Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1266/2023 12.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə “3-cü şəxslərin qeydiyyatdan çıxarılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X10 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X5 ibarət tərkibdə, X8-Yusiflinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə qarşı “3-cü şəxslərin onun mülkiyyətində olan evdən qeydiyyatdan çıxarılması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10140/2022 saylı 08 dekabr 2022-ci il tarixli qərarından 3cü şəxs X11 tərəfindən verilmiş apellyasiya şikayətinə 12 aprel 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş FM seriyal 031654 nömrəli Qeydiyyat vəsiqəsinin surətindən müəyyən olunur ki, Bakı şəhəri, Əzizbəyov rayonu (indiki Xəzər rayonu), Binə qəsəbəsi, Bakıxanov küçəsi, döngə 12, ev 2 xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İddiaçı Səfdar oğlu onun mülkiyyətində olan ünvan 3 ünvanından 3-cü şəxslər X4, İddiaçı Zamin oğlunun və X6 pasport qeydiyyatdından çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 055-13804N-3222 saylı cavab məktubunda qeyd edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 5-ci maddəsinə tələblərinə müvafiq olaraq sözügedən məsələ ilə əlaqədar məhkəmə orqanlarına müraciət etməsi tövsiyə olunmuşdur. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “onun mülkiyyətində olan ünvan 3 ünvanından 3-cü şəxslər X4, İddiaçı Zamin oğlunun və X6 pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddianın əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş FM 031654 seriyalı, xx.xx.2004-cü il tarixli çıxarışa əsasən onun mülkiyyətindədir. Oğlu X1 Leyla Əşrəf qızı ilə xx.xx.2012-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşdur. Ailə qurduqdan sonra üçüncü şəxslər müvəqqəti olaraq ona məxsus olan Xəzər rayonu, Binə qəsəbəsi, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə köçərək orada yaşayıblar. X11 ilə X12 arasında olan nikah xx.xx.2021-ci il tarixli məhkəmə qətnaməsi ilə pozulmuşdur. O, üçüncü şəxslərin qeydiyyatdan çıxarılmaları ilə bağlı cavabdeh Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmiş, lakin cavabdeh inzibati orqan tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz daxil olmamışdır. 3-cü şəxs X4 iddiaya dair yazılı münasibəti: İddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun, azyaşlı övladları ilə birlikdə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmaqları barədə qərar çıxarılmasını xahiş etmişdir. Hesab edir ki, iddia əsaslı deyildir və təmin edilməməlidir. Belə ki, mübahisə pedmeti olan fərdi yaşayış evi ilə bağlı başqa məhkəmə mübahisəsi hazırda davam edir, birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılmışdır, həmin qətnamə hal-hazırda onun tərəfindən apellyasiya qaydasında mübahisələndirilir. Həmçinin iddiaçı onun və övladlarının həmin mənzildən qeydiyyatdan çıxarılmaqları ilə bağlı iddia növünü düzgün seçməmiş, iddiaçı onun və övladlarının həmin evdən qeydiyyatdan çıxarılmaqları yalnız kompensasiya təklif etməklə məhkəmə qaydasında tələb edə bilər. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. O, hal-hazırda 2 azyaşlı övladı ilə kirayədə yaşayır, uşaqlarına verilən alimentin məbləği onların ehtiyaclarını tam ödəmir, keçmiş ailə üzvü kimi onun və övladlarının həmin fərdi yaşayış evindən istifadə etmək ehtiyacları vardır və iddiaçı həmin evin mülkiyyətçisi olaraq hesab edirsə ki, onun və övladlarının həmin evdən istifadəsi mümkünsüzdür, bu zaman Konstitusiya Məhkəməsinin qərarında göstərildiyi kimi haqqları olan kompensasiya ödənilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən İddiaçı iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10140/2022 saylı 08 dekabr 2022-ci il tarixli qərarı ilə iddianın təmin edilərək, 3-cü şəxslər xx.xx.1992-ci il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü İddiaçı Zamin oğlunun və xx.xx.2016-cı il təvəllüdlü X6 İddiaçı məxsus ünvan 3 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin Bakı şəhəri Xəzr rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan 3-cü şəxs X11 tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı ədalətsiz və əsassız olduğundan ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. Belə ki, mübahisə pedmeti olan fərdi yaşayış evi ilə bağlı başqa məhkəmə mübahisəsi hazırda davam edir, birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılmışdır, həmin qətnamə hal-hazırda onun tərəfindən apellyasiya qaydasında mübahisələndirilir. Həmçinin iddiaçı onun və övladlarının həmin mənzildən qeydiyyatdan çıxarılmağı ilə bağlı iddia növünü düzgün seçməmişdir. İddiaçı onun və övladlarının həmin evdən qeydiyyatdan çıxarılmağını yalnız kompensasiya təklif etməklə məhkəmə qaydasında tələb edə bilər. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. O, hal-hazırda 2 azyaşlı övladı ilə kirayədə yaşayır, uşaqlarına verilən alimentin məbləği ehtiyacları tam ödəmir, keçmiş ailə üzvü kimi onun və övladlarının həmin fərdi yaşayış evindən istifadə etmək ehtiyacı vardır. İddiaçı həmin evin mülkiyyətçisi olaraq hesab edirsə ki, onun və övladlarının həmin evdən istifadəsi mümkünsüzdür, bu zaman Konstitusiya Məhkəməsinin qərarında göstərildiyi kimi, haqqı olan kompensasiya ödənilməlidir. Həmçinin həmin fərdi yaşayış evindən qeydiyyatdan çıxarılacağı halda onun və övladlarının qeydiyyata alınması üçün yaşayış yeri yoxdur. Tərəflərin izahatları: İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etmədiyini bildirmiş və bununla bağlı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı cavabdeh inzibati orqan tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş məktubun məzmunundan görünür ki, işə onların nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. 3-cü şəxslər isə məhkəmə iclasının vaxti və yeri barədə lazımi qaydada mlumatlandırılsa da iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Xəzər rayon Polis İdarəsinin nümayəndəsinin və 3cü şəxslərin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş FM 031654 seriyalı, xx.xx.2004-cü il tarixli çıxarışa əsasən onun mülkiyyətindədir. Oğlu X1 Leyla Əşrəf qızı ilə xx.xx.2012-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşdur. Ailə qurduqdan sonra üçüncü şəxslər müvəqqəti olaraq ona məxsus olan Xəzər rayonu, Binə qəsəbəsi, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə köçərək orada yaşayıblar. X11 ilə X12 arasında olan nikah xx.xx.2021-ci il tarixli məhkəmə qətnaməsi ilə pozulmuşdur. O, üçüncü şəxslərin qeydiyyatdan çıxarılmaları ilə bağlı cavabdeh Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmiş, lakin cavabdeh inzibati orqan tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmiş və ona bu məsələ ilə bağlı məhkəmə orqanına müraciət etməsi tövsiyə edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İş materiallarından görünür ki, Bakı şəhəri, Əzizbəyov rayonu (indiki Xəzər rayonu), Binə qəsəbəsi, Bakıxanov küçəsi, döngə 12, ev 2 xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Birinci instansiya məhkəməsinin sorğularına cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əalkın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********59 nömrəli məktubundan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Məktuba əlavə edilmiş Daşınmaz Əmlakın AN-İ seriyalı ******* nömrəli xx.xx.2004-cü il tarixli alqısatqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini X2 müqavilə əsasında almışdır. Bakı şəhər Xəzər Rayon Polis İdarəsinin 055-26372-1222 saylı xx.xx.2022-ci tarixli məktubundan xx.xx.1992-ci il təvəllüdlü X4 xx.xx.2014- cü il tarixdə Xəzər rayon Polis İdarəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şəbəsi tərəfindən, xx.xx.2012-ci il təvəllüdlü İddiaçı Zamin oğlunun xx.xx.2019-cu il tarixdə, xx.xx.2016-cı il təvəllüdlü X6 xx.xx.2022-ci il tarixdə 5 saylı Bakı “Asan xidmət” Mərkəzi tərəfindən ünvan 3 ünvanına yaşayış yeri üzrə qeydiyyata alındıqları məlum olmuşdur. Daxili İşlər Nazirliyinin müvafiq qərarının tələblərinə uyğun olaraq L.Nağıyevanın sözügedən ünvana qeydiyyata alınmağına əsas verən sənədlər 5 il saxlanıldıqdan sonra məhv edilmişdir. Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin 018-27560-1222 saylı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.1992-ci il təvəllüdlü X11 ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyatdadır. Göstərilən şəxslərin qeyd olunan ünvana qeydiyyata alınmasına və onlara şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin saxlama müddəti (5 il) bitdiyi üçün məhv edildiyindən həmin sənədlərin məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Əlavə olaraq qeyd olunan ünvanda qeydiyyatda olan xx.xx.2012-ci il təvəllüdlü İddiaçı Zamin oğlu və xx.xx.2016-cı il təvəllüdlü X13 “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin tələbinə uyğun olaraq valideynlərinin yaşayış yeri üzrə ilk dəfə şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilən azyaşlıdırlar. Hazırda iddiaçı göstərir ki, keçmiş gəlini Leyla Nağıyeva və onun övladları (azyaşlı nəvələri) sözügedən mənzildə yaşamırlar. Həmçinin 3-cü şəxsin və onun övladlarının orada yaşamaması 3-cü şəxs tərəfindən verilmiş apellyasiya şikayətində də özü tərəfindən etiraf edilmişdir. Belə olan halda iddiaçı onunla birgə yaşamayan üçüncü şəxslərin (keçmiş gəlininin və nəvələrinin) çıxarış əsasında ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmuş, cavabdeh Xəzər rayon Polis İdarəsinin isə həmin şəxslərin qeydiyyatdan çıxarılmasından imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Kollegiya onu da nəzərə alır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 3039/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən X11 ilə X12 arasında olan xx.xx.2011-ci il tarixdə Ağsu Qeydiyyat şəbəsində 487 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması və nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü İddiaçı Zamin oğlu və xx.xx.2016-cı il təvəllüdlü X6 anaları X4 yanında qalmaları qət edilmişdir. Həmçinin Xəzər Rayon Məhkəməsinin 2(003)-2629/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı X4 cavabdeh X7 qarşı onun və uşaqları 22 oktyabr 2012-ci il təvəllüdlü İddiaçı Zamin oğlu və 25 may 2016-cı il təvəllüdlü X13 ilə birlikdə ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə iddiasının təmin edilməməsi qət edilmişdir. Apellyasiya baxış zamanı iddiaçı tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Ali Məhkəmənin 2(102)-566/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından məlum oldu ki, Xəzər rayon Məhkəməsinin 2(003)-2629/2022 saylı qətnaməsindən X11 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7741/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə qeyri- mümkün hesab edilmiş və sözügedən qərardad Ali Məhkəmənin mövud qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Bununla yanaşı, məhkəmə kollegiyasının sorğusu əsasında xx.xx.2023-cü il tarixdə Xəzər Rayon Məhkəməsindən daxil olmuş sorğuya cavab məktubunda qeyd edilmişdir ki, məhkəmənin 2(003)-3039/2021 saylı xx.xx.2021-ci il və 2(003)-2629/2022 saylı xx.xx.2022-ci il tarixli qətnamələri qanuni qüvvəsini almışlar. Qeyd olunmalıdır ki, iddiaçının ona məxsus mənzildən qeydiyyatdan çıxaılmasını tələb etdiyi digər 3-cü şəxslər- nəvələri İddiaçı Zamin oğlu xx.xx.2012-ci il təvəllüdlü olmaqla 15 yaşında, X13 xx.xx.2016-cı il təvəllüdlü olmaqla 7 yaşındadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Həmin Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanununun müddəalarının təhlilindən göründüyü kimi, qanun hazırki iş üzrə faktiki hallar əsasında üçüncü şəxsin iddiaçının evindən qeydiyyatdan çıxarılmasını tənzimləmir. Qanunda eyni zamanda bu vəziyyətdə qeydiyyatdan çıxarılmanı qadağan edən norma da yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2020-ci il tarixli Qərarında məhz bu məsələləri araşdırmış və qərara almışdır ki:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin bu qərarının hazırki işə tətbiqi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, əvvəla hazırki işdə iddiaçı mübahisəli mənzilin mülkiyyətçisidir və bununla yanaşı, qeydiyyatdan çıxarılması qərara alınan iddiaçının nəvələri azyaşlı olmaqla, mülki məhkəmə qətnaməsi əsasında anasının yanında saxlandığından yaşayış yeri anasının yaşayış yeridir, anasının isə, yəni üçüncü şəxsin iddiaçıya məxsus mübahisəli evdə iddiaçının razılıq ərizəsi əsasında qeydiyyata alınması müəyyən olunmur. 3-cü şəxs özü də şikayətində övladları ilə iddiaçıya məxsus mənzildə yaşamadığını təsdiqləmişdir. Buna görə də məhkəmə hazırki iddianın həllində Konstitusiya Məhkəməsinin qərarının 3-cü bəndindən hərəkət etməlidir. Konstitusiya Məhkəməsi eyni zamanda bununla bağlı da hüquqi mövqeyini bildirərək göstərmişdir ki, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması hallarında qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Bu, o deməkdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna əsasən üçüncü şəxsin azyaşlı övladının mübahisəli evdə qeydiyyatı üçün zəruri olan şərt (daimi və ya daha çox həmin evdə yaşaması) mövcud deyildir. Şəxsin bir ünvanda qeydiyyatda olub başqa yerdə faktiki olaraq yaşaması, qanunun yuxarıda göstərilən məqsədlərinin həyata keçirilməsini nəinki təmin etmir, əksinə mümkünsüz edir. Qeydiyyat haqqında qanunun məqsədləri və müəyyən etdiyi şərtlər baxımından üçüncü şəxsin azyaşlı övladının iddiaçının evində qeydiyyatda qalması üçün qanuni əsaslar yoxdur. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudları (hədləri) müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi). 43. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük 9 palatanın 22 iyun 2004-cü il tarixli Qərarı, §147- 148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük palatanın 29 mart 2006-cı il tarixli Qərarı, § 93). 45. Baxılan iş üzrə üçüncü şəxsin (iddiaçının keçmiş gəlininin) iddiaçıya məxsus mənzilə hər hansı hüququnun olmadığı, mülki məhkəmə qətnaməsi ilə azyaşlı övladlarının onun yanında saxlanıldığı və onun da övladları ilə birlikdə atasına məxsus evdə yaşadığı nəzərə alınmaqla, iddiaçının nəvələrinin iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmasını şərtləndirən cəmiyyətin üstün maraqları mövcud deyil. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə həmin dəlillər birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan qərarının ləğv edilib iddianın rədd edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğundan qərar mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, 3-cü şəxs X11 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-10140/2022 saylı 08 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
3-cü şəxs X11 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10140/2022 saylı 08 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov