Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1269/2023 20.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X5 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, İddiaçı1, digər iddiaçının nümayəndəsi Nümayəndə və üçüncü şəxs X6 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər: X8, X11, X12, X2 və X10) “üçüncü şxslərin qeydiyyatdan çıxarılması tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9526/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İ. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı öhdəliyin icrası haqqında (İPM m.34) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üçüncü şəxslər X8, X11, X12, X2 və X3 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişlər. İddianın əsaslarına görə ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi iddiaçıların mülkiyyətindədir. Üçüncü şəxslər ailəonların üzvləri deyil, qonşularıdır və iddiaçıların evində istifadə hüquqları yoxdur, yaşadıqları evin bir-birinə aidiyyəti yoxdur, yəni faktiki olaraq onların evində yaşamırlar. Üçüncü şəxslərin yaşadıqları evə görə bütün kommunal (işıq, qaz və su) xərcləri üçüncü şəxs X7 atası X4 adına yazılır və üçüncü şəxslər tərəfindən də ödənilir. İddiaçılar da evlərinin kommunal xərclərini özləri ödəyir. Odur ki, iddiaçılar cavabdehə müraciət edərək üçüncü şəxslərin həmin ünvandan qeydiyyatdan çıxarılmaları üçün müraciət etmiş, lakin sonuncu imtina edərək, onlara məhkəməyə müraciət etməyi tövsiyyə etmişlər. İddiaçılar hesab edir ki, imtina əsassızdır. Birinci instansiya məhkəməsində işə baxıarkən, cavabdehin iddia ərizəsinə etirazı məhkəməyə daxil olmamış, məhkəmə proseslərində iştirak edən üçüncü şəxslər isə iddia ərizəsinə etirazlarınnı bildirmiş, iddiaçıların evinin onlara aidiyyəti olmadığını, bir-birindən ayrı-ayrı evdə yaşadıqlarını bildirərək iddianın rədd olunmasını xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9526/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçılar oxşar məzmunlu apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətləri İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayətləri aşağıdakılarla əsaslandırılmışdır: “Üçüncü şəxslərin onların paylı mülkiyyətində olan evimdə qeydiyyatda qalması nəticəsində onlar mülkiyyətimdə olan əmlak üzərində öz mülahizəmə əsasən sərəncam verə bilmir. Belə ki, evlə bağlı hər hansı bir hərəkəti etmək istədikdə üçüncü şəxslərin hamısının notariat qaydsında təsdiq edilmiş razılıqları tələb olunur, halbuki onların ev üzərində heç bir hüquqları yoxdur. Məhkəmə Mülki Məcəllənin 152-ci maddəsində təsbit edilmiş mülkiyyətçi kimi mənzilə sərəncamvermə hüququmun təmin edilməsi üçün Mülki Məcəllənin 152.1,152.2,152.3,152.4.152.5-ci maddələrini tətbiq edərək onların iddiasını təmin etməli olduğu halda etməmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin» birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair" 24 sentyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, “...Konstitusiya Məhkəməsinin Plenumu qevd etməyi zəruri hesab edir ki. bu hallarda qeydiyyatda olan şəxslərin ınülkİN\ətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qavdada tənzimlənməsə də, “Yaşayış veri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarınyı mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarınırl təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir Onların paylı mülkiyyətimdə olan evdə üçüncü şəxslər faktiki yaşamadıqları və ev üzərində mülkiyyət (istifadə, icarə, kirayə) hüququ olmadığı halda cavabdeh inzibati orqan mənzildən həmin şəxsin qeydiyyatdan çıxarılmasından imtina etdiyi üçün məhkəmə mənim tələbinJ əsasında üçüncü şəxslərin qeydiyyatdan çıxarılması öhdəliyini cavabdehin üzərinə qoymalı olduğu halda bunu etməmişdir. Məhkəmə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsini tətbiq edərək üçüncü şəxs mənim mənzilimdə yaşamadığı və olmadığı üçün iddiamı təmin etməli idi.” Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən İddiaçı1 və ikinci iddiaçının nümayəndəsi İddiaçı2 apellyasiya şikayətlərini müdafiə edərək təmin olunmasını, üçüncü şəxs R.Əliyeva isə mübahisəli ünvanda ayrı-ayrı evlərdə yaşadıqlarını bildirərək birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclası barədə məlumat verilmiş digər üçüncü şəxslər məhkəməyə gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddiaçıların apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə iddianı rədd edərəkən hesab etmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsində yerləşən bir-birindən təcrid olunmuş 55 saylı fərdi yaşayış evlərindən biri iddiaçıların digəri üçüncü şəxslər olan Əliyevlər ailəsinin istifadəsindədir və üçüncü şəxslər özlərinə məxsus fərdi yaşayış evində qeydiyyatdadırlar, həmin fərdi yaşayış evinin iddiaçıya məxsus fərdi yaşayış evinə heç bir aidiyyəti yoxdur. Belə olan halda üçüncü şəxslərin həmin ünvandan yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün qanunda nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud olmadığından cavabdeh inzibati orqan sonuncunu qeydiyyatdan çıxarmamaqla qanunvericiliyin tələblərinə uyğun hərəkət etmiş olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır. Belə ki, iddiaçıların iş materiallarına əlavə edilmiş müvafiq olaraq ******* və 0******* nömrəli şəxsiyyət vəsiqələri barədə elektron məlumatlara əsasən müəyyən olunur ki, onlar ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Eyni zamanda, işə əlavə edilmiş daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətinə əsasən müəyyən olunur ki, həmin ünvanda yerləşən ev xüsusi mülkiyyət hüququ ilə xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə ½ hissədə İddiaçı1, digər ½ hissəsi isə xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəsi ilə isə İddiaçı2 adına qeydiyyata alınmışdır. Həmçinin, işə əlavə olunmuş “Asan 4” tərəfindən verilmiş, Azərbaycan Respublikasının DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, qeydiyyatdan çıxarılmasını tələb olunan üçüncü şəxslər - X8, X11, X12, X2 və X10 da adıçəkilən - ünvan 1 ünvanında qeydiyyatdadırlar. İşə əlavə olunmuş Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən 1964-cü ildə tərtib olunmuş texniki pasportda göstərilən fərdi yaşayış evi üçüncü şəxslərin nənələri X1 adına olmuş, və həmin ev iddiaçılara məxsus evlə üçüncü şəxslərə məxsus ev bir birindən tamamilə təcrid olunmuş, ayrı-ayrı yaşayış sahələri olub, bir ünvanda yerləşir.evin keçmiş ünvanı 5-ci mədən küçəsi, ev 155 olmuşdur. Hazırkı mərhələdə məhkəməyə təqdim olunmuş Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin Yeni Suraxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 202 nömrəli xx.xx.2023-cü il tarixli arayışına əsasən müəyyən olunur ki, həmin ünvan sonradan dəyişilərək X.Ələkbərov küçəsi, ev 55 olmuşdur. Ümumiyətlə üçüncü şəxslərin yaşadıqları evin ddiaçıların ünvanı ilə eyni bir ünvan olsa da, onların özlərinə məxsus olan ayrı bir evdə yaşadıqları iddiaçılar tərəfindən mübahisələndirilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcələnin 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 164.1-ci maddəsinin 1-ci cümləsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Məcəllənin qeyd oluunan tələləri baxımından məhkəmə kollegiyası qeyd edir ki, üçüncü şəxslər yaşadıqları evinin faktiki sahibi olan və həmin edən istifadə edən şəxslər kimi, yaşadıqları evin mövcud ünvanıdan da istifadə etmək hüquqnna malikdirlər. Belə olan halda isə onların həmin ünvandan qeydiyyatdan çıxarılmaları mülki qanunvericiliyin qeyd olunan tələblərinin pozulmasıdır. Xüsusi qanunvericiliyə diqqət yetirildikdə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsasları dəqiq müəyyən edilmişdir Belə ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat» haqqında qanunun 9-cu maddəsinin birinci hissəsinin tələbindən görünür ki, müvafiq icra hakimiyyəti orqanları («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə müvafiq icra hakimiyyəti orqanlarının («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; 3) azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında; 7) əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarıldıqda - müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında. Üçüncü şəxslərin isə yaşadıqları ünvandan qeydiyyatdan çıxarılmaları üçün Qanunun qeyd olunan müddəalarında göstərilən əsaslardan hər hansı biri mövcud deyildir. Çünki, qeyd olunduğu kimi, onlara məxsus olan fərdiy yaşayış evti onların sahibliyində və istifadəsində olan ayrı ayrı bir daşınmaz əmlakır. Beləliklə də, cavabdehin üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasından imtina etməsi ilə bağlı hərəkətləri qanunvericiliyin tələblərinə uyğundur Qanuni imtina isə iddiaçıların hüquq və azadlıqlarının pozulması kimi qiymətləndirilə bilməz. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, məhkəmə o halda, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu sübuta yetirilmiş olsun. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd olunmasını işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası iddiaçıların apellyasiya şikayətinin həmin qərarın əsassız olduğunu, maddi və prosessual hüquq normalarının və iddiaçının konstitusion hüquqlarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onların apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9526/2022 saylı xx.xx.2022ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçıların apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9526/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1269/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1269/2023
20.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver