Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1266/2025 16.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarların ləğv edilməsi tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-9648/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş May 2022-ci il ƏDV dövrü üzrə 14 may 2024 tarixli **********182900 saylı, dekabr 2022-ci il ƏDV dövrü üzrə 14 may 2024 tarixli **********175300 saylı, aprel 2023-cü il ƏDV dövrü üzrə 14 may 2024 tarixli **********236900 saylı, iyun 2023-cü il ƏDV dövrü üzrə 14 may 2024 tarixli **********268400 saylı, aprel 2022-ci il ƏDV dövrü üzrə 14 may 2024 tarixli **********523200 saylı, noyabr 2022-ci il ƏDV dövrü üzrə 14 may 2024 tarixli **********512800 saylı, iyul 2022-ci il ƏDV dövrü üzrə 14 may 2024 tarixli **********518000 saylı, avqust 2023-cü il ƏDV dövrü üzrə 14 may 2024 tarixli **********864100 saylı, sentyabr 2022-ci il ƏDV dövrü üzrə 14 may 2024 tarixli **********510400 saylı, yanvar 2023-ci il ƏDV dövrü üzrə 14 may 2024 tarixli **********193300 saylı, may 2023-ci il ƏDV dövrü üzrə 14 may 2024 tarixli **********195700 saylı, avqust 2022-cü il ƏDV dövrü üzrə 14 may 2024 tarixli **********032700 saylı, iyul 2023-ci il ƏDV dövrü üzrə 14 may 2024 tarixli **********033400 saylı, fevral 2023-cü il ƏDV dövrü üzrə 14 may 2024 tarixli **********030300 saylı, oktyabr 2022-cü il ƏDV dövrü üzrə 14 may 2024 tarixli **********031000 saylı, mart 2023-ci il ƏDV dövrü üzrə 14 may 2024 tarixli **********189800 saylı, mart 2024-cü il ƏDV dövrü üzrə 04 iyun 2024 tarixli **********931200 saylı, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarların ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, həmin qərarlar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Belə ki, cavabdeh tərəfindən kameral vergi yoxlaması əsasında hesablanmış əlavə vergi məbləğinə səbəb kimi aşağıdakılar qeyd edilmişdir: “ ... təqdim edilmiş bəyannamə məlumatlarına əsasən, əvəzləşdirmə üçün təqdim edilmiş EBBX seriyalı 040423 nömrəli elektron qaimə-fakturası (VHF-si) üzrə quot "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (990002272 l) 42,46 manat ƏDV məbləği ödənilmədiyi üçün, bu elektron qaimə-fakturası (VHF-si) üzrə əvəzləşdirmə aparıla bilməz. Təqdim edilmiş bəyannamə məlumatlarına əsasən, əvəzləşdirmə üçün təqdim edilmiş EBCL seriyalı, 839884 nömrəli elektron qaiməfakturası (VHF-si) üzrə quot "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (990002272l) 26.45 manat ƏDV məbləği ödənilmədiyi üçün, bu elektron qaimə-fakturası (VHF-si) üzrə əvəzləşdirmə aparıla bilməz”. Belə ki, cavabdeh tərəfindən ünvanlanmış uyğunsuzluq məktublarına aşağıdakı kimi cavablar təqdim edilmişdir: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (**********) sentyabr və noyabr 2022 dövrü üzrə əvəzlədiriləcək ƏDV ödənişi Vergi Məcəlləsinin 175 və 176-cı maddələrinə əsaslanaraq nağdsız qaydada ödənilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (**********) ƏDV ödənişi Vergi Məcəlləsinin 175 və 176-cı maddəsinə əsaslanaraq nağdsız qaydada ödənilmiş və müvafiq olaraq 2022 iyul ayı üzrə ƏDV vergi bəyannaməsində əvəzləşdirilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (**********) ƏDV ödənişi Vergi Məcəlləsinin 175 və 176-cı maddəsinə əsaslanaraq nağdsız qaydada ödənilmiş və müvafiq olaraq 2022 sentyabr və 2022 noyabr ayı üzrə ƏDV vergi bəyannaməsində əvəzləşdirilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (**********) ƏDV ödənişi Vergi Məcəlləsinin 175 və 176-cı maddəsinə əsaslanaraq nağdsız qaydada ödənilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (**********) ƏDV ödənişi cavabdeh vergi orqanı tərəfindən müvafiq araşdırma aparılmadan, təqdim edilmiş sənədlərə baxılmadan vergi qanunvericiliyinin tələblərinə zidd olaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarları qəbul edilmişdir. Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaya etiraz məhkəməyə təqdim edilmiş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən təqdim edilmiş 2022-ci il aprel-dekabr ayları, 2023cü il yanvar-iyul ayları və 2024-cü il mart ayı üçün ƏDV bəyannamələri üzrə kameral vergi yoxlaması həyata keçirilmişdir. 2022-ci il aprel ayı üçün təqdim edilmiş bəyannamənin 308-ci “VM 175.1-ci maddəsinə əsasən, alınmış elektron qaimə-fakturalar (elektron vergi hesab-fakturalar) üzrə nağdsız qaydada ödənilmiş məbləğ" sətrində 160,54 manat göstərilməsinə baxmayaraq, həmin bəyannamənin əldə edilmiş elektron qaiməfakturaları (e-VHF) və bu fakturalar üzrə aparılmış ödənişlər barədə məlumatlar təqdim edilmədiyi üçün kənarlaşma yaranmışdır. 2022-ci il may ayı üzrə təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş EBBX seriyalı, 040423 nömrəli elektron qaimə-fakturası (VHF-si) üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 42.46 manat ƏDV məbləği ödənilmədiyi üçün, 2022-ci il avqust ayı üzrə təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş EBCC seriyalı, 552089 nömrəli elektron qaimə-fakturası üzrə 40.21 manat ƏDV məbləği ödənilmədiyi üçün, 2022-ci il oktyabr ayı üzrə təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş EBCH seriyalı, 897816 nömrəli elektron qaimə-fakturası üzrə 33.82 manat ƏDV məbləği ödənilmədiyi üçün, 2022-ci il dekabr ayı üzrə təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş EBCL seriyalı, 839884 nömrəli elektron qaimə-fakturası (VHF-si) üzrə 26.45 manat ƏDV məbləği ödənilmədiyi üçün, 2023-cü il yanvar ayı üzrə təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş EBCN seriyalı, 614757 nömrəli elektron qaiməfakturası üzrə 54,22 manat ƏDV məbləği ödənilmədiyi üçün, 2023-cü il fevral ayı üzrə təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş EBDA seriyalı, 603921 nömrəli elektron qaimə-fakturası (VHF-si) üzrə 29.26 manat ƏDV məbləği ödənilmədiyi üçün, 2023-cü il mart ayı üzrə təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş EBDC seriyalı 181368 nömrəli elektron qaimə-fakturası (VHF-si) 31.33 manat ƏDV məbləği ödənilmədiyi üçün, 2023-cü il aprel ayı üzrə təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş EBDE seriyalı 209359 nömrəli elektron qaimə-fakturası (VHF-si) üzrə 27.59 manat ƏDV məbləği ödənilmədiyi üçün, 2023-cü il may ayı üzrə təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş EBDG seriyalı 461892 nömrəli elektron qaimə-fakturası (VHF-si) üzrə 18.83 manat ƏDV məbləği ödənilmədiyi üçün, 2023-cü il iyun ayı üzrə təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş EBDİ seriyalı 782171 nömrəli elektron qaiməfakturası (VHF-si) üzrə 25.38 manat ƏDV məbləği ödənilmədiyi üçün, 2023-cü il iyul ayı üzrə təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş EBDK seriyalı 623217 nömrəli elektron qaimə-fakturası (VHF-si) üzrə (9********) 7.82 manat ƏDV məbləği ödənilmədiyi üçün, bu elektron qaimə-fakturaları (VHF-ları) üzrə əvəzləşdirmə aparıla bilməz. Qeyd olunanlarla əlaqədar iddiaçıya xx.xx.2024-cü il tarixli **********545200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin iddiaçı tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından əlavə vergi məbləğləri hesablanmışdır. 2022-ci il iyul ayı üzrə təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş EBCA seriyalı 737001 nömrəli elektron qaiməfakturası (VHF-si) üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 43.01 manat ƏDV məbləği ödənilmədiyi üçün, bu elektron qaimə-fakturası (VHF-si) üzrə əvəzləşdirmə aparıla bilməz. Qeyd olunanlarla əlaqədar iddiaçıya xx.xx.2024-cü il tarixli **********054000 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, iddiaçı tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2022-ci il iyul ayı üçün ƏDV bəyannaməsi üzrə 1062 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2024-cü il tarixli **********033400 nömrəli, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. 2022-ci il sentyabr ayı üzrə təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş EBCE seriyalı 592631 nömrəli elektron qaimə-fakturası "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 32.38 manat ƏDV məbləği ödənilmədiyi üçün, 2022-ci il noyabr ayı üzrə təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş EBCJ seriyalı 915243 nömrəli elektron qaimə-fakturası (VHF-si) üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 48.06 manat ƏDV məbləği ödənilmədiyi üçün bu elektron qaiməfakturaları (VHF-ları) üzrə əvəzləşdirmə aparıla bilməz. Qeyd olunanlarla əlaqədar iddiaçıya xx.xx.2024-cü il tarixli, **********918400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, iddiaçı tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2022-ci il sentyabr ayı üçün ƏDV bəyannaməsi üzrə 30.96 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2024-cü il tarixli **********510400 nömrəli, 2022-ci il noyabr ayı üçün ƏDV bəyannaməsi üzrə 270 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2024-cü il tarixli **********512800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020-ci ildən cari hesabat ayınadək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 74434,71 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə təqdim edilmiş cəmi bəyannamələri (301.1.1.3 + 301.1.1.4 + 301.1.1.6 + 301.1.1.7 + 301.1.1.8 + 301.1.1.9 + 301.1.2.1 + 301.1.2.3 + 301.1.2.5 + 301.1.2.6 + 301.1.2.7 + 301.1.2.8 + 301.1.5 + 318-319.1) sətirlərinə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 43991,69 manat olması təqdim edilmiş üzrə ümumilikdə 30443.02 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar iddiaçıya xx.xx.2024-cü il tarixli **********480800 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, iddiaçı tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2024-cü il mart ayı üçün ƏDV bəyannaməsi üzrə 103 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2024-cü il tarixli **********931200 nömrəli, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-9648/2024 saylı qərarı ilə (hakim E.A. Abdullayev) iddiа tələbi təmin еdilməmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-9648/2024 saylı qərarını İddiaçı tərəfindən mübahisələndirilmiş və apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, “Azercell Telecom" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) əvəzləşdiriləcək ƏDV ödənişi Vergi Məcəlləsinin 175 və 176-cı maddələrinə uyğun olaraq nağdsız qaydada ödənilmiş və müvafiq olaraq ƏDV vergi bəyannaməsində əvəzləşdirilmişdir. Bununla əlaqədar cavabdeh vergi orqanına İddiaçı tərəfindən dəfələrlə müraciət edilmiş, buna baxmayaraq cavabdeh vergi orqanı müraciətlərə məhəl qoymamış, işin hallarını hərtərəfli araşdırmamış, əsassız olaraq hesablanmış vergi məbləğləri azaldılmışdır. Bununla yanaşı, qeyd edilir ki, müvafiq əvəzləşmələrlə bağlı “Azercell Telekom" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənişlər edilmiş, təsdiqedici ödəniş qəbzləri məhkəməyə təqdim edilmişdir. Məhəmə qərarında qeyd edir ki, ödəmə terminal vasitəsilə ödənişlər tərəflər arasında nağdsız ödəniş kimi qəbul edilə bilməz. Məhkəmənin qeyd edilən mövqeyinin yanlış olması ilə bağlı qeyd olunur ki, “Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikası Qanununun 3.1.2-ci maddəsinə əsasən, ödəniş terminalları ilə həyata keçirilən hesablaşmalar nağdsız hesablaşmalar hesab olunur. Həmin Qanunun 3.1.1-ci maddəsinə əsasən, bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilən hesablaşmalar nağdsız hesablaşmalardır. Qeyd edilən maddədən də görünür ki, “E-manat”, “Milliön”, “Easy pay” və digər ödəniş terminalları vasitəsilə edilən ödənişlər də nağdsız hesablaşmalar sayılır. Məhkəmənin “Azercell Telekom" Məhdud Məsuliyyətli Cəmiyyəti və İddiaçı arasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli üzləşmə aktı ilə bağlı mövqeyi ilə bağlı qeyd edilir ki, məhkəmə təqdim edilən hazırkı iş üçün mühüm əhəmiyyət kəsb edən sübut materialları tam araşdırmadan formal mülahizələrinə əsasən üzləşmə aktının mötəbər sübut olmadığı qənaətinə gəlmişdir. Eyni zamanda, məhkəmə qərarında qeyd edir ki, “İş materiallarına əlavə edilmiş qəbzlərlə ödənişin məhz bəyannamədə göstərilmiş məqsədlərlə edildiyi müəyyən edilmir. Belə ki, həmin ödənişlər müxtəlif şəxslərin telefon danışıq haqqına görə ödənilə bilər ki, iddiaçının xərc sənədi kimi nəzərə alına bilməz”. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktub məhkəmənin qeyd edilən mülahizəsini də təkzib edir. Həmin məktuba əsasən aydındır ki, hazırda qeyd edilən İddiaçı adına rəsmiləşdirilmiş fakturalı xətt sistemində xidmət göstərilməkdə olan nömrə aşkar edilmədiyindən müvafiq ödənişlər telefon danışıq haqqına görə ödənilmiş ola bilməz. Göstərilən xüsusatları nəzərə alaraq, İddiaçı Baki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-9648/2024 saylı qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 izahatında məhkəməyə bildirdi ki, İddiaçı "xxxx" şirkəti ilə müqavilə bağlamışdır. Həmin müqavilə əsasında faktura ilə danışıq haqlarını ödənilmişdir. Həmin ödəniş nağdsız hesablaşma qaydalarına uyğun olaraq həyata keçirilmişdir. Əvəzləşmə verilmişdir. İddiaçı tərəfindən dəqiqləşmələr sonradan verilmişdir. Dəqiqləşmələr verildikdən sonra isə cavabdeh inzibati orqan əvvəlki dövrün əvəzləşmələri ləğv edilmişdir. İddiaçının birinci səyyar vergi yoxlaması ilə bağlı məhkəmədə mübahisəsi olmuşdur. İddiaçı mübahisə yekunlaşdıqdandan sonra balans üzrə dəqiqləşmələr verilməli oldu. Bundan sonra isə keçmiş dövrün bütün ƏDV bəyannamələri ləğv edilmişdir. Qərar sayı çox olsa da, əslində işin mahiyyəti bundan ibarətdir. Bununla bağlı da "xxxx" şirkətinə müraciət edilmişdir. "xxxx" şirkətindən borcun olub-olmaması ilə bağlı məktub məhkəməyə təqdim edilmişdir. Eyni zamanda o, ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, ümumi olaraq 4 nömrə vardır. ***-***-**-**, ***-***-**-**, ***-***-**-** nömrələri də mövcud idi. Sözügedən bəyannamələr 2022-2023-cü illəri əhatə edir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi Nümayəndə2 izahatında məhkəməyə bildirdi ki, ƏDV-nin əvəzləşdirilməsi ilə bağlı Vergi Məcəlləsində qeyd olunur ki, ƏDV depozit hesaba köçürülməlidir. Terminal vasitəsilə ödənişlər nağdsız qəbul oluna bilər, lakin burada əsas məsələ depozit hesaba ödənilmə məsələsidir. "xxxx"un nağdsız qaydada ödəniş aparılsa da, ƏDV depozit hesabına köçürülmə məbləği mövcud deyil. Bu da Vergi Məcələəsinin 175-ci maddəsinin tələblərinə ziddir və əvəzləşməyə əsas vermir. Əlavə olaraq qeyd edilməlidir ki, 2022-ci ilin bəyannamələri üzrə 2024-cü ildə dəqiqləşmə verilib. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı tərəfindən təqdim edilmiş 2022-ci il aprel-dekabr ayları, 2023-cü il yanvar-iyul ayları və 2024-cü il mart ayı üçün ƏDV bəyannamələri üzrə cavabdeh tərəfindən kameral vergi yoxlaması həyata keçirilmişdir. Həmin yoxlamalar əsasında müəyyən edilmişdir ki, bəyannamələrdə iddiaçının "xxxx" MMC-yə ödənilmiş xərcləri kimi nəzərdə tutulmuş bir sıra ödənişlər onun tərəfindən həyata keçirilməmişdir. Bu səbəbdən iddiaçının xərclərində kənarlaşma yaranmışdır. İddiaçıya bununla bağlı “kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktublar” göndərilmiş, müvafiq dövrlər üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlərin təqdim edilməsi təklif edilmişdir. Lakin iddiaçı tərəfindən təsdiqedici sənədlər və dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün cavabdeh tərəfindən hazırkı iş üzrə mübahisələndirilən qərarlar qəbul edilmişdir. Məhkəmə kollegiyası ilk olaraq apellyasiya şikayətinin aşağıdakı dəlillərinə münasibət bildirməyi zəruri hesab edir. İddiaçı apellyasiya şikayətində qeyd edir ki, “... müvafiq əvəzləşmələrlə bağlı “Azercell Telekom" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənişlər edilmiş, təsdiqedici ödəniş qəbzləri məhkəməyə təqdim edilmişdir”. Dəlilin yoxlanılması üçün iddiaçı tərəfindən təqdim edilmiş ödəniş qəbzlərinə diqqət yetirildikdə isə müəyyən edilir ki, həmin qəbzlərə əsasən "xxxx" MMC-yə xx.xx.2017-ci il tarixdə 20 manat 50-206-86-30 nömrə üzrə; xx.xx.2017-ci il tarixdə 5 manat 51-328-39-45 nömrə üzrə; xx.xx.2017-ci il tarixdə 20 manat 50210-67-30 nömrə üzrə; xx.xx.2017-ci il tarixdə 10 manat 50-230-88-44 nömrə üzrə; xx.xx.2017-ci il tarixdə 10 manat 50-566-19-92 nömrə üzrə; xx.xx.2017-ci il tarixdə 2 manat 50-228-61-66 nömrə üzrə; xx.xx.2017-ci il tarixdə 10 manat 50-230-88-44 nömrə üzrə; xx.xx.2016-cı il tarixdə 6 manat 50-210-67-30 nömrə üzrə; xx.xx.2016-cı il tarixdə 10 manat 50-230-88-44 nömrə üzrə; xx.xx.2015-ci il tarixdə 2 manat 50-226-16-38 nömrə üzrə; xx.xx.2015-ci il tarixdə 5 manat 50-230-88-44 nömrə üzrə; xx.xx.2015-ci il tarixdə 5 manat 50-230-88-44 nömrə üzrə ödəniş edilmişdir. Göründüyü kimi, ən “yeni” qəbz 2017-ci ilə təsadüf edir. Halbuki, bəyannamələrin 2022-2023-cü illəri əhatə etməsi işin mübahisələndirilməyən halıdır. Eyni zamanda apellyasiya şikayətində qeyd olunur ki, “ ... məhkəmənin “Azercell Telekom" Məhdud Məsuliyyətli Cəmiyyəti və İddiaçı arasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli üzləşmə aktı ilə bağlı mövqeyi ilə bağlı qeyd edilir ki, məhkəmə təqdim edilən hazırkı iş üçün mühüm əhəmiyyət kəsb edən sübut materialları tam araşdırmadan formal mülahizələrinə əsasən üzləşmə aktının mötəbər sübut olmadığı qənaətinə gəlmişdir”. Göstərilən dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, birtərəfli qaydada iddiaçı tərəfindən tərtib olunaraq imzalanmış, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən imzalanmamış sənəd “üzləşmə aktı” adlandırılaraq hazırkı iş üzrə mötəbər sübut olaraq qəbul edilə bilməz. Ziddiyyətli məqamların aydınlaşdırılması üçün məhkəmə tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə aşağıdakı məzmunda sorğu verilmişdir: “ ... Yaranmış zərurətlə əlaqədar göstərilən işin obyektiv araşdırılması məqsədilə, İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış müqaviləyə əsasən EAAQ 842025, EAAS 189690, EAAT 599485, EAAU 960663, EAAW 290365, EAAX 637866, EAAY 966240, EBAA 348712, EBAB 708291, EBAC 881649, EBAE 339938, EBAF 500646, EBAG 823880, EBAİ 024933, EBAJ 177853, EBAK 323171, EBAL 595945, EBAM 835715, ЕВАР 105379, EBAQ 474497, EBAR 705949, EBAT 058876, EBAV 406558, EBAW 548961, EBAX 941237, EBAZ 142146, EBBA 711799, EBBC 225586, EBBD 843161, EBBF 297505, EBBH 041354, EBBJ 715428, EBBL 309633, EBBN 009180, EBBO 781835, EBBQ 189676, EBBR 938100, EBBT 319527, EBBV 152430, EBBX 040423, EBCA 737001, EBCC 552089, EBCE 592631, EBCH 897816, EBCJ 915243, EBCL 839884, EBCN 614757, EBDA 603921, EBDC 181368, EBDE 209359, EBDG 461892, EBDİ 782171, EBDK 623217, EBDM 895200, EBDP 058870, EBBY 931704 seriya və nömrəli e-qaimələrlə xidmət haqqlarının həm əsas, həm ƏDV hissəsinin ödənilib-ödənilməməsi və İddiaçı hal-hazırda hər hansı e-qaimə(lər) üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə borcunun olub-olmaması barədə məlumatların 5 gün müddətində məhkəməyə təqdim edilməsi xahiş olunur”. Qeyd olunan sorğuya cavab olaraq xx.xx.2025-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə aşağıdakı məzmunda cavab ünvanlanmışdır: “ ... Sizin "xxxx" MMC-yə daxil olmuş xx.xx.2025-ci il tarixli 2-1(103)-1266/2025 saylı müraciətiniz ilə əlaqədar bildiririk ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında müqavilə münasibəti (telekommunikasiya xidmətləri istisna olmaqla) mövcud olmayıb. "Azercell Telekom MMC tərəfindən təqdim edilən telekommunikasiya xidmətləri çərçivəsində isə Qarant Mühasibatlıq-Audit-Konsaltinq" MMC-nin istifadəsində mobil telefon nömrələri olmuşdur. Eyni zamanda əlavə məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının qanunvericiliyinə və Abunə Müqavilələrinin şərtlərinə əsasən "xxxx" MMC tərəfindən nömrə abunəçinin istifadəsinə verilir. İstifadəyə verilən nömrələr üzərindən abunəçilin telekommunikasiya xidmətlərindən yararlanmaq ehtiyaclarını təmin edilir, abunəçilər tərəfindən isə bu xidmətlərin müqabilində haqq ödənilməsi həyata keçirilir. Bundan başqa abunəçilərin istifadəsinə verilən nömrələr ilə bağlı münasibətlərimizi tənzimləyən müqavilələrimiz standartdır. Müvafiq olaraq da bütün abunəçilər ilə eyni məzmunlu müqavilələr bağlanmaqla xidmət göstərilir. Həmin müqavilələr isə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun hazırlanıb, müvafiq dövlət orqanları ilə razılaşdırılır və tətbiq edilir. Beləliklə də "X1 Konsaltinq" MMC-yə "xxxx" MMC tərəfindən xüsusi olaraq hər hansı əməliyyatlara həyata keçirilməmiş, digər çoxsaylı abunəçilər ilə mövcud müqavilə münasibətləri çərçivəsində olduğu kimi göstərilmiş xidmətlər müqabilində istifadə edilmiş telekommunikasiya xidmətlərinə görə hesab fakturaları hazırlanaraq təqdim edilmiş, müvafiq olaraq da ödənişlər qəbul edilmişdir. Göstərilənlərlə yanaşı bildiririk ki, "xxxx" MMC-nin istifadəsində olmuş nömrələrdə 2023-cü ildən etibarən addan-ada əməliyyatları həyata keçirilmək ilə, müvafiq Abunə Müqavilələrinə xitam verilmişdir və hazırda "X2 Konsaltinq" MMC-nin adına rəsmiləşdirilmiş fakturah xətt sistemində xidmət göstərilən nömrə mövcud deyil”. Eyni zamanda iddiaçı özü də "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə sorğu verilmiş və cavab məktubunda bildirilmişdir ki, iddiaçının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə hər hansı borcu mövcud deyildir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı inzibati iş kontekstində yalnız iddiaçının hal-hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə borcunun olmaması barədə məlumat iddia ərizəsinin təmin edilməsi üçün kifayət etmir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi, təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri üzrə yaranmış maliyyə öhdəliklərinin qarşılıqlı şəkildə əvəzləşdirilməsi və ya notariusun depozit hesabı vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə əməliyyatın dəyərinin notariusun bankda açdığı depozit hesabına ödənilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt; hesabat dövrü ərzində malların idxalı üzrə - bu Məcəllənin 170-ci maddəsinə uyğun olaraq; vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən bir iş günü müddətində, ƏDV-nin məbləği bu Məcəllə ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilməlidir. Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDV-nin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabına ödənilməlidir. İş materiallarında olan sənədlərdən müəyyən edildiyi kimi, iddiaçı tərəfindən ödənişlərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada və bəyan edilmiş məbləğdə edilməsini təsdiq edə biləcək mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, odur ki, birinci instansiyası məhkəməsi işə baxarkən iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-9648/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-9648/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-1266/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1266/2025
16.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver