Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1269/2020 19.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Məmmədov Vidadi Məmməd oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə; Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı (xx.xx.1953-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X10 İdarəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X10 üzrə Mərkəzi Filialı) qarşı güzəştli şərtlərlə pensiyanın təyin edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1054/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Siyəzən rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı xx xxxx 2009-cu il tarixdən, 56 yaşdan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən xx xxxxxx 2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun güzəştli pensiya təyinatı üçün yaşa və staja görə tələbləri nəzərə alınmaqla, son 24 ayın əmək haqqına əsasən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinin və həmin vaxtdan halhazıra kimi hesablanaraq ona ödənilməmiş pensiya məbləği fərqinin ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla cavabdeh arasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı xx xxxx 2009-cu il tarixindən, 56 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx xxxxxx 2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinin 5-ci bəndinə əsasən, aldığı əmək haqqına görə pensiyasının yenidən təyin edilməsinin və o vaxtdan hal-hazıra kimi yaranmış fərqin hesablanaraq ona ödənilməsi məsələsində mübahisə yaranmışdır. xx xxxx 1998-ci il tarixinə kimi 25 il ümumi, 22 il 3 ay 26 gün güzəştli pensiya hüququ verən iş stajı olduğu üçün qeyd edilən tarixə kimi əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə sonradan edilmiş hüquqi tənzimləmə nəticəsində “Vətəndaşların pensya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx xxxx 1997-ci il tarixli, 321-İQD nömrəli Qanunun 1-ci maddəsinə əsasən, həmin Qanunun 13- cü maddəsində nəzərdə tutulmuş yaş həddi xx xxxxxx 1997-ci ildən xx xxxxxx 2000-ci ilədək hər il 6 ay artırıldığı və o, ümumi və xüsusi stajı xx xxxx 1998-ci il tarixində toplaya bildiyi üçün 56 yaşında əmək haqqına əsasən pensiya hüququ olmuşdur. Bu səbəblə də, hüququnun yarandığı tarixdən, xx xxxx 2009-cu ildən, 56 yaşdan ona güzəştli şərtlərlə əmək haqqına əsasən əmək pensiyası təyin edilməsi və hal-hazıra kimi ona ödənilməmiş pensiya məbləğinin ödənilməsi xahişi ilə cavabdehə məktubla müraciət etmişdir. Lakin, cavabdeh xx xxxx 2019-cu il tarixli, **********6 nömrəli məktubla onun xahişini yerinə yetirməkdən imtina etmiş və onun xx xxxxxx 1997-ci ilə qədər 25 il ümumi iş stajı olmamasını dəlil gətirərək, müraciətini rədd etmişdir. Xahişi cavabdeh tərəfindən təmin edilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, xx xxxx 1953-cü ildə Siyəzən rayonunda anadan olmuş, hal-hazırda Siyəzən şəhərində yaşayır. Hərbi xidmətdə olmamışdır. Onun xx xxxx 1973-xx xxxxxx 2018-ci illər də olmaqla 40 ildən çox əmək stajı vardır. Həmin əmək stajının xx xxxxxx 1975-ci ildən xx xxxx 1996-cı ilə (20 il 06 ay 15 gün) və xx xxxxxx 2002-xx xxxxxx 2006-cı il tarixə qədər dövründə (03 il 30 gün) “əmtəə operatoru” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahısı”nda Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölümü - üzrə şifrəsi 2130301a-16085) vəzifəsində üst-üstə 23 il 07 ay 14 gün güzəştli əmək stajı təşkil edir. İşlədiyi bu vəzifə cavabdeh tərəfindən güzəştli əmək stajı qəbul edilərək, xx xxxxxx 2010-cu il tarixindən güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. Lakin, pensiya təyinatı aparılarkən cavabdeh “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx xxxxxx 2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinin 5-ci bəndinə, aldığı əmək haqqına əsasən əmək pensiyasının təyin edilməsi qaydası xx xxxxxx 2010-cu il tarixinə kimi qüvvədə olmuşdur. Onun xx xxxxxx 1997-ci il tarixində 24 il 04 ay 05 gün ümumi iş stajı olmuşdur. 25 il ümumi əmək stajı bu tarixdən sonra, xx xxxx 1998-ci il tarixində tamamlanmışdır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx xxxx 1997-ci il tarixli, 321-İQD nömrəli Qanunun 1-ci maddəsinə əsasən, həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş həddi xx xxxxxx 1997-ci ildən xx xxxxxx 2000-ci ilədək hər il 6 ay artırılır. Bu Qaydanın tətbiqindən sonra aydın olur ki, onun ümumi əmək stajı xx xxxxxx 2000-ci il tarixindən əvvəl tamamlanmışdır və bu səbəblə də, ona 56 yaşdan əmək haqqına əsasən pensiya təyinatı aparılması labüd olub. Onun 56 yaşı, xx xxxxxx 2010-cu il tarixindən əvvəl olub, yəni əmək haqqına əsasən pensiya təyin edilməsinin qüvvədə olduğu dövrdə tamam olub və qaydalara əsasən, hüququ yarandığı dövrdə qüvvədə olan qanunvericilik tətbiq edilməlidir. xx.xx.2019-cu il tarixdə cavabdeh vəsatətlə məhkəməyə müraciət edərək cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X10 İdarəsinin göstərilməsini xahiş etmişdir. xx.xx.2019-cu il tarixdə iddiaçı ərizə verərək cavabdehin əsl cavabdeh olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X10 İdarəsi ilə əvəz edilməsini xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-1405/2019 saylı, xx.xx.2019cu il tarixli qərardadı ilə (hakim V.Əzizova) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə 2-1(85)-1405/2019 saylı inzibati işin aidiyyəti üzrə baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1054/2020 saylı , xx xxxx 2020-ci il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia qismən təmin edilmiş, İddiaçı 55.6 yaşdan, yəni xx.xx.2008-ci il tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X10 İdarəsinə həvalə edilməsi qərara alınmış, iddia qalan hissədə təmin edilməmişdir. Qərardan narazı qalan cavabdeh xx.xx.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1054/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı təmin edərkən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. İddiaçı xx.xx.1998ci il tarixinə zəruri olan üç şərtdən ikisini ödəmiş olsa belə onun həmin tarixə yaş həddi 45 olmuşdur. İddiaçıya xx.xx.2010-cu il tarixdən yəni 57 yaşdan qanunvericiliyin tələbləri baxımından düzgün olaraq pensiya təyin edilmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçının Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1054/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qərarından verdiyi apellyasiya şikayəti məhkəməyə daxil olmuşdur. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianın əsaslı olduğunu qəbul etmiş, lakin qərarın əsaslandırma hissəsində qeyri-düzgün istinadlarla ona əməkhaqqına əsasən pensiya məbləğinin təyin edilməsi hissəsində iddianı təmin etməyərək, onu qismən təmin etmişdir və qərarın digər hissəsində iddianın qismən təmin edilməli olduğunu bildirmişdir. Bununla da, qərar təzadlı əsaslandırılmaqla tərtib edilmişdir. Əmək pensiyasının əməkhaqqına əsasən hesablanmalı olduğunu qərarda məhkəmə özü etiraf etsə də, iddianın bu hissəsini təmin etməmişdir. Sonuncu məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 və əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 cavabdehin apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddiaçının apellyasiya şikayətinin və iddia tələbinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə, habelə, məhkəməyə gəlmədiyi təqdirdə onun iştirakı olmadan işə baxılacağı barədə xəbərdar edilmiş iddiaçı məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı cavabdehin verdiyi apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini, tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1054/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının və cavabdehin apellyasiya şikayətləri təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarından görünür ki, İddiaçı xx.xx.1953-cü il tarixdə anadan olmuşdur. İşdə olan iddiaçıya məxsus НЗ seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı hərbi xidmətdə olmamışdır. İşdə olan iddiaçıya məxsus xx xxxxx 1973-cü il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.2018-ci il tarixədək “xxxx” Neft və Qazçıxarma İdarəsində “əmtəə operatoru” peşəsində işləmişdir. İddiaçı ərizə ilə cavabdeh orqana müraciət etmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Siyəzən rayon Şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış xx xxxx 2019-cu il tarixli, **********6 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, ona xx.xx.1990-cı il tarixdən İİİ qrup əlil kimi əmək pensiyası, xx.xx.2010-cu il tarixdən isə ərizəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində (yaş həddinin artırılması haqqında) dəyişiklik xx xxxxxx 1997-ci ildə edilib. Həmin vaxta qədər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahı”na əsasən 12 il 06 aydan çox zərərli əmək sahəsində əmək stajı olmasına baxmayaraq 25 il ümumi iş stajı yoxdur. Beləliklə, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa xx xxxxxx 1997-ci ildə dəyişiklik edilərkən onun tələb olunan 25 il ümumi iş stajı (xx.xx.1997-ci il tarixə 24 il 04 ay 04 gün stajı var) və 55 yaşı (qeyd olunan ildə onun 44 yaşı olub) olmadığına görə onun güzəştli şərtlərlə əmək pensiyası hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 8-ci bəndinə əsasən tənzimlənə bilməz. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1953-cü il təvəllüdlüdür. O, əmək fəaliyyətinə xx.xx.1973-cü il tarixdə fasiləsiz olaraq xx.xx.2018-ci il tarixədək “xxxx” Neft və Qazçıxarma İdarəsində əmtəə operatoru vəzifəsində çalışmışdır. Onun xx.xx.1998-ci il tarixdə 25 il ümumi iş stajı tamam olmuşdur. İddiaçı, 56 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya hüququnun yarandığı dövrün qanunvericiliyinə uyğun olaraq pensiyasının yenidən hesablanması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh (Siyəzən rayon Şöbəsi) tərəfindən **********6 saylı, xx xxxx 2019cu il tarixli məktubla cavab verilərək göstərilmişdir ki, ona xx.xx.2010-cu il tarixdən 57 yaşından yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa x xxxxxx 1997-ci ildə dəyişiklik edilərkən onun tələb olunan 25 il ümumi iş stajı (xx.xx.1997-ci il tarixə 24 il 04 ay 04 gün stajı var) və 55 yaşı (qeyd olunan ildə sizin 44 yaşı olub) olmadığına görə onun xahişi qeyri-qanuni olduğu üçün yerinə yetirilməsi mümkün deyildir. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, mübahisə yuxarıda qeyd edilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsini gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: İş materiallarından görünür ki, İddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.2018-ci il tarixədək fasiləsiz olaraq “xxxx” Neft və Qazçıxarma İdarəsində “əmtəə operatoru” peşəsində işləmişdir. Bu ixtisas Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş, 2 saylı Siyahı, Xİİ bölmə, şifr 2130301a – 16085 əsasən güzəştli sayılır. Eyni zamanda iş materiallarından aydın olur ki, iddiaçının 1973-2018 illərdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 saylı siyahıda nəzərdə tutulmuş vəzifədə 12 il 6 aydan artıq müddətə işləməsi ilə bağlı tərəflər arasında hər hansı mübahisə mövcud deyildir və iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən xx.xx.2010-cu ildə 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilmişdir. İşin mübahisələndirilən halı ondan ibarətdir ki, iddiaçı hesab edir ki, ona «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən 56 yaşdan pensiya təyin edilməli və pensiya məbləği pensiya hüququnun yarandığı dövrdə qüvvədə olan pensiya qanunvericiliyinin tələblərinə müvafiq olaraq hesablanmalıdır. Cavabdeh hesab edir ki, iddiaçının xx xxxxxx 1997-ci ilədək 25 il ümumi stajı yaranmamışdır. Məhkəmə iddiaçının əmək kitabçasında qeyd olunan iş dövrlərini nəzərə alaraq, hesab etmişdir ki, xx xxxxxx 1998-ci il tarixədək 25 ildən artıq ümumi iş stajı mövcud olmuşdur. Bu səbəbdən iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün, onun 25 ildən artıq ümumi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993cü il tarixli, 320 saylı qərarı ilə təsdiq olunan 2 saylı Siyahı üzrə 12 il 6 aydan çox güzəştli şərtlərlə əmək stajı xx xxxxxx 1998-ci ilədək yarandığından, ona pensiya təyin edilərkən «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanunun xx xxxxxx 1998-ci ilədək olan redaksiyası əsas götürülməlidir. Həmin Qanunun 13-cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə xx xxxx 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən isə həmin maddədə nəzərdə tutulan yaş həddi xx xxxxxx 1997-ci ildən başlayaraq xx xxxxxx 2000-ci ilədək hər il 6 ay artırılır. Həmin artırılma nəzərə alındıqda iddiaçının 55,6 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Göründüyü kimi “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən İddiaçı 55.6 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Məhkəmə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 31.1, 32, 37.7-ci maddələrinin tələblərini nəzərə alaraq, iddiaçının 55.6 yaşdan yaranmış pensiya fərqinin ödənilməsi tələbini də əsaslı hesab etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 31.1-ci maddəsinə əsasən (xx xxxx 2017-ci ilədək olan redaksiyası) əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32-ci maddəsinin 1-ci bəndinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Həmin Qanunun 37.7-ci maddəsinə görə isə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Birinci instansiya məhkəməsi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17.5-ci maddəsinə əsasən təyin edilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması hissəsində iddianı əsaslı hesab etməyərək qeyd edir ki, xx xxxxxx 2006-cı ilədək qüvvədə olmuş, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17- ci maddəsinə əsasən yaşa görə pensiyaların əsas məbləği, habelə minimum məbləğdə hesablanmış pensiyalar tələb olunan iş stajından artıq hər tam il üçün minimum pensiyanın iki faizindən az olmamaq şərti ilə, orta aylıq əmək haqqının iki faizi qədər artırılır. Həmin maddə üzrə yaşa görə hesablanmış pensiyanın məbləği tələb olunan iş stajından artıq hər tam ilə görə minimum pensiyanın üzərinə hesablanmış əlavə istisna olmaqla, orta əmək haqqının 85 faizindən, 13-cü maddənin «a» bəndində nəzərdə tutulan işçilərin pensiyası orta aylıq əmək haqqının 100 faizindən, «b» bəndində nəzərdə tutulan işçilərin pensiyası isə orta aylıq əmək haqqının 90 faizindən artıq ola bilməz. Göründüyü kimi, qüvvədən düşmüş norma əmək pensiyasının orta aylıq əmək haqqı əsas götürülməklə hesablanmasını müəyyən edir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun mətni yuxarıda qeyd olunan 9.8-ci maddəsinin tələbinə əsasən xx xxxxxx 2006-cı ilədək 25 il ümumi iş stajı, o cümlədən 12 il 6 ay xüsusi əmək stajı olan şəxslərə yaşa görə əmək pensiyası yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələbləri əsas götürülməklə təyin edilir. Başqa sözlə, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsi təyin olunan pensiyanın hesablanması qaydasını deyil, məhz yaş və stajın xx.xx.2006-cı ilədək qüvvədə olan qanunvericilik normaları əsası götürülməklə hesablanmasını müəyyən edir. Qeyd olunan hissədə cavabdehin etirazı ondan ibarətdir ki, əmək pensiyanın əmək haqqı əsasında hesablanması xx xxxxxx 2010-cu il tarixdən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklə qüvvədən düşmüşdür. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun (xx.xx.2010-cü ilədək qüvvədə olmuş redaksiyası) 27.1-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əməkhaqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (bu qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir. Həmin maddənin xx xxxx 2017-ci ilədək olan redaksiyasına əsasən Qanun qüvvəyə mindiyi günənədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu qanun qüvvəyə mindiyi tarixə (2006-cı il yanvarın 1-dək) qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Qeyd olunan maddi hüquq normalarının tələblərinin hazırkı işin faktiki hallarına tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçıya xx xxxxxx 2008-ci ildən təyin edilməli olan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə, o cümlədən 17-ci maddəsinin 5-ci bəndinin tələbinə əsasən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə zidd hesab olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. X8 Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətəndaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə xx xxx 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X7 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. İş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasının təsdiq edilmiş surətinə əsasən əmək kitabçasının 12-ci qrafasında iddiaçının 407 №-li, xx.xx.1998-ci il tarixli əmrlə işdən azad edildiyi qeyd edilmişdir. Bu qeyddən sonra 12 №-li yazının səhv yazıldığı üçün əsassız sayılması qeyd edilmişdir. Bununla əlaqədar olaraq, işin apellyasiya icraatı zamanı xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin “xxxx” Neftqazçıxarma İdarəsinə və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinə sorğu ünvanlanaraq, işin obyektiv və hərtərəfli araşdırılması üçün xx.xx.1998-ci il tarixli, 407 №-li əmrin tam mətnini və 12 saylı qrafada olan qeydin aparılmasına əsas olmuş sənədlərin təsdiq edilmiş surətinin məhkəməyə təqdim olunması xahiş edilmişdir. Sorğuya cavab olaraq, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Quruda Neft və X4 “xxxx” Neftqazçıxarma İdarəsinin xx.xx.1998-ci il tarixli, 407 №-li əmrinin surəti məhkəməyə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.1998-ci il tarixli, 407 №-li əmrinin surətinə əsasən İddiaçı adının həmin əmrdə qeyd olunmadığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlili olan “Əmək pensiyasının əməkhaqqına əsasən hesablanmalı olduğunu qərarda məhkəmə özü etiraf etsə də, iddianın bu hissəsini təmin etməməsi” ilə bağlı qeyd edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi konkret maddi hüquq normalarına istinad edərək, əsaslı olaraq, iddiaçıya xx xxxxxx 2008-ci ildən təyin edilməli olan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə, o cümlədən 17-ci maddəsinin 5-ci bəndinin tələbinə əsasən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə zidd hesab olunduğu qənaətinə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1054/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının və cavabdehin apellyasiya şikayətləri təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X10 üzrə Mərkəzi Filialının apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1054/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-1269/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1269/2020
19.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver