Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1268/2025 06.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X4 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə2 və tərcüməçi X7 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8917/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin mübahisələndirilməyən halları
1. Cavabdeh orqan güzəştli şərtlərlə pensiya təyin etməkdən imtina etmiş və xx.xx.2024cü il tarixli imtina məktubunda bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 il çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 63 il 6 ayına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyiniz dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Mərkəzi Filiala təqdim etdiyi "xxxx" MMC-nin ona dair arayışında xx.xx.1996xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə balet solisti vəzifəsində işlədiyi qeyd olunmuşdur. Bununla əlaqədar, sözügedən müəssisədə işlədiyi dövrlərə dair məlumatların dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırma apanlaraq həmin müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaedən kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Həmçinin, iş stajına aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün aidiyyəti üzrə sorğu göndərilib. Müvafiq sorğuya cavab olaraq, sözügedən müəssisənin iş qovluqlarının (ödənişlərinin) Arxivə təhvil verilmədiyi bildirilib. Bundan başqa, iş stajına aid məlumatların Mərkəzi Filialın mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi zamanı, həmin dövr ərzində ona əmək haqqı ödənilməsi və məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə hər hansı sənəd aşkar olunmadığı müəyyən edilib. Bu fakt "xxxx" MMC tərəfindən 22 dekabr 2023-cü il tarixli birgə Akt ilə təsdiq edilmişdir. Buna görə də həmin dövrü iş staja daxil etmək mümkün deyil. Göstərilən səbəblərdən də onun ümumi iş stajı 25 ildən az (13 il 9 gün (xx.xx.1979-xx.xx.1983-cü İİ, xx.xx.1984-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1991-ci il, xx.xx.1992-xx.xx.1992-ci il, xx.xx.1993-xx.xx.1993-cü il, xx.xx.1993-xx.xx.1993-cü il tarixləri arasındakı dövrlər)), güzəştli iş stajı isə 10 ildən az (3 iİ 9 ay 17 gün (xx.xx.1979-xx.xx.1983-cü il tarixləri arasındakı dövr)) təşkil edir. Bundan başqa, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 13123,04 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
2. Bakı Xoreoqrafiya Məktəbinin 037235 nömrəli diploma əsasən xx.xx.1975-xx.xx.1979cu il tarixinədək xalq rəqsləri ansamblının artisti kimi təhsil almışdır.
3. Azərbaycan Dövlət Musiqili Teatrının Şəxsin güəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışa əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə vəzifəyə təyin edilmə və azad edilmə əmrlərinin (sərəncamlarının) nömrələri, işə başladığı və işdən çıxdığı tarixlər: işə qəbul edilməsi – xx.xx.1979-cu il, xx.xx.19789-cu il tarixli 102№-li əmr; İşdən azad olunması tarixi – xx.xx.1983-cü il tarixli 75№-li əmr tarixləri arasındakı dövr ərzində işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı 3 il, 9 ay, 17 gün (illər, aylar və günlər üzrə təsdiq edilmiş cədvəl əlavə olunur) təşkil edir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri incəsənətin xüsusi sahələri (balet artistləri) ibarət olmaqla, Azərbbaycan espublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı təsdiq edilmiş Siyahının 33 bəndinə/ (yarımbəndinə) və (və ya) 2653 vəzifə koduna uyğundur.
4. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan X3 və İncəsənət Arxivinin xx.xx.2023-cü il tarixli arxiv arayışına əsasən Azərbaycan SSR Mədəniyyət Nazirliyinin “Azərkonsert” Dövlət Qastrol-Konsert Birliyinin 1984 və 1989-cu illər üçün şəxsi heyət üzrə əmrlərində X1 Birliyə işə qəbulu (əmr №57a, 01 fevral 1984-cü il tarixli) və işdən azad edilməsi (əmr №158 3, 14 aprel 1989-cu il) qeyd olunmuşdur.
5. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi X2 xx.xx.2023-cü il tarixli arxiv arayışına əsasən İddiaçı Azərbaycan Respublikasının Ticarət Nazirliyi “Gülüstan" şadlıq sarayının (indiki Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Gülüstan” sarayının) 19 aprel 1989-cu il tarixli 38-k saylı əmrinə əsasən Varyiteyə 1ci dərəcəli balet artisti qəbul edilmişdir və 23 mart 1994-cü il tarixli 16-k saylı əmrinə əsasən işdən azad edilmişdir,
6. "xxxx" Firması” Məhdud Məsuliyyətli Cəmiyyətinin şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışa əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) "xxxx" Firması” Məhdud Məsuliyyətli Cəmiyyətində balet solisti (vəzifəyə təyin edilmə və azad edilmə əmrlərinin (sərəncamlarının) nömrələri, işə başladığı və işdən çıxdığı tarixlər: 1) İşə qəbul edilməsi tarixi -01 may 1996-cı il, 29 aprel 1996-cı il tarixli 5 №li əmr; işdən azad olunması tarixi - 30 may 1999-cu il, 26 may 1999-cu il tarixli 25 №li əmr. 2) İşə qəbul edilməsi tarixi - 25 iyun 1999-cu il, 25 iyun 1999-cu il tarixli 31 №- li əmr; işdən azad olunması tarixi - 31avqust 2005-ci il, 29 avqust 2005-ci il tarixli 67 №-li əmr) tarixləri arasındakı dövr ərzində işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı 9 (doqquz) il 3 (üç) ay 3 (üç) gün (illər, aylar və günlər üzrə təsdiq edilmiş cədvəl əlavə olunur) təşkil edir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri incəsənətin xüsusi sahələri (balet artistləri) ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 33 bəndinə/ (yanmbəndinə) və (və ya) 2653 vəzifə koduna uyğundur.
7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2024-cü il tarixli Müraciətin cavablandırılması barədə məktubunda qeyd edilmişdir ki, "xxxx" Firması xx.xx.1997-ci il tarixdə 33879 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. "xxxx" Firmasının nizamnaməsi və dövlət reyestrindən çıxarışının təsdiq edilmiş surətləri təqdim edilir. Əlavə olaraq bildirilmişdir ki, hüquqi şəxsin fəaliyyəti barədə məlumat “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən kommersiya hüquqi şəxslərin dövlət reyestr məlumatlarına aid deyildir.
a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı məhkəməyə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiəsi Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
9. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi “İddiaçı 52 yaşından (13 may 2014-cü il tarixindən etibarən) güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” kimi dəyişdirilmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, 28 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və X6 Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. 5 aya yaxın müddətin keçməsinə baxmayaraq Cavabdeh onun ərizəsinə baxmamış, cavab verməmişdir. Cavabdehin bu hərəkətsizliyi yolverilməzdir. Həmin hərəkətsizliyin nəticəsində iddiaçının hüquqları pozulur. O, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının almaq hüququna malikdir (incəsənətin xüsusi sahələri (balet artisti); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 33 bəndi, 2653 vəzifə kodu). Qanunun 9.8-ci maddəsinə əsasən Qanun qüvvəyə mindiyi günədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 2007-ci il 6 mart tarixli 260-İİİQD Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 1992-ci il sentyabr tarixli 305 nömrəli Qanununun 62-ci maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı üzrə teatr, kino və digər teatr-tamaşa müəssisələri və kollektivləri artistlərinin ayrı-ayrı kateqoriyaları müvafiq olaraq 20, 25, və 30 il yaradıcılıq fəaliyyəti stajı topladıqda xidmət illərinə görə pensiya almaq hüququ qazanırlar. “Uzun müddət xidmətə görə pensiya təyinatına hüquq verən sahə, peşə və vəzifələrin Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 676 nömrəli Qəran ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 62cı maddəsinə müvafiq olaraq, uzun müddət xidmətə görə pensiyaya hüququ olan teatr, kino və digər teatr-tamaşa müəssisələrində və kollektivlərində yaradıcılıq fəaliyyəti ilə məşğul olan artistlərin Siyahısı (əlavə № 4) təsdiq edilmişdir (bu Qərarın 4-cü bəndi). Həmin Siyahının 1-ci bəndində balet artistləri (tutulan vəzifələrdə 20 ildən az olmayaraq yaradıcı iş stajı olduqda) qeyd olunmuşdur. İddiaçı 20 ildən çox müddət ərzində balet artisti vəzifələrində çalışmışdır, ümumi iş (sığorta) stajı da qanunvericiliklə tələb olunan müddətdən az deyil (müvafiq təsdiqedici və arxiv sənədləri Cavabdehə təqdim edilmişdir). İstər Qanunun, istər də 1 yanvar 2006-cı il tarixinədək qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir.
11. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı xx.xx.2023-cü il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli 3-17- 1/2-Z-147298/2024 nömrəli məktubuna əsasən, iddiaçının qanunvericiliklə tələb olunan kifayət qədər ümumi və güzəştli iş stajı olmadığından ona güzəştli şərtlərlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" MMC-nin İddiaçı dair arayışında xx.xx.1996-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə balet solisti vəzifəsində işlədiyi qeyd olunmuşdur. Bununla əlaqədar, sözügedən müəssisədə işlədiyi dövrlərə dair məlumatların dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırma aparılaraq həmin müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaedən kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Həmçinin, iş stajına aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün tərəfimizdən aidiyyəti üzrə sorğu göndərilib. Müvafiq sorğuya cavab olaraq, sözügedən müəssisənin iş qovluqlarının (ödənişlərinin) arxivə təhvil verilmədiyi bildirilib. Bundan başqa, iş stajına aid məlumatların Mərkəzi Filialın mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi zamanı, həmin dövr ərzində iddiaçıya əməkhaqqı ödənilməsi və məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə hər hansı sənəd aşkar olunmadığı müəyyən edilib. Bu fakt "xxxx" MMC tərəfindən 22 dekabr 2023-cü il tarixli birgə akt ilə təsdiq edilmişdir. Buna görə də həmin dövrün sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Göstərilən səbəblərdən də iddiaçının ümumi iş stajı 25 ildən az (13 il 9 gün (xx.xx.1979- xx.xx.1983-cü il, xx.xx.1984-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1986cı il, xx.xx.1986- xx.xx.1987-ci il, xx.xx.1987-31.01,1988-ci il, 01,03.1988-xx.xx.1989cu il, xx.xx.1989- xx.xx.1991-ci il, xx.xx.1992-xx.xx.1992-ci il, xx.xx.1993-xx.xx.1993cü il, xx.xx.1993- xx.xx.1993-cü il tarixləri arasındakı dövrlər)), güzəştli iş stajı isə 10 ildən az (3 il 9 ay 17 gün (xx.xx.1979-xx.xx.1983-cü il tarixləri arasındakı dövr)) təşkil edir. Bundan başqa, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 13123,04 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8917/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilmişdir.
13. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
b) Apellyasiya şikayətinin dəlilləri
14. Apellyasiya şikayəti iddiaya etiraza uyğun əsaslandırılmışdır.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatları
16. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını, cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsinin məhkəmədən xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
17. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
18. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun: 13-cü maddəsinin birinci hissəsinin b) bəndinə əsasən: əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir.
19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun: 9.1-ci bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir).
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
22. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23.Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən) 24.İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 17-20-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. 25.Belə ki, hazırkı işin hallarından görünür ki, İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək ona 52 yaşının tamam olduğu xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. 26.Cavabdeh orqan isə müraciəti təmin etməkdən imtina etmiş və bildirmişdir ki, iddiaçının iddiaçının qanunvericiliklə tələb olunan kifayət qədər ümumi və güzəştli iş stajı olmadığı üçün ona 52 yaşdan pensiya təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün deyildir.
27. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasına əsasən, onun ümumi iş stajının 25 ildən artıq olduğu sübut olunur.
28. Cavabdeh orqan tərəfindən konkret mübahisələndirilən hal isə xx.xx.1996xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-də balet solisti vəzifəsində işlədiyi dövrlərdir.
29. Bununla bağlı işin apellyasiya baxışı zamanı "xxxx" MMC-yə sorğu verilmiş və 18 fevral 2025-ci il tarixi cavab məktubunda bildirilmişdir ki, İddiaçı "xxxx" Firması” MMC-də 01 may 1996-cı il tarixindən 30 may 1999-cu il tarixinədək və 25 iyun 1999-cu il tarixindən 31 avqust 2005-ci il tarixinədək balet solisti vəzifəsində işləmişdir. Onun "xxxx" MMC-də işlədiyi vəzifə üzrə iş stajı 9 il 3 ay 3 gün təşkil edir. İddiaçının işlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri incəsənətin xüsusi sahələri (balet artistləri) ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 33 bəndinə/ (yanmbəndinə) və (və ya) 2653 vəzifə koduna uyğundur.
30. Göründüyü kimi iddiaçının diplom üzrə müvafiq ixtisası mövcuddur, eləcə də əvvəllər də qeyd edilən peşə üzrə (balet artisti) əmək fəaliyyəti ilə məşğul olmuşdur. Eləcə də iş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə digər artistlər arasında bağlanılmış əmək müqavilələri həmin qurumun incəsənət fəaliyyəti ilə məşğul olduğunu təsdiq edir və qurumun fəaliyyət göstərməməsi ilə bağlı hər hansı şübhə yeri qalmır. 31.Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda 33-cü bəndinə uyğundur. Bu səbəbdən normativ sənədlə iddiaçıya əvvəllər verilməmiş hüquqlar verildiyindən (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 320 saylı Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 və 2 №-li Siyahısın”da həmin peşələr nəzərdə tutulmamışdır) "fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hallar”ın dairəsinə aid olur.
32. Belə olduğu təqdirdə peşəsi balet artisti olan İddiaçı "xxxx" MMC-də işlədiyi xx.xx.1996–xx.xx.1999-cu illər və xx.xx.1999– xx.xx.2005-ci illər güzəştli şərtlərlə əmək pensiyasının təyini zamanı 27 ildən yuxarı olan ümumi, eləcə də 23 ildən yuxarı olan zərərli əmək stajına daxil edilməlidir.
33. Beləliklə də, iddiaçıya 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Belə olan halda, cavabdeh tərəfindən ona 52 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina olunması onun hüquqlarını pozur.
34. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. 35.İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 36.Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8917/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. 37.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8917/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.