Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1267/2023 25.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X21 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinə qarşı “kirayə müqaviləsinin bağlanması barədə sərəncamın verilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7308/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Bakı şəhər Nizami rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 100 saylı evin 9 saylı mənzilinin kirayə müqaviləsinin onun adına dəyişdirilməsi barədə sərəncam qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı 19 aprel 1990-cı il tarixdə X9 ilə rəsmi nikaha daxil olmuş, nikahları Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində 535 saylı akt qeydi ilə qeydə alınmışdır. Həmin tarixdə də X5 anası X1 razılığı ilə 11 noyabr 1976-cı il tarixli, 058500 nömrəli order əsasında ona verilmiş Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 100 saylı evin 9 saylı mənzilinə uşaqları xx.xx.1983- cü il təvəllüdlü X13 və xx.xx.1989-cu il təvəllüdlü X13 ilə birlikdə köçərək pasport qeydiyyatına alınmış və halhazıradək həmin ünvanda yaşayır. Elə həmin ildə də X6 və uşaqları X9, X10 və X19 Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 100 saylı evin 9 saylı mənzilindən pasport qeydiyyatından çıxaraq daimi yaşamaq üçün Rusiya Federasiyasına getmişlər. Rəsmi nikahda olduğu X9 16 iyun 1993-cü il tarixdə vəfat etmişdir. 26 noyabr 1994-cü il tarixdə ona ölüm haqqında şəhadətnamə verilmişdir. 1990-cı ildən hazıradək 9 saylı mənzil onun istifadəsindədir və mənzilin bütün kommunal xərclərini özü ödəyir. Eyni zamanda uşaqları X13, xx.xx.1989-cu il təvəllüdlü X14 və nəvələri də onunla birlikdə yaşayırlar. Həmin mənzilə 1990-cı ildən sahiblik etməsinə baxmayaraq, mənzilin icarədarı hələ də orderə əsasən X2. Halbuki X6 1990-cı ildən həmin mənzildə yaşamır. Artıq 31 ildən artıq ailə üzvləri ilə birlikdə qeyd olunan ünvanda yaşayır. Mənzildə qeydiyyatda olan və yaşayan ailə üzvləri də kirayə müqaviləsinin dəyişdirilərək onun kirayədar hesab edilməsinə razıdırlar. Mənzilinin kirayə müqaviləsinin onun adına dəyişdirilməsi və mənzilin kirayədarı hesab edilməsi barədə sərəncam qəbul edilməsi üçün 01 mart 2022-ci il tarixli ərizə ilə cavabdehə müraciət etmiş, lakin ərizəsi təmin edilməmişdir. Cavabdehin imtinası əsassız və qanunsuzdur. Cavabdeh xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim edilmiş iddiaya yazılı etirazında iddianı qəbul etməmiş, mənzilə dair order X1 adına verildiyini və sonuncu ilə ilə yanaşı M.K.Yevlentyevanın digər övladlarının da adları qeyd edildiyini və iddiaçının əri G.V.Yevlentyevin ölüm haqqında şəhadətnaməsini təqdim etsə də, orderdə adları olan digər vərəsələr haqqında hər hansı bir sənəd təqdim etmədiyini bildirərək Mənzil Məcəlləsinin 81.2-ci maddəsinə iddiaçıya imtina cavabı verildiyini bildirmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7308/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 100 ünvanında yerləşən 9 nömrəli mənzilə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərar əsassız olduğundan ləğv edilməsini və iddianın rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələbələrinə uyğun venilmişdir, apellyasiya icraatı mümkündür. Cavabdeh apellyasiya şikayətini aşağıdakılarla əsaslandırmışdır: “...Məhkəmə tərəfindən qərar qəbul edilərkən maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, qüvvədə olan mənzil qanunvericiliyində dövlətlə ölkə vətəndaşları arasında kirayə müqaviləsinin bağlanması nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 59.1-ci maddəsinin mətnindən görünür ki, dövlətlə vətəndaş arasında bağlanan müqavilənin adı “kirayə müqaviləsi” kimi deyil məhz “sosial kirayə müqaviləsi” kimi qeyd edilir. Məhkəmə işə baxarkən yuxarıda göstərilən hallara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, məhkəmə qüvvədə olan qanunvericiliyin tələblərinin hazırkı işin faktiki hallarına münasibətdə düzgün tətbiq etməmiş,maddi hüquq normasında nəzərdə tutulan hüquqi termini mahiyyətini dəyişdirəcək qədər təhrif etməklə cavabdehin üzərinə səlahiyyəti çatmayan öhdəlik qoyulması barədə qərar qəbul etmişdir.Məhkəmə əsaslandırıcı hissədə mənzil qanunvericiliyinin ümumi prinsiplərinə istinad etməklə, hüququn analogiyasından istifadə etmiş və bununla da qüvvədə olan Mənzil Məcəlləsini nəzərə almamışdır. Məhkəmə iş üçün mühim əhəmiyyət kəsb edən halları tam, obyektiv və hərtərəfli araşdırmamaqla prosessual normaların da tələblərini pozmuşdur...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi V.Əliyev apellyasia şikayətinə uyğun izahat verərək təmin olunmasını, iddiaçının nümayəndəsi Vəkil cavabdehin apellyasiya şikayəti ilə razılaşmamış, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin olunmadan, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 33.1-ci maddəsinə əssən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İşin hallarından göründüyü kimi, iddiaçı məcburetmə haqqında iddia vasitəsilə, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 100 saylı evin 9 saylı mənzilinin kirayə müqaviləsinin onun adına dəyişdirilməsi barədə sərəncam qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmiş, birinci instansiya məhkəməsi tərəfindən onun iddia tələbi təmin olunmuşdur. Birinci instansiya məhkəməsi bu nəticəyə gələrkən, qeyd etmişdir ki, “...9 saylı mənzilin kirayə müqaviləsinin iddiaçının adına bağlanmasına dair bütün şərtlər hazırkı iş üzrə mövcuddur. Lakin cavabdeh iddiaçının tələbini təmin etməkdən imina etmiş, bununla onun hüquqlarını pozmuşdur.” İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır. Belə ki, mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt (Azərbaycan SSR-nin 8 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 1 oktyabr 2009-cu il tarixədək) qüvvədə olan Azərbaycan SSR Mənzil Məcəlləsinin: - 53-cü maddəsinə görə icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. - 54-cü maddəsinə görə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. - 83-cü maddəsinə əsasən SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarında, SSR İttifaqının digər qanunvericilik aktlarında və bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, yaşayış sahəsini icarə müqaviləsi yalnız icarədarın, onun ailə üzvlərinin və kirayədarın razılığı ilə dəyişdirilə bilər. - 85-ci maddəsinə əsasən icarədarın ailə üzvü yaşayış sahəsinin bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. Mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan mənzil qanunvericiliyinin qeyd olunan tələbərindən göründüyü kimi, adına order verilən mənzilin icarədarı, həmin mənzilə kənar şəxsləri köçürdükdə və həmin şəxslər icarədarla birlikdə yaşayıb onunla ümumi təsərrüfat apardıqda onun ailə üzvü hesab edilir və icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə, o cümlədən mənzilin icarə müqaviləsinin öz adına dəyişdirilməsi hüququna malik olurlar. Bu zaman tələb olunan yeganə şərt mənzilə hüququ olan digər şəxslərin razılığının alınmasıdır. Qanunvericiliyin qeyd olunan tələbləri baxımından, iş materiallarında olan aşağıdakı sənədlərə əsasən iddiaçının tələbində haqlı olduğu sübuta yetirilir: - Nizami rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinin 26 saylı MKİS-in xx.xx.2022-ci il tarixli məktubunda bildirilir ki, ünvan 2 saylı mənzili dövlət mülkiyyətində olmaqla Nizami rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır; - Azərbaycan SSR Bakı Şəhər Zəhmətkeş Deputatları Sovetinin İcraiyyə Komitəsinin Yaşayış sahələrinin uçotu və yaşayış sahəsinin bölüşdürülməsi şöbəsinin 11 noyabr 1976cı il tarixli 058500 saylı orderinin surətindən görünür ki, mübahisəli 9 saylı mənzil X3 3 ailə üzvü ilə birlikdə U.İ.L adlı şəxsin mənzili ilə dəyişmə üsulu ilə verilmişdir. Mənzildə yaşamaq hüququ olan şəxslər aşağıdakılardır: X6, X10, X19 və X9; - V-ЖГ seriyalı 344670 saylı nikah haqqında şəhadətnamənin surətinə əsasən X9 ilə İddiaçı 19 aprel 1990-cı il tarixdə rəsmi nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 535 nömrə ilə qeydiyyat aparılmışdır; - İİ-ЖГ seriyalı 470851 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, iddiaçının birgə nikahda olduğu X9 16 iyun 1993-cü il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 26 noyabr 1994-cü il tarixdə 38 nömrə ilə qeyd edilmişdir; - Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli, 018-10473-1222 nömrəli məktubuna əsasən xx.xx.1989-cu il təvəllüdlü X8 xx.xx.2007-ci il tarixdən, xx.xx.1983-cü il təvəllüdlü X13 xx.xx.2002-ci il tarixdən, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı xx.xx.1990-cı il tarixdən, xx.xx.2008-ci il təvəllüdlü X15 xx.xx.2015-ci il tarixdən, xx.xx.2013-cü il təvəllüdlü X16 xx.xx.2015-ci il tarixdən, xx.xx.2014-cü il təvəllüdlü X17 isə xx.xx.2015-ci il tarixdən - ünvan 1 ünvanında daimi qeydiyyatdadırlar; İşdən görünür ki, konkret halda, mənzildə qeydiyyatda olan, yetkinlik yaşına çatmış X14 və X13 cavabdeh orqana ünvanladıqları ərizələrində ünvan 2 saylı mənzilinin (31,22 kv.m sahəsi olan 2 otaqdan ibarət) kirayə müqaviləsinin İddiaçı adına dəyişdirilməsinə etiraz etməmişlər. Eyni zamanda, işə əlavə olunmuş - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(007)-2109/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı X18 iddia tələbi təmin edilmiş, cavabdehlər X1, X4 və X11 ünvan 3 ünvanında yerləşən mənzilindən istifadə hüquqları itirilmiş hesab edilmiş və həmin qətnamə xx.xx.2022-ci il tarixində qanuni qüvvəsini almışdır. İPM-in 1.2-ci maddəsi baxımından MPM-in 82.3-cü maddəsinin tələbinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “...Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qeyd olunan qətnaməsi ilə müəyyən olunmuşdur ki, cavabdehlər 1982-1988-ci il tarixlərindən mənzildən qeydiyyatdan çıxmış və uzun illər ünvan 3 ünvanında yerləşən mənzildə yaşamırlar. Bu müddət ərzində mənzil iddiaçının istifadəsində qalmış və o öz ailə üzvləri ilə birlikdə mənzildə yaşamağa davam etmişdir. Mübahisələndirilən mənzil fasiləsiz olaraq iddiaçının istifadəsində qalmış və o, mənzilə faktiki olaraq sahiblik edir. Cavabdehlər isə mübahisələndirilən mənzili tərk etmiş, özlərinə yeni yaşayış yeri seçmiş, onlar başqa yaşayış yerinə köçmələri ilə əlaqədar olaraq 30 ildən çoxdur ki, mübahisəli mənzildə yaşamır və həmin mənzildə onlara məxsus heç bir əşya yoxdur. Cavabdehlər keçən müddət ərzində həmin ünvana qayıtmamış, bununla da həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin 60-cı maddəsində nəzərdə tutulduğu kimi, yaşayış sahəsindən istifadə hüquqlarını itirmişlər. Belə olan halda, Mənzil Məcəlləsinin 87-ci maddəsində nəzərdə tutulduğu qaydada yaşayış sahəsinin icarə müqaviləsi cavabdehlərin getdiyi gündən pozulmuş hesab edilməlidir. Məhkəmə qeyd olunanlar baxımından hesab etmişdir ki, “cavabdehlər mübahisəli yaşayış sahəsindən daimi olaraq başqa yaşayış yerinə köçüb getdiklərindən və 30 ildən çoxdur ki, mübahisə predmeti olan mənzildə yaşamadıqlarından iddia tələbi təmin edilməli, onların mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir...” Beləliklə də tədqiq olunan sübutlarla müəyyən olunan hallardan göründüyü kimi, iddiaçı, xx.xx.1990-cı ildə mübahisəli mənzilinin icarədarı M.Yevlentevanın ailə üzvü və orderdə adı olan, Qennadiy Yevlentevlə nikaha daxil olaraq xx.xx.1990-cı ildən həmin mənzilə yaşayış yeri üzrə qeydiyyata alınmış və onların icazəsi ilə həmin mənzilə köçərək birgə təsərrüfat aparmış və 30 ildən artıq fasiləsiz və etirazsız mənzildən istifadə edir. Həmin mənzilin orderində mənzilin icarədarı X3 , eləcə də orderdə adı olan X10 və X12 gəldikdə isə onların mənzildən istifadə hüquqları qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə itirilmiş hesab edilmiş, iddiaçının əri Qennadiy Yevlentev isə 16 iyun 1993-cü il tarixdə ölmüşdır. Hal-hazırda, iddiaçının mənzildə qeydiyyatda olan 18 yaşına çatmış ailə üzvləri mənzilin onun adına özəlləşdirilməsinə razıdırılar. Qüvvədə olan, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 81.2-ci maddəsinə əsasən kirayəçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvü digər ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə, əvvəl bağlanmış sosial kirayə müqaviləsi üzrə ilkin kirayəçi əvəzinə, özünün kirayəçi kimi tanınmasını tələb etmək ixtiyarı vardır. Bu hüquq kirayəçinin vəfat etdiyi halda onun fəaliyyət qabiliyyətli bütün ailə üzvlərinə məxsusdur. Beləliklə də, iddiaçının Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 100 saylı evin 9 saylı mənzilinin kirayə müqaviləsinin onun adına dəyişdirilməsi barədə sərəncam qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Belə olan halda, cavabdeh tərəfindən iddiaçıya onun adına sərəncam qəbul edilməsindən imtina olunması qanunla qorunan hüquqlarını pozmuş olur. İPM-in 73.1-ci maddəsinin tələbindən isə görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, işə baxılarkən qeyd olunanlar nəzərə alınmış, gəldiyi nəticə işdə olan sübutlara və qanunvericiliyin tələblərinə uyğun olmauşmış, bütün bunların nəticəsi olaraq məhkəmə iddianın təmin olunması barədə maddi və prosessual hüquq normalarının pozulması ilə qərar qəbul etmişdir. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin məhkəmə tərəfindən işin hərtərəfli araşdırılmadığını, maddi və prosessual hüquq normalarının pozulması ilə qərar çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7308/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-nin 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7308/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1267/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1267/2023
25.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver