Məhkəmə qərarları › İş №2-1(103)-1262/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1262/2021

23.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1262/2021 23.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair qeydiyyat vəsiqəsinin, reyestr kitabında qeydin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X29 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aida Əli qızı Hüseyndən və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı və onun vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair qeydiyyat vəsiqəsinin, reyestr kitabında qeydin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-477/2019 saylı 10 dekabr 2019-cu il tarixli qərarından cavabdeh və 3-cü şəxs Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə 23 iyun 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1996-cı il təvəllüdlüdür. Ona məxsus doğum haqqında şəhadətnamədən görünür ki, iddiaçının atası X5r. 01.07.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 30.07.2015-ci il tarixdə vəfat etmiş X3 vərəsələri İddiaçı və X20r. İddiaçı Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsi, 2 saylı evin 38 saylı mənzilinə daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair arayışın alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən ünvanlanmış **********62 saylı 01.06.2018-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Səbail rayon İcra Hakimiyyətinin 102 saylı 31.01.1997-ci il tarixli məktubu nəzərə alınaraq qeyd olunan mənzilə dair mərhum X3 adına verilmiş 12.03.1996-cı il tarixli qeydiyyat vəsiqəsi ləğv olunmuşdur. Belə ki, məlum olmuşdur ki, Mədəniyyət Nazirliyi X24 Müzeyi tərəfindən Bakı şəhər Mülkiyyət Hüquqlarının Texniki İnventarlaşdırma və Qeydiyyatı İdarəsinə 3 saylı 24.01.1997-ci il tarixli məktubla müraciət edilərək N.Nərimanovun «uşaq otağının» qeyriqanuni özəlləşdirilməsi nəzərə alınaraq 12.03.1996-cı il tarixli qeydiyyat vəsiqəsinin ləğv edilməsi xahiş edilmişdir. Eyni zamanda Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının 31.01.1997-ci il tarixli 102 saylı məktubu ilə Bakı şəhər Mülkiyyət Hüquqlarının Texniki İnventarlaşdırma və Qeydiyyatı İdarəsinə müraciət olunaraq B.Sərdarov küçəsi 2 No-li evin 5 No-li mənzilinin vətəndaş X3 adına özəlləşdirilməsinin və onun adına verilmiş 12.03.1996-cı il tarixli qeydiyyat vəsiqəsinin ləğv olunmasına sərəncam verilməsi xahiş edilmişdir. Həmin müraciət məktubları nəzərə alınaraq mübahisəli 38 saylı mənzilə dair X3 adına verilmiş 12.03.1996-cı il tarixli Qeydiyyat vəsiqəsi ləğv edilmişdir. Bundan sonradan xəbər tutan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hazırki tələblə məhkəməyə müraciət edərək “mənzilə dair qeydiyyat vəsiqəsinin, reyestr kitabında qeydin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, onun mərhum atası X12 30.07.2015-ci il tarixdə vəfat etmişdir. Qanun üzrə vərəsə kimi mərhum atasına məxsus olan Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsi, 2 saylı evin 38 saylı mənzilinə vərəsə kimi hüququnun tanınaraq miras əmlakda payının müəyyən edilməsi barədə ərizə ilə 3 saylı «ASAN Xidmət» Mərkəzinin notariat kontoruna müraciət etmişdir. Vərəsəlik şəhadətnaməsi verilən zaman məlum olmuşdur ki, həmin mənzilə dair verilmiş qeydiyyat vəsiqəsi ləğv edilmişdir. Qeydiyyat vəsiqəsinin ləğv olunmasının səbəblərini müəyyən etmək məqsədi ilə Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş, lakin onun tələbi təmin olunmamışdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, iddiaçının İdarəyə müraciəti iddia tələbindən fərqli olaraq Səbail rayonu, B.Sərdarov küçəsi, 2 saylı evin, 38 saylı mənzilinə dair daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın alınması ilə əlaqədar olmuşdur. Aparılan araşdırmalar zamanı məlum olmuşdur ki, Səbail rayon İcra Hakimiyyətinin 102 saylı 31.01.1997-ci il tarixli məktubu nəzərə alınaraq qeyd olunan mənzilə dair mərhum X3 adına verilmiş 12.03.1996cı il tarixli qeydiyyat vəsiqəsi ləğv olunmuşdur. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və iddiaçıya 01.06.2018-ci il tarixli **********62 saylı cavab məktubu ünvanlanmışdır. 13.07.1989-cu il tarixli dəyişdirmə orderinə əsasən (İdarənin sözügedən mənzilə dair arxiv əsaslarında saxlanılan sənəd) Əliyev Ş.İ-yə məxsus olan Bakı şəhəri, Şərifzadə küçəsində yerləşən ev 73, 22 nömrəli mənzil X6 məxsus olan Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsi, 2 nömrəli evin 38 saylı mənzili ilə dəyişdirilmişdir. Belə ki, Mədəniyyət Nazirliyinin Nəriman X18 24.01.1997-ci il tarixli 3 nömrəli məktubunda qeyd olunur ki, Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsi, 2 nömrəli evin 38 saylı mənzilin özəlləşdirilməsinə razılıq verilərkən muzeyin üstün hüquqa malik olması nəzərə alınmalı, özəlləşdirmə muzey müdiriyyətinin iştirakı və razılığı alınaraq aparılmalı idi. Həmçinin məktubda bildirilmişdi ki, sözügedən mənzilin tərkibində N.Nərimanovun ailəsinə aid olan “uşaq otağı" vardır. İdarəyə ünvanlanmış Mədəniyyət Nazirliyi Nəriman X18 24.01.1997-ci il tarixli 3 nömrəli, Səbail Rayon İcra Hakimiyyətinin 31.01.1997-ci il tarixli 102 nömrəli məktubları (müvafiq mənzilə dair arxiv qovluğunda olan sənədlər) nəzərə alınaraq X3 adına verilmiş 12.03.1996-cı il tarixli qeydiyyat vəsiqəsi ləğv olunmuşdur. Bundan əlavə Bakı şəhəri, Şərifzadə küçəsində yerləşən ev 73, 22 nömrəli mənzilə münasibətdə bildirilmişdi ki, həmin mənzilin İdarənin arxiv əsaslarında olan hüquqmüəyyənedici sənədlərə əsasən ilkin qeydiyyatı X4 adına aparılmış və müvafiq mənzilə dair Bakı şəhəri İnventarlaşdırma Bürosu tərəfindən 11.05.1995-ci il tarixdə qeydiyyat vəsiqəsi verilmişdir. Belə ki, İdarənin arxiv əsaslarında Bakı şəhəri Şərifzadə küçəsində yerləşən ev 73, 22 nömrəli mənzilə dair Əliyev Ş.İ-nin adına verilən hər hansı hüquqmüəyyənedici sənəd, həmçinin yuxarıda qeyd olunan 13.07.1989-cu il tarixli dəyişdirmə orderi İdarənin arxivində aşkar olunmamışdır. Bakı şəhəri Şərifzadə küçəsində yerləşən ev 73, 22 nömrəli mənzil 6 iyul 2010-cu il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında X3 adına ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra 01.07.2017-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında İddiaçı və X13 adına ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan sonra AN-İ № 0732271, 16.11.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında İddiaçı və X26 həmin mənzili X8 adına özgəninkiləşdirmişdir və X8 adına ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Hal-hazırda sözügedən mənzil X9 adınadır. Belə ki, X21 ilə X22 arasında bağlanan AN-İ № 0588244, 15.04.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında ********** qeydiyyat nömrəsi ilə həmin əmlak sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-477/2019 saylı 10 dekabr 2019cu il tarixli qərarı ilə iddia təmin edilərək, Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsi, 2 №-li evin 38 №-li mənzilinə dair X3 adına verilmiş 12.03.1996-cı il tarixli, seriya MH 000909 saylı qeydiyyat vəsiqəsinin, reyestr kitabında 568 səhifə 84918 qeydə alma 30/84918 saylı qeydin bərpa edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi sübutların olduğu və saxlanıldığı yerdə müayinə və tədqiq edilməsi zamanı müəyyən etmişdir ki, mübahisəli mənzilin və Mədəniyyət Nazirliyi X1pıları Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsi, 2 №-li evin eyni dəhlizinə çıxırlar, girişləri ayrıdır, mübahisəli mənzil iddiaçının istifadəsindədir və Müzeylə heç bir əlaqəsi yoxdur. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Eyni zamanda həmin qərardan narazı qalan 3-cü şəxs Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Səbail rayon İcra Hakimiyyətinin 102 saylı 31.01.1997-ci il tarixli məktubu nəzərə alınaraq qeyd olunan mənzilə dair mərhum X3 adına verilmiş 12.03.1996-cı il tarixli qeydiyyat vəsiqəsi ləğv olunmuşdur. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və iddiaçıya 01.06.2018-ci il tarixli **********62 saylı cavab məktubu ünvanlanmışdır. Azərbaycan SSR X35 İcraiyyə Komitəsi tərəfindən verilmiş 13.07.1989-cu il tarixli 095903 saylı dəyişdirmə orderinə əsasən (İdarənin sözügedən mənzilə dair arxiv əsaslarında saxlanılan sənəd) Əliyev Ş.İyə məxsus olan Bakı şəhəri Şərifzadə küçəsində yerləşən ev 73, 22 nömrəli mənzil X6 məxsus olan Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsi, 2 nömrəli ev 38 saylı mənzil ilə dəyişdirilmişdir. Bakı şəhəri, Səbail rayonu, Bünyad Sərdarov küçəsi, ev 2, 38 nömrəli mənzil X3 adına qeydiyyata alınmış, Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən MH seriyalı, 000909 nömrəli, 12.03.1996-cı il tarixli qeydiyyat vəsiqəsi verilmişdir. Mədəniyyət Nazirliyi “X24 Muzeyi”nin 24.01.1997-ci il tarixli, 3 nömrəli məktubunda qeyd olunur ki, Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsi, 2 nömrəli evin 38 saylı mənzilin özəlləşdirilməsinə razılıq verilərkən muzeyin üstün hüquqa malik olması nəzərə alınmalı, özəlləşdirmə muzey müdriyyətinin iştirakı və razılığı alınaraq aparılmalı idi. Həmçinin məktubda qeyd olunmuşdur ki, sözügedən mənzilin tərkibində N.Nərimanovun ailəsinə aid olan “uşaq otağı” vardır. Göstərilən səbəblərdən İdarəyə ünvanlanmış Mədəniyyət Nazirliyi “X24 Muzeyi”nin 24.01.1997-ci il tarixli 3 nömrəli, Səbail Rayon İcra Hakimiyyətinin 31.01.1997-ci il tarixli 102 nömrəli məktubları (müvafiq mənzilə dair arxiv qovluğunda olan sənədlər) nəzərə alınaraq, X3 adına verilmiş 12.03.1996-cı il tarixli qeydiyyat vəsiqəsi ləğv olunmuşdur. Bakı şəhəri, Şərifzadə küçəsində yerləşən ev 73, 22 nömrəli mənzilə münasibətdə bildirilmişdi ki, həmin mənzilin İdarənin arxiv əsaslarında olan hüquqmüəyyənedici sənədlərə əsasən ilkin qeydiyyatı X4 adına aparılmış və müvafiq mənzilə dair Bakı şəhəri İnventarlaşdırma Bürosu tərəfindən 11.05.1995-ci il tarixdə qeydiyyat vəsiqəsi verilmişdir. Belə ki, İdarənin arxiv əsaslarında Bakı şəhəri, Şərifzadə küçəsində yerləşən ev 73, 22 nömrəli mənzilə dair Əliyev Ş.İ-nin adına verilən hər hansı hüquqmüəyyənedici sənəd, həmçinin yuxarıda qeyd olunan 13.07.1989-cu il tarixli dəyişdirmə orderi İdarənin arxivində aşkar olunmamışdır. Bakı şəhəri, Şərifzadə küçəsində yerləşən ev 73, 22 nömrəli mənzil 6 iyul 2010-cu il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında X3 adına ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra 01.07.2017-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında ½ hissə İddiaçı və ½ hissə X13 adına ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan sonra, AN-İ № 0732271, 16.11.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında İddiaçı və X26 həmin mənzili X8 adına özgəninkiləşdirmiş və X8 adına ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Halhazırda sözügedən mənzil X9 adınadır. Belə ki, X21 ilə X22 arasında bağlanan AN-İ № 0588244, 15.04.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında ********** qeydiyyat nömrəsi ilə həmin əmlak sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə tərəfindən müvafiq iş düzgün və ətraflı araşdırılmamış, ekspertiza keçirilməmiş, Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti, “İçərişəhər” Dövlət tarixi-Memarlıq Qoruğu İdarəsi, X22 məhkəmə tərəfindən iş üzrə 3-cü şəxs qismində iş üzrə icraata cəlb edilməmişdir. 3-cü şəxs Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli mənzilin də daxil olduğu Nikolayevsk küç.17-də (indi İstiqlaliyyət küç.55) yerləşən evdə görkəmli Azərbaycan ədibi və dövlət xadimi Nəriman Nərimanov ailəsi ilə birlikdə yaşamışdır. O, 1922-ci ildə ailəsi ilə birlikdə Moskva şəhərinə köçmüş və yuxarıda qeyd edilən ev yaşaması və istifadəsi üçün bir neftçi ailəsinə verilmişdir. Sonraki dövrlərdə ev böyük olduğu üçün bir neçə ailə orada yaşamışdır. X24 muzeyi Azərbaycan SSR Nazirlər Sovetinin 13 avqust 1977-ci il tarixli 286 nömrəli qərarı ilə İstiqlaliyyət 35 ünvanında yerləşən N.Nərimanovun şəxsi evində yaradılmış, 06 noyabr 1977-ci il tarixdə həmin ünvanda ulu öndər Heydər Əliyevin iştirakı ilə X24 muzeyi açılmış və fəaliyyətə başlamışdır. Muzeyin açılışından əvvəl həmin evdə yaşayan ailələr başqa mənzillə təmin olunmuş, ev boşaldılmış, lakin mübahisə edilən sonuncu “uşaq otağı”nda yaşayan yaşlı insan oradan köçürülməmişdir. Səbail rayonu, B.Sərdarov 38 ünvanında qeyd edilən mübahisə predmeti olan mənzil muzeyin yerləşdiyi evin “uşaq otağı’dır. Həmin “uşaq otağı”nın boşaldılmaması və muzeyə təhvil verilməməsi məsələsi muzeyin açılışından bəri baş tutmamış və sonrakı mərhələdə muzeyin təmirinə və fəaliyyətinə mane olmuşdur. Bunu keçmiş Mədəniyyət naziri Polad Bülbüloğlunun cənab Prezidentə müraciəti, Nazirliyə muzey tərəfindən edilən müraciətlər və verilən arayışlar da sübut edir. Bütün bu illər ərzində həmin “uşaq otağı” müxtəlif qurumların məsələyə biganə yanaşması nəticəsində boşaldılmamış, əvəzində iddiaçının atası Soltanov Tərlan qanunsuz olaraq həmin mənzilə dair 12.03.1996-cı il tarixli qeydiyyat vəsiqəsi əldə etmişdir. İstiqlaliyyət küç.55 ünvanında yerləşən ev bütövlükdə muzeyin balansına verilməli olduğu halda müxtəlif səbəblərdən həmin evin “uşaq otağı”nın muzeyin balansına verilməsi mümkün olmamışdır. Apellyasiya və kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-908/2020 saylı 08 sentyabr 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayətlərinin təmin edilməməsi və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-477/2019 saylı 10 dekabr 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Cavabdeh və 3-cü şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 147/2021 saylı 26 yanvar 2021-ci il tarixli qərarı ilə kassasiya şikayətlərinin qismən təmin edilməsi, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-908/2020 saylı 08 sentyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X10 apellyasiya şikayətlərini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək apellyasiya şikayətlərinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçı, onun vəkili Vəkil apellyasiya şikayətlərinin dəlillərinə etiraz edərək onların təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. 23 iyun 2021-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış 3-cü şəxs Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icratının iştirakçıları hazırki işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə 3-cü şəxs Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. 26.05.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş 3-cü şəxsin nümayəndəsi X14 apellyasiya şikayətlərini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək apellyasiya şikayətlərinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki iş üzrə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi “Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsi, 2 saylı evin 38 saylı mənzilinə dair X3 adına verilmiş MH seriyalı 000909 saylı 12 mart 1996-cı il tarixli qeydiyyat vəsiqəsinin, reyestr kitabında 568 səhifə 84918 qeydə alınan 30/84918 saylı qeydin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədədir. İşə birinci və apellyasiya instansiya qaydasında baxmış məhkəmələr iddanın təmin edilməsi qənaətinə gəlsələr də, kassasiya instansiyası məhkəməsi həmin nəticə ilə razılaşmayaraq işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini qərara almışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 147/2021 saylı 26 yanvar 2021-ci il tarixli qərarında göstərilmişdir ki, iddiaçının mərhum atası X12 ilə Əliyeva Ş.İ. arasında mənzillərin dəyişməsinə dair order kserosürətdir və məhkəmə tərəfindən əsli tələb edilməmişdir. Arxiv sənədlərində də orderlə bağlı hər hansı məlumat aşkar edilməmişdir. Bakı X25 İcraiyyə Komitəsinin 6/229 saylı 1989-cu il tarixli qərarının başlığında “şəhərlərarası mənzil dəyişməsinə icazə verilməsi və yaşayış sahəsinin dəyişdirilməsi” qeyd edilmişdir. Qərarın qəbul edilməsinə əsas olan 50 saylı protokoldan çıxarışda isə dəyişmə müqaviləsinin tərəfləri kimi “Soltanov S.K və Əliyeva Ş.İ” qeyd edilmiş, həmçinin nə qərarda, nə də protokolda dəyişən mənzillərin ünvanı barədə hər hansı məlumat qeyd edilməmişdir. Apelyasiya instansiya məhkəməsi isə bu ziddiyyətli hallara - dəyişmə müqaviləsində göstərilən mənzillərin eyni şəhərdə yerləşməsinə, iddiaçının mərhum atasının adı olmasına baxmayaraq protokolda Soltanov S.K. yazılmasına qiymət verməmişdir. Apellyasiya instansiya məhkəməsi həmçinin Şərifzadə küçəsi 73, mənzil 22 ünvanında yerləşən 3 otaqlı mənzilin Əliyeva Ş.İ. tərəfindən deyil, iddiaçının mərhum babası, yəni Soltanov Tərlanın atası tərəfindən özəlləşdirilməsinin əsaslarını araşdırmamış və aydınlaşdırmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsinə müvafiq olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə tərəfindən hazırki işə apellyasiya qaydasında tam və hərtərəfli baxılması üçün 27 may 2021-ci il tarixdə Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən X3 Bakı şəhəri, Səbail rayonu, Bünyat Sərdarov küçəsi ev 2, 38 nömrəli mənzilə dair verilmiş MH seriyalı 000909 №-li Qeydiyyat vəsiqəsinin verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənədlərin təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu məktubu göndərilmişdir. Həmin sorğu məktubuna əsasən cavabdeh tərəfindən təqdim olunmuş sənədlərdən və məhkəmə araşdırmalarından müəyyən olundu ki, "xxxx" Dövlət Şirkəti nəzdində mənzillərin özəlləşdirilməsi üzrə komissiyanın 17.03.1995-ci il tarixli qərarı ilə Bakı şəhəri, Şərifzadə küçəsi, 73 saylı evin 22 saylı mənzili iddiaçının atası X4 (iddiaçının babasının) xüsusi mülkiyyətinə verilmişdir. Həmin mənzilin xüsusi mülkiyyətə qəbul edilməsi barədə "xxxx" Dövlət Şirkəti nəzdində mənzillərin özəlləşdirilməsi üzrə komissiyası ilə X15 arasında 17.04.1995-ci il tarixdə müqavilə bağlanmışdır. Eyni zamanda işdə olan 26 Bakı Komissarları adına Rayon Zəhmətkeş Deputatları İcraiyyə Kamitəsinin 88/7621 saylı 21 may 1971-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri, B.Sərdarov küçəsi 2, mənzil 38-in əsas icarədarı olmuş Əliyev X17 16.12.1970-ci ildə vəfat etdikdən sonra arvadı X23 həmin mənzilin onun adına keçirilməsini xahiş etmiş və sözügedən qərarla 38 saylı mənzilin X11 adına keçirilməsi qərara alınmışdır. 110816 saylı 06.07.2010-cu il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 17.01.2010-cu il tarixdə vəfat etmiş X4 vərəsəsi Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsi, 2 saylı evin 38 saylı mənzilində qeydiyyatda olan X5r (iddiaçının atasıdır). Azərbaycan SSR XDS-nin 095903 saylı 13.07.1989-cu il tarixli orderinin təsdiq olunmuş surətindən görünür ki, X12 ünvan 10 ünvanında yerləşən 22 saylı mənzilini X16 məxsus mübahisəli Bakı şəhəri, B.Sərdarov küçəsi 2 saylı evin 38 saylı mənzili ilə dəyişdirmişdir. Həmin order Bakı şəhər X25 İcraiyyə Komitəsinin 06.07.1989-cu il tarixli 50 saylı protokoluna əsasən qəbul edilmiş 14.07.1989-cu il tarixli 6/229 saylı qərar əsasında verilmişdir. İşə apellyasiya qaydasında yenidən baxılarkən müəyyən olundu ki, Bakı şəhər X25 İcraiyyə Komitəsinin 06.07.1989-cu il tarixli 50 saylı protokolundan çıxarışda dəyişmə müqaviləsinin tərəfləri kimi adları qeyd olunan “Soltanov S.K” iddiaçının babası X15, “Əliyeva Ş.İ” X23 olmuş, dəyişən mənzillərin ünvanı isə nə adı çəkilən protokolda, nə də 14.07.1989-cu il tarixli 6/229 saylı Qərarda göstərilməsə də, həmin ünvanlar Azərbaycan SSR XDS-nin 095903 saylı 13.07.1989-cu il tarixli orderində dəqiq olaraq göstərilmişdir. Belə ki, adı çəkilən dəyişmə orderinin təsdiq olunmuş surətindən X3 ünvan 10 ünvanında yerləşən 22 saylı mənzilinin X16 məxsus Bakı şəhəri, B.Sərdarov küçəsi, ev 2 mənzil 38 ilə dəyişdirildiyi açıq-aşkar görünür. 4466 saylı arayışa əsasən 38 saylı mənzildə X12 25.07.1989-cu ildən, onun həyat yoldaşı X30 25.01.1994-cü ildən və qızı İddiaçı 1996-cı ildən mübahisəli 38 saylı mənzildə qeydiyyatda olmuşlar. Bundan sonra Bakı şəhəri, B.Sərdarov küçəsi 2 saylı evin 38 saylı mənzili iddiaçının atası X3 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyata alınmış və bu barədə ona MH seriyalı 000909 saylı 12.03.1996-cı il tarixli qeydiyyat vəsiqəsi verilmişdir. Tərəflər arasında hüquq münasibətləri yaranan dövrdə qüvvədə olan (01.10.2009cu il tarixədək) Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsinə əsasən Azərbaycan SSR vətəndaşları müəyyən edilmiş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində, yaxud mənzil-tikinti kooperativləri evlərində yaşayış sahəsi almaq hüququna malikdirlər. Vətəndaşlara dövlət və ictimai mənzil fondu evlərində, habelə mənzil-tikinti kooperativləri evlərində yaşayış sahələri müddətsiz istifadə üçün verilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X25 icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı onunla birlikdə yaşayan ailə üzvlərinin, o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin yazılı razılığı ilə yaşayış sahəsini başqa icarədar və ya mənzil tikinti kooperativinin üzvü ilə, o cümlədən başqa yaşayış məntəqəsində yaşayan icarədar və ya mənzil tikinti koopretivinin üzvü ilə dəyişdirmək ixtiyarına malikdir. Müəssisələrin, idarələrin, təşkilatların evlərindəki yaşayış sahəsinin dəyişdirilməsinə yalnız onların razılığı ilə yol verilir. Yaşayış sahəsinin dəyişdirilməsi haqqında saziş yerli xalq deputatları Sovetlərinin icraiyyə komitələri tərəfindən verilən orderlərin alındığı vaxtdan qüvvəyə minir. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanunu»nun 1-ci maddəsinə əsasən «Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır». Qanunun 4-cü maddəsinə əsasən «Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti nəzərdə tutulur) tərəfindən həyata keçirilir». Həmin Qanunun 5-ci maddəsinə əsasən «Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər». Həmin Qanunun 12-ci maddəsinin tələbinə görə mənzili (evi) öz mülkiyyətinə almış vətəndaşlar yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə bu mənzilə (evə) öz mülahizəsinə görə sahiblik edir, ondan istiafdə edir və onun barəsində sərəncam verir. Mənzilə (evə) mülkiyyət hüququnun həyata keçirilməsi başqa şəxslərin hüquqlarına və qanuni mənafeyinə xələl gətirməməlidir. Həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5-ci maddəsinə görə 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.11-ci maddəsinə görə Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0-ci maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Sadalanan normalara və işin faktiki hallarına əsasən müəyyən olunur ki, dövlət mənzil fondunda olmuş mübahisəli 38 saylı mənzil iddiaçının atasının adına 12.03.1996-cı ildə özəlləşdirilərkən hər hansı qanun pozuntusuna yol verilməsi halı aşkar olunmamış, hər hansı şəxsin hüquq və qanuni mənafeləri də pozulmamışdır. Buna baxmayaraq sonradan həmin qeydiyyat vəsiqəsi Mədəniyyət Nazirliyi X24 Müzeyi və Bakı şəhər Səbail rayon İcra Hakimiyyəti tərəfindən Bakı şəhər Mülkiyyət Hüquqlarının Texniki İnventarlaşdırma və Qeydiyyat İdarəsinə ünvanlanmış məktubları nəzərə alınaraq ləğv edilmişdir. Halbuki daşınmaz əmlak üzərində mülkiyyət hüququna dair dövlət reyestrində aparılmış qeydin məktub əsasında ləğvi ilə bağlı qanunvericilikdə hər hansı müddəa öz əksini tapmamışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər, 2.4-cü maddəsinə əsasən isə hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmçinin işə birinci instansiya qaydasında baxmış məhkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı müəyyən olunmuşdur ki, mübahisəli mənzilin və Mədəniyyət Nazirliyi X1pıları Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsi, 2 №-li evin eyni dəhlizinə çıxırlar, girişləri ayrıdır, mübahisəli mənzil iddiaçının istifadəsindədir və Müzeylə heç bir əlaqəsi yoxdur. Eyni zamanda N.X18 direktoru tərəfindən 21.11.1994-cü il tarixdə Bakı şəhəri Səbail rayon Məzil Təsərrüfat İdarəsinə ünvanlanmış məktubda da muzeyin yerləşdiyi 35 saylı binanın iki giriş qapısının olması, 38 saylı mənzilin ünvanının Bünyad Sərdarov küçəsi 2 olması və həmin mənzilin ünvanının N.X18 ünvanından fərqli olması qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 141.2-ci maddəsinə əsasən bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Həmin Məcəllənin 141.3-cü maddəsinin tələbinə görə daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Göstərilənlərlə bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçının atasının adına mübahisəli 38 saylı mənzilin özəlləşdirilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilmədiyi halda, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydə dair verilmiş qeydiyyat vəsiqəsinin sadəcə müraciət məktubu əsasında məhkəmə qaydasında mübahisələndirilmədən ləğv edilməsi düzgün olmamışdır. Məhkəmə kollegiyası “ünvan 15 ünvanında yerləşən 3 otaqlı mənzilin X23 tərəfindən deyil, iddiaçının mərhum babası, yəni X15 tərəfindən özəlləşdirilməsinin əsaslarının araşdırılmaması və aydınlaşdırılmaması” barədə kassasiya instansiya məhkəməsinin qərarında qeyd olunanlarla bağlı qeyd edir ki, Bakı şəhəri, Şərifzadə küçəsində yerləşən 73 saylı evin 22 saylı mənzilinin sonradan 6 iyul 2010-cu il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında X3 (iddiaçının atasının) adına ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı müəyyən olunur. Kollegiya hazırki mübahisənin iddiaçının atası X3 adına Bakı şəhəri, B.Sərdarov küçəsi, 2 saylı evin 38 saylı mənzili ilə bağlı verilmiş 12.03.1996-cı il tarixli qeydiyyat vəsiqəsinin qeyri-qanuni olaraq ləğv edilməsi barədə olub, həmin qeydiyyat vəsiqəsinin və dövlət reyestrində aparılmış qeydin bərpası ilə bağlı olduğunu nəzərə alaraq hesab edir ki, işdə olan Bakı şəhəri, Yasamal rayonu, A.Şərifzadə küçəsi, ev 73-də yerləşən 22 saylı mənzilə dair iddiaçının atası X3 adına 17.08.2010-cu il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və bu çıxarış əsasında bağlanmış alqı-satqı müqavilələrinə görə “alıcı” olan şəxslərin adına verilmiş digər çıxarışlar hazırki işdə mübahisə predmeti olmadığı üçün həmin çıxarışların verilmə əsasları barədə əlavə araşdırmanın aparılmasına zərurət yoxdur. Cavabdehin apellyasiya şikayətində göstərdiyi “Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti, “İçərişəhər” Dövlət tarixi-Memarlıq Qoruğu İdarəsi, X9 iş üzrə 3-cü şəxslər qismində cəlb edilmələri, ekspertizanın keçirilməsi” barədə dəlillərinə münasibətdə isə qeyd olunmalıdır ki, həmin dəlillər cavabdehin nümayəndəsi tərəfindən adı çəkilən qurumların iş üzrə 3-cü şəxs qismində cəlb edilməsinin və müvafiq ekspertizanın keçirilməsinin zəruriliyi əsaslandırılmadığı üçün əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, birinci instansiya məhkəməsinin Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsi, 2 saylı evin 38 saylı mənzilinə dair X3 adına verilmiş 12.03.1996-cı il tarixli, seriya MH 000909 saylı qeydiyyat vəsiqəsinin, reyestr kitabında 568 səhifə 84918 qeydə alma 30/84918 saylı qeydin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh və 3-cü şəxsin apelyasiya şikayətləri təmin edilməməli və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-477/2019 saylı 10 dekabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Hər iki apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-477/2019 saylı 10 dekabr 2019cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aida Hüseyn Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar