Məhkəmə qərarları › İş №2-1(103)-1268/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1268/2022

17.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1268/2022 17.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızının və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, İddiaçı, üçüncü şəxsin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Cavabdehnə qarşı (üçüncü şəxslər: X10, X11 və X6) qərarın etibarsız hesab edilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2-1(112)-1429/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə),açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı 30 iyul 2019-cu il tarixdə cavabdeh Bakı şəhər Sabunçu rayon Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabunçu qəsəbə X1 mülkiyyətinə torpaq sahəsinin ayrılmasına dair 21 saylı 11 oktyabr 2006-cı il tarixli qərarının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1429/2020 saylı 19.06.2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçıının həmin qərardaddan verdiyi apelyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin 04 avqust 2020-ci il tarixli 2-1(103)-1445/2020 nömrəli qərardadı ilə təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır . Bakı Apelyasiya Məhkəməsinin qərarddadından da iddiaçının verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyasının 04 noyabr 2020-ci il tarixli 2-1(102) 1992/2020 nömrəli qərarı ilə təmin edilməmiş və apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. 03.05.2021-ci il tarixdə İddiaçı yeni açılmış hallar üzrə ərizə ilə məhkəməyə müraciət etmiş, daha sonra isə həmin ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə verərək, yeni açılmış hallar üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1429/2020 nömrəli 19 iyun 2020ci il tarixli qərardadının ləğv edilməsini və Bakı şəhəri Cavabdeh 11 oktyabr 2006-cı il tarixli 17 saylı qərarının etibarsız hesab edilməklə, ləğv edilməsi və həmin qərar əsasında X5 adına AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Ərizəi onunla əsaslandırmışdır ki, “...sorğu əsasında Sabunçu rayon Bələdiyyəsinə müraciət edərək, ona məxsus torpaq sahəsinin X5 adına sənədləşdirilməsi üçün əsas olan hallar barədə arayış təqdim edilməsini xahiş etmişdir. Sabunçu rayon Bələdiyyəsi 29 saylı 16 aprel 2021-ci il tarixli cavab məktubunda aşağıdakıları qeyd etmişdir ki, (Anaşkin) Əliyar Əliyev küçəsi ev 27 ünvanında 700 kvadrat metr torpaq sahəsi və 360 kvadrat metr tikinti sahəsi 2000-ci ildən Cavabdehndə İddiaçı adına vergi qeydiyyatına alınmış və 2016ci ildən vergilər ödənilmişdir. X5 adına torpaq sahəsini ayrılması barəsindəki 11.10.2006-cı il tarixli qərar və 12.06.2017-ci il tarixli məktub Bələdiyyə tərəfindən yazılmamışdır. Əmlak Komitəsinə təqdim edilən 11.10.2006-cı il tarixli “Bələdiyyə Qərarı” guya bələdiyyənin 11.10.2006-cı il tarixli 17 saylı iclas protokoluna əsasən verilib. Faktiki olaraq Bələdiyyədə 21 saylı protokol isə 24.02.2006-cı ildə yazılıb. Əmlak Komitəsinə təqdim etmək X2 adına verilən məktubun 12.06.2017-ci il tarixli 38/1 saylı olduğu göstərilir. Bələdiyyə faktiki olaraq 12.06.2017-ci tarixində 38/1 saylı yox, 61 saylı məktub (başqa mövzu ilə əlaqədar) Bakı İnzibati Məhkəməsinə göndərilib, 38/1 saylı məktub isə 18.04.2017-ci il tarixdə göndərilib. Göründüyü kimi təqdim edilmiş “Sənədlərin” heç birində nə qeydiyyat nömrəsi, nə də tarixləri bələdiyyə qeydiyyatı ilə uyğun gəlmir və belə sənədlər bələdiyyədə yoxdur. Həmin sənədlərdə bələdiyyənin möhürü və sədrin imzası saxtalaşdırılmışdır (əvvəlki beşillikdə qüvvədə olunmuş möhürdən istifadə olunub). Ona görə də hesab edir ki, Bələdiyyənin adından Əmlak Komitəsinə təqdim etmək üçün X5 adına verilmiş “sənədlər” saxtadır və heç bir əsası yoxdur. Sabunçu rayon Bələdiyyəsinin məktubunda göstərilən faktlardan müəyyən olunur ki, mübahisəli torpaq sahəsi və onun üzərində olan ev 2000-cü ildən (ünvan 1 ünvan) 2017-ci ilə kimi ona məxsus olmuşdur. Belə olan halda, bələdiyyənin həmin evə və torpaq sahəsinə dair 2006-ci ildən sənədləşdirilmə aparılması saxtadır və cinayətdir. Lakin ilkin məhkəmə baxışlarında göstərilən hallar nəzərə alınmamışdır. Hazırda sorğu ilə müraciət edildiyi təqdirdə göstərilən faktlar rəsmi sənədlərlə müəyyən olunmuşdur. Mübahisəli evi o, tikdirmişdir və bu fakt təkzib edilməzdir. Məhkəmə bu fakta münasibət bildirməmiş və formal olaraq qeyd etmişdir ki, guya mübahisəli iş üzrə subyektiv hüququ olmamışdır. Bu tamamilə əsasızdır. Yuxarıda qeyd olunan Bələdiyyə məktubunda mübahisəli torpaq və evin ona məxsus olması və vergi ödəyicisi olmağı təsdiq edilir. Bu isə ona dəlalət edir ki, mübahisəli iş üzrə onun hüququnun olması təsdiq edilir…» Bakı İnzibati Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2-1(112)-1429/2020 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini, ərizəsinə mahiyyəti üzrə baxılaraq ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərardadı qanunsuz və əsassızdır. Sabunçu rayon bələdiyyəsinin məktubunda göstərilən faktlardan müəyyən olunur ki, mübahisəli torpaq sahəsi və onun üzərində olan ev 2000-ci ildən 2017-ci ilə kimi ona məxsus olub. Belə olan halda, bələdiyyənin həmin evə və torpaq sahəsinə dair 2006cı ildən sənədləşdirilmə aparılması saxtadır və cinayətdir. Əvvəlkii məhkəmə baxışlarında göstərilən hallar nəzərə alınmamış, formal olaraq qeyd etmişdir ki, mübahisəli evə subyektiv hüquq olmayıb. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(112)-2146/2021 saylı 28.09.2021-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçının həmin qərardaddan verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyasının 18.01.2022-ci il tarixli 2-1(102) 81/2022 nömrəli qərarı ilə təmin edilmiş,iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyssının hazırkı iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün göndərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən X7 nümayəndəsi L.Əliyev vicdanlı alıcı olduqlarını bildirərək, birinci instansiya məhkəməsinin qərardadını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə, habelə məhkəmə iclasına gəlmədikləri təqdirdə işə onların iştirakı olmadan baxılacağı öarədə xəbərdar edilmiş cavabdeh və digər üçüncü şəxslər məhkəməyə gəlməmiş, məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və Ali Məhkəmənin qeyd olunan qərarından irəli gələn göstərişləri nəzərə alıb və iş materiallarını araşıdırıb belə hesab edir ki, ərizəçi İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Məcəllənin qeyd olunan tələbindən göründüyü kimi, yeni açılmış hallara görə icraatın təzələnməsi üçün birincisi, məhkəmə icraatı başa çatdıqdan sonra yeni sübutlar və ya hallar aşkar olunmalı aşkar olunmalı; 2. həmin sübutlar və ya hallar birinci instansiyada icraat zamanı ərizəçidən asılı olmayan səbəblərdən təqdim olunmamış olsun. Birinci instansiya məhkəməsi qərardadında göstərmişdir ki, ərizəçi tərəfindən ərizədə qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə zidd olaraq heç bir yeni sübutların və ya halların aşkar olunduğu qeyd olunmamışdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, konkret halda, birinci instansiya məhkəmənin həmin mövqeyi mövcud faktiki vəziyyətin nəticəsini əks etdirmir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu RPİ-nin, polis baş leytenantı Yusif Məmmədovun 02 sentyabr 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, “İddiaçı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə müraciət edərək ona məxsus evin sənədlərinin Məhəmməd adlı şəxs tərəfindən ələ keçirilərək başqa şəxsə satıldığını bildirmişdir. Araşdırma zamanı izahatı alınmış X8 izahatında demişdir ki, Natiq onun yanında Ədalətə pul vermiş, daha sonra Ədalət Natiqin evinin sənədlərini ona təqdim etmiş, Natiqin evinin sənədləri Nərimanov rayonunda yerləşən Bakı şəhəri Ərazi Dairəsinə təqdim edilmiş, lakin Ədalət evi Natiqin adına yox, Nuranə adlı qadının adına sənədləşdirmişdir. Sabunçu RPİ-də aparılan həmin araşdırmanın nəticələrinə dair qəbul olunmuş sözügedən 02.09.2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş və hadisə nəticəsində İddiaçı vurulmuş maddi ziyanla bağlı mübahisələrin mülki qanunvericiliklə tənzimləndiyi nəzərə alınaraq, tərəflərə vurulmuş bununla bağlı məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. (2-ci cild, iş v. 68-70). Göründüyü kimi, Sabunçu RPİ-nin sözügedən qərarı əsasında cinayət təqibinin başlanması rədd edilsə də, hadisə nəticəsində İddiaçı maddi ziyan vurulması müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “M.Həsənovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Yeni açılmış hallar üzrə məhkəmə tərkibinin 12 aprel 2014-cü il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 02.02.2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki: “M.Həsənovanın konstitusiya şikayətindən və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, hazırkı mülki iş üzrə qətnamənin çıxarılmasına səbəb olmuş sənədin saxtalaşdırılmasına görə iş üzrə tərəf olmuş G.Həsənovanın cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı icraat başlanılmış və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən icraata xitam verilmişdir. Belə ki, şikayətçi tərəfindən yeni açılmış hal kimi qeyd olunan G.Həsənovanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 320.1 və 320.2-ci maddələri ilə barəsində başlanılan cinayət işinin icraatına xitam verilməsinin əsası kimi CM-in 15.2, 75.1.1-ci və Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 39.1.3, 41, 280 və 281-ci maddələrinin tələbləri nəzərə alınaraq cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçdiyi göstərilmişdir... Bununla yanaşı qeyd edilməlidir ki, müəyyən obyektiv səbəblərdən, məsələn, təqsirləndirilən şəxsin ölməsi, amnistiya və ya cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçdiyi hallarda cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi mümkün olmur. Lakin şahidin bilə-bilə yalan ifadələr verməsi, sənədlərin və ya maddi sübutların saxtalaşdırılması və ya MPM-in 432.2.2-ci maddəsində nəzərdə tutulan digər hallarda cinayəti törətmiş şəxsin müəyyən obyektiv səbəblərdən cinayət məsuliyyətinə cəlb edilə bilməməsi qanunsuz, yaxud əsassız qətnamənin çıxarılmasına səbəb olmuş halların sonradan məhkəmə qaydasında yeni açılmış hal kimi müzakirə olunmasını istisna etməməlidir. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, təqsirləndirilən şəxsin ölməsi, amnistiya və ya cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçdiyi hallarda cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin mümkün olmaması səbəbindən qanunsuz, yaxud əsassız qətnamənin çıxarılmasına səbəb olmuş şahidin biləbilə yalan ifadələr verməsi, ekspertin bilə-bilə yalan rəy verməsi, tərcüməçinin bilə-bilə düzgün tərcümə etməməsi, sənədlərin və ya maddi sübutların saxtalaşdırılması yeni açılmış hallar üzrə məhkəmə aktlarına yenidən baxılmasına əsas ola bilər...” Konstitusiya Məhkəməsinin Plenumunun qeyd olunan qərarında ifadə olunan mövqeyi baxımından, Bakı şəhəri Sabunçu RPİ-nin sözügedən qərarı əsasında cinayət təqibinin başlanması rədd edilsə də, həmin qərarla hadisə nəticəsində İddiaçı maddi ziyan vurulma faktının aşkar olunması və bu ziyanın vurulması onun adına olan bələdiyyə sənədlərinə əsasən (Anaşkin) Əliyar Əliyev küçəsi 27/4 B ünvanında yerləşən torpaq sahəsində inşa etdiyi evin qeydiyyatının daşınmaz əmlakın dövlət reyestrində onun adına deyil, üçüncü şəxsin (X5) adına rəsmiləşdirilməsindən irəli gəlməsi, digər tərəfdən, Cavabdeh 29 nömərli 16 aprel 2021-ci il tarixli məktubnda həmin ünvanda yerləşən tikinti sahəsinin N.Hacıyvin adına vergi qeydiyyyatına alınmaması və 2016-cı ilədək onun tərəfindən vergilər ödənilməsinə uyğun gəlməsi, bütün bu halların yeni açılmış hallar kimi qiymətləndirilməsinə imkan verir və ən azından, həmin hallar İddiaçı mübahisəli ünvanda yerləşən daşınmaz əmlakla bağlılığını təsdiq etməklə, hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olduğunu göstərir. İPM-in 101-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə qərarına qarşı ərizə verilmiş məhkəmə tərəfindən baxılır. Beləliklə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin apellyasiya şikayətinin mübahisəli evə subyektiv hüququnun mövcud olduğunu mübahisələndirən dəlilləri razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2-1(112)- 1429/2020 saylı qərardadı ləğv edilməli, iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Qeyd olunanlara əsasən və İPM-in 68, 69, 87, 90, 89, 90-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Ərizəçi İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2-1(112)-1429/2020 saylı qərardadı ləğv edilsin. İş baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilmir. Sədrlik edən Cahangir Yusifov Hakimlər Aytən Oruczadə Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar