Məhkəmə qərarları › İş №2-1(103)-1266/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1266/2020

04.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1266/2020 04.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Həmidov Həmid Üzeyir oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçının vəkili X5, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinə qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-516/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq müəyyən etdi: İddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsı Vergilər Nazirliyinə qаrşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı (FİN xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə inzibati akt qəbul edilməsi öhdəliyinin Azərbaycan Respublikasının Vergilər Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-516/2020 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-516/2020 saylı qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinixahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlilini araşdıraraq, aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Bundan sonra iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmiş və birinci instansiya məhkəməsi tərəfindən iddiası təmin edilmişdir. İş materiallarından görünür ki, - Azərbaycan Republikası Vergilər Nazirliyi Kommersiya qurumunun dövlət reyestrindən xx.xx.2019-cu il tarixli çıxarışa əsasən “xxxxxxxxxx” MMC-nin təsisçisi İddiaçı, qanuni təmsilisi X3 göstərilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8840/2019 nömrəli iş üzrə qəbul edilmiş xx xxxx 2019-cu il tarixli qətnaməsinə əsasən ərizəçi Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri X2 “xxxxxxxxxxxxxxxx” MMC-nin 70,87 manat məbləğində, “xxxxxxxxxx” MMC-nin 9049,18 manat vergi borclarının ödənilməsini təmin etmək üçün hüquqi şəxslərin icra orqanı - rəhbəri olan İddiaçı Elmar oğlu barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)- 1411/2019 saylı qətnaməsi ilə təmin edilmişdir, həmin qətnamədən maraqlı şəxs (hazırki iş üzrə iddiaçı) İddiaçı verdiyi apellyasiya şikayəti təmin edilməmişdir. C - cavabdeh Аzərbаycаn Rеspublikаsının Vergilər Nazirliyinin İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubuna əsasən iddiaçının “xxxxxxxxxx” MMC-nin rəhbəri vəzifəsindən azad olunduğu üçün ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi haqqında cavabdehə etdiyi müraciətinin təmin edilməsindən imtina edilmişdir, imtinanın əsası kimi Nərimanov rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-1411/2019 nömrəli qətnaməsinin çıxarılmasına əsas olmuş “xxxxxxxxxx” MMC-nin dövlət büdcəsinə olan borcunun ödənilməsinin təmin edilməməsi göstərilmişdir. Birinci instansiya məhkəməsi qərarını əsaslandırarkən qeyd etmişdir ki, İşin faktiki hallarına əsasən iddiaçının icra orqanı olduğu hüquqi şəxslər “xxxxxxxxxxxxxxx” MMCnin və “xxxxxxxxxx” MMC-nin dövlət büdcəsinə vergi borcu olduğu üçün qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçının ölkədən getmək hüququ məhdudlaşdırılmışdır, sonradan “xxxxxxxxxxxxxxxx” MMC tərəfindən verdi borcu ödənilmiş, “xxxxxxxxxx” MMC-nin icra orqanı isə dəyişmişdir, yəni iddiaçı artıq “xxxxxxxxxx” MMC-nin icra orqanı deyildir. Belə olan halda iddiaçının ölkədən getmək hüququnun məhdudlaşdırılmasına səbəb olmuş əsas hazırda aradan qalxmışdır. Bununla razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi “xxxxxxxxxx” MMC-nin dövlət büdcəsinə vergi borcu xx.xx.2019-cu il tarixədək yəni hazırki iddiaçının həmin müəssisədə qanuni təmsilçi və rəhbəri olduğu dövrdə yarandığından, sonradan müəssisənin rəhbərinin dəyişməsi borc yarandığı dövrdə müəssisənin rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının aradan qalxması üçün əsas olan hal kimi qəbul edilə bilməz. Həmçinin kollegiya qeyd edir ki, müəssisənin borcu yarandıqdan sonra təmsilçinin təsisçiyə, təsisçinin isə qanuni təmsilçiyə çevrilməsi məsuliyyətdən yayınmaq məqsədi güdür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)- 516/2020 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilməməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 99.1, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-516/2020 saylı qərarı ləğv olunsun. İş üzrə yeni qərar elan olunsun. İddiaçının iddiası təmin edilməsin. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Valeh Ağayev Hakimlər Həmid Həmidov Vidadi Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar