Məhkəmə qərarları › İş №2-1(103)-1262/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1262/2025

12.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1262/2025 12.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Mənzil Tikinti Kooperativinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “qərarın ləğv edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı mənzil tikinti kooperativinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” barədə iddia tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-1159/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İŞİN HALLARİ

1. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyat idarəsi tərəfindən verilmiş çıxarışın surətindən müəyyən olunur ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti (hazırkı İddiaçı MTK) xx.xx.2016-cı il tarixdə VÖEN ********** dövlət qeydiyyat nömrəsi ilə hüquqi şəxs (Kooperativ) kimi dövlət qeydiyyatına alınmışdır. Hüquqi şəxsin (hazırkı) qanuni təmsilçisi X1 (əvvəlki X5), hüquqi ünvanı isə ünvan 1

2. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının İddiaçı MMC-yə qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında” 372 №-li, xx.xx.2017-ci il tarixli sərəncamın surətindən müəyyən olunur ki, İddiaçı MMC-nin xx.xx.2017-ci il tarixli, 16 saylı müraciətini nəzərə alaraq, Suraxanı rayonu, yeni Günəşli yaşayış massivi, A.Fətullayev küçəsinin qərb hissəsində qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin icarə əsasında həmin cəmiyyətin istifadəsinə verilməsinə dair sərəncam verilmişdir (Sərəncamın 1-ci bəndi).

3. Bakı şəhər İcra Hakimiyyəti Başçısının İddiaçı MMC-yə dair Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 372 saylı Sərəncamında qismən dəyişiklik edilməsi haqqında” 252 №-li, xx.xx.2019-cu il tarixli Sərəncamın surətindən müəyyən olunur ki, “Abşeron MMC-nin xx.xx.2019-cu il tarixli 74 saylı müraciətini, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 372 saylı Sərəncamını nəzərə alaraq, Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyinə əsasən aşağıda qeyd olunanlar qərara alınmışdır: İddiaçı MMC-yə dair Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 372 saylı Sərəncamında qismən dəyişiklik edilərək, “qeyri-yaşayış obyektlərinin” ifadəsi “yaşayış və qeyri-yaşayış binalarının” ifadəsi kimi oxunsun.

4. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2019-cu il tarixli 41 №-li Obyektin tikintisinə icazə ilə Bakı şəhəri, Suraxanı rayonu, yeni Günəşli yaşayış massivi, Abbas Fətullayev küçəsinin qərb hissəsində qeyri-yaşayış obyektinin (1-ci mərhələ) tikintisinə icazə verilmişdir.

5. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin sifarişi əsasında “X10” tərəfindən İddiaçı MTK (VÖEN **********) tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli yaşayış massivi, A.Fətullayev küçəsinin qərb hissəsi ünvanında inşa edilən yaşayış binalarına dair verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, İddiaçı MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşlli yaşayış massivi, A.Fətullayev küçəsinin qərb hissəsi ünvanında inşa edilən yaşayış binalarının sahəsi aşağıdakı kimi hesablanmışdır.

6. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən tərtib olunmuş **********162852 №li, xx.xx.2023-cü il tarixli Səyyar vergi yoxlaması aktından müəyyən olunur ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********162819 saylı qərarına əsasən İddiaçı MTK üzrə siyahısı verilmiş tədiyyə və dövrlərdə - MDSSMuzdla işləyənləri işə götürən sığortaedənlər-3-cü rüb 2019-4-cü rüb 2019 (0112); Torpaq vergisi- 2020-ci il- 2022-ci il; Mədən vergisi –Sentyabr 2019-Avqust 2022; Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabat) 1-ci rüb 2020-2-ci rüb 2022; Mənfəət vergisi 2019cu il-2021-ci il; Əlavə dəyər vergisi Sentyabr 2019-Avqust 2022; Aksiz vergisi-Sentyabr 2019-Avqust 2022; Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi 2019-cu il; Sadələşdirilmiş vergi 3-cü rüb 2019-2-ci rüb 2022; Ödəmə mənbəyində tutulan vergi 3-cü rüb 2019-2-ci rüb 2022; Yol vergisi-2019-cu il-2021-ci il; Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi -3-cü rüb 2019-4-cü rüb 2019; Əmlak vergisi 2019-cu il-2021-ci il; Muzdla işləyənləri işə götürən sığortaedənlər 3-cü rüb 2019-4cü rüb 2019-cu il üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyiə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsdəi ilə növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. Yoxlama xx.xx.2022-ci il tarixdə başlanılmış xx.xx.2023-cü il tarixdə başa çatdırılmışdır.

7. Yoxlamanın nəticəsi üzrə aşağıdakılar təklif olunmuşdur: - VM-nin 58.1-ci maddəsinə əsasən Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 433963.92 manat azaldılmasına görə 50% məbləğində, yəni 216.981,96 manat maliyyə sanksiyası tətbiq edilməsi; - VM-nin 58.1.maddəsinə əsasən ödəmə mənbəyində vergi məbləğinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə, azaldılmış 9548.82 manat məbləğə 50% miqdarında 4774.42 manat maliyyə sanksiyası tətbiq edilməsi; - VM-nin 58.7-1 va Nağdsız hesablaşmalar haqqında qanunun 3.4.4-cü maddəsi: - Əmək haqqlarının hesablanması və ödənilməsi vəziyyəti yoxlanılarkən müəyyən olundu ki, vergi ödəyicisi tərəfindən yoxlama ilə əhatə olunan dövr ərzində əmək haqqı fondu 836.597,30 manat, çıxılmalardan sonra işçi heyətinə ödənilməli əmək haqqı məbləği isə 619.836,05 manat təşkil etmişdir. Lakin yoxlanılan dövr ərzində müəssisənin bank hesablarından əmək haqqı məbləği ödənilməmişdir. Yoxlama ilə nağd qaydada ödənilmiş əmək haqqı məbləği 2019-cu il üçün 1210.94 manat, 2020-ci il üçün 366598.39 manat, 2021-ci il üçün 188053.18 manat, 2022-ci il üçün 63973.55 manat olmaqla ümumilikdə 619.836,05 manat müəyyən edilmişdir. Müəssisənin direktorunun yoxlamaya təqdim etdiyi xx.xx.2023-cü il tarixli arayışında işçilərlə hesablaşmalar üzrə cari yoxlama dövrünün sonuna vergi öhdəliyi qalmamışdır. Beləliklə də vergi ödəyicisinin VM-nin 58.7-1-ci maddəsinin va 16 dekabr 2016-cı il tarixli 461- VQ nömrəli "Nağdsız hesablaşmalar haqqında" Qanunun 3.4.4-cü maddəsinin tələblərini pozmaqla 619.836,05 manat əmək haqqının nağd qaydada ödənilməsinə görə 61983.61 manat maliyyə sanksiyası tətbiq olunması; - VM-nin 57.1-ci maddəsinə əsasən bəyannamələrin əsas olmadan müəyyən edilmiş müddətdə təqdim etməməsinə görə cəmi 400.0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi; - Vergi və digər hüquq pozuntularıma dair müəyyən edilmiş digər faktlar haqqında ümumiləşdirilmiş məlumatlar (3.2-ci bənd); Növbədənkənar səyyar vergi yoxlaması Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "Yoxlanılması nəzərdə tutulan vergi ödəyicisi barədə" xx.xx.2022-ci il tarixli **********181800 nömrəli xidməti məlumatına əsasən təyin edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli KY221795754 nömrəli Yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindan çıxarış alınmışdır. Yoxlama ilə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi (BTFSV), Sadələşdirilmiş vergi, ödəmə mənbəyində tutulan vergilər üzrə kənarlaşma aşkar edilmiş, digər tədiyyələr üzrə kənarlaşma aşkar edilməmişdir. - Mühasibat uçotunda lazımi dəyişikliklər edilməlidir ( 3.3-cü bənd); Səyyar vergi yoxlamasının nəticəsinə uyğun olaraq mühasibat uçotunda müvafiq düzəlişlər aparılmalıdır. - Yoxlama zamanı aşkar olunmuş vergi pozuntularına görə Azərbaycan Respublikasının Vergi Məcəlləsində məsuliyyət nəzərdə tutulduğu üçün inzibati xəta haqqında protokol tartib olunmadı (3.4-cü bənd). - Aşkar edilmiş vergi va digar hüquq pozuntularının aradan qaldırılmasına dair yoxlayıcıların təklifləri (3.5-ci bənd).

8. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********170502 №-li, xx.xx.2023cü il tarixli qərarı ilə İddiaçı MTK-ya vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə (vergi məbləğinin 443512,74 manat azaldılmasına görə 443512,74 əlavə vergi hesablanması və həmin məbləğə 50% məbləğində, yəni 284139,99 manat maliyyə sanksiyası tətbiq edilməsi) məsuliyyətə cəlb edilməsi; 1.1. Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən vergi hesabatını və VM-nin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyinə görə vergi ödəyicisinin- (Sadələşdirilmiş vergi-4-cü rüb 2019- 40; Ödəmə mənbəyindən tutulan vergi 1-ci Rüb 2021- 40 manat; 4-cü Rüb 2020-ci il üzrə 40 manat; 2-ci rüb 2020-ci il üzrə 40 manat, 2-ci rüb 2021-ci il üzrə 40 manat; 3-cü rüb 2021ci il üzrə 40 manat; 3-cü rüb 2020-ci il üzrə 40 manat; 4-cü rüb 2021-ci il üzrə 40 manat; 1ci rüb 2022-ci il üzrə 40 manat- cəmi 400 manat maliyyə sanksiyası) vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır.

9. Hazırki mübahisənin həlli ilə bağlı məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə müvafiq ekspertiza təyin olunaraq ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmış, sonuncu tərəfindən verilmiş 9/87xx-xx/8412 №li 12 iyul 2024-cü il tarixli ekspert rəyindən görünür ki, ekspert aşağıda qeyd olunan nəticəyə gəlmişdir:

10. İddiaçı MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli yaşayış massivi, A.Fətullayev küçəsisinin qərb hissəsi ünvanında inşa edilən A, B, C, D, E, F saylı yaşayış binalarının ümumi sahəsi 29088,4 kv. metr, o cümlədən yaşayış sahəsi 9926,2 kv. metr, avtomobil dayanacağı (qaraj) 3411,6 kv. metr, ticarət sahəsi 11084,7 kv. metr və ümumi istifadədə olan sahə (kommunikasiya (elektrik, su, kanalizasiya, mərkəzi isitmə və soyutma sistemi, havalandırma, dəm qazı üçün), pilləkən və digər şaxtalar) 4666,34 kv. m. təşkil etdiyi müəyyən olunur.

11. Rəyin təsviri hissəsində göstərilənlərə əsasən "xxxx" MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli yaşayış massivi, A.Fətullayev küçəsinin qərb hissəsi ünvanında inşa edilmiş bina üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisinin ümumilikdə 2156905,13 manat məbləğində təşkil etdiyi, həmin vergi üzrə iş materiallarında olan şəxsi hesab vərəqəsi məlumatlarından göründüyü kimi MTK-nın 171956,60 manat məbləğində ödənişin aparıldığı və bunun nəticəsində İddiaçı MTK tərəfindən hal-hazırda 984948,53 manat məbləğində (2156905,13 – 1171956,60) bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi borcu mövcuddur.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ

a) Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı mənzil tikinti kooperativi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli **********162852 nömrəli Səyyar vergi yoxlaması aktı əsasında qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin qanunvericiliyin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********170502 nömrəli qərarın ləğv edilməklə, əsassız hesablanmış vergi borcu və maliyyə sanksiyasının İddiaçı MTK-nın şəxsi hesab vərəqindən silinməsi öhdəliyinin cacabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MTK xx.xx.2016-cı il tarixindən vergi orqanlarında vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir (VÖEN: **********). Kooperativ tikinti işləri ilə məşğul olur. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə başlanılmış və xx.xx.2023-cü il tarixində başa çatmış və müəssisənin xx.xx.2019-xx.xx.2022-ci dövrlərini əhatə edən “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” yoxlama aparılmış və nəticə olaraq xx.xx.2023-cü il tarixli **********162852 saylı Səyyar vergi yoxlaması aktı tərtib edilmişdir. Tərtib edilmiş akt əsasında Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2022-ci il tarixli **********170502 saylı qərarı ilə müəssisəyə qarşı Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra VM) 23-cü, 49-cu maddələrinə əsasən və 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 443512.74 manat azaldılmasına görə 50% miqdarında, yəni 284139.99 manat, VM-nin 57.1 maddəsinə əsasən vergi hesabatını və ya Vergi Məcəlləsinin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyinə görə vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilərək 400 manat vergi məsuliyyətinə cəlb edilmişdir. Kooperativ bina tikinti fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi ödəyicisidir. Müəssisəyə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli 152 saylı sərəncamına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli yaşayış massivi, A.Fətullayev küçəsinin qərb hissəsi ünvanda yaşayış binalarının tikintisinin layihələndirilməsinə icazə verilmişdir. Müəssisə tərəfindən 2019-cu ilin 3-cü rübü üzrə təqdim edilmiş bəyannamədə (“F” bloku üzrə) inşa edilmiş binada ümumi sahəsinin 4686.4 kv. metr (o, cümlədən yaşayış sahəsi 2248.50 kv. m., qeyri-yaşayış sahəsi 2437.90 kv. m.) olmaqla 398611.13 manat hesablandığı bəyan edilmişdir. 2019-cu ilin 4-cü rübü üzrə bəyannamədə isə ("A, B, C, D, E" blokları üzrə) inşa edilmiş binalarda ümumi sahəsinin 21352.70 kv. metr (o, cümlədən yaşayış sahəsi 10112.70 kv. m., qeyri-yaşayış sahəsi 11240.00 kv. m.) olmaqla 1820657.25 manat hesablandığı bəyan edilmişdir. Lakin, yoxlama ilə müəssisə tərəfindən "Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi" üzrə təqdim edilmiş bəyannamələrdə hesablanmış 2219268.38 manat vergi məbləği nəzərə alınmaqla 433963.92 manat (26532xx.xx-2219268.38) verginin azaldıldığı müəyyən edilmişdir. VM-nin 58.1-ci maddəsinə əsasən Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 433963.92 manat azaldılmasına görə 50% məbləğində, yəni 216981,96 manat maliyyə sanksiyası tətbiq edilməsi qərara alınmışdır. Vergi orqanı tərəfindən tikintinin layihələndirilməsi və tikintisinə dair zəruri olan sənədlər olduğu halda və tikintinin hazır olması nəzərə alınmaqla aparılmalı idi və mütəxəssisin cəlb edilməsinə zərurət yox idi. Bundan əlavə mütəxəssis tərəfindən aparılan hesablamalar düzgün həyata keçirilməmişdir belə ki, hesablama zamanı pilləkən, lift, havalandırma, dəhliz, divar altı sahə, avtomobil yolları və texniki mərtəbələrdə vergi obyekti olaraq hesablanmışdır. Halbuki bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri- yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergiyə cəlb olunur. Yaşayış sahəsi dedikdə - Azərbaycan Respulikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra - tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə uyğun olaraq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər - o cümlədən mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi) və s. ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Mənzil Məcəlləsinin tələblərinə əsasən çoxmənzilli binanın ümumi əmlakına paylı mülkiyyət hüququ olan sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik, ondan istifadə etmək, habelə bu Məcəllə ilə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək hüquqlarına malikdirlər. Belə ki, binanın ümumi əmlakı olan obyektlər bilavasitə sahə mülkiyyətçiləri olan şəxslərə xidmət etmək məqsədi daşıdığını və həmin şəxslərin mənzilləri ilə bağlılığını nəzərə alaraq, həmin sahələrin sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadəsi nəzərdə tutulmadıqda bu hissələr sadələşdirilmiş vergiyə yaşayış sahəsi kimi cəlb olunmalıdır.

14. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. Etiraz onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022 tarixli **********162819 saylı qərarına əsasən "xxxx" MTK (VÖEN **********) üzrə səyyar vergi yoxlaması keçirilmiş (yoxlanılan dövr: sentyabr 2019- avqust 2022) və nəticəsi xx.xx.2023-cü il tarixli **********162852 nömrəli aktla rəsmiləşdirilmişdir. Səyyar vergi yoxlaması vergi ödəyicisi tərəfindən təqdim olunmuş ilkin mühasibat sənədləri və qarşılıqlı əlaqələrə dair alınmış məlumatlar ("xxxx" ASC (VÖEN **********), "xxxx" ASC (VÖEN **********), “Azəriqaz” İB (VÖEN **********), Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə (VÖEN **********)) və vergilərin hesablanması üçün zəruri olan digər sənədlər əsasında aparılmışdır. Müəssisənin aktda qeyd olunan bank hesablarından başqa digər bank və kredit təşkilatlarında hesabları olmamışdır. Müəssisənin məlumatları (rekvizitləri) aparılan yoxlama ilə araşdırılmışdır və kənarlaşma aşkar olunmamışdır. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli 152 saylı sərəncamına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli yaşayış massivi, A.Fətullayev küçəsinin qərb hissəsi ünvanda yaşayış binalarının tikintisinin layihələndirilməsinə icazə verilmişdir. Yoxlama zamanı binaların ümumi sahəsinin, yaşayış və qeyri yaşayış sahələrinin dəqiqləşdirilməsi məqsədi ilə "X10" MMC-yə (VÖEN **********) mütəxəssis ayrılması üçün müraciət olunmuş və oradan mütəxəssis ayrılmışdır. Mütəxəssisin təqdim etdiyi xx.xx.2023-cü il tarixli rəyə əsasən müəssisənin Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli yaşayış massivi, A.Fətullayev küçəsinin qərb hissəsi ünvanda faktiki inşa etdiyi (A,B,C,D,E,F blokları və Layihədə olmayan hissə (faktiki mövcud olan)) yaşayış binalarının ümumi sahəsi 32490.20 kv.m (o, cümlədən yaşayış sahəsi 9407.40 kv. m., qeyri-yaşayış sahəsi 10843,80 kv.m., zirzəminin yararlı sahəsi 2790,00 kv.m., pilləkən, lift, havalandırma, dəhliz, divar altı sahə, avtomobil yolları 8627,90 kv. m., texniki mərtəbə sahəsi 821.10 kv.m.) olduğu müəyyən edilmişdir. Müəssisə tikilən binalar üzrə BTFSV ödəyicisi olmuşdur. Yoxlama ilə tikilən binalar üzrə sahə tam əhatə olunmuşdur. Səyyar vergi yoxlaması zamanı müəsissəyə Baş İdarənin xx.xx.2022-ci il tarixli **********162869 nömrəli “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə həmin gün vergi ödəyicisinə təqdim edilmişdir. Sənədlər yoxlamaya qismən təqdim edilmiş və bununla bağlı müvafiq olaraq VM-nin 42.2- ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli iki nüsxədən ibarət akt tərtib olunmuş və bir nüsxəsi həmin gün vergi ödəyicisinə təqdim edilmişdir. Həmin sənədlərlə vergi qanunvericilyinin pozulması hallan olduğuna, onlann öyrənilməsinə əlavə vaxt tələb olunduğuna və bu pozuntular bilavasitə əşyalarla bağlı olduğuna görə Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsi tərəfindən Vergi Məcəlləsinin 43.2-ci maddəsinə əsasən “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********163796 nömrəli Qərar çıxarılmış və Qərarla müəssisənin rəhbəri həmin gün tanış edilmişdir. Müəssisə tərəfindən qismən təqdim olunan sənədlər siyahılaşdırılaraq VM-nin 43.8-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli Protokolla götürülmüşdür. VM-nin 43.10-cu maddəsinə əsasən sənədlərin qismən təqdim olunması haqqında xx.xx.2022-ci il tarixli iki nüsxədən ibarət akt tərtib olunmuş və həmin gün bir nüsxəsi vergi ödəyicisinə təqdim edilmişdir. Müəssisəyə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli yaşayış massivi, A.Fətullayev küçəsinin qərb hissəsi ünvanda 4 ədəd hər biri 2 girişli olmaqla (2 mərtəbə yaşayış, 1 mərtəbə texniki, 1 mərtəbə qeyri-yaşayış, 1 mərtəbə kürsü (qeyriyaşayışın bir tərəfi bağlı), 1 mərtəbə zirzəmi (qaraj sahəsi) olmaqla yaşayış binaları inşa edilmişdir. Binalarda tikinti işləri tam başa çatmışdır. İşıq, qaz, su sayğacları quraşdırılmışdır. Qismən yaşayış olduğu müşahidə edilmişdir. Həmin ərazidə müəssisəyə məxsus digər 2 binanın yerdən 2-ci mərtəbəsinin beton işlərinin görüldüyü müşahidə olunmuşdur. "xxxx" MTK (VÖEN 100423 1851) tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli yaşayış massivi, A.Fətullayev küçəsinin qərb hissəsi ünvanında inşa edilən yaşayış binalarının ümumi sahəsinin, yaşayış və qeyri yaşayış sahələrinin, o cümlədən satışa yararlı sahələrinin və xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə yaşayış binalan üzrə tikinti işlərinə sərf edilmiş əmək haqqı həcminin (əmək tutumunun) müəyyən edilməsi məqsədi ilə xx.xx.2022-ci il tarixli **********164138 nömrəli “Mütəxəssisin dəvət edilməsi haqqında” Qərar çıxarılmışdır. Mütəxəssis tərəfindən təqdim edilmiş rəydə inşa edilmiş binaların yaşayış və qeyri yaşayış sahələri və eyni zamanda xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə yaşayış və qeyri-yaşayış binaları üzrə tikinti işlərinə sərf edilmiş əmək haqqı həcmi (əmək tutumu) müəyyən edilmişdir. Mütəxəssis tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli rəy müəssisənin səlahiyyətli nümayəndəsinə tanış olması üçün xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Mütəxəssis rəyindən yoxlama zamanı vergilərin hesablanması üçün istifadə edilmişdir. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə: Müəssisə tərəfindən təqdim edilmiş 2019-cu ilin 3-cü rübü üzrə təqdim edilmiş bəyannamədə (“F” bloku üzrə) inşa edilmiş binada ümumi sahəsinin 4686.4 kv.metr (o, cümlədən yaşayış sahəsi 2248.50 kv. m., qeyri-yaşayış sahəsi 2437.90 kv. m.) olmaqla 398611.13 manat hesablandığı bəyan edilmişdir. 2019-cu ilin 4-cü rübü üzrə bəyannamədə isə (“A,B,C,D,E” blokları üzrə) inşa edilmiş binalarda ümumi sahəsinin 21352.70 kv. metr (o, cümlədən yaşayış sahəsi 10112.70 kv.m, qeyri-yaşayış sahəsi 11240.00 kv.m.) olmaqla 1820657.25 manat hesablandığı bəyan edilmişdir. Müəssisə tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli yaşayış massivi, A.Fətullayev küçəsinin qərb hissəsi ünvanında inşa edilən yaşayış binalarının ümumi sahəsinin, yaşayış və qeyri yaşayış sahələrinin, o cümlədən satışa yararlı sahələrinin müəyyən edilməsi məqsədi ilə mütəxəssis dəvət edilmişdir. Mütəxəssis tərəfindən sahə müəyyən edilmiş və vergi orqanına müvafiq olaraq xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi təqdim edilmişdir. Mütəxəssis rəyinə əsasən müəyyən edilmiş sahələr aşağıdakı kimi olmuşdur: A bloku üzrə: Ümumi sahə 3416.90 kv. m. (o cümlədən: yaşayış sahəsi-1037.00 kv. m., qeyriyaşayış sahəsi 1468.10 kv. m., Pilləkən, lift, havalandırma, dəhliz, divar altı sahə, avtomobil yollan 911.80 kv. m.) B bloku üzrə: Ümumi sahə 5477.84 kv. m. (o cümlədən: yaşayış sahəsi-1956.80 kv.m., qeyriyaşayış sahəsi 2363.90 kv.m., Pilləkən, lift, havalandırma, dəhliz, divar altı sahə, avtomobil yollan 1157.17 kv.m) C bloku üzrə: Ümumi sahə 5683.12 kv. m. (o cümlədən: yaşayış sahəsi-1605.80 kv.m., qeyriyaşayış sahəsi 2351.00 kv.m., Pilləkən, lift, havalandırma, dəhliz, divar altı sahə, avtomobil yollan və texniki mərtəbə 1726.32 kv.m) D bloku üzrə: Ümumi sahə 5683.12 kv.m (o cümlədən: yaşayış sahəsi-1613.80 kv.m., qeyriyaşayış sahəsi 2354.30 kv.m., Pilləkən, lift, havalandırma, dəhliz, divar altı sahə, avtomobil yollan və texniki mərtəbə 1715.02 kv.m) E bloku üzrə: Ümumi sahə 5683.12 kv.m (o cümlədən: yaşayış sahəsi-1597.00 kv.m., qeyriyaşayış sahəsi 2328.80 kv.m., Pilləkən, lift, havalandırma, dəhliz, divar altı sahə, avtomobil yollan və texniki mərtəbə 1757.32 kv.m) F bloku üzrə: Ümumi sahə 5683.12 kv.m (o cümlədən: yaşayış sahəsi-1597.00 kv.m., qeyriyaşayış sahəsi 2368.41 kv.m., Pilləkən, lift, havalandırma, dəhliz, divar altı sahə, avtomobil yollan və texniki mərtəbə 1717.71 kv.m) Layihədə olmayan hissə (faktiki mövcud olan) Ümumi sahə 863.04 kv.m (o cümlədən: qeyri-yaşayış sahəsi 399.30 kv.m., Pilləkən, lift, havalandırma, dəhliz, divar altı sahə, avtomobil yollan 463.74 kv.m) Binalar 9-cu zonada yerləşir və zona əmsalı 1,5 təşkil etmişdir. Vergi Məcəlləsinin 220.8- 1-ci maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün tikilən binanın qeyri-yaşayış sahələri üzrə sadələşdirilmiş vergi, habelə bu Məcəlləmin 218.4.3-cü maddəsində göstərilən şəxslər üçün binaların qeyriyaşayış sahələrinin təqdim edilməsi üzrə sadələşdirilmiş vergi bu Məcəllənin 220.8-ci maddəsi ilə hesablanmış məbləğə 1,5 əmsal tətbiq edilməklə hesablanır. Beləliklə, yoxlama ilə müəssisə tərəfindən “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi” üzrə təqdim edilmiş bəyannamələrdə hesablanmış 2219268,38 manat vergi məbləği nəzərə alınmaqla 433963,92 manat (2653232,29- 2219268,38) verginin azaldıldığı müəyyən edilmişdir. VM-nin 58.1-ci maddəsinə əsasən Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş verginin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 433963,92 manat azaldılmasına görə 50% məbləğində, yəni 216981,96 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Ödəmə mənbəyində tutulan verginin yoxlanılması üzrə: Yoxlamaya “X10” MMC (VÖEN **********) tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əsasən müəssisə tərəfindən inşa edilmiş binalarada görülmüş işlərin tərkibində əmək tutumunun (əmək haqqı xərcinin) xərclərinin məbləği 234506,80 manat müəyyən edilmişdir. Vergi ödəyisicisi tərəfindən vergi orqanına təqdim olunmuş bəyannamələrə əsasən hesablanmış əmək haqqı məbləği ilə müqayisədə kənarlaşma aşkar edilməmişdir. Yoxlama ilə müəyyən edildi ki, yoxlanılan dövrdə vergi ödəyicisinin bank hesabına təsisçi tərəfindən ümumilikdə 587385,00 manat qısa müddətli borc vəsaiti daxil olmuşdur. Mülki Məcəllənin 739-cü maddəsinin müddəalarına əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Eyni zamanda hüquqi şəxslə onun təsisçisi mülki hüququn ayn-ayn subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır. Vergi qanunvericiliyinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir. VM-nin 123.1 maddəsinə əsasən rezident kredit təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə, maliyyə lizinqini həyata keçirən rezident şəxslərə və ya qeyri- rezident bankların, maliyyə lizinqini həyata keçirən qeyrirezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə kreditlər (ssudalar), depozitlər (hesablar) üzrə ödənilən faizlər istisna olmaqla, rezident tərəfindən və ya qeyrirezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən, gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, bu Məcəllənin 102.1.22-ci maddəsində nəzərdə tutulmuş güzəşt nəzərə alınmaqla ödəniş mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Yoxlama ilə cəlb olunmuş borc vəsaitinə Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi verilmiş kreditlər üzrə orta faiz dərəcəsi əsas götürülməklə yoxlanılan dövrdə 95488,33 manat faiz məbləğinə 9548,82 manat ödəmə mənbəyindən vergi hesablandı. Vergi Məcəlləsinin 58.1. maddəsinə əsasən ödəmə mənbəyində vergi məbləğinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə, azaldılmış 9548,82 manat məbləğə 50 % miqdarında 4774,42 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunanlara əsasən iddianın təmin olunmamsı xahiş olunmuşdur.

16. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1159/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir.

17. Məhkəmə, “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********170502 saylı qərarın mahiyyəti ilə bağlı bildirmişdir ki, cavabdeh sözügedən səyyar vergi yoxlaması zamanı iddiaçının mütəxəssis rəyi ilə inşa edilmiş çoxmərtəbəli yaşayış binasının həcminə əsasən ona əlavə vergi məbləği hesablayaraq mübahisələndirilən qərarı qəbul etmişdir.

18. İşin faktiki hallarından müəyyən olunur ki, müəssisə tərəfindən təqdim edilmiş 2019- cu ilin 3-cü rübü üzrə təqdim edilmiş bəyannamədə (“F” bloku üzrə) inşa edilmiş binada ümumi sahəsinin 4686.4 kv.metr (o, cümlədən yaşayış sahəsi 2248.50 kv. m., qeyriyaşayış sahəsi 2437.90 kv. m.) olmaqla 398611.13 manat hesablandığı bəyan edilmişdir. 2019-cu ilin 4-cü rübü üzrə bəyannamədə isə (“A,B,C,D,E” blokları üzrə) inşa edilmiş binalarda ümumi sahəsinin 21352.70 kv. metr (o, cümlədən yaşayış sahəsi 10112.70 kv.m, qeyri-yaşayış sahəsi 11240.00 kv.m.) olmaqla 1820657.25 manat hesablandığı bəyan edilmişdir.

19. Vergi orqanı tərəfindən səyyar vergi yoxlaması zamanı “X10” MMC tərəfindən dəvət olunmuş mütəxəssis tərəfindən verilmiş rəyin əsasında isə müəyyən edilmişdir ki; A bloku üzrə: Ümumi sahə 3416.90 kv. m. (o cümlədən: yaşayış sahəsi-1037.00 kv. m., qeyriyaşayış sahəsi 1468.10 kv. m., Pilləkən, lift, havalandırma, dəhliz, divar altı sahə, avtomobil yollan 911.80 kv. m.) B bloku üzrə: Ümumi sahə 5477.84 kv. m. (o cümlədən: yaşayış sahəsi-1956.80 kv.m., qeyriyaşayış sahəsi 2363.90 kv.m., Pilləkən, lift, havalandırma, dəhliz, divar altı sahə, avtomobil yollan 1157.17 kv.m) C bloku üzrə: Ümumi sahə 5683.12 kv. m. (o cümlədən: yaşayış sahəsi-1605.80 kv.m., qeyriyaşayış sahəsi 2351.00 kv.m., Pilləkən, lift, havalandırma, dəhliz, divar altı sahə, avtomobil yollan və texniki mərtəbə 1726.32 kv.m) D bloku üzrə: Ümumi sahə 5683.12 kv.m (o cümlədən: yaşayış sahəsi-1613.80 kv.m., qeyriyaşayış sahəsi 2354.30 kv.m., Pilləkən, lift, havalandırma, dəhliz, divar altı sahə, avtomobil yollan və texniki mərtəbə 1715.02 kv.m) E bloku üzrə: Ümumi sahə 5683.12 kv.m (o cümlədən: yaşayış sahəsi-1597.00 kv.m., qeyriyaşayış sahəsi 2328.80 kv.m., Pilləkən, lift, havalandırma, dəhliz, divar altı sahə, avtomobil yollan və texniki mərtəbə 1757.32 kv.m) F bloku üzrə: Ümumi sahə 5683.12 kv.m (o cümlədən: yaşayış sahəsi-1597.00 kv.m., qeyriyaşayış sahəsi 2368.41 kv.m., Pilləkən, lift, havalandırma, dəhliz, divar altı sahə, avtomobil yollan və texniki mərtəbə 1717.71 kv.m) Layihədə olmayan hissə (faktiki mövcud olan) Ümumi sahə 863.04 kv.m (o cümlədən: qeyri-yaşayış sahəsi 399.30 kv.m., Pilləkən, lift, havalandırma, dəhliz, divar altı sahə, avtomobil yollan 463.74 kv.m)

20. Belə ki, müəssisə tərəfindən təqdim edilmiş 2019-cu ilin 3-cü rübü üzrə təqdim edilmiş bəyannamədə “F” bloku üzrə inşa edilmiş binada ümumi sahəsinin 4686.4 kv.metr qeyd olunduğu halda mütəxəssi rəyində F bloku üzrə ümumi sahə 5683.12 kv.m və “A,B,C,D,E” blokları üzrə inşa edilmiş binalarda ümumi sahəsinin 21352.70 kv. Metr qeyd olunduğu halda mütəxəssi rəyində isə A bloku üzrə ümumi sahə 3416.90 kv. metr, B bloku üzrə ümumi sahə 5477.84 kv. m, C bloku üzrə ümumi sahə 5683.12 kv. m, D bloku üzrə ümumi sahə 5683.12 kv.m, E bloku üzrə ümumi sahə 5683.12 kv.m təşkil etdiyi müəyyən olunmuşdur.

21. Göründüyü kimi bina tikintisində vergitutma obyektinin müəyyən olunmasında iqtisadi əsaslandırmanın meyarı – binanın ümumi sahəsindən asılı olduğundan hazırki iş üzrə iddiaçı olan vergi ödəyici tərəfindən isə binanın ümumi sahələrinin mövcud vəziyyətdən az göstərilmişdir.

22. Ekspertiza ilə müəyyən edilmiş ölçülər isə tikilən binanın hər mərtəbəsinin ümumi sahəsini özündə əks etdirmir. Tikilən binanın vergitutma baxımından ölçülərinin müəyyənləşdirilməsi zamanı Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2012-ci il tarixli 7 nömrəli qərarı ilə müəyyən edilmiş tikilən binanın ölçülərinə daxil edilməyən hissələr sahədən çıxılmamalı və tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektini təşkil etməlidir

23. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 1159/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ

b) Apellyasiya şikayətinin dəlilləri

24. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşarlıq təşkil etməklə onunla əsaslandırılmışdır ki, iddiaçının tələbi xx.xx.2023-cü il tarixli **********162852 nömrəli Səyyar vergi yoxlaması aktı əsasında qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin qanunvericiliyin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********170502 nömrəli qərarın ləğv edilməklə, əsassız hesablanmış vergi borcu və maliyyə sanksiyasının İddiaçı MTK-nın şəxsi hesab vərəqindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması ilə bağlı olmuşdur. İşin qeyd olunan hallarından görünür ki,İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyat idarəsi tərəfindən verilmiş çıxarışın surətindən müəyyən olunur ki, İddiaçı məhdud məsuliyyətli cəmiyyəti (hazırkı İddiaçı MTK) xx.xx.2016-cı il tarixdə VÖEN ********** dövlət qeydiyyat nömrəsi ilə hüquqi şəxs (Kooperativ) kimi dövlət qeydiyyatına alınmışdır. Hüquqi şəxsin (hazırkı) qanuni təmsilçisi X1 (əvvəlki X5), hüquqi ünvanı isə ünvan 1 Bakı şəhər İcra Hakimiyyətinin Başçısının İddiaçı MMC-yə qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında” 372 №-li, xx.xx.2017-ci il tarixli sərəncamın surətindən müəyyən olunur ki, İddiaçı MMC-nin xx.xx.2017-ci il tarixli, 16 saylı müraciətini nəzərə alaraq, Suraxanı rayonu, yeni Günəşli yaşayış massivi, A.Fətullayev küçəsinin qərb hissəsində qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin icarə əsasında həmin cəmiyyətin istifadəsinə verilməsinə dair sərəncam verilmişdir (Sərəncamın 1-ci bəndi). Bakı şəhər İcra Hakimiyyəti Başçısının İddiaçı MMC-yə dair Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 372 saylı Sərəncamında qismən dəyişiklik edilməsi haqqında” 252 №-li, xx.xx.2019-cu il tarixli Sərəncamın surətindən müəyyən olunur ki, “Abşeron MMC-nin xx.xx.2019- cu il tarixli 74 saylı müraciətini, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 372 saylı Sərəncamını nəzərə alaraq, Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyinə əsasən aşağıda qeyd olunanlar qərara alınmışdır: İddiaçı MMC-yə dair Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 372 saylı Sərəncamında qismən dəyişiklik edilərək, “qeyri-yaşayış obyektlərinin” ifadəsi“yaşayış və qeyri-yaşayış binalarının” ifadəsi kimi oxunsun. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2019-cu il tarixli 41 №-li Obyektin tikintisinə icazə ilə Bakı şəhəri, Suraxanı rayonu, yeni Günəşli yaşayış massivi, Abbas Fətullayev küçəsinin qərb hissəsində qeyri-yaşayış obyektinin (1-cimərhələ) tikintisinə icazə verilmişdir Qeyd etmək istərdik ki, kooperativ bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi ödəyicisidir. Müəssisəyə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli 152 saylı sərəncamına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli yaşayış massivi, A.Fətullayev küçəsinin qərb hissəsi ünvanda yaşayış binalarının tikintisinin layihələndirilməsinə icazə verilmişdir. Bildirmək istərdik ki, VM-nin 58.1cimaddəsinə əsasən Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 433963.92 manat azaldılmasına görə 50% məbləğində, yəni 216981,96 manat maliyyə sanksiyası tətbiq edilməsi qərara alınmışdır. Vergi orqanı tərəfindən tikintinin layihələndirilməsi və tikintisinə dair zəruri olan sənədlər olduğu halda və tikintinin hazır olması nəzərə alınmaqla aparılmalı idi və mütəxəssisin cəlb edilməsinə zərurət yox idi. Həmçinin mütəxəssis tərəfindən aparılan hesablamalar düzgün həyata keçirilməmişdir belə ki, hesablama zamanı pilləkən, lift, havalandırma, dəhliz, divar altısahə,avtomobil yolları və texnikimərtəbələrdə vergi obyekti olaraq hesablanmışdır. Halbuki bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri- yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergiyə cəlb olunur. Yaşayış sahəsi dedikdə - Azərbaycan Respulikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra - tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. Mənzil Məcəlləsinin tələblərinə əsasən çoxmənzilli binanın ümumi əmlakına paylı mülkiyyət hüququ olan sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik, ondan istifadə etmək, habelə bu Məcəllə ilə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək hüquqlarına malikdirlər. Belə ki, binanın ümumi əmlakı olan obyektlər bilavasitə sahə mülkiyyətçiləri olan şəxslərə xidmət etmək məqsədi daşıdığını və həmin şəxslərin mənzilləri ilə bağlılığını nəzərə alaraq, həmin sahələrin sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadəsi nəzərdə tutulmadıqda bu hissələr sadələşdirilmiş vergiyə yaşayış sahəsi kimicəlb olunmalıdır. Bu səbəbdən xx.xx.2023-cü il tarixli **********162852 nömrəli Səyyar vergi yoxlaması aktı əsasında qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin qanunvericiliyin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********170502 nömrəli qərarın ləğv edilməklə, əsassız hesablanmış vergi borcu və maliyyə sanksiyasının İddiaçı MTK-nın şəxsi hesab vərəqindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmək hüququna malikdir, odur ki, işə mahiyyəti üzrə baxılıb iddianın əsaslı və yaxud əsassız olması barədə qərar qəbul edilməlidir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Cavabdeh tərəfindən təqdim edilmiş apellyasiya şikayətinə qarşı yazılı etirazın dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə oxşarlıq təşkil edir.

f) Prosses iştirakçılarının izahatları

26. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

27. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

28. Azərbaycan Respublikası Vergi Məcəlləsi:

3.1. Vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. ... 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. ... 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. ... 12.3. Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) əlavə edilmiş dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir. ... 13.2.12. Gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə dövriyyələr vergiyə cəlb olunan gəlir hesab edilmir. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. ... 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir.Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. 38.2. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə iş gününə qədər artırıla bilər. ... 38.7. Yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): ... 38.7.3. vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; 44.2. Ekspert qarşısında qoyulan suallar və onun rəyi ekspertin xüsusi biliyindən kənara çıxa bilməz. ... 45.1. Səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. 45.2. Mütəxəssisin xüsusi bilik və təcrübəsi olmalıdır və o, işin nəticələrində maraqlı olmamalıdır. Bu şərtlərə cavab verməyən mütəxəssisin rəyi vergi orqanları tərəfindən istifadə oluna bilməz. ... 49.5 Vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. ... 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. ... 62.1. Hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. 62.2. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. 108.3. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyriyaşayış sahələrinə çəkilmiş məsrəflər gəlirdən çıxılan xərclərə aid edilir. ... 218.1. Aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir: ... 218.4.3. mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər; ... 219.3-1. Bu Məcəllənin 218.4.3-cü maddəsində göstərilən şəxslər üçün mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin, o cümlədən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən satın alınmış yaşayış və qeyri-yaşayış sahələri vergitutma obyektidir.

29. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 4 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”:

3. Yaşayış binasının və onun yerləşgələrinin sahələrinin, tikinti sahəsinin və tikinti həcminin hesablanması; 3.1. Yaşayış binasının ümumi sahəsi - binanın mərtəbələrinin sahələrin cəmi kimi müəyyən edilir. Mərtəbənin sahəsinə balkon, lociya, terras, şüşəbənd və eyvanların sahələri, həmçinin pilləkən meydançalarının və pillələrin həmin mərtəbə səviyyəsində sahələri də nəzərə alınaraq daxil edilir. Mərtəbənin sahəsinə lift, kommunikasiya (elektrik, su, kanalizasiya, mərkəzi isitmə və soyutma sistemi, havalandırma, dəm qazı üçün) və digər şaxtalar üçün nəzərdə tutulmuş boşluqlar daxil edilmir, bu sahələr bir mərtəbə hüdudunda bir dəfə nəzərə alınır. Binada istismar olunmayan çardağın, texniki döşəməaltı hissənin, texniki mərtəbənin, mənzildənkənar şaquli (kanallarda, şaxtalarda) və üfüqi (mərtəbəarası məkanda) paylanan mühəndis kommunikasiyalarının, həmçinin tamburların, portiklərin, giriş pilləkənlərinin, xarici açıq pilləkən və pandusların sahələri binanın sahəsinə daxil edilmir. Binanın ümumi sahəsi hesablanarkən istismar olunan yastı dam örtüyünün sahəsi terras sahəsi kimi qəbul edilir.

30. “İnzibati icraat haqqında” Qanunun:

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. ... 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. ... 41.6-1. Mütəxəssis inzibati orqana zəruri kömək göstərilməsi üçün elm, texnika, incəsənət və digər peşə sahəsində xüsusi bilik və bacarığa malik olmalıdır. Lakin mütəxəssisin ifadə etdiyi fikir ekspert rəyini əvəz etmir. ... 52.4. Bu Qanunun 52.3-cü maddəsində nəzərdə tutulmuş hallarda müddətin uzadılmasına səbəb olan hallar inzibati orqan tərəfindən inzibati aktda əsaslandırılmalıdır. 52.5. İnzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz. 58.1 İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 67.1.İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2.Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

31. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1.İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

32. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

33. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır.

34. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

35. Məhkəmə kollegiyası qeyd edir ki qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilməmişdir. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

36. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.

37. İş materialları ilə müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçının barəsində VMnin 38.3.5-ci maddəsinə əsasən sentyabr 2019-avqust 2022-ci illəri əhatə edən səyyar vergi yoxlaması aparılmış, yoxlamanın nəticəsi xx.xx.2023-cü il tarixli **********162852 saylı yoxlama aktı ilə rəsmiləşdirilmiş və “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********170502 №-li, xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı MTK-ya vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə (vergi məbləğinin 443512,74 manat azaldılmasına görə 443512,74 əlavə vergi hesablanması və həmin məbləğə 50% məbləğində, yəni 284139,99 manat maliyyə sanksiyası tətbiq edilməsi) məsuliyyətə cəlb edilməsi; 1.1. Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən vergi hesabatını və VM-nin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyinə görə vergi ödəyicisinin- (Sadələşdirilmiş vergi-4-cü rüb 2019- 40; Ödəmə mənbəyindən tutulan vergi 1-ci Rüb 2021- 40 manat; 4-cü Rüb 2020-ci il üzrə 40 manat; 2-ci rüb 2020-ci il üzrə 40 manat, 2-ci rüb 2021-ci il üzrə 40 manat; 3-cü rüb 2021-ci il üzrə 40 manat; 3-cü rüb 2020-ci il üzrə 40 manat; 4-cü rüb 2021-ci il üzrə 40 manat; 1-ci rüb 2022-ci il üzrə 40 manat- cəmi 400 manat maliyyə sanksiyası) vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. İddiaçı tərəfindən qeyd olunan qərar məhkəmə qaydasında mübahisələndirilmişdir.

38. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-1(112)-1159/2024 saylı qərarına əsasən iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi qərarında Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinə və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 saylı qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanmasi qaydaları”na birbaşa istinad etsə də, nəticə etibari ilə binanın sahəsinin hesablanması zamanı həmin qaydalara əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli Ekspert rəyini mötəbər sübut kimi qəbul etməmiş, əksinə cavabdehin yoxlama prosesində cəlb etdiyi və rəy verilərkən heç bir normativ hüquqi akta istinad edilməmiş “X10” MMC tərəfindən tərtib edilmiş xx.xx.2023cü il tarixli mütəxəssis rəyinə istinad edərək iddianı təmin etməmişdir.

39. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmayaraq hesab edir ki, məhkəmə öz qərarında göstərdiyi həmin məqamları, maddi hüquq normalarının işin hallarına uyğunlaşdırılmaqla bağlı yalnışlığa yol verməklə mübahisənin həlli ilə əlaqədar düzgün nəticəyə gəlməmişdir.

40. Belə ki, iş materiallarına əsasən, cavabdehin xx.xx.2022-ci il tarixli **********162819 saylı qərarına əsasən iddiaçının barəsindən VM-nin 38.3.5-ci maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa əsasən müəyyən olunur ki, xx.xx.2019xx.xx.2022-ci illəri əhatə edən səyyar vergi yoxlaması təyin edilmişdir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.3-cü maddəsi növbədənkənar vergi yoxlaması keçirilə bilən halları müəyyən edir. Həmin maddənin məzmununa diqqət yetirən zaman o nəticəyə gəlinir ki, növbədənkənar səyyar vergi yoxlaması yoxlanılan vergi dövrünün yenidən yoxlanılması ilə yanaşı ümumiyyətlə yoxlanılmayan dövrün yoxlanılmasını da nəzərdə tutur.

41. Eyni zamanda növbədənkənar səyyar vergi yoxlaması vergi ödəyicisinin bütün fəaliyyətini deyil, konkret vergi növünü və konkret vergi dövrünün yoxlanılmasını nəzərdə tutur ki, bu da növbəti vergi yoxlamasından fərqlidir. Məsələn, Məcəllənin 38.3.1-ci maddəsinə əsasən təyin olunan növbədənkənar vergi yoxlaması zamanı hər hansı hesabat dövrünə aid və konkret vergi növü üzrə verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə yalnız həmin vergi növü və hesabat dövrü üzrə növbədənkənar yoxlama keçirilməlidir.

42. İş materiallarına əlavə olunmuş səyyar vergi yoxlaması aktından da görünür ki. yoxlama Vergi məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən yəni, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildiyi üçün növbədənkənar səyyar vergi yoxlaması təyin olunmuşdur. Halbuki növbədənkənar səyyar vergi yoxlaması bütün vergi növləri üzrə aparılmışdır.

43. Yəni, əgər inzibati orqan mənfəətin (gəlirin) gizlədilməsi ilə bağlı mənbəyi bəlli olan məlumat əsasında növbədənkənar səyyar vergi yoxlaması təyin edibsə, birmənalı olaraq yalnız konkret vergitutma obyektinin gizlədilmiş dövrü üzrə mənfəət (gəlir) vergisi yoxlanıla bilər (bax: Ali Məhkəmənin 2-1(102)-1801/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı).

44. Beləliklə, əgər həmin il üzrə növbəti SVY keçirilməmişdirsə növbədənkənar" SVY keçirilməsinin növbəti SVY hesab edilməsi düzgün deyildir. Çünki, növbəti SVY ilə növbədənkənar SVY arasında prosessual fərqlər mövcud olduğundan (növbəti SVY keçirilərkən Vergi Məcəlləsinin 38.1-ci maddəsinə əsasən azı 15 gün əvvəl vergi ödəyicisinə yazılı məlumat verilməli olmasına baxmayaraq növbədənkənar SVY-da bu hal mövcud deyildir) bu hal vergi ödəyicilərinə münasibətdə qanundankənar prosessual davranışın həyata keçirilməsinə səbəb olur.

45. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, formalaşmış məhkəmə təcrübəsinə əsasən iş üzrə cavabdeh vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad etməklə növbədənkənar səyyar vergi yoxlamasının aparıldığı, lakin mənbəyi bəlli olan hansı məlumatları əldə etdiyi, həmin məlumatların əsaslılığı və mötəbərliliyi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməməsi və yoxlamanın qanuniliyini əsaslandırmaması səbəbindən vergi orqanının şikayətləri təmin edilməmişdir (bax: Ali Məhkəmə 2-1(10xx-xx/2022 saylı xx.xx.2022-ci il tarixli və 2-1(102)-1255/2022 saylı xx.xx.2022-ci il tarixli qərarlarına).

46. Ali Məhkəmənin 2-1(102)-751/2024 saylı xx.xx.2024-ci il tarixli, 2-1 (102)-712/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarlarında analoji mövqe eyni olmuşdur. Belə ki, iş üzrə cavabdeh vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş sıra ardıcıllığını düzgün tətbiq etmədiyindən və Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad etməklə növbədənkənar səyyar vergi yoxlamasının aparıldığı, lakin mənbəyi bəlli olan hansı məlumatları əldə etdiyi, həmin məlumatların əsaslılığı və mötəbərliliyi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməməsi və yoxlamanın qanuniliyinin əsaslandırmaması səbəbindən yeni qərar qəbul edərək iddianı təmin etmişdir. Məhkəmə kollegiyası iş üzrə cavabdeh vergi orqanı tərəfindən qanunvericilik düzgün tətbiq edilmədiyindən və Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad etməklə növbədənkənar səyyar vergi yoxlamasının aparıldığı, lakin mənbəyi bəlli olan hansı məlumatları əldə etdiyi, həmin məlumatların əsaslılığı və mötəbərliliyi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməməsi və yoxlamanın qanuniliyinin əsaslandırmaması səbəbindən vergi orqanının kassasiya şikayətini təmin edilməmişdir.

47. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, cavabdeh növbədənkənar vergi yoxlaması haqqında qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad etsə də, bunu mötəbər sübutlar və faktlar ilə əsaslandırmamışdır, sadəcə olaraq sözügedən maddəyə istinad etmişdir ki, bu da Vergi Məcəlləsinin tələblərinə ziddir.

48. Bu mübahisənin həlli əsası olan maddi hüququ norması kimi Vergi Məcəlləsinin yoxlama ilə əhatə olunduğu dövrdə qüvvədə olmuş VM-nin 219.3-cü maddəsi çıxış edir. Həmin normaya görə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Bu maddənin məqsədləri üçün tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektidir.

49. Cavabdehin mövqeyinə görə 2018-ci il üçün qüvvədə olan Vergi Məcəlləsinin 219.3-cü maddəsinə əsasən tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyekti sayılır.

50. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, əslində hazırkı mübahisə verginin hesablanması ilə bağlı deyil, yaşayış binasının hansı hissələrinin həmin binanın sahəsinə aid olub-olmaması ilə bağlıdır. Belə ki, son nəticədə vergi öhdəliyinin məbləği həmin sahənin həcmindən asılı olaraq formalaşır. Nəzərə almaq lazımdır ki, binanın sahəsi anlayışı texniki anlayışdır və vergi qanunvericiliyində həmin anlayışın açıqlaması nəzərdə tutulmamışdır. Vergi qanunvericiliyində binanın sahəsi anlayışının müəyyən olunmaması baxımından, bununla bağlı tikinti sahəsinə aid və əlaqəli normativhüquqi akt qismində şəhərsalma və tikinti qanunvericiliyinə istinad edilməlidir.

51. Göründüyü kimi hazırki mübahisənin əsas mahiyyəti verginin hesablanması ilə bağlı deyil, yaşayış binasının hansı hissələrinin vergi hesablanması üçün nəzərə alınmasıdır. Belə ki, son nəticədə vergi öhdəliyinin məbləği həmin sahənin həcmindən asılı olaraq formalaşır. Nəzərə almaq lazımdır ki, VM-nin 219.3-cü maddəsində vergitutma obyekti kimi bəhs olunan «binanın hər mərtəbəsinin ümumi sahəsi» anlayışı texniki anlayışdır və vergi qanunvericiliyində həmin anlayışın açıqlaması nəzərdə tutulmamışdır. Halbuki, vergilərin müəyyən edilməsinin və tutulmasının əsaslarından biri ondan ibarətdir ki, vergi qanunvericiliyi elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin (VM-nin 3.9-cu maddəsi).

52. Belə ki, Vergi Məcəlləsinin 13.1-ci maddəsinə görə, bu Məcəllədə istifadə olunan mülki, ailə və Azərbaycan Respublikasının digər qanunvericilik sahələrinin anlayışları, əgər bu Məcəllədə digər məna nəzərdə tutulmamışdırsa, həmin qanunvericilik sahələrində qəbul edilmiş mənada tətbiq edilir.

53. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu qərarın 34-cü bəndində istinad edilən normaya görə, tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin normaya əsasən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları”nda yaşayış binasının ümumi sahəsinin hesablanması qaydası müəyyən olunmuş və izahı verilmişdir.

54. İstinad edilən “Qaydalar”ın 3.1-ci bəndinə əsasən, “yaşayış binasının ümumi sahəsi – binanın mərtəbələrinin sahələrinin cəmi kimi müəyyən edilir. Mərtəbənin sahəsinə balkon, lociya, terras, şüşəbənd və eyvanların sahələri, həmçinin pilləkən meydançalarının və pillələrin həmin mərtəbə səviyyəsində sahələri də nəzərə alınaraq daxil edilir. Mərtəbənin sahəsinə lift, kommunikasiya (elektrik, su, kanalizasiya, mərkəzi isitmə və soyutma sistemi, havalandırma, dəm qazı üçün) və digər şaxtalar üçün nəzərdə tutulmuş boşluqlar daxil edilmir, bu sahələr bir mərtəbə hüdudunda bir dəfə nəzərə alınır. Binada istismar olunmayan çardağın, texniki döşəməaltı hissənin, texniki mərtəbənin, mənzildən kənar şaquli (kanallarda, şaxtalarda) və üfüqi (mərtəbəarası məkanda) paylanan mühəndis kommunikasiyalarının, həmçinin tamburların, portiklərin, giriş pilləkənlərinin, xarici açıq pilləkən və pandusların sahələri binanın sahəsinə daxil edilmir”.

55. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq həm də qeyd edir ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələri o cümlədən, vergi yoxlamalarından və sahibkarlıq fəaliyyətinə nəzarət funksiyalarından aidiyyəti orqanlar tərəfindən sui-istifadə olunması hallarının qarşısının alınmasından və bunun üzərindən azad sahibkarlıq mühitinin təşəkkül tapmasına şərait yaradılmasından ibarətdir. Vergi orqanları öz fəaliyyətlərində vergi qanunvericiliyinin həmin məqsədlərini nəzərə almağa borcludurlar.

56. Beləliklə, Kollegiya qeyd edir ki, inşa edilən tikintinin ümumi ölçüsü vergi orqanının hesabladığı qaydada deyil, tikintinin layihəsi üzrə götürülməlidir. (bax: Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(102)-508/2024 saylı qərarı)

57. Belə ki, iş materialları ilə müəyyən olunur ki, cavabdeh iddiaçı tərəfindən inşa edilmiş binaları sahəsinin və əmək tutumunun müəyyən olunması məqsədi ilə xx.xx.2022ci il tarixli mütəxəssis dəvət edilməsi barədə qərarına əsasən “X10” MMC-nin nümayəndəsi mütəxəssis qismində dəvət edilmişdir.

58. Vergi Məcəlləsinin 45-ci maddəsinə əsasən “45.1. Səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. 45.2. Mütəxəssisin xüsusi bilik və təcrübəsi olmalıdır və o, işin nəticələrində maraqlı olmamalıdır. Bu şərtlərə cavab verməyən mütəxəssisin rəyi vergi orqanları tərəfindən istifadə oluna bilməz.”

59. İş materiallarına əlavə edilmiş sənədlər ilə rəyi hazırlamış mütəxəssisin bina tikintisi sahəsində təcrübəsinin olması təsdiq edilmir.

60. Eyni zamanda rəyin araşdırılması zamanı müəyyən olunmuşdur ki, binanın sahəsi hesablanarkən bu sahəni tənzimləyən heç bir normatıv hüquqi akta istinad edilməmişdir, mütəxəssis tərəfindən qanunvericiliklə müəyyən olunmayan özünəməxsus yanaşma nümayiş etdirilmişdir. Belə ki, vergi orqanının səyyar yoxlamasının əsasını təşkil etmiş “X10” MMC-nin mütəxəssis rəyində «binanın hər mərtəbəsinin ümumi sahəsi»ni müəyyən edərkən hansı meyarlar əsasında hesablama apardığı müəyyən deyildir.

61. İş materialları ilə müəyyən olunur ki, müəssisə tərəfindən 2019-cu ilin 3-cü rübü üzrə təqdim edilmiş bəyənnamədə ( F bloku) binanın vergiyə cəlb olunan sahəsi 4 686.4 kv.m (yaşayış sahəsi-2248.50 kv.m, qeyri yaşayış sahəsi-2437.90 kv.m) olmaqla 398 611.13 manat, 2019-cu ilin 4-cü rübü üzrə bəyan edilmiş bəyənnamədə (A, B, C, D, E blokları) binanın vergiyə cəlb olunan sahəsi 21 352.70 kv.m (yaşayış sahəsi - 10 112.70 kv.m, qeyri-yaşayış sahəsi-11 240.00 kv.m) olmaqla 1 820 657.25 manat olmaqla cəmi 2 219 268.38 manat BTSFV üzrə vergilər dövlət büdcəsinə bəyan edilmişdir.

62. “X10” MMC-nin rəyinə əsasən binanın ümumi sahəsi 31 627.98 kv.m hesablanılmışdır. O cümlədən yaşayış sahəsi 9407.4 kv.m, qeyri yaşayış sahəsi 10444.51 kv.m, zirzmənin yararlı sahəsi 2790 kv.m, pilləkan, lift, havalandırma, dəhliz, divar altı sahə, avtomobil yolları 8164.87 kv.m, texniki mərtəbə 821.2 kv. m müəyyən olunmuşdur. Bu mütəxəssis rəyinə əsasən 433 963 manat əlavə hesablama aparılmaqla binanın ümumi vergi yükü 2 653 232.3 manat müəyyən edilmiş, əlavə olaraq 216 981.96 manat bu hissə üzrə maliyyə sanksiyası tətbiq edilmişdir.

63. Beləliklə müəyyən olunur ki, iddiaçının özü tərəfindən yaşayış sahəsi və qeyriyaşayış sahələri əslində daha çox bəyan edilmişdir. Əlavə vergilərin hesablanılmasına əsas pilləkan, lift, havalandırma, dəhliz, divar altı sahə, avtomobil yolları üzrə olan 8164.87 kv.m sahə olmuşdur. Mütəxəssis rəyi və səyyar vergi yoxlaması aktında xüsusən də hansı avtomobil yollarının hansı əsasla BTSFV üzrə vergiyə cəlb edilməsi barədə heç bir açıqlama verilməmişdir.

64. Ümumiyyətlə Vergi Məcəlləsinin həmin dövrdə qüvvədə olan 219.3-cü maddəsi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları”nda avtomobil yollarının binanın sahəsinə aid edilməsi, dolayı yolla isə vergiyə cəlb edilməli sahə olması barədə heç bir müddəa nəzərdə tutulmamışdır.

65. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2019-cu il tarixli obyektin tikintisinə icazə sənədinə əsasən də binanın (A, B, C, D, E, F blokları üzrə) ümumi sahəsi 26 038.7 kv.m qeyd edilmişdir.

66. İş materialları ilə müəyyən olunur ki, 1-ci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən “tikinti-texniki obyektlərin tətqiqi və məhkəmə mühasibatlıq ekspertizası” təyin edilmişdir. Mərkəz tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2-1(112)- 9714/2023 saylı rəyə əsasən müəssisə tərəfindən inşa olunmuş binanın ümumi sahəsi 29 088.4 kv.m, o cümlədən yaşayış sahəsi 9 926.2 kv.m, avtomobil dayanacağı(qaraj) 3 411.6 kv.m, ticarət sahəsi 11 084.7 kv.m və ümumi istifadədə olan sahə 4 666.34 kv.m təşkil etmişdir. Rəyə əsasən "xxxx" MTK tərəfindən inşa olunmuş binanın ümumi BTSFV üzrə ümumi vergi yükü 2 156 905.13 manat təşkil etmişdir. Ekspert rəyinə əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən 1 171 956.60 manat BTSFV üzrə ödəniş aparılmış, 984 948.53 manat borc qalmışdır. Ekspert rəyi ilə həmçinin səyyar vergi yoxlaması ilə əlavə hesablanılmış 433 963 manat əlavə hesablama təsdiqini tapmamışdır.

67. Məhkəmə kollegiyası hesab edir ki, 1-ci instansiya məhkəməsi VM-nin 45-ci maddəsini yanlış tətbiq edərək, dövlətin müvafiq sahədə ixtisaslaşmış qurumu olan Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzi tərəfindən verilmiş ekpert rəyinə deyil, müvafiq sahə üzrə ixtisaslaşması və təcrübəsi iş materialları ilə təsdiq edilməyən, cavabdeh ilə müqavilə münasibətlərində olan (dolayısı ilə asılı olan), həmçinin rəyi hazırlamış mütəxəssisin tikinti sahəsi üzrə iş təcrübəsi iş materialları ilə təsdiq edilməyən “X10” MMC tərəfindən verilmiş mütəxəssis rəyinə istinad etmişdir.

68. Halbuki, qanunvericilikdə yalnız ekspert rəyinin sübut qismində qiymətləndirilməsi nəzərdə tutulmuşdur. (mütəxəssis rəyi nəzərə tutulmamışdır)

69. İş materialları ilə müəyyən olunur ki, yoxlanılan dövrdə vergi ödəyicisinin bank hesabına təsisçi tərəfindən 587 385.00 manat qisa müddətli borc vəsaiti daxil olmuşdur. Cavabdeh tərəfindən VM-nin 123.1-ci maddəsinə istinad edilməklə, Mərkəzi Bankın müəyyən etdiyi verilmiş kreditlər üzrə orta faiz dərəcəsi əsasə götürülməklə yoxlanılan dövrdə 95 488.33 manat faiz əldə olunması qənaətinə gəlinmiş və buna münasibətdə 9 548.82 manat ÖMV hesablanılmışdır.

70. Cavabdeh tərəfindən Mülki Məcəllənin həmin dövrdə qüvvədə olan 739.1-ci maddəsinə və 739.2-ci maddənin 1-ci cümləsinə istinad etmişdir (Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yoxlama zamanı Mülki Məcəllənin həmin dövrdə qüvvədə olan 739-cu maddəsinə kompleks yanaşılmamışdır. Beləki, 739.2-ci maddədə deyilir ki “Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər”. Səyyar vergi yoxlaması zamanı cəmiyyətin təsisçilərinin müstəqil peşə fəaliyyəti şəklində borc pul verməsi, həmin pulun qaytarilmasına görə gəlir əldə etmələri, həmçinin vergi ödəyicisi kimi qeydiyyatda olub-olmaması sübut edilməmişdir. Vergi Məcəlləsinin 12.3-ci maddəsinə əsasən “Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir”.Vergi Məcəlləsinin 123.1.-ci maddəsinə əsasən “Rezident fiziki şəxsə, qeyri-rezident fiziki şəxsin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə (maliyyə lizinqini həyata keçirən fiziki şəxslər istisna olmaqla) və Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezidentə rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən, gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, bu Məcəllənin 102.1.22-ci maddəsində və 102.1.22-2-ci maddələrində nəzərdə tutulmuş güzəşt nəzərə alınmaqla ödəniş mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.

71. Göründüyü kimi, Vergi Məcəlləsinin 123.1-ci maddəsi ödəmə mənbəyində vergilərin hesablanmasını birbaşa olaraq faizlərin ödənilməsi ilə şərtləndirir. Halbuki, səyyar vergi yoxlaması ilə cəmiyyətin təsisçilərə qaytardığı borc pul məbləğinə görə faizlər ödəməsi, həmçinin təsisçilərin bu cür borca görə gəlir əldə etməsi sübut edilməmişdir.

72. İş materialları ilə həmçinin müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçıya münasibətdə ÖMV bəyənnamələrinin verilməməsinə görə 2021-2022-ci illər üzrə 360 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya münasibətdə hesablanılmış ÖMV məbləği əsaslı olmadığından həmin dövrlər üzrə bəyənnamə təqdim etmək öhdəliyi də olmamışdır.

73. Müəyyən olunur ki, 2019-cu ilin 4-rübü üzrə sadələşdirilmiş vergi bəyənanməsi təqdim edilməməsinə görə 40 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İş materiallarına əsasən müəyyən olunur ki, cəmiyyət həmin dövrdə BTSFV üzrə ödəyici kimi qeydiyyatda olmuşdur və dövr üzrə bəyənnamə təqdim etmişdir.

74. Müəyyən olunur ki, iddiaçıya münasibətdə VM-nin 58.7-1-ci maddəsinə əsasən 61 983.61 manat maliyyə sansksiyası tətbiq edilmişdir. Lakin iş materialları ilə iddiaçı tərəfindən 619 836.05 manat məbləğində əmək haqqının nağd formada ödənilməsi “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinə uyğun olaraq əsaslandırılmamışdır.

75. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsaslıdır və qərarın ləğvinə əsas verir, bu səbəbdən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1159/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, iddia tələbi təmin edilməli və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********170502 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməlidir.

76. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1159/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********170502 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. Qərardan Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar