xx.2023-cü il tarixli Çıxarışında diaqnoz “Xroniki postravmatik baş ağrısı, təzahür edən kəllə-beyin travmasının nəticələri. Kəllədaxili hipertenziya. Sağ tərəfli hemiparez” kimi qeyd olunmuş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır.
10. X5 xx.xx.2023-cü il tarixli Beyin KT müayinəsinin nəticəsi “Müayinə sahəsinə daxil olan sümüklərdə kəllə tağı sümüklərində qan-damar şəkli güclənib. Etmoid hücrələrdə mukozal qalınlaşma var (etmoidit)” kimi qeyd olunmuşdur. - X5 xx.xx.2023-cü il tarixli EEQ çəkimi müayinəsinin nəticəsi “Beyin qabığının funksional aktivliyinin artması, alın, mərkəz, ənsə paylarda paroksizmlərdə meyilliyi və diffuz tipli dəyişiklikləri (ensefalopatiya əlamətləri, 2009-cu ildə, kəllə-beyin travmasını qeyd edilir) aşkar olunur” kimi qeyd olunmuşdur.
11. Anamnestik məlumatlarda, instrumental və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verə biləcək nevroloji, psixi pozuntular müəyyən edilməmişdir.
12. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
13. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X6 tərəfindən verilmiş T 657/2024 saylı (canlı şəxsin ekspertizası) rəyində qeyd olunmuşdur ki, ekspertiza xx.xx.2024-cü ildə başlamış, xx.xx.2024-cü il tarixdə başa çatmışdır. 1991-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə - tibbi müayinəsinə və qərardadda göstərilən sullara uyğun komissiya aşağıdakı nəticəyə gəlmişdir ki, 1-3,5-7. Vətəndaş İddiaçı kifayət qədər tibb müəssisələrində müayinə olunduğundan onun digər tibb müəssisəsindəki mütəxəssisə göndərilməsinə ehtiyac duyulmadı. - Qərardadın istər 1-ci bəndində, istərsə də xx.xx.2023-cü il tarixli, Y00156218CEV saylı göndərişində qeyd edilən xəstəliklər ona stasionarlarda müayinə və müalicələri zamanı anamnestik, klinik və laborator-instrumental müayinələri əsasında müəyyən edilsə də əyani müayinədə aşağı ətraflarında tremorun, xəstəliyi haqqında məlumatları bildirməkdən imtina etməsi, simulyativ davranışlara yol verərək sağ ətraflarında hərəki məhdudluğa, ifadəli parez göstərməyə çalışması, ətraflı müayinəyə imkan verməməsi, təqdim edilmiş baş beynin MRT-də klinik əlamətlərlə uyğunsuzluğun olması, nevroloji müayinədə iflicin, parezin, atrofiyanın müəyyən edilməməsi, bələdliyin bütöv istiqamətlərdə saxlanılması, ünsiyyətə həvəssiz daxil olması, “2 saylı Klinik Psixiatriya xəstəxanası”nın 8497/23 №-li çıxarışında “Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində kəskin şəxsiyyət pozuntuları, koqnitiv funksiyaların enməsi ilə İQ-70 MMSE-24” kimi qeyd olunmuş diaqnozun, klinik olaraq öz təsdiqini tapmaması əlillik dərəcəsinin təyini zamanı ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 №-li qərarı ilə təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarları”nm hər-hansı bir bəndini aid etməyə əsas vermədi. - Vətəndaş İddiaçı aşkar olunan xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli (2022-ci il iyulun 1-dək qüvvədə olmuş), 413 №-li qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə T90.5 kodu altında nəzərdə tutulan “Sinir sistemi xəstəlikləri, kəllə-beyin travması, baş beyin silkələnməsi, əzilməsi” xəstəlikləri ilə eynilik təşkil edir. - Həmin xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015- ci il tarixli, 413 №-li qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə göstərilən xəstəliklərin əhatə dairəsinə düşmür. 4,8,9. Onun düçar olduğu xəstəlikləri xroniki hala keçdiyindən tam (sağalması) reabilitasiyası mümkün deyildir.
a) Birinci instansiya məhkəməsində icraat
14. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh orqan Agentliyin əlilliyinin müəyyənləşdirilməməsinin qanunsuz hesab edilməsi və onun əlilliyinin düzgün müəyyənləşdirilməsinin Agentliyin üzərinə qoyulması haqqında qərar çıxarılmasını xahiş etmişdir.
15. Sonradan İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Agentliyin Tibbi-Sosial Ekspertiza Komissiyasının xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-1593/2024 №li qərarının ona aid olan hissədə ləğv edilməsini və ona yəni xx.xx.1991-ci il təvəllüdlü İddiaçı hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar aldığı hərbi travmaya görə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Agentliyin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
16. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal RHK tərəfindən xx.xx.2009-cu ildə hərbi xidmətə çağrılmışdır. Hərbi xidmətdə olarkən (Cəlilabad rayonunda yerləşən N saylı hərbi hissə) avtomobil qəzasına uğramış və ağır kəllə beyin travması almışdır. Ağır vəziyyətdə N saylı hərbi hissəyə, 02.09.09-16.09.09-cu il tarixdə “qapalı kəllə beyin travması. Baş beynin ağır dərəcəli əzilməsi, subaraxnoidal qansızma, alın sümüyünün sağ frontolateral sınığı, sağ gicgah nahiyyəsinin əzilmiş yarası” diaqnozu ilə stasionar müayinə və müalicə olunmuşdur. Lənkəran rayon hərbi hospitalda komatoz vəziyyətdə olmuşdur. Aparılan intensiv müalicədən sonra Bakı şəhəri yerləşən hərbi hospitalda müayinə və müalicə olunmuşdur. 16.09.09-cu il tarixdə MHKH-a köçürülmüşdür. Aparılan müalicədən sonra HHK-na təqdim edilmiş, xəstəliyinə görə 30 gün müddətinə məzuniyyət verilmişdir. 2012-ci ildə 1 saylı SXda, sonra isə əlillərin Bərpa mərkəzində müalicə olunmuşdur. O, İİ qrup əlildir, 2010-cu ildən RƏXD-in qeydiyyatındadır. Onunla bağlı diaqnozlarda qeyd edilmişdir ki, keçirilmiş kəllə beyin travmasının qalıq əlamətləri. Üzvi mənşəli emosional labil pozuntu, kəskin asteno-nevrotik sindrom. Travmatik ensefalopatiya. Qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sağ peropital nahiyyənin hematoması diaqnozu ilə N saylı hərbi hissədə stasionar müalicə. Döyüş tapşırığını yerinə yetirərək: hərbi xidmət vəzifələrini yerinə yetirən zaman, şəxsi ehtiyatsızlığı və səhlənkarlığı: hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirən zaman. Forma № 1 arayışda qeyd edilir ki, o, həqiqətən Göytəpə qəsəbəsində yerləşən taborda xidmət edərkən naryadda olduğu vaxtı onun huşu üstündə olmadığı üçün travmanın səbəbini izah edə bilmir. Növbəti müayinəyə göndərilmiş lakin, cavabdeh idarə onun əlilliyinin müvafiq qaydada müəyyənləşdirməmişdir. Belə ki, cavabdeh idarə tərəfindən müayinələr aparılması üçün lazımi mərkəzlərə və tibbi müəssisələrə ona göndəriş verilməmişdir. Nəticədə düzgün aparılmayan müayinələr nəticəsində diaqnoz əlillik təyin etməməsi cavabı verilmişdir.
17. Cavabdeh orqan iddiaya etiraz edir və bildirir ki, Agentliyin Tibbi-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli Qərarında aşağıdakılar göstərilmişdir: Bakı şəhər sakini xx.xx.1991-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2009-cu il tarixli 327 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Sağtərəfli yüngül hemiparezlə təzahür olunan keçirilmiş qapalı kəlləbeyin travmasının (02.09.09), baş beynin ağır dərəcəli əzilməsinin nəticəsi, mərkəzi sinir sisteminin funksiyasının mülayim dərəcədə pozulması ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı ümumi xarakterli ağrılardan şikayətlənmişdir. Müayinə otağına daxil olduğu andan aşağı ətraflarında tremor müşahidə edilmişdir. Verilən suallardan yayınaraq, şikayətlərini, aldığı müalicələri, xəstəliyi haqqında məlumatları bildirməkdən imtina etmişdir. Simulyativ davranışlara yol verərək sağ ətraflarında hərəki məhdudluq, ifadəli parez göstərməyə çalışmış, ətraflı müayinəyə imkan verməmişdir. Lakin təqdim edilmiş Baş beyin MRT nəticəsi bu klinik əlamətlərlə uyğunsuz olmuşdur. Nevroloji müayinə zamanı iflic, parez, atrofiya müəyyən edilməmişdir. Psixi statusunda əyani müayinə zamanı simulyativ davranış nümayiş etdirmiş, bələdliyi bütöv istiqamətlərdə saxlanılmış, zahirən geyimi səliqəli, ünsiyyətə həvəssiz daxil olmuşdur. 2 saylı X1 xx.xx.2023-xx.xx.2023-cü il tarixli 8497/23 nömrəli Çıxarışında diaqnoz “Baş beyinin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində kəskin şəxsiyyət pozuntuları, koqnitiv funksiyaların enməsi ilə. İQ-70. MMSE-24” kimi qeyd olunmuş, klinik olaraq öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Neyrocərrahiyyə Xəstəxanasının xx.xx.2023-cü il tarixli Baş beyin MRT müayinəsinin nəticəsi “Alın paylarda kortikal sulkus giruslarda subaraxnoidal sahələrin bir qədər genişlənməsi qeyd edilir. Hər iki beyin yarımkürəsinin subkortikal tək-tək kiçik ölçülü gliotik ocaqlar qeyd edilir” kimi qeyd edilmişdir. X5 xx.xx.2023-xx.xx.2023-cü il tarixli Çıxarışında diaqnoz “Xroniki postravmatik baş ağrısı, təzahür edən kəllə-beyin travmasının nəticələri. Kəllə-daxili hipertenziya. Sağ tərəfli hemiparez” kimi qeyd olunmuş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. X5 xx.xx.2023-cü il tarixli Beyin KT müayinəsinin nəticəsi “Müayinə sahəsinə daxil olan sümüklərdə kəllə tağı sümüklərində qan-damar şəkli güclənib. Etmoid hücrələrdə mukozal qalınlaşma var (etmoidit)” kimi qeyd olunmuşdur. X5 xx.xx.2023-cü il tarixli EEQ çəkimi müayinəsinin nəticəsi “Beyin qabığının funksional aktivliyinin artması, alın, mərkəz, ənsə paylarda paroksizmlərdə meyilliyi və diffuz tipli dəyişiklikləri (ensefalopatiya əlamətləri, 2009-cu ildə, kəllə-beyin travmasını qeyd edilir) aşkar olunur” kimi qeyd olunmuşdur. Anamnestik məlumatlarda, instrumental və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verə biləcək nevroloji, psixi pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrıayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.
18. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8833/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspertiza Komissiyasının xx.xx.1991-ci il təvəllüdlü İddiaçı barəsində qəbul etdiyi xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-1593/2024 №li qərarı ləğv edilməsi və xx.xx.1991-ci il təvəllüdlü İddiaçı hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar aldığı hərbi travmaya görə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial- Ekspertiza və Reabilitasiya Agentliyi X6n üzərinə qoyulması barədə qərar qəbul edilmişdir.
19. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
b) Apellyasiya şikayətinin dəlilləri
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanaşı əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona xx.xx.2022-ci il tarixli 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarlarının hər-hansı bir bəndini aid etmək mümkün olmadı. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir.Əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstləiyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatları
22. Məhkəmədə iddiaçı ərizəsinə uyğun izahat verərək, apellyasiya şikayətinin rədd edilməsini, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh təşkilat məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə verilən apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
23. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun:
2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5-ci bəndinə görə TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 3.8. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir.
25.Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 26 dekabr 2017-ci il tarixli 19-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”: 2.1. Tibbi sosial ekspert komissiyasının (TSEK) funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra –Xidmət) tərəfindən hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq aşağıda göstərilən əlillik səbəbləri müəyyən edilir: . 2.1.4. Hərbi xidmət dövrü ilə əlaqədar əlillik; 3.1. Şəxsə hərbi xidmətlə əlaqədar əlillik hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrı- ayrı götürüldükdə ən azı orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlillik müəyyən etmək üçün əsas vermiş olduqda müəyyən edilir. 3.2. Hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir. 3.3. Hərbi xidmətdən buraxılmış şəxslərin hərbi xidmətlə əlaqədar əlillik səbəbləri müəyyən edilərkən aşağıda göstərilən hərbi tibbi sənədlər əsas götürülür: 3.3.1. Xəstəlik haqqında şəhadətnamə (ştatdankənar HHK tərəfindən tərtib edilir və ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir); ... 3.5. Hərbi xidmətdən xəstəliyə görə buraxılmış şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəbləri Xidmət tərəfindən aşağıdakı qaydada müəyyən edilir: 3.5.1. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir.
26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
27.Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. 28.Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.2 maddələrinə əsasən)
30. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 23-26-cı bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
31. Belə ki, iddiaçı xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-1593/2024 №li qərarının ona aid olan hissədə ləğv edilməsini və hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar aldığı hərbi travmaya görə əlilliyin təyin edilməsini tələb edir.
32. Belə ki, işin apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1261/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən məhkəmə tibbi ekspertizası təyin edilmişdir.
33. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X4” PHŞ tərəfindən verilmiş T 198/2025 saylı ekspert rəyinə əsasən vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “Əsas diaqnoz: T90.5-Kəllədaxili travmalarm nəticələri, keçirilmiş ağır qapalı kəllə-beyin travması (baş beynin ağır dərəcəli əzilməsi, subaraxnoidal qansızma). Ağırlaşma: F07.0-Üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beyinin üzvi xəstəliyi, F.07.8-Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, travma mənşəli nəticəsində şəxsiyyətin orqanlarının pozulmaları, F06.7-Yüngül koqnitiv pozuntu, kəskin şəxsiyyət dəyişikliyi, kobud davranış pozulmaları, koqnitiv funksiyaların enməsi ilə İQ-70 MMSE-24, G81.1-Spastik hemiplegiya, sağtərəfli hemiparez, G44.3- Xroniki posttravmatik başağrısı, xroniki posttravmatik başağrılar, G93.2-Xoşxassəli kəllədaxili hipertenziya, kəllədaxili hipertenziya” diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilsə də, şəxsin xx.xx.2025-ci il tarixində DTSERA-da əyani müayinəsi zamanı onda əlillik təynatma əsas verən psixiatrik və nevroloji xəstəlik əlamətləri aşkar edilməmişdir. Diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli, 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarları’nın hər hansı bir bəndinə aid etmək mümkün olmadı.
34. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 1261/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən iş üzrə psixiatr və psixoloqun rəyi alınmaqla kompleks məhkəmə ekspertizası təyin edilmişdir.
35. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza” PHŞ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 1939 saylı ekspert rəyinə əsasən Yoxlanılan şəxs İddiaçı “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi və depressiv daxilolmalarla” (F07.0) aşkar edilir.
36. İşin apellyasiya baxışı zamanı müxtəlif qurumlara sorğular verilmişdir.
37. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş 24 yanvar 2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.2-ci bəndinə əsasən, şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial M¸dafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dˆvlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbihəkim komissiyaları tərəfindən verilir.
38. Göstərilənlərə əsasən kollegiya qeyd edir ki, əvvəllər əlillik təyinatına əsas olan xəstəliklər inkar edilməmiş, tibbi ekspertiza nəticəsində aşkar olunmuş xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda 7-ci bənd - Psixi və davranış pozuntuları – “üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0” diaqnozu əlillik (orqanizmin funksiyalarının pozulmasını) təyin edən diaqnoz kimi nəzərdə tutulmuşdur. 39.Nəzərə alınmalıdır ki, 13 may 2022-ci ildən öncə iddiaçıya təyin edilmiş əlilliyin 2-ci dərəcəsi Nazirlər Kabinetinin yeni-187 saylı qərarı ilə təsiq edilmiş “əlilliyin müəyyən olunması meyarlarları”nın 3.1.2-ci bəndinə əsasən – orqanizm funksiyalarının 61-80 faiz pozulmasına uyğunlaşdırılmışdır. Həmin Meyarların 7.6.2-ci bəndində göstərilən xəstəliklərin 2-ci dərəcə əlilliyə daha yaxın olan 7.6.2.2-ci bəndidir və iddiaçının 2011-ci ildən, fasiləsiz olaraq 10 ildən artıq əlil olması səbəbindən ona müddətsiz əlillik təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təstiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 4.2-ci bəndinə əsasən müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Ona görədə məhkəmə kolleqiyası belə qanaətə gəlirki iddiaçının cavabdeh təşkilata sonuncu müraciət tarixindən (xx.xx.2024-cü ildən) orqanizm funksiyalarının 61-80 faiz pozulması ilə bağlı əlillik təyin edilməlidir.
40. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
41. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
42. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8833/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8833/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı— “iddiaçıya xx.xx.2024-cü ildən etibarən müddətsiz orqanizm funksiyalarının 61-80 faiz pozulması” nəzərə alınmaqla dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.