Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-127/2023 16.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2727/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ona dövlət qulluqçusu kimi təyin edilmiş əmək pensiyasının xx.xx.1996-xx.xx.2001-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Saatlı rayon təhsil şöbəsində müdir müavini vəzifəsində qulluq keçdiyi vəzifə üzrə dövlət məvacibi, sonrakı artımlar da nəzərə alınmaqla, yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM m.34.1). İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, 1980-1990-cı illərdə Saatlı rayon Məktəblərarası Tədris İstehsalat Kombinatının direktoru, 1994-cü ildən 2001-ci ilədək Saatlı Rayon Təhsil Şöbəsinin müdir müavini, 2001-ci ildən 2019-cu ilin yanvar ayının 03dək həmin Şöbədə məsləhətçi vəzifəsində işləmiş və pensiya yaşına çatdığına gürə işdən azad edilmişdir. O, dövlət qulluqçuusu kimi pensiya alır, amma ona hesablanmış əmək pensiyası düzgün deyil. Bununla bağılı DSMF-in Saatlı Rayon Şöbəsinə mğraciət etsə də, iddiasına cavab verilmişdir ki, 1994-2001-ci illərin əmək haqqı cədvəli tapılmamışdır. Bundan sonra, Saatlı rayon Dövlət Arxivinə müraciət etmiş, oradan isə bildirilmişdir ki, 2000-ci ildən əvvəlki əmək haqqı cədvəlləri arxivə təhvil verilməmiş və bununla bağlı sənəd aşkarlanmamışdır. “Cavabdehin iddiaya dair yazılı etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2727/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya düvlət qulluqçusu kimi təyin edilmiş əmək pensiyasının xx.xx.1996-xx.xx.2001-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Saatlı rayon təhsil şöbəsində müdir müavini vəzifəsində qulluq keçdiyi vəzifə üzrə dövlət məvacibi, sonrakı artımlar da nəzərə alınmaqla yenidən hesablanması vəzifəsi cavabdehə həvalə edilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı əsassızdır. Belə ki, "Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1 -ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.» Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi T.Kərimov apellyasiya şikayətini müdafiə etdiyini bildirərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş İddiaçı məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 62.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab emişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə çıxarılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İşin hallarından göründüyü kimi, iddiaçı öhdəliyin icrası haqqında iddia vasitəsilə ona dövlət qulluqçusu kimi təyin edilmiş əmək pensiyasının xx.xx.1996-xx.xx.2001-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Saatlı rayon təhsil şöbəsində müdir müavini vəzifəsində qulluq keçdiyi vəzifə üzrə dövlət məvacibi, sonrakı artımlar da nəzərə alınmaqla yenidən hesablanması vəzifəsi cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarından görünür ki, iddiaçının qeyd olunan iddia tələbi ilə bağlı cavabdeh orqana müraciəti sonuncu tərəfindən belə cavablandırılmışdır ki, «Əmək pensiyaları haqqında»» Azərbaycan Respublikası Qanunun 20.11-ci maddəsinə əsasən sabiq dövlət qulluqçularının əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məcvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla, müəyyən edilir. Bununla əlaqədar olaraq əmək pensiyanızın ərizənizdə qeyd olunan qaydada yenidən hesablanması məsələsinə dövlət qulluqçusu kimi işlədiyiniz istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqı barədə arayışı bu məktuba əlavə olunmuş cədvələ uyğun qaydada tərtib etməklə Mərkəzi Filiala təqdim olunduqdan sonra baxıla bilər. Birinci instansiya məhkəməsi qərarında işdə olan sənədlərə əsaslanaraq belə qənaətə gəlmişdir ki, “cavabdeh iddiaçının Azərbaycan Respublikası Təhsil Nazirliyinin Saatlı rayon təhsil şöbəsində müdir müavini vəzifəsində işləməsini nəzərə almamaqla ona dövlət qulluqçusu kimi təyin edilmiş əmək pensiyasının xx.xx.1996-xx.xx.2001-ci illərdə həmin vəzifədə qulluq keçdiyi vəzifə üzrə dövlət məvacibi, sonrakı artımlar da nəzərə alınmaqla hesablamanın aparmasına dair ərizəsini təmin etməməkdə haqlı olmamışdır. Yuxarıda göstərilən hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığı üçün məhkəmə iddiaçının hazırkı tələbinin əsaslı və qanuni olduğunu hesab etmişdir.” İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır. Belə ki, iş materiallarından görünür ki, iddiaçıya yaşa görə əmək pensiyası ümumi əsaslarla xx.xx.2015-ci ildən təyin edilmiş, dövlət quluqçusu kimi ona yaşa görə əmək pensiaysı isə xx.xx.2019-cu il tarixdən, Saatlı rayon Təhsil şöbəsində işlədiyi məsləhətçi vəzifəsinin son iki ilinin (2018-2019) əmək haqqı nəzərə alınmaqla təyin olunmuşdur. Konkret halda, iddiaçının tələbindən göründüyü kimi, ona təyin edilmiş həmin əmək pensiyası ilə razılaşmayaraq daha yüksək dövlət məvacibi aldığı, xx.xx.1996-xx.xx.2001-ci illərdə Saatlı təhsil şöbəsində işlədiyi müdür müavini - dövlət qulluğu vəzifəsinin 60 aylıq əmək haqqından hesablanmasını tələb edir. Belə ki, onun işə əlavə olunmuş xx.xx.1974-cü il tarixdə doldurulmasına başlanılmış əmək kitabçasının surətinə əsasən müəyyən olunur ki, xx.xx.1994-cü il tarixdən xx.xx.2001-ci il tarixə qədər Azərbaycan Respublikasg Təhsil Nazirliyinin Saatlı Rayon Təhsil Şöbəsində müdir müavini dövlət qulluğu vəzifəsində çalışmışdır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına əlavələr nəzərə alınmaqla əmək pensiyası təyin edilir. 20.11. bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, pensiya hüququ olan dövlət qulluğuçusu dövlət qulluğu vəzifəsinin ardıcıl gələn 60 ayı ərzində dövlət məvacibinin orta aylıq məbləğindən, sonrakı artgmlar da nəzərə alınmaqla əmək pensiyası təyin olunmaq hüququna malikdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçının 1996-2001-ci illərdə Saatlı Təhsil Şöbəsinin müdir müavini vəzifəsində işlədiyi dövrün əmək haqqına dair aşağıdakı məlumatlar aşkar olunmuşdur: - Saatlı Rayon Düvlət Arxivinin iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli 29 saylı məktubunda bildirilmişdir ki, Saatlı rayon İcra Hakimiyyətinin 1994-2000-ci il əmək haqqı cədvəlləri arxivə təhvil verilməsinə baxmayaraq, məlum olmayan səbəbdən arxivdə aşkar edilməmişdir. - Saatlı Rayon İcra Hakimiyyəti 03/301 saylı xx.xx.2022-ci il tarixli məktubunda isə bildirilmişdir ki, rayon icra hakimiyyəti orqanları üçün sənədlərin saxlanılma müddəti barədə mövcud qanunvericiliyin tələbləri əsas götürülərək Saatlı Rayon İcra Hakimiyyətinin həmin illərə aid sənədləri Saatlı rayon Dövlət Arxivinə təhvil verilmişdir. Bununla belə, məsələ ilə bağlı bir sıra aidiyyəti təşkilatlara, o cümlədən rayon dövlət arxivindən verilmiş məlumatda 2000-2001-ci illər üzrə rayon təhsil şöbələrində müdir müavini vəzifəsinin əmək haqları barədə müvafiq sənədin aşkarlandığı və bununla bağlı 30 sentyabr 2022-ci il tarixli 79 nömrəli məktubla Bakı Apellyasiya Məhkəməsinin sorğusuna cavab verildiyi bildirilmişdir. Eyni zamanda nərə çatdırılır ki, Saatlı Rayon İcra Hakimiyyətində sözügedən məsələ ilə bağlı hər hansı sənədər aşkarlanmamışdır. Bununla belə, rayon Təhsil Şöbəsindən daxil olmuş məlumatda İddiaçı həqiqətən də Saatlı rayon Təhsil Şöbəsi üzrə 1994-2001-ci illər üzrə müdir müavini vəzifələrində işləmişdir. - Saatl Rayon Düvlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 9 saylı arxiv arayışına əsasən iddiaçı 2001-ci ilin aprel aygna kimi Saatlı Rayon Təhsil Şübəsində müavini vəzifəsində işləmiş, əmək haqqı cədvəlinə görə 2000-ci ildə hər ay 195.000 olmaqla, cəmi, 2.340.000 manat haqqı; mart, iyun, sentyabr, oktyabr aylarınnda hər ay ğzğn 195.000 manat olmaqla, cəmi 780.000 manat mükafat almış, 2001-ci ilin yanvar ayı üçün 195,000 manat, fevral – aprel ayları üçün 280.000 manat əmək haqqı almışdır. 2000-ci ildən əvvəlki illərin əmək haqqı cədvəlləri arxivdə saxlanmadığı üçün aşkar etmək mümkün olmamışdır - Azərbaycan Respublikası Təhsil Nazirliyinin Saatlı rayon Təhsil Şöbəsinin xx.xx.2022-ci il tarixli 86 saylı məktubuna əsasən şöbənin sabiq əməkdaşı İddiaçı həqiqətən də Saatlı rayon Təhsil şöbəsi üzrə xx.xx.1994-cü il tarixli 22 nömrəli əmrlə Təhsil şöbəsinin müdir müavini vəzifəsinə təyin edilmiş, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx-xx- 1431/16 nömrəli razılıq məktubuna əsasən o, Saatlı rayon Təhsil şöbəsi üzrə xx.xx.2001ci il tarixli 19 nömrəli əmrlə müdir müavini vəzifəsindən azad edilərək, məktəb üzrə insrektor vəzifəsinə təyin edilmişdir. Beləliklə də, birinci instansiya məhkəməsində işə baxılarkən, iddiaçının 2000-2001ci illər üzrə aldığı dövlət haqqı müəyyən edilsə də, əvvəlki illərin əmək haqqının, əmək haqqı cədvəlləri arxivdə saxlanılmadığından müəyyən edilməsi mümkün olmamışdır. İşə apellyasiya qaydasında baxılarkən də məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə, Saatlı Rayon Dövlət Arxivinə, Saatlı Təhsil Şöbəsinə - iddiaçının 1996-2001-ci illər üzrə əmək haqqı barədə mhkəməyə məlumat verilməsi barədə 21 sentyabr 2021-ci il tarixli sorğular göndərilmiş və həmin sorğulara aşağıdakı cavablar verilmişdir: - AR Milli Arxiv İdarəsinin 30 sentyabr 202-ci il tarixli və Saatlı rayon dövlət arxivinin xx.xx.2022-ci il tarixli cavab məktubları ilə məhkəməyə iddiaçının 2000-2001-ci illərdə aldığı dövlət məvacibinə dair arxiv arayışı və əmək haqqı cədvəlləri məhkəməyə təqdim edilmiş, qalan illərin isə əmək haqqı cədvəlləri arxivdə saxlanılmadığı üçün başqa məlamat verə bilmədikləri qeyd olunmuşdur. -Milli Muğan Regional Təhsil İdarəsi tərəfindən isə 15 oktyabr 2022-ci il tarixli cavab məktubunda bildirmişdir ki, Saatlı Rayon Şöbəsinin özünə məxsus arxivi olmadığı üçün qeyd edilən illərin maliyyə sənədləri dövlət arxivinə təhkil verilmişdir. Dövlət arxivinin təqdim etdiyi arayışa əsasən 2000-ci ildən əvvəlki illərin sənədləri, o cümlədən, maliyyə sənədləri dövlət arxivində saxlanılmamışdır. Bu səbəbdən qeyd edilən illər üzrə əmək haqqı barədə məlumatları təqdim etmək mümkün olmamışdır. Daha sonra, məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə 13 oktyabr 2022-ci il tarixli göndərilmiş sorğusuna cavab olaraq nazirliyin 27 dekabr 2022-ci il tarixli məktubunda bildirilmişdir ki, 2004-cü ilədək Azərbaycan Respublikasının rayonlarında, o cümlədən, Saağlı rayonunda təhsil şöbəsinin aparatının işçilərinə dövlət məvacibi rayon(şəhər) icra haqqı sənədləri dövlət arxivinə təhvil verildiyindən sözügedən sorğunun cavablandırılması imkan xaricindədir. Elm və Təhsil Nazirliyinin sorğuya cavabından qeyd olunanlar nəzərə alınaraq bir daha, Saatlı rayon İcra Hakimiyyətinə sorğu verilərək iddiaçının 2000-ci ildən əvvəlk illərdə rayon təhsil şöbəsində müdir müavini vəzifəsində əməkdaşın dövlət məvacibi barədə məhkəməyə məlumat verilməsi tələb olunmuş, sonuncu tərəfindən 18 yanvar 2023-cü il tarixli məktubu ilə yuxarıda qeyd edilən birinci instansiya məhkəməsinə ünvanladığı 03/301 saylı xx.xx.2022-ci il tarixli məktubun məzmununa uyğun məlumat verilmişdir. Beləliklə də, həm birinci instansiya, həm də apellyasiya mərhələsində işin araşıdırlması zamanı toplanmış sübutlara əsasən iddiaçının 1996-2001-ci illərdə Saatlı Rayon Təhsil Şöbəsində “müdir müavini” dövlət qulluğu vəzifəsində işlədiyi dövrün yalnız, 2000-2001-ci illəri üzrə aldığı dövlət məvacibinə dair arxiv arayışı və həmin illərin əmək haqqı cədvəllərinin əldə olunması mümkün olmuşdur ki, həmin arayış və cədvəllər üzrə də onun - 2000-ci ildə cəmi, 2.340.000,00 AZM, 2001-ci ildə 2.755.000,00 AZM, həmin illərdə cəmi, 780.000,00 AZM mükafat aldığı müəyyən olunur (Arxiv arayışana əmək haqqı cədvəlləri əlavə olunmuşdur). Lakin iddiaçının həmin dövlət qulluğu vəzifəsi üzrə 2000-ci ildən əvvəlki illərin (1996- 1999) əmək haqqı cədvəlləri saxlanılmadığından, həmin dövrdə ona ödənilən dövlət məvacibini müəyyənləşdirmək mümkün olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, həmin illər əmək haqqı cədvəllərinin saxlanılmaması iddiaçının təqsiri üzündən baş verməmişdir. Çünki, həmin illərin əmək haqqı cədvəllərin qorunub saxlanılması onun öhədəliyi deyil, bu öhdəlik onun işlədiyi dövlət qürumunun və dövlət arxivinin öhdəliklərinə aid olduğundan dövlət qulluqçusu kimi onun Saatlı Rayon Təhsil Şöbəsində müdir müavini vəzifəsinin dövlət məvacibindən əmək pensiyası almaq hüququnu məhdudlaşdıra bilməz. Ən azından, onun 2001-ci ildən etibarən, həmin dövlət qulluğu vəzifəsinin ardıcıl gələn 60 ayının dövlət məvacibindən gələcəkdə pensiya almaq üçün “gegitim gözləntisi” mövcud olmuşdur. Belə ki, həmin dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun (23 sentyabr 1992-ci il № 305) 71-ci maddəsinin 2-ci hissəsi, habelə, “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Qanunun (1 iyun 2004-cü il № 678-İİQ) 7.1-ci maddələri nəzərdə tuturdu ki, ərizəçinin arzsuna görə onun müraciət etdiyi gündən əvvəlki 24 ayı və əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayı ərzində aldığı faktik orta aylıq əmək haqqından hesablanır. “Béláné Nagy Macarıstana” qarşı işdə Avropa İnsan Hüquqları Məhkəməsi qərarında (xx.xx.2016) isə qeyd etmişdir ki, ərizəçi “ağlabatan olaraq qanunun vədinə güvənə bilərdi”.., 2010-cu il və 2011-ci ilin dekabrın 31-i arasındakı dövrdə ərizəçi pensiya almasa da, 1 nömrəli Protokolun 1-ci maddəsindəki “mülkiyyət” anlayışı ilə əhatə olunan “legitim gözlənti”də olmaqda davam etmişdir...”(b.b.53,55) Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə iş üzrə hərtərəfli araşıdrma aparma aparılaraq, işin sübutlarla müəyyən edilən halların, maddi və prosessual hüquq normalarına uyğun olan, iddianın təmin olunması barədə nəticəyə gəlmişdir. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin həmin qərarın əsassız olduğunu, eləcə də iddiaçının ona müraciətinin və hazırkı iddia tələbinin predmetindən uzaq olan dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin olunmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2727/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 14, 69, 73, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2727/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-127/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-127/2023
16.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver