Məhkəmə qərarları › İş №2-1(103)-1267/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1267/2022

05.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1267/2022 05.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Baxışova Vüsalə Eyvaz qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə qarşı “bağ sahəsinə dair itirilmiş mərzlərin bərpa olunması tələbinə dair” inzibati iş üzrə işdə iştirak etməyən Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin üçüncü şəxs qismində cəlb edilməsi barədə vəsatəti üzrə Bakı İnzibati Məhkəməsinin 2in(82)-696/2013 saylı 28.12.2021-ci il tarixli qərardadından Sabunçu Rayon İcra Hakimiyyətinin apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m üə y y ə n e t d i: İ. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-696/2012 saylı, 15 avqust 2013-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı ayrılmış, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən, sahəsi 0,12 ha olan 1396 saylı bağ sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilərək mərz nişanlarının bərpası vəzifəsi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə həvalə edilmiş, iddia tələbi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə münasibətdə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1inz(103)-297/14 saylı 06 fevral 2014-cü il tarixli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin həmin qərarı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə münasibətdə hissəsində ləğv edilmiş, həmin hissədə iddia mümkün sayılmamış qalan, İddiaçı ayrılmış, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən, sahəsi 0,12 ha olan 1396 saylı bağ sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilərək mərz nişanlarının bərpası vəzifəsi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə həvalə edilməsi hissəsində qərar dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 may 2014-cü il tarixli 2-1(102)-623/2014 nömrəli qərarı ilə apellyasiya məhkəməsinin həmin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İcra mərhələsində Azərbaycan Respublikası Prezidentinin 05.02.2015-ci il tarixli 453 saylı Fərmanı ilə AR DTXK ləğv edilmiş və dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə, rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrinədə baş vermiş dəyişikliklər barədə arayış təqdim etm funksiyası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə verilmiş və AR Prezidentinin 04 may 2015-ci il tarixli fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Əsasnaməsinin 3.1.26-cı bəndi ilə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələrinə aid edilmişdir. Bundan sonra, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi 04.12.2015-ci il tarixdə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə və qərarın icrasının dayandırılması vəsatətlə məhkəməyə müraciət etmişdir. 2 saylı Bakı-İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-696/2013 saylı, 13 may 2016-cı il tarixli qərardadları ilə cavabdehin yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair həmin ərizəsi və vəsatəti təmin olunmamışdır. Həmin qərardad Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(103)-1851/2016 saylı 11 avqust 2016-cı il tarixli qərardadı ilə, bu sonuncu qərardad da öz növbəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22 noyabr 2016-cı il tarixli 2-1(102)-1939/16 qərardadı ilə dəyişdirilmədlən qüvvədə saxlanılmışdır. Cavabdeh 21.05.2021-ci il tarixində yenidən yeni açılmış hallara dair ərizə və qərarın icrasının dayandırılması barədə vəsatətlə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2in(82)-696/2013 saylı 28.12.2021-ci il tarixli qərardadı ərizə təmin olunmamış, həmin qərardad Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1267/2022 saylı 05 may 2022-ci il tarixli qərardadı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Eyni zamanda, 29.11.2021-ci il tarixdə işdə iştirak etməyən Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyəti birinci instansiya məhkəməsinə vəsatətlə müraciət edərək üçüncü şəxs qismində işə cəlb olunması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Vəsatətdə göstərilən əsaslara görə cavabdeh tərəfindən qərarın icrası zamanı qeyd olunan torpaq sahəsinin dənizkənarı ərazi olduğu, xalq çimərliyinin hüdudlarında yerləşdiyi və həmin ərazinin dövlət mülkiyyətində olan torpaq olduğu müəyyən olunmuşdur (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 28.1, 28.2 və 100-cü maddələrinə istinadən olunmuşdur). Bakı İnzibati Məhkəməsinin 2in(82)-696/2013 saylı 28.12.2021-ci il tarixli qərardadı ilə Sabunçu Rayon İcra Hakimiyətinin vəsatəti təmin olunmamışdır. Sabunçu Rayon İcra Hakimiyəti həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, üçüncü şəxs qismində cəlb olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, aparılan araşdırmalar zamanı məlum olmuşdur ki, sözügedən torpaq sahəsi dənizin kənarında yerləşir, dövlət mülkiyyətində olan torpaqlara aiddir və qumsallıq ərazidir. Ərazidə hər hansı bir gigər bağ sahəsi faktiki olaraq yoxdur. Bundan əlavə, ərazi Nardaran qəsəbəsində Bilgəh-Nardaran (Sumqayıt) dairəvi yolunun kənarında Xalq çimərliyinin ərazisinin bir hissəsidir və həmin ərazidə hər hansı bir bağ sahəsi yerləşmir (Daha sonra apelyator Torpaq Məcəlləsinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun və İPM-in normalarına istinad olunur) Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri, habelə məhkəmə iclasına gəlmədiyi təqdirdə şikayətə onun iştirakı olmadan baxılacağı barədə xəbərdar edilmiş Sabunçu Rayon İH-nin nümayəndəsi məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Ə.Abbasılı apelyatorun mövqeyindən çıxış edərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən nümayəndəsi vəkil T.Əmənov izahatında göstərmişdir ki, birinci instansiya məhkəməsinin qanuni qüvvəsini almış qərarı ilə iddiaçının naturada yerini müəyyən edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. İddiaçı torpaq sahəsinin yerinin harada olduğunu bilmir və cavadeh tərəfindən hər hansı yerin ona məxsus olduğu göstərilməmişdir. Cavabdeh ilk öncə iddiaçının göstərdiyi yerin başqa fiziki şəxsin mülkiyyətində olduğunu, indi isə onun göstərdiyinə istinadən dənizkənarı sahədə çimərlik olduğunu bildirmişdir. Konkret halda, istinad edilən dənizkənarı yer iddiaçıya göstərilmədiyi, məhz dənizkənarı sahə olmasını təsdiq edən heç bir koordinat, bu barədə hər hansı sənəd-sübut mövcud deyil, İddiaçının iştirakı ilə qərarın icrasına dair hər hansı bir akt tərtib olunmadığı halda, guya iddiaçının naturada götərdiyinə istinadən, bağ sahəsinin yerinin “dənizkənarı qumlaq sahə olması” barədə mülahizə reallığı əks etdirir. Hesab edir ki, cavabdeh tərəfindən, məhkəmənin qərarına uyğun olaraq, iddiaçıya torpaq sahəsinin yeri müəyyən edilib göstərilmədiyi halda, Sabunçu İcra Hakimiyyəti maraqlarına toxunan şəxs kimi qəymətləndirilə və üçüncü şəxs kimi işə cəlb olunub iş təzələnə bilməz. İİ. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin qərarında Sabunçu Rayon İcra Hakimiyyətinin vəatətini rədd edərkən qeyd etmişdir ki, «hazırkı iş üzrə iddia tələbinin faktiki və hüquqi əsasları məhz iddiaçıya ayrılmış bağ sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilərək mərz nişanlarının bərpa etmək vəzifəsi inzibati orqana həvalə edilməsindən ibarətdir ki, bununla bağlı məsələlər isə icra hakimiyyətinin fəaliyyət sahələrinə aid edilmir.” Məhkəmə kollegiyası mahiyət etibarı ilə birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır. Çünki, konkret halda, Sabunçu Rayon İcra Hakimiyyətinin üçüncü şəxs kimi işə cəlb olunması barədə vəsatətindən, həm də onun apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, cavabdehin 21.05.2021-ci il tarixində növbəti dəfə məhkəməyə təqdim etdiyi yeni açılmış hallara dair ərizəsində göstərilən halları “sözbəsöz” əsas gətirərək, qeyd olunan qanuni qüvvəsini almış məhkəmə qərarı ilə onun maraqlarına toxunduğunu iddia edir. Lakin cavabdehin sözügedən yeni açılmış hallarla bağlı ərizəsində göstərilən hallar Bakı İnzibati Məhkəməsinin 2in(82)-696/2013 saylı 28.12.2021-ci il tarixli qərardadı ilə qanuni qüvvəsini almış qərarın düzgün icrasından irəli gələn və həqiqəti əks etdirən hallar kimi qəbul olunmamışdır ki, həmin qərardad da Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-1(103)-1267/2022 saylı 05 may 2022-ci il tarixli qərardadı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İşdən gdə görünür ki, ilk olaraq cavabdeh, iddiaçının göstərdiyinə istinad edərək, mübahisəli bağ torpaq sahəsinin başqa şəxsin mülkiyyətində olduğunu bildirmiş, qanuni qüvvəsini almış qeyd olunan məhkəmə aktlarından göründüyü kimi onun bu variantı keçməmiş, sonradan ikinci bir yeni açılmış hallarla bağlı ərizə ilə məhkəməyə müraciət edərək bu dəfə iddiaçının naturada göstərdiyi torpaq sahəsinin dənizkənarı çimərlik sahsi olduğunu bildirmiş, lakin bununla bağlı heç bir tutarlı və koordinatları müəyyən olunan hər hansı sübut nə bağ sahəsinin yerini bilməyən tələbkara, nə də məhkəməyə təqdim etməmişdir. Ümumiyyətlə, 205 saylı BTK tərəfindən iddiaçıya verilmiş 130 N-li orderə və həmin orderin verilməsinə əsas olan Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının 13 mart 1992-ci il tarixli 378 N-li sərəncamına əsasən 205 saylı BTK-nın üzvlərinə ayrılan torpaq sahəsi Nardaran bağ massivində yerləşən bir ərazi olduğu halda, iddiaçının bağ sahəsinin də məhz həmin bağ massivinin hüdudları çərçivəsindən kənara çıxması mümkün deyildir. Cavabdeh isə hər dəfə müxtəlif əraziləri iddiaçının göstərdiyi torpaq sahəsi kimi, gah digər fiziki şəxsin istifadəsində, gah da dənizkənarı çimərlik olduğunu bildirərək “yeni açılmış hallar” adı altında məhkəməyə üz tutmağa üstünlük verir. Baxmayraq ki, məhkəmənin qararına əsasən mübahisəli yerin naturada müəyyən edilməsi ona həvalə edilmişdir. Sabunçu Rayon İcra Hakimiyyəti də məhz vəsatətində cavabdehin həmin ərizəsində qeyd etdiyi, sübutlarla əsaslandırılmayan hallara və maddi əsası olmayan sözlərinə istinad etmişdir. Halbuki, o, İPM-in 28.1-ci maddəsinə müvafiq olaraq sübut etməlidir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-696/2012 saylı, 15 avqust 2013-cü il tarixli qərarı onun qanunla qorunan maraqlarına toxunur. Belə ki, İPM-in də 28.1-ci maddəsinin tələbinə görə iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmənin qanuni qüvvəsini almış qərarı ilə isə İddiaçı ayrılmış, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən, sahəsi 0,12 ha olan 1396 saylı bağ sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilərək mərz nişanlarının bərpası vəzifəsi cavabdehə həvalə edilmişdir. Qeyd olunan bu vəzifənin Sabunçu rayon İcra Hakimiyyətinin vəzifə funksiyalarrın aid deyil və onun qanuni maraqlarının təsir dairəsinə düşmür. Çünki, həmin vəzifə funksiyaları Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli digər bir Fərmanı ilə təsdiq olunmuş “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Əsasnamə”nin 3.1.26-cı bəndinə və Nazirlər Kabinetinin 07 iyun 1999-cu il tarixli qərarı ilə təsdiq olunmuş “Yerquruluşu işlərinin aparılması “ qaydaları haqqında” Əsasnamənin 2.2 - 2.3-cü bəndlərinə əsasən məhz, cavabdehin üzərinə düşən vəzifədir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya məxsus bağ sahəsinin yeri naturada koordinatları ilə müəyyən edilib, dəqiqliyi ilə iddiaçıya göstərilmədiyi və ya təqdim edilmədyi və butun bunlar hüquqi çərçivədə rəsmiləşdirilmədiyi halda, Sabunçu rayon İcra Hakimiyyətinin hər hansı bir qanunla qorunan marağının mövcudluğundan söhbət gedə bilməz. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair 12 aprel 2017-ci il tarixli qərarında da həmçinin xüsusilə vurğulamışdır ki, məhkəmə, qanuni qüvvəyə minmiş qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılimasının təzələniməsi barədə qərardad qəbul edərəkən hüquqi müəyyənliyin mühüm tərkib hissəsi olan məhkəmə qərarlarının stabilliyi prinsipininin qorunması məqsədilə maraqlı şəxsin üçüncü şəxs qismində işə cəlb edilməsi üçün birinci növbədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulub pozulmamasına xüsusilə diqqət yetirməlidir. Yuxarıda qeyd olunanlardan isə göründüyü kimi, Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən Kontitusiya Məhkəməsinin sözügedən şərhi baxımından, anuni qüvvəsini almışqeyd olunan q məhkəmə qərarı ilə onun əhəmiyyətli dərəcədə qanunla qorunan maraqlarının pozulmasının faktiki şərtləri sübuta yetirilmir. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası Sabunçu Rayon İcra Hakimiyyətinin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2in(82)-696/2013 saylı 28.12.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 80, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Kollegiyasının 2in(82)-696/2013 saylı 28.12.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim edildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar