Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1262/2024 12.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli 2-1(112)-5341/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının 314 saylı 21 dekabr 2011-ci il tarixli xəstəlik haqqında şəhadətnaməsi əsasında əlilliyin təyin edilməsi” tələbini irəli sürmüşdür. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2012-ci ilə qədər Sovet ordusu sıralarında və Azərbaycan Hərbi Dəniz Qüvvələrində hərbi xidmət keçmişdir. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərin iştirakçısı, müharibə veteranıdır. Azərbaycan Respublikası Müdafiə Nazirinin 05 mart 2012-ci il tarixli 046 saylı əmri ilə (“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin V bəndinə əsasən-xəstəliyə görə") hərbi xidmətdən tərxis olunub. xx.xx.1995-ci il tarixdə hərbi xidmət vəzifələrini yerinə yetirərəkən hərbi xidmət yoldaşının həyatını xilas edərək gəmidə yıxılmış və 7-ci boyun fəqərəsinin kompression çıxışı sınığı travması almışdır. 10.09-xx.xx.1995, 03.01xx.xx.1996, 08.06-xx.xx.2011, 18.07-xx.xx.2011, 05.12-xx.xx.2011-ci il tarixlərində Silahlı Qüvvələrin Baş Klinik Hospitalında stasionar qaydada müayinə və müalicə almışdır. 2011ci ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasının xx.xx.2011-ci il tarixli 314 saylı qərarı ilə hərbi xidmət illərində aldığı xəsarət və xəstəliklərə görə: “Qalxanvari vəzin sağ payının papilyar karsionamasına görə (T1, N1, M0) aparılmış radikar cərrahi əməliyyat (xx.xx.2011) total strumeksiya, sağtərəfli boyun limfa desseksiyası və şüa müalicəsi nəticəsində boynun bərkimiş dəri çapığı, sağ səs telinin paralinci, səs funksiyasının mülayim dərəcədə pozulması ilə bağlı xəstəlikdir. Hərbi xidmət dövründə alınmışdır. 7-ci boyun fəqərəsinin qapalı fəsadlaşmamış kompression köhnə sınıq çıxışı (1995) nəticəsində onurğanın boyun şöbəsinin funksiyasının mülayim dərəcədə pozulması ilə; Hissi-hərəki pozulmalarla müşayiət olunan postravmatik xroniki boyun radikuliti; natamam remissiya dövründə, hərbi travmadır. Hərbi xidmət vəzifələrini yerinə yetirərkən almışdır” diaqnozu ilə şəhadətləndirilib, “sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” qərarı barəsində qəbul edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitiasiya Xidmətinin 10 saylı TSEK tərəfindən 2012, 2013, 2014, 2015, 2016-cı illər ərzində hər il şəhadətləndirilərək hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlillik səbəbindən 2-ci dərəcəli əlillik qrupu təyin edilmişdir. 10 saylı TSEK-in 2016-cı il tarixli qərarına əsasən növbəti müayinə xx.xx.2021-ci il tarixə təyin olunmuşdur. 30.11xx.xx.2019, 07.09-xx.xx.2020, 28.04-xx.xx-2021-ci il tarixlərində ixtisaslaşdırılmış tibb müəssisələrində stasionar müayinə və müalicə keçmiş və ona 2-ci qrup əlilliyin təsdiq olunması üçün qeydiyyatda olduğu 33 nömrəli Şəhər Polinikası tərəfindən Səhiyyə Nazirliyi Tibbi Sosial EKspert Komissiyasına 2767003AADFZ nömrəli göndəriş təqdim olunmuşdur. Diaqnoz: Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi, hərəki, hissi, trafiki pozulmalar və davamlı ağrı sindromu ilə müşayiət olunan xroniki residiv gedişli postravmatik boyun radikulit. C7 fəqərə cismin qapalı fəsadlaşmış köhnə kompression sınıq-çıxışı restofıstiri. C3-C-4, C4-C5 fəqərəarası disklərin protruziyası. Onurğa kanalın C3-C5 səviyyəsində daralması. Strumektoniyadan s/v (2011ci il). Qalxanvarı vəzin papilyar karsionoması. Ağırlaşma - M54.1 Radikulopatiya, C7 fəqərə cismin qapalı fəsadlaşmış köhnə kompression sınıq-çıxışı retrolistiri. C3-C4, C4-C5 f/a disklərin protruziyası. Onurğa kanalın C3-C5 səviyyəsində daralması. Strumeksiyadan sonrakı hipotireoz. M51.1 bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə bel-omba osteoxondrozu. L5-S1 fəqərəarası protruziya. Yanaşı xəstəliklər - 120.8. Stenokardiyanın digər formaları İİ f/s. Aorta, tac arteriyalarının ateroskleron. Aterosklorotik kardiosklerotik. Yanaşı xəstəliklər 110. Essential hiperteneziya İİ mərhələ 645.0 Vertelrobazilyar arterial sistem sindromu. Tibbi-sosial Ekspert Komissiyasının xx.xx.2021ci il tarixli qərarı ilə əliliyin təsdiq olunmasına- əlavə müalicəyə ehtiyacı olması səbəbindən qiyabi olaraq imtina olunmuşdur. Komissiyanın bu şablon qərarına etiraz edərək əyani olaraq xx.xx.2022-ci il tarixdə komissiyaya dəvət olunmuş və onun barəsində qəbul olunacaq qərarın 1 iş həftəsi ərzində elektron qaydada ona çatdırılacağı vəd edilmişdir. Lakin bu günə qədər komissiya tərəfindən komissiyanın qərarı heç bir formada çatdırılmamış, komissiya ilə əlaqə qurmaq cəhdləri nəticəsiz qalmışdır. xx.xx.2022-ci il tarixdə öz təşəbbüsü ilə DOST xidmətinə müraciət edərək imtina barədə arayış almışdır. İmtina arayışında imtina səbəbi kimi diqnozun əlillik əlaməti təyin etməməsi göstərilmişdir. İmtina qanunsuz və əsassızdır. Cavabdeh inzibati orqanın etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Bakı 33 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi,. Hərəki, hissi, trofiki pozulmalar və davamlı ağrı sindromu ilə müşayiət olunan xroniki ressidiv gedişli postravmatik boyun radikulit. C7 fəqərə cismin qapalı fəsadlaşmış köhnə kompression sınıq-çıxıqı (1995-ci il) retrolistiri. C3-C4,C4-C5 fəqərəarası disklərin protruziyası. Onurğa kanalın C3-C5 səviyyəsində daralması. Qalxanvarı vəzin papilyar korsinoması. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: “Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarlarına əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə" ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri"nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrıayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bakı İnzibati Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli 2-1(112)-5341/2023 nömrəli qərarı ilə (A.Almazova) iddia tələbi rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin əsaslandırmasında, özü iddiaçının “eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq,” ifadəsini işlətsə də hansı səbəbdən iddianın mümkün olmamasını açıqlamayıbdır. Şəxs haqqında ekspert rəylərində “sülh dövründə hərbi xidmətə yararsız”, “əmək qabiliyyətsizdir”, “ağır fiziki işlərdə işləyə bilməz”, “hazırda stasionarda əlavə müalicəyə ehtiyac olmasa da, xəstəliklər kəskinləşərkən müalicəyə cəlb edilə bilər” kimi ifadələr məhkəmə tərəfindən düzgün, obyektiv qiymətləndirilməyibdir. (belə ki, xəstəliyin kəskinləşmə, ağırlaşma ehtimalını özləri təsdiqləmişlər) şəxsin əlilliyinin müəyyən olunmaması profilaktik tədbirlərin qarşısını alır və xəstəliyin ağırlaşma ehtimalına yol açır. Bu da insan hüquqlarına tamamilə ziddir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü məcburetmə haqqında iddiadır. İddiaçı inzibati orqanın üzərinə əlilliyin təyin edilməsi barədə inzibati aktın qəbul edilməsi vəzifəsinin qoyulmasını xahiş edir. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 38.2-ci maddəsində qeyd edilmişdir ki, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İş materiallarında cavabdehin imtina barədə qərarının iddiaçıya təqdim edilməsi və ya yazılı məlumatın verilməsi vaxtına dair sübut mövcud deyildir. Həmçinin, iş materiallarından görünür ki, sonuncu imtina barədə qərarın iddiaçı tərəfindən çap tarixi xx.xx.2022-ci il tarixə aid olmuş, xx.xx.2023-cü il tarixdə iddia ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslı olmuşdur. Məhkəmə Kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.2-ci maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; - 3.3-cü maddəsinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. - 3.4-cü maddəsinə uyğun olaraq, əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydalarına əsasən: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi sosial ekspertiza Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 2.1-ci bəndinə əsasən Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbihəkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. - 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. - 2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.5-ci bəndinə görə TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. - 2.9-cu bəndinə görə Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. - 3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. - 4.9-cu bəndinə görə bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Sadalanan normalardan müəyyən olunur ki, qanunverici əlilliyin təyinatının müvafiq sənədlər əsasında qiymətləndirilməsi və nəticəsinin inzibati akt olan qərarla rəsmiləşdirilməsini müəyyən etmiş, həmin qərarın düzgünlüyünə şübhə yarandıqda isə şəxsin əyani müayinəyə cəlb edilməsi və müayinənin nəticələrinin qərarla rəsmiləşdirilməsi, nəticə müsbət olmazsa, əlilliyin təyini barədə qərarın ləğv edilməsini nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-cü bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3-cü bənd. Əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4-cü bənd. Peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5-ci bənd. Əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 2.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3-cü bənd. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.4-cü bənd. Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qərar qəbul edilir. 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Hazırki işdən görünür ki, iddiaçının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı tələbi əlillik dərəcəsinin müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsindən ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri tərəfindən təqdim edilmiş M/V seriyalı 004002 saylı xx.xx.1997-ci il tarixli vəsiqəyə əsasən İddiaçı müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. 314 saylı xx.xx.2011-ci il tarixli xəstəlik haqqında şəhadətnamədən görünür ki, İddiaçı “Qalxanvari vəzin sağ payının papilyar karsinomasına (T1 N1 M0) görə aparılmış radikal cərrahi əməliyyat (20.07 2011) total strumektomiya, sağtərəfli boyun limfa desseksiyası və şüa müalicəsi nəticəsində boynun bərkimiş dəri çapığı, sap səs telinin paralici, səs funksiyasının mülayim dərəcədə pozulması ilə” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır"; “Vİİ (yeddinci) boynun fəqərəsinin qapalı fəsadlaşmamış kompression köhnə sınıq çıxığı (1995) nəticəsində onurğanın boyun şöbəsinin funksiyasının mülayim dərəcədə pozulması ilə. Hissi hərəki pozulmalarla müşayiət olunan posttravmatik xroniki boyun radikuliti, natamam remissiya mərhələsində” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır" kimi qiymətləndirilmiş, HHK-nın hərbi xidmətə, hərbi uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı ilə “Xəstəliklər cədvəli”nin 8b, 50b, 82b, 27c maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” qərara alınmışdır. Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı əlillik təyin edilməsindən “Diaqnoz əlillik əlaməti təyin etməməsi. Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina edilmişdir və xx.xx.2022-ci il tarixdə “Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi. Hərəki, hissi, trofıki pozulmalar və davamlı ağrı sindromu ilə müşayiət olunan xroniki ressidiv gedişli postravmatik boyun radikulit. C7 fəqərə cismin qapalı fəsadlaşmış köhnə kompression sınıq-çıxıqı (1995-ci il) retrolistiri C3-C4.C4-CS fəqərəarası disklərin protruziyası. Onurğa kanalın C3-CS səviyyəsində daralmas. Qalxanvarı vəzin papilyar korsinoması.” diaqnozu ilə (göndəriş №-si 2677003AADFZ ) qiymətləndirilmişdir. Bakı 33 nömrəli şəhər poliklinikası tərəfindən İddiaçı barədə təqdim edilmiş “Forma 88” haqqında məlumata əsasən (göndəriş №-si 2677003AADFZ; xx.xx.2021-ci il) o, xx.xx.2019-cu il tarixdən Bakı 33 nömrəli şəhər poliklinikasında qeydiyyatdadır. Xəstəliyin başlanma tarixi xx.xx.1995-ci il tarixdən müəyyən edilmişdir (xroniki, hərbi travmadır. Hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışıdr.). Xəstəliyin adı: “Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi”. Əsas diaqnoz: “M5.0.1 Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi. Hərəki, hissi, trofiki pozulmalar və davamlı ağrı sindromu ilə müşayiət olunan xroniki ressidiv gedişli postravmatik boyun radikulit. C7 fəqərə cismin qapalı fəsadlaşmış köhnə kompression sınıq-çıxıqı (1995-ci il) retrolistiri. C3-C4.C4-C5 fəqərəarası disklərin protruziyası. Onurğa kanalın C3-C5 səviyyəsində daralması (səbəb: hərbi xidmət vəzifəsini yerinə yetirərkən travma alıb). Strumektomiyadan s/v (2011-ci il). Qalxanvarı vəzin populyar korsinoması. (xx.xx.2011-ci il 314 saylı HHKM- qərar) – ; Ağırlaşma: M54.1. Radikulopatiya C7 fəqərə cismin qapalı fəsadlaşmış köhnə kompression sınıqçıxıqı (1995) retrolistiri.C3-C4,C4-C5 f/a disklərin protivziyası.Onurğa kanalın C3-C5 səviyyəsində daralması (səbəb: hərbi xidmət vəzifəsini yerinə yetirərkən travma alıb). Strumektomiyadan sonrakı hipotireoz (2011-ci il). Qalxanvari vəzin populyar korsinoması. Sağ boyun limfa düyünlərinə metastaza görə aparılmış total lireoidek tonuyu,sağ tərəfi boyun limfa disseksiyası (2011-ci il) cərrahı əməliyyat və bir kurs şüa müalicəsindən s/v. U51.1. Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə bel-oma osteoxondrozu. 15-Sİ fəqərəarası protuziya”. Yanaşı xəstəliklər 120.8 Stenokardiyanın digər formaları, İİ f/s. Aorta, tac arteriyalatının aterosklerozu. Aterosklorotik kardiosklerotik Yanaşı xəstəliklər 110 Essensial (birincili) hipertenziya, İİ mərhələ. Yanaşı xəstəliklər G45.0 Vertebrobazilyar arterial sistem sindromu, Yanaşı xəstəliklər Z98.8 Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər. xx.xx.2011-ci İİ total strumektomiya, sağtərəfli boyun limfa dessekslyası və şüa müalicəsi nəticəsində boynun bərkimiş dəri çapığı, sağ səs telinin paralici, səs funksiyanının mülayim dərəcədə pozulması ilə”. İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2012-ci il tarixdə hərbi xidmət dövrü ilə əlaqədar “Qalxanxari vəzin sol payının papilyar karsinomasına T1 N1 M0 görə aparılmış radikal cərrahi əməliyyat.Total strumektomiya sağ tərəfli boyun limfa desseksiyası və şüa müalicəsi nəticəsində boynun bərkimiş çapıqları” diaqnozu ilə qiymətləndirilmişdir (əmək zəmanəti: əmək qabiliyyətsizdir). 1 illik ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixdə hərbi xidmət dövrü ilə əlaqədar “Hissihərəki pozulmalarla müşayiət olunan postravmatik boyun radikuliti. C7 fəqərəsinin cisminin qapalı kompression köhnə sınıqçıxığı nəticəsində onurğanın boyun şöbəsinin funksiyasının pozulması” diaqnozu ilə qiymətləndirilmişdir (əmək zəmanəti: əmək qabiliyyətsizdir). 1 illik ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixdə hərbi xidmət dövrü ilə əlaqədar “Radikulopatiya.C7 fəqərəsinin cisminin qapalı kompression köhnə sınıq-çıxığı nəticəsində onurğanın boyun şöbəsinin funksiyasının pozulması.Bel-oma kələfinin zədələnməsi. Qalxanabənzər vəzinin insultu,strumektomiyadan sonrakı vəziyyət” diaqnozu ilə qiymətləndirilmişdir (əmək zəmanəti: ağır fiziki işlərdə işləyə bilməz). 1 illik ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdə hərbi xidmət dövrü ilə əlaqədar “Radikulopatiya.C7 fəqərəsinin cisminin qapalı kompression köhnə sınıq-çıxığı nəticəsində onurğanın boyun şöbəsinin funksiyasının pozulması.Bel-oma kələfinin zədələnməsi.Qalxanabənzər vəzinin insultu,strumektomiyadan sonrakı vəziyyət” diaqnozu ilə qiymətləndirilmişdir (əmək zəmanəti: ağır fiziki işlərdə işləyə bilməz). 5 illik ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçı dair əlillik altsistemindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə hərbi xidmət dövrü ilə əlaqədar “Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatlya ilə zədələnməsi, Hərəki, hissi, trofiki pozulmalar və davamlı ağrı sindromu ilə müşayiət olunan xroniki ressidiv gedişli postravmatik boyun radikulit. C7 fəqərə cismin qapalı fəsadlaşmış köhnə kompression sınıq-çıxıqı (1995-ci il) retrolistiri. C3-C4, C4-C5 faqərəarası disklərin protruziyası.Onurğa kanalın C3-C5 səviyyəsində daralması (səbəb: hərbi xidmət vəzifəsini yerinə yetirərkən travma alıb). Strumektomiyadan s/v (2011-ci il). Qalxanvari vəxin populyar korsinoması. (xx.xx.2011-ci il 314 saylı HHKM-in qərarı). Ağırlaşma M54.1 Radikulopatiya. C7 fəqərə cismin qapalı fəsadlaşmış köhnə kompression sınıq-çıxıqı (1995) retrolistiri. C3-C4, C4- C5 f/a disklərin protruziyası.Onurğa kanalın C3-C5 səviyyəsində daralması (səbəb: hərbi xidmət vəzifəsini yerinə yetirərkən travma alıb). Strumektomiyadan sonrakı hipotireoz (2011-ci il). Qalxanvarı vəxin populyar korsinoması. Sağ boyun limfa düyünlərinə metastaza görə aparılmış total tireoidektomiya, sağ tərəfli boyun limfa disseksiyası (2011) cərrahi əməliyyat və bir kurs şüa müalicəsindən s/v. Ağırlaşma M51.1 Bel və digər şöbələrin faqərəarası disklərinin radikulopatiya ilə, Bel-oma osteoxondrozu. L5-S1 fəqərəarası protruziya. Yanaşı xəstəliklər 120.8 Stenokardiyanın digər formaları, İİ f/s. Aorta, tac arteriyalatının aterosklerozu. Aterosklorotik kardiosklerotik Yanaşı xəstəliklər 110 Essensial (birincili) hipertenziya, İİ mərhələ. Yanaşı xəstəliklər G45.0 Vertebrobazilyar arterial sistem sindromu, Yanaşı xəstəliklər Z98.8 Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər. xx.xx.2011-ci İİ total strumektomiya, sağtərəfli boyun limfa dessekslyası və şüa müalicəsi nəticəsində boynun bərkimiş dəri çapığı, sağ səs telinin paralici, səs funksiyanının mülayim dərəcədə pozulması ilə” diaqnozu ilə qiymətləndirilmişdir. İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirmək ilə əlaqədar “Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi. Hərəki, hissi, trofiki pozulmalar və davamlı ağrı sindromu ilə müşayiət olunan xroniki ressidiv gedişli postravmatik boyun radikulit. C7 fəqərə cismin qapalı fəsadlaşmış köhnə kompression sınıq-çıxıqı (1995-ci il) retrolistiri. C3-C4, C4-C5 fəqərəarası disklərin protruziyası. Onurğa kanalın C3-C5 səviyyəsində daralması. Qalxanvari vəzin papilyar korsinoması” diaqnozu ilə qiymətləndirilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının **********8 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən xx.xx.1960-cı il təvəllüdlü İddiaçı (FİN:61 W4P5J) əlillik vəziyyəti tibb müəssisəsinin 2767003AADFZ nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və ona əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələr Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2011-ci il tarixli 314 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Qalxanvari vəzin sağ payının papilyar karsinomasına (T1 N1 M0) görə aparılmış radikal cərrahi əməliyyat (20.07 2011) total strumektomiya, sağtərəfli boyun limfa desseksiyası və şüa müalicəsi nəticəsində boynun bərkimiş dəri çapığı, sap səs telinin paralici, səs funksiyasının mülayim dərəcədə pozulması ilə” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır" kimi və “Vİİ (yeddinci) boynun fəqərəsinin qapalı fəsadlaşmamış kompression köhnə sınıq çıxığı (1995) nəticəsində onurğanın boyun şöbəsinin funksiyasının mülayim dərəcədə pozulması ilə. Hissi hərəki pozulmalarla müşayiət olunan posttravmatik xroniki boyun radikuliti, natamam remissiya mərhələsində” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır" kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd olunmuş “Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsı. Hərəki, hissi, trofiki pozulmalar və davamlı ağrı sindromu ilə müşayiət olunan xroniki ressidiv gedişli postravmatik boyun radikulit. C7 fəqərə cismin qapalı fəsadlaşmış köhnə kompression sınıq-çıxığı (1995-ci il) retrolistiri C3- C4, C4-C5 fəqərəarası disklərin protruziyası. Onurğa kanalın C3-C5 səviyyəsində daralması. Strumektomiyadan sonrakı vəziyyət (2011-ci il). Qalxanvari vəzin papilyar korsinoması. (xx.xx.2011-ci il 314 saylı HHKM-nin qərarı) Radikulopatiya, C7 fəqərə cismin qapalı fəsadlaşmış köhnə kompression sınıq-çıxıqı (1995) retrolistiri. C3-C4.C4-C5 fəqərəarası disklərin protruziyası. Onurğa kanalın C3-C5 səviyyəsində daralması. Strumektomiyadan sonrakı hipotireoz (2011-ci il). Qalxanvari vəzin papilyar korsinoması. Sağ boyun limfa düyünlərinə metastaza görə aparılmış total tireoidektomiya, sağtərəfli boyun limfa disseksiyası (2011) cərrahı əməliyyat və bir kurs şüa müalicəsindən sonrakı vəziyyət. Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, bel-oma osteoxondrozu. L5-S1 fəqərəarası protruziva. Stenokardivanın digər formaları. İİ f/s. Aorta, tac aıteriyalatının aterosklerozu. Aterosklorotik kardioskleroz. Essensial hipertenziva, İİ mərhələ. Vertebrobazilyar arterial sistem sindromu. Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, xx.xx.2011-ci il total strumektomiya. sağtərəfli boyun limfa desseksivası və süa müalicəsi nəticəsində boynun bərkimis dəri çapığı, sağ səs telinin paralici, səs funksiyasının mülayim dərəcədə pozulması ilə” diaqnozu araşdırılmışdır. Müayinə zamanı boynun ön səthində “Qalxanabənzər vəzinin bədxassəlı törəməsi" əməliyyatından sonrakı çapıqı izlənilmiş, Azərbaycan Respublikası Milli Onkologiya Mərkəzi xx.xx.2022-ci il tarixli A220026579 nömrəli Arayışda diaqnoz “Qalxanabənzər vəzinin bədxassəli yenitörəməsi PT1N0M0 mərhələ İ GX. Qalxanabənzər vəzinin papilyar karsinoması. Cərrahı əməliyyat və şüa müalicəsindən sonrakı vəziyyət” kimi müəyyənləşdirilmişdir Müayinə zamanı diaqnoz təsdiq edilməmişdir. Həmçinin nevrolojı statusda ocaqlı patologiya izlənilməmiş, reflekslər D=S, canlıd, əzələ gücü və əzələ tonusu normada qeyd edilmişdir. Nəticədə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir barədə” qərar qəbul edilmişdir. Apellyasiya instansiya məhkəməsində icraat zamanı cavabdehin imtinasının qanuniliyinə qiymət verilməsi üçün xx.xx.2021-ci il tarixli, 2767003AADFZ nömrəli göndərişdə qeyd edilənlər nəzərə alınmaqla əlillik dərəcəsinin təyin edilməsi məqsədilə həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na uyğun olaraq cavabdeh tərəfindən yenidən inzibati icraat aparılması və yenidən araşdırma aparılaraq müvafiq qərar qəbul edilməsi üçün cavabdeh inzibati orqana 1 (bir) ay müddət təyin edilmişdir. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə 33 nömrəli Şəhər Poliklinikasının 2767003AADFZ nömrəli göndərişi əsasında xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əfilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional pozuntular aşkar olunmadığından, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan”na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məktuba əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının 3-17-4/3-3-2657/2024 nömrəli, 16 aprel 2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, Bakı şəhər sakini xx.xx.1960-cı il təvəllüdlü Hüseynov Ra kif Əşrəf oğlunun (FİN: xxxxxxx) əlillik vəziyyəti DTSERA-da xx.xx.2022-ci il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. (ESDAS **********6). Vətəndaş 3-17-4/1-8770/2024 nömrəli məktubla DTSERA-ya daxil olmuş Bakı Apellyasiya Məhkəməsinin 2-1 (103)-1262/2024 nömrəli qərardadına əsasən əyani müayinəyə dəvət olunmuşdur. Məhkəmə qərardadı əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2011-ci il tarixli 314 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Qalxanvari vəzin sağ payının papilyar karsinomasına (79, Ni, M o) görə aparılmış radikal cərrahi əməliyyat (xx.xx.2011) total strumektomiya, sağtərəfli boyun limfa desseksiyası və şüa müalicəsi nəticəsində boynun bərkimiş dəri çapığı, sağ səs telinin paraiici, səs funksiyasının mülayim dərəcədə pozulması ilə” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi və “Vİİ (yeddinci) boynun fəqərəsinin qapalı fəsadiaşmamış kompression köhnə sınıq çıxığı (1995) nəticəsində onurğanın boyun şöbəsinin funksiyasının mülayim dərəcədə pozulmasf ilə. Hissi hərəki pozulmalarla müşayiət olunan posttravmatik xroniki boyun radikuliti, natamam remissiya mərhələsində" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd etməliyik ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, "Müayinə zamanı boynun ön səthində “Qalxanabənzər vəzinin bədxassəfi törəməsi" əməliyyatından sonrakı çapıq izlənilmiş” kim i qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrıları, başgicəllənməsi, yüksək arterial təzyiq, bədənində keyimə, daha çox sağ əlində olan qıcanmalardan şikayətlənmişdir. Anamnestik məlumatlarında 1995-ci ildə travma aldığını bildirmiş, 2011-ci ildə qalxanvari vəzindən cərrahi əməliyyat keçirdiyini, mütəmadi olaraq medikamentoz preparatlardan “Eutirox” qəbul etdiyini bildirmişdir. Müayinə zamanı boyunun ön səthində sağa doğru uzadılmış tiroid əməliyyatına məxsus kəsik izlənilmiş yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuşdur. Vətəndaş hərbi şəhadətnamədə qeyd edilmiş onkoloji xəstəliyi ilə bağlı heç bir müalicə və müayinə sənədlərini təqdim etməmişdir. Təqdim etdiyi instrumental müayinə nəticələrində əlillik təyinatına əsas verə biləcək patologiya aşkarlanmamışdır. 5 saylı Şəhər Kliniki Xəstəxanasının xx.xx.2021-xx.xx.2021-ci il tarixli 2182/527 nömrəli Çıxarışında diaqnoz “C4-C5, C6-C7 postravmatik xroniki radikulopatiyası, davamfı kökçük ağrı sindromu, hissi hərəki pozulmalar və vertebro bazilyar sindrom ilə, residivləşən qedişli. 07 fəqərəsinin cisminin qapalı kompression sınıq-çıxığı (1995) nəticəsində onurğanın boyun şöbəsinin funksiyasının pozğunluğu. Bel oma fəqərələrinin osteoxondrozu, L5-S1 fəqərələr arası diskin protruziyası. ÜİX. Gərginlik stenokardiyası // Fs. Hıpertenziya xəstəliyi, İİ mərhələ” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Müdafiə Nazirliyi Baş Klinik Hospitalının xx.xx.2023-xx.xx.2023-cü il tarixli 6632 nömrəli Çıxarışında diaqnoz “Hərəki, hissi pozulmalarla müşayiət olunan postravmatik xroniki boyun radikuliti, natamam remissiya mərhələsində. 2011-ci ildə keçirilmiş "tiroidektomiya" əməliyyatından sonrakı sağ səs telinin kompensasiya olunmuş parezi. Hİpertoniya xəstəliyi, 11 (ikinci) mərhələ. Funksional dispepsiya, Hepatosteatoz. C7 fəqərə cisminin qapalı, fəsadlaşmış köhnə kompression sınıq-çıxığı, C3-C4, C4-C5 disklərinin protruziyaları nəticəsində onurğa sütünunun boyun şöbəsinin funksiyasının mülayim dərəcədə pozulması. Onurğa kanalının C3-C5 səviyyədə stenozu. Hiperurisemiya” kim i qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Müdafiə Nazirliyi Baş Klinik Hospitalının xx.xx.2023-cü il tarixli Toraks KT müayinəsinin nəticəsi “Sol ağciyər üst lob inferior linqular seqmentində fibroatelektazik dəyişikliklərə aid plevroparenximal bandlar qeyd edilir. Sağ ağciyər alt !ob dependan hissədə sublevral retikulyar dansüe artışları qeyd edilir’ kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Müdafiə Nazirliyi Baş Klinik Hospitalının xx.xx.2023-cü il tarixli Servikal KT müayinəsinin nəticəsi “C6 vertebra 07 vertebra üzərində Grade İ anterolistezikdir. Sözükeçən vertebranın korpuslan, faset oynaqları və neural arkları fusione qörünümdədir. İntervertebral disk məsafələrinin böyük hissəsi əsasən posteriorda parsial daralmışdır. Vertebra corpus endplate-lərində yer-yer millimetrik Şmorl nodulları qeyd edilir. Vertebra corpus anterior və posterior künclərində yer-yer millimetrik osteofitik itiləşmələr qeyd edilir. Sağ vocal cord atrofik olub, medialize qörünümdədir. Ayrıca, sol vocal cordda mülayim atrofiya qeyd edilir. Thyroid vəz izlənmədi (opere)” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarfına müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Beləliklə, işin mübahisəsiz halıdır ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitiasiya Xidmətinin 10 saylı TSEK tərəfindən 2012, 2013, 2014, 2015, 2016-cı illər ərzində hər il şəhadətləndirilərək hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlillik səbəbindən 2-ci dərəcəli əlillik qrupu təyin edilmişdir. 2021-ci il tarixədək əlillik təyinatı qüvvədə olmuşdur. Cavabdehin növbəti dəfə əlillik təyinatından imtinasının əsasında iddiaçıya qoyulmuş diaqnozun əlillik təyinatına əsas verməməsi durur. Birinci instansiya məhkəməsi cavabdeh inzibati orqanın imtinasını əsaslı hesab etmiş və iddia tələbinin rədd edilməsi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının onun barəsində tibbi göndərişdə qeyd olunmuş xəstəlik və ağırlaşmalarından əziyyət çəkməsi inzibati işin məhkəmə araşdırması zamanı təyin və tədqiq olunmuş ekspert rəyi ilə də bir daha öz təsdiqini tapsa da, həmin göndərişdə qeyd edilən xəstəliklər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən əlilliyin müəyyən edilməsi üçün əsas vermir. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtinasını və birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab edir. İddiaçıda mövcud xəstəliyin olması cavabdeh orqan tərəfindən, həmçinin ekspert rəyi ilə inkar edilməmişdir. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “MTE və PAB” publik hüquqi şəxs tərəfindən təqdim edilmiş T-610/2023 saylı ekspert rəyindən görünür ki, İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən o, hazırda Bakı 33 saylı şəhər Poliklinikasında tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 2767003AADFZ nömrəli Forma 088 göndərişində qeyd edilən xəstəliklərdən əziyyət çəkir. Əlilliklə əlaqədar sualların həlli məhkəmə-tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspertlərinin səlahiyyətlərinə aiddir. Vətəndaş İddiaçı sağlamlıq vəziyyəti ilə əlaqədar hazırda stasionarda əlavə müalicəsinə ehtiyacı yoxdur, lakin xəstəliklər kəskinləşərkən müalicəyə cəlb edilə bilər. Beləliklə, iş materiallarında olan müxtəlif dövrlərə məxsus ambulator kitabçadan çıxarışlarında, həm də ekspert rəyi ilə “Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi,. Hərəki, hissi, trofiki pozulmalar və davamlı ağrı sindromu ilə müşayiət olunan xroniki ressidiv gedişli postravmatik boyun radikulit. C7 fəqərə cismin qapalı fəsadlaşmış köhnə kompression sınıq-çıxıqı (1995-ci il) retrolistiri. C3-C4,C4-C5 fəqərəarası disklərin protruziyası. Onurğa kanalın C3-C5 səviyyəsində daralması. Qalxanvarı vəzin papilyar korsinoması.” diaqnozu təsdiq edilmişdir.. Bundan əlavə məhkəmə kollegiyası hazırda yaranmış məhkəmə praktikasına istinad edərək, nəzərə çatdırır ki, əlilliyin müəyyən olunması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də olan meyarlardan hər hansı biri mövcud olmadığından, lakin Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda olan hal mövcud olduğundan hazırda işə baxılarkən əlilliyin müəyyən olunması ilə bağlı hazırda qüvvədə olan meyarlar tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 87.1-ci madəsinə əsasən normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. Həmin Qanunun 87.2-ci madəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Aydın olduğu kimi, diaqnozda qeyd edilmiş xəstəliklər və onların ağırlaşmaları hazırda qüvvədə olan Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda müvafiq əlilliyin təyininə əsas verir. 2022-ci il iyulun 1-dən qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarının 6-cı Sinir sistemi xəstəlikləri bəndinin 6.6.3-cü yarımbəndində boyun şöbəsinin fəqərəarası disklərinin zədələnməsi (M50) qeyd edilmişdir. Beləliklə, göründüyü kimi iddiaçıda hazırda mövcud olan xəstəliklərlə, 2021-ci il tarixdən əlilliyin təyinatına mövcud olan xəstəliklər eyniyyət təşkil etmişdir. İş materiallarından əvvəlki tarixdən təyin edilmiş əlilliklərin səhv olması, ləğv edilməsi barədə hər hansı hal müəyyən edilmir. Beləliklə də iddiaçı ona təyin edilmiş əlilliklə bağlı qərarlar etimad hüququ mövcud olmuşdur. Nəzərə alınmalıdır ki, əlilliyin müddətli təyin edilməsinin mahiyyəti həmin xəstəliklərin reabilitasiyası ilə bağlıdır ki, iddiaçının 2016-ci il tarixdən mövcud olmuş xəstəliklərinin sağalmadığı, iş materialları ilə müəyyən edilir. Cavabdeh də həmin xəstəliklərin sağalması istiqamətində mövqe nümayiş etdirməmiş, xəstəliyin əlilliyin təyinatına əsas olmamasına istinad etmişdir. Halbuki, əlilliyin müəyyən müddət üçün təyinatı əsası həmin müddət çatdıqda onun sağalıb-sağalmamasının yoxlanılmasıdır ki, iddiaçının adıçəkilən xəstəliklərdən əziyyət çəkməsi müşahidə edilir. İşin araşdırılmış hallarından aydın olur ki, əlillik dərəcəsinin təyin edilməsindən imtina edildiyi zaman müəyyən edilən diaqnoz 2012, 2013, 2014, 2015, 2016-cı illər ərzində hər il şəhadətləndirilərək əlillik dərəcəsi təyin edildiyi zaman müəyyən edilən diaqnozla eynilik təşkil etdiyindən, həmçinin əlilliyin təyin olunmasına əsas olan diaqnoz (M50.1) müvafiq normativ hüquqi aktlarda (əlilliyin müəyyən olunması meyarlarında) göstərildiyindən hazırkı iddia tələbi əsaslıdır. Həmçinin, Ali Məhkəmənin oxşar işlər üzrə qərarlarında da mövqe bu cür əsaslandırılmışdır ki, iddiaçıda olan xəstəliklərin davam etdiyi təqdirdə, təkrar müayinə zamanı cavabdehin mövcud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququ qorunmalıdır. Əks halda, həmin xəstəliklərdən əziyyət çəkən, əlilliyi təyin edilən şəxslərlə iddiaçının vəziyyətində olan şəxslər arasında qeyri-bərabər münasibət yaranacaqdır ki, nə qədər ki, iddiaçıya təyin edilmiş əlilliyin ləğvinə dair hər hansı inzibati icraat aparılmamışdır ki, həmin əlilliyin təyinatına uyğun olaraq aparılan inzibati praktikaya, inzibati orqanın hərəkətinə iddiaçının etimad hüququnun qorunması həyata keçirilməli, 2016-ci il tarixdən eyni xəstəliklərdən əlilliyi olan şəxsin reabitilasiyası üçün müəyyən edilmiş müddət ərzində sağalmaması nəzərə alınmalıdır(Ali Məhkəmənin İnzibati Kollegiyasının 2- 1(102)1012/2022 saylı, xx.xx.2022-ci il tarixli, 2-1(102)-144/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarı, 2-1(102)-1169/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il qərarı). İnzibati işin araşdırılmış hallarından həmçinin aydın görünür ki, iddiaçı barəsində tibb müəssisəsi tərəfindən bir neçə dəfə göndərişlər cavabdeh orqana ünvanlanmış, əvvəlki göndəriş nəticəsində qəbul edilmiş inzibati akt mübahisələndirilməmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl sonuncu göndərişə dair qiymətləndirmə nəticəsində inzibati orqan diaqnoz əlillik əlaməti təyin etmir əsası ilə xx.xx.2022-ci il tarixli imtina qərarı vermiş daha sonra iddiaçı məhkəmədə iddia qaldırmışdır. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməli, iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli 2-1(112)-5341/2023 nömrəli qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. İddiaçı əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-1262/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1262/2024
12.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver