Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1265/2022 13.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, 4 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə (3-cü şəxslər X3, X5 və X4) qarşı qərarın ləğv olunması və s tələbinə dair iddia ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4590/2022 saylı, 18 yanvar 2022- ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, 4 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə (3-cü şəxslər X3, X5 və X4) qarşı Sabunçu rayon məhkəməsinin 2 (008)-7308/2021 saylı mülki iş üzrə qəbul edilən 18.11.2021-ci il tarixli qərarın ləğv olunması, vəzifəli, hüquqi və fiziki şəxslərin hərəkətləri ( hərəkətsizlikləri) cinayət məsuliyyətinin predmeti olduğundan qanunsuz hesab olunması, Azərbaycan Respublikasının İnzibati Məcəlləsinin 62-ci maddəsini rəhbər tutaraq, inzibati iş üzrə icraatda İddiaçı zərərçəkmiş fiziki şəxs hesab olunması, Sabunçu rayon məhkəməsinin 2(008)-7308/2021 saylı mülki iş üzrə 18.11.2021-ci il tarixində qəbul etdiyi qərarın ləğv olunması ilə yanaşı, inzibati iş materiallarının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120, 126.2.1, 134, 150.2.5 (hədə-qorxu), 178.3.2, 179.3.2, 294.1, 295.1, 307, 308, 314 və 320-ci maddələri üzrə cinayət işinin qaldırılmasına dair qərarın verilməsi məqsədilə təhqiqat üçün Prokurorluğa göndərilməsinə dair ayrıca qərar qəbul edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İşin birinci instansiya icraatı zamanı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbi baxımından məhkəmə tərəfindən iddiaçıya 21 dekabr 2021-ci il tarixdə hüquqqi yardımın göstərilməsinə dair məktub ünvanlanaraq iddia tələbinin hər bir cavabdehə münasibətdə əsaslandırılmadığı, iddia tələbinin qeyri-müəyyən olmaqla yanaşı, həmçinin inzibati icraat qaydasında baxılması mümkün olan iddia növünə aid olmadığından inzibati məhkəmə icraatı qaydasında baxılmasının mümkün olmadığı, həmçinin iddia tələbində ləğv edilməsi xahiş edilən məhkəmənin qətnaməsinin yalnız yuxarı instansiya məhkəməsi tərəfindən apelyasiya icraatı qaydasında baxılmasının qaydası izah edilmiş, o cümlədən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələblərinin nədən ibarət olduğu qeyd edilmiş, buna müvafiq olaraq iddiaçının qoyduğu tələblərin İnzibati Prosessual Məcəllənin tələblərinə zidd olduğu, həmçinin “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 3.2.1-ci maddəsinə əsasən inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə şamil olunmadığı qeyd olunmasına baxmayaraq, iddaçı tərəfindən qeyd olunanlara müvafiq hərəkət edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4590/2022 saylı, 18 yanvar 2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, 4 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə (3-cü şəxslər X3, X5 və X4) qarşı Sabunçu rayon məhkəməsinin 2(008)-7308/2021 saylı mülki iş üzrə qəbul edilən 18.11.2021-ci il tarixli qərarın ləğv olunması, vəzifəli, hüquqi və fiziki şəxslərin hərəkətləri ( hərəkətsizlikləri) cinayət məsuliyyətinin predmeti olduğundan qanunsuz və qanunasizdd hesab olunması, Azərbaycan Respublikasının İnzibati Məcəlləsinin 62-ci maddəsini rəhbər tutaraq, inzibati iş üzrə icraatda İddiaçı zərərçəkmiş fiziki şəxs hesab olunması, Sabunçu rayon məhkəməsinin 2(008)-7308/2021 saylı mülki iş üzrə 18.11.2021-ci il tarixində qəbul etdiyi qərar ləğv olunması ilə yanaşı, inzibati iş materiallarının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120, 126.2.1, 134, 150.2.5 (hədə-qorxu), 178.3.2, 179.3.2, 294.1, 295.1, 307, 308, 314 və 320-ci maddələri üzrə cinayət işinin qaldırılmasına dair qərarın verilməsi məqsədilə təhqiqat üçün Prokurorluğa göndərilməsinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı qərardaddan apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmiş və əlavə olaraq bildirilmişdir ki, işə baxan hakim onun iddia tələbinə inzibati icraat çərçivəsində ayrıca qərar qəbul eməli, faktiki araşdırmanın aparılması, eyni zamanda inzibati işlərə olan sübuta yetirilmiş faktlar üzrə cinayət işinin başlanması haqqında qərar çıxarmaq üçün iş materiallarını prokurorluq orqanlarına göndərməli idi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 izahat verərək apellyasiya şikayətini müdafiə etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 izahat verərək, apellyasiya şikayətinə etiraz etdiyini və onun təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi qərardadında qeyd edilmişdir ki, “iddiaçının tələbi yuxarıda sadalanan xüsusatlara əsasən qeyri müəyyən tələblərdən ibarət olmaqla, inzibati məhkəmə icraatında baxılmalı olan tələblərin sırasına aid edilməməsi ilə yanaşı, həmçinin inzibati orqan hesab edilməyən “ASAN Xidmət” mərkəzlərinin müvafiq notariat ofislərinə qarşı yönəldilmişdir.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1. maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «İnzibati orqanların Təsnifatı»nın təsdiq edilməsi haqqında 2007-ci il 28 avqust tarixli, 136 №-li Qərarında isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi inzibati orqan kimi müəyyən edilməmişdir. Buna görə də inzibati orqan olmayan cavabdehlərdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi ilə iddiaçı arasında hər hansı bir inzibati hüquq münasibəti mövcud deyildir. İnzibati hüquq münasibətinin mövcud olmadığı halda isə inzibati mübahisədən söhbət gedə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulan iddiaların 8 növü müəyyən edilmişdir. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. AR Ali məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Hazırkı iş üzrə iddia tələbindən müəyyən edilir ki, iddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, 4 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə (3-cü şəxslər X3, X5 və X4) qarşı məhkəmə qərarının ləğv edilməsini, qərarın qanunsuz və qanunasizdd hesab olunmasını, iş üzrə İddiaçı zərərçəkmiş fiziki şəxs hesab olunması barədə müvafiq qərar ləğv olunması ilə yanaşı, inzibati iş materiallarının cinayət işinin qaldırılmasına dair qərarın verilməsi məqsədilə təhqiqat üçün Prokurorluğa göndərilməsinə dair ayrıca qərar qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi iddiaçı tərəfindən irəli sürülmüş müvafiq tələblər qeyri-müəyyən xarakter daşımaqla yanaşı, hansı tələbə konkret olaraq hansı cavabdehə qarşı qaldırıldığı açıqlanmamışdır. Eyni zamanda iddia ərizəsində göstərilən müvafiq tələblərin Azərbaycan Respublikası İPM-nin müddəalarına əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olması nəzərdə tutulmamışdır. Qeyd edilən əsaslardan çıxış edən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin mümkün sayılmaması qənaətinə gəlmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbi baxımından məhkəmə tərəfindən iddiaçıya 21 dekabr 2021-ci il tarixdə hüquqi yardımın göstərilməsinə dair məktub ünvanlanaraq iddia tələbinin hər bir cavabdehə münasibətdə əsaslandırılmadığı, iddia tələbinin qeyri-müəyyən olmaqla yanaşı, həmçinin inzibati icraat qaydasında baxılması mümkün olan iddia növünə aid olmadığından inzibati məhkəmə icraatı qaydasında baxılmasının mümkün olmadığı, həmçinin iddia tələbində ləğv edilməsi xahiş edilən məhkəmənin qətnaməsinin yalnız yuxarı instansiya məhkəməsi tərəfindən apelyasiya icraatı qaydasında baxılmasının qaydası izah edilmiş, o cümlədən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələblərinin nədən ibarət olduğu qeyd edilmiş, buna müvafiq olaraq iddiaçının qoyduğu tələblərin İnzibati Prosessual Məcəllənin tələblərinə zidd olduğu, həmçinin “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 3.2.1-ci maddəsinə əsasən inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə şamil olunmadığı qeyd olunmuşdur. Lakin buna baxmayaraq, iddaçı tərəfindən qeyd olunanlarla bağlı müvafiq hərəkət edilməmişdir. İddianın mümkünlüyü məsələsinin araşdırılması məqsədilə təyin olunan məhkəmə iclasında həmçinin iddiaçının nümayəndəsinə qeyd olunan nöqsanların düzəldilməklə iddia tələbinin dəqiqləşdirilməsi tələb edilsə də, nümayəndə qoyduğu tələb üzrə işə baxılmasının xahiş etdiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4590/2022 saylı, 18 yanvar 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1265/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1265/2022
13.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver