Məhkəmə qərarları › İş №2-1(103)-1262/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1262/2023

31.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1262/2023 31.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 52 yaşının tamam olduğu xx.xx.2015-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X3 ibarət tərkibdə, X6-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 52 yaşının tamam olduğu xx.xx.2015-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2744/2022 saylı 19 yanvar 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 31 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür. NZ seriyalı ******* saylı xx.xx.1981-ci il tarixli hərbi biletə əsasən İddiaçı 9 noyabr 1981-ci il tarixdən 16 dekabr 1983-cü il tarixədək Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci ildə “Hallavar” Sovxozunda fəhlə qismində fəsli işə qəbul olunmuş, xx.xx.1981-ci ildə Hərbi xidmətə çağırılması ilə əlaqədar işdən azad olunmuşdur. xx.xx.1984-cü ildə “Hallavar” Sovxozuna fəhlə qismində fəsli işə qəbul edilmişdir (Əmr № 073, xx.xx.1984-cü il); xx.xx.1984-cü ildə ərizəsi əsasında işdən azad edilmişdir ( Əmr № 272, xx.xx.1984-cü il); xx.xx.1984-cü ildə X12 X11- Zavodun karbamidmelamin işəsalma sexinə aparatura avadanlığının təmiri üzrə çilingər vəzifəsinə işə qəbul edilmişdir (Əmr № 249 k, xx.xx.1984-cü il); xx.xx.1985-ci ildə eyni sexdə aparatura avadanlığının təmiri üzrə üçüncü dərəcəli çilingər dərəcəsi verilmişdir (Əmr № 144k, xx.xx.1985-ci il); xx.xx.1986-cı ildə eyni sexdə aparatura avadanlığının təmiri üzrə dördüncü dərəcəli çilingər dərəcəsi verilmişdir (Əmr № 18 k, xx.xx.1986-cı il); xx.xx.1987- ci ildə eyni sexdə İİ pr üzrə ikinci dərəcəli qazelektrik-qaynaqçı təyin edilmişdir (Əmr № 81/k, xx.xx.1987-ci il); xx.xx.1987-ci ildə eyni sexdə yeni tarifikasiya üzrə dördüncü dərəcəli təmirçi çilingər peşəsi verilmişdir (protokol № k/k, xx.xx.1987-ci il); xx.xx.1988-ci ildə eyni sexdə İİ pr. üzrə üçüncü dərəcəli qazelektrik-qaynaqçı təyin edilmişdir (Əmr № 73/k, xx.xx.1988-ci il); xx.xx.1988-ci ildə öz istəyi ilə işdən azad edilmişdir (Əmr № 133/k, xx.xx.1988-ci il); xx.xx.1989-cu ildə 2 saylı sexə müvəqqəti olaraq elektrik maşınlarının və aparatlarının 1-ci dərəcəli quraşdırıcısı qismində işə qəbul edilmişdir (Əmr № 12/k, xx.xx.1989-cu il); xx.xx.1989-cu ildə müvəqqəti işin başa çatması ilə əlaqədar işdən azad edilmişdir (Əmr № 19/k, xx.xx.1989-cu il); xx.xx.1989-cu ildə Leytenant Şmidt adına Zavod 1 saylı Poladəritmə sexinə 3-cü dərəcəli çilingər işinə qəbul edilmişdir (Əmr № 150/k, xx.xx.1989-cu il); xx.xx.1990-cı ildə Beşinci dərəcəli təmirçi çilingər dərəcəsi verilmişdir ( Əmr № 19/k, xx.xx.1990-cı il); xx.xx.1991-ci il Bakı eksperimental mexanikitəmir zavodu- Üçüncü dərəcəli elektrik çilingər işinə qəbul edilmişdir (Əmr № 56/3, xx.xx.1991-ci il); xx.xx.1991-ci ildə öz istəyi ilə işdən azad edilmişdir (Əmr № 95/4, xx.xx.1991-ci il); xx.xx.1991-ci ildə Bakı “Ulduz” zavodu “Ulduz” İB HS və HKS sexinə qəza-bərpa işləri üzrə 5-ci dərəcəli çilingər qəbul edilmişdir (“Ulduz” İBnin adı dəyişdirilərək “Ulduz” Azərbaycan elmi-istehsalat birliyi adlandırılmışdır (Əmr № 166/k, xx.xx.1991-ci il); xx.xx.1992-ci ildə öz istəyi ilə işdən azad edilmişdir ( Əmr № 25/k, xx.xx.1992-ci il); xx.xx.1992-ci ildə L.Şmidt adına Zavoda 5-ci dərəcəli təmirçi çilingər vəzifəsinə qəbul olunmuşdur (Əmr № 37/k, xx.xx.1992-ci il); xx.xx.2003-cü ildə öz xahişi ilə vəzifəsindən azad olunmuşdur (Əmr № 4/, xx.xx.2003-cü il); xx.xx.2006-cı ildə 7 nömrəli BPL-ə Texnik vəzifəsinə işə qəbul olunmuşdur Əmr № 45, xx.xx.2006-cı il); xx.xx.2010-cu il tarixdə öz vəzifəsindən azad edilmişdir ( Əmr № 67, xx.xx.2010-cu il); Azərbaycan Respublikasının Dövlət Arxivinin DA-00584- 2021 saylı xx.xx.2021-ci il tarixli arxiv arayışının surətindən müəyyən olunur ki, “Leytenant Şmidt adına maşınqayırma zavodu" arxiv fondunda mühafizə edilən şəxsi kartoçkalarda İddiaçı (əmr № 116/k, 01 noyabr 1991-ci il) 1 №-lı PTS-yə təmirçi çilingər vəzifəsinə işə qəbul edildiyi; (əmr № 04/k, 03 yanvar 2003-cü il) işdən azad olunduğu qeyd olunur. Eyni zamanda yuxarıda göstərilən arxiv fondunun 1989-cu ilə dair şəxsi heyət üzrə əmr kitablarında 150 №-li əmr haqqında məlumat yoxdur və 1990-cı ilə dair şəxsi heyət üzrə əmr kitabları arxivə dövlət mühafizəsinə verilməyib. Əsas: "Leytenant Şmidt adına maşınqayırma zavodu"nun arxiv fondu, şəxsi kartoçkaları. “Leytenant Şmidt adına maşınqayırma zavodu"nun arxiv fondu, əmək haqqı cədvəlindən (arxiv arayışı) müəyyən olunur ki, “Leytenant Şmidt adına maşınqayırma zavodu" arxiv fondunda mühafizə edilən əmək haqqı cədvəllərində İddiaçı sentyabr 1989iyun 1991,1992-1993-cü illərə dair aşağıda göstərilən aylıq maaşı qeyd olunmuşdur. 1989cu il üzrə yanvar-, fevral-, mart-, aprel-, may-, iyun-, iyul-, avqust-, sentyabr 113-02, oktyabr 192-92, noyabr 292-87, dekabr 361-60; 1990-cı il üzrə yanvar 195-92; fevral-284- 31; mart 312-31; aprel-415-81; may 394-92; iyun 420-87; iyul 473-88; avqust 407-38; sentyabr 429-86; noyabr 430-86; dekabr 407-00 rubl; 1991-ci il üzrə yanvar 120-23; fevral 463-42; mart 1931-51; aprel 3295-20; may 2770-63; iyun 4654- 58; iyul 4559-83; avqust 2070-08; sentyabr 5977-29; oktyabr 9883-89; noyabr 9995-69; dekabr 23066-27 rubl; 1993-cü il üzrə yanvar 29125-27; fevral 28742-06; mart 28484-65; aprel 15579-51; may 21236-08; iyun 60247-13; iyul 50420-89; avqust 45452-19; sentyabr 50138-03; oktyabr 62301-18; noyabr 5162674; dekabr ******* manat. “Leytenant Şmidt adına maşınqayırma zavodu"nun arxiv fondu, əmək haqqı cədvəlindən (arxiv arayışı) müəyyən olunur ki, “Leytenant Şmidt adına maşınqayırma zavodu" arxiv fondunda mühafizə edilən əmək haqqı cədvəllərində İddiaçı 1998-2002-ci illərə dair aşağıda qeyd olunan aylıq maaş qeyd olunmuşdur; 1998-ci ilin yanvar ayı- 37884200 manat, fevral-29856983 manat, mart-30418558 manat, aprel-39167200 manat; may ******* manat, iyun 69975700 manat, iyul 31112500 manat, avqust 32037842 manat, sentyabr 19005869 manat, oktyabr 37076004 manat, noyabr 24002900 manat, dekabr 23196100 manat; 1999-cu il üzrə yanvar 27194900 manat, fevral 24165000 manat, mart 62159700 manat, aprel 32993400 manat, may 25975800 manat, iyun-24487516 manat, iyul 39787100 manat, avqust ******* manat, sentyabr 40055100 manat, oktyabr 85703200 manat, noyabr 32553500 manat, dekabr 488295 manat; 2000-ci il üzrə yanvar ******* manat, fevral 26115937 manat, mart 48830300 manat, aprel 77112938 manat, may 54826900 manat, iyun 48830200 manat, iyul 19666719 manat, avqust 39624149 manat, sentyabr 25075460 manat, oktyabr ******* manat, noyabr 14217600 manat, dekabr 47354312 manat; 2001-ci il üzrə 32280266 manat, fevral 34987100 manat, mart 34924615 manat, aprel 35078221 manat, may 35644269 manat, iyun 27661200 manat, iyul 16516000 manat, avqust ******* manat, sentyabr 54965500 manat, oktyabr 21961800 manat, noyabr 439200 manat, dekabr 439200 manat; 2002-ci il üzrə yanvar 439200 manat, fevral 439200 manat, mart 439200 manat, aprel 75096500 manat, may ******* manat, iyun 14120000 manat, iyul-sənəd yoxdur; avqust 782149 manat, sentyabr ******* manat, oktyabr ******* manat, noyabr ******* manat, dekabr 17486400 manat. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbinin təmin olunmasından imtina edilmişdir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış **********4 saylı xx.xx.2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında' Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında’’ Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında’’ Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (20 il 1 ay 27 gün (xx.xx.1981-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1984-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1988-ci il, xx.xx.1989-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1992-ci il və xx.xx.1992-xx.xx.2003-cü il arasındakı dövrlər) təşkil edir. Bundan başqa fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 45600,00 manat hesablandığı halda, fərdi hesabınının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 17260,37 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, müraciətçiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Cavabdehin qeyd olunan məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ona 52 yaşı tamam olduğu xx.xx.2015-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehə həvalə olunması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1963-cü ildə doğulmuşdur. Əmək fəaliyyətinə xx.xx.1981-ci ildən başlamışdır. xx.xx.1981-ci ildən xx.xx.2003-cü ilə kimi 22 il ümumi əmək stajının 10 il 10 ayı (xx.xx.1992 - xx.xx.2003-cü ilə kimi), Səttərxan (keçmiş L.Şmidt) adına zavodun xüsusi ilə zərərli əmək sahəsi olan 1 saylı Poladtökmə sexində təmirçi çilingər peşəsində işləmişdir. Təmirçi çilingər peşəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 nömrəli “Siyahı”nın İİİ Metalurqiya istehsalatı bölməsinin 2-ci bəndinin 1030200a-1753a yarımbəndində nəzərdə tutulduğuna görə xx.xx.1992 - xx.xx.2003- cü ilə kimi, yəni, 10 il 10 ay xüsusilə zərəli sexdə işlədiyini nəzərə alaraq, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 2006-cı ilin yanvarın 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə əsasən, 52 yaşı tamam olduğu xx.xx.2015-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması barədə xx.xx.2020-ci il tarixli müraciətinə xx.xx.2021-ci il tarixli **********4 saylı (gələcəkdə imtina məktubu) imtina edilmişdir. Güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün tələb olunan 22 il ümumi və 10 il 10 ay xüsusilə zərərli və ağır işlərdə çalışdığı müddətlər xx.xx.2006-cı ilə kimi qazanıldığından xx.xx.2006-cı ilə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun tənzimlənməli olduğu halda, imtina məktubunda AR xx.xx.2007-ci il tarixli 260-İİİQD nömrəli Qanuna istinadən qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququn olmasının göstərilməsi “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq, fərdi hesabın sığorta hissəsinin əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesab olması; Mərkəzi Filiala təqdim olunan sənədlərə əsasən xx.xx.2006-cı ilə kimi ümumi iş stajının 25 ildən az, 20 il 1 ay 27 gün olması və nahayət Fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi kimi xx.xx.2006-cı ildən qanuni qüvvəyə minmiş “Əmək Pensiyaları haqqında” Qanunda nəzərdə tutulan əsasların göstərilməsi qanunsuz və əsassızdır. Cavabdehin etirazları: Cavabdeh inzibati orqan tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz verilərək bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Sözügedən Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9- cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260- İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (19 il 5 ay), güzəştli iş stajı isə 10 ildən az (7 il 8 ay 19 gün) təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2744/2022 saylı 19 yanvar 2022-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim olunmuş arxiv arayışları da nəzərə alınmaqla, onun xx.xx.2006-cı il tarixədək 20 ildən artıq ümumi iş stajının mövcud olmaması iş materialları ilə öz təsdiqini tapmışdır. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının hazırki tələblə bağlı müraciətinə cavab olaraq verilmiş imtina məktubunda da, iddiaçının 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajının 20 il 1 ay 27 gün (xx.xx.1981- xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1984-xx.xx.1984-cü il, xx.xx.1984- xx.xx.1988-ci il, xx.xx.1989-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1991-ci il, xx.xx.1991- xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1992-ci il və xx.xx.1992-xx.xx.2003-cü il arasındakı dövrlər) təşkil etdiyi qeyd olunmuşdur. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı üçün müvafiq güzəştli iş stajı ilə bağlı məhkəmə qeyd etmişdir ki, işçinin əmək kitabçasının doldurulması, o cümlədən işin adı, peşəsi yaxud vəzifəsinin qeyd edilməsi işəgötürən tərəfindən həyata keçirildiyindən, ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını tələb edən iddiaçının əmək kitabçasında qeyd edilmiş peşə adının Siyahı ilə müəyyən edilmiş peşə adlarına uyğun gəlib-gəlməməsinin müəyyən edilməsi üçün işəgötürən tərəfindən verilmiş müvafiq arayışlarda (“Güzəştli arayış”da) qeyd olunmuş məlumatlar əsas götürülməlidir. Məhkəmə araşdırması zamanı iş materiallarından müəyyən olunmuşdur ki, iddiaçının istinad etdiyi əmək kitabçasında qeyd olunan peşələr əmək şəraiti zərərli olan işlərə aid edilməmişdir. Belə ki, iddiaçının işlədiyi Leytenant Şmidt adına Zavod (1 saylı Poladəritmə sexində çilingər) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarına 1 nömrəli əlavə kimi “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın “Metallurgiya istehsalatı” bölməsinə (İİİ) aid deyil. Belə ki, qeyd olunan bölmədə aşağıdakı sahələr nəzərdə tutulmuşdur: 1. Domna istehsalatı (kod ********)- a) fəhlələr (kod 1030100a)- təmirçi çilingərlər, elektrik qaz qaynaqçıları, əl ilə elektrik qaynaqçıları, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları (kod 1030100a—1753a). Məhkəmə araşdırması zamanı iddiaçının işlədiyi sahənin “Domna istehsalatı”na aid olmadığı müəyyən olunmuşdur. Bu isə o, deməkdir ki, iddiaçıya əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarına 1 nömrəli əlavə kimi “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda nəzərdə tutulan peşələrdə işləməsi şərti iş üzrə ödənilmir. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarın 5-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi savadlı, hüquqi cəhətdən düzgün tərtib edilməli, onda anlaşılmayan ifadələr yazılmamalı, hüquqi ifadələr yerində və dəqiq işlədilməsinin əksi olaraq, 10 səhifədən ibarət Qətnamənin 9/10-cu səh. 1-ci abzasında - xx.xx.1981-ci ildən xx.xx.2003- cü ilə kimi, yəni, xx.xx.2006-cı ilə kimi 21 il 5 ay 23 gün ümumi iş stajının “20 ildən artıq olmaması” və 9/10-cu səh. 3-cü abzasında - xx.xx.1992 - xx.xx.2003 ilə kimi, yəni, 10 il 10 ay 1 gün Səttərxan (keçmiş L.Şmid) adına zavodun xüsusi ilə zərərli əmək sahəsi olan 1 saylı Poladtökmə sexində işlədiyi təmirçi çilingər peşəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 nömrəli “Siyahı”nın Metallurgiya istehsalatı bölməsinin 2-ci yarımbəndində, Polad və ferroərintilər istehsalatında 1030200a-1753a kodla nəzərdə tutulduğu halda həmin vəzifənin (peşənin) Donma İstehsalatına aid olmadığından 1 nömrəli “Siyahı"nın Metallurgiya istehsalatı bölməsinə aid olmaması kimi qiymətləndirilməsi insan Hüquqlarının və X5 Haqqında Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması, AR Konstitusiyasının 60-cı maddəsində nəzərdə tutulmuş, hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilməsi, AR Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsində nəzərdə tutulmuş Sosial təminatla əlaqədar hüquqları pozulmuş və pozulmaqda davam edir. Apellyasiya və Kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1394/2022 saylı 17 iyun 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 2-1(112)-2744/2022 saylı qərarının ləğv edilməsi və İddiaçı 52 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq müraciət edildiyi tarixdən 3 il əvvəlki dövr üzrə, yəni xx.xx.2018-ci il tarixdən pensiyanın ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının 52 yaşı xx.xx.2015-ci il tarixdə tamam olmuşdur və o, xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixə qədər həqiqi hərbi xidmətdə olmuş (2 il 1 ay 7 gün), əmək kitabçasına əsasən xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək “Hallavar” Sovxozunda fəhlə (4 ay 5 gün), xx.xx.1984-cü il tarixdən xx.xx.1984-cü il tarixədək “Dilavər” Sovxozuna fəhlə (7 ay 2 gün), xx.xx.1984-cü il tarixdən xx.xx.1988-ci il tarixədək X12 X8 karbamid-melamin işəsalma sexinə aparatura avadanlığının təmiri üzrə çilingər, qazelektrik-qaynaqçı (3 il 7 ay 20 gün), xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixədək 2 saylı sexə müvəqqəti olaraq elektrik maşınlarının və aparatlarının 1-ci dərəcəli quraşdırıcısı (2 ay), xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixədək Leytenant Şmidt adına Zavod 1 saylı Poladəritmə sexində 3-cü dərəcəli çilingər, beşinci dərəcəli təmirçi çilingər (1 il 9 ay 24 gün), xx.xx.1991-ci il tarixdən xx.xx.1991-ci il tarixədək Bakı eksperimental mexanikitəmir zavodu üçüncü dərəcəli elektrik çilingər (21 gün), xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Bakı “Ulduz” zavodu “Ulduz” İB HS və HKS sexinə qəza-bərpa işləri üzrə 5-ci dərəcəli çilingər (7 ay 14 gün), xx.xx.1992-ci il tarixdən xx.xx.2003-cü il tarixədək L.Şmidt adına Zavodun 1 saylı Poladəritmə sexində 5ci dərəcəli təmirçi çilingər (10 il 10 ay 1 gün), xx.xx.2006-cı il tarixdən xx.xx.2010-cu il tarixədək 7 nömrəli BPL-ə Texnik vəzifəsində işləmişdir. İddiaçının hərbi xidmət müddəti nəzərə alınmaqla, onun xx.xx.2006-cı il tarixədək 20 il 2 ay 4 gün ümumi iş stajının mövcud olması işin materialları ilə öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası iddiaçının işlədiyi güzəştli iş stajı ilə bağlı göstərmişdir ki, iddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixədək Leytenant Şmidt adına Zavod 1 saylı Poladəritmə sexində 3-cü dərəcəli çilingər, beşinci dərəcəli təmirçi çilingər və xx.xx.1992-ci il tarixdən xx.xx.2003-cü il tarixədək həmin zavodda 1 saylı Poladəritmə sexində 5-ci dərəcəli təmirçi çilingər vəzifəsində işləmişdir. Qeyd olunan vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 1 nömrəli “Siyahı”nın İİİ Metallurgiya istehsalatı bölməsinin 2-ci bəndinin polad və ferroərintilər istehsalatının, kod 1030200a-1753a yarımbəndində göstərilən təmirçi çilingərlər peşəsinə uyğunluğa əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququna məqsədə uyğun hesab edilir. Bu müddətə iş stajı 12 il 7 ay 25 gündür. İddiaçının Leytenant Şmidt adına Zavodun 1 saylı Poladəritmə sexində yuxarıda qeyd olunan siyahı üzrə işləməsini onunla birlikdə işləmiş X4 və X1 apelyasiya baxışı zamanı şahid qismində verdikləri ifadələri və həmin şəxslərin özlərinin həmin dövrlərdə qeyd olunan zavodun Poladəritmə sexində işlədiklərini təsdiq edən və iş materiallarına əlavə edilmiş onlara məxsus əmək kitabçaları ilə sübut olunur. Məhkəmə araşdırması ilə iddiaçının xx.xx.2006-cı il tarixədək 12 il 7 ay 25 gün güzəştli iş stajı olması öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işin sadalanan halları ilə iddiaçının 1 yanvar 2006-cı il tarixə kimi 20 il ümumi əmək stajının olması və onun 10 ildən artıq müddətini 1 nömrəli Siyahı üzrə nəzərdə tutulmuş sahədə (kod-1030200a-1753a) işləməsi tam sübuta yetirildiyindən onun «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1 və 9.8-ci maddələrinə əsasən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Lakin cavabdeh qanunvericiliyin tələblərini pozmuş, iddiaçının tələbini təmin etməkdən əsassız olaraq imtina etmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir. Əmək pensiyası təyin edildikdən sonra onun yenidən hesablanması zaman yaranmış fərq məbləği müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməlidir. Belə olan halda, iddiaçıya 52 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək, müraciət edildiyi tarixdən 3 il əvvəlki dövr üzrə, yəni xx.xx.2018-ci il tarixdən pensiyanın ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1898/2022 saylı 01 noyabr 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1394/2022 saylı 17 iyun 2022-ci il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi və kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Tərəflərin izahatları: İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2021-ci il tarixdir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “ona 52 yaşı tamam olduğu xx.xx.2015-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehə həvalə olunması” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun ümumi iş stajının 20 ildən, güzəştli iş stajının isə 10 ildən az, həmçinin peniya kapitalının kifayət qədər olmaması əsası ilə tələbin təmin edilməsindən imtina edilmişdir. Bundan sonra o, hazırki tələblə məhkəməyə müraciət etmiş, lakin onun tələbi birinci instansiya məhkəməsi tərəfindən təmn edilməmişdir, apellyasiya və kassasiya instanisiyaları məhkəməsinin mövqeləri isə fərqli olmuşdur. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” AR Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq xx.xx.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Göründüyü kimi, iddiaçı onun xx.xx.2006-cı il tarixə qədər 20 ildən artıq ümumi, 10 ildən artıq xüsusi stajının tamam olmasına istinad edərək onun güzəştli şərtlərlə 52 yaşdan əmək pensiyasına çıxmaq hüququnun olduğuna istinad etdiyi üçün əvvəlcə onun həqiqətən “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tətbiqi ilə bağlı pensiya hüququnun mümkünlüyü yoxlanılmalıdır. Belə olan halda Qanunun 9.8-ci maddəsinin tələbinə görə hüquq münasibətlərinə tətbiq olunmalı olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin «a» bəndinə əsasən iddiaçının xx.xx.2006-cı il tarixə qədər 20 ildən az olmayan ümumi, 10 ildən az olmayan xüsusi stajının mövcud olub-olmaması məsələsi yoxlanılmalıdır. Əvvəla qeyd olunmalıdır ki, İddiaçı xx.xx.1963-cü il təvəllüdlü olduğu üçün onun 52 yaşı xx.xx.2015-ci il tarixdə tamam olmuşdur. Bununla yanaşı, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hərbi biletini və əmək kitabçasını təqdim etmişdir. İş materiallarından müəyyən olunur ki, İddiaçı 9 noyabr 1981-ci il tarixdən 16 dekabr 1983-cü il tarixədək hərbi xidmətdə olmuşdur. Həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən isə hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Hazırki işdən görünür ki, cavabdeh inzibati orqanın iminasının əsasını iddiaçının ümumi və güzəştli iş stajının, həmçinin pensiya kapitalının kifayət qədər olmaması təşkil edir. Belə ki, iddiaçının 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajının xx.xx.1981-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1984-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1988-ci il, xx.xx.1989-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1992-ci il və xx.xx.1992-xx.xx.2003-cü il arasındakı dövrlər üzrə 20 il 1 ay 27 gün olması cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının 52 yaşı xx.xx.2015-ci il tarixdə tamam olmuşdur və o, xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixə qədər həqiqi hərbi xidmətdə olmuş (2 il 1 ay 7 gün), əmək kitabçasına əsasən xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək “Hallavar” Sovxozunda fəhlə (4 ay 5 gün), xx.xx.1984-cü il tarixdən xx.xx.1984-cü il tarixədək “Dilavər” Sovxozuna fəhlə (7 ay 2 gün), xx.xx.1984-cü il tarixdən xx.xx.1988-ci il tarixədək X12 X8 karbamid-melamin işəsalma sexinə aparatura avadanlığının təmiri üzrə çilingər, qazelektrik-qaynaqçı (3 il 7 ay 20 gün), xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixədək 2 saylı sexə müvəqqəti olaraq elektrik maşınlarının və aparatlarının 1-ci dərəcəli quraşdırıcısı (2 ay), xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixədək Leytenant Şmidt adına Zavod 1 saylı Poladəritmə sexində 3-cü dərəcəli çilingər, beşinci dərəcəli təmirçi çilingər (1 il 9 ay 24 gün), xx.xx.1991-ci il tarixdən xx.xx.1991-ci il tarixədək Bakı eksperimental mexanikitəmir zavodu üçüncü dərəcəli elektrik çilingər (21 gün), xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Bakı “Ulduz” zavodu “Ulduz” İB HS və HKS sexinə qəza-bərpa işləri üzrə 5-ci dərəcəli çilingər (7 ay 14 gün), xx.xx.1992-ci il tarixdən xx.xx.2003-cü il tarixədək L.Şmidt adına Zavodun 1 saylı Poladəritmə sexində 5ci dərəcəli təmirçi çilingər (10 il 10 ay 1 gün), xx.xx.2006-cı il tarixdən xx.xx.2010-cu il tarixədək 7 nömrəli BPL-ə Texnik vəzifəsində işləmişdir. Göründüyü kimi, iddiaçının hərbi xidmət müddəti də nəzərə alınmaqla, onun xx.xx.2006-cı il tarixədək 20 il 2 ay 4 gün ümumi iş stajının mövcud olması işin materialları ilə öz təsdiqini tapmışdır. Nəzərə alınmalıdır ki, hazırki iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçının xüsusi iş stajının kifayət qədər olması mübahisələndirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. Qeyd olunmalıdır ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1898/2022 saylı 01 noyabr 2022-ci il tarixli qərarında göstərilmişdir ki, apellyasiya instansiya məhkəməsi iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair arayışın təqdim edilməsi ilə bağlı zəruri həddə araşdırma aparmamış, iddiaçının Leytenant Şmidt adına Zavodun 1 saylı Poladəritmə sexində yuxarıda qeyd olunan siyahı üzrə işləməsini onunla birlikdə işləmiş X2 və X1 apellyasiya baxışı zamanı şahid qismində verdikləri izahatları və həmin şəxslərin özlərinin həmin dövrlərdə qeyd olunan zavodun Poladəritmə sexində işlədiklərini təsdiq edən əmək kitabçaları, eyni zamanda pensiya altsistemindən çıxarışa əsasən həmin şəxslərə güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə əsaslandırmışdır. Halbuki, apellyasiya instansiya məhkəməsi qeyd edilən izahatlarla və həmin şəxslərə güzəştli şərtlərlə pensiya təyin edilməsi faktı ilə kifayətlənməyərək işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olduğu halda, bunu etməmiş, iddiaçının işlədiyi Leytenant Şmidt adına Zavodun hüquqi varisinin müəyyən edilməsi ilə bağlı müvafiq qurumlara – vergi xidmətinə, statistika idarəsinə, dövlət arxivinə, daşınmaz əmlakın dövlət reyestr xidmətinə və s. sorğular verməmişdir. Apellyasiya instansiya məhkəməsi həmin şahidlərin izahatlarını əsas kimi nəzərə alarkən iş üzrə əhəmiyyət kəsb edən halları tam araşdırmamış, həmin şəxslərin pensiya işlərini tələb edərək onlara hansı əsasla güzəştli şərtlərlə pensiya təyin edilməsini müəyyən etməmiş, qeyd edilən şəxslərə güzəştli şərtlərlə pensiya təyin edilərkən iş yerindən müvafiq arayışın təqdim edilib-edilməməsini yoxlamamış, arayış təqdim edildiyi halda iddiaçı barəsində də analoji arayışın əldə edilməsinə cəhd etməmiş, arayış olmadığı halda cavabdeh inzibati orqanın həmin şəxslərə pensiya təyin edilməsinin əsasları ilə bağlı iddiaçı barəsində analoji araşdırma aparmamışdır. Apellyasiya instansiya məhkəməsi iddiaçının işlədiyi müəssisənin fəaliyyət göstərmədiyi və arxiv sənədlərinin müəyyən olunmadığı halda iddiaçının işlədiyi peşənin əmək funksiyalarının və müvafiq siyahıya uyğunluğunun yoxlanılması ilə bağlı analoji müəssisələrdə mövcud olan eyni adlı peşələrin müqayisəli təhlilini aparmamış, heç bir əsas olmadan iddiaçının işlədiyi vəzifənin güzəştli şərtlərlə pensiya hüququ verən vəzifəyə aid etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. İş materiallarından görünür ki, İddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixədək Leytenant Şmidt adına Zavod 1 saylı Poladəritmə sexində 3-cü dərəcəli çilingər, 5-ci dərəcəli təmirçi çilingər, xx.xx.1992-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Leytenant Şmidt adına Zavod 1 saylı Poladəritmə sexində 5-ci dərəcəli təmirçi çilingər vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-703/20 saylı xx.xx.2020-ci il tarixli icmal məktubunda qeyd edilmişdir ki, iddiaçının zərərli əmək şəraitində işlədiyini iddia etdiyi müəssisələr məhkəmə araşdırılmasının aparıldığı dövrdə fəaliyyət göstərməyən müəssisələr ola bilər. Bu halda ilk növbədə həmin müəssisənin iddiaçının işlədiyi dövrdə fəaliyyət göstərən müəssisə olub-olmaması yoxlanılmalıdır. Zərurət yaranarsa bununla bağlı müvafiq dövlət qurumlarına sorğular verilə bilər. Bu növ araşdırma yalnız güzəştli staj barəsində deyil, həmçinin tələb olunduğu halda ümumi iş stajının yoxlanılması zamanı da aparılmalıdır. Müəssisənin məhkəmə araşdırılmasının aparıldığı dövrdə fəaliyyət göstərməyən müəssisə olduğu müəyyən edildikdə, güzəştli işlə bağlı arayış onun hüquqi varisindən, hüquqi varis olmadıqda isə müəssisənin sənədlərinin saxlanıldığı qurumdan əldə edilə bilər. Hər hansı səbəbdən müəssisənin sənədləri qorunub saxlanılmamışsa, oxşar sahədə fəaliyyət göstərən müəssisə ona təqdim edilmiş iş stajına dair sübutlar əsasında lazımi qaydada əsaslandırılmaqla iddiaçının işlədiyi sahələrin, peşələrin və vəzifələrin siyahıdakı kodlara uyğunluğuna dair arayış verə bilər. Buna görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 703/20 saylı xx.xx.2020-ci il tarixli icmal məktubunda qeyd olunanları nəzərə alaraq güzəştli arayışın oxşar sahədə fəaliyyət göstərən müəssisədən alınmasını məqsədəmüvafiq hesab etmişdir. Odur ki, işin təkrar apellyasiya baxışı zamanı “çilingər” və “təmirçi çilingər” peşələrinin funksiyaları, həmin peşələrin zərərli sahəyə aid olub-olmaması, “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 №-li Siyahısında hansı kod altında olan peşəyə uyğun gəlməsi məsələsinin araşdırılması məqsədilə “X14” QSC-nin fəaliyyət istiqamətləri, həmin QSC-də zərərli sahədə “çilingər” və “təmirçi çilingər” peşələrinin mövcud olubolmadığı, mövcud olduğu təqdirdə həmin peşələrin funksiyalarının nədən ibarət olması, vəzifə təlimatı barədə, bu peşələrdə fəaliyyət göstərən şəxsin güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququnun olub-olmadığı, həmin şəxsə icra etdiyi bu peşələrin funksiyaları ilə bağlı iş yerində hansı güzəştlərin tətbiq olunduğu və bu peşələrin, eyni zamanda iddiaçının işlədiyi “çilingər” və “təmirçi çilingər” peşələrinin funksiyalarının yuxarıda adıçəkilən Siyahıda hansı kod altında olan peşəyə uyğun gəlməsi barədə məhkəməyə ətraflı məlumat verilməsi ilə bağlı “X14” QSC-yə məhkəmə sorğusu verilmişdir. Həmin sorğuya cavab olaraq xx.xx.2023-cü il tarixdə “X14”dən məhkəməyə daxil olmuş cavab məktubunda qeyd edilmişdi ki, “Azərbaycanın metallurgiya sənayesinin inkişafında əsas rolu olan "X14" QSC ölkəmizin və Cənubi Qafqazın ən böyük, qabaqcıl poladəritmə müəssisəsidir və bu sahədə uzun illərdir fəaliyyət göstərir. 2010-cu ildən etibarən tam şəkildə rekonstruksiya olunan BSC istehsal gücünü artırmaqla yanaşı, istehsal çeşidlərini artıraraq armatur, kvadrat pəstah, dairəvi pəstah, şveller, katanka(məftil), künclük, ikitavr, kvadrat və dəmir çubuq, habelə çeşidli fiqurlu tökmələr istehsal edir. Daim öz fəaliyyət dairəsini genişləndirən şirkət hal-hazırda iki ədəd Elektrik qövs sobası, üç yayma xəttinə sahib olmaqla polad istehsalına görə illik istehsal gücünü ******* tona (bir milyon tona) çatdırmışdır. Cəmiyyətə ünvanladığınız sorğudan məlum olduğu kimi, İddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.2003-cü il tarixədək Leytenant Şmidt adma zavodun 1 saylı Poladəritmə sexində "çilingər" və "təmirçi çilingər" vəzifələrində işləmişdir. Poladəritmə sexində "çilingər" və "təmirçi çilingər" vəzifələri "X14" QSC-nin Poladəritmə sexində "Poladəritmə sexinin avadanlıqlarının xidməti üzrə çilingər" vəzifəsi ilə eynilik təşkil edir. Qeyd edilən peşə "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarının "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısı"nın Metallurgiya istehsalatı bölməsinin 2. Polad və ferroərintilər istehsalatı (metallurgiya sobalarının təmiri və tərkiblərinin hazırlanması) bəndinin (a) fəhlələr yarımbəndində "təmirçi çilingərlər, elektrik qaz qaynaqçıları, əl ilə elektrik qaynaqçıları, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları" peşəsi ilə eynilik təşkil edir. "X14" QSC-nin Poladəritmə sexində "Poladəritmə sexinin avadanlıqlarının xidməti üzrə çilingər" isti və zərərli iş şəraitində peşə təlimatına uyğun olaraq sahədə olan avadanlıqların, alətlərin, tərtibatların düzgün istismar edilməsi, əsas detallarının və mexanizmlərinin yoxlanılmasını, sobaların, fasiləsiz pəstah tökmə maşınının yastıqlarının bərkidilməsini, hərarətinin yoxlanmasını, profilaktik baxış və təmir edilməsi, təmir olunan avadanlığın sınaqdan keçirilməsi və istehsalat üzrə işçilərə təhvil verilməsi, avadanlıqlarda baş vermiş qəzaların nəticələrinin aradan qaldırılması və s. işləri görür. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, qeyd edilən "Poladəritmə sexinin avadanlıqlarının xidməti üzrə çilingər"inin əmək fəaliyyəti isti və zərərli iş şəraitində Polad və ferroərintilər istehsalı ilə bağlıdır. Bu səbəbdən qeyd edilən peşədə çalışan işçilər işlədikləri müddət ərzində bütün iş vaxtlarını isti və zərərli iş şəraitində Polad və ferroərintilər istehsalatı sahələrində keçirirlər. Müəssisənin istehsalat sahələrində iş şəraiti ağır və zərərli olduğundan iş yerlərində keçirilmiş attestasiyanın nəticələri əsasında əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilərin, o cümlədən "Poladəritmə sexinin avadanlıqlarının xidməti üzrə çilingər"lərə işlədikləri dövrdə tarif (vəzifə) maaşları artımlar müəyyən edilməklə ödənilir və zərərli iş şəraitinə görə onlara əlavə məzuniyyət günlərinin verilməsi təmin edilir.” Bundan əlavə, məhkəmə kollegiyası tərəfindən oxşar müəssisə kimi Metaləritmə zavoduna da müvafiq məhkəmə sorğusu ünvanlanmışdır. Həmin sorğuya cavab olaraq xx.xx.2023-cü il tarixdə STP-AH MMC-dən məhkəməyə daxil olmuş cavab məktubunda qeyd edilmişdi ki, "xxxx" MMC-nin tərkibində qeyd edilən peşələrdən hazırda təmirçi çilingər vəzifəsi üzrə işçilər çalışır.Təmirçi çilingər üzrə vəzifə təlimatı ehtiva edir: İstehsalat sahəsində olan avadanlıqları vaxtında və keyfiyyətli təmir edir. Planlaşdırılmış qabaqlayıcı təmir qrafikinə əsasən sahədəki avadanlıqların təmirini həyata keçirir. Avadanlıqların vaxtından əvvəl sıradan çıxma səbəblərini aydınlaşdırır və onların aradan qaldırılması üçün tədbirləri həyata keçirir. Dəzgahların mexanizm və qovşaqlarının, iş avadanlıqlarının təmirini həyata keçirir. İşçi alətlərin , köməkçi vasitələrin və s. uçotunu aparır və yenilərini hazırlamaq üçün sifarişlər verir. İstehsalat avadanlıqlarının nizamlanmaslnda iştirak edir. İşləyən avadanlıqların nəzarətsiz qalmamasını təmin edir. Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320№-li qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 və 2№li siyahılarında nəzərdə tutulan peşələr üzrə güzəştlər həmin qərarda nəzərdə tutulduğu kimi iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Həmin siyahıya müvafiq olaraq müəssisəsimizdə qara metalın istehsalı sahəsində 1030300a-1753a, 1070500a-17531 və 1030200a-1753a kodları üzrə təmirçi çilingər ştatları mövcuddur. Beləliklə, aparılmış araşdırmalar nəticəsində iddiaçının xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixədək Leytenant Şmidt adına Zavodun 1 saylı Poladəritmə sexində 3cü dərəcəli çilingər, beşinci dərəcəli təmirçi çilingər və xx.xx.1992-ci il tarixdən xx.xx.2003cü il tarixədək həmin zavodda 1 saylı Poladəritmə sexində 5-ci dərəcəli təmirçi çilingər işlədiyi vəzifələr AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 1 nömrəli “Siyahı”nın İİİ Metallurgiya istehsalatı bölməsinin 2-ci bəndinin polad və ferroərintilər istehsalatının, kod 1030200a-1753a yarımbəndində göstərilən təmirçi çilingərlər peşəsinə uyğun olduğuna görə bu hal ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ verir. İddiaçının həmin zərərli peşədə iş stajı qanunla tələb olunan 10 ildən artıqdır. O ki qaldı Ali Məhkəmənin hazırki iş üzrə müvafiq qərarında göstərilən “apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş şəxslərin pensiya işlərinin tələb edilməsi” barədə göstərişinə, bu barədə qeyd edilməlidir ki, həmin şəxslərin pensiya işləri tələb edilmiş və müəyyən edilmişdir ki, həmin şəxslər iddiaçı ilə eyni vəzifədə işləməsələr də, onlar iddiaçının işlədiyi müəssisədə qazla kəsici vəzifəsində işləmişlər və onlara cavabdeh qurum tərəfindən müvafiq növdə pensiya təyin olunmuşdur. Bununla yanaşı, hazırki işdə olan iddiaçıya ünvanlanmış imtina məktubundan, iddiaya dair etirazdan və apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının pensiya kapitalının kifayət qədər olması da mübahisələndirilir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün tələb olunan ümumi və güzəştli stajı xx.xx.2006-cı il tarixədək toplandığı üçün həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələbinə görə ona bu şərtlərlə pensiya təyin edilməsi üçün həmin dövrdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsinə dair şərt tələb edilmirdi. Belə bir tələb qanuna xx.xx.2017-ci il tarixdən sonra daxil edilmişdir. Müvafiq olaraq da həmin tələb xx.xx.2017-ci ildən sonra yaranmış münasibətlərə tətbiq edilə bilər. İddiaçı isə xx.xx.2017-ci ilədək, yəni xx.xx.2006cı il tarixədək ona güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq üçün tələb olunan ümumi və xüsusi staja malik olmuşdur. Beləliklə, Qanun dəyişənədək iddiaçı artıq güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün hüquq əldə etmişdir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericiliyin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərt- 20 ildən az olmayan ümumi, 10 ildən az olmayan xüsusi stajı tam olaraq tamamlanmışdır. İşlədiyi müddətin onun güzəştli iş stajına aid olması faktı işlədiyi müəssisə ilə eyni fəaliyyət növlü oxşar müəssisə tərəfindən ətraflı məzmunda verilmiş güzəştli arayışla təsdiq olunur. Beləliklə, apelyasiya baxışı zamanı aparılan araşdırmalar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi iş materialları ilə kifayətlənərək natamam araşdırma aparmış, xidməti vəzifəsinə görə əlavə zəruri olan araşdırmanı aparmamış, qərar qəbul edərkən isə maddi hüquq normalarını işin hallarına düzgün tətbiq etmədiyi üçün iddiaçı apellyasiya instansiyası qaydasında həmin qərarı mübahisələndirməkdə haqlı olmuşdur. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2744/2022 saylı 19 yanvar 2022-ci il tarixli qərarı ləğv edilməli, iddia təmin edilərək, iddiaçıya 52 yaşdan, yəni xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq müraciət edildiyi tarixdən 3 il əvvəlki dövr üzrə, yəni xx.xx.2018-ci il tarixdən pensiyanın ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2744/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. İddiaçı 52 yaşdan, yəni xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq müraciət edildiyi tarixdən 3 il əvvəlki dövr üzrə, yəni xx.xx.2018-ci il tarixdən pensiyanın ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar