Məhkəmə qərarları › İş №2-1(103)-127/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-127/2024

08.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-127/2024 08.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X8 və X7 ibarət tərkibdə, idiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Dövlət Kadastrı və Reyestri PHŞ 4 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı «bağ sahəsi dair hüquqların ölmüş şəxsə məxsus olmasına dair arayışın (çıxarışın) verilməsi tələbinə dair» iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10079/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə öhdəliyin icrası haqqında (İPM m.34.1) iddia ərizəsi ilə müraciət edərək, Zirə tərəvəzçilik-südçülük sovxozun əmək kollektivi şurasının və həmkarlar komitəsinin 15 mart 1990-cı il tarixli 3 nömrəli birgə qərarı ilə ona ayrılmış Bakı şəhəri Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən (0,12 ha) saylı bağ sahəsinə dair X1 adına plan və ölçünün tərtib olunaraq və hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan, iddia tələbinə dəqiqləşdirmə əsasında Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə ölmüş iddiaçı X4 onun hüquqi varisi olan İddiaçı ilə əvəz olunmuşdur. İddia aşağıdakılarla əsaslandırılmışdır: “Azərbaycan SSR Nazirlər Sovetinin 9 fevral 1990-cı il tarixli qərarı ilə Zirə tərəvəzçilik-südçülük sovxozuna hər ailəyə 0.12 hektar hesabı ilə 150 ailəlik həyətyanı torpaq fondu ayrılmış və Azərbaycan SSR Dövlət Aqrar-Sənaye Komitəsinin yerquruluşu layihə İnstitutunun əməkdaşları hər sahənin sxemini (baş planı) hazırlamış, sahələr nişanlanmışdır. Vətəndaşlar torpaq alınması üçün tələb olunan sənədləri hazırlayıb sovxoza təqdim etmişlər. Zirə tərəvəzçilik-südçülük sovxozunun əmək kolektivi şurasının və həmkarlar komitəsinin 15 mart 1990-cı il tarixli 3 nömrəli birgə qərarı ilə 131 ailəyə, həmçinin X2 0.10 hektar torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsində 60 kv.metr ölçüyə qədər fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. O, həmin bağ sahəsinin özəlləşdirilməsi məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, sonuncu xx.xx.2019-cu il tarixli məktubu ilə imtina edərək göstərmişdir ki, ilkin baş planın, təsdiq edilmiş ayrıc aktının və yerləşmə sxeminin ərizəyə əlavə edilmədiyindən ərizənin icrası mümkün sayılmamışdır. Hesab edir ki, imtina əsassızdır. Belə ki, lazımi olan hüquqmüəyyənedici sənəd - qeydiyyat vəsiqəsi, icarə müqaviləsi inzibati orqana təqdim edilmişdir. Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir.” Cavabdeh iddia ərizəsində etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırmışdır: “...İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdə göstərilənlərin araşdırılması zamanı müəyyən olunmuşdur ki, Abşeron rayon XDS İcrayyə Komitəsinin 03 aprel 1990-cı il tarixli 73 nömrəli qərarından çıxarışla X2 ayrılmış 0.12 ha torpaq sahəsinin ilkin baş planını, təsdiq edilmiş ayrıc aktı və ya yerləşmə sxemi ərizəyə əlavə edilməmişdir. Əlavə olaraq müayinə baxışı keçirilmiş torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid edildiyi, torpaq sahəsinin bir hissəsinin yüksək (6 kvt) gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşdiyi, ayrılmış torpaq sahəsinin təyinatı üzrə istifadə edilmədiyi və üzərində ayrı-ayrılıqda başqa vətəndaş tərəfindən inşa edilmiş ümumi sahəsi 1004 kv. metr olan tikilinin 232.2 kv metr hissəsinin, 50 kv.metr və 47.9 kv.metr olan qeyri-yaşayış tipli icazəsiz tikililərin inşa edildiyi müəyyən edilmişdir...” Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-58/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-180/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt İnzibati Məhkəməsinin 18 may 2021-ci il tarixli 2-1(118)-58/2021 nömrəli qərarı ləğv edilmiş, iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 10079/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Zirə tərəvəzçilik-südçülük sovxozunun əmək kollektivi şurasının və həmkarlar komitəsinin 15 mart 1990-cı il tarixli 3 nömrəli birgə qərarı ilə X2 ayrılmış Bakı şəhəri Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən (0,12 ha) saylı bağ sahəsinə dair mülkiyyət hüququnun ölmüş şəxsə (X2) məxsus olmasına dair arayışın (çıxarışın) verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddiaçının tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Belə ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, Abşeron rayon XDS İcrayyə Komitəsinin 03 aprel 1990-cı il tarixli 73 nömrəli qərarından çıxarışla X2 ayrılmış 0.12 ha torpaq sahəsinin ilkin baş planı, təsdiq edilmiş ayrıc aktı və ya yerləşmə sxemi təqdim edilmiş sənədlər toplusuna əlavə edilməmişdir. Əlavə olaraq müayinə baxışı keçirilmiş torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid edildiyi, torpaq sahəsinin bir hissəsinin yüksək (6 kvt) gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşdiyi, ayrılmış torpaq sahəsinin təyinatı üzrə istifadə edilmədiyi və üzərində ayrı-ayrılıqda başqa vətəndaş tərəfindən inşa edilmiş ümumi sahəsi 1004 kv. metr olan tikilinin 232.2 kv metr hissəsinin, 50 kv.metr və 47.9 kv.metr olan qeyri-yaşayış tipli icazəsiz tikililərin inşa edilmişdir...” Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil cavabdehin apellyasiya şikayətinin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qərarının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş cavabdeh (nümayəndəsi) məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsasdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.5-ci bəndinə əsasən yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsinə əsas verən sənəddir. İş materiallarına (Abşeron rayon Dövlət Arxivi tərəfindən alınmış arxiv sənədlərinə) əsasən müəyyən olunur ki, mübahisəli torpaq sahəsinə dair ölmüş şəxsin adına Qanunun qeyd olunan normasında ehtiva olunan hüquqmüəyyənedici sənədlər mövcuddur. O cümlədən: - Azərbaycan SSR Nazirlər Sovetinin 9 fevral 1990-cı il tarixli qərarı ilə Zirə tərəvəzçiliksüdçülük svoxozuna hər ailəyə 0.12 ha hesabı ilə 150 ailəlik həyətyanı torpaq fondu ayrılmış, və Zirə tərəvvəzçilik-südçülük sovxozunun əmək kollektivi şurasının və həmkarlar komitəsi tərəfindən təqdim olunmuş ərizə və başqa sənədləri nəzərdən keçirərək 131 ailənin sənədləri qanunauyğun olduğu üçün onlar torpaq sahəsi verilməsini məsləhət bilmiş və bu barədə çıxarılmış qərarı əmrləşdirmək məqsədi ilə sovxoz direktoruna təqdim edilmiş və Zirə tərəvəzçilik-südçülük sovxozu sovxozun əmək kollektivi Şurasının və Həmkarlar komitəsinin birgə qərarına əsasən - hər ailəyə 0.12 ha hesabı ilə, 131 ailəyə (o cümlədən, mərhum X2) fərdi ev tikdirmək üçün həyətyanı torpaq sahəsi ayrılması barədə əmr verilməsi sovxoz direktrou Ş.Həsənova həvalə edilmiş və 60 kv.metrə qədər ölçülərdə fərdi yaşayış evi tikintisinə icazə verilmişdir. Eyni zamanda, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 73 nömrəli 03 aprel 1990-cı il tarixli “Zirə tərəvəzçilik-südçülük sovxozunda fərdi ev tikmək üçün həyətyanı torpaq sahəsi ayrılması haqqında” qərarı ilə Zirə tərəvəzçilik-südçülük sovxozunun işçisi X3 0.12 ha hesabı ilə “fərdi ev tikmək üçün həyətyanı torpaq sahəsi ayrılması haqqında Zirə tərəvəzçilik-südçülük sovxozunun əmək kollektivi şurasının və həmkarları komitəsinin 15 mart 1990-cı il tarixli 15 nömrəli əmri nəzərə alınmış və torpağın ölçülüb vətəndaşa təhkim edilməsi sovxoz direktoruna həvalə edilmişdir. Hazırkı mərhələdə Abşeron Rayon Dövlət Arxivindən əldə olunmuş xx.xx.2023-cü il tarixli arxtiv çıxarışına əsasən müəyyən olunur ki, Zirə tərəfvəzçilik-südçülük sovxozunun direktrru tərəfindən sözügedən qərarın icrası qaydasında 07 mart 1990-cı il tarixli 15 No-li əmr verilmiş və həmin əmrlə də (110-cu sırada) mərhum Z.Yunusovaya da sovxoz ərazisində 0,12 ha t torpaq sahəsi fərdi ev tikmək üçün ayrılmışdır. İş materiallarından həmin düzbucaq konfiqurasiyyalı torpaq sahəsinin kordinatları da müəyyn olunmuşdur (1-ci cild: i v. 72). Lakin bu qədər sənədlər mövcud ola-ola, işə əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 15 aprel 2021-ci il tarixli mütəxəssis rəyində qeyd olunur ki, hüquqmüyyənedici sənədlər və texniki sənədlər təqdim edilmədiyindən torpaq sahəsinin yerini və kateqoriyasını müəyyən etmək mümkün olmadı, bununla yanaşı qeyd olunur ki, Zirə tərəvvəzçilik-südçülük sovxozunun dövlət torpaq uçotuna aid yerquruluşu planında mərhum Z.Yunusovanın faktiki istifadəsində 0,33 ha torpaq sahəsi kənd ətəsərrüfatı təyinatlı torpaq sahəsidir. Cavabdeh apellyasiya şikayətində də torpağın kənd təsərrüfatı təyinatlı olduğu vurğulayır. Məhkəmə kollegiyası bununla əlaqədar qeyd edir ki, torpaq sahəsinin elektron baza məlumatlarında kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğu təbidir. Çünki, tədqim olunan qərarlar əsasında sovxoz direktorunun əmri ilə işçiləriə məhz, sovxoz torpaqlarından ayrılmışdır. Torpaq sahəsinin faktiki olaraq artıq olmasına gəldikdə, iddiaçı sənədə uyğun olaraq 0,12 ha torpaq sahəsinin mərhuma məxsusluğu barədə arayış verilməsini tələb edir. Torpaq sahəsinin (6 kv.t) gərginli elektrik xəttinin mühafizə zolağında yerləşməsi ilə əlaqədar cavabdehin dəlili isə əsaslandırılmamış formal bir dəlildir. İkincisi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının 5-ci bəndinin a yarımbəndinə əsasən 10 kv.t qədər gərginli elektrik xəttinin mühafizə zolağı 10 m təşkil edir. Cavabdeh tərəfindən bununla bağlı, həm də elektrik enerjisi təchtizatçısı tərəftindən 1990-cı ildə iddiaçıya ayrıan torpaq sahəsinin mühafizə zolağında yerləşdiyini mübahisələndirməsinə dair hər hansı sənəd-sübut da məhkəməyə təqdim olunmamışdır. Cavabdehin torpaqda icazəsiz tikiliər inşa edildiyini mübahisələndirməsinə gəldikdə tədqiq olunan qərardan görünür ki, fərdi yaşaış evini tikintisinə artıq icazə verilmişdir. Digər tərəfdən, iddiaçının hazırkı tələbində məqsədi ona 0,12 ha torpaq sahəsinin məruhuma məxsusluğu barədə arayış verilməsinə nail olmaqdır. Beləliklə də, Bakı şəhəri Xəzər rayonu, Zirə qəsəbəsində iddiaçının mərhum anası X2 fərdi ev tikintisi üçün qanuni əsaslarla 0,12 ha torpaq sahəsi ayrıldığı sübuta yetirilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 22.1-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir. Eyni zamanda, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin 113 nömrəli 22 dekabr 2009-cu il tarixli əmri ilə təsdiq edilmiş və 30 dekabr 2009-cu il tarixində 3492 nömrə ilə dövlət qeydiyyatına alınmış “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın: 1.2-ci bəndinə əsasən bu Təlimatda müəyyən olunmuş qaydada Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra-Xidmət) tərəfindən daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış (bundan sonra - arayış) hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə və qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. 7.1-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması barədə arayış verilir. Arayış əmlakın növündən asılı olaraq bu Təlimata əlavə olunmuş 1-36-cı əlavələrə uyğun olaraq tərtib edilir və daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə verilir. 7.2-ci bəndinə əsasən müqavilə və ya digər əsaslara görə vəfat etmiş şəxsə məxsus olmuş və üzərində hüquqlar qeydiyyata alınmamış əmlak üzərində hüquqların rəsmiləşdirilməsi məqsədilə onun qanun və ya vəsiyyət üzrə vərəsələrindən birinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayış verilir. Bu arayış vərəsə tərəfindən qanunvericiliklə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas kimi müəyyən edilmiş sənədlər təqdim olunduqda verilir, həmin sənədlər ərazi idarəsində saxlanılır və vərəsəlik hüququnun rəsmiləşdirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş sənəd təqdim olunduqdan sonra müvafiq qaydada əmlakın qeydiyyata alınması aparılaraq sənədlər əsas kimi əlavə olunur. Arayış bu Təlimata əlavə olunmuş 37-ci əlavəyə uyğun olaraq tərtib edilir və daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə verilir. Beləliklə də, cavabdeh tərəfindən mübahisəli torpaq sahəsinin iddiaçının mərhum anasına məxsus olması barədə arayış verilməsindən imtina olunmasının əsassız olduğu və iddiaçının hüquqlarını pozduğu sübuta yetirilir. İPM-in 73.1-ci maddəsininin tələbindən isə görünür ki, aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Belə olan halda, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmasını işdə olan sübutlara və maddi hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Ona görə də cavabdehin apellyasiya şikayətinin məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qərar qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 10079/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır (İPM m. 87.6). Şərh olunanlara əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10079/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar