Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1263/2024 15.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı “qərarın ləğv olunması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6704/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə (bundan sonra mətndə Xidmət) qarşı “qərarın ləğv olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında” xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəfindən xx.xx.2022-ci il tarixdə eyni tarixli **********6132 nömrəli gömrük bəyannaməsinə əsasən “X3” Co şirkəti tərəfindən istehsal edilmiş “ENGİNE OİL” və “PETRONOL” ticarət nişanlı mühərrik, hidravlikə və dişli çarxlar üçün yağlar Azərbaycan Respublikasına idxal edilmişdir. Sözügedən mallar idxal edildikdən sonra cavabdeh təşkilat onun barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş başlamış, zəruri sənəd və məlumatlar tələb olunmuş və işə baxılma tarixi xx.xx.2022-ci il təyin edilmişdir. İşə baxılmanın nəticələrinə əsasən barəsində “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında” xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir. Aşağıda qeyd olunan xüsusatlara əsasən cavabdehin “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında” xx.xx.2022-ci il tarixli qərarı qanunsuz və əsassızdır. Yuxarıda adıçəkilən yağların mənşə ölkəsi İran İslam Respublikası kimi qeyd olunmuş, məhsulların üzərində əks olunmuş yazılar ingilis dilində olmuş, ştrix kod isə Türkiyə Respublikasına məxsus olmuşdur. Cavabdeh təşkilat belə qənaətə gəlmişdir ki, idxal olunan məhsulların üzərində olan ştrix kod həmin məhsulun Türkiyə Respublikasına məxsus olması görüntüsü yaratmışdır. Bununla da “Haqsız rəqabət haqqında” Qanunun 9-cu maddəsinin 5-ci və 2-ci abzasının tələbləri pozulmuşdur. Məlum olduğu kimi o, xx.xx.2022-ci il tarixdə eyni tarixli **********6132 nömrəli gömrük bəyannaməsinə sadalanan malları “X3” Co şirkətindən əldə etmişdir. Həmin mallar sözügedən şirkət tərəfindən istehsal olunmuş və əmtəə nişanı və ştrix kod həmin şirkət tərəfindən vurulmuşdur. Onun tərəfindən istehlakçını çaşdırmaq və malların istehsal ölkəsi barədə yalan təsəvvür yaratmaq niyyəti ilə istehsalçıya malların üzərinə fərqli ştrix kod və əmtəə nişanının vurulması barədə hər hansı göstəriş verilməmişdir. Mallar istehsal edilən şirkətdən daşıma müqaviləsinə uyğun olaraq Azərbaycan Respublikasına göndərilmiş və o, malları yalnızca gömrük rəsmiləşməsi zamanı görmüşdür. Eyni zamanda həmin malların eyni əmtəə nişanları və ştrix kodla nişanlanmaqla digər ölkələrə də ixrac olunur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6704/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2023-cü il tarixli, 3-33/2-014452/2023 saylı məktubuna əlavə edilmiş siyahıda İran İslam Respublikasında fəaliyyət göstərən “X3 Со.” şirkəti tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində göndərilən yağlar haqqında məlumat əks olunmuşdur. Qeyd olunan siyahıdan görünür ki, iddiaçının adına göndərilən yağlardan başqa, bu dövr ərzində "xxxx" MMC-yə də “ENGİNE OİL” adlı yağ göndərilmişdir. Lakin ona tətbiq olunan sanksiyalar "xxxx" MMC-yə tətbiq olunmamışdır. Azərbaycan Respublikası İnzibati İcraat Haqqında Qanununun 12-ci maddəsinə əsasən, 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir; 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır; 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır; 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında cavabdeh tərəf apelyasiya şikayətinin əsassız olduğunu, qərarın dəyişdirilmədən saxlanılması xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılan iddiaçı tərəf məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iclasda iştirak edən tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikasının Xidmətə ünvanlanmış: 2000-001/002/000750 saylı xx.xx.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən bir sıra malların rəsmiləşdirilməsi zamanı bəzi uyğunsuzluqlara rast gəlinmişdir. xx.xx.2022-ci il tarixli 2000-012/0xx-xx/00973 saylı məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən bir sıra malların gömrük rəsmiləşdirilməsi zamanı bəzi uyğunsuzluqlara rast gəlinmişdir. Belə ki, fiziki şəxs İddiaçı (VÖEN:**********) tərəfindən İran İslam Respublikasında fəaliyyət göstərən “X4”CO şirkətindən idxal olunmuş mallara dair **********6132 sorğu nömrəli gömrük bəyannaməsində bəyan olunan malların mənşə ölkəsinin İran İslam Respublikası olduğu qeyd olunmuşdur. Lakin, qeyd olunan gömrük bəyannaməsi üzrə bəyan olunmuş və 47D87510/47D87610 nömrəli nəqliyyat vasitəsi ilə göndərilən mallara gömrük baxışı keçirilərkən “ENGİNE OİL” ticarət nişanlı mühərrik, hidravlikə və dişli çarxlar olan yağların qutularının və fərdi qablaşdırmalarının üzərində İran İslam Respublikasına dair hər hansı məlumatın olmadığı aşkar olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, “İstehlakçıların hüquqlarının qorunması” haqqında Azərbaycan Respublikası Qanununun 18.5 və 19.2,12-ci maddələrinə əsasən, gömrük bəyannaməsində qeyd olunan malların ölkənin daxili bazarında satışı zamanı yuxarıda qeyd olunan fiziki şəxsin idxal etdiyi mallara müvafiq nəzarətin təşkil edilməsi məqsədilə aidiyyəti tədbirlərin görülməsi xahiş olunmuşdur. “Fiziki şəxs İddiaçı (VÖEN **********) haqqında antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılması barədə “Xidməti məruzə”də qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin bir sıra malların rəsmiləşdirilməsi zamanı bəzi uyğunsuzluqların aşkar edilməsi barədə Xidmətə daxil olmuş xx.xx.2022-ci il tarixli 2000- 023/0xx-xx/000943 nömrəli (daxilolma qeydiyyatı: 5/3274, xx.xx.2022-ci il) və xx.xx.2022ci il tarixli 2000-012/0xx-xx/000973 nömrəli (daxilolma qeydiyyatı: 5/3351, xx.xx.2022-ci il) müraciətlərinə, eləcə-də bununla bağlı surətləri təqdim edilmiş araşdırma materiallarına aidiyyəti üzrə baxılır. Təqdim olunmuş sənəd və məlumatlara əsasən fiziki şəxs İddiaçı (VÖEN-**********) tərəfindən “PETRONOL” və “Engine OİL” adlı mühərrik, hidravlikə və dişli çarxlar üçün olan yağların idxalı zamanı bəyan edilmiş xx.xx.2022-ci il tarixli **********6132 nömrəli gömrük bəyannaməsində istehsalçının “X4” CO şirkəti, mənşə ölkəsinin İran İslam Respublikası kimi qeyd edilməsinə baxmayaraq, həmin malların qablaşdırmalarının üzərində İran İslam Respublikasına dair heç bir məlumatın olmadığı, “PETRONOL” adlı məhsulların fotogörüntülərinə əsasən bütün yazıların xarici dildə (ingilis dili) verildiyi və Türkiyə Respublikasına məxsus ştrix kodun (869 ilə başlayan) yerləşdirildiyi müəyyən edilmişdir. “Haqsız rəqabət haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin ikinci abzasına əsasən əmtəənin mənşəyi, hazırlanması üsulu, istifadə üçün yararlılığı, keyfiyyəti və başqa xassələri, sahibkarın şəxsiyyəti və ya onun təsərrüfat fəaliyyətinin xüsusiyyəti barədə istehlakçını çaşdıra bilən hər hansı məlumatlardan istifadə edilməsi, habelə həmin maddənin beşinci abzasına əsasən əmtəənin istehlak və digər vacib xassələri barədə istehlakçını çaşdırmaq məqsədilə uyğun olmayan fərqləndirici nişanla və ya marka ilə təchiz edilməsi bazar subyektlərinin istehlakçıları çaşdırmağa yönəldilmiş hərəkətləridir və bu hərəkətlərə yol verilmir. Təqdim edilmiş məlumatlara əsasən fiziki şəxs İddiaçı VÖEN-İ **********, qeydiyyat ünvanı AZ1129, ünvan 1 nəzərə alaraq, “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü və 18-ci maddələrinə, “Haqsız rəqabət haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları”nın 1.1 və 2.1-ci bəndlərinə əsasən qeydiyyat ünvanı AZ 1129, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi, ev 73, mənzil 152 olan fiziki şəxs İddiaçı (VÖEN: **********) haqqında antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılması məqsədəuyğun hesab edilmişdir. Xidmətin “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılması haqqında” xx.xx.2022-ci il tarixli qərarla Qeydiyyat ünvanı AZ1129, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi, ev 73, mənzil 152 olan fiziki şəxs İddiaçı (VÖEN: **********) haqqında “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin ikinci və beşinci abzaslarının tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılması qərara alınmışdır. Xidmətin “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işə baxılması üzrə Komissiyanın yaradılması haqqında” FA-62 №-li xx.xx.2022-ci il tarixli əmri ilə Qeydiyyat ünvanı AZ1129, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi, ev 73, mənzil 152 olan fiziki şəxs İddiaçı (VÖEN: **********) barəsində antiinhisar qanunvericiliyinin pozulması haqqında işə baxılması üzrə Komissiya yaradılması barədə əmr edilmişdir. Xidmətin xx.xx.2022-ci il tarixli FA-62 nömrəli əmri ilə yaradılmış antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması üzrə Komissiyasının “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin ikinci və beşinci abzaslarının tələblərinin pozulması əlamətləri üzrə qeydiyyat ünvanı AZ 1129, Bakı şəhər, Xətai rayonu, Məhəmməd Hadi, ev 73, mənzil 152 olan fiziki şəxs İddiaçı (VÖEN:**********) haqqında qaldırılmış xx.xx.2022-ci il tarixli FA-62 nömrəli işə baxaraq işə baxılmasının xx.xx.2022-ci il tarixli iclasının P0071 №-li protokolu ilə qərara alınmışdır: Qeydiyyat ünvanı AZ1129, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi, ev 73, mənzil 152 olan fiziki şəxs İddiaçı (VÖEN: **********) mühərrik və dişli çarxlar üçün yağların idxalı və satışı zamanı “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin ikinci və beşinci abzasları ilə qadağan edilmiş haqsız rəqabət hərəkətlərinə, yəni əmtəənin mənşəyi, hazırlanması üsulu, istifadə üçün yararlılığı, keyfiyyəti və başqa xassələri, sahibkarın şəxsiyyəti və ya onun təsərrüfat fəaliyyətinin xüsusiyyəti barədə istehlakçını çaşdıra bilən hər hansı məlumatlardan istifadə edilməsinə, habelə əmtəənin istehlak və digər vacib xassələri barədə istehlakçını çaşdırmaq məqsədilə uyğun olmayan fərqləndirici nişanla və ya marka ilə təchiz edilməsinə yol verməməsi haqqında göstəriş verilsin. Qeydiyyat ünvanı AZ1129, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi, ev 73, mənzil 152 olan fiziki şəxs İddiaçı (VÖEN: **********) idxal etdiyi sorğu nömrəsi **********6132 olan xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə idxalı rəsmiləşdirilmiş və satışı həyata keçirilməmiş 796 ədəd “PETRONOL” adlı mühərrik və dişli çarxlar üçün yağların dövriyyəyə (satışa) çıxarılmadan öncə istehlakçıları çaşdırmaqla haqsız rəqabətə səbəb ola bilən hərəkətlərin aradan qaldırılması üçün həmin məhsulların qablaşdırılmasının üzərində əmtəənin mənşəyi və sahibkarın şəxsiyyəti barədə düzgün məlumat verilməsinin təmin edilməsi və nəticəsi barədə Xidmətə məlumat verilməsi haqqında göstəriş verilsin. Qeydiyyat ünvanı AZ1129, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi, ev 73, mənzil 152 olan fiziki şəxs İddiaçı (VÖEN: **********) sorğu nömrəsi **********6132 olan xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə idxalı rəsmiləşdirilmiş mühərrik və dişli çarxlar üçün yağların idxalı və satışı zamanı “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin ikinci və beşinci abzaslarının tələblərini pozduğuna görə, həmin Qanunun 12-ci maddəsinin 1-ci hissəsinin üçüncü abzasına əsasən "PETRONOL” adlı mühərrik və dişli çarxlar üçün yağların satışından əldə edilmiş 50217,0 manat (əlli min iki yüz on yeddi manat) gəlirin 10 faizi miqdarında, yəni 5021,70 manat (beş min iyirmi bir manat, yetmiş qəpik) maliyyə sanksiyası tətbiq edilsin. Xidmətin “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında” 23 dekabr 2022-ci il tarixli qərarından görünür ki, “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin ikinci və beşinci abzaslarının tələblərinin pozulması əlamətləri üzrə qediyyat ünvanı AZ 1129, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi, ev 73, mənzil 152 olan fiziki şəxs İddiaçı (VÖEN 2********) haqqında qaldırılmış xx.xx.2022-ci il tarixli FA-62 nömrəli işə baxılaraq aşağıda qeyd olunanlar qərara alınmışdır: Qeydiyyat ünvanı AZ 1129, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi, ev 73, mənzil 152 olan fiziki şəxs İddiaçı (VÖEN: **********) mühərrik və dişli çarxlar üçün yağların idxalı və satışı zamanı “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin ikinci və beşinci abzasları ilə qadağan edilmiş haqsız rəqabət hərəkətlərinə, yəni əmtəənin mənşəyi, hazırlanması üsulu, istifadə üçün yararlılığı, keyfiyyəti və başqa xassələri, sahibkarın şəxsiyyəti və ya onun təsərrüfat fəaliyyətinin xüsusiyyəti barədə istehlakçını çaşdıra bilən hər hansı məlumatlardan istifadə edilməsinə, habelə əmtəənin istehlak və digər vacib xassələri barədə istehlakçını çaşdırmaq məqsədilə uyğun olmayan fərqləndirici nişanla və ya marka ilə təchiz edilməsinə yol verməməsi haqqında göstəriş verilsin. Qeydiyyat ünvanı AZ 1129, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi, ev 73, mənzil 152 olan fiziki şəxs İddiaçı (VÖEN: **********) idxal etdiyi sorğu nömrəsi **********6132 olan xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə idxalı rəsmiləşdirilmiş və satışı həyata keçirilməmiş 796 ədəd “PETRONOL” adlı mühərrik və dişli çarxlar üçün yağların dövriyyəyə (satışa) çıxarılmadan öncə istehlakçıları çaşdırmaqla haqsız rəqabətə səbəb ola bilən hərəkətlərin aradan qaldırılması üçün həmin məhsulların qablaşdırılmasının üzərində əmtəənin mənşəyi və sahibkarın şəxsiyyəti barədə düzgün məlumat verilməsinin təmin edilməsi və nəticəsi barədə Xidmətə məlumat verilməsi haqqında göstəriş verilsin. Qeydiyyat ünvanı AZ1129, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi, ev 73, mənzil 152 olan fiziki şəxs İddiaçı (VÖEN: **********) sorğu nömrəsi **********6132 olan xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə idxalı rəsmiləşdirilmiş mühərrik və dişli çarxlar üçün yağların idxalı və satışı zamanı “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin ikinci və beşinci abzaslarının tələblərini pozduğuna görə, həmin Qanunun 12-ci maddəsinin 1-ci hissəsinin üçüncü abzasına əsasən “PETRONOL” adlı mühərrik və dişli çarxlar üçün yağların satışından əldə edilmiş 50217,0 manat (əlli min iki yüz on yeddi manat) gəlirin 10 faizi miqdarında, yəni 5021,70 manat (beş min iyirmi bir manat, yetmiş qəpik) maliyyə sanksiyası tətbiq edilsin. İddiaçı tərəfindən Xidmətə təqdim olunmuş xx.xx.2023-cü il tarixli ərizədə qeyd olunmuşdur ki, Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli göstərişinin icrası ilə əlaqədar FA- 62 tarixli bəyannamə ilə idxal olunmuş və satışı həyata keçirilməmiş “Petronol” mühərrik yağları qablaşdırmaları üzərində onun istehsalçısı və idxalçısı mənşəyi barədə məlumatların qeyd olunması tərəflərindən təmin edilmişdir və bildirirlər ki, həmin məhsullar satışa buraxıldığı zaman qeyd olunan məlumatlar qopmayan yapışkanla yəni stiker formasında qablaşdırmanın üzərinə vurularaq satışı həyata keçiriləcək. Gələcək fəaliyyətlərində belə pozuntulara yol verilməyəcəklərinə dair öhdəlik götürmüşlər. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 3-33/2-014452/2023 saylı xx.xx.2023-cü il tarixli cavab məktubu ilə təqdim olunmuş İran İslam Respublikasında fəaliyyət göstərən xarici tərəfdaş “X4 /Co” şirkəti tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək dövr ərzində göndərilən yağlar haqqında məlumatdan müəyyən olunur ki, İddiaçı İran İslam Respublikasından xx.xx.2022- ci il tarixdə 20440,00 kq,, 26500,00 ABŞ dolları dəyərində, xx.xx.2022-ci il tarixdə 3290,00 kq, 4173,18 ABŞ dolları dəyərində, xx.xx.2022-ci il tarixdə 17490,00 kq, 25190,38 ABŞ dolları dəyərində, xx.xx.2022-ci il tarixdə 20410,00 kq, 29390,40 ABŞ dolları dəyərində, xx.xx.2022-ci il tarixdə 850,00 kq, 1158 ABŞ dolları dəyərində, xx.xx.2022-ci il tarixdə 1480,00 kq, 1864,80 ABŞ dolları dəyərində, xx.xx.2022-ci il tarixdə 20750,00 kq, 36540 ABŞ dolları dəyərində mühərrik yağları göndərilmişdir. Tətbiq edillən hüquq normaları: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 1998-ci il tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş “Antiinhisar qanunvericiiyinin pozulması haqqında işlərə baxılması Qaydaları”na əsasən “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları” (Bundan sonra Qaydalar) Azərbaycan Respublikasının “Antiinhisar fəaliyyəti haqqında” 1997-ci il 10 oktyabr tarixli 381-İQD №-li (əlavələr və dəyişikliklərlə birlikdə) qanununa və Azərbaycan RespublikasıDövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsinin Əsasnaməsinə uyğun olaraq tərtib edilmişdir. Qaydalar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (bundan sonra - Antiinhisar orqanı) tərəfindən antiinhisar qanunvericiliyinin pozulması üzrə işlərə baxılması və bu baradə qərarların qəbul edilməsi qaydalarını və müddətini müəyyən edir. Həmin Qaydaların: - 1.1-ci bəndinə görə Antiinhisar orqanı antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə hüquqi və fiziki şəxs kimi fəaliyyət göstərən bazar subyektlərinin, icra hakimiyyəti və idarəetmə orqanlarının ictimai təşkilatların və digər qeyri-kommersiya təşkilatlarının habelə, publik hüquqi şəxslərin müraciətləri, müvafiq dövlət orqanlarının materialları, dövri mətbuatın məlumatları əsasında baxır. Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə, Antiinhisar orqanının təşəbbüsü ilə də baxıla bilər. - 2.1-ci bəndinə görə Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri aşkar edildikdə Antiinhisar orqanının rəisi tərəfindən antiinhisar qanunvericiliyinin pozulması haqqında konkret işə baxılması üzrə Komissiya (bundan sonra Komissiya) yaradılması və onun sədrinin təyin edilməsi barədə əmr verilir. Komissiyanın tərkibi üç nəfərdən az olmamalıdır. - 2.2-ci bəndinə görə Komissiya antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxarkən Antiinhisar orqanının adından çıxış edir. - 2.3-cü bəndinə görə Komissiya əmr verildiyi vaxtdan beş gün müddətində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılması barədə qərar qəbul edir. Qərar Komissiyanın sədri tərəfindən imzalanır və iş üzrə tərəflərə bildirişli sifariş məktubu ilə göndərilir, yaxud tərəflərin səlahiyyətli nümayəndələrinə imza alınmaqla təqdim olunur. Bu halda qərarın alınmasını təsdiq edən poçt və digər sənədlər işin materiallarına əlavə edilir. 2.4-cü bəndinə görə Komissiya tərəfindən işə baxılmasına hazırlıq zamanı Antiinhisar orqanının tərəfindən iş qaldırılmasına səbəb olmuş fakt üzrə sənədləri tanış olmaq üçün tələb etmək, o cümlədən onların rəhbərlərindən (vəzifəli şəxslərindən) izahat almaq, işdə iştirak etmək üçün digər şəxsləri cəlb etmək hüququ vardır. 2.10-cu bəndinə əsasən Komissiyanın iclasında tərəflər, həmçinin Antiinhisar orqanının qərarı ilə işdə iştirak edən şəxslər dinlənilir. 2.12-ci bəndinə əsasən Komissiya işə mahiyyəti üzrə baxılmasının nəticəsinə uyğun qərar qəbul edir. Qərarda işin Komissiya tərəfindən müəyyən edilən hallar və komissiyanın çıxardığı nəticələr əks etdirilir. 2.16-cı bəndinə əsasən Komissiyanın qərarına əsasən “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 3-cü maddəsinə uyğun olaraq antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması barədə göstəriş verilir. Göstəriş on günün müddətinə bildirişli sifariş məktubu ilə göndərilir, yaxud imza almaqla qanun pozuntusuna yol vermiş şəxsə (onun etibarnaməsi olan şəxsinə) təqdim olunur. Göstəriş Antiinhisar orqanının rəisi və ya onun müavini tərəfindən imzalanır. Göstərişdə qanun pozuntusunun dayandırılması və (və ya) onun nəticələrinin aradan qaldırılması ilə bağlı konkret hərəkətlərin edilməsi və müddət göstərilir. “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun: - 3-cü maddəsinə görə inhisarçılıq fəaliyyətinin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması üzrə dövlət siyasətini, digər dövlət orqanlarının bu sahədə fəaliyyətinin əlaqələndirilməsi öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasında antiinhisar siyasətini yeridən Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanı həyata keçirir. Azərbaycan Respublikasında mərkəzi icra hakimiyyəti orqanı bu Qanunun tələblərinin pozulmasına görə icrası məcburi olan göstərişlər verə bilər və qanunvericiliklə müəyyən odunmuş digər səlahiyyətləri yerinə yetirə bilər. - 16.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının öz vəzifə və funksiyalarını yerinə yetirmək üçün dövlət idarəetmə orqanlarından, təşkilati-idarəetmə qurumlarından, təsərrüfat subyektlərindən, vəzifəli şəxslərdən zəruri olan hər bir məlumat, o cümlədən antiinhisar qanunvericiliyinin pozulması ilə bağlı yazılı (şifahi) izahatlar almaq hüququ vardır. “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən haqsız rəqabət haqqında qanunvericiliyin icrasına Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı və qanunvericilikdə nəzərdə tutulan digər orqanlar öz səlahiyyətləri çərçivəsində nəzarət edirlər. Həmin Qanunun: - 9-cu maddəsinə əsasən bazar subyektlərinin istehlakçıları çaşdırmağa yönəldilmiş aşağıdakı hərəkətlərinə yol verilmir: əmtəənin mənşəyi, hazırlanması üsulu, istifadə üçün yararlılığı, keyfiyyəti və başqa xassələri, sahibkarın şəxsiyyəti və ya onun təsərrüfat fəaliyyətinin xüsusiyyəti barədə istehlakçını çaşdıra bilən hər hansı məlumatlardan istifadə edilməsi. - 11-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı bu Qanunun pozulmasına görə müvafiq icra hakimiyyəti orqanlarına, bazar subyektlərinə və onların vəzifəli şəxslərinə qanun pozuntusunun dayandırılması və onun nəticələrinin aradan qaldırılması ilə bağlı icrası məcburi olan göstərişlər verə bilər; qanunvericilikdə nəzərdə tutulmuş qayda və əsaslarla maliyyə sanksiyaları tətbiq edə bilər. - 12-ci maddəsinin 1-ci bəndinə görə bu Qanunun tələblərinin pozulmasına görə bazar subyektlərinə bu Qanunun 4-cü maddəsində qadağan olunmuş hərəkətlərə yol verdikdə - haqsız rəqabətə yol verilməklə, satılmış mallardan (göstərilmiş iş və xidmətlərdən) əldə edilmiş gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) bir misli həcmində, bundan sonrakı il ərzində bu hərəkətə təkrar yol verdikdə — iki misli həcmində; bu Qanunun 5, 6, 7, 8, 9-cu maddələrində qadağan olunmuş hərəkətlərə yol verdikdə - haqsız rəqabətə yol verilməklə, satılmış mallardan (göstərilmiş iş və xidmətlərdən) əldə edilmiş gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) 10 faizinədək, bundan sonrakı il ərzində bu hərəkətə təkrar yol verdikdə 20 faizinədək; Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişlərini yerinə yetirməməyə və ya vaxtında icra etməməyə görə bütün fəaliyyət növləri üzrə son üç ayda əldə edilmiş ümumi gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) 10 faizinədək maliyyə sanksiyaları tətbiq edilir. Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanına qəsdən düzgün olmayan məlumat verdikdə və ya lazımi məlumatı vermədikdə bütün fəaliyyət növləri üzrə son üç ayda əldə edilmiş ümumi gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) 5 faizinə qədər maliyyə sanksiyaları. Beləliklə, qeyd olunan normalardan görünür ki, bazar subyektlərinin istehlakçıları çaşdırmağa yönəldilmiş əmtəənin mənşəyi, hazırlanması üsulu, istifadə üçün yararlılığı, keyfiyyəti və başqa xassələri, sahibkarın şəxsiyyəti və ya onun təsərrüfat fəaliyyətinin xüsusiyyəti barədə istehlakçını çaşdıra bilən hər hansı məlumatlardan istifadə edilməsi kimi hərəkətlərinə yol verilmir. Antiinhisar orqanı daxil olmuş müraciətlər, məlumatlar əsasında və ya öz təşəbbüsü ilə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırır, antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması ilə bağlı müvafiq Komissiya yaradır. Həmin Komissiya antiinhisar orqanının adından çıxış edir. Komissiya işə baxılma ilə əlaqədar tərəflərdən müvafiq sənəd və məlumatları tələb etmək hüququna malikdir. Komissiya işə baxılmanın nəticəsində mahiyyəti üzrə müvafiq qərar qəbul etmək və həmin qərara uyğun olaraq icrası məcburi olan göstərişlər vermək səlahiyyətinə malikdir. Göstərişdə antiinhisar orqanının müvafiq orqanlarından, təsərrüfat subyektlərindən, vəzifəli şəxslərdən tələb etdiyi qanun pozuntusunun dayandırılması və ya onun nəticələrinin aradan qaldırılması ilə bağlı konkret hərəkətlər sadalanır. Göstərişlərin ünvanladığı şəxslər tərəfindən yerinə yetirilməməsi qanunla nəzərdə tutulmuş müvafiq nəticələrə səbəb olur. İş materiallarından müəyyən edilir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Xidmətə ünvanlanmış yazılı müraciəti (bir sıra malların rəsmiləşdirilməsi zamanı bəzi uyğunsuzluqlara rast gəlinməsinə dair) əsasında aparılmış araşdırma zamanı fiziki şəxs İddiaçı tərəfindən “PETRONOL” və “Engine OİL” adlı mühərrik, hidravlikə və dişli çarxlar üçün olan yağların idxalı zamanı bəyan edilmiş xx.xx.2022-ci il tarixli **********6132 nömrəli gömrük bəyannaməsində istehsalçının “X4” CO şirkəti, mənşə ölkəsinin İran İslam Respublikası kimi qeyd edilməsinə baxmayaraq, həmin malların qablaşdırmalarının üzərində İran İslam Respublikasına dair heç bir məlumatın olmadığı, “PETRONOL” adlı məhsulların fotogörüntülərinə əsasən bütün yazıların xarici dildə (ingilis dili) verildiyi və Türkiyə Respublikasına məxsus ştrix kodun (869 ilə başlayan) yerləşdirildiyi müəyyən edilmişdir. Bundan sonra “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılması qərara alınmış və nəticədə həmin qanunun tələblərinin pozulması əsası ilə iddiaçıya müvafiq maliyyə sanksiyası tətbiq edilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən qəbul edilən inzibati akt qanunvericiliyin tələblərinə uyğun qəbul edildiyindən, qanuni və əsaslı olduğundan, birinci instansiya məhkəməsi qərarın ləğv edilməsi ilə bağlı olan iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin “ona tətbiq olunan sanksiyaların "xxxx" MMC-yə tətbiq olunmaması ilə” bağlı dəlilinə münasibətdə Kollegiya ilk növbədə qeyd edir ki, buna dair iddiaçı tərəfindən hər hansı sübut təqdim edilməmiş, həmin MMC barəsində inzibati icraatın hansı qaydada aparılması iddiaçıya məlum olmamasına baxmayaraq, sadəcə məktuba istinad edilərək, bərabərlik prinsipinin pozulduğu bildirilmişdir. Digər tərəfdən yuxardada qeyd edildiyi kimi, istər birinci, istərsədə apelyasiya instansiya məhkəmələrində aparılan araşdırma zamanı mübahisələndirilən qərarların əsaslı və qanuni olduğu müəyyən edilmişdir. Belə olan halda, başqa MMC-yə sanksiya tətbiq olunmaması mübahisələndirilən qərarların əsassız və ya qanunsuz olmasına dəlalət edə bilməz. AR İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Yuxarda qeyd edilənlərdən də görünür ki, cavabdeh mübahisələndirilən inzibati aktın qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, iddiaçı bununla razılaşmasa da, qərarın qanunsuz və ya əsassız olmasına dair hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6704/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1263/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1263/2024
15.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver