Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1265/2024 10.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X9 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X10 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Üçüncü şəxsin vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinin Başçısının X11 Ərazi Dairəsi üzrə Nümayəndəliyinə qarşı (üçüncü şəxs X7) “torpaq sahəsinin sxemi və xəritədən çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 20 aprel 2022-ci il tarixli, 2-1(112)-4755/2022 saylı qərarından üçüncü şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinin Başçısının X11 Ərazi Dairəsi üzrə Nümayəndəliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xəzər Rayon İcra Hakimiyyətinin Mərdəkan qəsəbə nümayəndəsi İ.Muqbilov tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş “Mərdəkan qəsəbəsində yerləşən vətəndaş X4 ayrılan 14/12 saylı torpaq sahəsinin sxemi və xəritədən çıxarış”ın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək üçüncü şəxs X1 adına Xəzər Rayon İcra Hakimiyyətinin Mərdəkan qəsəbə nümayəndəsi İ.Muqbilov tərəfindən xx.xx.2018-ci il tarixdə 51 nömrə ilə aparılmış qeydiyyatın qanunsuz hesab edilərək verilmiş “Mərdəkan qəsəbəsində yerləşən vətəndaş X4 ayrılan 14/12 saylı torpaq sahəsinin sxemi və xəritədən çıxarış” sənədinin ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə X16 arasında bağlanmış AN-İ-№ ******* saylı, 10 aprel 2008-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı (E.Xəlilov) çıxarışa əsasən mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 0,12 ha torpaq sahəsini alıcının (İddiaçı) mülkiyyətinə vermişdir. Satıcı daşınmaz əmlakı 19944 manata satmış, alıcı isə həmin məbləğə almışdır. Azərbaycan Respublikası DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* №-li çıxarışa əsasən ünvan 1də yerləşən 0,12 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı qismində X5 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşmmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və üçüncü şəxs qismində iddiaçıya (İddiaçı) qarşı “çıxarışın ləğv edilməsi, cavabdehin imtinasının qanunsuz hesab edilməsi və sair” tələbinə dair iddiası ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və hazırda həmin iddia ilə bağlı 2-1(112)- 71/2021 saylı iş məhkəmənin icraatındadır. Həmin iş üzrə V.Nejarov iddia tələbinin əsası kimi Əzizbəyov rayon X13 İcraiyyə Komitəsinin 17 saylı xx.xx.1991-ci il tarixli qərarına və Xəzər Rayon İcra Hakimiyyətinin Mərdəkan qəsəbə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli torpaq sahəsinin sxemi və xəritədən çıxarışa əsaslanaraq göstərmişdir ki, həmin qərara əsasən ona Mərdəkan qəsəbəsində 14/12 №-li sahədə fərdi ev tikmək üçün 1200 kv. metr torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. Xəzər Rayon İcra Hakimiyyətinin Mərdəkan qəsəbə nümayəndəsi belə bir səlahiyyəti olmadığı halda, həm də heç bir əsas olmadan 27 ildən sonra Əzizbəyov rayon X13 İcraiyyə Komitəsinin 17№-li xx.xx.1991-ci il tarixli qərarına əsasən xx.xx.2018-ci il tarixdə V.Nejarova torpaq sahəsinin sxemi və xəritədən çıxarış vermişdir. Həmin sxem və xəritədən çıxarış tam qanunsuz və əsassız verildiyindən ləğv edilməlidir. Xəzər RİHB-nın Mərdəkan qəsəbə nümayəndəsinin belə bir səlahiyyəti yoxdur, eyni zamanda həmin sxem və xəritənin nəyin əsasında verildiyi də məlum deyil. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, tədqiqat obyektinə mütəxəssislər tərəfindən texniki baxış keçirilmişdir. Bildirilir ki, göstərilən torpaq sahəsi keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-28913 saylı şəhadətnamə əsasında X6 adına olub. Faktiki olaraq **********41 reyestr nömrəsi ilə İddiaçı mülkiyyətindədir. Tərəfindən xx.xx.2021-ci il tarixli ərizə ilə cavabdehə müraciət olunaraq X4 Xəzər RİH-nin Başçısının Mərdəkan qəsəbə üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş torpaq sahəsinin sxemi və xəritənin iddiaçının mülkiyyət hüququna xələl gətirdiyinə görə ləğv edilməsini xahiş etsə də, cavabdeh xx.xx.2021-ci il tarixli məktubla verilən cizgi və xəritədən çıxarışın ləğv olunmasının səlahiyyətləri xaricində oldugunu bildirmişdir. Məhkəmənin 10 yanvar 2022-ci il tarixli qərardadı ilə X7 inzibati iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 20 aprel 2022-ci il tarixli, 2-1(112)-4755/2022 saylı qərarı ilə (hakim M.Qarayeva) iddia təmin edilərək, X1 adına Xəzər Rayon İcra Hakimiyyətinin Mərdəkan qəsəbə nümayəndəsi İ.Muqbilov tərəfindən xx.xx.2018-ci il tarixdə 51 nömrə ilə aparılmış qeydiyyatın qanunsuz hesab edilərək verilmiş “Mərdəkan qəsəbəsində yerləşən vətəndaş X4 ayrılan 14/12 saylı torpaq sahəsinin sxemi və xəritədən çıxarış” sənədinin ləğv edilməsi qərara alınmışdır. Qərardan narazı qalan üçüncü şəxs X7 apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4755/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-cü il tarixli qərarının ləğv edilməsi və İddiaçı iddia tələblərinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hakim 12 aprel 2022-ci il tarixli “X14 və Ekspertiza Mərkəzi“ MMC tərəfindən verilmiş 93 saylı mütəxəssis rəyinə əsaslanmış, ancaq həmin rəydə göstərilənlərə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, 12 aprel 2022-ci il tarixli “X14 və Ekspertiza Mərkəzi“ MMC tərəfindən verilmiş 93 saylı mütəxəssis rəyində bildirilir ki, X6 mülkiyyətinə verilmiş JN-28913D (********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən ünvan 3 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi, X2 Bakı şəhəri, Əzizbəyov rayonu, XDS İcraiyyə Komitəsinin 1991-ci il tarixli qərarı ilə ünvan 4 ünvanına ayrılmış 1200 kv.m ölçüdə torpaq sahəsi ilə üst-üstə düşmür, bir-birindən kənarda yerləşir. Xəzər rayonu İcra Hakimiyyətinin Mərdəkan qəsəbəsi nümayəndəsi İ.Müqbilov tərəfindən üçüncü şəxs X2 xx.xx.2018-ci il tarixdə verilmiş sxemdə göstərilən Mərdəkan qəsəbəsində yerləşən 14/12 saylı torpaq sahəsinin sənəd üzrə və faktiki yerləşmə vəziyyəti, konfiqurasiyası naturaya uyğundur, təyinatı yaşayış məntəqələrinə aiddir. AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli xx.xx.2008-ci il tarixli çıxarışla İddiaçı mülkiyyətində olan ünvan 5 ünvanda yerləşən 0,12 ha torpaq sahəsinin faktiki yeri ilə üst-üstə düşmür, lakin həmin çıxarışın faktiki koordinatları Mərdəkan qəsəbəsi 14/12 saylı ünvanda yerləşən 0,12 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. 12 aprel 2022-ci il tarixli “X14 və Ekspertiza Mərkəzi“ MMC tərəfindən verilmiş 93 saylı mütəxəssis rəyindən də görünür ki, JN-28913D (********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən ünvan 3 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi, X2 Bakı şəhəri, Əzizbəyov rayonu, XDS icraiyyə komitəsinin 1991-ci il tarixli qərarı ilə ünvan 4 ünvanına ayrılmış 1200 kv.m ölçüdə torpaq sahəsi ilə üst-üstə düşmür. Məhkəmə torpaq sahəsinin sxemi və xəritədən çıxarış sənədinin ləğv edilməsini qərara alsa da, qərarın mətnində həmin sənədlərin ləğv edilməsinin əsasında konkret olaraq hansı hüquq norması dayandığını əsaslandırmır. Məhkəmə hüquq normalarını düzgün tətbiq etməmişdir. Həmçinin, işin həqiqi halları ondan ibarətdir ki, iddiaçı ilə üçüncü şəxsin torpaq sahələri bir-birindən 26-30 metr kənarda yerləşir, sadəcə olaraq iddiaçının torpaq sahəsinin koordinatları cavabdeh tərəfindən səhv olaraq üçüncü şəxsin torpaq sahəsinə işlənmişdir, bununla bağlı üçüncü şəxsin cavabdehə qarşı digər hakimin icraatında iddia tələbi vardır. Apellyasiya və kassasiya instansiya məhkəmələrində icraat: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-140/2023 nömrəli iş üzrə 13 aprel 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 20 aprel 2022-ci il tarixli, 2-1(112)-4755/2022 saylı qərarı ləğv edilmiş, iddiaçının cavabdehə qarşı “torpaq sahəsinin sxemi və xəritədən çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1805/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 aprel 2023-cü il tarixli, 2-1(103)-140/2023 nömrəli qərardadının ləğv edilməsi, işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin vəkili apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etirazını bildirərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan; - Əzizbəyov rayon X13 İcraiyyə Komitəsinin 17 saylı xx.xx.1991-ci il tarixli qərarından görünür ki, X3 Mərdəkan qəsəbəsində 14/12 №-li sahədə fərdi yaşayış evi tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. - Mərdəkan qəsəbəsində vətəndaş X4 ayrılan 14/12 saylı torpaq sahəsinin sxemi və xəritədən çıxarışından görünür ki, sxem və xəritə Xəzər Rayon İcra Hakimiyyətinin Mərdəkan qəsəbə nümayəndəsi İ.Muqbilov tərəfindən imzalanaraq möhürlə təsdiqlənmiş və xx.xx.2018-ci il tarixdə 51 saylı qeydiyyatı aparılmışdır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi 5/131 saylı sahədə yerləşən 0.12 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmışdır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli AA 004113 torpaq sahəsinin plan və ölçüsündən görünür ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi 5/131 saylı sahədə yerləşən 0.12 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - İddiaçı ilə X16 arasında bağlanmış AN-İ-№ ******* saylı, 10 aprel 2008-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, alıcı ünvan 1 ünvanda yerləşən 0,12 ha torpaq sahəsini almışdır. - Cavabdehin 471 saylı xx.xx.2021-ci il tarixli saylı məktubu ilə iddiaçının müraciətinə baxılaraq X2 Xəzər RİHB-nın Mərdəkan inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilən cizgi və xəritədən çıxarışın ləğv olunmasının səlahiyyətləri xaricində olması əsası ilə imtina edilmişdir. - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2022-ci il tarixli BA00298-2022 saylı məktubundan görünür ki, Əzizbəyov rayon İH-nin (indiki Xəzər RİH) arxiv fondu üzrə xx.xx.1991-ci il tarixli 17 saylı qərarı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. - “X14 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş 93 saylı 12 aprel 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Xəzər rayon İcra Hakimiyyətinin Mərdəkan qəsəbə nümayəndəsi İ.Muqbilov tərəfindən 3-cü şəxs X2 xx.xx.2018-ci il tarixdə verilmiş sxemdə göstərilən Mərdəkan qəsəbəsində yerləşən 14/12 saylı torpaq sahəsinin sənəd üzrə və faktiki yerləşmə vəziyyəti, konfiqurasiyası naturaya uyğundur, təyinatı yaşayış məntəqələrinin torpaqlarına aiddir. AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli xx.xx.2008-ci il tarixli çıxarışla İddiaçı mülkiyyətində olan ünvan 5 ünvanda yerləşən 0,12 ha torpaq sahəsinin faktiki yeri ilə üstüstə düşmür, lakin həmin çıxarışın faktiki koordinatları Mərdəkan qəsəbəsi 14/12 saylı ünvanda yerləşən 0,12 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. - “X14” MMC tərəfindən verilmiş 38 saylı 26 avqust 2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, X4 Bakı şəhəri Əzizbəyov Rayon XDS İK-nin 1 oktyabr 1991-ci il tarixli qərarı ilə ünvan 6 ünvanında ayrılmış 1200 kv.m ölçüdə torpaq sahəsinin koordinatları ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər şöbəsi tərəfindən X6 adına verilmiş JN-28913D nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən Bakı şəhəri, Mərdəkan qəsəbəsi 5/131 saylı ünvandakı 1200 kv.m ölçüdə torpaq sahəsinin koordinatları üst- üstə düşmür. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər şöbəsi tərəfindən X6 adına verilmiş JN28913D (kod ********) nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən ünvan 7 ünvandakı 1200 kv.m ölçüdə torpaq sahəsinin koordinatları ilə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmış (iş materiallarına planı əlavə olunmuş) ünvan 7 ünvanında yerləşən 1200 kv.m torpaq sahəsinin koordinatları eynilik təşkil etmir. Mübahisəli torpaq sahəsinin faktiki koordinatları X4 Bakı şəhəri Əzizbəyov Rayon XDS İK-nin 1 okyabr 1991-ci il tarixli qərarı ilə ünvan 8 ünvanında ayrılmış 1200 kv.m ölçüdə torpaq sahəsinin və daşınmaz əmalkın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmış (iş materiallarına planı əlavə olunmuş) ünvan 3 ünvanında yerləşən 1200 kv.m torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. İstifadə hüququ ilə Vaqif Nejarova məxsus Mərdəkan qəsəbəsində 14/12 nömrəli sahədə yerləşən 1200 kv.m torpaq sahəsi ilə Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 10 may 1994-cü il tarixli, 407/360 saylı Sərəncamı ilə ayrılmış X8 (şəhadətnaməyə əsasən), X6 (şəhadətnaməyə əsasən) 0.12 ha torpaq sahəsi üst-üstə düşmür, bir-birindən kənarda yerləşir. İddiaçı (çıxarışa əsasən) mülkiyyətində olan ünvan 7də ayrılmış 0.12 ha torpaq sahəsinin koordinatları Vaqif Nejarova ayrılmış və onun faktiki istifadəsində olan torpaq sahəsinə işləndiyindən (halbuki, İddiaçı 0,12 ha torpaq sahəsi Gülnaz Əliyevanın 0.12 ha torpaq sahəsi ilə üst-üstə düşməlidir) onun torpaq sahəsi ilə üst-üstə düşür. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında qeyd etmişdir ki, “iddiaçının Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi 5/131 saylı sahədə yerləşən 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmışdır. Əzizbəyov rayon X13 İcraiyyə Komitəsinin 17 saylı xx.xx.1991-ci il tarixli qərarı ilə iş üzrə üçüncü şəxs X3 Mərdəkan qəsəbəsində 14/12 №-li sahədə fərdi yaşayış evi tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Mərdəkan qəsəbəsində vətəndaş X4 ayrılan 14/12 saylı torpaq sahəsinin sxemi və xəritədən çıxarışı Xəzər rayon İcra Hakimiyyətinin Başçısının X11 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş, sxem və xəritə nümayəndə İ.Muqbilovun imzası və möhürü ilə təsdiq edilmişdir. İş üzrə alınmış mütəxəssis rəyinə görə Xəzər rayon İcra Hakimiyyətinin Mərdəkan qəsəbə nümayəndəsi İ.Muqbilov tərəfindən 3-cü şəxsə xx.xx.2018-ci il tarixdə verilmiş torpaq sahəsinin sxemində göstərilən Mərdəkan qəsəbəsində yerləşən 14/12 saylı torpaq sahəsinin koordinatları Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli xx.xx.2008-ci il tarixli çıxarışla iddiaçının mülkiyyətində olan ünvan 5 ünvanda yerləşən 0,12 ha torpaq sahəsinin plan və ölçüsündə göstərilən koordinatları ilə üst-üstə düşür. Buna görə də iddiaçı özünün subyektiv hüququna əsaslanaraq həmin sxem və xəritədən çıxarışın qanunsuz olduğundan ləğv edilməsi barədə cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən ərizənin təmin edilməsindən imtina edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları nəzərə alındıqda, iddiaçı Xəzər rayon İcra Hakimiyyətinin Mərdəkan qəsəbə nümayəndəsi tərəfindən üçüncü şəxsin adına xx.xx.2018-ci il tarixdə 51 nömrə ilə aparılmış qeydiyyatın qanunsuz hesab edilərək verilmiş “Mərdəkan qəsəbəsində yerləşən vətəndaş X4 ayrılan 14/12 saylı torpaq sahəsinin sxemi və xəritədən çıxarış” sənədinin ləğv edilməsini tələb etməkdə haqlı sayılmalıdır”. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1265/2024 nömrəli iş üzrə 20 fevral 2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək, ekspertiza qarşısında: 1. Xəzər rayon İcra Hakimiyyətinin Mərdəkan qəsəbə nümayəndəsi İ.Muqbilov tərəfindən 3-cü şəxs X2 xx.xx.2018-ci il tarixdə verilmiş “sxemdə göstərilən Mərdəkan qəsəbəsində yerləşən 14/12 saylı torpaq sahəsinin təyinatı, konfiqurasiyası, koordinatları sənəd üzrə və faktiki naturada harada yerləşir? 2. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli xx.xx.2008-ci il tarixli çıxarışla İddiaçı mülkiyyətində olan ünvan 5 ünvanda yerləşən 0,12 ha torpaq sahəsinin faktiki yeri və koordinatları ilə kəsişirmi, qeyd olunan sahələr ilə üst-üstə düşürmü? sualları qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, Xəzər rayon İcra Hakimiyyətinin Mərdəkan qəsəbə nümayəndəsi İ.Muqbilov tərəfindən 3-cü şəxs X2 xx.xx.2018-ci il tarixdə verilmiş “sxemdə göstərilən Mərdəkan qəsəbəsində yerləşən 14/12 saylı ünvanda yerləşən torpaq sahəsinin faktiki yeri və konfiqurasiyası Xəzər rayon İcra Hakimiyyətinin Mərdəkan qəsəbə nümayəndəsi İ.Muqbilov tərəfindən X2 xx.xx.2018ci il tarixdə verilmiş sxemə uyğundur, yaşayış məntəqələrinin torpaqlarına aiddir, koordinatları tərtib olunmuş və aşağıda göstərilmişdir: 425839.98 425873.96 425891.11 425859.15 4481631.24 4481654.42 4481629.90 4481607.81. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, xx.xx.2008-ci il tarixli çıxarışla İddiaçı mülkiyyətində olan ünvan 5 ünvanda yerləşən 0,12 ha torpaq sahəsinin faktiki yeri ilə üst-üstə düşmür. Beləliklə məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, Xəzər rayon İcra Hakimiyyətinin Mərdəkan qəsəbə nümayəndəsi İ.Muqbilov tərəfindən 3-cü şəxs X2 xx.xx.2018-ci il tarixdə verilmiş “sxemdə göstərilən Mərdəkan qəsəbəsində yerləşən 14/12 saylı ünvanda yerləşən torpaq sahəsinin faktiki yeri və konfiqurasiyası Xəzər rayon İcra Hakimiyyətinin Mərdəkan qəsəbə nümayəndəsi İ.Muqbilov tərəfindən X2 xx.xx.2018-ci il tarixdə verilmiş sxemə uyğundur və İddiaçı mülkiyyətində olan ünvan 5 ünvanda yerləşən 0,12 ha torpaq sahəsinin faktiki yeri ilə üst-üstə düşmür. Belə olan halda birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinin Başçısının X11 Ərazi Dairəsi üzrə Nümayəndəliyinə qarşı (3-cü şəxs X7) “torpaq sahəsinin sxemi və xəritədən çıxarışın ləğv edilməsi” tələbini təmin edərkən haqlı olmamışdır. Mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4-cü maddəsinə əsasən torpaq sahəsi - dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, Qanun torpaq icarədarlarının hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin maddənin xx.xx.2008-ci il tarixədək qüvvədə olan 3-cü bəndinə görə torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndinə görə torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 536 saylı Fərmanı (Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 630 saylı Fərmanı ilə ləğv edilmişdir) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən “Torpaq sahəsinin plan və ölçüsü”nün təsviri”nin 1-ci bəndinə görə bu sənəddə qanunvericiliyə uyğun olaraq torpaq üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədi ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən “Torpaq sahəsinin plan və ölçüsü” təsvir edilir, 5-ci bəndinə görə isə plan və ölçü Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rayon (şəhər) şöbəsinin müdiri və həmin plan və ölçü tərtib etmiş icraçı tərəfindən imzalanır, möhürlə təsdiq olunur. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmiş və ləğv edilmiş Komitənin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.23-cü bəndinə görə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, iddianın təmin edilməsi barədə maddi və prosessual hüquq normalarının pozulması ilə qərar qəbul etmişdir. Ona görə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası, üçüncü şəxsin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinın qərarının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, üçüncü şəxsin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 20 aprel 2022-ci il tarixli, 2-1(112)-4755/2022 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4755/2022 saylı, 20 aprel 2022-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinin Başçısının X11 Ərazi Dairəsi üzrə Nümayəndəliyinə qarşı (3-cü şəxs X7) “torpaq sahəsinin sxemi və xəritədən çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-1265/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1265/2024
10.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver