Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1267/2024 26.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, X18 Asəf qızının katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və digərlərinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-610/2022 saylı, 08 fevral 2022-ci il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 Mirzə oğlu, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14 Əlövsət oğlu, İddiaçı17, İddiaçı16, İddiaçı15 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 600 kv.m torpaq sahəsində olan dörd mərtəbəli tikiliyə (ü/s 2256,31 kv.m) "X3 Mərkəzi" MMC tərəfindən verilmiş YP 004 saylı, xx.xx.2020-ci il tarixli satış protokoluna əsasən, Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, yeni yaşayış massivi, 1- ci döngədə yerləşən iki mərtəbəli, 10 saylı fərdi yaşayış evinə (ü/s 442 kv.m) "X3 Mərkəzi" MMC tərəfindən verilmiş YP 005 saylı, xx.xx.2020-ci il tarixli satış protokoluna əsasən və Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, yeni yaşayış massivi, 1- ci döngədə yerləşən iki mərtəbəli, 10 saylı fərdi yaşayış evinə (ü/s 448 kv.m) "X3 Mərkəzi" MMC tərəfindən verilmiş YP 006 saylı, xx.xx.2020ci il tarixli satış protokoluna əsasən müvafiq çıxarışların verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsində qeyd edilmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 6261/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclu X7 tələbkar İddiaçı9 xeyrinə 67400 (altmış yeddi min dörd yüz) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul tutulmuşdur. Həmçinin, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 6561/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclu X7 67250 (altmış yeddi min iki yüz əlli) ABŞ dolları məbləğində pul vəsaiti ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə, həmçinin 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tələbkar İddiaçı10 xeyrinə tutulmuşdur. Bundan əlavə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-6262/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclu X7 cəmi 55031 (əlli beş min otuz bir) manat məbləğində pul vəsaiti tutularaq tələbkar İddiaçı11 ödənilməli idi. Həmçinin, Nərimanov Rayon Məhkəməsinin 2(005)-95/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən borclu X7 tələbkar İddiaçı13 xeyrinə 44800 (qırx dörd min səkkiz yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul tutulmalı idi. Həmçinin, Nəsimi Rayon Məhkəməsinin 2(006)-310/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən X7 İddiaçı15 xeyrinə 73000 (yetmiş üç min) ABŞ dolları məbləğində pul milli manat məzənnəsinə uyğun olaraq tutulmalı idi. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə zərərçəkmiş şəxslər, mülki iddiaçılar İddiaçı7 349.000 ABŞ dolları, İddiaçı3 10.000 ABŞ dolları, İddiaçı5 63.000 manat, X4 53.900 ABŞ dolları, İddiaçı17 10.000 manat və İddiaçı2 106.0 manat məbləğində iş üzrə təqsirləndirilən şəxs X11 qarşı irəli sürdükləri iddia tələbləri tam təmin edilərək, həmin məbləğlərdə vəsaitləri Hümbət Məmmədovdan onların xeyrinə tutulmasına, zərəçəkmiş şəxs İddiaçı8 isə təqsirləndirilən şəxs X11 qarşı irəli sürdüyü iddia tələbi qismən təmin edilərək, 70.000 ABŞ dolları məbləğində maddi ziyan vurulduğunun müəyyən edilməsi və ona görə də İddiaçı8 iddia tələbi qismən təmin edilərək 56.182 manat məbləğində vəsait Hümbət Məmmədovdan onun xeyrinə tutulmasına, İddiaçı6 202.000 ABŞ dolları, İddiaçı4 140.000 manat və İddiaçı16 57.840 manat məbləğində təqsirləndirilən şəxs X11 qarşı hissədəki irəli sürdükləri iddia tələbləri tam təmin edilərək, həmin məbləğlərdə vəsaitlər Hümbət Məmmədovdan onların xeyrinə tutulmasına, İddiaçı1 56.656,8 manat məbləğində, İddiaçı12 102.000 manat məbləğində olmaqla təqsirləndirilən şəxs X11 qarşı olan hissədə irəli sürdükləri iddia tələbi qismən təmin edilərək, həmin məbləğlərdə vəsait Hümbət Məmmədovdan onun xeyrinə tutulmasına, iş üzrə zərərçəkmiş şəxslər vurulmuş maddi ziyanın ödənilməsinin təmin edilməsi üçün tutma təqsirləndirilən şəxs Hümbət Məmmədovun arvadı X6 adına rəsmiləşdirilmiş Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsində yerləşən 10 saylı evin və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsində yerləşən 2 saylı evin dəyərindən, həmçinin Bakı şəhəri, Biləcəri Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 369 saylı qərarı ilə X6 adına rəsmiləşdirilmiş Biləcəri qəsəbəsi, 1 May yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 600 kv.m torpaq sahəsinin üzərində olan tikilinin, Bakı şəhəri Biləcəri Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 722 saylı qərarı ilə X6 adına rəsmiləşdirilmiş Biləcəri qəsəbəsi, 1 May yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 600 kv.m torpaq sahəsinin üzərində, həmçinin orada olan bağ-bostan sahəsi kimi ona verilmiş 200 kv.m torpaq sahəsinin üzərində olan tikililərin və Bakı şəhəri Biləcəri Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 377 saylı qərarı ilə X6 adına rəsmiləşdirilmiş Biləcəri Bələdiyyəsinin ərazisində yerləşən 300 kv.m torpaq sahəsinin üzərində olan tikililərin üzərinə yönəldilməlidir. Tələbin yönəldildiyi Ramazanova (Məmmədova) Manana Camal qızının adına rəsmiləşdirilmiş borclu X11 məxsus Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 600 kv.m torpaq sahəsində olan dörd mərtəbəli tikili (ü/s 2256,31 kv.m) "X3 Mərkəzi" MMC tərəfindən verilmiş YP 004 saylı, xx.xx.2020-ci il tarixli satış protokolu ilə 801.900 manat məbləğinə, Ramazanova (Məmmədova) Manana Camal qızının adına rəsmiləşdirilmiş borclu X11 məxsus Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, yeni yaşayış massivi, 1-ci döngədə yerləşən iki mərtəbəli, 10 saylı fərdi yaşayış evi (ü/s 442 kv.m) "xxxx" MMC tərəfindən verilmiş YP 005 saylı, xx.xx.2020-ci il tarixli satış protokolu ilə 322.218 manat məbləğində, Ramazanova (Məmmədova) Manana Camal qızının adına rəsmiləşdirilmiş borclu X11 məxsus Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, yeni yaşayış massivi, 1-ci döngədə yerləşən iki mərtəbəli, 10 saylı fərdi yaşayış evi (ü/s 448 kv.m) "X3 Mərkəzi" MMC tərəfindən verilmiş YP 006 saylı, xx.xx.2020-ci il tarixli satış protokolu ilə 326.592 manat məbləğində borca əvəz olaraq tələbkarlar tərəfindən alınmışdır. xx.xx.2020-ci il tarixli satış protokollarına əsasən müvafiq əmlakların Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydə alınaraq müvafiq çıxarışların verilməsi üçün xx.xx.2020- ci il tarixdə Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi müraciət olunmuşdur. Lakin təəssüflər olsun ki, müvafiq qurum tərəfindən xx.xx.2020-ci il tarixli **********48 saylı imtina məktubu verilmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Daha sonra iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 600 kv.m torpaq sahəsində olan dörd mərtəbəli tikiliyə (ü/s 2256,31 kv.m) “X3 Mərkəzi” MMC tərəfindən verilmiş YP 004 saylı, xx.xx.2020-ci il tarixli satış protokoluna əsasən, Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, yeni yaşayış massivi, 1-ci döngədə yerləşən iki mərtəbəli, 10 saylı fərdi yaşayış evinə (ü/s 442 kv.m) “X3 Mərkəzi” MMC tərəfindən verilmiş YP 005 saylı, xx.xx.2020ci il tarixli satış protokoluna əsasən və Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, yeni yaşayış massivi, 1-ci döngədə yerləşən iki mərtəbəli, 10 saylı fərdi yaşayış evinə (ü/s 448 kv.m) “X3 Mərkəzi” MMC tərəfindən verilmiş YP 006 saylı, xx.xx.2020-ci il tarixli satış protokoluna əsasən İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 Mirzə oğlunun, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14 Əlövsət oğlunun, İddiaçı17, İddiaçı16 və İddiaçı15 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-610/2022 saylı, 08 fevral 2022-ci il tarixli qərarı ilə ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan iddiaçıların nümayəndəsi və vəkili apellyasiya şikayəti verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)- 126/2023 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 600 kv.m torpaq sahəsində olan dörd mərtəbəli tikiliyə (ü/s 2256,31 kv.m) “X3 Mərkəzi” MMC tərəfindən verilmiş YP 004 saylı, xx.xx.2020-ci il tarixli satış protokoluna əsasən, Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, yeni yaşayış massivi, 1-ci döngədə yerləşən ikimərtəbəli, 10 saylı fərdi yaşayış evinə (ü/s 442 kv.m) “X3 Mərkəzi” MMC tərəfindən verilmiş YP 005 saylı, xx.xx.2020-ci il tarixli satış protokoluna əsasən və Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, yeni yaşayış massivi, 1- ci döngədə yerləşən iki mərtəbəli, 10 saylı fərdi yaşayış evinə (ü/s 448 kv.m) “X3 Mərkəzi” MMC tərəfindən verilmiş YP 006 saylı, xx.xx.2020-ci il tarixli satış protokoluna əsasən – 1) İddiaçı1, 2) İddiaçı2, 3) İddiaçı3, 4) İddiaçı4, 5) İddiaçı5 Mirzə oğlunun, 6) İddiaçı6, 7) İddiaçı7, 8) İddiaçı8, 9) İddiaçı9, 10)X17, 11)İddiaçı11, 12)İddiaçı12, 13)İddiaçı13, 14)İddiaçı14 Əlövsət oğlunun, 15)İddiaçı17, 16)İddiaçı16, 17)İddiaçı15 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Qərardan cavabdeh və üçüncü şəxs kassasiya şikayətləri vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(103)-126/2023 nömrəli qərarı ləğv edilmiş, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi və şikayətlərin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Ali Məhkəmənin hazırkı iş üzrə hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “İşin materiallarında həmin tikililərin faktiki vəziyyətini əks etdirən texniki sənədlər (tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi), habelə, tikintisinə icazə tələb olunan tikinti obyekti olduqda, tikinti obyektinin istismarına icazə sənədi də yoxdur. Başqa sözlə, qeyd edilən tikinti obyektlərinin istismara yararlı fərdi yaşayış ev və ya qeyri-yaşayış sahəsi kimi qiymətləndirilməsi işin hazırkı vəziyyətində mümkünsüzdür. Buradan belə nəticə hasil olur ki, iddiaçılar qanuniliyi məhkəmə aktı ilə tanınmış hərrac vasitəsilə əldə etdikləri tikinti obyektlərinin konstruktiv elementlərinin mülkiyyətçiləridirlər. Hazırkı məzmunda tələbin təmini üçün isə, həmin elementləri özündə birləşdirən tikinti obyektlərinin istismara yararlı fərdi yaşayış evi və ya qeyri-yaşayış sahəsi olduqları, yəni tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi və ondan təyinatı üzrə istifadənin mümkünlüyü müəyyən edilməlidir.” AR İPM-nin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalsına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-610/2022 saylı, 08 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X14 ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********48 saylı məktubda qeyd edilir: Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 10 saylı fərdi yaşayış evinin özəlləşdirilməsi ilə bağlı ********** daxil olma nömrəli, xx.xx.2020-ci il tarixli məktubunuza baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, qeyd olunan daşınmaz əmlak və ona dair hüquqlar dövlət qeydiyyatına alınmamışdır. Aparılan araşdırma zamanı daşınmaz əmlak üzərinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 5(001)-38/2011 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə həbs qoyulması barədə məlumat aşkar edilmişdir. Əlavə olaraq bildiririk ki, yoxlama-ölçü işlərinin aparılması üçün mütəxəssislərə şərait yaradılmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.5-ci maddəsinə əsasən bu qanunun 14.3-cü maddəsində nəzərdə tutulmuş müddət ərzində daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanmasına qadağan qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnaməsinin 3.0.24. bəndinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılması həyata keçirilməli, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsi təmin edilməlidir. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanuhla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. - cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X14 ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********48 saylı məktubda qeyd edilir: Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1-ci döngə 10 saylı ünvanda yerləşən fərdi yaşayış evinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** daxil olma nömrəli xx.xx.2020-ci il tarixli ərizənizə tərəfimizdən baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1-ci döngə 10 saylı ünvanda yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Əlavə olaraq bildiririk ki, qeyd olunan fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda qeyd olunan hüquqmüəyyən edici sənəd təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir. - cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X14 ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********00 saylı məktubda qeyd edilir: Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 4 mərtəbəli tikiliyə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** daxil olma nömrəli, xx.xx.2020-ci il tarixli ərizənizə tərəfimizdən baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 4 mərtəbəli tikili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Əlavə olaraq bildiririk ki, qeyd olunan daşınmaz əmlaka dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir. Həmçinin bildiririk ki, qeyd olunan daşınmaz əmlakın üzərinə həbs qoyulması barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 5(001)-38/2011 saylı, xx.xx.2011-ci il tarixli qərarı daxil olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir. - “X2 Mərkəzi” MMC-nin YP №004 nömrəli xx.xx.2020-ci il tarixli satış protokolundan və həmin tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-77/2013 saylı xx.xx.2014-cü il tarixli icra vərəqəsi əsasında, Binəqədi rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli xx/xx-80439/15-7 saylı sifariş məktubu əsasında «X3 Mərkəzi» MMC-nin təşkil etdiyi hərracda sifarişçi (satıcı) Binəqədi rayon İcra və probasiya şöbəsi tərəfindən Ramazanova (Məmmədova) Manana Camal qızının adına rəsmiləşdirilmiş, borclu X11 məxsus əmlak - Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 600 kv.m torpaq sahəsində olan 4 mərtəbəli tikili (ü/s 2256,31 kv.m) alıcılar İddiaçı7 Əlihüşeyn oğlu, İddiaçı3, İddiaçı5, İddiaçı14 Əlövsət oğlu, İddiaçı17, İddiaçı2, İddiaçı8, İddiaçı6, İddiaçı4, İddiaçı16, X15, İddiaçı12, İddiaçı15, İddiaçı9, İddiaçı13, İddiaçı11, İddiaçı10 satılmışdır. Əmlakın ilkin satış qiyməti: ******* (bir milyon yüz min) manat, əmlakın hərracda satılmış son qiyməti: 801900 (səkkiz yüz bir min doqquz yüz) manat qeyd edilmişdir. Bundan sonra satıcı və alıcılar arasında xx.xx.2020-ci il tarixdə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. - “X2 Mərkəzi” MMC-nin YP №005 nömrəli xx.xx.2020-ci il tarixli satış protokolundan və həmin tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-77/2013 saylı xx.xx.2014-cü il tarixli icra vərəqəsi əsasında, Binəqədi rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli xx/xx-80439/15-7 saylı sifariş məktubu əsasında «X3 Mərkəzi» MMC-nin təşkil etdiyi hərracda sifarişçi (satıcı) Binəqədi rayon İcra və probasiya şöbəsi tərəfindən Ramazanova (Məmmədova) Manana Camal qızının adına rəsmiləşdirilmiş, borclu X11 məxsus əmlak - Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 2 mərtəbəli, 10 saylı fərdi yaşayış evi (ü/s 442 kv.m) alıcılar İddiaçı7 Əlihüşeyn oğlu, İddiaçı3, İddiaçı5, İddiaçı14 Əlövsət oğlu, İddiaçı17, İddiaçı2, İddiaçı8, İddiaçı6, İddiaçı4, İddiaçı16, X15, İddiaçı12, İddiaçı15, İddiaçı9, İddiaçı13, İddiaçı11, İddiaçı10 satılmışdır. Əmlakın ilkin satış qiyməti: 442000 (dörd yüz qırx iki min) manat, əmlakın hərracda satılmış son qiyməti: 322218 (üç yüz iyirmi iki min iki yüz on səkkiz) manat qeyd edilmişdir. Bundan sonra satıcı və alıcılar arasında xx.xx.2020-ci il tarixdə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. - “X2 Mərkəzi” MMC-nin YP №006 nömrəli xx.xx.2020-ci il tarixli satış protokolundan və həmin tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-77/2013 saylı xx.xx.2014-cü il tarixli icra vərəqəsi əsasında, Binəqədi rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli xx/xx-80439/15-7 saylı sifariş məktubu əsasında «X3 Mərkəzi» MMC-nin təşkil etdiyi hərracda sifarişçi (satıcı) Binəqədi rayon İcra və probasiya şöbəsi tərəfindən Ramazanova (Məmmədova) Manana Camal qızının adına rəsmiləşdirilmiş, borclu X11 məxsus əmlak - Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 2 mərtəbəli, 10 saylı fərdi yaşayış evi (ü/s 448 kv.m) alıcılar İddiaçı7 Əlihüşeyn oğlu, İddiaçı3, İddiaçı5, İddiaçı14 Əlövsət oğlu, İddiaçı17, İddiaçı2, İddiaçı8, İddiaçı6, İddiaçı4, İddiaçı16, X15, İddiaçı12, İddiaçı15, İddiaçı9, İddiaçı13, İddiaçı11, İddiaçı10 satılmışdır. Əmlakın ilkin satış qiyməti: 448000 (dörd yüz qırx səkkiz min) manat, əmlakın hərracda satılmış son qiyməti: 326592 (üç yüz iyirmi altı min beş yüz doxsan iki) manat qeyd edilmişdir. Bundan sonra satıcı və alıcılar arasında xx.xx.2020-ci il tarixdə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd olunur: Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 600 kv.m torpaq sahəsinin üzərində yerləşən 2256.31 kv.m tikiliyə, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1-ci döngədə yerləşən ü/s 442 kv.m olan 10 saylı fərdi yaşayış evinə və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1-ci döngədə yerləşən ü/s 448 kv.m olan 10 saylı fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənədlərin surətinin verilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli 2-1(112)- 3910/2021 saylı sorğunuza baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 600 kv.m torpaq sahəsinin üzərində yerləşən 2256.31 kv.m tikilinin, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1-ci döngədə yerləşən ü/s 442 kv.m olan 10 saylı fərdi yaşayış evinin və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1-ci döngədə yerləşən ü/s 448 kv.m olan 10 saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Həmçinin bildiririk ki, sorğuda qeyd olunan iddiaçıların sözügedən ünvanlara dair rəsmi müraciət etməsi ilə bağlı məlumat aşkar edilməmişdir. - Bakı şəhəri Biləcəri Bələdiyyəsi tərəfindən xx.xx.2021-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 550 saylı 04 avqust 2006-cı il tarixli qərarının təsdiq edilmiş surətindən görünür ki, Biləcəri Bələdiyyəsi hüdudları daxilində 600.0 kv.m torpaq sahəsinin əlavə olunmuş cizgi əsasında fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə ünvan 5 ünvanda yaşayan vətəndaş X9 ayrılması qərara alınmışdır. Həmin məktuba əlavə edilmiş Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 369 saylı 11 iyul 2008- ci il tarixli qərarının təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri Biləcəri bələdiyyəsinin 550 saylı xx.xx.2006-cı il tarixli qərarı ilə ünvan 5 ünvanda yaşayan vətəndaş X8 adına Biləcəri bələdiyyəsi hüdudları daxilində fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə ayrılmış əlavə olunmuş cizgi əsasında 600,0 kv.metr torpaq sahəsinin vətəndaş X8 adından notarial qaydada qarşılıqlı razılaşmaya əsasən fərdi yaşayış evinin tikintisi üçün ünvan 6 ünvanda yaşayan vətəndaş X6 adına sənədləşdirilməsi qərara alınmışdır. Həmin məktuba əlavə edilmiş Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 284 saylı 14 may 2003-cü il tarixli qərarının təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi yaşayış məntəqəsi hüdudları daxilində cizgi əsasında 300,0 kv.m torpaq sahəsinin fərdi yaşayış evi tikmək məqsədilə X1 qərara alınmışdır. Həmin məktuba əlavə edilmiş Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 377 saylı 11 iyul 2008- ci il tarixli qərarının təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri Biləcəri bələdiyyəsinin 284 saylı xx.xx.2003-ci.i il tarixli qərarı ilə Bakı şəhər sakini vətəndaş X12 adına Biləcəri bələdiyyəsi hüdudları daxilində fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə ayrılmış əlavə olunmuş cizgi əsasında 300,0 kv.metr torpaq sahəsinin vətəndaş X12 adından notarial qaydada qarşılıqlı razılaşmaya əsasən fərdi yaşayış evinin tikintisi üçün ünvan 7 ünvanda yaşayan vətəndaş X6 adına sənədləşdirilməsi qərara alınmışdır. -Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Bakı şəhəri Binəqədi rayon Biləcəri Bələdiyyəsinin 722 saylı xx.xx.2004-cü il tarixli qərarının təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhər Binəqədi rayon Biləcəri bələdiyyəsinin xx.xx.2003cü il tarixli 271 saylı qərarına əsasən Bakı şəhər sakini X10 adına alqı-satqı yolu ilə Biləcəri qəsəbəsi yaşayış məntəqəsi hüdudları daxilində fərdi yaşayış evinin tikintisi məqsədilə cizgi əsasında ayrılmış 600,0 kv.metr torpaq sahəsinin notarial qaydada qarşılıqlı razılaşma yolu ilə X10 adından Biləcəri bələdiyyə üzvləri ümumi yığıncağının xx.xx.2004-cü il tarixli 117 saylı protokolunun qərarı ilə X5 adına sənədləşdirilməsi və hasarın içərisində istifadə etdiyi 200.0 kv.m torpaq sahəsinin bağ-bostan sahəsi kimi onun istifadəsinə verilməsi qərara alınmışdır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi hesab etmişdir ki, “iddia tələbində qeyd olunan əmlaklar və onlara dair hüquqlar ümumiyyətlə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışlar. Belə olan halda, hərrac protokollarına istinad edilməklə həmin əmlaklara mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbi əsaslı hesab edilə bilməz.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol. 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. 11.1. hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Hazırkı işin hallarından müəyyən edilir ki, Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 369 saylı 11 iyul 2008-ci il tarixli qərarına əsasən Bakı şəhəri Biləcəri bələdiyyəsinin 550 saylı xx.xx.2006-cı il tarixli qərarı ilə ünvan 5 ünvanda yaşayan vətəndaş X8 adına Biləcəri bələdiyyəsi hüdudları daxilində fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə ayrılmış əlavə olunmuş cizgi əsasında 600,0 kv.metr torpaq sahəsinin vətəndaş X8 adından notarial qaydada qarşılıqlı razılaşmaya əsasən fərdi yaşayış evinin tikintisi üçün ünvan 6 ünvanda yaşayan vətəndaş X6 adına sənədləşdirilməsi qərara alınmışdır. Həmçinin Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 377 saylı 11 iyul 2008-ci il tarixli qərarına əsasən Bakı şəhəri Biləcəri bələdiyyəsinin 284 saylı xx.xx.2003-ci il tarixli qərarı ilə Bakı şəhər sakini vətəndaş X12 adına Biləcəri bələdiyyəsi hüdudları daxilində fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə ayrılmış əlavə olunmuş cizgi əsasında 300,0 kv.metr torpaq sahəsinin vətəndaş X12 adından notarial qaydada qarşılıqlı razılaşmaya əsasən fərdi yaşayış evinin tikintisi üçün ünvan 7 ünvanda yaşayan vətəndaş X6 adına sənədləşdirilməsi qərara alınmışdır. Həmçinin Bakı şəhəri Binəqədi rayon Biləcəri Bələdiyyəsinin 722 saylı xx.xx.2004-cü il tarixli qərarına əsasən Bakı şəhər Binəqədi rayon Biləcəri bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 271 saylı qərarına əsasən Bakı şəhər sakini X10 adına alqı-satqı yolu ilə Biləcəri qəsəbəsi yaşayış məntəqəsi hüdudları daxilində fərdi yaşayış evinin tikintisi məqsədilə cizgi əsasında ayrılmış 600,0 kv.metr torpaq sahəsinin notarial qaydada qarşılıqlı razılaşma yolu ilə X10 adından Biləcəri bələdiyyə üzvləri ümumi yığıncağının xx.xx.2004-cü il tarixli 117 saylı protokolunun qərarı ilə X5 adına sənədləşdirilməsi və hasarın içərisində istifadə etdiyi 200.0 kv.m torpaq sahəsinin bağ-bostan sahəsi kimi onun istifadəsinə verilməsi qərara alınmışdır. Həmçinin; - “X2 Mərkəzi” MMC-nin YP №004 nömrəli xx.xx.2020-ci il tarixli satış protokoluna və həmin tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-77/2013 saylı xx.xx.2014-cü il tarixli icra vərəqəsi əsasında, Binəqədi rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli 17/68- 80439/15-7 saylı sifariş məktubu əsasında «X3 Mərkəzi» MMC-nin təşkil etdiyi hərracda sifarişçi (satıcı) Binəqədi rayon İcra və probasiya şöbəsi tərəfindən Ramazanova (Məmmədova) Manana Camal qızının adına rəsmiləşdirilmiş, borclu X11 məxsus əmlak - Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 600 kv.m torpaq sahəsində olan 4 mərtəbəli tikili (ü/s 2256,31 kv.m) alıcılar İddiaçı7 Əlihüşeyn oğlu, İddiaçı3, İddiaçı5, İddiaçı14 Əlövsət oğlu, İddiaçı17, İddiaçı2, İddiaçı8, İddiaçı6, İddiaçı4, İddiaçı16, X15, İddiaçı12, İddiaçı15, İddiaçı9, İddiaçı13, İddiaçı11, İddiaçı10 satılmışdır. Əmlakın ilkin satış qiyməti: ******* (bir milyon yüz min) manat, əmlakın hərracda satılmış son qiyməti: 801900 (səkkiz yüz bir min doqquz yüz) manat qeyd edilmişdir. Bundan sonra satıcı və alıcılar arasında xx.xx.2020ci il tarixdə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. - “X2 Mərkəzi” MMC-nin YP №005 nömrəli xx.xx.2020-ci il tarixli satış protokoluna və həmin tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-77/2013 saylı xx.xx.2014-cü il tarixli icra vərəqəsi əsasında, Binəqədi rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli xx/xx-80439/15-7 saylı sifariş məktubu əsasında «X3 Mərkəzi» MMC-nin təşkil etdiyi hərracda sifarişçi (satıcı) Binəqədi rayon İcra və probasiya şöbəsi tərəfindən Ramazanova (Məmmədova) Manana Camal qızının adına rəsmiləşdirilmiş, borclu X11 məxsus əmlak - Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 2 mərtəbəli, 10 saylı fərdi yaşayış evi (ü/s 442 kv.m) alıcılar İddiaçı7 Əlihüşeyn oğlu, İddiaçı3, İddiaçı5, İddiaçı14 Əlövsət oğlu, İddiaçı17, İddiaçı2, İddiaçı8, İddiaçı6, İddiaçı4, İddiaçı16, X15, İddiaçı12, İddiaçı15, İddiaçı9, İddiaçı13, İddiaçı11, İddiaçı10 satılmışdır. Əmlakın ilkin satış qiyməti: 442000 (dörd yüz qırx iki min) manat, əmlakın hərracda satılmış son qiyməti: 322218 (üç yüz iyirmi iki min iki yüz on səkkiz) manat qeyd edilmişdir. Bundan sonra satıcı və alıcılar arasında xx.xx.2020-ci il tarixdə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. - “X3 Mərkəzi” MMC-nin YP №006 nömrəli xx.xx.2020-ci il tarixli satış protokolundan və həmin tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-77/2013 saylı xx.xx.2014-cü il tarixli icra vərəqəsi əsasında, Binəqədi rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli xx/xx-80439/15-7 saylı sifariş məktubu əsasında «X3 Mərkəzi» MMC-nin təşkil etdiyi hərracda sifarişçi (satıcı) Binəqədi rayon İcra və probasiya şöbəsi tərəfindən Ramazanova (Məmmədova) Manana Camal qızının adına rəsmiləşdirilmiş, borclu X11 məxsus əmlak - Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 2 mərtəbəli, 10 saylı fərdi yaşayış evi (ü/s 448 kv.m) alıcılar İddiaçı7 Əlihüşeyn oğlu, İddiaçı3, İddiaçı5, İddiaçı14 Əlövsət oğlu, İddiaçı17, İddiaçı2, İddiaçı8, İddiaçı6, İddiaçı4, İddiaçı16, X15, İddiaçı12, İddiaçı15, İddiaçı9, İddiaçı13, İddiaçı11, İddiaçı10 satılmışdır. Əmlakın ilkin satış qiyməti: 448000 (dörd yüz qırx səkkiz min) manat, əmlakın hərracda satılmış son qiyməti: 326592 (üç yüz iyirmi altı min beş yüz doxsan iki) manat qeyd edilmişdir. Bundan sonra satıcı və alıcılar arasında xx.xx.2020-ci il tarixdə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Hazırda iddiaçılar qeyd olunan hərrac protokollarına əsasən Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 600 kv.m torpaq sahəsində olan 4 mərtəbəli tikili (ü/s 2256,31 kv.m), Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 2 mərtəbəli, 10 saylı fərdi yaşayış evi (ü/s 442 kv.m) və Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, Yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 2 mərtəbəli, 10 saylı fərdi yaşayış evinə (ü/s 448 kv.m) mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini tələb edirlər. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, yuxarıda qeyd olunan əmlaklar və onlara dair hüquqlar ümumiyyətlə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışlar. Əlavə olaraq qeyd edilməlidir ki, barəsində iddia olunan tikililərin satışı üzrə hərracın nəticələrinin qanuniliyi qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə tanınmışdır. Lakin qeyd edilən tikinti obyektlərinin istismara yararlı fərdi yaşayış evi və ya qeyri-yaşayış sahəsi kimi qiymətləndirilməsi işin hazırkı vəziyyətində mümkünsüzdür. Göründüyü kimi iddiaçılar qanuniliyi məhkəmə aktı ilə tanınmış hərrac vasitəsilə əldə etdikləri tikinti obyektlərinin konstruktiv elementlərinin mülkiyyətçiləridirlər. Məhkəmə kollegiyası qeyd edir ki, işin hazırkı apellyasiya icraatı zamanı məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertin qarşısında aşağıdakı sual qoyulmuşdur: “1. Hazırkı iş üzrə Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 600 kv.m torpaq sahəsində olan dörd mərtəbəli tikili (ü/s 2256,31 kv.m) şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikilmişdirmi?
2. Həmin tikilidən təyinatı üzrə istifadə mümkündürmü?” Məhkəməyə daxil olmuş 30 iyul 2024-cü il tarixli, 3-16-16/2-10/2696№-li ekspert rəyinin tədqiqat hissəsində qeyd edilmişdir ki; “Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 May küçəsi, yeni yaşayış massivi, 1-ci döngədə yerləşən 600 kv.m torpaq sahəsində olan dörd mərtəbəli tikili Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması” Qaydalarının 4.1., 4.2. və 4.3. bəndlərinin tələblərinə uyğun aparılmışdır. Eyni zamanda tədqiq olunan tikilinin təmir olunduqdan sonra təyinatı üzrə istifadəsi mümkündür.” Məhkəmə kollegiyası qeyd edir ki, təqdim edilmiş ekspert rəyindən görünür ki, ekspert tikilinin yalnız Qaydaların 4.1., 4.2. və 4.3. bəndlərinin tələblərinə uyğun tikilməsini göstərmişdir ki, istinad edilən bəndlər Bina və qurğularda genişləndirmə, yenidən planlaşdırma və yenidənqurma işlərinin təşkili ilə, (yəni sənədləşmə işlərinin aparılması - müvafiq icra hakimiyyəti orqanlarına müraciətin edilməsi, texniki rəyin alınması, razılaşdırılma işləri və s.) əlaqədardır. Bir sözlə ekspert binanın möhkəmliyi və dayanıqlılığı ilə bağlı hər hansı fikir bildirməmişdir. Eyni zamanda tikilinin yalnız təmirdən sonra təyinatı üzrə istifadəsinin mümkünlüyünü bildirmiş, lakin yaşayış və ya qeyri-yaşayış təyinatlı olmasını rəyin tədqiqatın hissəsdin göstərməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, təqdim edilmiş ekspert rəyi iddianın təmin edilməsi üçün əsas qismində çıxış edə bilməz. AR İPM-nin 1.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə müvafiq Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri mövcud olduğundan cavabdehin hüquqların dövlət qeydiyyatına alınmasından imtinası qanuni olmuşdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 610/2022 saylı, 08 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-610/2022 saylı, 08 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.