Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1269/2025 13.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmağı” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Elşən Cələddin oğlu Kazımovdan və X3 ibarət tərkibdə, Səmimə Elşad qızı Əliyevanın katibliyi, İddiaçı iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11112/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin mübahisələndirilməyən halları
1. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, “ünvan 1nin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydalarının 8-ci bəndinə əsasən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yeri üzrə uçota bu şərtlə götürülürlər ki, onlar azı son 5 il ərzində Bakı şəhərində daimi qeydiyyatda olmaqla yaşamış olsunlar. Eyni zamanda bildirilir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 50.1.2. maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar yaşayış sahələrinə ehtiyacı olan hesab edilirlər. Mənzil uçot-işinə əlavə edilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan İddiaçı Bakı şəhərində 5 il daimi qeydiyyatda olmadığı (xx.xx.2023-cü il tarixdə qeydiyyata alınıb) müəyyən edildiyindən və adambaşına düşən yaşayış sahəsi uçota alınmaq üçün müəyyən edilmiş normadan artıq olduğundan yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsasən müraciətin həlli RİH-in səlahiyyətləri xaricindədir.
2. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, “ünvan 1nin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 8-ci bəndinə əsasən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yeri üzrə uçota bu şərtlə götürülürlər ki, onlar azı son 5 il ərzində Bakı şəhərində daimi qeydiyyatda olmaqla yaşamış olsunlar. Vətəndaş İddiaçı mənzil uçot-işinə əlavə edilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan onun Bakı şəhərində 5 il daimi qeydiyyatda olmadığı müəyyən edildiyindən (xx.xx.2023-cü il tarixdə qeydiyyata alınıb) yuxarıda qeyd olunan qaydaların tələblərinə uyğun olaraq bu iş üzrə iddiaçıya imtina cavabı verilmişdir.
3. Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısının “Vətəndaşların mənzil növbəsinə götürülməsi barədə” xx.xx.2023-cü il tarixli 283 nömrəli Sərəncamına əsasən Kazımabad kənd sakini, şəhid X1 anası X17, Göytəpə şəhər sakini, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş İİİ qrup əlil İddiaçı, Hasıllı kənd sakini, İİ qrup hərbi xidmət əlili X10, Lallar kənd sakini, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş X4, Alar kənd sakini, il qrup gözdən əlil X6, Cəlilabad şəhər sakini, İ qrup ümumi səbəbdən əlil X11 mənzil növbəsinə götürülmüşdürlər.
4. Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısının “İddiaçı mənzil uçotu sənədlərinin yaşayış yeri üzrə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə göndərilməsi barədə” xx.xx.2024-cü il tarixli 4 nömrəli Sərəncamına əsasən: 1. Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının 21 dekabr 2023-cü il tarixli 283 nömrəli sərəncamı ilə mənzil növbəsinə götürülmüş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş İİİ qrup əlil Qabilov X9 Rayon icra Hakimiyyətinin mənzil uçotundan çıxarılmışdır. 2. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş İİİ qrup əlil İddiaçı yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində mənzil uçotuna alınması və yaşayış yerinin dəyişməsi zərurəti ilə əlaqədar yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində mənzil uçotundan çıxarılması ilə bağlı sənədləri Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə göndərilmişdir.
5. Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında Arayışa əsasən İddiaçı ünvan 2 ünvanında xx.xx.2023-cü il tarixdən qeydiyyatdadır.
6. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X7 haqqında Arayışa əsasən üzvi mənşəli şəxsiyyət pozuntusu, baş-beynin üzvi xəstəliyi (İİ Q.M.-də aldığı QKBT) nəticəsində şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, depressiv daxilolmalar ilə və intihar fikirləri ilə. Öd kisəsinin digər dəqiqləşdirilmiş xəstəlikləri diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar İddiaçı xx.xx.2023cü il tarixdən 2 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir.
7. Masallı Regional “ASAN Xidmət” X15 tərəfindən verilmiş Arayışda qeyd edilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində İddiaçı aid xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: 1. Arvadı: X8 (xx.xx.1994) 2. Qızı: X12 (xx.xx.2022)
8. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı, X2 və X5 adına son 5 ildə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Suraxanı rayon İcra Hakimiyyətində güzəştli mənzil-uçotuna siyahıya alınması və güzəştli mənzil növbəsi əsasında mənzilin verilməsi öhdəliyinin cavabdeh Suraxanı rayon İcra hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı daha sonra məhkəməyə ərizə təqdim edərək iddia tələbini “yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınma vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi dəqiqləşdirilməsi xahiş etmişdir.
11. İddiaçı bildirir ki, o, xx.xx.1994-cü ildə anadan olmuşdur. Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi 155, M 4, M 4 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır və himayəsində 1 azyaşlı övladı vardır. İddiaçı Vətən müharibəsində iştirak etmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi -Sosial Ekspert Komissiyasının qərarı ilə iddiaçıya üçüncü dərəcə əlillik dərəcəsi verilməklə pensiya təyin olunmuşdur. Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının “Vətəndaşları mənzil növbəsinə götürülməsi barədə” 21 dekabr 2023-cü il tarixli 283 nömrəli Sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar üçüncü dərəcəli əlillik dərəcəsi almış İddiaçı mənzil- məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs kimi mənzil növbəsinə götürülmüşdür. İddiaçı Qabilov X9 rayon İcra hakimiyyəti Başçısına müraciət edərək, yaşayış yerini Bakı şəhəri Suraxanı rayonuna dəyişdiyindən Cəlilabad rayonundan güzəştli mənzil növbəsinin Bakı şəhər Suraxanı rayon ərazisinə dəyişdirilməsini xahiş etmişdir. Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının 15 yanvar 2024-cü il tarixli, 4 nömrəli “İddiaçı mənzil uçotu sənədlərinin yaşayış yeri üzrə Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə göndərilməsi barədə” Sərəncamına əsasən, güzəştli mənzil növbəsinə alınmağı barədə sənədləri yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində mənzil növbəsindən çıxarılması ilə bağlı Bakı şəhəri Suraxanı rayon İcra hakimiyyətinə göndərilmişdir. İddiaçı ailə üzvləri ilə birlikdə Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi 155, M 4, M 4 ünvanda yaşadığından mənzil növbəsinin Bakı şəhəri Suraxanı rayon ərazinə dəyişilməsini və bu barədə Suraxanı rayon İcra Hakimiyyətində mənzil növbəsinə götürülməyim ilə əlaqədar Suraxanı rayon İcra Hakimiyyətinin başçısına ərizə ilə müraciət etmişdir. Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 1-ci müavini R.Hacıyevin 5-20/2-0-12- 068/2/2024 saylı xx.xx.2024 il tarixli cavab məktubunda bildirilmişdir ki, “ ünvan 1nin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydalarının” 8-ci bəndinə əsasən, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yeri üzrə uçota bu şərtlə götürülürlər ki, onlar azı son 5 il ərzində Bakı şəhərində daimi qeydiyyatda olmaqla yaşamış olsunlar.” Suraxanı rayon İcra Hakimiyyəti bu cavab məktubu ilə iddiaçının Suraxanı rayon İcra Hakimiyyətində güzəştli mənzil-uçot siyahısına götürülməyinə və mənzil verilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, Suraxanı rayon İcra hakimiyyəti iddiaçının hazırkı səhhətini və sağlamlıq vəziyyətini nəzərə alımır və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli Sərəncamının tələblərini kobud surətdə pozur.
12. Cavabdeh iddiaya dair hər hansı münasibət bildirməmiş və birinci instansiya məhkəməsinin iclasında iştirak etməmişdir.
13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11112/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması öhdəliyinin cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilmişdir.
14. Cavabdeh Suraxanı rayon İcra Hakimiyyəti apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
b) Apellyasiya şikayətinin dəlilləri
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “ünvan 1nin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydalarının 8-ci bəndinə əsasən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yeri üzrə uçota bu şərtlə götürülürlər ki, onlar azı son 5 il ərzində Bakı şəhərində daimi qeydiyyatda olmaqla yaşamış olsunlar. İddiaçının isə Bakı şəhərinə xx.xx.2023-cü il tarixdən yaşayış yeri üzrə qeydiyyata alındığını, eyni zamanda Bakı şəhərində ardıcıl olaraq 5 il qeydiyyatda olmadığı müəyyən edilir.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatları
17. Məhkəmədə İddiaçı izahat verərək birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir.
18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmədə iştirak etməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştrakı olmadan apellyasiya şikayətinə mahiyyəti üzrə baxılması məqəsədəmüvafiq hesab etmişdir
TƏTBİQ EDİLƏN HÜQUQ
19. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
20. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 50.1-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa); 50.2-ci maddəsinə əsasən vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. 53.1-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 51.4-cü maddəsinin üçüncü və dördüncü cümlələrinin tələbləri nəzərə alınmaqla); 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə.
21. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun: 27.0-ci maddəsinə əsasən dövlət əlilliyi olan şəxslərin və onların ailələrinin qidalanma, geyim və yaşayış yeri daxil edilməklə layiqli həyat səviyyəsinin, həyat şəraitinin yaxşılaşdırılmasının təmin və təşviq edilməsi üçün aşağıdakı tədbirləri həyata keçirir: 27.0.1. əlilliyi olan şəxslərin əlilliklə bağlı ehtiyaclarının ödənilməsi üçün köməklik göstərir; 27.0.2. əlilliyi olan şəxslərin sosial müdafiə və yoxsulluğun azaldılması üzrə dövlət proqramlarından istifadə etmək imkanlarını təmin edir; 31.1-ci maddəsinə əsasən əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. 22.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
24. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)
26. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. 27.İşin faktiki hallarından görünür ki, İddiaçı Vətən müharibəsində iştirak etmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi -Sosial Ekspert Komissiyasının qərarı ilə iddiaçıya üçüncü dərəcə əlillik dərəcəsi verilməklə pensiya təyin olunmuşdur. İddiaçı onun üçüncü dərəcə müharibə əlili kimi ailə tərkibi (özü, arvadı və övladı) ilə birlikdə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində mənzil növbəsinə götürülməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh orqan iddiaçının son beş il ərzində yaşayış yeri üzrə Bakı şəhəri qeydiyyatda olmaması əsası ilə onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. 28.Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan sənədlərə əsasən iddiaçı xx.xx.2023-cü il tarixədək Cəlilabad rayonunda yaşayış yeri üzrə qeydiyyatda olmuş, xx.xx.2023-cü il tarixdən isə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi, 155, M4 ünvanında qeydiyyatdadır. İddiaçı xx.xx.2023-cü il tarixdə Bakı şəhərində qeyd olunun ünvana qeydiyyata alındıqdan sonra cavabdehə hazırki tələblə müraciət etmiş, cavabdeh isə xx.xx.2024-cü ildə müraciətin təmin edilməsindən imtina edərək bu barədə iddiaçıya məktub göndərmişdir. Göründüyü kimi, iddiaçının Bakı şəhərində faktiki daimi yaşaması ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı yalnız xx.xx.2023-cü il tarixdən Bakı şəhərində qeyd olunun ünvana pasport qeydiyyatına alınmışdır. 29.İşin apellyasiya baxışı zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti tərəfindən 04 fevral 2025-ci il tarixdə verilmiş sorğuya cavab məktubundan görünür ki, İddiaçı adına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və məşğulluq” altsisteminə əmək müqaviləsi daxil edilməmişdir. 30.Beləliklə də, İPM-in 14.3-cü maddəsinin tələbi qaydasında iddiaçı tərəfindən onun Bakı şəhəri Suraxanı RİH tərəfindən yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması barədə inzibati aktı qəbul olunmasını zəruri edən faktiki şərtlər yerinə yetirilmir. 31.Belə olan halda cavabdeh tərəfindən iddiaçının ərizəsinin təmin edilməsindən imtina olunması qanuni və əsaslıdır. Qanuni və əsaslı imtina isə onun hüquqlarının pozması kimi qiymətləndirilə bilməz. 32.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinin tələbindən də məhz görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 33.Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsaslıdır. Hesab olunur ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlar hərtərəfli araşdırlmamış, onlara düzgün hüquqi qiymət verilməmiş, əsassız olaraq iddia təmin edilmişdir. 34.İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 35.Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11112/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv olunmalı, iddia təmin olunmamalıdır. 36.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11112/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv olunsun. İddia təmin edilməsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.